Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix07.04.2017
ölçüsü5,03 Kb.
#13620
1   2   3   4   5   6   7   8   9   10   ...   14

3.
 
Qeyri-xəttilik  prinsipi.  Sinergetikanın  mühüm  prinsiplərindən  olan  qeyri-xəttilik 
transformasiya  fazasını,  sistemin  yeniləşməsini,  onun  köhnə  qaydanın  məhvinin  ardıcıl 
mərhələlərindən keçməsini, nəhayət yeni qaydanın yaradılmasını xarakterizə edir 

12, s.110-113


Xəttilik  –  fizik  və  riyaziyyatçıların  bir  çox  nəsillərinin  sadəlik  idealı  olmuş  və  sistemin 
tarazlıq  vəziyyəti  yaxınlığında  hərəkətinin  həmişə  xətti  səciyyə  daşıdığı  güman  edilmişdir.  Belə 
davranışların obrazı hələ orta  məktəb kursundan yaxşı məlumdur: riyazi rəqqasın kiçik amplitudlu 
harmonik rəqsləri, cismin bərabərsürətli və ya bərabərtəcilli hərəkəti xəttiliyə yaxşı misal ola bilər. 
Hətta ali məktəblərdə də əsasən xətti məsələlər həll etməklə insanlarda dünyanın sadəliyi haqqında 
xətti  intuisiya  inkişaf  etdirilir.  Sistemin  homeostazı  optimal  parametrlər  ətrafında  xətti  rəqslər 
Hüseynov E.B. 
 

 
52 
 
səviyyəsində  baş  verir.  Buna  görə  də  sadə  xətti  hal  bu  qədər  mühüm  əhəmiyyət  kəsb  edir.  Xətti 
sistemlərin müəyyənedici xassəsi superpozisiya prinsipi ilə ifadə olunur: bu halda həllərin cəmi də 
yeni  həll  verir,  başqa  sözlə,  sistemə  yekun  təsirin  nəticəsi  ayrı-ayrı  qarşılıqlı  təsirlərin  sistemdə 
yaratdığı nəticələrin cəminə bərabər olur. 
Lakin  dünyanı  yalnız  xətti  sistemlərdən  təşkil  olunan  universum  kimi  təsəvvür  etmək  doğru 
olmazdı,  beləliklə bu dünyada nə təkamül prosesi  baş verər, nə də insan  yaranmazdı.  Real  dünya 
nəinki  xətti,  həm  də  qeyri-xəttidir.  Qeyri-xəttilik  bir  sıra  hadisələr  üçün  superpozisiya  prinsipinin 
pozulması kimi qiymətləndirilir: bu halda sistemə yönəldilən qarşılıqlı təsirlərin cəmi bu təsirlərin 
nəticələrinin cəminə bərabər olmur.  Buna görə də təsiredici səbəblərin nəticələrini toplamaq olmur. 
Bu sonuncu nəticə belə bir faktdan irəli gəlir ki, qeyri-xətti sistemlərdə elementlərarası əlaqələrin 
sayı elementlərin say artımından daha sürətlə baş verir. 
Qeyri-xətti  sistemlərdə  sistemin  strukturu  ilə  onun  altsistemlərinin  münasibəti  superpozisiya 
prinsipi əsasında deyil, interferensiya  prinsipi əsasında qurulur. Prof. Trubetskov D.İ.  qeyri-xəttiliyin 
xarakterini  aşağıdakı  sözlərlə  ifadə  edir:  “Elmi  tərəqqinin  əsrimizə  bəxş  etdiyi  fəxri  titullar 
içərisində  ahəngdarlığı  ən  az,  əhəmiyyəti  və  mötəbərliyi  ən  çox  olan  anlayış  –  “qeyri-
müəyyənlikdir” 

13, s.12


Qeyri-xəttilik – hər şeyə nüfuz edən, hər yerdə mövcud olan çoxüzlü və rəngarəng hadisələri 
əks  etdirən  anlayışdır.  Ona  hər  yerdə  rast  gəlmək  olar:  elementar  hissəciklərin  doğulması  və 
antihilyasiyası da, çoban qırmançının qulaqbatırıcı səslənməsi də, ürəyin vurması da, şamın isti işığı 
da, xəstəliklər və onların müalicəsi də qeyri-xəttilikdir. Riyazi olaraq qeyr-xəttilik bir və ya bir neçə 
dəyişənin qeyri-xətti funksiyası ilə ifadə olunur 

13, s.14


Riyazi mənada qeyri-xəttilik məchullarının dərəcəsi vahiddən böyük və ya əmsalları mühitin 
xassələrindən asılı olan riyazı tənliklərin müəyyən növüdür. 
4.
 
 Açıqlıq prinsipi. Bu prinsip sistemin ətraf mühitlə qarşılıqlı təsirinin mövcudluğunu əks 
etdirir.  E.N.Knyazeva  və  S.P.Kurdyumov  açıq  sistemləri  belə  səciyyələndiririlər:  “Sistemin  açıq 
olması ona ətraf mühitlə maddə, enerji və informasiya mübadiləsinə girməyə imkan verən hər hansı 
bir  mənbəyin  olması  deməkdir” 

14,  s.33

.  Deməli,  açıq  sistemlər  elə  sistemlərdir  ki,  onlar  aktiv 
xarici  mühitdən  fasiləsiz  olaraq  qəbul  etdikləri  maddə,  enerji  və  informasiya  hesabına  özlərinin 
qeyri-tarazlıq halını qoruyub saxlayırlar. Bu sistemlər geriyə dönməzdir və zaman amili onlar üçün 
mühüm  əhəmiyyət  kəsb  edir.  Açıq  sistemlərin  fəaliyyətində  qanunauyğun  və  zərurətlə  yanaşı 
təsadüfi amillər, o cümlədən flüktasiyalar (kiçik amplitudlu rəqslər) da əhəmiyyətli rol oynayır.  
Sistemin  açıq  olması  onda  sistem  elementlərinin  özünütəşkiletməsinin  zəruri  şərti  kimi 
dissipatsiya  (səpilmə)  prosesinin  baş  verməsinə  səbəb  olur.  Açıq  qeyri-tarazlıqlı  sistemlər  xarici 
mühitlə  fəal  qarşılıqlı  təsirin  gedişində  xüsusi  dinamik  hala  keçırlər.  İ.Priqojin  sistemin  bu  halını 
dissipativlik  adlandırır.  Açıq  sistemlərin  elementləri  fəal  xarici  mühitdən  fasiləsiz  qəbul  etdikləri 
enerjini dissipasiya aktları hesabına kooperativ və kollektiv fəaliyyətə başlayaraq özlərini spontan 
surətdə təşkil edirlər. Sinergetik sistemlərin özünütəşkiletməsi bu yolla baş verir. 
5.
 
Qeyri-dayanıqlılıq  prinsipi.  Qeyri-xəttilik  və  açıqlıq  prinsiplərini  ehtiva  edən  qeyri-
dayanıqlıq  prinsipi  uzun  müddət  sistemin  qüsurlarından  hesab  edilmiş  və  həmin  anlayışa  belə 
yanaşma üsulu sinergetikanın yaranmasınadək davam etmişdir. Sistemin dayanaqlı haldan ən kiçik 
uzaqlaşması  belə  onun  halının  trayektoriyasının,  proqramının  qeyri-dayanıqlı  halına  keçməsinə 
səbəb  olur.  Qeyri-dayanıqlıq  nöqtəsində  hətta  qapalı  sistem  belə  açıq  sistemə  çevrilərək  hər  cür 
xarici  təsirə  qarşı  həssaslıq  nümayiş  etdirən  ətraf  mühitdən  əvvəlki  hallarda  qəbul  edə  bilmədiyi 
informasiyaları  ala  bilir.  Sistemin  belə  qeyri-dayanıqlı  halları  bifurkasiya  nöqtələri  adlanır. 
Bifurkasiya  nöqtələri  istənilən  anda  sistemdə  yeni  strukturların,  keyfiyyətlərin  yaranmasına 
başlanğıc  verən  təkamül  prosesləri  olub,  yeni  və  köhnə  keyfiyyətlər  arasında  sərhəd  funksiyasını 
yerinə yetirir. Məsələn, aşırımın ən yüksək nöqtəsi bir vadini digərindən ayıraraq onların arasında 
keçid məntəqəsi rolunu oynayır. Bifurkasiya nöqtəsinin əhəmiyyəti həm də ondadır ki, bu nöqtədə 
qüvvə ilə deyil, informasiya üsulu ilə, başqa sözlə, ən kiçik qarşılıqlı təsirlə belə sistemin davranış 
Sinergetik paradiqma: ipostasiyaları və metodoloji  prinsipləri (məntiqi-qnoseoloji  təhlil) 
 
 

 
53 
 
seçimi  etməsinə,  onun  taleyinə  təsir  etmək  mümkündür.  Keçən  əsrin  60-cı  illərində  qeyri-
dayanıqlığın ən azı üç sərbəstlik dərəcəsinə malik sadə dinamik sistemlərin kəşfi bizdə yaşadığımız 
dünyanın  mürəkkəb təbiətinin  başa düşülməsində inqilabı çevriliş  yaradaraq dinamik  xaos, qəribə 
attraktor və fraktallar dünyasına yol açmağa imkan yaratdı.  
6.
 
Dinamik  Iyerarxiyalıq  və  yaxud  emercentlik  prinsipi.  Sinergetikanın  bu  prinsipi 
tabeçilik prinsipinin qərarlaşma prosesləri üçün ümumiləşdirilməsindən irəli gəlmişdir. Bu prinsip 
bifurkasiya nöqtəsinin qərarlaşmasını, sistemin bu nöqtəni keçməsini, iyerarxik səviyyələrin məhv 
olmasını  ifadə  edən  əsas  prinsiplərdən  biridir.  Emercentlik  prinsipi  sistemdə  yeni  keyfiyyətlərin 
yaranmasını  eyni  bir  səviyyədə,  üfüqi  xətt  boyunca  təsvir  edir.  Məhz  bu  səviyyədə  idarəedici 
parametrlərdə  baş  verən  kəmiyyət  dəyişmələri  sistemi  bifurkasiya  nöqtəsinə  -  onun  strukturunun 
yenidən təşkil olunduğu qeyri-dayanıqlı vəziyyətə çatdırır. Bifurkasiya nöqtəsində köhnənin aradan 
qalxmasını  və  yeninin  yaranmasını  yalnız  mikro-,  makro-  və  meqaaləm  səviyyələrinin  vəhdəti 
əsasında izah etmək mümkündür. Bifurkasiya nöqtəsində makroaləmin kollektiv dəyişənlər, qayda 
parametrləri öz sərbəstlik dərəcələrini mikroaləmin xaosuna qaytararaq onun xaotikliyini artırırlar. 
Daha  sonra  mikro  və  meqa  səviyyələrin  qarşılıqlı  təsiri  prosesində  makroaləm  səviyyəsində  yeni 
parametrlər yaranır. Bu qərarlaşmanın əsas ideyasını simvolik olaraq belə ifadə etmək olar:  
meqa+mikro=makronew 
Bifurkasiya  nöqtəsində  köhnə  makrosəviyyə  aradan  qalxır  və  bu  nöqtədə  mikro  və  meqa 
səviyyələrin bir başa əlaqəsi ilə yeni keyfiyyətli makrosəviyyə yaranır.  
Burada ilk baxışda paradoksal görünən bir nəticə meydana çıxır: axar mayedə turbulentliyin, 
burulğanların  yaranması, heç də onda xaosun, nizamsızlığın artması ilə deyil, makro hərəkətlərin, 
nizamın  yaranması  ilə  izah  edilməlidir.  Deməli,  bifurkasiya  nöqtəsi  keçmiş  və  gələcək  arasılnda 
mikro-, makro- və meqasəviyyədə baş verən bir anlıq sərhəddir.  
7.
 
Müşahidəlilik  prinsipi.  Bu  prinsip  sistem  haqqında  təsəvvürlərin  məhdudluğunu  və 
nisbiliyini  ifadə  edir.  Bu  prinsipə  görə  xaosun  iki  növünü:  varlığın  xaosu  ilə  qərarlaşma  xaosunu 
fərqləndirmək  lazımdır.  Varlığın  xaosuna  misal  olaraq  biosferdə  həyat  formalarının  dayanıqlığını 
təmin edən müxtəlifliyi, ürək ritmlərinin yüngül xaotikliyini və s. misal göstərmək olar.  
Sinergetik  paradiqma  üzrə  apardığımız  araşdırmaları  sona  çatdırarkən  bir  daha  qeyd  etmək 
istəyirik  ki,  “Benar  özəkləri”  və  lazer  şüaları  timsalında  baş  verən  kooperativ  hadisələrin  nəzəriyyəsi 
kimi  meydana  çıxan  sinergetika  tədricən  daha  ümumi  status  qazanaraq  açıq,  qeyr-xətti,  dissipativ, 
dayanıqsız, iyerarxal sistemlərin təsvirini verən daha geniş statuslu nəzəriyyəyə çevrilmişdir. 
 
ƏDƏBİYYAT 
1.
 
Степин В.С Теоретическое  знание. М.: Прогресс-Традиция, 2000,  744 с. 
2.
 
Пригожин И., Стенгерс И. Порядок из хаоса: Новый диалог человека c природой. 
М.: Прогресс, 1986, 431 с. 
3.
 
Хакен Г. Синергетика. М.: Мир,1980, 404 с. 
4.
 
Сурков  В.В.  О  термине  «Синергетика»  //Синергетика.  Труды  семинара.  Т.З.  М.: 
Наука, 2000, с.82-85. 
5.
 
Мамчур  Э.А.  Процессы  самоорганизации  в  развитии  научного  знания  // 
Философские науки. 1989, №7, с.66-73. 
6.
 
Кун Т. Структура научных  революций. М.: Прогресс, 1975, 288 с. 
7.
 
Qurbanov F. Sinergetika xaosun astanasında. Bakı: Bakı Universiteti, 2004, 316 s. 
8.
 
Капица С.П., Курдюмов С.П., Малинецкий Г.Г. Синергетика и прогнозы будущего. 
М.: УРСС, 2003, 288 с. 
9.
 
Федорович  В.А.,  Федорович  И.В.  Диалектическая  философия  и  синергетика  / 
Материалы  III  Российского  философского  конгресса.  Том  1.  Ростов  на  Дону: 
СКИЦВШ, 2002, 432 с. 
10.
 
Дружинин  Д.,  Ванярхо  В.  Синергетика  и  методология  системных исследований.  / 
Hüseynov E.B. 
 

 
54 
 
Системные исследования. М.: Ежегодник, 1988, с.284-292. 
11.
 
  Буданов  В.Г.,  Мелехова О.П. Концепция современного естествознания.  М.: РАИ, 
1998, 458 с. 
12.
 
Баранцев Р.Г. Синергетика в современном естествознании. М.: УРСС, 2013, 144 с. 
13.
 
Трубецков Д.И. Введение в синергетику. Хаос и структура. М.: УРСС, 2004, 240 с. 
14.
 
Князева Е.Н., Курдюмов С.П. Основания синергетики. СПб: Алатейя, 2002, 414 с. 
 
РЕЗЮМЕ 
СИНЕРГЕТИЧЕСКАЯ ПАРАДИГМА: ИПОСТАЦИИ И МЕТОДОЛОГИЧЕСКИЕ 
ПРИНЦИПЫ (логико-гносеологический анализ). 
Гусейнов Э.Б. 
 
Ключевые  слова:  синергетика,  самоорганизация,  порядок,  хаос,  нелинейность, 
открытость,  дисципативность,  гомеостатичность,  иерархич-
ность.    
  В  данной  статье  анализируются  ипостации  и  методологические  принципы 
синергетики  и  на  основе  некоторых  критериев  дается  их  классификация.  Реализуемый  в 
работе  анализ  дает  возможность  познавать  некоторые  новые  аспекты  синергетической 
парадигмы. 
 
SUMMARY 
SYNERGETIC PARADIGM: FEATURE AND METHODOLOGICAL PRINCIPLES  
(logical-epistemological analysis). 
Huseynov E.B.  
 
Key  words:  synergetics,  self-organization,  order,  chaos,  nonlinearity,  openness,  dissipative, 
homeostasis, hierarchy.  
This  article  analyzes  the  feature  and  methodological  principles  of  synergy  based  on  some 
criteria given their classification. The work realized analysis enables cognize some new aspects of 
synergetic paradigm. 
 
 
 
 
Daxil olma tarixi: 
İlkin variant 
20.04.2016 
 
Son variant 
01.06.2016 
 
 
Sinergetik paradiqma: ipostasiyaları və metodoloji  prinsipləri (məntiqi-qnoseoloji  təhlil) 
 
 

 
55 
 
 
UOT 93.25 
 
İDARƏ ARXİVLƏRİ VƏ ONLARIN FƏALİYYƏTİ 
 
KƏRİMLİ SAMİR SƏLİM oğlu 
Sumqayıt Dövlət Universiteti, t.ü.f.d., müəllim 
e-mail: 
fateh99@list.ru
 
 
Açar sözlər: dövlət/idarə arxivləri, ekspert komissiyaları, sənəd, siyahı, metodika, arayış. 
Arxivlər  sistemində  idarə  arxivlərinin  öz  yeri  var.  İdarə  arxivləri  nazirlik,  idarə  və  başqa 
təşkilatlar  sənədlərini  dövlət  arxivlərinə  verənədək  onların  mühafizəsini  həyata    keçirən  orqandır. 
Bu  arxivlər  dövlət  arxivinin  komplektləşdirilməsində  mənbə  rolunu  oynayır.  Milli  Arxiv  İdarəsi 
idarə  arxivlərini  yoxlamaq  üçün  yoxlama-ekspert  komissiyası  təşkil  edir  və  yoxlamanın  sənədləri 
Milli Arxiv İdarəsinin kollegiyasında müzakirə edilir. 
Həmçinin  idarə  arxivlərinə  nəzarət  etmək  üçün  MAİ  tərəfindən  kuratorlar  da  təyin 
edilirlər.1960-ci  illərin  ortalarında  dövlət  arxivlərində  öz  hesabına  fəaliyyət  göstərən  xidmət 
şöbələri vardı ki, onlar idarələrdəki sənədlərin və dövlət arxivinə göndəriləcək sənədlərin siyahısını 
hazırlayaraq  elmi  sorğu  aparatının  yaradılmasında  yaxından  iştirak  edirdilər.  Dövlət  arxiv  fondu 
haqqında  əsasnaməyə  uyğun  olaraq  idarə  arxivinin  bütün  sənədləri  dövlət  arxiv  fondunun  tərkib 
hissəsi  hesab  olunur.  İdarə  arxivlərində  sənədlərin  saxlanılmasına,  ondan  istifadəyə  bilavasitə 
müəssisənin rəhbəri cavabdehdir. Əsasnaməyə görə idarə arxivindəki sənədlər dövlət mühafizəsinə 
verilənə  qədər  onlar  üçün  müxtəlif  saxlama  müddətləri  müəyyən  edilmişdir.  Ali  hakimiyyət  və 
dövlət  idarə  orqanlarının  sənədlərinin  saxlama  müddəti  15  il,  əyalət  və  bölgələrdə  10  il,  şəhər  və 
rayon tabeçiliyindəki idarələrdə 5 il təyin  edilmişdir. Şəxsi tərkibli sənədlərin saxlanılması üçün 40 
il  müəyyən  edilmişdir.  Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatı  75  il,  səsyazma  və  kino 
çəkilişləri 3 il idarə arxivlərində mühafizə edilir. Elə müəssisə və təşkilatlar mövcuddur ki, onlar öz 
sənədlərini dövlət arxivlərinə mühafizəyə vermirlər. İdarə arxivləri 2 qrupa bölünürlər: 1. Həm öz 
sənədlərini,  həm  də  özünə  tabe  olan    idarə  və  müəssisələrin  sənədlərini  mühafizə  edən  idarə 
arxivləri.  2.  Yalnız  öz  idarəsinin  sənədlərini  saxlayan  idarə  arxivləri.  məs:  a)  elmi-tədqiqat 
institutları;  b)  daha  kiçik  təşkilatlar  da  vardır  ki,  onların  sənədlərinin  dövlət  arxivinə  verilməsinə 
ehtiyac yoxdur. İdarə arxivində sənədlərin mühafizəsinin siyahısı göstərici kataloqlarla məhdudlaşır 
[1, 21-22]. 
Dövlət və idarə arxivlərinin bir sıra oxşar və fərqli cəhətləri mövcuddur.  
Oxşar  cəhətlər  bunlardır:  1.  Sənədlərin  mühafizəsi  və  cəmiyyətə  gərəkliliyinə  görə  ondan 
istifadə  edilməsi.  2.  Arxiv  işinin  vahid  metodikası.  3.  Sənədlərin  yoxlanılması  funksiyası  və 
əhəmiyyətliliyinin ekspertizası. Fərqli  cəhətlər: 1. Dövlət arxivi müstəqil idarədir, idarə arxivi isə 
dövlət  arxivinin  struktur  bölməsidir.  2.  Dövlət  arxivinin  əsas  hissəsi  elmi-tədqiqat  səciyyəvidir, 
idarə  arxivinin  isə  hamısı  belə  deyildir.  3.  Dövlət  arxivində  sənədlər  daimi,  idarə  arxivində  isə 
müvəqqəti saxlanılır. 4. Sənədlərin kompleksində fərq vardır, yəni idarə arxivləri sənədləri ayrı-ayrı 
bölmələrdən qəbul edirlər, dövlət arxivləri isə seçib ayırırlar [1, 70].  
Dövlət  arxivində  müxtəlif  növ  sənədləri  əks  etdirən  sorğu  kitabları  topoqrafik  göstəricilər 
adlanır. Onların iki növü vardır:1. Postellaj göstəricisi; 2. Fond üzrə göstəricisi. Postellaj göstəricisi 
konkret  qəfəslərdə  (stellajlarda)  hansı  materialların  olmasını  göstərir.  Fond  üzrə  göstərici  isə 
konkret  bir  fondda  mühafizə  edilən  sənədlər  haqqında  məlumat  verir.  Hər  bir  topoqrafik 
göstəricinin  öz  əhəmiyyəti  var.  Onlar  bir-birini  əvəz  etmir,  lakin  bir-birini  tamamlayır.  Yəni 
birincidə qeyd edilən sənəd ikincidə də müvafiq olaraq öz yerini tapmalıdır. Göstəricilər ya böyük 
formatlı  kartoçkalarada,  ya  da  vərəqələrdə  tərtib  edilirlər.  Bir  sıra  kiçik  müəssisələr  topoqrafik 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  

 
56 
 
göstəricilərə  ehtiyac  duymurlar.  Bu,  ondan  irəli  gəlir  ki,  həmin  idarələrin  arxiv  fondu  kiçik 
həcmlidir. Sənədlərini dövlət mühafizəsinə verən və verməyən idarələr üç kateqoriyaya bölünürlər: 
birinci  kateqoriyaya  aid  olan  idarələr  mühüm  dövlət  əhəmiyyətli  sənədləri  yaradırlar,  bunlar  ali 
qanunverici  və  icraedici  orqanların  sənədləridir.  İkinci  kateqoriyaya  aid  olan  idarələr  də  dövlət 
əhəmiyyətli  və  cəmiyyətə  xeyirli  olan  sənədlər  yaradırlar  (ali  təhsil  ocaqları,  ictimai  təşkilatlar, 
mədəniyyət  ocaqları).  Üçüncü  kateqoriyaya  daxil  olan  idarələr  dövlət  əhəmiyyətli  sənədlər 
yaratmırlar. Gündəlik iş fəaliyyət nəticəsində bu sənədlər yaranır [1, 56]. 
Dövlət arxivləri MAİ-nin onlara verdiyi hüquq və səlahiyyət çərçivəsində, idarələrdə mühafizə 
edilən  Milli  Arxiv  Fondunun  (MAF)  sənədlərinin  komplektləşdirilməsi  və  mühafizəsinin  təmin 
edilməsi məqsədilə, sənədlərini mühafizə üçün dövlət arxivlərinə verən idarə arxivlərinin işinə və 
təşkilarların  kargüzarlığında  sənədlərin  təşkilinə  təşkilati-metodiki  rəhbərliyi  həyata  keçirir, 
həmçinin arxiv orqanları tərəfindən idarə arxivlərində daimi mühafizə edilən MAF-nun sənədlərinin 
vəziyyətinə nəzarət etməyə və həmin idarə arxivlərinə metodiki köməklik göstərməyə cəlb edilirlər. 
Fəaliyyəti  prosesində  MAF  sənədləri  yaranmayan  idarə  arxivlərinə  və  təşkilatların  kargüzarlıq 
xidmətinə,  o  cümlədən  şəxsi  heyətə  aid  sənədlərin  mühafizəsinin  təşkilinə  dövlət  arxivləri 
tərəfindən  köməklik  göstərilir  [2].  İdarə  arxivlərinin    işinə  və  təşkilatların  kargüzarlığında 
sənədlərin  təşkilinə  dövlət  arxivlərinin    təşkilati-metodiki  rəhbərliyi  və  nəzarəti  deyiləndə 
aşağıdakılar    nəzərədə  tutulur:  1.  İdarə  arxivlərinin  ekspert  kommissiyalarının  işinin  və 
kargüzarlıqda  sənədlərin  təşkilinin,  təkmilləşdirilməsinin,  təşkilatla  birlikdə  təşkilati  və  metodiki 
tədbirlərin  həyata  keçirilməsi;  2.  MAF  sənədlərinin,  o  cümlədən,  xüsusilə  qiymətli  sənədlərin  və 
sığorta fondu surətlərinin, şəxsi heyətə aid sənədlərin fondlar üzrə və statistik uçotunun aparılması; 
idarə  arxivlərinin  pasportlaşdırılması;  3.  Dövlət  standartının  və  kargüzarlığın  vahid  dövlət 
sisteminin  (KVDS)  təşkilati-sərəncamverici  sənədlərə  tətbiqi,  inkişafı  və  təkmilləşdirilməsində 
iştirakı;  4.  İdarə  arxivlərinin  ekspert  komissiyalarının  işinin  və  təşkilatların  kargüzarlığında 
sənədlərin  təşkilinin  yoxlanılması;  5.  Kargüzarlığın  vəziyyətinə  və  idarə  arxivlərinin  fəaliyyətinə 
ictimai baxışlarda iştirak etməsi; 6. Sənədlərin mühafizəsinin təmin edilməsi, qaydaya salınması və 
istifadə edilməsi, həmçinin normativ-metodik vəsaitlərin işlənib hazırlanması və xüsusilə qiymətli 
sənədlərin  sığorta  fondunun  yaradılması  işlərində  müqavilə  yolu  ilə  idarə  arxivlərinə  köməyin 
təşkili;  7.  İdarə  arxivlərinin,  təşkilatların    ekspert  komissiyalarının  işinin  və  kargüzarlıqda 
sənədlərin təşkili üzrə qabaqcıl  təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və  yayılması; 8. İdarə 
arxivlərinin  və  kargüzarlıq  xidməti  işçilərinin,  təşkilatların  ekspert  komissiyaları  sədrlərinin  və 
üzvlərinin ixtisaslarının artırılması; 9. Dövlət arxivində təşkilatlarla işin uçotu [3, 121-125]. 
Dövlət  arxivləri  təşkilatlarla  birlikdə:  1.  Arxiv  işi  haqqında  hakimiyyət  orqanlarının 
qərarlarının,  təşkilatların  əmrlərinin  layihəsinin,  arxiv  işi  və  kargüzarlıq  üzrə  tədbirlər  planının 
işlənib  hazırlanmasına  köməklik  göstərir;  2.  Sənədlərin  idarə  arxivlərində  mühafizəsinin 
təkmilləşdirilməsi  barədə,  o  cümlədən,  birləşmiş  idarə  və  idarələrarası    arxivlərin  yaradılması 
barədə  idarə  rəhbərliyinə  təkliflərin  hazırlanmasında  iştirak  edir;  3.  Müvafiq  arxiv  orqanları  ilə 
müzakirə  edib  razılaşdırır:  idarə  arxivləri  haqqında  əsasnamə,  təşkilatların  ekspert  komissiyaları 
haqqında  əsasnamə,  kargüzarlığın  aparılması  üzrə  təlimat,  nümunəvi,  ümumi  və  konkret  iş 
nomenklaturaları hazırlayır [3, 201-203]. 
İdarə  arxivlərinin,  təşkilatların  ekspert  komissiyaları  haqqında  əsasnamələrin  layihələri 
razılaşdırmaq üçün hazırlanarkən, dövlət arxivləri onların MAF haqqında Əsasnaməyə və MAİ-nin 
idarə arxivləri və ekspert komissiyaları haqqında işləyib hazırladığı nümunəvi əsasnamələrə uyğun 
tərtib  edilməsinin  düzgünlüyünü  yoxlayır.  Təlimatlar  razılaşdırılmaq  üçün  hazırlanarkən,  dövlət 
arxivləri onların Dövlət standartları, KVDS və idarə arxivlərinin iş qaydalarına uyğun düzgün tərtib 
edildiyini  yoxlayırlar.  İş  nomenklaturaları  razılaşdırılmaq  üçün  hazırlanarkən,  dövlət  arxivləri 
onların  KVDS  və  idarə  arxivlərinin  iş  qaydalarının  tələblərinə  uyğun  düzgün  tərtib  edildiyini, 
həmçinin  onlara daxil edilmiş iş və sənədlərin tərkibinin dolğunluğunu yoxlayırlar. 
İdarə arxivləri və onların fəaliyyəti 
 

 
57 
 
Dövlət  arxivləri  təşkilatların  iş  nomenklaturalarını  lazım  olduğu  hallarda,  lakin  əvvəlki 
razılşdırmadan  beş  ildən  gec  olmayaraq,  növbəti  dəfə  razılşdırmaq  üçün  hazırlayırlar:  1.  Daimi 
mühafizə  edilməli  işlərin  siyahılarının  illik  bölmələrini,  xüsusilə  qiymətli  işlərin  və  sənədlərin 
siyahılarını  müzakirə  edir,  təsdiq  edir,  yaxud  müvafiq  arxiv  orqanının  ekspert-yoxlama 
komissiyasında  təsdiq  edilmək  üçün  hazırlayır;  şəxsi  heyətə  aid  işlərin  siyahılarının  bölmələrini 
razılaşdırır  yaxud  razılaşdırmaq  üçün  hazırlayır;  2.  Daimi  mühafizə  edilməli  işlərin  siyahılarının 
illik  bölmələrini  ekspert-yoxlama  komissiyalarında  baxılmaq  üçün  hazırlayarkən  dövlət  arxivləri 
sənədlərin mühafizə edilmək üçün düzgün seçilməsini yoxlayır,  siyahıların illik bölmələrinə daxil 
edilmiş  işlərin  və  sənədlərin  tərkibinin  dolğunluq  dərəcəsini,  siyahıların  təsvirinin  keyfiyyətini, 
siyahıların  illik  bölmələrinin  düzgün  tərtib  edilməsini,  siyahılara  lazım  olan  elmi-məlumat 
aparatının və siyahısı ilk dəfə təqdim olunan fondlarda tarixi anlayışların mövcudluğunu müəyyən 
edir. Siyahılar təsdiq edildikdən sonra onun birinci nüsxəsi nəzarət üçün dövlət arxivində mühafizə 
edilir;  3.  İşlərin  siyahısının  arxiv  təşkilatının  EYK-na  təqdim  edilməsinin  və  MAF  sənədlərinin 
dövlət mühafizəsinə verilməsinin cədvəlini razılaşdırırlar; 4. Təşkilatın MEK (EK)-nın işində iştirak 
edirlər. 5. MAF sənədlərinin hazırlanıb dövlət mühafizəsinə verilməsi, idarədaxili nəzarətin təşkili, 
birləşmiş  idarə  və  idarələrarası  arxivlərin,  o  cümlədən  şəxsi  heyətə  aid  arxivlərin  yaradılması  və 
işinin təşkili, idarə arxivi işçilərinin əməyinin normalaşması və digər sahələr üzrə idarə arxivlərinə, 
ekspert  komissiyalarına  və  kargüzarlıq  işçilərinə  təşkilati  və  əməli  köməklik  göstərirlər.  6.  İdarə 
arxivlərinin  işi  və  kargüzarlıqda  sənədlərin  təşkili  məsələləri  üzrə  metodik  vəsaitlər  hazırlayır  və 
tətbiq  edirlər;  7.  İdarə  arxivlərinin,  ekspert  komissiyalarının  işi,  kargüzarlıqda  sənədlərin  təşkili 
məsələləri  üzrə  normativ-metodik  vəsaitlərin  hazırlanmasında  və  onların  tətbiq  edilməsində 
təşkilatlara metodiki və əməli köməklik göstərirlər; 8. Arxiv işi və kargüzarlıqda sənədlərin təşkili 
məsələləri üzrə normativ-metodiki sənədlərin işlənib hazırlanmasında iştirak edir və tətbiq edilməsi 
üzrə  iş  aparırlar;  9.  KVDS,  təşkilati-sərəncamverici  sənədlərin  unifikasiya  sistemi  və  Dövlət 
standartlarının sənədlərlə işdə tətbiq edilməsi üzrə elmi-metodiki rəhbərliyin həyata keçirilməsində 
yaxından  iştirak  edirlər;  10.  İdarə  arxivlərinin  ekspert  komissiyalarının  işi  və  kargüzarlıqda 
sənədlərin  işinin  metodikası  məsələləri  üzrə  müşavirələr,  seminarlar,  məsləhətlər  və  təlimatlar 
keçirirlər [1, 81].  
Dövlət  arxivləri  MAİ-nin  müəyyən  etdiyi  mərkəzləşdirilmiş  dövlət  uçotu  və  statistik  forma 
üzrə idarə arxivlərində mühafizə edilən sənədlərin uçotunu bu qaydada aparırlar: 1. İdarə arxivinin 
pasportu,  təsdiq  edilmiş  statistik  forma  üzrə;  2.  Fond  kartoçkası;  3.  Hər  ilin  01.01.-də  fondların 
tərkibi  və  həcmində  dəyişikliklər  barədə  məlumatlar;  4.  EYK-nın  təsdiq  etdiyi  daimi  mühafizə 
edilməli işlərin siyahısı; 5. Xüsusilə qiymətli işlərin siyahıları; 6. Sığorta fondununun siyahıları. 
İdarə  arxivlərinin  hər  il  təqdim  etdikləri  pasportlar  və  başqa  uçot  sənədləri  əsasında  (fond 
kartoçkaları, fondların tərkibi və həcmində dəyişikliklər barədə məlumatlar, EYK-da təsdiq edilmiş 
işlərin siyahıları və s.) dövlət arxivləri təsdiq edilmiş statistik formada idarə arxivlərinin vəziyyəti 
haqqında  hesabat  tərtib  edirlər.  İdarə  arxivləri  hər  il  dövlət  arxivləri  tərəfindən  pasportlaşdırılır. 
İdarə  arxivlərinin  pasportu  hər  il  yanvarın  01-nə  olan  məlumatı  əks  etdirir.  Pasportlaşdırma:  1. 
Təşkilatlara iki nüsxə pasport blanklarının göndərilməsini; 2. Pasportların doldurulması üzrə idarə 
arxivləri müdirlərinin arxivlərə cavabdeh şəxslərlə birlikdə seminarlar, müşavirələr, məsləhətlər və 
s.  keçirilməsini;  3.  Pasportların  doldurulmasında  təşkilatlara  əməli  köməklik  göstərilməsini;  4. 
Bilavasitə, təşkilatlarda pasportların düzgün doldurulmasının nümunə üçün yoxlanılmasını; 5. İdarə 
arxivlərinin pasportlarının təhlilini (pasportun doldurulmasında çoxlu səhv olduqda düzəltmək üçün 
o,  geri  qaytarılır);  6.  Pasportların  doldurulmasının  nəticələri  üzrə  idarə  arxivlərinin  müdirləri  və 
arxivə  cavabdeh  şəxslərlə  müşavirənin  keçirilməsini;  7.  İdarə  arxivlərinin  pasportlarının 
doldurulması  üzrə  yaddaşın  və  başqa  metodiki  göstərişlərin  hazırlanmasını  nəzərdə  tutur.  İdarə 
arxivi dövlət mühafizəsində olmalı, hər bir fonda fond vərəqi əsasında fond kartoçkası tərtib edir və 
onun əsasında fondun tərkibinin, həcmi və vəziyyətinin, fonddakı sənədlərin ilk və son tarixlərinin 
uçotunu aparır. Fond kartoçkası dövlət arxivinə bir dəfə təqdim edilir. Sonra isə tərkib və həcmində 
Kərimli S.S. 
 

 
58 
 
olan  dəyişikliklər  barədə  hər  il  məlumat  verilir. Dövlət  arxivinə  fond  kartoçkalarını  hər  il  təqdim 
edən idarə arxivlərini MAİ müəyyən edir. EYK-nın təsdiq etdiyi daimi mühafizə ediləcək işlərin və 
xüsusilə qiymətli işlərin siyahıları, habelə sığorta fondu sənədlərinin siyahısı həmin işlərin ayrılıqda 
və ümumi uçotu üçündür və onlar EYK-da təsdiq edildikcə dövlət arxivinə təqdim olunurlar. Dövlət 
arxivi  daimi  mühafizə  edilməli  işlərin  EYK-da  təsdiq  edilmiş  siyahılarının  uçotunu  aparır.  İdarə 
arxivlərində mühafizə edilən arxiv  fondlarının və işlərin uçotu  dövlət arxivində mərkəzləşdirilmiş 
halda, bir struktur bölmə tərəfindən aparılır [4, 102].  
Dövlət  arxivləri  idarə  arxivlərinin,  ekspert  komissiyalarının  fəaliyyətinin  və  təşkilatın 
kargüzarlığında sənədlərin təşkilinin MAİ və şöbələri tərəfindən kompleks yoxlanılmasında iştirak 
edirlər,  onların  razılığı  ilə  müstəqil  kompleks  yoxlamalar  həyata  keçirirlər;  müstəqil  tematik  və 
nəzarət yoxlamaları aparırlar. Dövlət arxivləri tərəfindən idarə arxivlərinin kompleks yoxlanılması, 
bir qayda olaraq hər beş ildə bir dəfədən az olmayaraq aparılır. Nəzarət yoxlaması, lazım olduqda, 
dövlət arxivləri tərəfindən kompleks yaxud tematik yoxlamaların keçirilməsindən bir il sonra həyata 
keçirilir.  Dövlət  arxivi  nəzarət  yoxlaması  əvəzinə  əvvəlki  yoxlama  prosesində  aşkar  edilmiş 
çatışmazlıqların  aradan  qaldırılması  üzrə  təkliflərin  yerinə  yetirilməsinin  gedişi  barədə 
təşkilatlardan məlumat tələb edə bilər. Kompleks yoxlama MAİ-nin, arxiv şöbəsinin yaxud dövlət 
arxivi  direktorunun  təsdiq  etdiyi  plan  üzrə  həyata  keçirilir.  Planda  yoxlamaların  məqsədi  və  əsas 
məsələləri, onun keçirilməsinin ardıcıllığı  və müddətləri, komissiyanın  tərkibi göstərilir. Yoxlama 
aparılacaq  təşkilatların  rəhbərliyinə  yoxlamanın  məqsədləri  və  onun  keçirilmə  müddətləri  barədə 
xəbər  verilir.  Kompleks  yoxlamanın  hazırlanması  və  aparılması  gedişində  yoxlanılan  təşkilatların 
nəzarət  işləri,  daimi  mühafizə  edilməli  işlərin  EYK-da  təsdiq  edilmiş  siyahıları,  təşkilatların 
rəhbəredici və normativ-metodik sənədləri, planlar və hesabatlar, pasport və idarə arxivinin başqa 
uçot sənədləri, MEK (EK)-nın materialları öyrənilir; təşkilatlarda yaranan sənədlərin tərkibi, onların 
qaydaya  salınmasının  səviyyəsi  bilavasitə  yerində  öyrənilir.  Kompleks  yoxlamanın  nəticələri  bir 
qayda  olaraq  arxiv  orqanlarının  kollegiyalarında  yaxud  dövlət  arxivlərinin  direksiyalarında 
müzakirə  edilir.  İdarə  arxivlərinin  və  kargüzarlıq  xidmətinin  kompleks  yoxlanılmasının  nəticələri 
üzrə bir qayda olaraq, təşkilat  rəhbərinin təsdiq etdiyi  tədbirlər planı işlənib  hazırlanılır və dövlət 
arxivinə  yaxud  müvafiq  arxiv  orqanına  təqdim  edilir.  İdarə  arxivinin  işinin  və  kargüzarlıqda 
sənədlərin  təşkilinin  tematik  yoxlanılması,  dövlət  arxivi  direktorunun  təsdiq  etdiyi  proqram  üzrə, 
idarə  arxivinin  müəyyən  fəaliyyət  sahəsini  və  kargüzarlıqda  sənədlərin  təşkilini  yoxlamaq 
məqsədilə dövlət arxivi tərəfindən həyata keçirilir. Dövlət arxivləri idarə Arxivləri və kargüzarlıqda 
sənədlərin  təşkilinin  kompleks  və  tematik  yoxlanılması  üzrə  təkliflərin  yerinə  yetirilməsinin 
gedişini yoxlamaq məqsədilə sistematik nəzarət yoxlamaları keçirir [2]. 
Yoxlamaların  nəticələri    arayışla  rəsmiləşdirilir.  Orada  yoxlama  planına  müvafiq  olaraq, 
yoxlamanın  kim  tərəfindən  aparıldığı,  tarixi  və  məqsədi,  arxiv  işinin  vəziyyəti  və  kargüzarlıqda 
sənədlərin  təşkilinin  yoxlama  nəticələri  qeyd  edilir;  aşkar  edilmiş  çatışmazlıqlar  göstərilir; 
yoxlamanın  təşkilatda  arxiv  işinin  vəziyyəti  və  kargüzarlıqda  sənədlərin  təşkili  barədə  ümumi 
nəticələr  və  mövcud  çatışmazlıqların  aradan  qaldırılması  üzrə  təkliflər  verilir;  təkliflərin  yerinə 
yetirliməsinin  müddətləri  müəyyən  edilir.  Yoxlamanın  nəticələri  təşkilatın  rəhbərliyinə  bildirilir, 
ekspert  komissiyasının  sədri  və  üzvlərinin  iştirakı  ilə  idarə  arxivləri  və  kargüzarlıq  xidməti 
işçilərinin  müşavirəsində  müzakirə  edilir.  İdarə  arxivinin  işində  və  kargüzarlıqda  sənədlərin 
təşkilində Azərbaycan dövlət arxiv xidmətinin tələblərinin ciddi pozulduğu aşkar edildiyi hallarda 
yoxlamanın nəticələri müvafiq arxiv orqanı tərəfindən yuxarı təşkilatın nəzərinə çatdırılır. Yoxlama 
prosesində  aydın  və  konkret  izahatlar  verilir,  təşkilat  tərəfindən  dövlət  arxiv  xidmətinin  hansı 
tələblərinin  yerinə  yetirilmədiyi  yaxud  pozulduğu  və  onları  aradan  qaldırmağın  yolları  göstərilir, 
vaxt imkanı olarsa, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasında təşkilata əməli köməklik 
göstərilir [4, 132]. 
Dövlət arxivləri kargüzarlığın təşkili və idarə arxivlərinin işinə nazirliklərin, idarələrin və başqa 
təşkilatların  keçirdikləri  ictimai  baxışlarda  iştirak  edirlər.  Arxiv  orqanlarının  tapşırığı  ilə  onlar 
İdarə arxivləri və onların fəaliyyəti 
 

 
59 
 
ictimai  baxışlara  metodiki  rəhbərliyi  həyata  keçirir,  baxışın  təşkili  formalarının  (növlərinin), 
keçirilməsi dövrünün, şərtlərinin müəyyən edilməsində və baxış komissiyası haqqında əsasnamənin 
işlənib  hazırlanmasında,  baxışın  nəticələri  üzrə  arayışın  və  rəhbəredici  sənədin  hazırlanmasında 
iştirak edirlər. Dövlət arxivləri kargüzarlığın vəziyyətini və idarə arxivlərinin işini  yaxşılaşdırmaq 
məqsədilə “Ən yaxşı idarə arxivi”, “ Ən yaxşı birləşmiş arxiv” adları uğrunda baxış-müsabiqələr və 
başqa  tədbirlər  təşkil  edirlər.  Sənədlərin  mühafizəsinin  təmin  edilməsi,  qaydaya  salınması  və 
istifadə  edilməsi,  həmçinin  xüsusilə  qiymətli  sənədlərin  surətlərinin  sığorta  fondunun 
yaradılmasında  müqavilə  yolu  ilə  idarə  arxivlərinə  kömək  göstərilməsi  məqsədilə  dövlət 
arxivlərində  xüsusi  vəsait  hesabına  saxlanılan  müvafiq  struktur  bölmələr-şöbələr  yaxud  qruplar 
yaradılır.  Müqavilə  əsasında  kömək  göstəriləcək  təşkilatların  siyahısı,  göstəriləcək  köməyin 
ardıcıllığı, növü və metodikası mütləq dövlət arxivinin maliyyə işlərinə baxan struktur bölmələri ilə 
razılaşdırılmalıdır.  Dövlət  arxivinin  rəhbərliyi,  lazım  olduqda,  xüsusi  vəsait  hesabına  şöbənin 
gördüyü  işlərin  keyfiyyətinə  nəzarəti  həyata  keçirmək  üçün  əlaqədar  struktur  bölmələrin 
nümayəndələrindən ibarət xüsusi komissiya təşkil edir.  
Dövlət  arxivləri  sistematik  olaraq  sənədlərin  idarələrdə  mühafizəsinin  və  kargüzarlıqda 
sənədlərin  təşkilinin  qabaqcıl  təcrübəsini  öyrənir,  ümumiləşdirir  və  yayırlar:  1.  İdarə  arxivinin 
fəaliyyətinin,  ekspert  komissiayalarının  işinin  və  kargüzarlıqda  sənədlərin  təşkilinin  bilavasitə 
öyrənilməsi  və  təşkilatların  öz  işləri  barədə  verdikləri  məlumatların  əsasında  analitik  arayışlar, 
icmallar, təkliflər, təlimatlar  və s. tərtib edilir, idarə arxivlərinin, ekspert komissiyalarının işində və 
kargüzarlıqda sənədlərin təşkilində onlardan istifadə edilir; 2. İdarə arxivləri, ekspert komissiyaları 
və kargüzarlıq xidməti işçilərinin iş təcrübəsinin yayılması üzrə müşavirə və seminarlar keçirirlər; 
3.  Sərgilərin  açılması  haqqında  ictimaiyyətə  mətbuat.  radio,  televiziya  vasitəsilə  məlumat  verir, 
onları  ən  yaxşı  (nümunəvi)  idarə  arxivləri  və  kargüzarlıq  xidmətinin  fəaliyyəti  ilə  tanış  edirlər,  “ 
İdarə arxivi şurası” və s. yaradırlar [3, 99-100]. 
Dövlət arxivləri arxiv orqanları və təşkilatları ilə birlikdə yaxud müstəqil olaraq idarə arxivləri 
və  kargüzarlıq  xidməti  işçilərinin,  ekspert  komissiyaları  sədrlərinin  və  üzvlərinin  ixtisasının 
artırılmasını təşkil edirlər. İxtisasın artırılmasının əsas formaları aşağıdakılardır: 
1.
 
Arxiv orqanları və. s yanında daimi fəaliyyət göstərən, proqramları müvafiq arxiv orqanları 
tərəfindən  təsdiq  edilən  ixtisasartırma  kursları;  2.  Bir  sahə  təşkilarlarının  idarə  arxivləri  və 
kargüzarlıq xidməti işçiləri üçün nəzərdə tutulan proqramını  müvafiq  arxiv  orqanı  ilə razılaşdıran 
respublika,  şəhər  kursları;  3.  Dinləyicilər  kontingenti  nəzərə  alınmaqla,  idarə  arxivləri  və 
kargüzarlıq xidməti, ekspert komissiyalarının müəyyən sahəsi üzrə MAİ və ya dövlət arxivi yanında 
daimi fəaliyyət  göstərən  seminarlar; 4. Aktual məsələlərlə, arxiv işi və kargüzarlığa aid hökumət 
qərarlar  və  normativ  sənədlərlə  idarə  arxivləri  və  kargüzarlıq  xidməti  işçilərinin  hamısını  tanış 
etmək məqsədilə dövlət arxivi yaxud  arxiv orqanı tərəfindən keçirilən birdəfəlik seminarlar. İdarə 
arxivləri  və  kargüzarlıq  xidməti  işçilərinin,  ekspert  komissiyalarının  sədrləri  və  üzvlərinin 
ixtisasının  artırılması  məqsədilə  sahə  işçilərinin  ixtisasartırma  institutlarından,  habelə  dövlət  və 
təsərrüfat  işçilərinə  arxiv  və  kargüzarlıq  xidmətinin  vəziyyəti  haqqında  məlumat  vermək  üçün 
həmin orqanların təşkil etdiyi müşavirələrdən və kurslardan istifadə edilməsi təklif olunur [1, 126].   
Elmi  yeniliyi:  Məqalədə  arxiv  idarələrinin  təşkili,  fəaliyyəti,  sənədlərin  saxlanılması  kimi 
vacib məsələlər göstərilir.  
Tətbiqi  əhəmiyyəti:  məqalədə  əldə  olunan  nəticələrdən,  gələcəkdə  idarə  arxivlərinin  təşkili, 
fəaliyyəti, sənədlərin saxlanılması kimi vacib məsələlərdə istifadə oluna bilər.  
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin