TarġXĠ III-XIII əsrin I rübü


§ 2. MEMARLIQ VƏ ġƏHƏRSALMA



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   35   36   37   38   39   40   41   42   ...   45
§ 2. MEMARLIQ VƏ ġƏHƏRSALMA 

 

XI-XII  yüzilin  əvvəllərində  yaranmıĢ  siyasi  vəziyyət  Azərbaycan 



mədəniyyətinin  in kiĢafında  da  yeni  dövrün  baĢlanmasına  səbəb  oldu.  BaĢ  verən 

səlcuq  yürüĢləri  bəzi  Ģəhərlərin  dağılmasına.  köçəri  təsərrüfatın  geniĢlənməsinə 

gətirib  çıxartsa  da,  Ģəhər  həyatının  ümu mi  in kiĢaf  mey lin in  qarĢısını  ala  b ilmədi, 

əksinə, bu dövr Azərbaycanda Ģəhərlərin və Ģəhər mədəniyyətinin çiçəklən məsi və 

bununla  bağlı  olaraq  memarlığın  in kiĢafı  ilə  səciyyələn miĢ  oldu.  Hələ  Xilafət 

dövründə  obyektiv  amillər  nəticəsində  ümu mi  müsəlman  mədəniyyətinə  cəlb 

edilmiĢ  azərbaycanlılar  yeni  tarixi  Ģəraitdə  təĢəkkül  tap mıĢ  "yeni  incəsənət"in 

yaradıcılarından  biri    oldular.    Elmi    ədəbiyyatda Ģərti    olaraq    səlcuq    incəsənəti 

adlandırılan bu "yeni incəsənət‖in vahid "səlcuq üslubu" məhz ayrı-ayrı  xalqların, 

o  cümlədən  azərbaycanlıların  ö z  ənənələrini  bir-birinə  ötürmələri  nəticəsində 

yarandı. Bu "yeni" incəsənət bütün müsəlman incəsənəti üçün xarakterik olmuĢ bir 

çox  cəhətləri  doğursa  da,  "təbii-coğrafi  amillər  və  sosial-iqtisadi  proseslər"  ayrı-

ayrı vilayətlərdə, o cü mlədən tarixi Azərbaycan ərazisində biri digərindən müəyyən 

xüsusiyyətləri  ilə  fərq lənən  memarlıq  məktəblərinin  yaran masına  səbəb  oldu.  Bu 

dövr  memarlığ ımızın  əsas  üç  üslub  istiqamətini  əks  etdirən  ġirvan -AbĢeron, 

Naxçıvan-Marağa  və  Arran  memarlıq  məktəbləri,  orta  əsr  Azərbaycan  memar-

lığ ının  sonrakı  in kiĢafını  müəyyənləĢdirmiĢ  oldu.  XII  əsrin  30-cu  illərində 

yaranmıĢ Azərbaycan Atabəyləri dövlətinin tərkib ində olan Ġraqi  Əcəm v ilayətin in 

Hə mədan və Qə zvin Ģəhərlə ri ətrafında forma laĢ mıĢ Qə zv in-Hə mədan  məktəbi də 

Azərbaycan me marlığ ının ü mu mi inkiĢafına ö z təsirini göstərmiĢdir. 

Əldə  olan  material  azlıq  da  etsə,  tədqiqatlar  bu  dövrdə  nisbətən  kiçik  baĢqa 

memarlıq  ocaqlarının  da  olduğunu  təsdiq  etmək  imkanını  verir.  Ümu minin  bir 

hissəsi, bütün Azərbaycan memarlığ ının ayrıca bölü mü kimi  fəaliyyət gös tərən bu 

ocaqların  üslub  istiqamətində  lokal  cəhətlər,  o  cümlədən  regionun  etnik  və  sosial 

quruluĢu həlledici rol oynayırd ı.  

Əsas  tikinti  materialı  yerli  əhəngdaĢı  olan  ġirvan-AbĢeron  memarlıq  məktəbi 

üçün daha dayanıqlı, sadə və çox vaxt asimmetrik  ko mpozisiyalar, saya memarlıq 

dekoru  səciyyəvi  olmuĢdur.  DaĢla  kərp icin  birgə  yanaĢı  iĢlədilməsi  ilə  tikilən 

Arran memarlıq abidələri qamətli  ko mpozisiyası, daha zərif ayrıntıları və incə gör-


375 

 

kəmi ilə ġirvan məktəbi nü munələrindən seçilirdilər. 



Ən  yüksək  in kiĢaf  mərhələsi  Azərbaycan  Atabəyləri  dövləti  çağına  düĢən, 

əsasən,  biĢmiĢ  kərpicdən  tikilən  Naxçıvan-Marağa  məktəbi  abidələrinə  bir  sıra 

xüsusiyyətlər  -  binanın  əsas  tikinti  kütləsi  və  üzlük  örtüyünə  ayrılması,  üzləmə 

blokların ın iĢlədilməsi, gövdənin karkas sxemi, hər yandan fasadlı olmaq, dekorda 

həndəsi  ornamentin  üstünlüyü, Ģirli  kərpiclərin  iĢlədilməsi,  ep iqrafikanın  ro lunun 

artması və s. xasdır. 

Bu  dövrün  Azərbaycan  memarlığı  bütün  müsəlman  memarlığ ı  üçün  ü mu mi 

olan  kanonlara,  vahid  e lmi-nə zəri  sistemə  söykənirdi.  Bu  birlik  t ikinti  sistemin in 

mü xtəlif  sahələrində  özü mlü  Ģəkildə  üzə  çıxdığı kimi,  memarlıq bəzəyində səthlərin 

naxıĢlarla bəzənməsi Ģəklində özünü göstərirdi. Memarlıq bəzəyində naxıĢdan (o cüm-

lədən yazıdan) o çağacan görünməmiĢ bolluqla istifadə olunması dövrün sənətlərində 

dekorativliyə və simvolizmə o lan güclü tələbatla bağlı idi. 

Bu  dövrün  Azərbaycan  memarlığı  istər  abidələrin  say  çoxluğu  və  tip 

zənginliyinə,  istərsə  də  üslub  yetkinliyinə  görə  əvvəlki  dövr  tikinti  sənətindən  xeyli 

fərqlənir.  Məhz  bu  dövrdə  islamın  geniĢ  vüsəti  ilə  əlaqədar  dini-sitayiĢ  məqsədli 

tikililərin,  xüsusilə məscidlərin özlərinə məxsus quruluĢları formalaĢmıĢdır. Tədqiqat-

çıların  fikrincə,  "bu  məscidlərin  mehrabları  önündə  günbəzli  salonun  -  məqsurənin 

olması səlcuq  dövrünün  monumental  dini  tikintiləri  üçün səciyyəvidir".  Monumental 

biçimlərlə  iĢləndiyindən bizim  dövrümüzə  daha  çox  bu  məqsurələr  gəlib  çatmıĢdır. 

Ona  görə səlcuq  dövrü  məscidləri  elmi  ədəbiyyatda  həm  də  "səlcuq  köĢkü",  "səlcuq 

məqsurəsi"  adları  ilə  də  tanınır.  Bu  məscid  tipinin  dövrün  müsəlman  dünyasının  çox 

yerinə,  o  cümlədən  Azərbaycana  yayılması  bu  çağ  dini  tikililərin  plan-məkan  və 

konstruktiv həll  baxımından,  doğrudan da,  köklü  formalaĢma  prosesi  keçirməsini  əks 

etdirir. 

Tədqiq  edilən  dövrdə  Ģimallı-cənublu  Azərbaycan  ərazisinin  böyük 

Ģəhərlərində  ucaldılan  əzəmətli  camelərlə  yanaĢı,  kiçik  məhəllə  (o  cümlədən  kənd) 

məscidləri də vardı. Ərəb coğrafiyaĢünas səyyahları (Ġbn Havqəl, əl-Müqəddəsi) artıq X 

əsrdə  Azərbaycanın  bir  çox  Ģəhərlərində  (ġirvanda,  Qəbələdə,  ġəkidə,  Varsanda. 

Təbrizdə,  Dərbənddə,  Ərdəbildə,  Səlmasda,  Urmiyada  və  s.)  tikilmiĢ  "gözəl  came 

məscidlərin" adlarını çəkirlər. Bunlardan bu gün də yalnız bir neçəsi (Bakıda indi "Sınıq 

qala" adı ilə məĢhur olan üstündəki ərəbdilli  kitabəyə görə hicri 471(1078-79)-ci ildə 

"əl-ustad  ər-rəis  Məhəmməd  ibn  Əbu  Bəkr"in  əmri  ilə  tikilmiĢ  məs cid,  klassik 

memarlıq  nümunəsi  olan  Ərdəbil  came  məscidi  və  s.)  qalmıĢ,  bəziləri  (  məsələn, 

Mərənd, Urmiya came məscidləri) sonrakı dövrlərdə yenidən qurulmuĢdur. 

Tədqiqatlar  göstərir  ki,  Səlcuq  imperiyasının  çox  yerində  olduğu  kimi 

Azərbaycanda da  bu  zaman  monumental  məscid  tipi  -  came  məscidi  kvadrat  biçimli 

ibadət salonu günbəzlə örtülən vahid model əsasında tərtib edilmiĢdir.  Bu  modelin 

bir  qayda  olaraq,  bütöv  saxlanılan  güney  divarında  mehrab  taxçası  quraĢdırılırdı.  Qalan 

divarların hərəsində isə 2, ya 3 ədəd tağ gözləri açılırdı. Maraqlı burasıdır ki, bu dövrün 

ümumi  prinsiplərini  əsas  tutan  azərbaycanlı  sənətkarlar  yaratdıqları  abidələrdə  yerli 



376 

 

özünəməxsusluğu da tətbiq etmiĢ, bənzərsiz sənət əsərləri yarada bilmiĢdilər. 



XI-XII əsrlərdə Azərbaycan memarları Ģəhərsalmanın inkiĢafı ilə əlaqədar öz 

gözəlliyi ilə seçilən saraylar, qəsrlər, karvansaralar, körpülər, eləcə də qalalar, türbələr 

və b. tikililər ucaldırdılar. 

Siyasi  vəziyyətin  qəlizliyi  bu  dövrdə  mövcud  müdafiə  qurğularını  daha  da 

möhkəmlətmək, yeni qala və qəsrlər tikmək  zərurətini meydana çıxarmıĢdı. Mənbələr 

bu  dövrün  öz  alınmazlığı  ilə  ad  çıxarmıĢ  bir  çox  məĢhur  qalasının  adını  qoruyub 

saxlamıĢdır.  Onların yalnız bir neçəsi zamanın sınağından çıxaraq, bu günümüzə  yetiĢə 

bilmiĢlər.  XIII  yüzilin  əvvəllərində  Azərbaycanda  olmuĢ  ərəb  alimi  Yaqut  əl-

Həməvi  onuıı  "çoxlu  qalaları"nı  xüsusi  qeyd  edir.  Bunlardan  məĢhur  AbĢeron 

qalalarını,  Naxçıvanın  Əlincə,  Təbrizin  Dizmar,  Ruyindiz  (Ruindej),  Xalxalın  Firuzabad 

və b. qalalarını göstərmək olar. 

Tədqiqatlar  dövrün  müdafiə  qurğularını  qala  divarlarından  və  qalalardan 

(qəsrlərdən) ibarət iki qrupa bölməyə imkan verir. 

ġəhərlərin  qala  divarları  adətən  Azərbaycanın  bu  və  ya  digər  orta  əsr 

memarlıq məktəbin in xüsusiyyətlərini əks etdirməklə yanaĢı, onların ümumi memarlıq 

görkəminə  uyğunlaĢdırılırdı.  ġamaxının,  Bakının,  Gəncənin,  Təbrizin  divarları  buna 

misal ola bilər. 

Müdafiə qurğularının ikinci qrupunu təĢkil edən qala-qəsrlərin ən  mühümləri 

AbĢeron  yarımadasında  inĢa  edilmiĢdi.  "AbĢeron  qəsrləri"  adlanan  bu  kompleksə  yerli 

hakimin,  yaxud  qoĢun  baĢçısının  sarayı,  məscid  və  qısamüddətli  sığınacaq  üçün 

nəzərdə tutulmuĢ qala  daxil  idi.  Bu  qəsrlərin  ən qədimi,  üstündəki daĢ  kitabəyə görə, 

1187-ci  ildə tikilmiĢ kvadrat planlı Mərdəkan qəsridir. Ondan bir  qədər aralıda ucalan 

dairəvi baĢ bürclü Mərdəkan qalası isə üstündəki  yazıya  görə  1204-cü  ildə  ġirvanĢah 

GərĢəsbin dövründə tikilmiĢdir. 

Miqyas və memarlıq həllinə görə ərazisində olduğu kəndin əhəmiyyətini əks 

etdirən hər bir qəsr qonĢu kənd qalaları ilə sıx əlaqədə fəaliyyət göstərmiĢdir. 

AbĢeron abidələri  içərisində ən möhtəĢəmi tikilmə tarixi haqqında bu gün 

də  mübahisələrin  kəsilmədiyi  Bakı  Qız  qalasıdır.  Alimlər  onun  yaĢını  ġu mer 

dövründən  tutmuĢ  e.  XII  yüzilinədək  mü xtəlif  dövrlərə  aid  edirlər.  Qız  qalasın ın 

funksiyası  barədə  də  biri  digərinə  zidd  rəylər  irəli  sürülür.  Bununla  belə, 

tədqiqatçıların  əsas  və səlahiyyətli  qrupu  bu  qalanın  müdafiə  məqsədi  daĢıdığını, 

onda  bu  məqsədlə  tikilmiĢ  qüllətip li  qalaların  səciyyəvi  cəhətləri  (divarların  ço x 

qalın  -  aĢağıda  5  m,  yu xarıda  4  m  olması,  birinci  və  ikinci  mərtəbə  arasında 

pilləkən quraĢdırılması, divarın içində, ağ zı üçüncü mərtəbəyə açılan  su quyusunun 

qazılması,  gövdəsinə  bitiĢik  bürclü  qala  d ivarın ın  getməsi,  iç  məkan  quruluĢu 

baxımından  AbĢeron  qəsrlərin in  dairəvi  qüllələri  ilə  bir  olması  və  s.)  olduğunu 

təsdiq edir. 

Qız qalası qaya üzərində tikilmiĢdir.  Ucalığ ı (30  m) və  xarici görkəmi ilə 

Azərbaycanın  müdafiə  qüllələri  içərisində  bənzəri  olmayan  bu  qalanın,  yuxarıda 

qeyd etdiyimiz kimi,  ilkin tarixi və tikilmə məqsədi dəqiq müəyyənləĢdirilməsə də, 



377 

 

onun  XII  yüzildən  Bakın ın  müdafiə  siste minə  da xil  olduğu  və  ġirvanĢahların  ən 



möhkəm qalalarından biri o lduğu Ģübhəsizdir. 

Azərbaycan memarlığ ının XI-XII əsrlərdə sürətlə in kiĢaf edib, b içimləĢən 

memarlıq  tip lərindən  ən  bitkini  qülləvari  türbələrd ir.  Dünya  memarlığında  insan 

xatirəsin i  monu mental  abidə lərdə  əbədiləĢdirməyin  ən  uğurlu  örnəklərindən  olan 

bu  xatirə  tikililərinin  A zərbaycan  ərazisində  ən  qədimlərindən  biri  1148-ci  ildə 

Marağa  Ģəhərində  tikilmiĢ  qülləvari  Qırmızı  günbəz  türbəsidir.  Bu  dəyərli 

memarlıq  abidəsi  ikiqatlı  olub,  həm  sərdabə,  həm  də  üst  qülləsi  planda  kvadrat 

biçimlidir. A zərbaycan  memarlıq bəzəyində kaĢı  iĢlədilməsin in ilk bəlli örnəyi bu 

türbədədir. Firuzəy i rəngli  kaĢılı  kərp iclər baĢ fasadın naxıĢ ko mpozisiyasını  xey li 

zənginləĢdirmiĢdir. 

Təkcə Azərbaycanın deyil,  islam ölkələrin in ən uca və incə kompozisiyalı 

türbələrindən  biri  dövrün  məĢhur  memarı  Əcəmi  Əbubəkr  oğlu  Naxçıvanin in 

1186-c ı  ildə  Na xç ıvan  Ģəhərinin  qərb  hissəsində ucaltdığı,  indi  də  öz  gözəlliyi  və 

əzəməti  ilə  nəzəri  cəlb  edən,  elin  yaddaĢında  "Atabəy  günbəzi"  adı  ilə  qalan 

Möminə  xatun  türbəsidir.  A zərbaycanın  qülləvari  türbələri  içərisində  bəlkə  də  ən 

gözəli  olan  bu  türbə  özünün  iri  ö lçüləri,  monumental  biçimləri,  dinamik  silueti  ilə 

böyük  bir  memarlıq  kompleksinin  dominantı  idi.  BiĢmiĢ  kərpicdən  hörülmüĢ  abidə 

zəngin  naxıĢlarla  bəzənmiĢ  xırda  kərpiclərlə  üzlənmiĢdir.  Bu  türbənin  prizma  Ģəkilli 

binası ilə onun çadır örtüyü arasındakı məkan, fiqurlu hörgü Ģəklində yerinə yetirilmiĢ 

yazı  vasitəsilə  həll  edilmiĢdir.  Məqbərənin  yeraltı  hissəsində  formaca  onguĢəli  olan, 

bədii baxımdan zəngin tərtibata malik sərdabə vardır. 

XIX  əsrə  aid  rəsm  əsərlərindən  və  fotoĢəkillərindən  belə  görünür  ki, 

Möminə  xatun  məqbərəsinin  yanında  hazırda  mövcud  olmayan  əzəmətli  tikililər,  o 

cümlədən came məscidi yerləĢmiĢdi. 

Həmin  dövrün  məĢhur  tikililərindən biri  də  memar  Əcəminin  hələ  1162-ci 

ildə  "Ģeyxlər  baĢçısı"  Yusif  Küseyir oğlu üçün tikdiyi türbədir.  Bu türbənin həm  əsas 

tikintisi,  həm  də  bəzək  hörgüsü  bir  materialla  -  keyfiyyətli  biĢmiĢ  (qırmızı)  kərpiclə 

iĢlənmiĢdir.  Türbə  ikiqatlı  olub,  hər  iki  qatı  planda  səkkizbucaqlı  biçimdədir.  Yer 

altında salınmıĢ sərdabə səkkizüzlü plana uyğun ortası yastı olan günbəzlə ö rtülmüĢdür. 

Məqbərənin bucaqlarındakı həndəsi bəzəklər köndələninə düzülmüĢ kərpiclər əsasında 

əmələ gətirilmiĢdir. Usta, rəngli  material əlavə etmədən  iĢıq və kölgənin  maksimal 

bədii effektinə nail olmağa çalıĢ mıĢdır. 

Dini  və  xatirə  memarlığında  böyük  uğurlarla  yanaĢı,  XI-XII  yüzillər  mülki 

binaların  tikintisində  də  irəliləyiĢlər  vardı.  Belə  tikililərin  tip  zənginliyi  dövrün 

qaynaqlarında memarlıq tikinti fəaliyyəti ilə bağlı məlu matdan, bina adlarından məlum 

olur.  Bunlardan  müxtəlif  saray  və  köĢkləri,  dövlət  binalarını,  Ģəfaxanaları,  o  cüm-

lədən dövrün abidələri içərisində aydın tipoloji bütövlüyü ilə seçilən və xüsusi qrupda 

birləĢən körpüləri qeyd etmək olar. 

Mürəkkəb  relyefli  yer  quruluĢu,  ərazisində  çayların  sıx  Ģəbəkəsi 

Azərbaycanda  çoxlu  körpülər  tikilməsinin  ilkin  amilləridir.  Bu  körpülər  ölkədaxili 



378 

 

əlaqələri  çətinləĢdirən  maneələri  azaltmaqla  yanaĢı, beynəlxalq  ana ticarət  yollarında 



da  rahat  gediĢ-gəliĢi  təmin  etmək  məqsədilə salınmıĢdı.  Onlardan dövrümüzədək az-çox 

salamat qalmıĢları həmin tarixi dövrün cəsarətli tikinti texnikası nümunələri kimi d iqqəti 

cəlb edirlər.  Körpülər həm strukturuna, həm də  ölçülərinə görə böyük rəngarəngliyi 

ilə  fərqlənir.  Bu,  ilk  növbədə,  onların  təyinat  xarakteri  və  salındıqları  yerlərə 

uyğunlaĢdırılması xüsusiyyətləri ilə izah oluna bilər. 

Araz çayı üzərində salınan körpülərdən ən məĢhuru on bir və on beĢ aĢırımlı 

Xudafərin  körpüləridir.  Ġri  çaydaĢılarından  tikilmiĢ  on  beĢ  aĢırımlı  körpü  inĢaat 

mədəniyyətinin  yüksək səviyyəsini  nümayiĢ  etdirir.  Onun  tikilməsi  zamanı  Azərbaycan 

inĢaat texnikasına xas olan üsullar nəzərə alınmıĢdır. Körpü dayaqlarının çayın yatağındakı 

daĢlar  üzərində  yerləĢməsi  onu  təbiətlə  üzvi  Ģəkildə  bağlamıĢdır.  Bu  üsul  memarlıq 

probleminin  həllini  müəyyən  etmiĢdir.  Körpünün  tağvari  aĢırımları  mü xtəlif  ölçülərə 

malikdir. 

Körpünün hərtərəfli tədqiqi onun dəfələrlə təmir edildiyini təsdiq edir. Alimlərin 

fikrincə,  bu  körpünün  zəmanəmizədək  hifz  olunmuĢ  görkəmi  XIII  əsrə  aiddir.  Lakin 

yazılı  mənbələr Araz  çayı  üzərindəki  on beĢ aĢırımlı  Xudafərin  körpüsünün  VII  əsrdə 

tikildiyin i göstərir. 

On  bir  aĢırımlı  körpüdə də təbii Ģəraitlə uzlaĢdırmanın səciyyəvi  üsulu təkrar 

olunur.  Bu  körpünün  də  dayaqları  çayın  yatağındakı  qayalıqlara  söykənmiĢdir.  Ġri  daĢ 

lövhələrdən tikilmiĢ körpünün tağları kamanĢəkilli və ölçü baxımından müxtəlifdir.  

Azərbaycanda  ilkin  quruluĢunu  saxlamıĢ  yeganə  çoxaĢırımlı  körpü  Qazax 

elindəki  Qırmızı  körpüdür.  XII əsrin yadigarı olan  bu  möhtəĢəm abidə el arasında "Sınıq 

körpü" adı ilə tanınır. Körpünün uzunluğu 175 metrə yaxın olsa da, cəmi dörd aĢırımlıdır. 

Belə  aĢırım  azlığının  bir  səbəbi  körpünün  sahil  bölümlərinin  içərisində  geniĢ 

yerləĢgələrin qurulması, o biri səbəbi isə, görünür, çay yatağının geoloji quruluĢu ilə bağlı 

olaraq tağ aĢırımlarından ikisinin xeyli böyüklüyüdür. 

Körpünün keçid hissəsində eni 4,3 metr, sahildə isə 12,4 metrdir. Ġri dalğakəsici 

çay daĢları və sahil  dayaqları  müxtəlifĢəkilli  kamanvari tağlarla  birləĢdirilmiĢdir.  Sahil 

bölümlərinin içərisində iri karvansaraların olması körpünün ticarət-karvan yolunda böyük 

əhəmiyyət daĢıdığını göstərir. 

Araz  çayı  vadisindəki  qədim  məskənlərdən birinin  yerində  yaranmıĢ  orta  əsr 

Cuğa Ģəhəri dar çay dərəsində,  müasir  Culfa Ģəhərinin yaxınlığında yerləĢirdi. Bu Ģəhərin 

yanında Arazın üstündə karvan yolu istiqamətində salınan eyni adlı körpü Cuğanı iri ticarət 

qovĢağına  çevirmiĢdi.  Vaxtilə  orta  əsr  müəlliflərinin  "dünya  körpülərinin  ən  gözəli" 

adlandırdıqları Cuğa körpüsündən bugünkü günümüzdə ancaq onun dayaqları qalmıĢdır. 

Lakin  bu  viranə  qalıqlar  da  körpünün  bir  vaxtkı  əzəmətindən,  onun  inĢaat 

texn ikasın ın yüksəkliyindən soraq verir. 

Gəncəçay  üzərindən  atılmıĢ  üç  ço xaĢırımlı  körpünün  də  indiyə  ancaq 

dayaqları və kiçik fraq mentləri qalmıĢdır. XI-XII yüzilin abidələri olan bu körpülər 

orta  əsr  Azərbaycanının  nadir  mühəndis  qurğuları  hesab  edilir.  Kö rpülərdən  ikisi 

Ģəhər  qalasının  -  Ģəhristanın  hissələri  arasında,  çay  axarın ın  aĢağısında  olanı  isə 



379 

 

bayır Ģəhərin iki sahili arasında gediĢ-gəliĢi təmin edirmiĢ.  Körpülərin dövrü müzə 



gəlib  çıxmıĢ  qalıq ları,  eləcə  də  XIX  əsrdə  çəkilmiĢ  bir  əski  fotoĢəkil  (fotoda 

körpünün beĢ tağı əks olunmuĢdur, araĢdırıcılar  isə onun doqquzaĢırımlı olduğunu 

sübut  edirlər)  onların  Azərbaycan  körpü  memarlığın ın  monumental  əsərlərindən 

olduqların ı təsdiq edir. 

Tədqiqat və araĢdırmalar XI-XIII yüzillərin əvvəlləri dövrünü Azərbaycan 

memarlığ ı  tarixində  dönüĢ  mərhələsi  sayır.  Bu  dövrün  geniĢ  tikinti  iĢləri 

Azərbaycan  memarlığını  yeni  b ina  tip ləri  (qülləvari  türbə,  mədrəsə),  konstruktiv 

fəndlər  (ikiqatlı  günbəzlər,  mərkəzi  dayaqlı  tağ  örtüyü),  memarlıq  elementləri 

(dairəvi  minarə, ikimina rəli baĢtağ), memarlıq bəzəyi vasitələri (həndəsi ornament, 

Ģirli kərp ic, b loklarla ü zləmə) və s. ilə zəngin ləĢdirdi. Bu zaman ölkənin əsas bədii-

mədəni  dairələrin in  lokallaĢması  prosesi  baĢa  çatır,  memarlıq  mərkəzləri 

müəyyənləĢir,  eləcə  də  Azərbaycanda  memarlıq  yaradıcılığı  üçün  ümu mi  o lan 

vahid üslub sistemi qərarlaĢır. 

 

 

 

 

 

 

§ 3. DEKORATĠV-TƏTBĠQĠ SƏNƏT 

 

XI-XII  əsrlə r  ərzində  Azərbaycan  xalq ı  bir  ço x  yüksək  səviyyəli  bədii 



sənətkarlıq  nümunələri:  saxĢı,  kaĢı,  zərgərlik,  xalça,  parça  və  s.  yaratmıĢdır  ki, 

bunların bir ço xları hazırda dünya  muzey lərində nümayiĢ etdirilir. AparılmıĢ elmi 

araĢdırmalar  göstərir  ki,  bu  dövrdə  Azərbaycan  dekorativ-tətbiqi  sənət  növləri 

arasında  bədii  keramika  aparıcı  yer  tuturdu.  Müəyyən olunmuĢdur  ki,  monqollara 

qədərki  dövrdə  Azərbaycanda  bir  neçə  dulusçuluq  mərkəzi  vardı.  Həmin 

mərkəzlərdə  məiĢətdə  iĢlənilən  dulusçuluq  məmulatı,  həm  də  binaların  üzlən məsi 

üçün zəruri olan inĢaat materialları hazırlanırd ı. 

Beyləqan,  ġamaxı,  Qəbələ,  Gəncə,  Bakı,  Naxçıvan,  ġabran,  ġəmkir,  Təbriz, 

Marağa  Ģəhərləri  bu  dövrün  daha  çox  tanınmıĢ  keramika  istehsalı  mərkəzləri  idi. 

Beyləqan  Ģəhəri  Azərbaycanın  ən  iri  keramik  istehsalı  mərkəzlərindən  olmuĢdur. 

1953-1968-ci  illər  ərzində  bu  Ģəhərin  ərazisində  aparılmıĢ  arxeoloji  qazıntılar 

nəticəsində  geniĢ  və  maraqlı  material  aĢkara  çıxarılmıĢdır:  tədqiqatçılar  çoxsaylı,  əla 

keyfiyyətli,  bəzəyi  ilə  seçilən,  müxtəlif  for malı  dulusçuluq  əĢyaları  əldə  etmiĢlər. 

Burada  dulusçuluq  sobalarının,  qəliblərin,  möhürlərin  hifz  olunması  xüsusilə  mühüm 

cəhətdir.  Orta  əsr  ustalarının  adları  həkk  edilmiĢ  bəzi  əĢyaların  tapılması  Beyləqan 

dulusçuluq məmulatının dəyərini artırır. 

Bu  dövrdə  Azərbaycanda  hazırlanmıĢ  keramika  məmulatı  maye  tutumlu  və 

tutumsuz qruplara bölünə bilər. Maye tutumlu keramika məmulatı naxıĢlarının zənginliyi 



380 

 

ilə  diqqəti  cəlb  edir.  Həmin  məmulata  iki  görkəmdə  (Ģirli  və  Ģirsiz)  təsadüf  olunur. 



ġirlənmiĢ  maye  tutumlu  məmulat  Azərbaycan  bədii  keramikasının  yüksək  texniki 

nailiyyəti  idi.  Keramika  məmulatının  ağ  və  yaxud  sarımtıl  Ģirlə  boyanması  əĢyanın 

bəzədilməsi  üçün  xüsusilə  əlveriĢli  Ģərait  yaradırdı.  Bəzək  mü xtəlif  texniki  üsullarla 

tətbiq edilirdi.  Həkketmə,  möhür, kəsmə, qabarıq yapmalar, təsvirləmə daha səciyyəvi 

və çoxiĢlənən texniki üsullar o lmuĢdur. 

Keramika  məmulatının  bəzədilməsi  naxıĢ  formalarının  və  motivlərinin  yüksək 

bədiiliyi  ilə  də  fərqlənirdi.  NaxıĢ  kompozisiyaları,  bəzəklərin  ayrı-ayrı  motivləri 

keramika əĢyalarının məzmununu həmiĢə aydınlaĢdırır, əĢyaların məiĢət təyinatının yadda 

saxlanılmasına  yardım  edirdi.  Azərbaycanda  hazırlanmıĢ  məmulatın  bəzədilməsindəki 

naxıĢ üslubu parlaq Ģəkildə ifadə olunurdu və zəmanənin ümumi mədəni həyatı ilə üzvi 

əlaqə Ģəraitində inkiĢaf edirdi. Dekorativ-tətbiqi  incəsənətin digər növlərində olduğu kimi, 

dulusçu  ustaların  məmulatı  bəzəmək  iĢində  də baĢlıca  yardımçı  zəmin  təbiət,  mühit  idi. 

Ətrafda təsadüf olunan hər Ģey (bitki, heyvan, quĢ, müxtəlif  məiĢət əĢyaları, memarlığa 

xas olan cəhətlər və s.) bu dövrün keramika məmulatının bəzəyində öz əksini tapırdı. 

Keramika ustaları hazırladıqları məmulatın üzərində naxıĢlı  motivlərdən baĢqa 

böyük  zövq və  məharətlə  müxtəlif  süjetli  təsvirlər  də  çəkirdilər.  MəiĢət üçün  zəruri 

olan,  maye  tutumlu  keramika  xüsusilə  gözəl  bəzədilirdi.  Keramika  məmulatının  bu 

növünün bəzəyində spiralĢəkilli nəbati naxıĢlar mühüm yer tuturdu. 

Əsasən  nəbati  təsvirlərdən  ibarət  o lan  naxıĢ  ko mpozisiyaları  (məsələn, 

Beyləqan  keramikasında  təsadüf  edilən)  aĢağıdakı  prinsip  üzrə  quru lurdu:  öncə 

keramika  məmulatının  üzəri  bir-birinə  hörülmüĢ  enli,  lentĢəkilli  iplərlə  (əsasən 

yaĢıl  rəngli)  örtülürdü.  Bu  iplər  bəzədilməsi  nəzərdə  tutulan  məmulatı  hissələrə 

ayırırdı.  Bundan sonra usta  zərgər  dəqiqliyi  ilə  ip lərlə  örtülmüĢ səthin boĢ qalmıĢ  

hissələrini  nəbati  səciyyəli,  mü xtəlif  spiralvari  təsvirlərlə  bəzəyirdi.  Nəticədə 

ikiplan lı naxıĢ ko mpozisiyaları alın ırdı. Məmu latın ü zərindəki Ģirin yenidən emalı 

yeni  rəng  çaları  yaradır  və  ikiplanlı  naxıĢ  ko mpo zisiyasının  alın ması  təsəvvürü 

meydana gəlird i. XI-XIl əsrlərdə nəbati naxıĢların iĢlən məsi üsulu da dəyiĢdi. Əgər 

erkən  dövrlərin  keramika  məmu latı  ensiz  rəs mlərlə  seçilirdisə,  bu  dövrdə  nəbati 

naxıĢlar  bir  qədər  geniĢ,  iri  idi.  Erkən  tarixi  dövrün  keramika  məmu latın ın 

üzərindəki  rəs mlər  təsvir  zaman ı  alın mıĢ  ləkələrin  parlaq  rəngarəngliyi  ilə  az 

uzlaĢırdı.  XI-XII  əsrlərdə  isə  rəsmlər  məmu latın  boyanması  ilə  daha  çox  əlaqədar 

idi. 


Heyvan,  quĢ  və  insan  təsvirləri  bu  dövrün  Azərbaycan  keramikasın ın 

bəzəyində geniĢ Ģəkildə təmsil olun muĢdur. Lakin heyvan və quĢ təsvirlərinə daha 

çox  təsadüf  edilir,  həmin  təsvirlər  gerçəkliyə  daha  yaxın  formada  v erilirdi. 

Keramika  məmu latı  ü zərində  insan  təsvirləri  nisbətən  az  id i.  Ġnsan  təsviri  adətən 

fincanların  və  boĢqabların  dib ində,  iri  planda,  nəbati  naxıĢlar  içərisində  verilirdi. 

At,  dəvə,  dovĢan,  ceyran,  maral,  Ģir,  bəbir  təsvirlərindən  keramika  məmu latın ın 

bəzədilməsində daha çox istifadə olunurdu.  

Süjetli  rəsmlərlə  bəzədilmiĢ  məmu lat  XI-XII  əsrlərin   Azərbaycan 



381 

 

keramika  sənətinin  maraqlı  qrupunu  təĢkil  edir.  Bu  dövrdə  ustaların  müraciət 



etdikləri  mövzu  dairəsi  ço x  da  geniĢ  deyildi:  əsasən  ov səhnələri,  Firdovsinin  və 

Nizamin in  əsərlərindən  əxz  olun muĢ  fraqmentlər  təsvir  edilirdi.  1954-cü  ildə 

Örənqala  (Beyləqan)  Ģəhərgahından  tapılmıĢ,  XII  əsrə  aid  o lunan  boĢqablardan 

birinin  üzərində  ova  çıxmıĢ  atlı  təsvir  edilmiĢdir.  Rəs m  boĢqabın  təxminən  bütün 

sahəsini  əhatə  edir.  Atlı  zəngin  ov  ləvazimatına  malikdir.  Ova  çıxmıĢ   Ģəxs  yaĢıl 

paltardadır,  nazik  qurĢaq  taxmıĢdır.  Atlın ın  baĢında  qızılı-sarı  rəngli,  ĢiĢuclu  tac 

vardır. Tacın yu xarı kənarları da xildən bənövĢəyi nöqtələrdən ibarət olan dairələ rlə  

əhatə edilmiĢdir. Bu motiv paltarın bəzək motivi ilə u zlaĢır.  

Atın üzərində oturmuĢ, əhliləĢdirilmiĢ gepardın (xallı pələngin) təsviri də 

keramika  məmu latın ın bəzəyin in diqqəti cəlb edən cəhətlərindəndir. Qeyd olunmuĢ 

ayrı-ayrı cəhətlər təsdiq edir ki, boĢqabın içində ali mövqeyə malik olmuĢ Ģəxs (bəlkə 

də Səlcuq sülaləsi nümayəndələrindən biri) təsvir olunmuĢdur. 

1984-cü ilin arxeoloji qazıntıları zamanı ġamaxı Ģəhərinin orta əsrlərə aid olan 

hissəsində,  sənətkarlıq  məhəlləsində  XII  əsrdə  hazırlanmıĢ  maye  tutumlu  keramika 

məmulatının  nadir  fraqmenti  tapılmıĢdır.  ġirvanlı  döyüĢçünü  təsvir  edən  bu  məmulat 

yüksək sənətkarlıq nümunəsidir. 

"Beyləqanlı  Nəsirin  əməli"  yazısı  olan  fincanın  qırığı  üzərindəki  rəsm  də 

diqqəti cəlb edir. Bu fraqmentdə kəsmə (oyma) üsulu  ilə iri  miqyasda cövkan oynayan 

süvari  təsvir  edilmiĢdir.  Atlının  sifəti  hifz  olunmamıĢdır.  Əsilzadə  süvarinin  təsvir 

olunduğu  fincanla  müqayisədə  bu  fincan  üzərindəki  rəsm  realizmi  ilə  fərqlənir.  Həm 

süvarinin, həm də atın təsviri zamanı realizmə daha çox əməl edilmiĢdir. 

Azərbaycanm  məiĢət  keramikasında  geniĢ  surətdə  təmsil  olunmuĢ  təsvir 

motivləri  bütövlükdə  onu ölkənin orta  əsr  dekorativ  incəsənətinin  inkiĢaf  etmiĢ  sahəsi 

kimi səciyyələndirir. Qeyd etmək lazımdır ki, Azərbaycanla qonĢu olan ölkələrin heç 

birinin  keramika  sənətində  rəsmlərin  (xüsusilə  süjetli  təsvirlərin)  bu  cür  geniĢ liyinə, 

rəngarəngliyinə  təsadüf  edilməmiĢdir.  Azərbaycan  ustalarının  bədii  keramika  üzərindəki 

rəsmlərinin  üslub  xüsusiyyətləri  onların  daha  erkən  dövrlərin  mövzu  və  üsullarından 

faydalandıqlarını sübut edir. Məsələn, usta Nəsirin hazırladığı fincan quruluĢ baxımından 

Ģah  ġapurun  vəhĢi heyvanları ovlaması  təsvirini saxlamıĢ gümüĢ  Sasani  boĢqabına  çox 

yaxındır.  Lakin  Sasani  dövrünün  bədii  metaliĢləmə  əsərlərindəki  mövzudan  istifadə 

etmiĢ  yerli  dulusçu  ustalar  əski  ənənəni  təkrarlamamıĢ,  onu  yerli  incəsənət  ruhunda 

iĢləmiĢ, ona yeni məzmun vermiĢlər. 

Bu  dövrdə  Azərbaycanın  cənubunda  da  bədii  keramikanın  maraqlı 

nümunələri  öz  gözəlliyi  və  zənginliyi  ilə  fərqlənir.  QuĢ  təsvirləri  burada  tapılmıĢ 

məmulatın üzərindəki rəsmlərdə üstünlük təĢkil ed ir. 

Londondakı Viktoriya və Albert muzeyində saxlanan qartal təsvirli boĢqab XI 

əsrə  aid  olunan  Ağkənd  keramikasının  gözəl  nümunəsidir.  Bu  məmulatın  təbii 

dairəsində qartalın gerb formasında miqyaslı təsviri vardır. Qartalın geniĢ sinəsi və böyük, 

qüvvətli  qanadları  var.  Həmin  təsvirin  xarici  hissəsi  dairənin  daxili  konturu  ilə 

təmasdadır. Belə təsəvvür yaranır ki, təsvir olunmuĢ qartalın bütün gücü məmulatın 



382 

 

çərçivəsini geniĢləndirmək üçün cəmləĢ miĢdir. 



Bu  dövrdə  ustaların  yaradıcılıq  təxəyyülü  nəinki  keramika  məmulatının 

hazırlan ması  və  bəzənməsi  sahəsində,  habelə  daĢın  bədii  cəhətdən  emalında  da 

gerçəkləĢdirilirdi.  Gö zəl  daĢ  ehtiyatlarına  malik  olan  ġirvanın,  xüsusilə  AbĢeronun 

ustaları  bədii  oymanın  daha  maraqlı  əsərlərini  iĢləmiĢlər.  ġirvan,  AbĢeron daĢı  çox 

asanlıqla  emala  məruz  qalır.  AbĢeron  yarımadasında  XI-XII  əsrlərə  aid  olan  xeyli 

maraqlı bədii oyma sənəti nümunələri hifz edilmiĢdir. Bakı Ģəhərinin sahil hissəsində 

yerləĢən  Məhəmməd  məscidinin  minarəsi  (1078-1079-cu  illər),  XI-XII  əsrlərə  aid 

edilən bir sıra qəbirüstü daĢlar və sənduqələr bu cür abidələrdəndir. 

Məhəmməd məscidinin  minarəsi Bakının ən erkən səcdəgahlarındandır. Bu 

abidənin  təsvirləri  daĢ  üzlüklər  üzərində  həkk  olunmuĢdur.  Həmin  daĢlar  müəzzin 

üçün  nəzərdə  tutulmuĢ  kiçik  eyvanı  ("Ģərəfə"ni)  əhatə  edir.  Bu  təsvirlər  təkrar 

olunan çoxbucaqlı fiqurlardan, altıbucaqlı ulduzlardan və bir-birindən eyni məsafədə 

yerləĢən motivlərdən ibarətdir. Minarənin ciddi həndəsi oyma naxıĢları Qurandan əxz 

olunmuĢ kufi yazısı ilə canlanır, həmin yazı stalaktit karnizin altında yerləĢdirilmiĢdir. 

Bu  cür  naxıĢlı  rəsmlərdən  XI-XII  əsrlərin  Bakı  qəbirüstü  abidələrinin 

tərtibində  çox  istifadə  edilmiĢdir.  Həmin  abidələr  ġirvanĢahların  Bakıdakı  saray 

kompleksinin  muzeyində  və  Gürcüs tanın  dövlət  muzeyinin  Armazisxevidəki  Msxet 

filialında saxlanmaqdadır. Qəbirüstü abidələr çox za man bədii təsvirli nəbati rəsmlərlə, 

habelə rəmz və emble m səciyyəli naxıĢlarla zənginləĢdirilirdi.  

Azərbaycan ərazisində dəmirin, misin, gü müĢün, qızılın və digər metalların 

olması  bu  yüzillərdə  dekorativ-tətbiqi  incəsənətin  daha  bir  növünün  -  metalın  bədii 

emalının  geniĢ  Ģəkildə  yayılmasına  Ģərait  yaratmıĢdı.  Bu  dövrün  metal  məmulatı 

nümunələri  kifayət qədərdir,  muzey  kolleksiyalarında və  xarici  ölkələrdəki  Ģəxsi  kol-

leksiyalarda mühafizə olunmaqdadır. Bunlar əsasən məiĢət əĢyalarıdır (boĢqab, qazan, 

küp,  çıraq,  habelə  inək,  quĢ,  sinkretik  quruluĢlu  mü xtəlif  əĢyalar),  dekorativ 

əhəmiyyətə  də  malikdir.  Azərbaycan bədii  metal sənəti nümunələri  arasında  ġirvanda 

hazırlanmıĢ  fiqurlu  bürünc  məmulatı  böyük  elmi  dəyərə  malikdir.  Nəzərdən 

keçirilən  dövrün,  Azərbaycan  bürünc  plastikasının  elmi  dəyəri  ondan  ibarətdir  ki, 

həmin nümunələrin olması  ilə  islam dövründə müsəlman ġərqində fiqurlu qabların 

olduğunu  inkar  edən  tədqiqatçıların  müddəaları  təkzib  o lunur,  əks  müddəanın 

gerçəkliyi isbat edilir. 

MəiĢət  əhəmiyyətinə  malik  olmuĢ  Azərbaycan  bürünc  plastikası 

nümunələri  arasında  aparıcı  mövqe  sənətĢünaslıq  elmində  geniĢ  surətdə 

məĢhurlaĢmıĢ,  Sankt-Peterburqdakı  Dövlət  Ermitajın ın  kolleksiyasında  saxlanan, 

XIII  yüzilin  əvvəlində  (1206)  ġirvanda  hazırlan mıĢ  bürünc  lüləyinə  məxsusdur. 

Açıq  rəngli  bürüncdən  hazırlan mıĢ  bu  lüləyin,  quruluĢ  baxımından  bir-biri  ilə  sıx 

Ģəkildə  bağlı  olan  üç  ünsürdən  ibarətdir:  inək,  inəyi  əmən  buzov  və  dolçanın 

dəstəyi  funksiyasını  daĢıyan  kiçik  Ģir  fiquru  məmu latın  həmin  üç  ünsürüdür. 

QuruluĢun  mərkəzi  fiqurunu  təĢkil  edən  inək  sakit  dayanmıĢ,  baĢını  qaldırmıĢ 

vəziyyətdədir.  Ġnəyin  zınqırovlu  boğazlığ ı  vardır.  Ġnəyin  ağzında  lüləy indəki 



383 

 

mayenin  boĢaldılması  üçün  deĢik  açılmıĢdır.  Ġnək  fiquru  ço x  ümu miləĢdiril miĢ 



tərzdə,  incəliklər  nəzərə  alın madan  hazırlan mıĢdır.  Fiqurda,  hətta  gözlər  də  qeydə 

alın mamıĢdır.  Bu zov  inəyi  əmən  vəziyyətdə  təsvir  edilmiĢdir.  Ġnək  və  buzov 

fiqurlarından  fərqli  o laraq,  lü ləyinin  dəstəyi  funksiyasını  daĢıyan  Ģir  fiquru  daha 

incəliklə hazırlan mıĢ, fiqurun gözləri, burnu və digər yerləri qeydə alın mıĢdır.  Hər  

üç  fiqurun  üzərin i  bəzəyən  naxıĢlar  lü ləyin in  diqqəti  cəlb  edən  cəhətidir.  Onun 

üzərində  insan,  heyvan  rəsmləri,  nəbati  təsvirlər  vard ır.  Həmin  bəzəklər  məmu -

latın  bütün  səthində  mövcuddur.  Bu  təsvirlər  quruluĢca  ayrı-ayrı  zo laqlarla, 

medalyonlarla  və  mü xtəlif  dekorativ  ləkələrlə  təmsil  edilmiĢdir.  Qismən  həkk 

olunmuĢ, müəyyən hissəsi isə minalan mıĢ ov, ziyafət, nərd oyunu səhnələri də çox 

maraqlıdır.  Bu  rəs mlər  əsas  fiqurların  ətraflarındadır.  Rəs mlər  hər  bir  tərəfdən 

üçsıralı  zolaq  əmələ  gətirən  çərçivələrdə  yerləĢdirilmiĢdir.  Ġnəyin  boğazında  və 

baĢında  həkk  olunmuĢ,  lüləyin in  bəzəkli  görünməsinə  xid mət  edən  yazılar 

maraqlıdır.  Yazıda  qeyd  edilir:  "Bu,  b irdəfəyə,  Yaradan  Tanrın ın  kö məy ilə 

hazırlan mıĢ  inək,  buzov  və  Ģird ir.  Ruzbeh  ibn  Əfridun  ibn  Burzin in   sifariĢidir. 

Onun  sahibi  olan  Ģaha  -  Burzin  ibn  Əfridun  ibn      -  eĢq  olsun.  Rəssam  Əli  ibn 

Məhəmməd  ibn  Abdullah  Qasım  düzəltmiĢdir;  603  -cü  ilin  məhərrəm  ay ında" 

(1206, VIII-IX aylar). 

Azərbaycanın  Milli  Tarixi  Muzeyinin  kolleksiyasında  saxlanılan,  bəzək 

baxımından bənzərsiz olan bürünc çıraq da ġirvanla bağlı məmulatdır. Bu çıraq 1944-cü 

ildə  Bakıda,  ġirvanĢahlar  sarayının  ərazisində  aparılmıĢ  arxeoloji  qazıntılar  zamanı 

tapılmıĢdır. Həmin çıraq ölçüsünə görə iri deyildir: uzunluğu 18 sm, hündürlüyü isə 8,5 

sm-dir. Tə xminən çırağın bütün səthində yerləĢdirilmiĢ  tökmə heykəlc iklə r  xüsusilə 

maraqlıdır.  Həmin  heykəlciklər  mü xtəlif  texniki  tərzdə  iĢlənmiĢdir.  Burada  yastı, 

qabarıq və hətta dairəvi heykəlciklər arasında süvari, ata həmlə edən vəhĢi heyvan,  iki 

öküz  baĢı,  iri  piĢik  cinsindən olan on dörd  yırtıcı  heyvan  baĢı,  iki  qabarıq  insan sifəti 

vardır.  Bürünc  çırağın  üzərində  təsadüf  olunan  təsvirlər  yeni  deyildir  və  bu  dövrdə 

Azərbaycan  dekorativ-tətbiqi  sənətinin  digər  növlərinin  bəzəklərində  də  istifadə 

edilirdi. Bu cür təsvirlərə "Bayıl daĢları"nda, Örənqalanın, qədim  Gəncənin, Bakının 

keramikasında  da  təsadüf  olunur.  Çıraq  üzərindəki  iki  qabarıq  öküz  baĢı təsviri  Bakı 

qalasının Ģimal  darvazası  üzərində  olan  rəsmlərlə  eynidir.  Bu  məqama  xüsusi  fikir 

verməyə dəyər; belə  ki, vaxtilə öküz totem hesab edilmiĢ, sonralar isə ĢirvanĢahların 

gerbi kimi istifadə olun muĢdur. 

Nəzərdən  keçirilən  dövrdə  tuncdan  hazırlanmıĢ  fiqurlu  məmu lat  yalnız 

ġirvanda  geniĢ  yayılmamıĢdı.  Bu  cür  fiqurlara  Azərbaycanın  digər  vilayətlərində  də 

təsadüf edilmiĢdir. Son onillər ərzində Qəbələ və Örənqala Ģəhərgahlarında aparılmıĢ 

qazıntı  iĢləri  nəticəsində  metalın  bədii  emalının  bu  növünə  aid  maraqlı  materiallar 

aĢkar  edilmiĢdir.  Örənqalada  aparılmıĢ  arxeoloji  qazıntılar  za manı  bürünc  heykəlcik 

tapılmıĢdır.  Bu  tapıntı  yenilik  kimi  qiymətləndirilə  bilər.  Bürünc  heykəlcik  insan 

simasına  malik  olan  əfsanəvi  varlıq  Ģəklindədir.  Heykəlciyin baĢında üçdiĢli  tac var. 

Əfsanəvi  varlığın  badamvari  iri  gözləri,  saç  örtüyü  bədii  metal  ustasının  məharətinin 



384 

 

nəticəsi  kimi  diqqəti  cəlb  edir.  Bu  heykəlcik  Xəzər  dənizinin  dibindən  çıxarılmıĢ 



"Bayıl  daĢları"  üzərində  olan  təsvirlərə  bənzəyir.  Bürünc  məmulatının  bəzəyinin 

Azərbaycan  incəsənətinin  digər  növlərinin  bəzəyi  ilə  sıx  əlaqəsi  Luvrda  (Fransa) 

mühafizə  olunan bürünc  dolçada parlaq surətdə nəzərə çarpır.  Bürünc  dolça  1190-cı 

ildə  naxçıvanlı  usta  Osman  Salman  oğlu tərəfindən  hazırlanmıĢdır.  Bu  bürünc  qabın 

naxıĢları  Naxçıvandakı  Möminə  xatun  məqbərəsinin  (Atabəy  günbəzinin)  bəzəyilə 

eynidir. 

Bu  dövrdə  bədii  metal  məmulatı  memarlıq  abidələrinin  tərtibatında da geniĢ 

Ģəkildə  istifadə  edilirdi.  Darvazalar,  suyun  axıdılması  üçün  iĢlədilən  borular,  qapılar, 

məscid  günbəzlərinin  yüksək  hissələri  bürünc  və  mis  elementlərlə  zəngin  surətdə 

bəzədilirdi. Hazırda Gürcüstanın Gelati monastırında saxlanan Gəncə Ģəhər darvazasının 

dəmir  hissələrini  bu  sənətin  parlaq  nümunəsi  kimi  göstərmək  olar.  Darvazanın 

möhkəmliyi  qayğısına  qalmıĢ  usta  onun  xarici  görkəmini  də  unutmamıĢdı.  Metal 

zolaqların yerləĢməsinin tamamilə ölçülüb-biçilməsi diqqəti xüsusilə cəlb edir. Kufi xətti 

ilə həkk olunmuĢ yazı da orta çağlar üçün ənənəvi olan ixtisasın nəsildən-nəslə ötürülməsi 

faktını  təsdiq  edir.  Yazıda  göstərilir  ki,  bu  darvaza  "dəmirçi  Ġbrahim  ibn  Osman  ibn 

Anqaveyhin əməlidir". Darvazanın 455(1063)-ci ildə hazırlandığı qeyd olunmuĢdur. 

Xalçaçılıq  və  bədii  parçaların  hazırlanması  XI-XII  əsrlərin  Azərbaycan 

dekorativ-tətbiqi incəsənətində mühüm yer tururdu. Mingəçevir, Gəncə, Beyləqan, Bakı 

ərazilərində  arxeoloji  qazıntılar  zamanı  aĢkar  olunmuĢ  müxtəlif  rəngli  pambıq,  yun 

parçalar bunu sübut edir. Mövcud olan material ipəkdən hazırlanmıĢ bədii  parçaların da 

yüksək  keyfiyyətliliyini  göstərir.  Ölçüsünə  görə  çox  da  böyük  olmayan  ipək  parçanın 

fraqmentini buna misal göstərmək olar. Həmin parça qalığı Nizami Gəncəvinin Gəncədəki 

məzarının  yerində  aparılan  arxeoloji  qazıntılar  zamanı  tapılmıĢdır.  Bu  parça  yüksək 

keyfiyyətli  ipək  saplardan  toxunmuĢdur.  Parçanın  üzərində  məharətlə  mürəkkəb  həndəsi 

naxıĢlar  toxunulmuĢdur.  Bu  naxıĢlar  mü xtəlif  ço xbucaqlıların  uzlaĢması  nəticəsində 

yaradılmıĢdır.  NaxıĢlar  XII-XIII  əsrlərin  Azərbaycan  memarlıq  abidələrinin  bəzək 

tərtibatına çox bənzəyir. Qeyd etmək maraqlıdır ki, parçanın bədii tərtibatı zamanı cəmi 

üç  rəngdən  (qırmızı,  yaĢıl,  qızılı)  istifadə olunmuĢdur.  Bu  rənglər parçanın  açıq  rəngli 

səthində aydın Ģəkildə nəzərə çarpır. 

XI-XII əsrlərə aid olunan Azərbaycan xalçaları və xalça mə mulatı dövrümüzə 

gəlib çatmamıĢdır.  Lakin  xalçaların hazırlandığı yerlər, yüksək bədii dəyəri Azərbaycanda 

olmuĢ tarixçilərin, coğrafiyaçıların və səyyahların (əl-Müqəddəsi, Yaqut əl-Həməvi və 

b.)  əsərlərində  geniĢ  iĢıqlandırılır.  Onlar  ipək  saplardan  toxunulmuĢ  xovlu  xalçaları 

xüsusilə  yüksək  qiymətləndirmiĢlər.  Zəngin  naxıĢlara  malik  olmuĢ  həmin  xalçalar 

dünyanın  baĢqa  ölkələrinə  də  ixrac  edilirdi.  Azərbaycan  xalçaların ın  ölkə 

hüdudlarından kənarda geniĢ yayılmasını  Qərb i Avropa rəssamların ın (Yan  Deyk, 

Hans  Holbeyn,  Hans  Memlinq  və  b.)  əsərlərində  onların  təsvirlənməsi  də  sübut 

edir.  "Kitabi-Dədə  Qorqud"  dastanında,  Niza mi  Gəncəvinin  poetik  əsərlə rində  də 

Azərbaycan xalçaları haqqında məlu mat vardır.  

Azərbaycan 

dekorativ-tətbiqi 

sənətinin 

nümunələrinin 

nəzərdən 



385 

 

keçirilməsi,  onların  te xn iki  keyfiyyətlərin in,  dekorat iv  üsulların ın  xa rakteristikası 



həmin sənət növlərinin bədii-üslub xüsusiyyətlərin i  müqayisə etməyə, ü mu mi o lan 

cəhətləri izləməyə imkan yaradır. Bu, həmin dövrdə vahid üslubun olduğunu sübut 

edir; həmin üslub ümu mi ko mpo zisiya prinsiplərində, bədii tərtibat iĢin in ayrı-ay rı 

incəliklərində,  xalqın  incəsənət  əĢyaların ın  ümu mi  görkəmində  özünün  parlaq 

ifadəsini tap mıĢdır. 

 

 



 

 

 



 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin