TarġXĠ III-XIII əsrin I rübü



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   34   35   36   37   38   39   40   41   ...   45
§ 1. MADDĠ MƏDƏNĠYYƏT 

 

XI-XIII  əsrin  əvvəllərində  Azərbaycan  mədəniyyəti  öz  inkiĢafının 



çiçəklənmə  dövrünü  keçirirdi.  Bunu arxeoloji qazıntılardan  tapılmıĢ  maddi  mədəniyyət 

qalıqları  da  sübut  edir.  Orta  əsr  abidələrində,  xüsusilə  Ģəhərlərdə  aparılan  qazıntılar 

əvvəlki  dövrlərdən  fərqli olaraq bu dövrə aid mədəni təbəqələrin daha qalın olduğunu, 

həm  də  olduqca  dolğun  və  zənginliyini  nümayiĢ  etdirir.  Ġstər  yer  üzərində 

dövrümüzədək  qalmıĢ  memarlıq  abidələri  (Bakı  Qız  qalası,  Naxçıvandakı  Möminə 

xatun və  Yusif  ibn  Küseyr türbələri,  Pirsaat  çayı  üzərindəki  xanəgah və s.),  istərsə  də 

qazıntılarda  aĢkara  çıxarılmıĢ  ictimai,  dini,  müdafiə  və  yaĢayıĢ  tikintilərinin  qalıqları 

göstərir ki, bu dövrdə tikinti texnikası xeyli təkmilləĢmiĢ, inĢaat-mühəndis sənətkarlığı 

artmıĢ,  tikintidə  bədii  üslublardan  geniĢ  Ģəkildə  istifadə  olunmuĢdur.  Bu  dövrdə 

iĢlədilən bəzək daĢları və kərpiclər, eləcə də Ģirli  kaĢılar yaraĢıqlı binaların tikilməsi 

üçün  böyük  imkanlar  yaratmıĢdı.  Hətta  müdafiə  istehkamlarının  belə  bədii 

iĢlənməsinə  xüsusi  diqqət  yetirilmiĢdir.  Beyləqanın  XII  əsrə  aid  aĢkar  olunmuĢ  qala 

divarı və qala darvaza bürcləri göstərir ki, Ģəhərin müdafiəsini gücləndirmək  məqsədilə 

qala divarları  biĢmiĢ  kərpiclə üzlənmiĢ,  onun darvaza  bürcləri  və darvazanın  tağüstü 

hissəsi zəngin dekorativ naxıĢlarla bəzədilmiĢdir. Məlum olmuĢdur ki, bu dövrdə Ģəhərin 

qala  darvazaları  nəinki  bilavasitə  müdafiə  əhəmiyyətinə  malik  idi,  eyni  zamanda 

memarlıq və incəsənət əsəri kimi  mühəndis-konstruktiv quruluĢuna,  düĢünülmüĢ planına 

və  bədii  iĢlənməsinə  görə  dövrünün  ən  görkəmli  memarlıq  abidələri  ilə  müqayisə 

oluna bilər.  Gəncə qazıntıları Ģəhərin bu dövr qala  divarların ın,    sahil    bəndləri    və  

körpülərinin  yüksək  memarlıq  nümunələri  olduğunu  bütün  aydınlığı  ilə  aĢkara 

çıxarmıĢdır.  Gəncə ustaları  arxeoloji  ədəbiyyatda "Gəncə hörgüsü"  adı  ilə  məĢhur olan 

xüsusi  hörgü üslubundan  istifadə  etmiĢlər.  Belə  hörgüdə  daĢ  cərgələr  biĢmiĢ  kərpic 

cərgələrlə  əvəz  olunur  və  tikintiyə  xüsusi  yaraĢıq  verirdi.  ġəhərlərdə  müxtəlif  tikinti 

materialından (möhrə, çiy və biĢmiĢ kərpic, çaydaĢı, əhəngdaĢı və s.), quraĢdırma hörgü-

lərdən geniĢ surətdə istifadə olunmuĢdur. Beyləqanın ən gözəl məscidi (Mil-Minarə) bu 

dövrdə tikilmiĢdir.  Qazıntı  materialları  göstərir  ki,  fiqurlu  daĢ  və  kərpicdən,  xüsusilə 

kaĢılardan nəinki ictimai və dini binaların, hətta yaĢayıĢ binalarının, həyətlərin, küçə  və 

qala  darvazalarının  bədii  iĢlənməsində  geniĢ  Ģəkildə  istifadə  olunmuĢdur.  Beyləqan 

qazıntıları  zamanı  aĢkara  çıxarılmıĢ  daxili  həyətlərdən  birinin  üz  divarları  fiqurlu 

kərpiclərlə  biri  digərini  təkrar  etməyən  həndəsi  örtüklərlə  haĢiyələnmiĢdir.  Beyləqan, 

Gəncə, Bakı, Qəbələ Ģəhərlərində aĢkara çıxarılmıĢ quyuağzı örtükləri də daĢ və kərpiclə 


368 

 

bədii iĢlənmiĢdir. ġəhərlərin bu dövr təsərrüfat əhəmiyyətli baĢqa tikintiləri də yüksək 



sənətkarlığı əks etdirir. ġəhərlərin su təchizi qurğuları, kanalizasiya xətləri, sənətkarlıq ocaq-

ları  buna  gözəl  misaldır.  Tünglərlə  çəkilən  mükəmməl  s u  xətləri  bəzən  kərpic 

kanalların  içərisi  ilə  qurulur  (Qəbələ), bəzən əlavə  qövsvari  daĢ üzlük  (Beyləqan)  və 

yaxud  kərpiclə  (Gəncə)  örtülürdü.  Beyləqan  qazıntılarında  üçlük  tüngləri  və  dirsək 

tünglərinə təsadüf edilmiĢdir ki, bu da su kəmərinin ancaq düz xətt boyunca çəkilmədiyini 

göstərir,  lazım  gəldikdə onu döndərməyə  və  əsas  xətdən qollar ayırmağa  imkan verir. 

Gəncədə  və  Bakıda  aĢkar  olunan  kəhriz  su  xətləri  də  yüksək  mühəndis  sənətkarlıq 

nümunələridir.  Beyləqanın  kanalizasiya  xətti  kvadrat  kərpiclə  tağbənd  üsulu  ilə 

hörülmüĢdür. Orta əsr ustaları su kanalları və su kəmərlərinə nəzarət etmək, korlandıqda 

təmir  etmək  və  su  yolu  tutulduqda  onu  təmizləmək  üçün  xüsusi  hörülmüĢ  quyular 

(Gəncə,  Bakı,  Beyləqan)  və  yaxud  tüngləri  özündə  birləĢdirən  xüsusi  küplərdən 

(Qəbələ) istifadə etmiĢlər. Beyləqanda, Qəbələdə sudurulducu hovuzlar, Torpaqqalada su 

ehtiyatı üçün nəzərdə tutulan hovuzların qalıqları aĢkar olunmuĢdur. Əlincəqalada yağıĢ suyu 

toplanan hovuzlar saxlanılmaqdadır. Beyləqanda böyük və kiçik ölçüdə hovuzlar  (çalalar) 

və su kəmərləri vasitəsilə bir-birilə əlaqələndirilən tikinti qalığı aĢkara çıxarılmıĢdır. Bu 

tikinti  üçün  səciyyəvi  cəhət  onun  kvadrat  biĢmiĢ  kərpic  və  kirəc  məhlu lu  ilə 

hörülməsi, bütün hovuz və çalaların  içərisinin  kirəc  məhlu lu  ilə suvanmasıdır.  Bu 

tikintidə  sudan  geniĢ  istifadə  olunduğu Ģübhə  oyatmır.  Abidənin  gözəl  simmetrik 

quruluĢu, möhkəm hörgüsü və çox səliqəli suvağı vardır.  

Qazıntılar  zamanı  Ģəhərlərdə  xüsusi  anbar  otaqları  aĢkar  o lunmuĢdur. 

Bakıda  -  ĠçəriĢəhərdə  beĢ,  ġamaxıda  isə  altı  təsərrüfat  küpü  olan  belə  otaqlar 

qalmıĢdır.  ġamaxıda  küplərdən  birində  neft  qalığı  tapılmıĢdır.  Qazıntı  aparılan 

Ģəhərlərin  əksəriyyətində  (ġamaxı,  Bakı,  Qəbə lə,  Beyləqan  və  s.)  sənətkarlıq 

emalatxanaları,  o  cümlədən  dəmirçixanaların  izləri  aĢkara  çıxarılmıĢdır.  Bunların, 

demək  olar,  hamısında  dulus  kürələri  qalıqları  da  tapılmıĢdır.  Bey ləqanda  aĢkar 

olunmuĢ bir dulus kürəsi ö z orijinal quruluĢu ilə fərqlənir. Bey ləqanda və Qəbələdə 

kirəc yandırmaq üçün istifadə o lunan kürələr - quyular da aĢkar o lunmuĢdur. 

Qazıntılardan dəmirçi,  misgər, zərgər alətləri, o cü mlədən çəkic,  kəlbətin, 

iskənə,  metal  əritmək  üçün  odadavamlı  gildən  hazırlan mıĢ  qablar,  metal  qab 

hissələri və bəzək Ģeyləri üçün istifadə olunan qəliblər və s. tapılmıĢdır. Dəmirçilik 

sənətinə nümunə kimi hazırda  Gü rcüstanın Gelati  monastırında bir  tayı saxlanılan 

Gəncə darvazasını misal gətirmək olar; onu 1063-cü ildə yerli dəmirçi usta Ġbrahim 

Osman oğlu hazırlamıĢdı. 

Qazıntılarda  xeyli  miqdarda kənd təsərrüfatında, dülgərlikdə, tikintidə və 

məiĢətdə iĢlədilən əmək alətlərinə  (gavahın, oraq, bel, dəhrə, kətmən,  kərki, bıçaq, 

həvəngdəstə,  iynə,  biz,  qayçı,  oy maq,  miĢar,  dartı  və  s.)  təsadüf  olunur.  Metal 

qablar (qazan, çıraq, vaz, cam və s.), tikinti  materialları  (mismar, çənbər, həncama 

və s.) adi tapıntılardandır.  Tək və  ikid ırnaqlı heyvanlar üçün olan nalla r, ayaqqabı 

nalları artıq bu dövrdə istifadə edilirdi. Misgərlər  mü xtəlif qablarla yanaĢı, zəng və 

zınqırov,  at  ləvazimatı  və  qadın  bəzək  Ģeyləri,  tərəzi  gözləri,  çəki  daĢları  və  s. 



369 

 

hazırlay ırdılar.  Dövrün  zərgər  iĢlərindən  yadigar  olaraq  üzük,  bilərzik,  s ırğa, 



medalyon, sancaq və s. nümunələrin i qeyd etmək olar.  Bunların hamısı texn iki və 

bədii cəhətdən yüksək sənətkarlıqla hazırlan mıĢdır. 

ġəhərlərdə  aparılan  qazıntıların  XI-XII  əsrin  əvvəllərinə  aid  mədəni 

təbəqələri silah tapıntıları  ilə də  zəngindir. Müdafiə, əlbəyaxa döyüĢ, hücum silah 

növləri, demək o lar ki, bütün Ģəhərlərdən tapılmıĢdır.  Bunlara zireh ,  xəncər, qılınc, 

cida, nizə,  mizraq, o x ucluqları  misal göstərilə bilər. Ox ucluqları ro mbvari, tilli və 

yarpaqvari, nizə lər yarpaqvari formadadır.  

DaĢiĢləmə  sənətkarlığ ına  nümunə  olaraq  çox  səliqə  ilə  yonulmuĢ 

sütunaltlıqlarının   (Gəncə),  pəncərə  Ģəbəkəsinin  (Beyləqan)  va  demək  o lar,  bütün 

Ģəhər  qazıntılarından  tapılan  q iy mətli  daĢlardan  hazırlan mıĢ  üzü k,  ü zük  qaĢları, 

asmaların ad ını çə kmə k ola r. Bey ləqanda aĢkar edilmiĢ bir kiçik daĢ lövhə üzərində 

kufi xət lə on iki ima mın ad ı yazılmıĢdır.  

Əvvəlki  dövrlərdə  olduğu  kimi,  bu  dövrdə  də  qazıntılardan  tapılan  ən 

kütləvi  material saxsı  məmu latıdır. Bu dövrdə saxsı qab və kərpic-kirəmit biĢirilən 

kürələr  nəinki  daha  təkmil  quruluĢa  malik  o lmasına,  həm  də  mü xtəlifləĢ məs inə 

görə  nəzəri  cəlb  edir.  Kü rələrin  mü xtəlifliyi,  yəqin  ki,  onların  cürbəcür  qab  və 

tikinti  materialları  (Ģar-konusvari  qablar,  Ģirli  qablar,  Ģirsiz  qablar,  kərp ic,  kirə mit 

və  s.)  biĢirmək  üçün  istifadə  edilməsindən,  baĢqa  sözlə  desək,  kürələrin  bir  növ 

ixtisaslaĢmasından irəli gəlirdi. XI-XIII əsrin  əvvəllərində dulusçuluqda baĢ vermiĢ 

ən  böyük  texniki  nailiyyətlərdən  biri  su  kəməri  borularının  (tünglərin),  kaĢı  və 

bəzək  kərp iclərin in,  gil  məhəccərlərin  və  s.  istehsalına  baĢlanmasıdır.  Bu  dövrdə 

dulusçuların  ustalıq  məharəti  xüsusilə  saxsı  qab  istehsalında  özünü  daha  qabarıq 

Ģəkildə  büruzə  verir.  Əvvəllər  məlu m  olan  saxsı  qab  növləri  daha  da 

mü xtəlifləĢmiĢ,  dövrün  dəbinə  uyğun  olaraq  formasında  müəyyən  dəyiĢiklik 

yaranmıĢ,  ən  əsası,  onların  naxıĢı  ço x  zənginləĢmiĢdir.  ġirsiz  qablardan  aftafa  və 

bardaqların  çiyin  hissəsinin  hazırlan masında  naxıĢlı  gil  qəlib lərdən  geniĢ  istifadə 

olunması  bunu  gözəl  nümayiĢ  etdirir.  Maraqlı  burasındadır  ki,  belə   qablardakı  və 

qəliblərdəki  naxıĢlar  bir-birin i  təkrar  etmir.  Deməli,  ustalar  kütləv i  istehsala  nail 

olmaqla bərabər, çeĢid  mü xtəlifliyinə də böyük səy göstərmiĢlər. Ayaqlı qablara da 

ilk  dəfə  bu  dövrdə  təsadüf  edirik.  Adətən  müsəlmanların  matəm  məclislərində 

istifadə  edilən  "gülabdan"  adlanan qablar  da bu dövrün  məhsuludur.  Beyləqandan 

tapılmıĢ bir ədəd bardaq biĢirild ikdən sonra üzəri qara  mü rəkkəblə (tuĢla)  baĢdan-

baĢa  yazılmıĢdır.  BaĢqa  növ  qablar  da  (çıraqlar,  Ģar-konusvari  qablar,  qazan lar, 

küplər  və  s.)  formalarının  kamilləĢməsi  və  naxıĢlarının  zənginliy i  ilə  əvvəlki 

dövrlərin qablarından fərq lənirlər. 

Böyük  təbəddülat  Ģirli  qabların  naxıĢlan masında  baĢ  verir.  Bu  əsrlərdə 

Ģirli qab istehsalı bədii sənətkarlığın  müstəqil sahələrindən birinə çevrilir.  ġirli qab 

istehsalı  elə  bir  kütləv i  Ģəkil  alır  ki,  xırda  və  orta  biçimli  qablar,  hətta  küp  kimi 

böyük  qabların  belə  bəzi  nümunələri  baĢdan-baĢa  Ģirlə  örtülürdü.  Beyləqan 

qazıntılarında,  hətta  od  üstünə  qoyulan  bəzi  qazanların  da  Ģirlə  örtülmüĢ  nümu -



370 

 

nələrinə təsadüf edilmiĢdir. ġirsiz qablarda olduğu kimi, bu dövrün Ģirli qablarında 



da  keyfiyyət,  forma  mükə mməlliyi  və  bədii  quruluĢca  gözəllik  özünü  daha 

aydınlığı  ilə  göstərir.  Cızma  xətlərdən,  qazıma  xətlərdən,  mü xtəlif  rənglərdən  və 

hətta rənglərin üstündən cızma çəkməklə elə  zəngin naxıĢlar yaratmıĢlar  ki, bunlar 

indi  də  insanı  öz  gözəlliy i  ilə  valeh  edir.  Qabın  qırmızı  fonunda  yaĢıl  rəngli 

lentlərlə  haĢiyələn miĢ  və  parlaq  qurğuĢun  Ģiri  altından  anqobun  ağ  rəngini  əks 

etdirən  həndəsi  naxıĢlar  A zərbaycan  üçün  daha  səciyyəvidir.  Bu  üslubda 

hazırlan mıĢ  qablarda  Beyləqan  ustalarından  Xəttab,  Yusif,  LəĢkəri,  Əbül-Qasım, 

Həsən və Həmzən in adına təsadüf edirik. 

Azərbaycanın  dulusçu  ustaları  qələm  və  fırçadan  getdikcə  daha  sərbəst 

istifadə etməyə nail olur,  mü xtəlif həndəsi, nəbati və təsviri naxıĢların ko mpozisiya 

və  elementlərini  əlaqəli  Ģəkildə  çəkmək,  istər  rəsmlərin  formasın ı  və  istərsə  də 

rənglərin i lazımi dəqiqliyi ilə vermək imkanı əldə edirlər, hətta mü xtəlif heyvan və 

quĢ  təsvirləri,  ov  və  oyun  səhnələri  yarada  bilirlər.  Qablarda  həndəsi  və  nəbati 

naxıĢların  hesaba  gəlməyən  mü xtəlifliyi,  istifadə  olunmuĢ  Ģirlərin  ürəkaçan 

rəngarəngliyi  ilə  bərabər,  A zərbaycan  təbiətindən  götürülmüĢ  heyvanlar  aləmin in 

təsvirlərinə  - ceyran,  maral, qulan, vaĢaq, Ģir, dağ keçisi, dovĢan və s., habelə quĢ 

və balıq təsvirlərinə hər addımbaĢı təsadüf edirik. Maraqlıd ır  ki, bu dövrd ə dulusçu 

rəssamlar  bu  heyvanların,  demək  o lar  ki,  hamısını  təbii  və  canlı  Ģəkildə  verə 

bilmiĢlər;  ceyran,  maral  və  dovĢanda  çeviklik,  oynaqlıq,  zəriflik,  ürkəklik  kimi 

xüsusiyyət özünü göstərdiyi halda, vaĢaq və Ģirdə yırtıcılıq, dəhĢətlilik, qüvvətlilik, 

vəhĢilik və bu qəbildən olan digər xüsusiyyətlərin əks etdirilməsi üçün hər cür cəhd 

göstərmiĢlər.  Eləcə  də  caynaqlı  yırtıcı  quĢlar  -  Ģahin,  qartal  və  s.  gözəllik  rəmzi 

olan qırqovul və tovuz quĢundan fərqləndirilmiĢdir.  Ustalar bu və ya digər naxıĢlar 

və  təsvirin  daha  təsirli  və  canlı  olması  üçün  rəng  dekoru  və  texniki  üsullardan 

məharətlə istifadə et miĢlər.  Ornament-naxıĢ yaradıcılığı orta əsrlərin sonrakı dövr-

lərində də heç bir vaxt təkrar olun mayan səviyyəsinə yüksəlir.  

Azərbaycanda  XI  əsrdən baĢlayaraq Ģirli  qabların bəzilərinin  altına  ustalar  öz 

möhürlərini  basmıĢlar.  Möhürlü  Ģirli  qablara  qazıntı  aparılmıĢ  bütün  Ģəhərlərdə 

(Bey ləqan,  Gəncə,  Qəbələ,  Bakı,  ġamaxı,  ġabran  və  s.),  bəzi  yaĢayıĢ  yerlərində 

(Bəndovan,  QuĢqona,  Köhnə  Vayxır  və  s.), qalalarda  (Gülüstan) təsadüf olunmuĢdur. 

Beyləqanda  və  Qəbələdə  möhürlərin  özləri  də  tapılmıĢdır.  Dulus  möhürlərinin 

əksəriyyətinin Ģəkilləri həndəsi fiqurlardan, göy cisimlərinin Ģərti iĢarələrindən, bəzən 

isə  heyvan  və  quĢ  təsvirlərindən  (Qəbələ,  Bakı,  Bəndovan)  ibarətdir.  Maraqlıdır  ki, 

Cənubi Qafqaz ölkələri içərisində Ģirli qabların altına möhür vurmaq Azərbaycan üçün 

səciyyəvidir  və  yəqin  ki,  bu  təsadüfi  olmayıb  müəyyən  ictimai  köklərlə  bağlıdır. 

Möhürlər Ģəkil etibarilə bir neçə qrupa ayrılır. Lakin hər qrupun daxilində fərqləndirici 

detallara  təsadüf  etmək  mümkündür.  Bu  detallara  görə  möhürlərdəki  dəyiĢiklikləri  və 

inkiĢafı  izləmək  olur.  Möhürlər  zəngin  naxıĢlı  və böyük  ustalıqla  hazırlanmıĢ  qablarla 

birlikdə,  bəzən sadə naxıĢlı  qablara da  vurulmuĢdur.  Hər halda qablara  möhür vurmaq 

halları təkcə qabın keyfiyyətindən asılı olmamıĢdır. Eyni tip möhürlə bəzən müxtəlif naxıĢlı, 



371 

 

hətta  müxtəlif texniki  üsulla  iĢlənmiĢ qablar, bəzən isə əksinə, müxtəlif tip möhürlə eyni 



texniki  üsulla  iĢlənmiĢ qablar  möhürlənmiĢdir.  ġirli  qabların  altına  möhür  vurmaq  XI-

XIII əsrin əvvəllərində daha geniĢ yayılmıĢdı. 

Arxeoloji  qazıntılardan  tapılan  saxsı  məmulatının  böyük  bir  qrupunu  fayans 

qablar təĢkil edir. Fayans qabların əsas istehsal mərkəzləri, elmi ədəbiyyatda bir ənənə 

olaraq,  Ġranın  Rey  və  KaĢan  Ģəhərləri  hesab  olunur.  Lakin  Azərbaycan  Ģəhərlərində 

qazıntılar  zamanı tapılan  fayans qablar o  qədər çoxdur  ki,  bunların hamısını  gətirilmə 

hesab etmək səhv olardı. 

Qazıntılardan tapılmıĢ fayans qablar müxtəlifdir. Bunlar forma etibarı ilə boĢqab, 

kasa,  bardaq,  aftafa,  küpə, heyvan  və quĢ  fiqurlarından  ibarətdir.  Qabların  gili  ağ  və 

çəhrayı rəngdədir. Əsasən, kobalt Ģiri ilə örtülmüĢ və yaxud ağ qalay Ģiri fonunda tünd-

göy və bənövĢəyi zolaqlarla həndəsi, nəbati, heyvan təsvirləri ilə naxıĢ lanmıĢ qablar, ən 

çox  isə kobalt və zər naxıĢlı qablar tapılır. Sonuncular nəbati rəsmlərlə naxıĢlanmıĢ və 

yaxud onların üzərində müəyyən səhnələr təsvir olunmuĢdur. Məsələn, heyvanların qaçıĢ-

ması, at üstündə qız təsviri, quĢların döĢ -döĢə dayanması, təmtəraqla bəzədilmiĢ fil, 

tovuz  quĢu,  əjdahaların  mübarizəsi  və  s.  Ən  çox  yayılanı  bardaĢ  qurub  oturan  qız 

Ģəkilləridir.  Nizami  Gəncəvinin  poemalarından  götürülmüĢ  səhnələrə  də  təsadüf 

olunur. Beyləqandan Bəhram Gurun yeddi gözəl arasında təsviri, Gəncədən isə Bəhram 

Gurun  ox  ataraq  ceyranın  ayağını  qulağına  tikməsi  səhnəsi  olan  fayans  qablar 

tapılmıĢdır. 

Fayans  qabların  xüsusi qrupunu Azərbaycana  da  Ġrandan gətirildiy i  heç  bir 

Ģübhə  doğurmayan,  arxeoloji  ədəbiyyatda  "minai"  tipi  ilə  məĢhur  olan qablar  təĢkil 

edir.  Əlbəttə,  belə  qablar  az  tapılır  və  hələlik,  salamat  nüsxələrinə  təsadüf 

olunmamıĢdır. 

ġəhər  qazıntılarında,  tək-tək  də  olsa,  seladon  adlanan  saxsı  qablara  da  rast 

gəlinir.  Seladon  ərəbcə  "saladun",  yəni  "daĢ  kimi  möhkəm,  bərk"  sözündən 

götürülmüĢdür. Belə qablar əsasən Çində istehsal olunurdu. 

XI-XIII  əsrin  əvvəllərində  Ģirli  qabla  bərabər  ĢüĢə  istehsalı  da  xeyli  artır. 

Arxeoloji  qazıntıların  həmin  dövr  təbəqələrindən  tapılmıĢ  ĢüĢə  məmulatı 

nümunələrindən  aydın  olur  ki,  bu dövrün qabları,  bəzək Ģeyləri  forma  və  naxıĢlarına 

görə  daha  müxtəlifdir.  Yeni  texn iki  nailiyyətlər,  xüsusilə  üfurmə  üsulu  ilə  ĢüĢə  qab 

hazırlamağın daha da təkmilləĢməsi, rəngli ĢüĢ ənin geniĢ istifadə olunması, yeni növ 

naxıĢların - bir rəngdə olan qaba baĢqa rəngli ĢüĢə kütləsi ilə nazik və qalın sapaoxĢar 

naxıĢların  çəkilməsi,  eĢmə  və  diĢli  yapıĢdırılma  bəzəklərin  vurulması,  möhürdən 

istifadə, yazı və inkrustasiyanın tətbiqi bu dövrün ĢüĢə məmulatı üçün səciyyəvidir. 

Bu  dövrdə ĢüĢə qablarla  bərabər  bəzək Ģeyləri  -  bilərzik,  muncuq, üzük  və 

üzük qaĢlarının istehsalı da xeyli artır. Bunu arxeoloji qazıntılardan aydınlığı ilə görmək 

olur.  Müxtəlif  rəngli  ĢüĢə  kütləsini  (sarı,  qırmızı,  göy  və  s.)  birləĢdirib  rəngarəng 

bilərzik  hazırlamaq  dövrün  texniki  yeniliyi  hesab  edilə  bilər.  Həmin  vaxtlar  bəzək 

Ģeylərinin  rəng dekoru  xeyli  çoxalır.  Ġndi  Ģəffaf,  mavi,  göy,  çəhrayı,  sarı  və  qarıĢıq 

rəngli bəzəklərin sayı artır. ġar, silindr və badamı xatırladan muncuqlarla bərabər, tilli, 



372 

 

buğumlu və dilimli  muncuqlardan geniĢ istifadə olunur. Gözmuncuğular hazırlanarkən 



ĢüĢənin  üzərində  "gözlər"  oyulmuĢ  və  həmin  oyuqlar  baĢqa  rəngli  ĢüĢə  kütləsi  ilə 

doldurulmuĢdur. 

SümükiĢləmə  sahəsində  də  xeyli  inkiĢaf  olduğu  arxeoloji  materiallardan 

məlu mdur.  Mükəmməl  və  bədii  formaya  malik  gözəl  naxıĢlan mıĢ  sümük 

düymələrə,  təsbeh  muncuqlara,  darağa,  sancaqlara,  üzüyə  və  s.  rast  gəlinmiĢdir. 

Beyləqandan  tapılmıĢ  kağızkəsən  bıçaq  nadir  tapıntı  hesab  olunmalıdır.  Bıçaq 

qırmızı  rənglə  boyanmıĢdır.  Qəbələdən  sümükdən  düzəldilmiĢ  zər  (nərd  oyunu 

üçün) tapılmıĢdır. 

Maddi  mədəniyyətin  böyük  bir  qrupunu,  əvvəlki  əsrlərdə  olduğu  kimi, 

yenə  də  qəbir  abidələri  təĢ kil  edir.  Ġslam  d ininin  A zərbaycanda  yayılması  ilə 

əlaqədar  olaraq  XI-XIII  əsrin  əvvəllərində  bütpərəst  dəfn  adətləri  ölkədə  demək 

olar  ki, sıradan çıxır,  xristian adətləri isə  xeyli azalır. Qəb irlərə əĢya qoymaq yox 

dərəcəsinə  çatır;  islam  d ininin  yayılması  ilə  qəbirlərə  ərzaq  qoymaq  mərasimi 

xeyrat verməklə əvəz o lunur. 

Sağ  böyrü  üstə  üzü  qibləyə  dəfn  adəti  müsəlman  qəbirlərinin  bütün 

növlərində (sadə, torpaq, sərdabə, türbə və s.) hökm sürür. Sadə torpaq  müsəlman 

qəbirləri  Beyləqanda,  Qəbələdə  və  d igər  ab idələrdə,  sərdabələr  -  Beyləqanda, 

Qəbələdə,  Xaraba  -  Gilanda,  türbələr,  demək  olar  ki,  əksər  Ģəhərlərdə  aĢkar 

olunmuĢdur.  Müsəlmanın  tabutda  dəfn  olunmasına  Nizami  Gəncəvin in  qəbrini 

nümunə göstərmək o lar. 

Qəbirlərin üzərinə yazılı və naxıĢ lı baĢ daĢı və ya sinə daĢı qoymaq geniĢ 

yayılır.  Gö rkəmli Ģəxslərin qəbri üstündə türbələr inĢa etmək də  xeyli ço xalır.  Belə 

türbələrin qalıq ları Bey ləqan, Bakı, Qəbələ və digər qazıntılarda aĢkar olunmuĢdur. 

Bir neçə yerüstü türbələr zamanımıza qədər qalmıĢdır.  Din i abidələrə  misal olaraq 

məscid,  xanəgah,  pir  və  s.  qalıqların ı  göstərmək  olar.  Dağ  rayonlarında  xristian  - 

kilsə,  sovməə,  monastır  nü munələri  qalmıĢdır.  ġamaxıda  came  məscidin  IX-XIII 

əsrlərə  aid  qalıq ları  aĢkara  çıxarılmıĢdır.  Bakıda  "Sınıqqala"  adlanan  məscidin  də 

köhnə məscid üzərində tikildiy i  müəyyən edilmiĢdir.  Beyləqanda "Mil-M inarə"nin 

yeri müəyyənləĢdirilmiĢdir. 

Sikkə qalıqları  XI-XIII əsrin əvvəllərində də kütləvi Ģəkildə tapılan maddi 

mədəniyyət  qalıq larındandır.  Sikkə  qalıq ları  ən  ço x  Beyləqan,  Gəncə,  Qəbələ, 

Bakı,  Naxçıvan,  ġamaxı,  ġabran  Ģəhərləri  və  Gü lüstan  qalasından  tapılmıĢdır.  Ən 

geniĢ  yayılan  ġirvanĢahların  və  Eldənizlərin  pullarıdır.  Bu  dövrdə  gü müĢ  pullar, 

demək olar ki,  istifadədən çıxır, onlar  mis pullar ilə əvəz olunur. Sikkə zərb ində də 

dəyiĢiklik  yaranır,  düz  və  kobud  formalı  pullar  bura xılır.  Yerlərdə  əsasən  mis 

pullardan,  beynəlxalq  ticarətdə  isə  bəzən  qızıl  (Bizans,  Səlcuq)  pullardan  istifadə 

olunmuĢdur.  Ərdəbildə,  Beyləqanda  mis  pullar  kəsildiy i  müəyyən  edil miĢdir. 

Beyləqanda  tapılmıĢ  dəfinələr  içərisində  bir  dəfinə  xüsusilə  maraqlıd ır.  Bu 

dəfinədə  700-ə  qədər  mis  sikkə  olmuĢdur.  Bunların  əksəriyyətini  yerli  pu llarla 

bərabər  Eldənizlərin  Ərdəbildə və baĢqa cənub Ģəhərlərində kəsilmiĢ pulları təĢkil 



373 

 

edir.  Dəfinədə  Əhər  məliklə rinin,  Kiçik  Asiya  səlcuqlarının,  ġirvanĢahların  və 



gürcü  əmirlərin in  sikkələri  də  var  idi.  Mü xtəlif  mənĢəli  mis  sikkələrin  (belə 

sikkələr  məlu mdur  ki,  zinət  əhəmiyyəti  daĢıya  bilməzdi)  bir  dəfinədən  tapılması 

onların  təkcə  kəsildiy i  yerlərdə  deyil,  daha  geniĢ  ərazidə  dövriyyədə  iĢtirakını 

təmin  edirdi.  Deməli,  bu  pullar  feodal  dövlətləri  sərhədlərini  azad  surətdə  keçə 

bilird i. 

Qazıntılardan tapılan yazılı  materiallar tədqiq edilən dövrdə əhali arasında 

yazın ın  daha  geniĢ  yayıldığın ı  nümayiĢ  etdirir.  Qazıntı  materialları  içərisində 

yazılara  ən  ço x  saxsı  qablar  ü zərində  təsadüf  olunur.  DaĢ  üzərində  yazılara  Bakı 

qazıntılarında  rast  gəlin miĢdir.  Bunlar  əsasən  inĢaat  yazılarıd ır.  Beyləqanda  bir 

metal  camın  üzə rində  və ĢüĢə  qablarda  da  yazılara  təsadüf  olunmuĢdur.  Bir  ü zük 

qaĢındakı daĢa Məhəmməd peyğəmbərin və on iki  imamın adları yüksək ustalıqla 

nəqĢ  olunmuĢdur.  Bu  dövrdə  ərəb  əlifbasının  "kufi"  xətti  ilə  bərabər  "nəstəliq" 

xəttindən  də  geniĢ  Ģəkildə  istifadə  olunmuĢdur.  Yerüstü  abidələrdən  göründüyü 

kimi (Mö minə  xatun), qazıntılardan aĢkara çıxarılan  mema rlıq abidələrində də daĢ 

üzərindəki  yazılarla  bərabər  (Bakı-AbĢeron  memarlıq  məktəbi),  fiqur  kaĢılardan 

quraĢdırılma  yazılardan  geniĢ  istifadə  olunmuĢdur  (Naxçıvan  və  Arran  memarlıq 

məktəbi).  Beyləqandakı  Mil-M inarə  ərazisində  belə  fiqur  yazı  kaĢılarına  hər 

addımbaĢı təsadüf olunur. 

Yazıların  kütləv iliy ini  nü mayiĢ  etdirən,  əlbəttə,  saxsı  qablar  üzə rindəki 

yazılard ır.  Belə  yazılara  Beyləqanda,  Qəbələdə,  Bəndovanda,  Bakıda,  Qax 

rayonunda  və  digər  yerlərdə  rast  gəlin miĢdir.  Qab  üzərindəki  yazılar  ustaların 

adları,  qabın  gələcək  sahibinə  xeyirxahlıq  arzulayan  ifadələr,  lirik  beyt  və 

rübailərdən  ibarətdir.  Ġmzalı  qablara  Gəncə,  Bey ləqan  və  Qəbələdə  rast 

gəlin miĢdir.  Hazırda  Beyləqan  qazıntılarından  bu  dövrə  aid  15-dən  çox  dulusçu 

usta  adı  məlu mdur.  Yazılar  adətən  ərəb  və  fars  dillərində  yazılmıĢdır.  M iqdar 

etibarilə bu dövrdə farsca yazılar daha ço xdur.  

Beyləqandan  tapılmıĢ,  əsasən,  yüksək  təbəqələrin  süfrəsini  bəzəyən 

gətirilmə  fayans  qabların  üzərindəki  yazılarla  bərabər,  daha  aĢağı  təbəqələrin 

məiĢət  həyatında  iĢlədilən  yerli  sadə  qabların  da  üzərində  yazıların,  xüsusilə  lirik 

beyt  və  rübailərin  olması,  nəin ki  varlıların,  həm  də  sadə  əhali  kütləsinin 

(sənətkarların,  xırda  tacirlərin  və  s.)  öz  dövrünə  görə  mədəni  həyata  can  atdığını, 

onlardan  müəyyən  qismin in  gözəl  yazıb-o xu mağı  bacardığ ını  göstərən  dəyərli 

materiallardır. 

Beyləqandan  tapılmıĢ  bir  Ģirsiz  qab  parçası  üzərində  tuĢla  böyük  kvadrat 

çəkilmiĢ,  sonra  bu  kvadrat  doqquz  kiçik  xanalara  bölün müĢdür.  Həmin  xanalara 

birdən doqquza qədər olan ərəb rəqəmləri elə dü zülmüĢdür ki, onları  xanaların istər 

Ģaquli, istər üfüqi, istərsə də diaqonal cərgələri üzrə topladıqda, cəmi on beĢ rəqəmi 

alın ır.  Maraqlıd ır  ki,  bu  qab  parçası  həm  də  nömrələn miĢdir.  Yəq in  ki,  belə 

kvadratların  baĢqa  növləri  də  olmuĢdur.  Elmi  ədəbiyyatda  "sehrli  kvadratlar"  adı 

ilə  məĢhur olan Beyləqan tapıntısı, tədqiq edilən dövrdə burada belə kvadratlardan 



374 

 

istifadə  edildiy ini  göstərən  əsaslı  dəlild ir.  Bir  ço x  a limlə r  (məsələn,  Hacı 



Zeynalabdin  ġirvani)  "sehrli  kvadratlar"ı  hesab,  astrologiya,  sehrbazlıqla 

əlaqələndirir,  va xtilə  onların  daha  çox  tilsim  kimi  istifadə  edildiy ini  göstərirlər. 

Avropada  XIV  əsrdən  sonra  yayılmıĢ  bu  kvadratların  Beyləqanda  tapılmıĢı  elm 

aləminə məlu m ən qədim formalarından biridir.  

 

 

 



 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin