VƏfa haciyeva magistrant MÜSTƏQİLLİK İLLƏRİNDƏ respublika elmi TİBB



Yüklə 258.31 Kb.
Pdf просмотр
tarix19.12.2016
ölçüsü258.31 Kb.

VƏFA HACIYEVA  

Magistrant 

 

MÜSTƏQİLLİK İLLƏRİNDƏ RESPUBLİKA ELMİ TİBB 

KİTABXANASINDA OXUCULARA KİTABXANA-İNFORMASİYA XİDMƏTİNİN 

TƏŞKİLİ 

 

Azərbaycan  Respublikasının  müstəqilliyinin  möhkəmləndiyi,  sosial  –  iqtisadi  inkişafın  yeni 

mərhələyə qədəm qoyduğu bir zamanda səhhiyyə və tibb sahəsinin də dünya standartlarına uyğun 

olaraq formalaşması və təkmilləşməsi günümüzün aktual tələbindəndir.  

Məlumdur  ki,  «informasiyalaşdırma-informasiya  ehtiyatlarının  formalaşdırılması,  təqdim 

edilməsi, istifadə olunması əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilatı, 

hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün vətəndaşların informasiya tələbatlarının və 

bu  sahədəki  hüquqlarının  təmin  edilməsində  optimal  şəraitin  yaradılması  üçün  təşkilati,  sosial-

iqtisadi və elmi-texniki prosesdir». (1)  

Artıq  müasir  informasiya  cəmiyyətində  kitabxanaların  kommunikasiya  sistemində  rolu  və 

əhəmiyyəti  o  qədər  artmışdır  ki,  kitabxanalarsız  cəmiyyətin    informasiya  tələbatını  ödəmək 

mümkün deyildir. Kitabxanalar cəmiyyətdə elmin və mədəniyyətin inkişafında, təhsil və tərbiyənin 

yüksəldilməsində,  həmçinin  insanların  informasiya  təminatında  mühüm  sosial  institut  kimi 

yaxından iştirak etməklə ən çox istifadə olunan müəssisəyə çevrilmişdir. (2. s.10)   

Müstəqillik illərində Respublika Elmi Tibb Kitabxanasının oxucu kontingentinin kitabxanaya 

cəlb  olunması  istiqamətində,  onlara  informasiya  xidmətinin  yaxşılaşdırılması  üçün  bir  sıra 

təqdirəlayiq işlər görülmüşdür.  

Nəzərə  almaq  lazımdır  ki,  kitabxana  2005-ci  ildə  yeni  binaya  köçürülməsi  onun  fəaliyyətinə 

əsaslı şəkildə təsir etmişdir.  

Azərbaycanın informasiya məkanında mühüm yer tutan RETK xidmət şöbəsi böyük oxu zalı 

(48 oxucu yeri), ona bitişik növbətçi otağı, kiçik oxu zalı (18 oxucu yeri),  son 10  ili əhatə edən 

dövri nəşrlər fondu,  fəal fond və qeydiyyat otağından ibarətdir.  (3) 

Təkcə  belə  bir  faktı  qeyd  etmək  olar  ki,  2005-ci  ildə  xidmət  şöbəsinə  3429  nəfər  oxucu 

gəlmişdir, 20.647 nüsxə ədəbiyyat verilişi qeydə alınmışdır. (3) 

RETK-da  xidmət  şöbəsinin  vəzifələrindən  biri  də  nəzarət  talonlarının  uçotunun  aparılması, 

nəzarət talonların yazılması, onların inventar nömrəsi üzrə düzülüşü, inventar kitabı ilə yoxlaması, 

talonların  əlifba kataloqu  üzrə yoxlamasıdır. 

Göstərilən  il  ərzində  rədd  cavabları    ilə  iş  aparılmışdır.  Cəmi  51  rədd  cavabı  (57  nüsxə) 

olmuşdur.  Rədd  cavablarının  təhlili  aşağıdakı  proseslərdən  ibarət  olmuşdur:  Kataloq  üzrə  

ədəbiyyat  sifarişinin  yoxlanılması,  inventar  kitabı  üzrə,      KAA  və  köhnə  borclar  üzrə  yoxlama, 

təkrarən rəfdə yoxlama.  


Şöbə  tərəfindən  son  10  ildə  alınan  dövri  nəşrlər  və  fəal  fond,  eləcə  də  soraq-  informasiya 

fondu  ilə iş aparılmışdır. Fonda daxil olan yeni dövri nəşrlər  və ədəbiyyatın qəbulu və qeydiyyatı 

aparılır.  İl  ərzində  müntəzəm  olaraq  xidmət  şöbəsinə  həvalə  edilmiş  fondun  düzülüşü  və 

yoxlanması həyata keçirilir. 2005 –ci il tarixinə olan son məlumata əsasən fəal fondda 3525 nüsxə 

kitab var. Onlardan Azərbaycan dilində-365 nüsxə, rus dilində- 3160 nüsxədir. Jurnalların ümumi 

sayı 5950 nüsxədir. Onlardan 847 nüsxə Azərbaycan dilində, 5103 nüsxə rus dilindədir.  

Məlumdur  ki,  oxuculara  informasiya  xidmətində  sərgilər  mühüm  rol  oynayır.  Kitab  sərgisi 

üçün  nəzərdə  tutulan  vitrinlər  köçərkən    köhnə  binada  qaldığı  və  yeni  vitrinin  ilin  sonlarında 

quraşdırıldığı üçün çox az sayda kitab sərgisi təşkil edilmişdir. Bunlar aşağıdakılardan ibarətdir:  

1. H. Əliyevin həyat və yaradıcılığına həsr edilmiş daimi sərgi; 

2.  Əməkdar  elm  xadimi,  Kitabxanaşünas  alim  A.A.  Xələfovun    75  ilik  yubileyi  ilə  əlaqədar 

sərgi. (3) 

3.Vərəmə dair ədəbiyyat-19 mənbə  

4.Benjamin Franklin-5 mənbə 

5.Bağırsaq xəstəliklərinin profilaktikası üzrə ədəbiyyat - 12 mənbə 

6.AİDS  bəşəriyyətin təhlükəsi üzrə ədəbiyyat - 10 mənbə 

7.Ümumdünya Səhiyyə Təşkilatlarının materialları –20 mənbə 

Həkimlərə informasiya xidmətinin təşkilində Xarici  ədəbiyyat şöbəsi  də  mühüm rol  oynayır. 

2005-ci  il  də  bu  şöbənin  110  nəfər  oxucusu  olmuşdur.  Onlardan:  elmi  işçilər-30,  həkimlər-26 

nəfər, tələbələr- 54 olmuşlar. Oxucuların içərisində 1 nəfər xarici vətəndaş da olmuşdur. Şöbənin 

oxucuları  tibbi  ədəbiyyatla  yanaşı  Ümumdünya  Səhiyyə  Təşkilatının  materiallarına  da  böyük 

maraq  göstərmişlər.  Şöbənin  əməkdaşları  Ümumdünya  Səhiyyə  Təşkilatlarının  materiallarından 

ibarət  ayrıca  bir  fond  yaratmış,  onun  texniki  və  elmi  işlənməsi  ilə  məşğul  olmuşlar.  Bu  şöbədə 

ənənəvi  kitabxana  xidməti  ilə  yanaşı  oxucular  üçün  bəzi  materialların  tərcüməsi  ilə  də  məşğul 

olmuşlar.  Oxucuların  sifarişi  ilə  kitabxana  əməkdaşları  hissə-hissə  tərcümələr  etmiş,  oxuculara 

yardımçı olmuşlar.  Hər il  orta hesabla 4 belə tərcümə işi hazırlanıb, oxuculara təhvil verilir.  

RETK-da oxuculara daha bir informasiya xidməti forması:  yaxın və uzaq  məsafədən  elektron 

resurlarından  istifadənin  təşkili  həyata  keçirilir..  Kitabxananın  kompüter  zalı  vasitəsilə  oxucular 

İNTERNET resurslarından istifadə etmək imkanı əldə etmişlər. Burada çalışan peşəkar əməkdaşlar 

onlara  adi  axtarış  saytları  ilə  yanaşı,  xüsusi  tibb  saytlarından  istifadə  edilməsində  də  köməkçi 

olmuşlar.  Bu da oxucuların sorğularının tam və operativ ödənilməsinə şərait yaratmışdır.  Bundan 

əlavə  kompüter  zalında  bu  ildən  daha  bir  yeni  informasiya  xidməti,  yəni  disklərdən  (CD) 

istifadənin təşkili təmin edilmişdir. Son illər fondun komplektləşdirilməsində CD-lər az yer tutmur. 

Hazırda  45  ədəd  CD  toplanmışdır.  CD-lərdən  istifadənin  əlverişliyini  təmin  etmək  məqsədilə 

onların kartotekası da yaradılmışdır.  

RETK-nın KAA vasitsilə oxuculara informasiya xidməti bu il xeyli fəallaşmış, oxucu gəlişi və 

kitab  verilişi  ilə  əlaqədar  göstəricilər  artmışdır.  60  nəfər  oxucuya  il  boyu  hər  tərəfli  xidmət 

göstərilmişdir.  Kitab  verilişinin  sayı  3665  nüsxədən  ibarət  olmuşdur.  Əsasən  yeni  jurnallara  və 



kitablara tələbat artmaqdadır. Respubikanın bir sıra başqa kitabxanaları, məsələn: BDU- nun elmi 

kitabxanası,  AMEA-  nın  Mərkəzi  Elmi  Kitabxanası,  Axundov  adına  Milli  Kitabxana  ilə  sıx 

əlaqələr qurulmuşdur.  

Son illər RETK-da oxuculara biblioqrafik xidmətdə də xeyli irəliləyişlər baş vermişdir. Bu 

baxımdan biblioqrafiya şöbəsində bir sıra tədbirlər həyata keçirilmişdir.  Yalnız 2005-ci ildə 39 

biblioqrafik arayış hazırlanıb, sifarişçilərə çatdırılmışdır. Bu arayışlarda 1290 müxtəlif mənbə 

toplanıb, sistemləşdirilib oxcuların istifadəsinə verilmişdir. Ənənəvi informasiya daşıyıcıları ilə 

yanaşı, əməkdaşlar uzaq və yaxın məsafəli  elektron informasiya resurslarından, yəni İNTERNET-

dən və yeni yaradılan CD fondundan  istifadə etmişlər. Daha iri miqyaslı axtarışlar əsasən bu 

mövzular üzrə aparılmışdır: «Osteomielit xəstəliyi zamanı dispanserlərin təşkili», 

«Angionevrologiya və beyinin işemik pozuntuları», «Hipertonik xəstələrin qeyri-medikamentoz 

müaliəcəsi» «Son illər Azərbaycanda infeksion xəstəliklər», «QİÇS (AİDS)» və s. Bir çox 

təcrübəli həkimlərə onların əsərlərinin, məqalələrinin siyahısından ibarət arayışlar hazırlanıb 

sifarişçilərə çatdırılmışdır. (3) 

Oxuculara  kitabxana-informasiya  xidmətinin  təşkili  biblioqrafiya,  xidmət,  kataloqlaşdırma 

şöbələrinin  fəaliyyət  dairəsinə  daxildir.  Xüsusilə  elmi  iş  yazan  aspirantlar,  dissertantlarla  daha 

dərindən  iş aparılır, kitabxananın soraq-axtarış aparatından, soraq-informasiya fondundan  düzgün 

istifadə etmək bilikləri aşılanır.  

Biblioqrafiya  şöbəsinin  tərkibinə  ölkəşünaslıq  bölməsi  də  daxildir.  Bu  bölmə  alimlərimizin 

tibb  üzrə  rus  və  Azərbaycan  dillərində  dərc  olunan  əsərlərinin  elmi  işlənməsi,  təsvir  edilməsi, 

işlənmiş kartoçkaların  ölkəşünaslıq əlifba və sistemli kataloquna əlavə olunması ilə məşğul olur. 

Yalnız  Milli  tibb  ədəbiyyatı  ilə  məşğul  olan,  eləcə  də  sorğusunda  milli  ədəbiyyat  yer  tutan 

oxuculara adətən bu bölmənin əməkdaşı yardım göstərir. Bölmənin “Vətən təbabəti” kataloqu son 

illər xeyli zənginləşmişdir. 

Kitabxanada 2005-ci ildə bir çox tədbirlər də keçirilmişdir. Mart ayında vərəmə həsr olunmuş 

«Mütəxəssis günü» uğurlu olmuşdur. Bir çox tibb ocaqlarından həkimlər, elmi işçilər tədbirə dəvət 

olunmuşlar  və  həvəslə  iştirak  etmişlər.    Tədbirdə  Ağciyər  Xəstəlikləri  ETİ-nin  rəhbər  işçiləri  və 

əməkdaşları  da  iştirak  etmişlər.  Maraqlı  məruzələr  dinlənilmiş,  vərəmlə  bağlı  film  nümayiş 

etdirilmiş, vərəmə dair fondda olun ən yeni kitabların şifahi icmalı keçirilmişdir. 

Kitabxanada  ABŞ  ictimai  xadimi,  alim  B.  Franklinin  yubileyinə  həsr  edilmiş  tədbir 

keçirilmişdir.  (3)  Tədbirdə    kitabxananın  əməkdaşları  ilə  yanaşı  müxtəlif  qonaqlar  da  iştirak 

etmişlər.  Tədbir  zamanı    alimə  həsr  edilmiş  müxtəlif  səpkili  məruzələr  dinlənildi,  iştirakçıların 

diqqətinə B. Franklinə həsr edilmiş kitab sərgisi çatdırıldı.  

Ağciyər Xəstəlikləri ETİ-  nin  əməkdaşları ilə  dəyirmi  masa informasiya xidməti baxımından 

diqqəti  cəlb  edir.  Dəyirmi  masada    kitabxananın  institutda  aparılan  elmi  tədqiqat  işlərinə  cəlb 

olunması,  kitabxana-informasiya  resurslarından  düzgün  istifadə  etmək  və  s.  məsələri  müzakirə 

olundu, müştərək işlərin aparılması ilə əlaqədar  qərarlar qəbul olundu.  

Kitabxananın kütləvi tədbirlərindən danışarkən görkəmli kitabxanaşünas alim A.A.Xələfovun 

75 illiyinə həsr edilmiş yubiley mərasimini xüsusi qeyd etmək lazımdır. Mərasimdə kitabxananın 

əməkdaşları  ilə  yanaşı  BDU-nun  Kitabxanaçılıq-informasiya  fakültəsinin  professor-müəllim 

heyəti,  Respublika  Elmi  Texniki  Kitabxananın  və  Respublika  Elmi  Kənd  Təsərrüfatı 

Kitabxanasının    rəhbərləri  və  əməkdaşları  iştirak  etmişlər.  Tədbirdə  yubilyarın  həyat  və 



yaradıcılığı ilə bağlı məsələlərlə yanaşı müasir kitabxanaşünaslıq elminin problemləri, Azərbaycan 

kitabxanalarının müasir vəziyyəti haqqında da geniş çıxışlar dinlənilmişdir.  

2005-cı  il  oktyabr  ayında  Azərbaycan  Travmatoloqlar  Assosiasiyasının  nümayəndələri  ilə  də 

dəyirmi masa keçirildi. Dəyirmi masada kitabxananın informasiya- biblioqrafik resursları müzakirə 

olundu,  travmatologiya  elminin  inkişafı  üçün  aparılan  tədqiqat  işlərində  kitabxananın 

resurslarından istifadə edilməsi məsələlərinə baxıldı, bir sıra qərarlar qəbul olundu.  

2005- cı il noyabr ayında «Bibilioteçnoye delo» (Kitabxana işi) adlı yeni alınan  ixtisas 

jurnalının təqdimat mərasimi keçirildi. Burada əməkdaşlar tərəfindən jurnalda dərc olunan müxtəlif 

məqalələrə şifahi icmallar dinlənildi. 

Oxuculara xidmət müasir səviyyəli informasiya texnologiyası əsasında aparılır. Burada 

İnternet vasitəsilə müxtəlif verilənlər bazasına girişi təmin edən iki müxtəlif kompüter zalı 

fəaliyyət göstərir. 

 Kitabxana  respublikamızın  digər  kitabxanalarından  fərqli  olaraq  Kitabxanalararası 

abonomentin  (KAA)  təşkili  sahəsində  olduqca  qabaqcıl  iş  üsullarından  istifadə  etməklə 

respublikanın  elmi-tədqiqat  institutlarına,  xəstəxanalara,  poliklinikalara,  EA-nın  institularına, 

Mədəniyyət  və  Turizm  Nazirliyinin  kitabxanalarına,  ali  məktəb  kitabxanalarına  və  şəhərin  başqa 

kitabxanalarına  əsasən  kənd  rayonlarında  yaşayan  600-ə  yaxın  həkimə  və  tibb  işçilərinə  xidmət 

edir.  2005-ci ildə KAA vasitəsilə xidmət göstərilən istifadəçilərin tərkibi aşağıdakı kimi: 

Həkimlər -180,  

tələbələr- 110,  

başqaları-70 olmuşdur. (3) 

Qeyd  etmək  istərdim  ki,  RETK  sahəvi  elmi  kitabxana  olaraq  səhiyyə  sahəsində  çalışan 

mütəxəssislərə,  elmi  işçilərə  xidmət  edir.  Bu  işin  təşkili  ilk  növbədə  MTB  möhkəm  olmasından 

asılıdır.  Belə  ki,  mövcud  vəziyyətdə  RETK-nın  maddi-texniki  bazası  imkan  verir  ki,  səhiyyə 

sistemi üzrə informasiya tələbatçıları informasiya xidməti ilə əhatə olunsun. 

Beləliklə,  müstəqillik  illərində  öz  fəaliyyətini  təkmilləşdirən  Respublika  Elmi  Tibb 

Kitabxanası  səhiyyə  sahəsində  çalışan  mütəxəssislərin  peşə  səviyyəsinin    yüksəldilməsinin 

informasiya təminatını modernləşdirərək tədricən dünya standartlarına uyğunlaşdırır.  

 

Ədəbiyyat 

1.  İnformasiya,  informasiyalaşdırma  və  informasiyanın  mühafizəsi  haqqında  Azərbaycan 

Respublikasının qanunu// Azərbaycan Respublikasının qanunvericilik toplusu.-1998.-№6.-s.1215 

1.

 

Xələfov 

A.A. 

İnformasiya 

cəmiyyətinin 

formalaşmasında 

kitabxanaların 

vəzifələri//Kitabxanaşünaslıq  və  biblioqrafiya:  elmi,  nəzəri,  metodik  və  təcrübi  jurnal.-B.:  2005.-

№2.-s.10. 

3. Respublika Elmi Tibb Kitabxanasının 2000-2005-ci illər hesabatları. 

 


Вафа Гаджиева  

 

Организация библиотечно-информационного обслуживания читателей в 

Республиканской Научной-Медицинской библиотеке в годы независимости 

 

РЕЗЮМЕ 

В  стате  излагается  особенности  организации  библиотечно-информационного 

обслуживания  читательей.  Особое  внимание  отведено  вопросом  модернизации 

информационного  обслуживания  специалистов  на  базе  внедрения  новой  информационной 

технологии. 

 

 



Vafa  Hajiyeva 

  

Organization of information  service of readers in Azerbaijan state republic science medical 



library in independence years 

SUMMARY 

 

It was accounted the specific features of organization of information  service of readers. It was 



at  the  center  of  attention  the  matters    about  madernization  of  service  specialists  on  base  of 

inculcation new information technologies 

 

Каталог: down -> meqale -> kitabxanashunasliq-biblioqrafiya -> 2 2008
2 2008 -> AZƏrbaycan döVLƏt respublika elmi Tİbb kitabxanasinda oxucularla iŞİn spesiFİK
meqale -> Фуллбрайт Тягацдляр Програмынын тяшяббц сц иля Азярбайъана дявят едилмиш профес
meqale -> 25 àâãóñò 2016-úû èë Азярбайъан Республикасынын Президенти, Силащ
meqale -> Rÿsmè dþvlÿt qÿzetè ¹ 182 (7326) bazar, 21 àâãóñò 2016-cû IL
meqale -> 23 èéól 2015-úè èë Игтисади инкишаф, реэионларын дир
meqale -> 13 noyabr 2016-cı il, bazar 9
2 2008 -> İradə bayramova biblioqrafiyaşünaslıq kafedrasının müəllimi
kitabxanashunasliq-biblioqrafiya -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Kİtabxanaçiliq-informasiya faküLTƏSİ KİtabxanaşÜnasliq


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə