Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə348/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   344   345   346   347   348   349   350   351   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
283
Baku, Azerbaijan


 
Qrafik 1. Azərbaycanın xarici turistlərdən əldə olunan gəlir (milyon ABŞ dolları ilə)
Mənbə: Tourism Highlights 2017, 2018 Edition, UNWTO 
 
Yuxarıda qeyd etdiyimiz kimi turizm xidmətləri ixracı ölkəmiz üçün prioritet sahədir. Bunun əsas 
səbəbi bu sahə üzrə ixracımızın ümumi xidmətlər ixracında böyük paya sahib olması ilə əlaqədardır.
 
Cədvəl 3. Azərbaycanın xidmətlər ixracı (milyon ABŞ dolları ilə)
 
2010 
2011 
2012 
2013 
2014 
2015 
2016 
2017 
Bütün növ xidmələrin ixracı 
2,49 
3,04 
4,81 
4,13 
4,29 
4,44 
4,36 
4,69 
Kommersiya xidmətləri ixracı 
2,39 
2,93 
4,68 
4,11 
4,28 
4,42 
4,34 
4,66 
Səyahət xidmətləri ixracı 
0,65 
1,28 
2,43 
2,36 
2,43 
2,3 
2,71 
3,01 
Mənbə: https://www.trademap.org 
Bir daha qeyd etmək istəyirik ki, ölkəmizin qeyri-neft sektorunun inkişafında, ixracın 
diversifikasiyasında, valyuta gəlirlərinin artmasında, yeni iş yerlərinin yaradılmasında və ümumilikdə 
iqtisadi inkişafın stimullaşdırılmasında turizm sektorunun rolu böyükdür. Bu səbəbdən də həmin sektorun 
inkişafı böyük önəm daşıyır. Mövcud şəraitdə qlobal miqyasda güclü rəqiblərin mövcudluğu, böyük 
miqdarda investisiya tələbatını, habelə yalnız bir sahəni deyil, ölkə iqtisadiyyatının bir çox sahələrini əhatə 
etdiyindən dövlətin birbaşa və yaxud da dolayı iştirakını zəruri bilib, vergi güzəştləri və subsidiyalardan 
istifadəni məqsədəuyğun hesab edirik. Belə ki, ətraf mühitin keyfiyyəti, infrastukturun gücləndirilməsi, 
ətraf mühitin qorunması, turizm sektoru və əlaqədar sektorlar arasında əlaqələrin genişləndirilməsi 
nəticəsində yaranan yüksək keyfiyyətli turizm xidmətləri turizm məqsədlərinin seçilməsinə təsir edən əsas 
amil olduğuna görə təkcə yerli cəmiyyət üçün əhəmiyyətli deyildir. Bu işdə dövlətin, firmaların və ictimai 
təşkilatların müştərək maraqları vardır. Bu səbəbdən də maraqlı tərəflərdən ibarət klasterləşdirmə qeyd 
edilən məqsədlərin əldə edilməsində daha effektiv iştirak etmək (bu sahədə qanunların tətbiqi 
istiqamətində), miqyas effektindən faydalanmaq (yolların çəkilişi və təmiri məqsədilə xərclərin bölümü) və 
ictimai təşkilatlar üçün faydaların arıtırlması (tullantıların idarəedilməsi sistemi vasitəsilə) kimi üstünlüyü 
vardır. Bu da klaster tərkibində rəqabət mühitini gücləndirmək qabiliyyətindədir. Əlbəttə ki, belə növ 
klasterlərin yaradılması dövlətin stimullaşdırıcı tədbirləri sayəsində daha effektli ola bilər.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin