Tourism and recreation in the XXI century: problems and prospects


Azərbaycanda turizm sektorunun mövcud vəziyyəti



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə352/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   348   349   350   351   352   353   354   355   356
Kitab Turizm

Azərbaycanda turizm sektorunun mövcud vəziyyəti 
Azərbaycanın yerləşdiyi əlverişli coğrafi, mövqeyi və təbiət şəraiti, zəngin yeraltı və yerüstü 
sərvətləri burada xalq təsərrüfatının istənilən sahəsinin for-malaşdırılması və inkişafına geniş zəmin 
yaradır. Hazırda mütəxəssislər tərəfindən Azərbaycanın inkişafına daha çox diqqət yetirilməli, prioritet 
sahələrinin sənaye, informasiya texnologiyaları, aqrar sektor, ticarət və xidmət, tikinti, nəqliyyat, 
rabitə sahələri kimi təsnifləşdirilməsi heç də təsadüfi deyildir.Azərbaycanda turizm sektoru üçün lazımi 
iqlim, təbii gözəlliklər, tarixi və arxeolojik əsər potansialı qısaca təbii, tarixi və mədəni sərvətlər 
mövcuddur. Azərbaycanda təbii imkanlar arasında əksər ərazisi subtropik iqlim qurşağında, 
yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında olmaqla iki iqlim qurşağı və 9-
iqlim tipinin mövcud olması, Xəzər dənizinin sahilləri, Xaçmaz-Lənkəran-Astara regionundakı meşəlik 
sahələr və müalicə məqsədiylə də faydalanıla biləcək potansialdakı qaynaq suları diqqət çəkir 
Azərbaycanda turizm sektorunu əmələ gətirən sahələr aşağıdaki alt başlıq-lar altında cəmlənə 
bilər; 
Tətil Turizmi

Xüsusilə yaz aylarında tətil etməyə ən uyğun regionlar Zaqatala, Şəki, Quba,Qusar, 
Xaçmaz , Gəncə, Qazax və Lənkərandır. 
Yayla və Dağ Turizmi
:
Azərbaycanda yayla və dağ turizmi üçün əlverişli bölgələr; Zaqatala 
meşəlikləri, Şəki Gələrsən Görərsən qalası, Başdaşagıl, Quba meşəlikləri, İsmayıllı, Lahıç, Qəbələ, 
Ağdaş meşələri, Gəncə, Hacıkənd, Göygöl olaraq sıralana bilər. 
Çimərlik Turizmi
:
Şərqdən Xəzər dənizi tərəfindən əhatə olunan Azərbay-can plyaj turizmi 
baxımından da əlverişlidir. Bilgəh və ətrafı kilometrlərcə uzanan plyajlara sahibdir. 
Ov Turizmi
:
Azərbaycanda cəmi 97 növ məməli heyvan, 346 növ quş və 95 növ balıq var. Fərqli 
regionların ov turizminə əlverişli olduğu ölkədə ov tü-fəngi istifadə etmək üçün icazə alınmalıdır. Eyni 
zamanda hər tüfəng sahibinin ovçular cəmiyyətinə üzvülüyü məcburidir. 
Mədəniyyət Turizmi
:
Azərbaycan çox zəngin bir mədəniyyət və tarix xəzi-nəsinə sahibdir. 
Ölkədəki qədim abidə,məzar, türbə, bina və digər tarixi əsər-ləri qorumaq, bərpa etmək üçün müxtəlif 
təşkilatlar qurulmuşdur. 
Təbii zənginlikləri səbəbiylə turizmin Quba-Xaçmaz, Astara-Lənkəran, Şəki-Zaqatala, Gəncə-
Xanlar, Şəmkir-İsmayıllı, Siyəzən-Xızı regionlarında in-kişaf etəsi daha uyğundur. 
Gələn turist sayı diqqətə alındıqda inkişaf etmiş ölkələrdən çox az sayıda turistin gəldiyi, MDB 
ölkələrindən gələn tursitlərin üstünlük təşkil etdiyi görülür. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   348   349   350   351   352   353   354   355   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin