Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə351/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   348   349   350   351   352   353   354   355   356
Kitab Turizm

 
Giriş 
Azərbaycan 18 Oktyabr 1991-ci ildə öz müstəqilliyini elan etdi. Beləliklə, müstəqil bir dövlət 
olaraq Azərbaycan XX əsrin sonlarında tarix səhnəsində, beynəlxalq, iqtisadi və siyasi münasibətlərdə 
balanslaşdırıcı rolu olan bir ölkə olmağa başladı. Bu rol Azərbaycanın zəngin təbii sərvətləri və 
geosiyasi mövqeyindən qaynaqlanmaqdadır. Şimaldan Rusiya, Gürcüstan, cənubdan İran, qərbdən 
Ermənistanla dövlətlərlə sərhəd olan Azərbaycan, eyni zamanda Türkiyə vasitəsi ilə Qərbə meylli 
siyasi və iqtisadi inkişaf kursu həyata keçirən bir geosiyasi mövqeyi var. Bu siyasət Azərbaycanı 
bəzən qonşu dövlətlərin regionla bağlı münaqişə və mübahisələri ilə müşahidə olunan problemləri 
miras buraxmışdır. Keçid dövrünü müəyyən problemlərlə yaşayan Azərbaycan üçün iqtisadi inkişafını 
həyata keçirərək, siyasi müstəqillik və stabillik əldə etməklə yanaşı, ölkənin iqtisadi müstəqillik və 
stabilliyə də tam olaraq nail olması vacib idi. Bunun üçün keçid dövrünü yaşayan digər ölkələrdə 
olduğu kimi, siyasi və sosial olduğu qədər, iqtisadi olaraq da qarşılaşılan problemlər aradan qaldı-
rılması zəruri idi. 
Qarşılaşılan problemlər daha çox struktur xarakteri daşıdığından, əvvəlcə ölkə iqtisadiyyatının 
özünü sərbəst idarə edə biləcəyi şəkildə yenidən qurulması lazım idi. Ölkədə iyirmi beş ildən artıq 
müddət ərzində qurulmağa çalışılan iqtisadiyyatın, liberal bir nöqteyi nəzərdən sərbəst bazar şərtlərinə 
görə yenidən qurulmasında uğur qazanmaq olmuşdur.Yeraltı ehtiyatlar baxımından zəngin bir 
potensiala sahib olan Azərbaycanın, iqtisadi cəhətdən əsas zənginliyi, istehsalı, digər ehtiyatlara görə 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
286
Baku, Azerbaijan


birinci yerdə olan enerji qaynağı olan neft və təbii qazdır. 2008-2018-ci ilərdə ölkə ixracatının doxsan 
faizindən çoxunun energi daşıyıcılarının payına düşməsi bunun əyani sübutudur. Bu səbəblə struktur 
islahatlarının həyata keçirilməsində, sahib olunan enerji ehtiyatlarından maksimum dərəcədə istifadə 
edilməklə yanaşı qeyri neft sektorunu əhatə edən alternativ bir iqtisadiyyat formalaşdırılması zəruridir 
ki resurslar tükəndiyində ölkə iqtisadiyyatı çətin vəziyyətdə qalmasın. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   348   349   350   351   352   353   354   355   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin