Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsi Göygöl rayon mks



Yüklə 0,55 Mb.
tarix07.01.2017
ölçüsü0,55 Mb.
#4532
Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsi

Göygöl rayon MKS


31 mart dünya azərbaycanlılarının soyqırımı gününə həsr olunmuş




TARİXİN QANLI SƏHİFƏSI”
(Metodiki vəsait)
GÖYGÖL – 2012

Tərtib edəni:
Komputer dizaynı və yığımı:

Qasımov Allahşükür Mirməhəmməd oğlu

Metodika və Biblioqrafiya şöbəsinin böyük metodisti:

Qasımova Minarə Məsim qızı


İnternet səhifəsində:
www.az.wikipedia.org

www.anl.az

www.human.gov.az

www.mns.gov.az

www.azerigenocide.org
Dövri mətbuat:
Nazim Mustafa

1918-1920-ci illərdə Ağbaba və Şörəyel nahiyələrində ermənilərin törətdikləri soyqırımı. /N.Mustafa// Xalq qəzeti.-2012.-31 mart.-s.5.



Etibarlı Etibar

Ermənilər heç vaxt fürsəti fövtə verməyiblər. / E. Etibarlı// Respublika.-2012-.N85-s.5.



Rzalı Rəsmiyyə

Erməni xisləti/R. Rzalı// Azərbaycan.-2012.-31 mart. s.7



Qədir Aslan

Göyçədən ucalan fəryadlar /Q. Aslan// Respublika.-2012.-31 mart.-s.8

Məmmədov Xəqani

Bakıda və Qubada 1918-ci il mart-aprel soyqırımı. /X. Məmmədov// Respublika.-2012.-31 mart.-s.2



VII oxucu: Varım, yoxum, səninləyəm,

Azım, çoxum, səninləyəm.

Şirin yuxum, səninləyəm,

Yıxın məni söz atından,

Atın məni tank altına.

Əzin məni xıncım-xıncım,

Kəsmir əgər söz qılıncım,

Didin məni didim-didim,

Atın məni tank altına.

Qundaqdakı bir körpəni

xilas edim.

Necə “səni”, necə “məni” xilas edim.


IX oxucu: Səninləyəm, sözü qəmli, özü dəmli

rəhbər adam!

1918-də vuruşurdu, Danışmırdı rəncbər atan,

rəncbər atam!

Səninləyəm, haqq-ədalət, səninləyəm,

Milli qürur, milli qeyrət, səninləyəm!

Səpil quma, göyər yerdə, bit qayada,

Gizli nifrət, açıq nifrət, səninləyəm


X oxucu: Oyat bizi, ey yaradan, səninləyəm!

Ya birmərrə yatırt bizi,

Ya birmərrə oyat bizi,

Ya yenidən yarat bizi,

Ey yaradan, səninləyəm,

Səninləyəm, yatmış vulkan,

Səninləyəm!

Ayağa dur, Azərbaycan,

Səninləyəm!
-16-

ÖN SÖZ
Kitabxanaçılara təqdim etdiyimiz bu vəsaitdə soyqırımla bağlı verilmiş əlavə materiallardan istifadə etməklə oxucuların diqqətini erməni terrorizminin vəhşilikləri ilə bağlı faktlara yönəltmək lazımdır ki, onlar bu tarixi unutmasınlar. Çünki Azərbaycanın ayrılmaz bir parçası olan Qarabağı düşmən cay-nağından xilas etmək hər bir gəncin vətəndaşlıq borcuna çev-rilməlidir. Yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhun-da yetişdirilməsində keçiriləcək tədbir olduqca böyük əhəmiy-yət kəsb edir.

Vəsait 4 bölmədən ibarətdir.
I. Giriş

II. 31 Mart azərbaycanlıların soyqırımı günü

III. Quba məzarlığı

IV. Kitabxanaların qarşısında duran vəzifələr


-1-


G İ R İ Ş
Əvvəlcə soyqırımın nə olduğunu, onun müasir dünyamızın leksikonundakı tərifini dəqiqləşdirək. Müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırım bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə yox edilməsi prosesidir.

Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrin-dəndir.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan er-məni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azər-baycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olun-muşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir.

-2-


III oxucu: Çək sinənə- qayaları yamaq elə,

Haqq yolunu ayağına dolaq elə,

Bayrağını Xəzər boyda bayraq elə,

Enməzliyə qalxmış olan bayrağını!

Azərbaycan, Azərbaycan,

Azərbaycan bayrağını!


IV oxucu: Ayağa dur, Azərbaycan!

Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran baban deyir!

Nər oğlu nər, səninləyəm!

Səninləyəm, silah tutan,

Külüng tutan, yaba tutan,

Kösöv tutan, nişanlı ər, səninləyəm!

Səninləyəm qız atası,

Hanı nərən, hanı səsin!

Hanı andın!


V oxucu: Yoxsa sən də yatmışlara, batmışlara,

Qeyrətini satmışlara xırdalandın!!!

Gözünü sil, Vətən oğlu,

ayağa qalx!

Üfüqünə bir yaxşı bax.

Sərhəddinə bir yaxşı bax.

Sərhəddinin kəməndinə bir yaxşı bax!

VI oxucu: Dur, içindən qorxunu boğ,

Ölümünlə, qalımını ayırd elə.

Dur, içindən qorxağı qov,

Dur, özünü Boz qurd elə!

-15-

I aparıcı: Aradan aylar, illər ötdü. Daşnakların vəhşiliyi yavaş-yavaş unudulduğu bir vaxtda belə dəhşətli hadisələr Göyçə mahalında bir də 1988-ci ilin qışında törədildi. Dekabrın qarlı, boranlı günlərində Göyçə mahalının əhalisini balta, dəmir, tüfəng süngüsü ilə qıra-qıra qovub Kəlbəcərə, Gədəbəyə ötürdülər. Qarda, şaxtada donanları gecə lampa işığında qarın altından çıxarıb güclə həyata qaytarır, ayazda, şaxtada canını tapşıran qocaları, körpələri isə dəfn edirdilər.
II aparıcı: Göyçəsiz günlərimiz də elə bu vaxtdan başlayıb. Amma ümidimizi itirmirik. Əgər Allah haqdırsa və bütün zülmləri görürsə, gec-tez öz divanını da qurar.
(“Zəminxarə” müsiqisi altında oxucular səhnəyə daxil olurlar)
I oxucu: Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri biz hər şeyi bölə billik!

Səndən qeyri biz hamımız ölə billik!


II oxucu: Bu, Şəhriyar harayıdı,

Bu, Bəxtiyar harayıdı!

Hanı sənin tufan yıxan,

Gurşad boğan yurda oğul

oğulların!

Qara Çoban, Dəli Domrul

oğulların.

-14-


Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində erməni-lərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiy-yətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Azərbaycan Respubilkası mustəqillik qazandıqdan sonra xalqımızın tarixi kecmişini obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qa-dağa qoyulmuş həqiqətlər açılır, təhrif hadisələr özünün əsl qiymətini alır. Ulu öndərimiz H. Əliyev 31 mart Azərbaycan-lıların Soyqırımı günü elan edilməsi haqqında 26.03.1998-ci ildə sərəncam vermişdir.
-3-

31 Mart azərbaycanlıların

soyqırımı günü
1917-ci il oktyabr çevrilişi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi "Daşnaksutyun" partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azər-baycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa mə-həllələrə hücum etdilər. Həmin məhəllələri havadan təy-yarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğu-nu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Hətta İçəri şəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqi-labı müdafiə" adı ilə çıxış edən bu quldur dəstələri Ba-kının ən gözəl memarlıq abidələrindən olan "İsmailiy-yəni" yandırmış, "Açıq söz", "Kaspi", "Baku" qəzetlərinin redaksiyalarını dağıtmış, "Təzə pir" məscidinin minarələrini isə top atəşi ilə dağıtmış-dılar. Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı al-tında nail olmağa cəhd göstərmişlər.

-4-


I oxucu: Gülzarı- vətən soldu,

Millət xari- zar oldu,

Hamı paymal oldu,

Dur, ey xar olan millət!


II oxucu: Bir yanda ədu cəllad,

Bir yan naləvü-fəryad,

Ol bu zülmdən azad,

Dur, ey xar olan millət!


III oxucu: Əl çək bu həqarətdən,

Qurtar bu əsarətdən,

Xar ol bu xəcalətdən,

Dur, ey xar olan millət!


I aparıcı: 1918-ci il mart-aprel aylarında Bakıda, Şamaxıda, Salyanda, Qubada və digər bölgələrdə azərbaycanlıların kütləvi şəkildə qırılmaları, soyqırım deyil, bəs nədir? 1920-ci ilin sentyabrında ingilislərdən silah alan daşnaklar İrəvan quberni-yasında, Qars vilayətində müsəlmanları qırdı. Şorayel, Şərur, Dərələyəz, Sarıqamış bölgələrində yaşayış məskənləri yandırıldı, külə çevrildi.
II aparıcı: 1918-ci ilin Şamaxı qırğınları zamanı ermənilərin görünməmiş vəhşilikləri nəticəsində qırxdüymə sırğaları qulaqları ilə birgə siyrilmiş Qızxanım ananı, onun qızı Səmərrüxü, daşnaklar ismətinə toxunmasın deyə od tutub yanan evinə qızı ilə birgə daxil olan Nisəbəyim ananı, Ermənistandakı doğma ev-eşiyindən zorla çıxarılarkən belinə qaynar samovar bağlanmış el aşığı Nəcəfi unutmaq olarmı?

-13-


(Xalid Mustafazadənin “Qərənfil yağışı” musiqisi altında səhnəyə 3 oxucu gəlir)
I oxucu: Mart ayı...Allah amandır, əlhəzər, min əlhəzər!

Mart ayı, çox qəmli aysan, tez qurtar get müxtəsər.

Sən kimi mənhus bir aydan deyil məmnun bəşər.

Olmamış bəd yömn sən tək nə məhərrəm, nə səfər.

Ərləri məğlub edib, əğyarə sən verdin zəfər.
II oxucu: Bu günün misli keçən il, Allahım, gözdən iraq,

Ermənilər əldə bomba, süngü, xəncərlər, bıçaq,

Kəsdilər evlərdə minlərcə gəlin, arvad, uşaq,

Südəmərlər nizə nukində çalardı əl-ayaq.

Nalə, yalvarmaq bu qövmə hərgiz etməzdi əsər.
III oxucu: Bu haman gündür qalıb odlar içində min cavan,

Yandı, kül oldu, aman Allah, aman Allah, aman!

Vəzli-həml etdi fəlakət içrə yüzlərcə zənan,

Qan idi: məscid, mədaris, küçə, evlər: həpsi qan.

Qana qərq etdi müsəlmanı bu qövmi-bəd guhər.
II aparıcı: Gənc olmasına baxmayaraq Cəfər Cabbarlı Mart faciəsi qurbanlarının xatirəsinə “Dur, ey xar olan millət” sərlövhəli mərsiyə yazır. Şəhidlərin 7-də və 40-da məscidlərdə günahsız qurbanlar üçün bu mərsiyələr oxunur.

(Səhnəyə digər 3 oxucu gəlir)

-12-

Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatla-rında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qə-dər silahlanmış erməni əs-gərləri müsəlmanların evlə-rinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpə-lərə və qocalara aman ver-mirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı.

Milli sülhə və birliyə qarşı "sinfi mübarizə" və "sinfilik" mövqeyindən çıxış edən Stepan Şaumyan başda olmaqla Bakı bolşevikləri "Bakı Sovetinin Zaqafqaziyada vətəndaş mü-haribəsinin başlıca mərkəzinə və istehkamına" çevirmək yolu-nu seçdilər. Onlar daşnaklarla birlikdə "antisovet qiyamına", "əksinqilaba" qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu müsəl-manlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qətlə yetirildi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" dəstələri xüsusilə fərqlənmişdilər.

-5-

Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bolşe-vik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkə-ran qəzalarında soyqırımı da-vam etdirmişdilər. Yerli er-məni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi. Ermə-nilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törət-dikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliy-yə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması və müsəlman əhali üzərində ermənilərin işgəncə-ləri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məh-kəmə işinin başladılması haqqında Təcili Araşdırma komis-siyasının 12 iyul 1919-cu il tarixli qərarını göstərmək olar.

-6-


Sonra isə həmin əsərləri oxuyub onlar haqqında ətraflı məlumata malik olan oxucularla diskusiyya keçirmək olar.

Böyük yaşlı oxucularla Qurban Səidin “Əli və Nino” romanı üzrə oxucu konfransı keçirmək olar.

Anım gecələrinin uşaq kitabxanalarında təşkili daha maraqla oxucular tərəfindən qarşılanır.

Bu məqsədlə də “Dur ey xar olan millət” başlıqlı ədəbi bədii gecənin ssenarisini sizə təqdim edirik


I aparıcı: Zaman-zaman azərbaycanlılara qarşı yönəldilmiş məqsədyönlü soyqırım xalqımızın taleyinə qanla yazılmış bir tarixdir. Bu tarixin hər səhifəsində işğal olunmuş torpaqlar, dağıdılmış ev-eşiklər, viran qalmış od-ocaq, talan olmuş mə-dəniyyət abidələri ilə bərabər nənələrimizin, analarımızın ah-naləsi, körpələrin göz yaşları əbədi iz qoyub.
II aparıcı: Dərdimizi içimizdə çəkə-çəkə bizə göz dağı olan itirilmiş yurd-yuvamızdan, qanına qəltan olunmuş millətimizin faciəsindən illər boyu danışa bilməmişik. Ulu öndərimiz Hey-dər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra 31 Mart Azərbaycanlıların Soyqırımı günü kimi hər il keçirilir.
I ararıcı: Real, həqiqi tarixi hadisə istənilən zaman hüdudunda heç bir siyasi boya, ideoloji rəng götürməsə də faktların, dəlillərin inkaredilməzliyinə baxmayaraq, azərbaycanlıların 1918-ci il mart soyqırımı 70 illik “Qırmızı qaranlıqlar” döv-ründə görünməz olmuşdur.
I aparıcı: 1918-ci ilin Mart soyqırımı bir çox ədiblərin yaradıcılığında xüsusi yer tuturdu. Dünyada analoqu olmayan, təkrarsız işgəncə növlərinin, vəhşilik nümunələrinin şahidi olan Hacı Səlim Səyyah “Mart ayı” şerində yazırdı:

-11-


Göründüyü kimi, ermənilərin azərbaycanlılara qarşı soyqırım törətməsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Quba məzarlığında həm tarixi, həm əyani vəhşiliyi sübut edən vasitələri görmək mümkündür.

Bu gün Azərbaycana səfərə gələn xarici qonaqlar, turistlər Quba məzarlığı ilə tanışlıqdan sonra ermənilərin necə vəhşi

olduqlarını anlayırlar. AŞPA-nın prezidenti Luis Mariya de Puç burada gördüklərindən dəhşətə gələrək demişdi ki, “Bu dəhşətli soyqırımdır. İnsanların vəhşicəsinə öldürülməsini öz gözlərimlə gördüm”.

Məlumat üçün bildirək ki, Quba məzarlığındakı ermənilərin qanlı izlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə muzey inşa olunacaq...



Kitabxanalrın qarşısında duran vəzifələr
Uşaq kitabxanalarında inşa və rəsm müsabiqələri də keçirilə bilər. Kitabxananın girəcəyində keçiriləcək müsabi-qənin elanı asılır. Orada tədbirin keçirilməsi ilə bağlı bütün şərtlər göstərilir. Hər iki müsabiqədə iştirak edən oxucular bir daha erməni terroruna, faşizminə öz münasibətlərini bildirmiş olurlar. Müsabiqədə fərqlənənlər mükafatlandırılmaqla yanaşı tədbirlə bağlı yazılar uşaq qəzetlərinə verilməlidir. “Azərbay-canlıların soyqırımı bədii ədəbiyyatda” adlı tədbiri orta və yuxarı yaşlı oxucularla keçirmək olar. Əvvəlcə onlara C.Cab-barlının soyqırıma həsr olunmuş “Dur, ey xar olan millət” şerinin, “Əhməd və Qumru” hekayəsinin, “Bakı müharibəsi” dram əsərinin, Qurban Səidin “Əli və Nino” romanının, Məhəmməd Hadinin “Şühadeyi hürriyətimizin ərvahinə ithaf” şerinin icmalını keçirmək lazımdır.

-10-


Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlu-matlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha göstərir. Onu da qeyd edək ki, adını qeyd etdiyimiz Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərə-findən 15 maşın, mart ayının ortalarında isə 60 maşın dolusu silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi. Daşnak dəstələri Quba qəzasında 122 kəndi yan-dırdılar. Yerli sakin-lər isə min bir əzablarla qətlə yetirildilər. Ermənilər adamların gözlərini çıxa-raraq "gözmuncuğu" düzəldirdilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 30 minə yaxın adam öldürüldü.

Ermənilər bütün Azər-baycanı işğal etməyə cəhd göstərirdilər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır.


-7-


Quba məzarlığı
2007-ci ilin aprel ayının 1-də Quba şəhərində, Qudyalçayın ətrafında torpaq işləri görülərkən, ermənilərin azərbaycanlılara qarşı qanlı cinayətlərindən xəbər verən kütləvi məzarlıq aşkarlanmışdır. Ümumi sahəsi 514 kv.m olan məzarlığın 494 kv.m. sahəsində arxeoloji tədqiqat işləri aparılıb, qalan 20 kv.m sahə isə beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Tədqiqat işlərinin aparıldığı sahədə insan cəsədlərilə doldurulmuş 2 quyu tapılıb. Birinci quyunun dərinliyi 4.7 m, diametri isə 5 metrdir. İkinci quyunun isə dərinliyi 2, diametri 2.5 metrdir. Amma təəssüflər olsun ki, sürüşmə nəticəsində ikinci quyudan əsər-əlamət qalmayıb. Məzarlığın şərq-qərb hissəsində aparılan tədqiqatlar zamanı bəlli olub ki, o zaman buradan iki arx da keçirdi. Antropoloqların rəyincə, quyulardakı sümük-lərlə, arxlardakı sümüklər arasında fərqlər var. Yerli sakinlərin fikrindən sonra ekspertlər də təsdiqləyiblər ki, həqiqətən də, insanları əvvəlcə rayondakı Çuxur hamamda buxarda boğublar, sonra isə quyulara atıblar. O vaxtkı dəhşətli erməni cinayətlərinin şahidləri də bu faktı təsdiqləyiblər. Qətlə yetirilən insanların sayının çox olması ikinci quyunun qazılmasına ehtiyac yaratmışdı. Ehtimallara görə, quyunu məhz, yerli insanların özlərinə qazdırıblar, sonra isə onları da qətlə yetirərək, arxlara atıblar

Məlumat verilib ki, məzarlıqda təxminən, 400-dən artıq


-8-

insan cəsədi aşkar edilib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən, yaşlı kişilərdir. Burada aşkar edilmiş insanların hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan, xüsusi qəddarlıq üsulları ilə öldürüldüyü müəyyənləşib. Müəyyənləşdirilib ki, qətillər zamanı ermənilər bir dənə də olsun güllədən istifadə etməyiblər. Bunu sübut edən bir neçə fakt var. Kəllə sümük-lərinə nəzər saldıqda görürük ki,

- başın müxtəlif nayihələrindən balta ilə vurulmalar,

- bir və ya bir neçə zərbə vurmaqla başın bədəndən ayrılması zamanı xəncərlərdən istifadə,

- mismarlar vasitəsilə insanların başına əsasən, gicgah his-sələrindən zərbələrin endi-rilməsi və s. hallar olub. Qeyd edək ki, aşkar edil-miş insan cəsədlərinin sayı yalnız kəllə sümüklərilə müəyyən olunub. Çünki, bədən sümükləri o dərəcə-də qarışıb ki, onları ayırd etmək mümkün olmayıb.

Tarixdən bəlli olduğu kimi, 1918-ci ildə daşnak erməni canilərindən Stepan Şaumyanın xüsusi tapşırığı əsasında və Hamazaspın rəhbərliyi ilə ermənilərdən təşkil olunmuş 2000 nəfərlik hərbi dəstə 10 gün ərzində Qubada kütləvi şəkildə 10 min nəfərdən artıq dinc əhalini qətlə yetirib. Bu faktı isə həm Hamazaspın özü, həm də o zaman FHK-nın üzvü olan Novıtski yazışmalarında təsdiq ediblər. Tədqiqatlar zamanı, həmçinin, bəlli olub ki, məzarlıqda azəbaycanlılarla yanaşı, Qubada kompakt şəkildə yaşayan ləzgilər, tatlar, yəhudilər, avarlar və s. etnik qrupların nümayəndələri amansızcasına qətlə yetirilərək kütləvi şəkildə basdırılıblar.



-9-
Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin