Təşkilati davranışa giriş (İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr, səh. 12-35), Kollokvium I



Yüklə 48,51 Kb.
səhifə1/18
tarix12.05.2022
ölçüsü48,51 Kb.
#57711
  1   2   3   4   5   6   7   8   9   ...   18
movzu 1


Təşkilati davranışa giriş (İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr, səh. 12-35), Kollokvium I

  • Təşkilati davranış nədir? Fənnin mənasinı və tərifində əks olunan – 3 komponentin hər birini izah edin;

  • Təşkilatı davranışa hansı yanaşmalar var? sadalayın izah edin;

  • Təşkilati davranışınöyrənilməsi nə üün vacibdir? izah edin.

  • Təşkilati davranışın hansı səviyyələri var? sadalayın və hər bir səviyyəni izah edin.

  • Təşkilatın davranışın elementləri hansılardır?

  • Təşkilatın davranışın elementlər özümdə nəyi ehtiva edir?

  • “On menecer rolu”nu kateqoriyalar üzrə hansı təsnifəşdimə mövcuddur?

  • Kateqoriyalar üzrə menecer rolların izah edin.

Menecment ədəbiyyatlarında “təşkilat”a məqsədə və struktura malik olan ictimai qurum kimi tərif verilir.

Məqsəd, struktur və ictimailik təşkilatı xarakterizə edən 3 əsas amildir. Başqa sözlə desək, “Təşkilat” dedikdə, bir qrup adamın müəyyən məqsədə çatmaq üçün şüurlu surətdə fəaliyyət birliyi yaratmaları başa düşülür. Fəaliyyətlər isə ətraf mühitlə əlaqəli şəkildə yaranır və təşkilatı “ictimai”ləşdirir. Beləliklə, “Təşkilat” fəaliyyəti ümumi məqsəd və ya məqsədlərə nail olmaq üçün şüurlu olaraq koordinasiya edilən insanlar qrupudur. Menecment - təşkilatın effektiv və məhsuldar nailiyyətləri üçün təşkilatın resurslarından istifadə etməklə planlaşdırma, təşkilatlandırma, istiqmətləndirmə və nəzarət etmədir.

Beləliklə, bu iki məfhum – təşkilat və menecment bir-birini tamamlayan bir sahənin “Təşkilati davranış və idarəetmə psixologiyası”nın yaranmasına səbəb olmuşdur.

Sənaye inqilabından sonra insanların iş prosesində və mühitində ciddi dəyişikliklər baş vermişdir. Texnoloji və iqtisadi dəyişikliklərin yaratdığı problemlər və problemləri həll etmək üçün ortaya atılmış fikirlərin paraktikada özünü doğrultması iş mühitində tarazalığı pozmuş və ilk dəfə intellekt, şəxsiyyət və bacarıq kimi xüsusiyyətləri özündə birləşdirən menecment metodlarını yaratmışdır. Əgər Təşkilati davranışın inkişafına tarixi aspektindən yanaşsaq “Sənaye inqilabından əvvəki dövr, Sənaye inqilabı və bunu izləyən dövr, Bəşəri münasibətlərin formalaşdığı dövr” olaraq üç başlıca tarixi dövrə ayıra bilərik.

20-ci əsrin əvvəllərindən başlayan psixologiyanın sənayeyə tətbiqi prosesi günümüzə qədər ciddi inkişaf yolu keçmişdir. Psixoloji metodların təşkilat daxili problemlərin həllində istifadə edilməsinin ən əhəmiyyətli addımlarından biri I Dünya müharibəsi illərində kadr seçim testlərinin orduda istifadə edilməsi oldu. Testlər orduda kadrların təsnifləşdirilməsi və səlahiyyətlərin verilməsi üçün xüsusi olaraq hazırlanmış və istifadə edilmişdir.

I Dünya müharibəsindən sonra təşkilatlarda bu sahəyə maraq artmağa başlamışdır. İşçilərlə təşkilat və qrup içi münasibətlər, liderlik və təşkilati davranışın digər mövzularında müxtəlif illərdə əsaslı araşdırmalar aparılmışdır.

Təşkilati davranış insanların düşüncələri, hissləri, emosiyaları və iş qurmaq üçün etdiyi hərəkətlər ilə maraqlanır. Bir fərdin davranışını başa düşmək özlüyündə çətindir, təşkilati mühitdə bir qrupun davranışını başa düşmək isə əsas və əhəmiyyətli menecerlik vəzifələrindən biridir.

Nadler və Taşman adlı müəlliflərin söylədiyi kimi, “bir şəxsin davranışının başa düşülməsi tərkibi və mahiyyəti baxımından çətindir və bu şəxslərin yaratdığı qrupların və o qrupun fərdlərinin arasındakı çoxsaylı münasibətlərin başa düşülməsi isə daha da çətin və mürəkkəbdir. Nəticə etibarilə, təşkilatın işləri – fərdi və ya kollektiv şəkildə, iş görənin öz töhfələri sayəsində, və yaxud texnologiyalardan istifadə edərək icra edilir. Bu baxımdan, təşkilati davranışın menecmenti – ümumi menecment vəzifəsinin mərkəzindədir – bu vəzifəyə fərdlərin, qrupların və təşkilatların davranış şəkillərini “başa düşmək”, müxtəlif menecerlik fəaliyyətlərinin hansı davranış reaksiyalarını yarada biləcəyi barəsində “ehtimallar verə bilmək” və ən nəhayət, “nəzarət”ə nail olmaq üçün bu cür “ehtimallardan” istifadə edə bilmək daxildir.

Bu mövzudan çıxış edərək, təşkilati davranışın tərifini belə vermək olar: “Təşkilat daxilində, insan davranışı ilə təşkilat arasındakı uzlaşmaya (münasibətlərə) təşkilati davranış deyilir

Qeyd olunan tərifin 3 komponenti vardır – fərdi və qrup davranışı, təşkilat və bunlar arasındakı münasibət.

Hər bir fərd təşkilata özünəxas və unikal inanclar, dəyərlər, davranışlar və digər şəxsi xüsusiyyətlər gətirir və təşkilatın daha effektli menecementi üçün bütün bu xüsusiyyətlərin bir biri ilə qarşılıqlı əlaqəsinin öyrənilməsi labüddür. Bu labüdlüyü nəzərə alaraq “Təşkilati davranış” bir elm sahəsi olaraq təşkilatlarda rast gəlinən və işlə əlaqəli davranışlarla xüsusi olaraq maraqlanır. Davranış proseslərinin daimi dinamik bir proses olduğunu nəzərə alsaq menecerlər fərdlərin davranışını “başa düşməyə” çalışmalıdırlar. Təşkilati davranış bu konteksti dərk etmənin üç əsas yolunu təklif edir: insanlar təşkilatlar kimi, insanlar resurslar kimi və insanlar insan kimi.



  • İnsanlar təşkilat kimi və ya təşkilatı insanlar formalaşdırır-hər şeydən öncə, təşkilatlar insan toplusudur, və insan olmazsa təşkilat da olmaz. Əgər hər hansı təşkilatı öyrənmək istəyirsinizsə, ilk əvvəl həmin təşkilatları formalaşdıran insanları öyrənin;

  • Təşkilatın ən qiymətli aktivləri, resursları insanlardır- resurs olaraq, insanlar təşkilatın ən qiymətli aktivləridir. İnsanlar təşkilatı yaradır, onun istiqamətini müəyyənləşdirir, yönəldir və onu hər dəfə yenidən canlandırır. İnsanlar qərar verir, problemləri həll edir və suallara cavab verirlər.

  • Təşkilati insanların gözləntiləri və ehtiyacları üzərindəndən başa düşmək olar- insanlar həyatlarının böyük bir hissəsini təşkilati strukturlarda daha çox bir staf üzvü kimi keçirirlər. Bunun qarşılığında insanların maaş və faydalarından əlavə gözləntilərinin olmasına, məmnun olmağa və yeni vərdişlər öyərnməyə haqları vardır. Təşkilati davranışı başa düşmək, menecerə individual ehtiyacların və gözləntlərin fərqliliyini qiymətləndirməyə kömək edir.

  • Təşkilatı insanları öyrənməklə başa düşmək olar - təşkilati davranış ayrı-ayrılıqda işçilərin xüsusiyyətləri və davranışları ilə maraqlanır, xüsusiyyətlər və davranışlar təşkilatın özünün bir hissəsi olaraq qalır və davranış və xüsusiyyətlər təşkilat sturkturu içərisində olan işçilərin ehtiyac və motivasiyalarının birbaşa nəticəsi olaraq ortaya çıxır. İşlədiyi təşkilatı dəyərləndirmədən bir şəxsin fərdi davranışını tamamən başa düşmək mümkün deyil. Eyni şəkildə, bir təşkilatın necə fəaliyyət göstərməsini də, onun ən qiymətli resursu olan insanları öyrənmədən başa düşmək mümkün deyil.

Beləliklə, təşkilat fərdlərə təsir edir və onların təsirinə məruz qalır.

      1. Yüklə 48,51 Kb.

        Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin