Təşkilati davranışa giriş (İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr, səh. 12-35), Kollokvium I


Təşkilati davranış müxtəlif prizmalarda: məhdudiyyətlər və perspektivlər



Yüklə 48,51 Kb.
səhifə18/18
tarix12.05.2022
ölçüsü48,51 Kb.
#57711
1   ...   10   11   12   13   14   15   16   17   18
movzu 1

Təşkilati davranış müxtəlif prizmalarda: məhdudiyyətlər və perspektivlər

  • Təşkilati davranış münaqişə və ya əsəbilik hallarını tamamilə ləğv edə bilməz, onları sadəcə azalda bilər. Bu isə problemlərə mütləq bir cavab deyil, sadəcə vəziyyəti yaxşılaşdırma yoludur.

  • Təşkilati davranış nəhəng ictimai sistemdə fəaliyyət göstərən saysız-hesabsız sistemdən sadəcə biridir.

  • Sistemin nə olduğu barəsində geniş düşüncəsi olmayan insanlar “davranış əsasları” yarada bilər ki, bu isə onları təşkilatlarını əhatə edən bütün mühitə fokuslanan geniş sistem əvəzinə, dar, məsələn, işçilərin yalnız təcrübələrinə istinad etməyə üstünlük verən “tunel” nöqteyi-nəzərinə sahib olmağa gətirib çıxarar.

  • Təşkilati davranışda azalan nəticələr qanunu da özünü göstərir. Həmin qanuna görə, arzuolunan təcrübənin artması müəyyən nöqtədə azalmalara, bəzən mənfi nəticələrə gətirib çıxarır. Bu konsepsiyaya görə, hər bir situasiya ilə bağlı optimal miqdarda arzuolunan təcrübə vardır. Həmin maksimal həddi keçdikdən sonra nəticələrdə azalma olur. Məsələn, həddindən artıq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işçilərin təşəbbüs irəli sürməsinin və inkişaf hallarının azalmasına gətirib çıxara bilər. Bu münasibət göstərir ki, təşkilati effektivliyə bir dəyişikliyi maksimallaşdırmaqla deyil, bütün sistem dəyişikliklərinin hamısı üzərində tənzimlənmiş qaydada işləməklə nail olmaq mümkündür.

  • Təşkilati davranışın əsas çatışmazlığı ondadır ki, onunla bağlı bilik və texniki fəndlərdən istifadə edərək insanların rifahının yaxşılaşdırılması məqsədini güdmədən onları manipulyasiya etmək olar. Əxlaqi dəyərləri az olan insanlar bu sayədə insanlardan qeyri-etik şəkildə istifadə edə bilərlər.

Təşkilati davranışa gündən-günə artan maraq insanların çoxunun daha humanist iş yerləri yaratmaq barəsindəki fəlsəfi arzusundan və daha məhsuldar iş mühiti yaradılması ilə bağlı praktik ehtiyaclarından irəli gəlmişdir. Nəticədə, təşkilati davranış müasir dövrdə mühəndislik və tibb sahəsi də daxil olmaqla bütün kursların tədris proqlamlarının bir hissəsi halına gəlmişdir.

Təşkilati davranış sahəsi günlər keçdikcə həm dərinləşir, həm də genişlənir. Onun keçmiş və gələcək müvəffəqiyyətinin sirri nəzəriyyələrə, araşdırmalara və menecerlik təcrübəsinə müraciət etməsindədir.



Təşkilati davranış müəyyən məhdudiyyətlərinə baxmayaraq, vətəndaş cəmiyyətinin inkişafına çox böyük töhfə verir. O, insanları əhatə edən mühitin yaxşılaşmasına təsir etmiş və edəcəkdir. İnsanlara daha yaxşı mühit yaratmaqla, təşkilati davranış ictimai problemlərin bir çoxunu həll etmək üçün insanların yaradıcı potensialını üzə çıxarır. Bu yolla təşkilati davranış ictimai inkişafa dəstək verir. Yaxşılaşdırılmış təşkilati davranışı tətbiq etmək asan olmasa da, buna kifayət qədər imkan yaranır. Təşkilati davranış elə bir yüksək həyat keyfiyyəti yaradır ki, vaxt ötdükcə hər bir insan, insan topluluğu və təşkilatlar arasındakı ahəng daha da təkmilləşir.
Yekun sual:

  1. Müasir təşkilati davranış nədir? – izah edin.

  • Təşkilati davranışın mənasi və tərifi – 3 komponentin hər birini izah edin;

  • Təşkilatı davranışın 4 əsas yanaşmasını sadalayın izah edin;

  1. Təşkilati davranışın təbiəti, öyrənmə zərurəti və vacibliyini izah edin.

  • Təşkilati davranışın vacibliyİni izah edin.

  • Təşkilati davranışın səviyyələrini sadalayın və hər bir səviyyəni izah edin.

  1. Təşkilati davranışın elementlərini sadalayın və əlaqəli şəkildə izah edin;

  • Təşkilatın davranışın elementləri hansılardır?

  • Təşkilatın davranışın elementlər özümdə nəyi ehtiva edir?

4. On menecer rolu”nu kateqoriyaar üzrə təsnifəşdirin və izah edin

  • “On menecer rolu”nu kateqoriyalar üzrə hansı təsnifəşdimə mövcuddur?

  • Kateqoriyalar üzrə menecer rolların izah edin.



Yüklə 48,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin