Təşkilati davranışa giriş (İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr, səh. 12-35), Kollokvium I



Yüklə 48,51 Kb.
səhifə9/18
tarix12.05.2022
ölçüsü48,51 Kb.
#57711
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
movzu 1

Qrupdaxili səviyyə – təşkilat bir çox qrupun birləşməsindən yaranır; bu qruplar öz iş proseslərini qura və mövcud ola bilmək üçün mürəkkəb münasibətləri inkişaf etdirir. Qrup münasibətlərinin təsirlərini başa düşmək bugünün təşkilatındakı menecer üçün çox vacibdir. Qrupdaxili münasibət əməkdaşlıq və müsabiqə şəklində ola bilər.

Menecerlər planlaşdırma, təşkiletmə, istiqamətləndirmə və nəzarətetmə kimi dörd əsas funksiyanı yerinə yetirirlər.

Bu dörd funksiyaya əlavə olaraq, 10 menecer rolu vardır ki, həmin rollar bu vəzifədə olanları müəyyənləşdirən davranış sistemi kompleksi kimi tanına bilər. Bu rolları Henri Mintzberq araşdırmasına cəlb etdiyi rəhbərləri işlərində diqqətlə tədqiq etdikdən sonra 1960-cı illərdə hazırlamışdır. Bütün bu rollar bu və ya digər formada insanlar və onların davranışları ilə əlaqəlidir. Qeyd edilən 10 menecer rolu üç kateqoriyaya bölünür.

Şəxslərarası rollar adlanan birinci kateqoriya, birbaşa olaraq, menecerin vəzifəsi və ona verilmiş rəsmi səlahiyyətlərlə əlaqəlidir. Məlumatlandırıcı rol adlanan ikinci kateqoriya şəxslərarası rolların birbaşa nəticəsi kimi ortaya çıxır və bu bölmə – qərarvermə adı verilən üçüncü kateqoriyanı ortaya çıxarır. Sxem 3-də menecer rolları və onların aid olduqları kateqoriyalar verilmişdir.


Yüklə 48,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin