TarġXĠ III-XIII əsrin I rübü


§ 4. TĠCARƏT, TĠCARƏT ƏLAQƏLƏRĠ VƏ PUL



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə36/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   32   33   34   35   36   37   38   39   ...   45
§ 4. TĠCARƏT, TĠCARƏT ƏLAQƏLƏRĠ VƏ PUL 

DÖVRĠYYƏSĠ 

 

XI  əsrin  ilk  illərində  əvvəlki  tarixi  dövrdə  müĢahidə  olunan  ümumi 



iqtisadi in kiĢaf daha böyük vüsət alır.  1027-ci ildə  ġəddadi hökmdarı  II Fəzlunun 

dövründə  Araz  çayı  üzərində  onbirtağlı  Xudafərin  körpüsünün  tikilməsi  daxili  və 

xarici  ticarət  əlaqələrin in  inkiĢafı  zərurətindən  irəli  gəlmiĢdi.  Bu  körpünün 

tikilməsi A zərbaycanın təkcə iqtisadi deyil, həm də siyasi və etnososial həyatı üçün 

böyük əhəmiyyət kəsb etmiĢ, onun əsas vilayətlərini b ir-birinə daha sıx bağlamıĢdı. 

Səlcuq istilaları ö lkən in iqtisadi  inkiĢafın ın bu ümu mi  mey lin i  müvəqqəti 

olaraq ləngitsə də, onu dayandıra bilmədi. Böyük bir imperiyanın yaranması və ilk 

səlcuqlar  dövründə  onun  nisbi  sabitliyi  A zərbaycanın  ticarət -iqtisadi  əlaqələrin in 



345 

 

geniĢlənməsi  üçün  əlveriĢli  Ģərait  yaratdı.  Səlcuq  hökmdarlarının  özləri  ticarətin 



inkiĢaf  etdirilməsi  və  tica rət  yolların ın  qaydaya  salınmasına  xüsusi  diqqət 

yetirirdilər.  Ticarətin  ən  yüksək  in kiĢaf  səviyyəsinə  qalxd ığı  MəlikĢahın 

hakimiyyəti  illərində  (1072-1092)  ölçü  sisteminin  tənzimlən məsi  və  yeganə  pul 

vahidinin  müəyyənləĢdirilməsi  sahəsində  cəhd  göstərildi.  Bir  ço x  yolüstü  ticarət-

post məntəqəsi tikildi, karvan yollarının təhlü kəsizliyin i təmin etmək  üçün tədbirlər 

görüldü.  Beynəlxalq  ticarətin  canlanması  üçün  MəlikĢahın  bütöv  bölgələrin 

tacirlərin i  bəzi  ticarət  rüsumlarından  azad  edən  1087-ci  il  tarixli  fərmanın ın 

mühü m  əhəmiyyəti  oldu.  ġəhərlərin  və  Ģəhər  sənətkarlığ ının  in kiĢafı,  əmtəə-pul 

münasibətlərinin  kənd təsərrüfatına geniĢ surətdə daxil o lması və nəhayət, əvvəlki 

yüzillərdə də coĢqun fəaliyyət göstərən geniĢ ticarət yolları Ģəbəkəsinin varlığ ı  XI 

əsrin sonu - XII əsrdə Azərbaycanın ticarət-iqtisadi əlaqələrinin geniĢlən məsi üçün 

əlveriĢli  Ģərait  yaratdı.  Həm  ġimali,  həm  də  Cənubi  A zərbaycanın  Ģəhər  və 

vilayətləri daxili və beynəlxa lq əhəmiyyətli ticarət yollarının sıx Ģəbəkəsi vasitəsilə 

əlaqələnirdi. Bu ticarət əlaqələrinin nə qədər intensiv və geniĢ olduğunu, məsələn, 

Beyləqan  ərazisində  arxeolo ji  qazıntılar  zaman ı  aĢkar  ed ilmiĢ  sikkə  tapıntıları 

sübut  edir.  Burada  böyük  miqdarda  (1500  nüsxə)  Eldəniz  sikkələri  ilə  yanaĢı, 

ġirvanĢahların,  Dərbənd  məliklərinin,  Kiçik  Asiya  səlcuqilərinin,  Əhər 

hakimlərinin  kəsdirdikləri  pullar,  habelə  gürcü,  Bizans  və  b.  sikkələri  aĢkara 

çıxarılmıĢdır.  Eldəniz  sikkələrinin təxminən yarısını  Cənubi  Azərbaycan Ģəhərlərində, o 

cümlədən Ərdəbildə zərb olunmuĢ sikkələr təĢkil edirdi. 

Ticarət yolları A zərbaycanı nəinki qonĢu ġərq ölkələri, eləcə də bir çox uzaq 

ölkələr - Hindistan, Orta Asiya və hətta Çinlə bağlayırdı. Bakı, ġamaxı və Beyləqanda 

aparılmıĢ arxeoloji qazıntılar zamanı aĢkara çıxarılan çini qab-qacaq qırıqları və baĢqa 

tapıntılar  da  bunu sübut  edir.  Sənətkarlığın bazar, əmtəə  istehsalı sahəsinə  çevrilməsi, 

əmtəə-pul  münasibətlərinin  geniĢ Ģəkildə  kənd  təsərrüfatına  müdaxilə  etməsi,  köçəri 

təsərrüfatın bu münasibətlər dairəsinə cəlb olunması daxili və xarici bazarlarda intensiv 

əmtəə  mübadiləsi  üçün  Ģərait  yaradırdı.  ġəhər  sənətkarlığı  əmtəə  istehsalının 

müəyyənləĢdirici sahəsi idi. Müxtəlif ipək, pambıq və yun parçalar, metal, ağac və dəri 

məmulatları daxili və xarici bazarda baĢlıca ticarət məhsulu idi. Parça və baĢqa toxuculuq 

məhsulları ticarəti burada birinci dərəcəli  rol oynayırdı.  Təbrizin daxili və  xarici bazarlara 

çıxardığı  mallar  içərisində  mühüm  yeri  rizə  (əba)  üçün  parçalar,  Çin  zərxarası,  ipək 

parçalar (kimxa), örtüklər, atlas və digər parçalar, to xuculuq  məmulatları tuturdu.  Gəncə 

bazarlara  atlas,  zərxara, pambıq və pambıq parçalar, xa m  ipək, ipək sap, ipək parçalar, 

xəz  çalmalar,  keçə,  "əl-gənci"  adlanan donlar,  Ərdəbil  -  qara  zərxara,  Xoy  -  zərxara, 

nazik  kətandan  paltarlıq  parça  və  hazır  paltar,  Naxçıvan  -  yüksək  keyfiyyətli  Çin 

zərxarası, zərlə iĢlənmiĢ zərif örtüklər, miləmil hamam qətfələri, yun parçadan uzun üst 

paltarı,  keçə,  Beyləqan  -  ipək  parça  və  saplar,  Bərdə  -  xa m  ipək  və  ipək  parça, 

Dərbənd - kətan parçalar, Marağa və UĢnu - çoxlu yaxĢı keçələr çıxarırdı. Urmiya və 

UĢnudan digər mallarla yanaĢı, kiçik  xalçalar və balıĢlar, Surmaridən kiçik  xalçalar və 

i.a. ixrac olunurdu. 



346 

 

Bəzi  Ģəhərlərin  daxili  və  xarici  ticarətində  metal,  ağac,  dəri  və  saxsı 



məmulatları  da  az  rol  oynamırdı.  Məsələn,  Xoydan  mis  qablar,  ġəmkirdən  -  yüksək 

keyfiyyətli bıçaqlar, Naxçıvan və Ərdəbildən taxta qab-qacaq (böyük və kiçik tabaqlar, 

boĢqablar  və  s.),  taxta  daraqlar,  sazlar,  sandıqlar,  Təbrizdən  dəri  kitab  cildləri, 

Urmiya və UĢnudan dəri ayaqaltılar, balıĢlar ixrac olunurdu. Beyləqan, Qəbələ, ġabran, 

ġəmkir  və  bir  sıra  digər sənətkarlıq  mərkəzlərinin  iqtisadiyyatı  üçün  müxtəlif  saxsı 

qablar  istehsalının  və  eləcə  də  onların  bazara  çıxarılmasının  az  əhəmiyyəti  yox  idi. 

Məsələn, Beyləqan ġirvanın Bakı, ġamaxı və digər Ģəhərlərinə yüksək  keyfiyyətli Ģirli 

saxsı  məmulatlar  göndərirdi.  Bu  Ģəhər  eyni  zamanda  Ġranın  məĢhur  sənətkarlıq 

mərkəzləri  Rey  və  KaĢanla  sıx  ticarət  əlaqələri  saxlayır,  oradan  yüksək  bədii 

keyfiyyətli  saxsı  məmulatlar  alırdı.  Suriya  və  Misirdən  Beyləqana və  Azərbaycanın 

digər Ģəhərlərinə zərlə iĢlənilmiĢ ĢüĢə qablar gətirilirdi. Əvvəllər olduğu  kimi,  Bakın ın 

əsas satıĢ məhsulu neft və duz idi. Təkcə daxili bazara deyil, həm də bir çox Yaxın və 

Orta  ġərq  ölkələrinin  bazarlarına  geniĢ  miqdarda  neft  göndərilirdi.  Neftdən  yaĢayıĢ 

məskənlərinin iĢıqlandırılması üçün də istifadə edir, hərbi iĢdə və müxtəlif xəstəliklərin 

dərmanı  kimi  tətbiq  edirdilər.  Bakı,  Gəncə,  ġamaxı,  Dərbənd,  ġabran  və  digər 

Azərbaycan  Ģəhərləri  ərazisində  tapılmıĢ,  mü xtəlif  yerlərdə  zərb  edilmiĢ  qızıl  və 

xüsusilə  mis  sikkələr  bu  Ģəhərlərin  XI-XII  əsrlərdə  inkiĢaf  etmiĢ  əlaqələrindən  xəbər 

verir. 


Beynəlxalq ticarət magistralı rolunu oynayan Dərbənd və Volqa-Xəzər tranzit 

yolları bu dövrdə də fəaliyyətlərini davam etdirirdilər. Bu yollar vasitəsi ilə Volqaboyu 

Ģəhərləri, Rusiya, PolĢa və digər Avropa ölkələri ilə əlaqə saxlanılırdı. Yerli tacirlər kimi o 

ölkələrin  də tacirləri  çoxlu  qiymətli  xəzlər,  Ģallar,  xalçalar, gözəl  corablar və s. gətirir, 

mallarını  çox  vaxt  bu  ətraflarda,  həmçinin  ən  iri  qul  alveri  yeri  o lan  Dərbənd 

bazarında satırdılar. 

ġəhər ticarət həyatının əsas mərkəzi bazar  idi. Təkcə iri və orta deyil, kiçik 

Ģəhərlərdə  də  bazarlar  vardı.  Məsələn,  ənənəvi  mallarla  yanaĢı,  bazara  kağız  da 

çıxaran kiçik Xunə Ģəhərinin, Yaqut əl-Həməvinin sözləri ilə desək, "yaxĢı bazarları" 

var  idi.  Ġstehsalın bu  yeni sahəsi Ģəhərin  əvvəlki  Xunə  (Xunəc)  adının  Kağazkunana 

çevrilməsinə səbəb olmuĢdu. 

XII  əsrdə  əmtəə-pul  münasibətləri  kənd  təsərrüfatına  da  geniĢ  müdaxilə 

etmiĢdi.  ġəhərlərin  ətrafında  geniĢ  aqrar  rayonlar  vardı.  Bu  rayonların  əmtəəlik 

məhsulunun əsas hissəsi Ģəhər əhalisini ərzaq məhsulları və xammal ilə təmin etmək 

üçün  Ģəhərlərə  daxil  olurdu.  Dövrün  mənbələrindən  birində  olan  məlu mata  görə, 

Urmiya  və  UĢnunun  aqrar  rayonları  baĢlıca  olaraq  bal,  yağ,  qoz-fındıq,  sumax, 

Beyləqanınkı  taxıl,  heyvandarlıq  məhsulları,  nar,  üzüm,  ev  quĢları,  ġəmkir  və 

ġuturunku əncir, nar, qovun, kahı və s. verirdi.  Dəhxərqandan  çoxlu  badam  və baĢqa 

meyvələr, Sərabdan ağ lobya gətirilirdi. Bir sıra Ģəhərlərin meyvəyə olan tələbatı ətraf 

rayonların  hesabına  ödənilirdi.  Belə  ki,  Yaqut  əl-Həməvinin  məlumatına görə, Ərdəbilə 

"meyvəni  dağın  arxasından,  birgünlük  və  ya  daha  artıq  məsafədə  yerləĢən  baĢqa 

nahiyələrdən  gətirirdilər".  Xaçından  Gəncəyə  yüksək  keyfiyyətli  Ģərab,  ətirli  almalar, 



347 

 

üzüm  və  nar  gətirilirdi.  Arranın  Kür  və  Araz  çayları  arasında  yerləĢən,  inkiĢaf  etmiĢ 



əkinçilik  və  maldarlığa  malik  vilayətlərindən daxili  və  xarici  bazarlara  xeyli  miqdarda 

xam  ipək,  düyü,  davar,  iri  buynuzlu  mal-qara  və  atlar  çıxarılırdı.  Beyləqan  bazarında 

yerli mallarla yanaĢı, kənardan (xüsusilə ġirvandan) gətirilmiĢ çoxlu mallar olurdu. Təbrizin 

yaxınlığındakı  Kuzəkunan  kəndindən  Təbriz  bazarına  xeyli  miqdarda  taxıl  və 

heyvandarlıq  məhsulları  gətirilirdi.  ġəhərə  bu  məhsullar  baĢqa  yerlərdən,  o  cümlədən 

Sufiyandan da gətirilirdi. 

Beləliklə, təkcə texniki bitkilər və əkinçilik təsərrüfatları deyil, Muğan və digər 

Azərbaycan vilayətlərinin yaylaq-qıĢlaq (köçmə) və yarımköçəri maldarlıq təsərrüfatları 

da Ģəhərlə əmtəə münasibətləri dairəsinə cəlb olunmuĢdu; lakin bütün bunlar natural müna-

sibətlərin buradakı mövqeyini hələ də sarsıda bilməmiĢdi. 

XI-XII  əsrlərdə,  qonĢu  ġərq  ölkələrində  olduğu  kimi,  Azərbaycanın  pul 

dövriyyəsində  də  əsas  yeri  mis  pul  -  fəls  tuturdu.  Bu  dövrdə  Ön  ġərqi,  o  cümlədən 

Azərbaycanı bürümüĢ "gümüĢ böhranı" təkcə gümüĢ mədənlərinin tükənməsi və gümüĢ 

ixracatçılarında bu metalın ehtiyatlarının azalmasından deyil, həm də ticarət  mübadiləsi 

nəticəsində  gümüĢün  Ģimala  axmasından,  əmtəə-pul  münasibətlərinin  inkiĢafı  ilə 

əlaqədar  olan  tələbatın  artmasından  doğmuĢdu.  Hər  halda,  bu  hadisə  hər  Ģeyə,  o 

cümlədən daxili  ticarətə də  öz  mənfi təsirini göstərə bilmiĢdi.  Beynəlxalq  ticarət əmə-

liyyatlarında pul dövriyyəsinin əsas vasitəsi olan gümüĢ və qızıl  pulları mis pullar əvəz 

edə bilməzdi. Çünki mis sikkələrin dövriyyə dairəsi lokal, məhdud xarakter daĢıyır, onlar 

zərb  edildikləri  dövlətlərin  hüdudları  xaricinə  adətən  çıxarılmırdılar.  Bununla  belə, 

Azərbaycan  ərazisində  Səlcuqların,  gürcü  və  Bizans  hökmdarlarının  mis  sikkələri 

tapılmıĢdır. Ödənc vasitələrindən biri kimi Qafqazda, o cümlədən Azərbaycanda geniĢ 

yayılan  Bizans  qızıl  pulları  Səlcuq  qızıl  dinarları  ilə  müvəffəqiyyətlə  rəqabət  apa-

rırdılar. 

Gü müĢ  böhranı  və  onun  səbəbləri  tarixi  ədəbiyyatda  biri  digərinin  əksi 

olan  zidd  mü lahizələr,  Ģərhlər  doğurmuĢdur.  Lakin  bu  prosesin  özü  də  ziddiyyətli 

olmuĢdur. Böhran, eləcə də  XII-XIII əsrlərin hüdudlarında ticarət yollarında artan 

təhlükə  Azərbaycanın  xarici  ticarət  əlaqələrində  bir  qədər  durğunluq  törətmiĢdi. 

Lakin  bütün  bunlar  müəyyən  dərəcədə  daxili,  ilk  növbədə  Ģəhər  ticarətinin 

geniĢlənməsi  üçün  əlveriĢli  Ģərait  yaratmıĢ,  gümüĢ  pulun  dövriyyədən  çıxması  isə 

Azərbaycanda  əmtəə-pul  münasibətlərinin  sonrakı  inkiĢafı  yolunda  maneə  törədə 

bilməmiĢdi.  Onun  dövriyyə  vasitəsi  və beynəlxalq  pul  kimi  funksiyalarını  mis  və 

qızıl  müvəffəqiyyətlə  əvəz  edə  bild i;  bu,  Azərbaycan  və bütün  Qafqaz  ərazisində 

tapılan böyük miqdarda mis və qızıl sikkə dəfinələri ilə sübut edilir. 

 

 

 



 

 

 



348 

 

§ 5. ġƏHƏRLƏR 

 

Səlcuq yürüĢləri nəticəsində bəzi Ģəhərlərin dağılması, köçəri təsərrüfatın 



isə  geniĢlənməsi  Azərbaycanda Ģəhər  həyatının  ümu mi  inkiĢaf  meylinin  qarĢısını 

ala  bilmədi.  ġəhərlərin  sahəsinin  artması  ilə  yanaĢı,  onların  sosial-iqtisadi 

strukturunda da müəyyən dəyiĢikliklər baĢ verdi. Məhz, bu dövrdə Ģəhər həyatının 

mərkəzi qəti o laraq  köhnə kübar  məhəllələrindən  - Ģəhristandan ticarət-sənətkarlıq 

ucqarlarına - rabadlara keçdi. Beləliklə, Ģəhərlərin zahiri görkəmi bir qədər dəyiĢdi, 

lakin  möhkəm və uca divarlarla əhatə olunmuĢ içqala  - kuhəndiz (və ya narınqala) 

əvvəlki  kimi yenə də Ģəhərin ən möhkəmləndirilmiĢ hissəsində yerləĢirdi. ġəhər və 

onun  vilayətinin  sahibi  olan  feodalın  (və  ya  onu  təmsil  edən  Ģəhər  idarəsinin 

baĢçısı olan əmirin)  iqamətgahı, onun ən yaxın adamları, hərbi qarn izon, eləcə də 

xəzinə  və  zindan  burada  yerləĢirdi.  ġəhristanı  təĢkil  edən  köhnə Ģəhər  məhəllələri 

kuhəndizin ətrafında cəmləĢird i. Adətən Ģəhristan kompleksi də divarla əhatə edilir 

və Ģəhərin bir növ daxili h issəsini təĢkil edirdi. Ümu miyyətlə, feodal Ģəhərinə  xas 

olan  pərakəndəlik  və  basırıq  bu  hissə  üçün də  səciyyəvi  idi.  Kuhəndizdən  əlavə, 

burada əsas ictimai və  mədəni binalar, iri bazarlar, Ģəhər böyüklərinin evləri, came 

məscidi, hamamlar, karvansaralar yerləĢird i. 

ġəhərin  iĢgüzar və  ictimai həyatı adətən Ģəhristanda cərəyan edirdi.  Onu, 

"əhl  əs-suk"  (bazar  camaatı)  adlandırılan  sənətkar  və  tacirlərin  ço xunun  yaĢadıği 

rabad əhatə edirdi. Mühüm və  iri Ģəhərlərin rabadlarında  müdafiə qurğuları təĢkil 

edilird i.  Onu  qüllələri  olan  qala  divarları  əhatə  edir,  bayır  tərəfdən  divar  boyunca 

su  ilə  doldurulmuĢ  xəndək  qazılırdı;  Ģəhərin  baĢ  qapısı  yanında  bu  xəndəyin 

üzərindən qaldırılan körpü salın ırd ı. 

Rabadlar  kənd əhalisi hesabına böyüyürdü; oradakı binalar baĢlıca olaraq 

Ģəhərə  gedən  əsas  yolların  kənarında  yerləĢird i.  Ona  görə  də  Ģəhərin  sənətkarlıq-

ticarət  ucqarları  bəzi  hallarda  b ir  neçə  kilo metr  boyunca  uzanırdı.  Məsə lən, 

Beyləqanın  rabadı  Ģəhərdən  qərbə doğru,  Mil-Minarə  xarabalarına  qədər  təqribən 

2,5 k m u zanırd ı. Təhlükə   za manı ətraf yerlə r in əhalisi ö z  ma l-qa rası və Ģeyləri  ilə  

rabadda sığınacaq tapırdılar. ġəhəri əkin sahələri, bağlar və bostanlar, yerli əhalini 

su  ilə  təmin  edən  mənbələr  və  s.  əhatə  edirdi;  Ģəhərlilərin  ma l-qarası  da  burada 

otarılırd ı.  Bunların  hamısı  -  kuhəndiz,  Ģəhristan və  rabadla  vahid  orqanizm  təĢkil 

edən kənd nahiyəsi, "feodal Ģəhəri" anlayıĢı ilə müəyyənləĢən vahid tam idi.  

XI-XII  əsrlərdə,  de mə k  olar  ki,  bütün  Azərbaycan  Ģəhərləri,  bir  hissəsi 

(məsələn,  Bakı qalası) bu gün də mövcud olan  müdafiə qurğuları sisteminə  malik 

idi.  Belə  qurğuları  daĢdan,  çiy  və biĢmiĢ  kərpicdən  tikird ilər.  Beyləqan  Ģəhərinin 

qala  divarları  6  m,  Gəncəninki  isə  orta  hesabla  2  m.  qalınlıqda  idi.  Onların 

hündürlüyü  6-10  m-dən  15  m-ə  çatırdı.  Müəyyən  məsafədən  bir  bu  divarlarda 

dördkünc, dairəvi və yarımdairəvi bürclər qurulu rdu. XI-XII əsrlərdə yarımdairəvi 

bürclər daha geniĢ yayılmıĢdı. ġəhər d ivarların ın bir neçə qapısı olurdu.  Dəmirdən 

və  ya  dəmir  qurĢaqlarla  möhkəmləndirilmiĢ  taxtadan  düzəld ilən  bu  qapılar 


349 

 

darvazaüstü bürclərdən mühafizə ed ilirdi. 



Arxeoloji tədqiqatlar, alimlərin araĢdırmaları sübut edir ki,  Bakı Ģəhərin in 

Ģəhristan hissəsinin - ĠçəriĢəhərin  1738-ci  ilə aid dövrümü zə gəlib çıxan planı əy ri 

küçələri, dar dalanları, seyrək yaĢıllığ ı olan Ģəhər məhəllələrinin feodal dövrü üçün 

səciyyəvi  simasını  əyani  nümayiĢ  etdirir.  Bey ləqan  Ģəhərinin  arxeolo ji  qazıntılar 

vasitəsilə  aĢkarlaĢdırılmıĢ  planı  əhalin in  mü xtəlif  təbəqələri  arasında  olan  əmlak 

bərabərsizliy ini ü zə çıxarır. Varlılar əsasən Ģəhərin mərkəzi hissəsində yaĢayırdılar.  

Ən  möhkəm,    memarlıq  baxımından  zəngin,  arxeoloji  tapıntıları  çox  olan  binalar  da 

burada yerləĢirdi. Dərbənd Ģəhristanında da Ģəhər əyanlarına məxsus biĢmiĢ kərpicdən 

tikilmiĢ zəngin yaĢayıĢ binaları aĢkara çıxarılmıĢdır. 

ġəhərlərin su təchizatı daha çox onların yerləĢdikləri yerdən və təbii Ģəraitdən 

asılı  olurdu.  Dağlıq və  dağətəyi yerlərdə suyu yaxın  çay və bulaqlardan arxlar, yeraltı 

kəhrizlər  və  ya  saxsı  borular  vasitəsilə  gətirirdilər.  Düzənlik  yerlərə  isə  su  Kür  və 

Arazdan  baĢlayan  suvarma  kanalları  vasitəsilə  gəlirdi.  Suvarma  kanallarından  uzaqda 

yerləĢən  Ģəhərlərdə  həmin  Ģəhərin  ərazisində  qazılmıĢ  quyulardan  istifadə  edirdilər. 

Belə  su  təchizatı  sistemi,  məsələn,  Bakı  üçün  səciyyəvi  idi.  Bu  Ģəhərin  köhnə 

hissəsində  indiyədək  xeyli  quyu  qalmıĢdır.  Bununla  yanaĢı,  Bakı  və  Gəncədə 

kəhrizlərdən də istifadə edirdilər. Lakin orta əsr Azərbaycan Ģəhərlərinin ən çox inki-

Ģaf etmiĢ, səciyyəvi və geniĢ yayılmıĢ su təchizatı növü saxsı borulardan və yonulmuĢ 

dördkünc daĢlardan düzəldilmiĢ su kəmərləri  idi.  Belə su kəmərləri Azərbaycanın, demək 

olar  ki, bütün  feodal Ģəhər və qalalarında, o cümlədən,  Gəncə və Qəbələdə, Beyləqan 

və  Bakıda,  Təbriz  və  Gülüstan  qalasında  (ġamaxı  yaxınlığında),  GümüĢlüdə  aĢkara 

çıxarılmıĢdır.  ġəhərlərin,  qalaların  və  baĢqa  yaĢayıĢ  məskənlərinin,  eləcə də  yolüstü 

karvansaraların və karvan yollarının su təchizatı üçün ovdan adlanan yeraltı su anbarları 

da səciyyəvi idi. Bəzi Ģəhərlərdə yağıĢ suyundan da istifadə edirdilər. Məsələn, Məsud 

ibn  Namdarın  məlumatına görə,  Beyləqanın qala divarlarının  bayır  hissəsində "yağıĢ 

suları üçün çən" qoyulmuĢdu. 

Bu  dövrün  iri  Ģəhərlərində on  minlərlə  əhali  yaĢayırdı.  AraĢdırmalar  sübut 

edir ki, Beyləqan, Naxçıvan, ġamaxı və Təbriz Ģəhərlərinin hər birinin ən azı 100  min 

sakini  var  idi;  bu  -  ilk  növbədə,  həmin  Ģəhərlərin  Azərbaycanın təsərrüfat həyatında, 

beynəlxalq və yerli ticarətdə tutduğu mövqe ilə izah olunur. 

Ġqtisadi və sosial vəziyyətinə görə Azərbaycanın Ģəhər əhalisi bir neçə qrupa 

bölünürdü: sənətkarlar, tacirlər, torpaq sahibləri (feodallar), ruhanilər, Ģəhər yoxsulları 

və  sinfi  simasını  itirmiĢlər.  Əhalinin  əsas  hissəsini  maddi  nemətlərin  bilavasitə 

istehsalçıları olan sənətkarlar təĢkil edirdi. 

ġəhərin  və  Ģəhərlilərin  siyasi,  iqtisadi  və  dini  həyatı,  onun  idarəsi  Ģəhərdə 

yaĢayan  və  onun  sahibi  olan  iri  feodalların,  eləcə  də  iri  məmurların,  böyük 

emalatxanaların zəngin sahibkarlarının, tacirlərin, ruhanilərin əllərində id i. 

ġəhərlilərin  etnik  tərkibi  də  qarıĢıq  idi.  Əhalin in  əsas hissəsini  türk-oğuz 

dilində  danıĢan  azərbaycanlılar  təĢkil  edirdi;  onlarla  yanaĢı  qədim  albanların 

nəsilləri, eləcə də fars, ərəb, yəhudi və b. dillərdə danıĢanlar da vardı.  



350 

 

Din i  mənsubiyyətlərinə görə Ģəhərlilərin böyük əksəriyyəti  müsəlman id i, 



burada  həmçinin  atəĢpərəst,  yəhudi  və  xristianlar  da  vardı.  Xristian  dininə  sitayiĢ 

edənlər əsasən albanların və ya erkən orta əsrlərdən Azərbaycana gələrək, ö lkən in 

cənub vilayətlərində nisbətən toplu halında yaĢayan siryanilərin törəmələri id i. 

Bütövlükdə feodal Avropası Ģəhər mərkəzlərinə nisbətən daha abad, daha 

təmiz və böyük olan XI-XII əsr Azərbaycan Ģəhərləri bir ço x əlamətlərinə görə o rta 

əsr ġərqinin ən məĢhur Ģəhərlərini xatırladırd ı. 

XII-XIII  əsrin  əvvəllə rində  Azə rbaycanda  70-dək  iri,  orta  və  kiç ik 

Ģəhərlər  vardı.  IX-X  əsrlərlə  müqayisədə  Ģəhərlərin  ü mu mi  sayı  nəzərə  çarpacaq 

dərəcədə  azalsa  da,  bu,  heç  də  Ģəhər  həyatının  tənəzzülü  demək  deyild i.  Əksinə, 

Ģəhərlər  yeni,  daha  yüksək  inkiĢaf  pilləsinə  qalxa  bildilər.  Bu  zaman  Ģəhərlərin 

kəmiyyət  artımı  prosesi  öz  yerini  onların  keyfiyyətcə  inkiĢaf  etməsinə,  tacir-

sənətkar  elementlərinin  sayının  artmasına  verir;  beləliklə,  Ģəhər  iqtisadiyyatında 

sənətkarlıq  və  ticarətin  xüsusi  çəkisi  yüksəlir,  əmək  məhsuldarlığı  artır,  Ģəhər 

iqtisadiyyatının daxili və xarici bazarla əlaqəsi geniĢlənir.  

Gəncə,  Təbriz,  Naxçıvan,  Marağa,  Ərdəbil,  Dərbənd,  ġamaxı,  Bakı  və 

Beyləqan bu dövrün iri ticarət-sənətkarlıq mərkəzləri id i. 

O dövrdə  Yaxın  ġərqin ən  iri t icarət-sənətkarlıq  mərkəzlərindən biri o lan 

Gəncənin  inkiĢafı  üçün  bir  sıra  siyasi  və  sosial  iqtisadi  amillər  hesabına  əlveriĢli 

Ģərait  yaranmıĢdı;  X  əsrin  70-ci  illərindən  etibarən  bu  Ģəhər  Arranda  hökmranlıq 

edən ġəddadilər sülaləsinin paytaxtı o lur.  Ço x keçmədən  Gəncə ticarət-sənətkarlıq 

mərkəzi  kimi əhəmiyyətini  xeyli dərəcədə itirmiĢ Bərdəni geridə qoyaraq, Arranın 

ən  iri  Ģəhərinə  çevrilir.  Gəncənin  daha  intensiv  inkiĢafı  ġəddadi  əmiri  Əbuləsvar 

ġavur  ibn  Fəzlin  hakimiyyəti  dövrünə  (1049-1067)  təsadüf  edir.  ġəhəri 

möhkəmləndirmək  üçün  o,  1063-cü  ildə  Gəncə  rabadının  ətrafına  davamlı  divar 

çəkdirərək, ona möhkəm qapılar qoydurur, Ģəhərin ətrafında dərin  xəndək qazdırır. 

Gəncə əvvəlkinə nisbətən iki dəfə böyüyür. 

XII  əsrin  I  yarısında  Gəncənin  tərəqqi  və  inkiĢafı  bu rada  baĢ  verən 

dağıdıcı  zəlzələlər  və  gürcülərin  "daha  dağıdıcı"  basqın  və qarətləri  ilə  ləngidilir. 

Dövrün  tarixçisi  Ġbn  əl-Əzraqın  "Məyyəfariqinin  tarixi"  əsərində  xəbər  verdiyi 

kimi, birinci  zəlzələ 1122/23-cü illərdə baĢ vermiĢdi.  O  zaman, Ģəhərin bir  hissəsi 

batmıĢ,  divarları  isə  uçmuĢdu.  QarıĢıqlıqdan  istifadə  edən  gürcü hökmdarı  Dav id 

Ģəhərə basqın edərək, salamat qalmıĢ sakinlərin i əsir almıĢ, Ģəhəri qarət etmiĢdi. Bu 

hadisədən  sonra  Ģəhərin  mühüm  iqtisadi  və  strateji  əhəmiyyəti  nəzərə  alınaraq, 

Gəncənin dağılmıĢ təsərrüfatı tezliklə bərpa edilmiĢ və o yenidən Yaxın ġərqin gur 

Ģəhərlərindən  birinə  çevrilmiĢdi.  Lakin  17  il  sonra  1139-cu  ildə  baĢ  verən  yeni 

zəlzələ Ģəhərin vəziyyətinə daha ağır təsir etmiĢdi.  

Ġbn əl-Əsirin yazd ığına görə, "534-cü  ildə  Gəncədə, eləcə də A zərbaycan 

və  Arranın  baĢqa  nahiyələrində  zəlzələ  oldu.  Lakin  Gəncədə  baĢ  verən  zəlzələ  ən 

güclüsü  idi.  Onun  bir  çox  evləri  dağılmıĢ,  saysız-hesabsız  sakinləri  məhv 

olmuĢdu".  Əl-Bundarin in  məlu matına  görə,  baĢ  vermiĢ  zəlzələ  "Ģəhəri  elə  d ağıtdı 



351 

 

ki,  sanki  o  heç  vaxt  olmamıĢdı".  Had isələri  ö z  gözlərilə  görmüĢ  alban  tarixçisi 



gəncəli  M xitar  QoĢ  bu  müdhiĢ  hadisəni  belə  təsvir  edirdi:  "Areq  ayının  18-ci 

günündə, cümədən Ģənbəyə keçən gecə (Ģənbə  30.IX.1139) Allah ın qəzəbi dünyanı 

tutdu.  Yerin  dəhĢətli  qeyzlə  hərəkətə  gələn  coĢqunluğu  və  b öyük  dağıntı 

Albaniyanın  torpağına  da  yetiĢdi.  Nəticədə,  onun  paytaxtı  Gəncə  də  cəhənnəmin 

girdabına atılaraq, ö z sakinlərin i də uddu". 

Mənbələr (Ġbn əl-Əsir və b.)  Gəncə zəlzələsi  zamanı  230  minədək adamın  

həlak  o lduğu  haqqında  məlu mat  verir.  Hətta  əl-Bundari  bu  rəqəmin  300  min  

olduğunu qeyd edir.  Verilən rəqəmin, ola bilsin, bir qədər ĢiĢirdild iyin i qəbul edən 

tədqiqatçılar, hər halda,  Gəncədə baĢ verən zəlzələnin  150  minədək Ģəhər sakinini 

məhv etdiyin i irəli sürürlər. Bu rəqəmlər, təqribi olsa da, Gəncənin əhəmiyyətini və 

gurluğunu  bir  daha  təsdiq  edir.  Qeyd  edilməlidir  ki,  bu  zəlzələ  zaman ı  da  gürcü 

hökmdarı  David in oğlu I  Demetre  (1125-1158) Ģəhərin ağır vəziyyətindən istifadə 

edərək, Gəncəyə basqın etmiĢdi. O, Ģəhərin sağ qalmıĢ sakin lərini soyub -taladıqdan 

və bir qismin i qırıb-çatdıqdan sonra min lərlə əsir götürmüĢ, indi də bir tayı Kutaisi 

yaxınlığındakı  Gelati  monastırında  saxlanılan  məĢhur  Gəncə  qapıların ı  da  özü  ilə 

aparmıĢdı.  Ço x  keçmədən  soltanın  caniĢini  Qara  Sunqurun  tələsik  gəlmiĢ  qoĢunları 

gürcüləri  darmadağın  edərək,  Ģəhərdən  çıxarmıĢdılar.  Öz  qoĢunları  ilə  gəncəlilərə 

qoĢulmuĢ  caniĢin  onlarla  birlikdə  dağılmıĢ  qala  divarlarını  və  Ģəhərin  "əvvəlki 

gözəlliy ini"  bərpa  edə  bilmiĢdi.  Nəticədə,  xarabalıqlar  içərisindən  baĢ  qaldıran 

Gəncə özünün əvvəlki həĢəmətini geri qaytararaq, yenidən Azərbaycanın ən iri Ģəhər-

lərindən birinə çevrilmiĢdi. 

O dövrün ən mühüm feodal Ģəhərlərindən olan Təbriz də 1042-ci ildə baĢ vermiĢ 

zəlzələdə  40-50  min  sakinini  və  gözəl  binalarını  itirsə  də,  çox  keçmədən  yenidən 

bərpa  edildi.  Bu  təbii  fəlakətdən  cəmi  dörd  il  sonra  Təbrizə  gəlmiĢ  səyyah  Nasir 

Xosrov onun artıq böyük və abad bir Ģəhər olduğunu təsdiq edirdi.  

Rəvvadilər dövləti zamanı Təbriz yeni sülalənin paytaxtı oldu; bu isə Ģəhərin 

sürətli  inkiĢafı  üçün  əlveriĢli  Ģərait  yaratdı.  BaĢqa  Azərbaycan  Ģəhərlərindən  daha 

qüdrətli  müdafiə  sisteminə  malik  olan  bu  möhkəmləndirilmiĢ  Ģəhər  qalın  divarlarla 

əhatə  olunmuĢ,  burada  qəsrlər  və  müxtəlif  binalar  ucaldılmıĢdı.  ġəhərdə  bir  neçə 

mədrəsə,  özündə və  ətrafında  ziyarətgahlar  olduğu  üçün,  XI  əsrin  anonim  müəllifinin 

yazdığı  kimi,  buraya  həmiĢə  "çoxlu  alim  və  zahidlər"  axıĢırdı.  Lakin  Təbrizin  daha 

yüksək və sürətli inkiĢafı Eldənizlər dövrünə təsadüf edir. O, gözəl kərpic və gips evləri 

olan  gur  Ģəhərə  çevrilir.  "Əcaib  əd-dünya"nın  müəllifi  heyranlıqla  yazırdı:  "Eldənizin 

mübarək dövründə əzəmətli görkəm almıĢ Təbriz paytaxt oldu, dünyanın hər yerindən 

olan əcnəbilər burada məskən saldılar. Dünyada elə bir sənət yoxdur ki, Təbrizdə onunla 

məĢğul olmasınlar". Tədqiqatlar təsdiq edir ki, bu dövrdə Təbriz Ģəhristanının sahəsi 200 



ha-dan artıq, əhalisinin sayı isə 100 min nəfərdən çox idi. 

Paytaxta  və  ya  hər  hansı  sülalənin  iqamətgahına  çevrilən  bu  Ģəhərlər  öz 

iqtisadi inkiĢafında da baĢqa Ģəhərləri  xeyli qabaqlayırdı. Belə Ģəhərlərdə hakimlərin 

əsas  hərbi  qüvvələri  cəmləĢdirildiyi  üçün  onlar  daha  yaxĢı  qorunurdu.  Ona  görə  də 



352 

 

ticarət  və  sənətkarlıqla  məĢğul  olan  adamlar  paytaxtlarda  daha  həvəslə  məs -



kunlaĢırdılar. 

Azərbaycanın  belə  Ģəhərlərindən  biri  müəyyən  dövrdə  Eldənizlərin  əsas 

Ģəhəri  olmuĢ  Naxçıvan  idi.  "Əcaib  əd-dünya"  əsərində  bu Ģəhər  ən  böyük  və  abad 

Ģəhərlərdən biri  kimi  təqdim  edilir:  "Naxçıvan  Azərbaycanda böyük  və gur Ģəhərdir, 

yüksək yerdə yerləĢir, çox  möhkəmdir. [Orada] çoxlu saray, köĢk və eyvanlar  tikilib, 

Ģəhərin  yaxınlığında  daĢdan  qala  ucaldılıb,  qalada  isə  mədrəsə  və  məscid  tikiblər. 

...Deyirlər  ki,  yer üzündə  bundan  abad Ģəhər  yoxdur.  Eldənizin  mübarək  zamanında 

Naxçıvan  böyük  həĢəmət  sahibi  oldu".  ġübhəsiz,  Naxçıvanın  mühüm  beynəlxalq 

ticarət yolları qovĢağında yerləĢməsi də Ģəhərin iqtisadi inkiĢafı  üçün əlveriĢli Ģərait 

yaradırdı. 

Bu dövr Azərbaycanının iri Ģəhərlərindən olan Marağa, Ərdəbil və ġamaxıda 

sosial  tərkibi  əsasən tacir  və sənətkarlardan  ibarət  on  minlərlə  əhali  yaĢayırdı.  O  vaxt 

ġirvanın baĢ Ģəhəri sayılan ġamaxı Azərbaycanın çiçəklənən və abad Ģəhərlərindən idi. 

Onun  qala  divarları  içərisindəki  ərazisi  90  hektardan  artıq sahən i  tuturdu.  Alimlərin 

fikrincə, qaladan kənardakı  məhəllələrlə birlikdə Ģəhərdə  o  zaman  təxminən  100  min 

nəfərdən çox sakin ola bilərdi. 

1192-ci ildə baĢ vermiĢ dağıdıcı zəlzələ ġa ma xının sürətli inkiĢafına ara verdi. 

"Tacdarların tarixi və tərifi" adlı gürcü qaynağı gürcü sarayı əyanlarından birinin dili ilə 

bu  təbii  fəlakəti belə  təsvir  edir: "...Yerin  lərzəsi  ġamaxı  Ģəhərinin divar və qalalarını 

sarsıdıb dağıtdı, orada olanların hamısı heç olub getdi. ġirvanĢahın arvadı və  uĢaqları da 

həlak o ldular". 

Ərəb  dövrünün  mühüm  Ģəhərlərindən  biri  olan  Beyləqan  b u  dövrdə  də 

Azərbaycanın böyük ticarət-sənətkarlıq  mərkəzi  idi. IX yüzildə baĢ verən hadisələr 

nəticəsində Muğan düzündə yerləĢən, indi ġəhriyar abidələri kompleksi adlanan Ģəhər 

və qalaların tənəzzül  edib  aradan çıxması,  X  yüzilin  ortalarında  rus basqınından sonra 

dağılmıĢ  Bərdənin  öz  əvvəlki  mövqe  və  əhəmiyyətini  itirməsi,  əvvəllər  də  mühüm 

Ģəhər olan Beyləqanın mövqeyini daha da möhkəmləndirir. Zəkəriyyə əl-Qəzyin inin 

"Arran ölkəsində  məĢhur  böyük Ģəhər" adlandırdığı  Beyləqan həmin dövrdə öz  vəziy-

yəti  ilə  baĢqa  Azərbaycan Ģəhərlərindən  seçilirdi.  XII  əsrin  əvvəllərində  buradakı 

Səlcuq  valilərinin  hakimiyyəti  o  dərəcədə  zəifləmiĢdi  ki,  Beyləqan  demək  olar  ki, 

onların nəzarətindən çıxaraq, mu xtariyyət əldə edə bilmiĢ vilayət Ģəhərinə çevrilmiĢdi. 

Atabəy  Əbubəkrin  və  xüsusilə  Özbəyin  dövründə  Beyləqanda  böyük  tikinti  iĢləri 

aparılması haqqında "Əcaib əd-dünya" əsərində maraqlı məlu mat vardır.  Bu  məlu mata 

görə,  Ģəhərdə  "çoxlu  saray  və  köĢklər  tikildi.  KeçmiĢlərdə  bu Ģəhərdə  su  yox  idi, 

Ģəhər əhalisi bundan çox əziyyət çəkirdi, [indi] buraya Arazdan bir neçə arx axıd ılır". 

Qədim Ģəhər yerində aparılmıĢ arxeoloji qazıntılar sübut edir ki, XI-XIII əsrin 

əvvəlləri, bu mühüm iqtisadi mərkəzin ən yüksək  çiçəklənmə dövrü olmuĢdur. Burada 

uzun  illər  arxeoloji  araĢdırmalar  aparmıĢ  professor  Qara  Əhmədovun  əldə  etdiyi 

nəticəyə  görə,  Beyləqan  Ģəhristanında  o  vaxtlar  təqribən  3720  ev  olmuĢdur,  bu  isə 

təqribən  20  min  əhali  deməkdir.  Əgər  Ģəhərin  ribat  hissəsində  də  əhalinin  kifayət 



353 

 

qədər  sıx  yerləĢdiyini  nəzərə  alsaq,  tədqiqatçının  müəyyənləĢdirdiyi  kimi,  o  dövrdə 



ətrafı  ilə  birlikdə  Beyləqanda təqribən  40  min  adam  yaĢadığını  demək  olar. Arxeoloji 

qazıntılarla  təsdiq  edilən  mənbələr  (Məsud  ibn  Namdar  və b.) sübut  edir  ki,  XI-XIII 

əsrin əvvəllərində Beyləqanda çoxlu yaĢayıĢ binaları ilə yanaĢı, karvansaralar, mədrəsə 

və  məscidlər,  bazarlar  və  s.  vardı.  Arxeoloqlar  aĢkarlaĢdırmıĢlar  ki,  digər  orta  əsr 

Ģəhərlərində olduğu kimi, buranın da küçələrinin çoxu dar və əyri-üyrü olsa da, Ģəhərin 

üzbəüz  yerləĢmiĢ  Ģimal-qərb  və  cənub-Ģərq  qapılarını  birləĢdirən  düz  küçə  bütün 

Beyləqanı kəsib keçirdi. 

ġəhər  divarlarının  bayır  tərəfində  indi  də  xarabalıqları  qalan  bir  neçə  kiçik 

qala,  əzəmətli  M il-M inarə  məscid-mədrəsə  kompleksi  və  onun  ətrafındakı 

məqbərələrlə yanaĢı, Ģəhər sənətkarlarının yaĢayıĢ evləri də vardı. Arxeoloji qazıntılar 

Beyləqan divarlarının XI-XIII əsrin əvvəllərində Ģəhərin qala hissəsindən yalnız qərbə 

doğru təqribən 3 km məsafədə uzandığını təsdiq edir. 

X  əsrin  ortalarından  etibarən  öz  əvvəlki  əhəmiyyət  və  qüdrətini  itirməyə 

baĢlamıĢ  Bərdənin  tacir və sənətkarlarının  çoxu  Gəncə  və  Beyləqana  köçür,  Bərdə  isə 

kiçik Ģəhərə çevrilir. Bir vaxtlar çiçəklənən Ģəhərlər cərgəsində adları çəkilən Urmiya, 

Mərənd  və  Səlmas  da  bu  dövrdə  Bərdə  kimi  tənəzzül  keçirirdi.  Həmin  vaxtlar  bu 

yerlərdə olmuĢ  Yaqut  əl-Həməvi,  məsələn, "gözəl,  hər  cür  ərzaqla bol  olan"  Urmiya 

Ģəhərində gördüyü acınacaqlı  vəziyyəti  hakimiyyətdə  olan  atabəylərin  qayğısızlığı  ilə 

əlaqələndirirdi. 

Lakin Bərdə kimi iri və bəzi orta kiçik Ģəhərlərin çox vaxt hərbi-siyasi amillər 

üzündən  baĢ  verən  bu  tənəzzülü  Ģəhər  həyatının  ümumi  inkiĢaf  meylini  dayandıra 

bilmədi.  ĠnkiĢafa səbəb olan sosial-iqtisadi  amillər  vaxtaĢırı  baĢ verən neqativ  hərbi-

siyasi  aktları  xeyli  dərəcədə  neytrallaĢdırdı,  Ģəhərlərin  inkiĢafı  üçün  əlveriĢli  Ģərait 

yaratdı.  Belə  ki,  məhz  bu  dövrdə  Xəzər  dənizinin  mühüm  limanı,  müsəlman 

dünyasının  sərhədi  olan  Dərbənd  burada  baĢ  verən  siyasi  çəkiĢmələrə  baxmayaraq, 

Yaxın  ġərqin  mühüm  Ģəhərlərindən  biri  olmaqda  idi.  Xəzər  vasitəsilə  aparılan 

ticarətin  çox  hissəsi  bu  Ģəhərdə  mərkəzləĢmiĢdi.  Ticarət  isə  Dərbənd  hakim 

dairələrinin əsas gəlir yeri, "onların siyasətə hakim təsirinin mənbəyi" idi. 

Bakı, bu dövrün ilk çağlarında kiçik Ģəhər olsa da, ticarət-sənətkarlıq mərkəzi 

kimi az rol oynamırdı. Mənbələrin məlumatına görə, hələ ərəb iĢğalının ilk dövrlərində 

neft və  duzdan  böyük  gəlir  götürülən  bu  yerdən  təkcə  Azərbaycana  deyil,  həm  də 

Yaxın və  Orta ġərqin bir çox ölkələrinə neft və duz göndərilirdi. Arxeoloji  qazıntılar 

XI-XII  əsrlərdə  Qəbələ,  ġabran,  Bakı  və  baĢq a  Azərbaycan  Ģəhərlərinin  intensiv 

təsərrüfat  həyatını  təsdiqləyir.  1192-ci  ildə  baĢ  vermiĢ  ġamaxı  zəlzələs indən  sonra 

ĢirvanĢah  I  Axsitanın  iqamətgahına  çevrilmiĢ  Bakı  XII  əsrin  sonu  XIII  əsrin 

əvvəllərində feodal çiçəklənmə dövrünü keçirirdi. ġirvanĢahlar Ģəhəri bir sıra müdafiə 

qurğuları  ilə  möhkəmlətdilər.  Mənbələr  bu  dövrdə  möhkəm  qala  divarları  ilə  əhatə 

edilmiĢ  Bakını  ġərqin  mühüm  Ģəhəri,  alınmaz  qala  kimi  təsvir  edirlər.  Bu  fikri 

təsdiqləyən böyük Ģair Əfzələddin Xaqani ĢirvanĢah Axsitanı mədh etdiyi qəsidəsində 

müdafiə qurğuları sistemində Qız qalası kimi nadir abidəsi olan Bakını,  Xorasanın o 



354 

 

zaman ġərqdə möhkəmliyi ilə məĢhur olan Bistam Ģəhəri ilə müqayisə edir. 



Tariximizin bu dövründə ölkənin iqtisadi həyatında böyük rol oynamıĢ onlarla 

kiçik  Ģəhərlər  var  idi:  Miyanə,  Xalxal,  Kağazkunan  (Xunəc),  Əhər,  Sərab,  Unar, 

Cəbrəvan, ġiz, UĢnuh, Dəhhərrəqan, Bərzənc, ġəmkir, ġəki və b. Əvvəllər olduğu kimi, 

bu  dövrdə  də  feodal  Ģəhərləri  yarımaqrar  xarakterli  idi.  Bağçılıq  və  heyvandarlıq 

kiçik  Ģəhərlərin  çoxunun  iqtisadiyyatında  mühüm  rol  oynayırdı.  Bu  tipli  Ģəhərlərin 

bəzilərində  (Səlmas,  Sərab,  Xalxal  və  b.)  sənətkarlıq  məhdud  xarakterli  və  yalnız 

yerli  əhəmiyyətli  idi.  Elə  Ģəhərlər  də  vardı  ki,  burada sənətkarlıq  və  aqrar  təsərrüfat 

eyni səviyyədə idi. Urmiya, UĢnuh, Mərənd, Unar və baĢqaları belə Ģəhərlərə aid idilər. 

Aqrar  təsərrüfatın  və  bununla  bağlı  kəndlilərin  üstünlük  təĢkil  etdikləri  bu  yaĢayıĢ 

məskənlərinin Ģəhər  adlanması  çox  vaxt  onların  müəyyən  inzibati vahidlərin  mərkəzi 

olması ilə əlaqədar idi. 

 

 



 

 

 



 

 

Bütövlükdə  götürdükdə,  tariximizin  XII  yüzilində  Ģəhər  həyatının  səviyyəsi 



özünün  bütün  orta  əsrlər  tarixi  ərzində  ən  yüksək  mərhələsinə  çatır.  Kənd  əhalisinə 

nisbətdə Ģəhər əhalisinin xüsusi çəkisi haqqında əldə olan müqayisəli məlumat göstərir 

ki,  bu  nisbət həmin dövrdə  Qərb  ölkələrində  olduğundan  xeyli  yüksək  olub,  təxminən 

30-40 % təĢkil edirdi.  

 

 

 



 

 

 



 

XI – XII əsrlərdə Azərbaycan Ģəhərlərinin inkiĢafı qeyri  – bərabər Ģəkildə baĢ 

verirdi. Arasıkəsilməz feodal ara çəkiĢmələri və müharibələri  bu və ya digər Ģəhərlərin 

xeyli  dağılmasına səbəb olur, Ģəhər həyatının  inkiĢaf sürətini  ləngidirdi.  Belə vəziyyət 

xüsusən  də  XII  əsrin  sonu,  XIII  əsrin  əvvəlləri  üçün  səciyyəvi  idi.  Feodal 

pərakəndəliyinin  güclənməsi  və  Eldənizlərin  hakimiyyətinin  zəiflən məsi  ilə  əlaqədar 

xarici  hücumlar,  xüsusilə  gürcü  hökmdarının  və  xarəzmĢahın  qoĢunlarının  basqınları 

tez- tez baĢ verməyə baĢladı.  

 

 

 



 

 

 



Bu  dövrdə  Azərbaycanda  öz  alınmazlığı  və  qüdrəti  ilə  ad  çıxarmıĢ,  xarici 

iĢğalçıların hücumunun əks edilməsində böyük rol oynamıĢ çoxlu qala vardı. Bunlardan 

atabəylərin  xəzinəsi  saxlanılan  Əlincə  qalasını,  Gəncənin  40  km  Ģərqində  yerləĢən 

ġuturu,  eləcə də  mənbələrdə adları  çəkilən  Ruindeji,  Talanı,  Qoturu,  Dizmarı,  ġahini, 

ġəmiranı, Firuzabadı, Uçanı və b. göstərmək olar.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

355 

 

XIV FƏSĠL 



Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin