Təşkilati davranışa giriş (İ.İsgəndərov, Təşkilati davranış və menecment psixologiyası II nəşr, səh. 12-35), Kollokvium I



Yüklə 48,51 Kb.
səhifə7/18
tarix12.05.2022
ölçüsü48,51 Kb.
#57711
1   2   3   4   5   6   7   8   9   10   ...   18
movzu 1

Təşkilati davranışn vacibliyi

Təşkilati davranış təşkilati vəzifələrə nail olmaq üçün insan faktorunun daha məqsədəuyğun şəkildə nəzərə almaq yolları barədə menecmentə bir neçə ideya təklif edir. Çester Barnardın apardığı müşahidələrə görə, təşkilat iki və daha artıq insanın bir-birilə şüurlu şəkildə qarşılıqlı münasibətidir. Bu fikrə əsasən, əgər təşkilat şəxslərin qarşılıqlı münasibətidirsə, təşkilatı idarə edərkən onlara özlərinə məxsus şəkildə əhəmiyyət verilməlidir. Təşkilati davranış menecmentə insan davranışını təhlil etmək və onu müəyyən bir istiqamətə görə formalaşdırmaq imkanını verir

Təşkilati davranış insanın ayrılıqda “niyə” və “necə” davrandığını təhlil etməyə imkan verir. İnsan varlığı mürəkkəb bir fenomendir və psixoloji, ictimai və mədəni təsirlər daxil olmaqla bir çox faktorun təsirinə məruz qalır. Təşkilati davranış insan davranışını başa düşməyi sadələşdirmək üçün bütün bu faktorları inteqrasiya edir.

1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin