Təşkilati davranışa giriş (İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr, səh. 12-35), Kollokvium I


Müasir təşkilati davranışın əsas xüsusiyyətləri



Yüklə 48,51 Kb.
səhifə2/18
tarix12.05.2022
ölçüsü48,51 Kb.
#57711
1   2   3   4   5   6   7   8   9   ...   18
movzu 1

Müasir təşkilati davranışın əsas xüsusiyyətləri.


Müasir təşkilati davranışın əsas xüsusiyyətlərini nəzərdən keçirək:

  • Ayrıca fənn sahəsidir. - Təşkilati davranışı ayrıca fənn sahəsi kimi qəbul etmək olar. Bu sahənin prinsiplərinin, konsepsiyalarının və proseslərinin sintezi üzərində işlər davam edir.

  • İntizam yanaşmasına malikdir - Təşkilati davranış, əsasən, qayda-qanunlar yanaşmasıdır. Onun böyük hissəsi psixologiya, sosiologiya və antropologiya kimi sahələrdən alınmışdır. Bundan əlavə, təşkilati davranış menecment, iqtisadiyyat, siyasət elmi, hüquq və tarixdən də müvafiq hissələr götürür. Təşkilati davranış bu disiplinlərin özünə müvafiq olan tərkiblərini birləşdirib, onları təşkilatın təhlili üçün istifadəyə yararlı edir. Məsələn, qeyd olunan nümunələrə təşkilatın təhlili zamanı müraciət edilə bilər:

  • Fikirləri düzgün şəkildə necə qəbul və icra etməli?

  • Fərdi səviyyədə, qrup halında və təşkilat səviyyəsində öyrənmə prosesinə və işə qarşı individual münasibətlərin yaranmasına nə təsir edir?

  • Şəxsiyyətdə, şəxsi inkişafda və professional inkişafda olan fərdi müxtəlifliklər insanların davranış və münasibətlərinə necə təsir edir?

  • İnsanı işləməyə nə və necə motivasiya edir? Təşkilatların mükafatlandırma sistemi işçilərin davranış və münasibətlərinə təsir edirmi?

  • Menecerlər effektiv komandaları necə yaradırlar?

  • Effektiv qərarvermə prosesinə kömək edən amillər hansılardır?

  • Effektiv ünsiyyətin komponentləri hansılardır?

  • Effektiv ünsiyyətin xüsusiyyətləri nələrdir?

  • Səlahiyyət necə qoruna və məhsuldar istifadə oluna bilər?

  • Effektiv danışıqlara töhfə verən faktorlar hansılardır?

  • Qruplar və yaxud menecer və onun tabeçiliyindəkilər arasında münaqişələr necə həll və ya idarə oluna bilər?

  • Təşkilatda işləri effektiv şəkildə necə təşkil etmək olar?

  • Dəyişikliklərin öhdəsindən effektiv şəkildə gələ bilməkləri üçün menecerlər işçilərə necə kömək edə bilərlər?
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin