Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə355/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   348   349   350   351   352   353   354   355   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
289
Baku, Azerbaijan


məqsədilə Bakı, Naxçıvan, Quba, Şamaxı, Şəki, Masallı, Qəbələ, Mingəçevir, Abşeron, İsmayıllı, 
Qusar, Lənkəran və Qaxa səfər edən turistlərin sayı daha çox olub. Turizm məqsədilə xarici ölkələrə 
səfər edən ölkə vətəndaşlarının 34,7 faizini Bakı sakinləri təşkil edib.
2018-ci ildə Azərbaycana 2 
milyon 850 min turist gəlib və 2 milyard dollara yaxın pul xərcləyib.
Ölkəyə gələn xarici 
vətəndaşların Rusiya Federasiyası, Körfəz ölkələri, Gürcüstan, Türkiyə, İran, Ukrayna, Birləşmiş 
Krallıq, Qazaxıstan, Almaniya, Amerika Birləşmiş Ştatları və digər ölkələrin vətəndaşlarıdır. Bu 
müddətdə ölkəyə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran 
vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,9 faiz, 29,1 faiz, 15,2 faiz və 7,5 faiz 
təşki edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana səfər edən Almaniya, Böyük 
Britaniya, İtaliya, Avstriya, Belçika, Çex Respublikası, İsveçrə, Fransa, Niderland, Portuqaliya, 
Serbiya, Slovakiya, Yunanıstan, eləcə də Belarus, Ukrayna, Türkmənistan, BƏƏ, İsrail, Yaponiya və 
Avstraliya vətəndaşlarının sayında daha çox artım müşahidə olunub. Davamlı olaraq 2015-2018-cı 
illərdə Azərbaycana gələn turistlərin sayı artmışdır. Hər il ölkəyə gələn turistlər arasında Rusiya, 
Gürcüstan, Türkiyə, İran və başqa dövlətlərdən gələnlər çoxluq təşkil etmişdir. 2015-ci illə 
müqayisədə 2018-cı ildə ölkəyə İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə 
Ərəbistandan və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə və İraqdan 30 dəfə çox 
turist gəlmişdir. 
Bütün bu gəlişlər Azərbaycanda yaranmış turizm mühitinin yaxşılaşmasından xəbər verir. 
Nəticə 
Xarici turistlərin 33,3%-i istirahət və əyləncə, 31,5%-i biznes və işğüzar, 1,8%-i müalicə, 0,6%-i 
dini, 27%-i qohumları, dostları ziyarət və 5,8%-i digər turizm məqsədi ilə ölkəyə səfər etmişdir. Təhlil 
göstərir ki, 2015-ci ildə ölkədə 11040,6 min gecələmə keçirmişdir. Gecələmələrin 49,8%-i Bakı 
şəhərinin, 9,6%-i Quba-Xaçmaz, 5,1%-i Aran, 14,6%-i Gəncə-Qazax, 5,1%-i Lənkəran, 2,2%-i Şəki-
Zaqatala, 6,5%-i Naxçıvan, 3,1%-i Abşeron, 4%-i digər iqtisadi rayonlarda keçirmişdir. Hesablama 
göstərir ki, bir turist ölkədə orta hesabla 5,2 gecələmə keçirmişdir. Beləliklə, yuxarıda qoyulan 
məsələnin həllində, həmçinin, ölkə rəhbərinin təşəbbüsü ilə hazırlanan “ Milli iqtisadiyyat və 
iqtisadiyyatın əsas sektoru üzrə strateji yol xəritəsi ”nin də böyük təsiri olacaqdır. Belə ki, yol 
xəritəsində müəyyən edilən prioritet istiqamətlərdən biri də xidmət sektorudur. Xidmət sektorunun 
əsası olan turizm fəaliyyətinin formalaşması və inkişafı üçün aşağıdakılar təklif olunur. 

Turizm inkişafı üçün məqsədyönlü büdcə fondu yaradılması. 

Turistlərin ölkə ərazisində maneəsiz hərəkəti təmin edilməsi. 

Xaricə gedən Azərbaycan turistlərinin hüquqlarının və qanuni maraqlarının qorunması təmin 
edilməsi. 

Turizm fəaliyyətinin tənzimlənməsində hüquqi-normativ aktlar təkmilləşdirilməsi. 

Ekoloji turizm fəaliyyəti üçün xüsusi qoruqların yaradılması təmin edilməsi. 

Turizm bazarının xüsusiyyətlərini nəzərə alaraq vahid qaydalar sistemi hazırlanması. 

Ölkəyə gələn turistlər üçün viza rejiminin sadələşdirilməsi. 

Turizmin infrastruktrunun təkmilləşdirilməsinin təmin edilməsi. 

Turizm məhsullarının ixracına üstünlük verilməsi. 

Turizm sənayesinin daha da formalaşmasına şərait yaradılması. 

Turizm fəaliyyətində sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması. 

Turizm sahəsində beynəlxalq əməkdaşlığın və işgüzar əlaqələrin genişlənməsinə nail olmaq. 
Azərbaycanda daxili turizm baxımından gəlir səviyyəsinin aşağı olması, xarici turizm baxımından 
isə, ölkənin ölkə xaricində tanıtımının kifayət səviyyədə olmaması, əksinə Qarabağ problemi səbəbiylə 
Ermənistanla arasındakı münaqişənin təhlükəli bir region kimi ələ alınması önemli mənfi amildi. 
Azərbaycanın turizm baxımından ən əlverişli regionlarından biri olan Qarabağın işğal altında olması, 
turizm sektoru baxımından ən önəmli itkilərin başında gəlir. İşğal sonrası, Qarabağdakı turizmə mənfi 
təsir edəcək şəkildə Ermənilər tərəfindən regionun ekolojik balansına böyük zərərlər verilir. 
Ümumiyyətlə, xidmət sektorunun əsası olan turizm fəaliyyətinin formalaşması, inkişafı və 
rəqabətə davamlılığı ölkənin gələcək sabit inkişafında, beynəlxalq iqtisadiyyata inteqrasiyasında və 
dünya iqtisadiyyatında əsaslı mövqe tutmasında tam təminatçı olacaqdır. 
Ölkəmizə maraq göstərən turistlərin sayında da artım müşahidə olunur. Turizm potensialının tam 
relizə edilməsi məqsədilə həyata keçirilən tədbirlər öz nəticəsini verir. Azərbaycana maraq göstərən 
turistlərin sayı ildən-ilə artır. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   348   349   350   351   352   353   354   355   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin