Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix07.04.2017
ölçüsü5,03 Kb.
#13620
1   2   3   4   5   6   7   8   9   ...   14

 
 
 
 
Eminli B.İ. 
 

 
14 
 
ƏDƏBİYYAT 
 1. Axundov A. Dil və mədəniyyət. Bakı: Yazıçı, 1992, 192 s. 
 2. Bəşirova. A. Azərbaycan dilində vurğu. Bakı: Bakı Universiteti Nəşriyyatı, 1992, 112 s. 
 3.  Xəlilov B. Müasir Azərbaycan dili. B.: Elm, 2007, 280 s.  
 4. Nitq mədəniyyəti məsələləri. Bakı: 1985, 112 s. 
 5.  Şirəliyev  M.  Dil  mədəniyyəti  məsələlərimiz.  Nitq  mədəniyyəti  məsələləri.  Bakı:  Elm, 
1969,  s.9 
 6. Vurğu lüğəti, Bakı: Elm, 1993, 84 s. 
 7. Крысин Л.П. Иноязычные слова в современном русском языке.  М.: Наука, 1968, 320 с. 
 8.Черных  П.  Л.  Об  основном  словарном  фонде  языка.  Вопросы  языкознания.  М.: 
Наука, 1952, 139 с. 
 
РЕЗЮМЕ 
УДАРЕНИЕ В АЗЕРБАЙДЖАНСКОМ ЛИТЕРАТУРНОМ ПРОИЗНОШЕНИИ 
Эминли Б.И. 
 
Ключевые слова: фонетика, орфоэпия, произношение, ударение, фоносемантикa. 
В  статье  рассмотрены    место    и  роль  ударения  в  aзербайджанском  литературном 
языке.  Особое  внимание  уделено  анализу  некоторых  фактов,  связанных  с  произношением 
ударения  в заимствованных словах. 
 
SUMMARY 
STRESS IN AZERBAIJAN LITERARY PRONUNCATION 
Eminli B.I. 
           
Key words:  phonetics, orthoepy, pronunciation, stress, phonosemantics. 
The  role  and  place  of  the  stress  in  Azerbaijan  literary  language  was  looked  through  in  the 
article. Special attention was given to analyzing of some facts related with correct pronunciation of 
word stress in borrowing words. 
 
 
 
Daxil olma tarixi: 
İlkin variant 
15.01.2016 
 
Son variant 
01.06.2016 
 
 
 
 
Azərbaycan ədəbi tələffüzündə vurğu 
 

 
15 
 
 
    UOT 81-25 
 
MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT-İT-TÜRK” ƏSƏRİNDƏ MÜASİR 
AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ İŞLƏNMƏYƏN HƏRB VƏ TİTULLA BAĞLI  
ETNOQRAFİK SÖZLƏR 
 
İBAYEV NEMƏT ALIŞ oğlu 
Sumqayıt Dövlət Universiteti, f.ü.f.d., müəllim 
e-mail: nemetibayev@gmail.com 
 
Açar sözlər: Mahmud Kaşğari, Divanü-lüğat-it-türk, etnoqtafik sözlər,hərb, titul 
Mahmud  Kaşğarinin  “Divanü  lüğat-it-türk”  əsərindəki  etnoqrafik  sözlərin  əksəriyyəti  ədəbi 
dilimizdə  işlənmir.  Ədəbi  dilimizdə  öz  işləkliyini  itirmiş  sözlərə  dialekt  və  şivələrimizdə  də  rast 
gəlmək mümkün deyildir. Ədəbi dilimizdə işlənməyən etnoqrafik sözlər müxtəlif sahələrlə bağlıdır. 
Məqalədə hərb və titulla bağlı olan etnoqrafik sözləri nəzərdən keçirilir. 
 
Azərbaycan  dilinin  hərbi  leksikası müəyyən dərəcədə öyrənilsə  də [1],  bu  sahəyə aid  üçdilli 
lüğət olsa da [2], hələ də əsaslı elmi araşdırmaya ehtiyac duyulur. Dilin lüğət tərkibini araşdırmaq, o 
cümlədən  hərbi  leksikanın  tarixi  inkişafını  izləmək,  onun  həcmini  və  keyfiyyətini 
müəyyənləşdirmək  olduqca  vacibdir.  Belə  olmazsa,  onda  hərbi  leksikanın  semantik  baxımdan 
keyfiyyət dəyişikliyinə uğramasını, işləkliyini və funksional xidmətini üzə çıxarmaq çox çətin olar. 
Hərbi  leksika  türk  xalqlarına  məxsus  yazılı  abidələrdə  kifayət  qədər  işlənsə  də,  onların 
sistemləşdirilməsinə, izahına, araşdırılmasına böyük ehtiyac vardır. 
Türk xalqlarında hərb sahəsi tarixən o qədər güclü olmuşdur ki, hətta bu sahəyə aid terminlər 
digər  dillərə  də  təsir  göstərmiş,  həmin  dillərin  lüğət  tərkibinə  keçmişdir.  Məsələn,  N.A.Baskakov 
“İqor polku haqqında dastan”da türk mənşəli sözlərdən bəhs edərkən türk mənşəli hərbi terminlərin də 
bu dastanda olduğunu qeyd etmişdir [3, 42]: tarxan, suvar, boqatur, alptarxan, xazartarxan və s. 
M.Kaşğarinin  “Divan”ındakı  hərbi  leksikanın  türk  xalqlarının  hərb  tarixinin  öyrənilməsində 
əvəzsiz rolu vardır. Bu mənada “Divan”dakı hərbi leksikanı nəzərdən keçirək. 
İm – komandirin əsgərlərə dediyi bəlgə, parol. Bu silah, quş adı və  ya bir söz ola bilər. Bu 
məsəldə də işlənir: “İm bilsə, ər ölməs” – bəlgə bilən ər ölməz [4, c.1, 112]. 
Bu söz “işarə” mənasında him kimi Azərbaycan dilində işlənilir: him etmək, him-cim eləmək, 
himləşmək.  
B.Xəlilov bu söz barəsində yazır: “... im sözü Azərbaycan dilindəki him-cim sözü ilə eynidir. 
Məs.:  “Him  –  cim  bilmir”  cümləsindəki  him-cim  sözü  “işarə,  bəlgə”  mənasındadır.  Him-cim 
sözündəki h samiti (h~c) sonradan im sözünün əvvəlinə artırılmışdır” [5, 41]. 
Uruş – vuruş, savaş [4, c.1, 131]. 
Aşuk – dəmir başlıq, dəbilqə [4, c.1, 136]. 
Ulun – ucluğu olmayan ox, kor ox, təmrənsiz ox [4, c.1, 145]. 
Oktam – “bir oktam yer”-bir ox atımı yer,bir ox məsafəsi [4, c.1, 169]. 
Əkdü – qılınc qını və buna bənzər şeyləri oymaq üçün işlənən ucu əyri bıçaq [4, c.1, 183]. 
Akınçı – axınçı, gecə ikən düşməni basan əsgər [4, c.1, 190]. 
Alpağut – tək başına düşmənə hücum edən igid, yenilməz güləşçi, bahadır, pəhləvan        [4, 
c.1, 199]. 
Göründüyü kimi, bu söz “igid, qəhrəman” mənasında olan alp sözü kimi həm isim, həm sifət, 
həm  də  bir  rütbə  olaraq  işlənmişdir.  Alpağut  bir  yüksək  rütbə  kimi  qədim  türkcədəki  tərxan 
rütbəsinə  bərabər  olubdur.  Bu  rütbə  kazan,  kuman,  karaim  ləhcələrində  alpaqut,  tobol ləhcəsində 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  

 
16 
 
alpaqıt,  çığatay  ləhcəsində  alpağut  şəklində  işlənilmişdir.  M.Kaşğaridə  isə  “təkbaşına  düşmənə 
hücum edən, igid, yenilməz güləşçi, bahadır, pəhləvan” mənalarındadır. 
Amaçlık, amaçlık yer – atıcılıq üçün ayrılan yer [4, c.1, 206]. 
Akdı – “yağı akdı” – düşmən sel kimi axdı, hücuma keçdi [4, c.1, 220]. 
Əgirdi – “bəg kənd əgirdi” – bəy şəhəri mühasirəyə aldı [4, c.1, 229]. 
İçikti  –  “ər  içikti”  –  adam  döyüşdə  təslim  oldu  və  öz  arzusu  ilə  düşmən  tərəfində  savaşa  girdi         
[4, c.1, 240]. 
Tıl – düşməndən alınan əsir, dil [4, c.1, 348]. 
Görünür ki, bu əsir vasitəsilə düşmən tərəfin hərbi məlumatları öyrənilibdir. 
Kaçut – savaş və qovğada igidlərin bir-biri ilə çarpışması [4, c.1, 363]. 
Kılıç – qılınc [4, c.1, 365]. 
Tokış – cəng, savaş [4, c.1, 371]. 
Kəriş – savaşda davam gətirmə [4, c.1, 373]. 
Tutuğ – girov [4, c.1, s.375]. 
Başak – ox və ya nizənin ucuna keçirilmiş dəmir, ucluq [4, c.1, 380]. 
Bu  söz  “Kitabi-Dədə  Qorqud”da  dəmrən//təmrən  kimi  işlənmişdir:  Sadağından  toqsan  oxın  yerə 
dəkdi. Eki oxın dəmrənin çıqardı. 
Azərbaycan  dilində  hal-hazırda  başaq  sözü  buğda  bitkisinin  sünbül  hissəsi,  başlığı,  ucluğu 
mənalarını bildirir.  
Müqayisə  üçün  qeyd  edək  ki,  “biçmək,  kəsmək”  məna  anlamından  yaranan  bıçaq  sözü  ilə 
başaq sözü arasında əlaqə vardır. K.Musayev “biç, kəs” məna anlamından törəyən sözlərdən bəhs 
edərkən  or  kökündən  oraq,  orman  sözlərinin,  biç  kökündən  isə  bıçaq,  bıçqı  (mişar  mənasında) 
sözlərinin yarandığını qeyd etmişdir [6, 306-334]. 
Çərig – döyüş səfi, döyüş sırası [4, c.1, 389]. 
Bu söz çeriq şəklində “Mənzum oğuznamə”də “qoşun” mənasında işlənir. Məs.: [7, 22]. 
Atası Qara xan çeriq birlə bat, 
Yetib kəldi kördi Oğuzqa mədəd. 
Tərcüməsi: 
Atası Qara xan qoşun çəkərək, 
Gəlib gördü Oğuza yetişib kömək. 
Bu  söz  barəsində  B.Xəlilov  yazır:  “...  yazılı  mənbələrdə  “qoşun,  ordu”  mənasında  çəriq 
sözünün  çerig  variantı  da  olmuşdur.  Çerig  variantı  “qoşun,  ordu”  mənasında  sü  sözü  ilə  paralel 
şəkildə işlənmişdir: sü çerig // çerig sü “qoşun, ordu” [5, 29]. 
Tolum – silah. Bu, bütün silahlara verilən ümumi addır. [4, c.1, 395] 
Bügdə - xəncər [4, c.1, 415] 
Tuğru – qılınc, bıçaq, xəncər kimi şeylərin qəbzəsinin içinə keçirilən incə dəmir [4, c.1, 417] 
Karma – yağma, talan [4, c.1, s.426]. 
Tutğun – tutulan, yaxalanan, dustaq, əsir [4, c.1, 428]. 
Kalkan – qalxan. Türk və Oğuz dillərinin birində [4, c.1, 432]. 
Kawşut – iki xanın ölkələrinin təhlükəsizliyi məqsədilə görüşərək barışmaları [4, c.1, 441]. 
Bulğak – düşmən gələndə xalq arasına düşən çaxnaşma, xaos [4, c.1, 454]. 
Yarık – zirehə, qalxana verilən ümumi  addır. Bir-birindən fərqləndirmək üçün zirehə “kübə 
yarık”, dəmir qalxana “say yarık” deyilir. [8, c,3, 22]. 
Yadağ – piyada [8, c.3, 32]. 
Sü – əsgər, qoşun. Bu şeirdə də işlənmişdir: 
   
Sü kəldi yer yapa, 
   
Karar, kar... 
   
Kaçtı anqar Alp Aya, 
   
Ufut bolup ol yaşar. 
Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində müasir azərbaycan ədəbi dilində  
işlənməyən hərb və titulla bağlı  etnoqrafik sözlər
 

 
17 
 
Yer üzünü basıb qoşun gəldi, atların dırnaqlarından qopan toz dağ təpələrini qapatdı. Alp Aya 
adlı adam qaçdı, yenildiyi üçün sıxılır, utandığından  gizlənir. [8, c.3, 200-201]. 
Sünqüş – savaşda hücuma keçmə, süngü ilə vurma [8, c.3, 317]. 
Sünqü – süngü, mizraq, nizə [8, c.3, 319]. 
Yalınq, yalınq kılıç-qından çıxarılmış qılınc, sıyrılımış qılınc [8, c.3, 323]. 
Kalkanq – qalxan. Bu sözün “kalkan”şəkli də var. [8, c.3, 334]. 
Titullar  cəmiyyətdə  şəxsin  ictimai  mövqeyini  bildirir.  Bu  səbəbdəndir  ki,  cəmiyyətdə  titul 
sahibləri əsl adları ilə deyil, daha çox titulları ilə şöhrətlənmişlər. Qədim türklərdə şəxslər əsl ad və 
titulları  ilə  tanınmışlar.  Məsələn,  Gül  Təkin,  Bayındır  xan,  Dədə  Qorqud,  Burla  Xatun,  Selcan 
Xatun, Aruz Qoca və s. 
Cəmiyyətdə ilk titul sözlər ailə səviyyəsində olmuşdur. Ona görə ki, cəmiyyət ailə  - qəbilə - 
tayfa – xalq – millət ardıcıllığı ilə inkişaf etmişdir. Bu barədə T.Hacıyev yazır: “... ata, baba, dədə, 
qoca,  əmi,  dayı,  qardaş,  oğul,  kürəkən,  ana,  nənə,  qarı,  xala,  bacı,  gəlin  kimi  sözlər  İlkin 
yaradılışında titul – rütbə anlayışları bildirmişdir. İndi bu sözlərdən birinin bir neçə məna – ünvanda 
işlənməsi həmin qədim ictimai-sosioloji təyinatın izidir...” [9, 133]. 
Deməli,  cəmiyyətdə  titulların  tarixi  çox  qədimdir.  Tarixi  çox  qədim  olan  bu  köməkçi  ad 
kateqoriyasının  araşdırılması  birbaşa  və  dolayısı  yolla  həmişə  tədqiqatçıların  diqqət  mərkəzində 
olmuşdur. Hətta titullar türk xalqlarının məişətində o qədər dərin kök salmışdır ki, başqa dillərə də 
təsir göstərmiş, təsir göstərdiyi dilin lüğət tərkibinə keçmişdir. Məsələn, A.Zahidi  xatun titulunun 
türk dillərində işlənən qadın sözündən düzəldiyini və bu sözün ərəb dilinə keçərək qadın // kadın // 
katun // xatun şəklinə düşdüyünü “şah arvadı” mənasında titul kimi işləndiyini qeyd etmişdir [10, 
112]. Yaxud M.Adilov xan, bəy, ağa titullarının türk mənşəli olduğunu qeyd etmişdir [11, 11]. O, 
ağa  titulu  barəsində  yazır:  “ə//a  ünsürünün    adam  mənası  ən  qədim  türk  sözlərindən  olan  “ağa” 
sözündə də özünü göstərir. “Ağ” qədim türk dillərində “böyük” mənasında işlənmiş və deməli, ağ-a 
tərkibi böyük adam (sonralar danışan şəxsin özündən böyük ata, böyük qardaş, əmi və s.) mənasına 
malik olmuşdur” [11, 11]. 
Titullar, onların tədqiqat, leksik xüsusiyyətləri və s. barədə geniş tədqiqat işi aparılmışdır [12, 
123-195]. Qeyd  edək ki, titulları  qoruyub saxlayan ən dəyərli qaynaqlardan biri  yazılı  abidələrdir. 
Bu mənada M.Kaşğarinin lüğətində qeydə alınmış titullar xüsusilə maraq doğurur. Həmin titullar öz 
spesifikliyi  ilə  digər  yazılı  abidələrdəki  titullardan  fərqlənir.  Odur  ki,  onları  bir-bir  nəzərdən 
keçirək. 
Özük – qadınlara verilən bir ləqəb. Qızıl kimi təmiz ruhlu qadına  “altun özük” deyilir. Bədəni 
inci  kimi  təmiz  olan  qadına  “ərtini  özük”  deyilir,  çünki  iri  dənəli,  əmsalsız  mirvariyə  “ərdini” 
deyilir. Bu ləqəb çigil qadınlar üçün söylənir [4, c.1, 139]. 
Ayadı – ləqəb verdi. “Xan anqar ayağ ayadı” – xan ona ayama ləqəb verdi [4, c.1, 229]. 
Kurç – mətin və igid adamlara  “kurç ərən” deyilir. İçi dolu və külçə şeylərə də belə deyilir [4, 
c.1, 352]. 
Tegit  –  “tegin”  sözünün  cəmidir.  Lüğəvi  mənası    “kölə”  deməkdir,  sonra  xaqan  oğullarına 
unqun olmuşdur. Bu, qaydaya zidd bir cəmdir. “Ögə tegit” orta hallı adamların böyüklərinə, xaqan 
uşaqlarının kiçiklərinə verilən addır. Bu iki söz birləşdirilərək işlənilir [4, c.1, 362-363]. 
Çigil  –  türklərdən  üç  boyun  adıdır.  Birisi  köçəri  olub,  Kuyasda  yaşayır.  İkincisi  Tıraz 
yaxınlığında bir qəsəbədə yaşayır. Bunlara çigil deyilir [4, c.1, 392]. 
Tarım  –  təkinlərə  və  Əfrasiyab  soyundan  olan  xatunlara  və  bunların  böyük-kiçik  bütün 
uşaqlarına  verilən  addır.  Nə  qədər  böyük  olursa-olsun,  xaqaniyyə  xanlarının  övladlarından 
başqasına belə deyilə bilməz. “Altun  Tarım” böyük xatunların  (baş hərəm) ləqəbidir [4, c.1, 394-
395]. 
At – ləqəb, ünvan. “Bəg anqar at berdi” = “bəy ona ünvan verdi”. [4, c.1, 146]. 
Tawğaç  –  böyük  və  əski  tikililərin  hamısına  birdən  “Tawğaç  edhi”  deyilir.  Ərəblər  də  eyni 
qayadada öz əsərlərinə “ad qövmünün əsərləri” deyirlər. Xanlar “Tawğaç” sözünü özlərinə ünvan 
İbayev N.A. 
 

 
18 
 
qəbul edərək “Tawğaç xan” adını daşıyırlar. Bu, ölkəsi böyük və qədim olan xan” deməkdir. [4, c.1, 
443] 
Bu  titulların  heç  biri  digər  yazılı  abidələrdə,  məsələn,  “Kitabi-Dədə  Qorqud”  dastanında 
işlənməmişdir. Müqayisə üçün qeyd edək ki, digər dastanlarda da çoxlu sayda titullar işlənmişdir. 
Məsələn, “Koroğlu” dastanındakı titulları nəzərdən keçirdikdə görürük ki, onların heç biri (“Xan” 
ləqəbi istisna olmaqla) M.Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində işlənməmişdir. Görünür ki, bu, 
dövrün ictimai-siyasi xüsusiyyətləri ilə bağlı olmuşdur. Deyilənləri “Koroğlu” dastanındakı titulları 
müqayisəyə cəlb etməklə təsdiq etmək mümkündür [13, 17]. 
Ağa // aqa                                            Mirzə 
Bəy // bay // Beg // Beq                        Patışa 
Banu                                                    Paşa 
Bəyim                                                  Sərkar // Sərkər 
Bəylərbəyi                                            Serkerde 
Əfəndi                                                  Sədrəzəm 
Hunkar // Hünkar //  Xünkar                Sərdar // Serdar 
Xacə                                                     Sultan // Soltan 
Xan // Han                                            Tacırbaşı 
Xanım // Hanım                                     Şah 
Xoca                                                      Vəliəhd 
Xotkar                                                   Vəzir // Vezir 
Elmi  yeniliyi:  Məqalə  M.Kaşğarinin  “Divanü  lüğat-it-türk”  əsərindəki  hərb  və  titulla  bağlı 
etnoqrafik leksikanın öyrənilməsi baxımından elmi  əhəmiyyət  kəsb edir. Eyni zamanda məqalədə 
bu sahələr üzrə ədəbi dilimizdə işlənməyən etnoqrafik sözlər öz əksini tapır. Etnoqrafik leksikanın 
zaman keçdikcə dəyişdiyi, inkişaf etdiyi dil faktları əsasında özünü göstərir.  
Tətbiqi əhəmiyyətiPraktik baxımdan hərb və idmanla bağlı etnoqrafik leksikanın əhəmiyyəti 
vardır. Məqalədəki etnoqrafik leksikaya aid sözlərdən etnoqrafik lüğətlərin tərtibində faydalanmaq 
olar. 
 
ƏDƏBİYYAT 
1.
 
Məmmədli Y.Ə. Azərbaycan dilinin hərbi leksikası. Bakı: Bakı Universiteti nəşriyyatı, 
1997, 125 s. 
2.
 
Salahov Z.Ə. İngiliscə-Azərbaycanca-rusca hərbi terminlər lüğəti. Bakı: Elm və təhsil, 
2010, 371 s. 
3.
 
Баскаков Н.А. Тюркская лексика в «Слове о полку Игорeве». M.: Наука, 1985, 208 c. 
4.
 
Əsgərov R.B. Mahmud Kaşğari “Divanü lüğat-it-türk”: 4 cilddə, I c., Bakı: Ozan, 2006, 
512 s. 
5.
 
Xəlilov B.Ə. 224 qədim türk sözü. Bakı: Elm və Təhsil nəşriyyatı, 2010, 350 s. 
6.
 
Мусаев  К.М.  Лексика  тюркских  языков  в  сравнительном  освещении  (западно 
кыпчакская группа). М.: Наука, 1975, 360 с. 
7.
 
Mənzum oğuznamə / tərcümə edən İ.M.Osmanlı. Bakı: Ulu, İKF, 2005, 84 s. 
8.
 
Əsgərov R.B. Mahmud Kaşğari “Divanü lüğat-it-türk”: 4 cilddə, III c., Bakı: Ozan, 2006, 
400 s. 
9.
 
Hacıyev T.İ. Azərbaycanın qədim onomastikasına dair // Azərbaycan filologiyası 
məsələləri. Bakı: Elm, 1984, s.125-136 
10.
 
Zahidi A.İ. Müasir ərəb dilində türk mənşəli sözlər. Bakı: Elm, 1977, 146(2) s. 
11.
 
Adilov M.İ. Qanadlı sözlər. Bakı: Yazıçı, 1988, 440 c. 
12.
 
Verdiyeva Z.N. Köməkçi ad kateqoriyaları. Bakı: Maarif, 1990, 228 s. 
13.
 
Ağabəyli S.S. “Koroğlu” dastanının onomastik sözlüyü. Bakı: BDU, 2011, 48 s. 
 
Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində müasir azərbaycan ədəbi dilində  
işlənməyən hərb və titulla bağlı  etnoqrafik sözlər
 

 
19 
 
РЕЗЮМЕ 
ЭТНОГРАФИЧЕСКИЕ СЛОВА, СВЯЗАННЫЕ С ВОЕННОЙ ТЕМОЙ И ТИТУЛАМИ 
ИЗ «ДИВАНИ ЛЮГАТ-ИТ-ТЮРК» МАХМУДА КАШКАРИ НЕ ИСПОЛЬЗУЕМЫЕ В 
СОВРЕМЕННОМ АЗЕРБАЙДЖАНСКОМ ЛИТЕРАТУРНОМ ЯЗЫКЕ. 
Ибаев Н.А. 
 
Ключевые  слова:  Махмуд  Кашгари,  Дивани-люгат-ит-турк,  этнографические  слова, 
война, титул 
В  статье  исследуются  этнолексемы,  использованные  в  связи  с  военной  темой  и 
титулами  в  «Дивани  люгат-ит-тюрк»  Махмуда  Кашкари,  которые  не  встречаются    в 
современном  азербайджанском  литературном  языке.  Здесь  группируется  и  раскрывается 
смысловое  значение  таких  этнолексем,  как  ашук,  улун,  октам,  алпагут,  тил,  кяриш,  бугде, 
ярык, связанных с военной тематикой и этнолексем озюк, аяды, курч, тарым, тавгач, чигил, 
связанных с титулами. 
 
SUMMARY 
ETHNOGRAPHIC WORDS RELATED WITH MILITARY AND RANK IN MAHMUD 
KASHGARY’S “DIVANI-LUGAT-IT-TURK” UNUSED IN MODERN AZERBAIJAN 
LITERARY LANGUAGE 
Ibayev N.A 
 
Key wordsMakhmud Kashgari, Divani-lugat-it-turk, ethnographic words , war,  title 
A great number of ethnographic words in Mahmd Kashgary’s “Divani-ligat-It-Turk” are not 
used in our literary language. It is impossible to come across the words in dialects and accents not 
used  in  the  literary  language.  The  ethnographic  words  unused  in  the  literary  language  are  related 
with  different  fields.  The  ethnographic  words  related  with  military  and  rank  are  analyzed  in  the 
article.    
 
 
    
Daxil olma tarixi: 
İlkin variant 
01.12.2015 
 
Son variant 
01.06.2016 
İbayev N.A. 
 

 
20 
 
 
UOT 81’282.3 
 
CƏNUBİ QAFQAZIN BƏZİ ORONİMLƏRİNİN SİNTAKTİK XÜSUSİYYƏTLƏRİ 
 
TAĞIYEVA RUHİYYƏ İSABALA qızı 
Sumqayıt Dövlət Universiteti, doktorant  
e-mail: sdu.elmihisse@mail.ru 
 
Açar sözlər: coğrafiya, toponim, oronim, xəritə, oykonim 
Məqalədə Cənubi Qafqaza aid 1903-cü ildə Tiflisdə çap olunan hərbi-topoqrafik xəritədəki 
oronimlər  –  relyef  adları  sintaktik  tədqiqata  cəlb  edilir.  İsmi  birləşmə  və  (Qırğız,  Topdağ, 
Təpəqaya,  Ağyazı  və  s.)  feli  birləşmə  modellərində  (Daşkəsən,  Naltökən,  Ağlağan,  Nalbənd  və  s.) 
olan oronimlərin xüsusiyyətləri göstərilir. 
Cənubi  Qafqaz  rus  istilasına  qədər,  yəni  1828-1829-cu  illərədək  azərbaycanlıların  toplu 
yaşadıqları  bir  məkan  olmuş,  onların  avtoxton  vətəninə  çevrilmişdir.  Lakin  Rusiya-Osmanlı  və 
Rusiya-İran  müharibələri  dövründə  Cənubi  Qafqazda  azərbaycanlılar  dəfələrlə pərən-pərən olmuş, 
qeyri-müsəlman  xalqları  isə  onların  toplu  yaşadıqları  yerlərə  yerləşdirmişlər.  Bununla  da  Cənubi 
Qafqazın etnik tərkibinin dəyişdirilməsinə başlanılmışdır.  
Cənubi  Qafqaz  relyef  cəhətdən  çox  qarışıq  olduğu  üçün  zaman-zaman  türk  mənşəli  adlar 
çoxalmış  və  relyef  adlarının,  bütövlükdə  toponimlərin  türk  qatı  əmələ  gəlmişdir.  Ərazinin  köklü 
sahibi olmuş türksoylu xalqların etnokulturoloji mədəniyyətinin daşıyıcısı olan toponim, hidronim 
və  oykonimlər  azərbaycan  –  türk  dili  vasitəsilə  torpağa  həkk  olunmuş  salnamənin  zərrəcikləridir. 
Lap əvvəllər  car hökuməti, sonralar da  bolşevik rəhbərlərinin dəstəyi ilə zaman-zaman ermənilər 
Qərbi Azərbaycanda, gürcülər isə Borçalı, Sıgnaq, Axsqa və ona yaxın olan ərazilərdə türk mənşəli 
adlara qənim kəsilərək coğrafi obyektlərə (kənd, dağ, çay, silsilə, dərə, təpə və s.) uydurma adları 
vermiş,  etnik  mədəniyyətimizin  izini  itirməyə  çalışmış  və  indi  də  cəhd  edirlər.    Azərbaycan 
türklərinin  soykökündə  iştirak  etmiş  çox  böyük  ənənəsi  olan  tarixi  etnonimlərdən  törənən 
etnotoponimlərə  (Oğuz,  Qıpçaq,  Avşar,  Qaraqoyunlu,  Qayı,  Bayandur,  Bayat,  Qanlı  və  s.)  daha 
kəskin münasibət göstərmişlər. Onun nəticəsidir ki, indi  Qərbi Azərbaycanda 1 nəfər də olsun nə 
azərbaycanlı qalmışdır, nə də bir toponim. 
Bu baxımdan, 1903-cü ildə Qafqaz hərbi  dairəsi tərəfindən çap olunmuş məxfi kartoqrafik 
xəritədəki  adlara  və  onların  mənşəyinə  baxmaq  kifayətdir  ki,    ərazinin  qədim  sakinlərinin  kimlər 
olduğu  sübut  olunsun  (4).  Xəritədəki  coğrafi  adlardan  tutarlı  fakt  ola  bilməz.  Bu  adlar  arxeoloji 
abidələrdən də qiymətlidir.  
Bundan başqa, 1886-cı ildə quberniyalar üzrə  siyahıya alınmanı əks etdirən məlumat kitabı  
(SVOD) da maraqlı mənbədir. 1891-ci ildə Tiflisdə çap olunan  bu kitabda bütün qəzalar və kəndlər 
üzrə əhalinin və təsərrüfatın sayı, milli mənsubluğu göstərilir.  Orada ailələr “tüstü” termini ilə qeyd 
edilir. Daha sonra Rus Coğrafiya cəmiyyətinin üzvü D.D.Paqırev tərəfindən hazırlanmış “Qafqazın 
5 verstlik xəritəsinin  əlifba göstəricisi” sorğu adlı kitabı da tutarlı mənbədir. Bu kitab 1913-cü ildə 
Tiflisdə nəşr olunmuşdur.  Orada coğrafi obyektin  növü,  yerləşdiyi  ərazi,  mütləq hündürlüyü, hər 
birinin yayılma  arealı, paralelləri və s. göstərilir (5).  
Mərhum  ümummilli  liderimiz  Heydər  Əliyev  və  onun  siyasi  kursunu  davam  etdirən 
prezidentimiz İlham Əliyev cənabları mətbuat və televiziyada dəfələrlə tədqiqatçılara  tarixçi, dilçi, 
coğrafiyaçılara  rus  hərbi  sənəd    və  xəritələrini  əsas  mənbə  kimi  xatırlatmış  və  bu  sahədə  köklü 
araşdırmaların aparılmasını məsləhət bilmişlər.  
Budaq  Budaqovun  təbirincə  desək,  üç  elmin  qovşağında  (dil,  coğrafiya  və  tarix)  yaranan 
toponimlərin  tarixi  araşdırılmasa,  köksüz,  yerləşdiyi  ərazi  lokalizə  olunmazsa,  yəni  coğrafiyası 
bilinməzsə,  yersiz,  dili  açıqlanmazsa,  lal  hesab  olunur  (2.126).    Toponimlər  dil  vahidləri  ilə 
işarələndiyi  üçün  onların  fonetik,  leksik,  semantik  və  qrammatik  (morfoloji  və  sintaktik) 
xüsusiyyətlərinin türkoloji aspektdə öyrənilməsinin elmi-praktik, həm də azərbaycanşünaslıq üçün 
çox böyük elmi əhəmiyyəti vardır. 1903-cü ildə Tiflisdə nəşr edilən xəritədəki  kartoqrafik adlara 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  

 
21 
 
nəzər yetirdikdə coğrafi obyektlərin bütün növlərinin işarələndiyini görürük. Bir daha bu adları bizə 
yadigar qoyub gedən soylarımızla fəxr edirik.  
Bu  yazıda  relyef  adlarını  tədqiqata  cəlb  etdiyimiz    üçün  daha  çox  həmin    adlara  müraciət 
etməyimiz təbiidir.  
Xəritədə  o  dövr  üçün  çox  böyük  strateji  əhəmiyyəti  olan,  makro  və  mikroarelda  işlənən, 
relyef adları (dağ, dərə, təpə, düz, yoxuş, qaya, yurd, daş, keçid, dərə və s.) daha çox diqqəti cəlb 
edir.  Bakı, Gəncə, İrəvan, Tiflis,Qars quberniyalarının qəza və dairələrində, eləcə də ona yaxın olan 
ərazilər üzrə (24 qəza, 6 dairə) xəritədə qeyd olunmuş oronimləri – relyef adları müxtəlif növ ismi 
birləşmə  və  ya  feli  birləşmə  modellərində  nəzərə  çarpır.  Həmin  oronimləri  sintaktik  quruluşuna 
görə belə təsnif etmək olar.  
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin