TarġXĠ III-XIII əsrin I rübü


§ 1. ƏKĠNÇĠLĠK VƏ MALDARLIQ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   31   32   33   34   35   36   37   38   ...   45
§ 1. ƏKĠNÇĠLĠK VƏ MALDARLIQ 

 

XI-XII  əsrlərdə  Azərbaycan  ġərqin  ən  inkiĢaf  etmiĢ  əkinçilik  ölkə lərindən 



biri  idi.  Səlcuq  basqınından  sonra  köçəri  təsərrüfat  sahəsi  payının  artmasına 

baxmayaraq, ölkə  əhalisinin  əksəriyyətini  taxılçılıq  və  maldarlıqla  məĢğul  olan oturaq 

kəndlilər təĢkil edirdi. Bunu təkcə o dövrün yazılı abidələri deyil, həm də arxeoloji və 

tarixi-etnoqrafik materialla r da təs diq edir. 

Əkinçilikdə, eləcə də ümu miyyətlə ölkənin bütün təsərrüfat həyatında aparıcı 

sahə taxılçılıq  idi.  Buğda və arpa  becərilməsi  əsasən  dəmyə  xarakter  daĢıyır və  demək 

olar, ölkənin bütün  vilayətlərini əhatə edirdi. ġəki,  Naxçıvan, Muğan, Təbriz,  Xoy,  Əhər, 

Urmiya, Beyləqan və baĢqaları iri taxılçılıq vilayətləri idi. Qaynaqlardan  görünür ki, bu 

vilayətlər hər cür mü xtəlif məhsulla zəngin idi. 

Dağ  rayonlarında  da  əkinçiliklə  məĢğul  olurdular.  Yaqut  əl-Həməvinin 

məlu matına  görə,  məsələn,  Xalxal  vilayətinin  əksər  kəndləri  və  əkin  yerləri  uca 

dağlarda  yerləĢirdi.  Dəmyə  əkinçiliyi  ilə  yanaĢı,  suvarma  əkinçiliyi  də  mövcud  idi. 

Kəhriz və arxlar sistemi geniĢ yayılmıĢdı. XII əsrin sonu XIII əsrin əvvəllərinə aid bir 

qaynaq  bildirir  ki,  əvvəllər  beyləqanlılar  axar  suyun  olmamasından  çox  əziyyət 

çəkirdilər. Onda onlar Arazdan Ģəhərə bir neçə arx çəkdilər.  Çox  keçməmiĢ Beyləqan 

Ģəhərində  və onun ətraf  rayonlarında bağçılıq  çiçəkləndi,  nar,  üzüm  və  baĢqa  meyvə 

sahələri  geniĢləndi,  çöllərdə  turac,  kəklik  və  baĢqa  quĢlar  göründü.  Əkinçilik 

mədəniyyətimizin  yüksək  səviyyəsini  sübut  edən  həmin  arx  qalıq ları  bu  gün  də 

durur. 

Azərbaycan  erkən orta  əsrlərdən  baĢlayaraq  çəltiyin  geniĢ surətdə  becərildiyi 



ölkələrdən idi. Çəltik əkinləri dənli bitki sahələri içərisində nəzərə çarpan yer tuturdu. 

Əvvəllər olduğu kimi, XI-XII əsrlərdə də bu qiymətli bitkinin əsas becərilmə zonası ġəki, 

Naxçıvan, Muğan, Təbriz və baĢqa vilayətlərdi. Qaynaqların məlu matına görə, o qədər 

çox düyü yetiĢdirilirdi ki, bəzi vilayətlərdə atları belə onunla yemləyirdilər. 

Texniki bitkilər  içərisində, artıq bu dövrdə kətan və çətənə  becərilməsini  xeyli 

sıxıĢdıraraq, geniĢ yayılmıĢ pambıqçılıq mühüm əhəmiyyətə malik idi. 

Toxuculuq sənəti üçün mühüm  xammal növlərindən olan pambıq orta əsrlərdə 

dünya bazarlarında yüksək tələbata malik nadir mallardan sayılırdı. O əsasən dağətəyi və 

düzənlik zonalarında becərilirdi. 

Bu  dövrün  qaynaqlarında  Kağazkunan  (Xunəc)  ətrafında  pambıq  becərilməsi 

haqqında  məlumat  verilir.  Beyləqanda  pambıq  lifini  didənlərdən  söhbət  açılır,  Xoy  və 

Gəncənin  pambıq  parçalarından  danıĢılır.  Dərbənd  və  ona  bitiĢik  yerlər  isə,  yenə 

əvvəllər olduğu kimi, iri kətançılıq mərkəzi hesab edilirdi. 


335 

 

Azərbaycanda ipəkçilik  xeyli inkiĢaf etmiĢdi. Artıq X əsrdə Arran və ġirvan 



bu  məhsulun  ən  məĢhur  istehsalçılarına,  Bərdə  isə  ipək  istehsalı  üzrə  Yaxın  və  Orta 

ġərqin mühüm bazasına çevrilmiĢdi. XI-XII əsrlərdə xam  ipək istehsalı və onun emalı 

Bərdədən  əlavə,  Azərbaycanın  bir  çox  baĢqa  yerlərində  də  -  Beyləqanda,  Təbrizdə, 

Gəncədə,  ġabranda  və.s.  yayılmıĢdı.  Artıq  XII  əsrdə  xam  ipək  istehsalının  mərkəzi 

Arrandan  (Qarabağdan)  ġirvana  keçir.  ġabran nahiyəsi  Azərbaycanın  ən  iri  xam  ipək 

istehsalçısına çevrilir. Təsadüfi deyildir ki, dövrün qaynağı "onun mallarının çoxu xam 

ipəkdir",  -  deyə  məlumat  verir.  Bununla  yanaĢı,  ipəkçilik  Bərdənin  də  iqtisadiyyatında 

mühüm rol oynamaqda davam edirdi. 

Daxili və xarici bazarlarda boyaq maddələrinə böyük tələbat var idi. Ona görə 

də, əvvəlki dövrlərdə olduğu kimi, Azərbaycanın bəzi vilayətlərində, o cümlədən Bərdə 

və Təbrizdə, Ģoran torpaqlarda yaxĢı məhsul verən qızıl boyanın (qırmızın) becərilməsi 

davam etdirilirdi. 

Azərbaycanda  becərilən  kənd  təsərrüfatı  bitkiləri  adlarının  o  dövrün  tarix  və 

coğrafiya  əsərlərində  verilən  çox  da  böyük  olmayan  siyahısı  Qətran  Təbrizi,  Xaqani, 

Nizami  və  baĢqa  müasirlərin  əsərlərindəki  məlu matla  daha  da  zənginləĢir;  bu 

müəlliflərin  əsərlərində  biz  noxud,  lobya,  paxla,  mərcimək,  qovun,  qarpız,  xiyar, 

badımcan,  kələm,  soğan,  sarımsaq,  Ģüyüd,  zəfəran,  tərxun,  ispanaq  və  s.  adlara  rast 

gəlirik.  Bu,  həm  əlveriĢli  iqlim  Ģəraitinin  rəngarəngliyi,  həm  də  əkinçiliyin  yüksək 

inkiĢaf səviyyəsi ilə əlaqədar idi. 

Əkinçilikdə  mühüm  yerlərdən  birini  də  ölkənin,  demək  olar  ki,  bütün 

vilayətlərini əhatə edən bağçılıq tuturdu. Monqol iĢğalı ərəfəsində və ondan az sonra 

Azərbaycanı Ģəxsən gəzmiĢ Yaqut əl-Həməvi bu ölkənin hədsiz sərvətlərindən, saysız-

hesabsız  meyvə  ağaclarından danıĢır,  "mən  heç  yerdə buradakı  qədər  bağ,  bu  qədər 

çoxlu  çay  və  bulaq  görməmiĢəm"  -  deyir.  Mənbələrin  məlumatından  görünür  ki, 

Azərbaycanın Təbriz, Xoy, Naxçıvan, Bərdə, Urmiya, Unar, UĢnu, Beyləqan və baĢqa 

yerlərində  xeyli  iri  bağçılıq  təsərrüfatları  var  idi.  Buranın  biri  digərindən  fərqli  olan 

təbii Ģəraitində üzüm, alma, armud, ərik, Ģaftalı, gilas, gavalı, heyva, fındıq, qoz, əncir, 

portağal, limon, zeytun, badam, Ģabalıd, zoğal,  alça, tut və s. yetiĢdirilirdi. Məzə kimi 

baĢqa ölkələrə aparılan Naxçıvan üzümü, "mausil" növlü Təbriz, Səlmas və Xoy ərikləri 

bütün  ġərqdə  özlərinin  əla  dad  keyfiyyətlərinə  görə  məĢhur  idi.  "Əcaib  əd-dünya" 

əsərində olan məlumata görə, dünyanın heç bir yerində  Naxçıvan üzü mü qədər dadlı 

üzü m yo x idi. 

Yaqut  əl-Həməvi  UĢnuda  bitən  və  yaxınlıqdakı  bütün Ģəhərlərə  aparılan, 

"kumasra növlü ən yaxĢı armudlar"dan danıĢır. Hər yerdə məĢhur olan Bərdə narları da 

qaynaqlarda xüsusi qeyd edilir. 

Qeyd  etmək  lazımdır  ki,  XI-XII  əsrlərdə  Azərbaycanda  bölgələrdən asılı 

olaraq  bir  neçə  əkinçilik  sistemindən  istifadə  olunurdu.  Dincəqoyma,  növbəli,  herik, 

terras,  tala,  çala  əkinçilik  sistemləri  daha  geniĢ  yayılmıĢdı.  Torpağın  becərilməsi  üçün 

qoĢqu gücünə hərəkətə gətirilən mü xtəlif kotan növlərindən istifadə olunurdu. 

Dağ və dağətəyi zonalarda metal hissəli ağac kotan tətbiq edilirdi. Bir-iki cüt 



336 

 

öküz qoĢulan bu kotanla gün ərzində hektarın dörddə biri qədər yeri Ģumlamaq olurdu. 



Mürəkkəb,  təkmilləĢdirilmiĢ  ağır  və  ya  qara  kotan  əsasən  düzən  bölgələrdə  tətbiq 

olunurdu.  Ona  adətən  üç-dörd  cüt  öküz  qoĢulurdu.  Belə  kotanla  gün  ərzində  bir 

hektaradək yeri Ģumlamaq olu rdu. 

Əsas biçin aləti çin və oraq olmuĢdur. Onlar öz forma və quruluĢlarına görə 

bir-birinə  çox  oxĢasalar  da,  çin-diĢli,  oraq  isə  diĢsizdir.  Naxçıvan  ərazisində  taxıl 

biçimində "mərəndi" adlı alətdən də istifadə edilmiĢdir. Onun diĢsiz tiyəsi nisbətən iri 

olduğu  üçün  daha  çox  taxıl  sahəsini  biçmək  olurdu.  Biçinçi  biçin  zamanı,  sol  əlinə 

sümükdən,  ağacdan  və  ya  göndən hazırlanmıĢ  barmaqlıq  geyər,  qoluna  dolaq-qolçaq 

taxar,  belinə  isə  döĢlük  bağlardı.  Əkin  seyrək,  alçaq  və  ya  alaqlı  olanda  biçin  zamanı 

dəryazdan da istifadə edilirdi. 

YığılmıĢ  məhsulu  xırmanlarda  ən  geniĢ  yayılmıĢ  döymə  alətləri  olan  vəl  və 

carcarla döyürdülər. Taxılı döymək üçün xırmana sərilən dərzi qaramal və ya atlara da 

ayaqlatdırırdılar. 

Uzun  müddət saxlamaq  üçün  taxılı  xüsusi  qazılmıĢ  torpaq  quyulara,  hörmə 

çubuq anbarlara, içərisi ovulmuĢ və ya yonulmuĢ quru ağacdan düzəldilmiĢ kodlara, peyin 

qarıĢdırılmıĢ palçıqdan silindrik,  habelə  dairəvi  formada hazırlanan  kəndilərə,  irihəcmli 

təsərrüfat küplərinə yığırdılar. Taxılın nisbətən qısa müddətə saxlanılması və bir yerdən 

baĢqa yerə daĢınması üçün çuval, xurcun və dağarcıqlardan istifadə edilirdi. 

Azərbaycanlıların  təsərrüfat  həyatında  mühüm  yeri  maldarlıq,  ilk  növbədə, 

qoyunçuluq, sonra  isə  iri  buynuzlu  mal-qara saxlanılması və atçılıq tuturdu. Maldarlıq 

Azərbaycanın bütün vilayətlərində yayılsa da, geniĢ otlaqlara malik olan Muğan və ġir-

vanda,  habelə  Urmiya  və  UĢnu  vilayətlərində,  eləcə  də  Kür  və  Araz  çaylararası 

ərazidə  daha  geniĢ  yer  tuturdu.  Coğrafi  və  yaranmıĢ  tarixi  Ģəraitə  görə,  Azərbaycanda 

maldarlığın köçmə yaylaq - qıĢlaq və yarım köçəri formaları mövcud idi. Bir qayda olaraq, 

maldarlıqla yanaĢı əkinçilik də edən  köçmə  maldarlar bütövlükdə üstünlük təĢkil  edirdilər. 

Lakin  yarım  köçəri  maldarlığın  özü  də  torpaqların dəqiq  bölüĢdürülməsi,  habelə  təbii 

Ģərait  üzündən  köçmə  xarakter  daĢıyırdı.  Bu  maldarların  aran  yerlərdə  qəti 

müəyyənləĢdirilmiĢ  qıĢlaqları,  dağlarda  isə  yaylaqları  var  idi.  Səlcuqlar  gələnədək 

Azərbaycan  ərazisində  yaĢayan  yarım  köçəri,  eləcə  də  səlcuqlarla  bu  yerlərə  gələn 

köçəri tayfalar əvvəllər əkinçiliklə  məĢğul olmurdular. Onların qazanc mənbəyi yalnız 

maldarlıqdan  idi.  Bu  tayfaların  çox  hissəsi  Muğanda,  Urmiya  və  UĢnu  tərəflərdə, 

həmçinin Arran düzlərində köç salmıĢdı. Lakin maldarlıq təsərrüfatının bu forması geniĢ 

intiĢar tapa bilmədi - feodal təsərrüfatının daha mütərəqqi formaları olan oturaq əkinçilik 

və  Ģəhər  iqtisadiyyatının  daimi  təsirinə  məruz  qaldı.  Səlcuqların  Azərbaycana 

yürüĢündən sonra da Ģəhər və oturaq kənd əhalisinin üstünlük təĢkil etməsi göstərir ki, 

köçərilərin  bir  qis mi  çox  keçmədən  sosial  dəyiĢikliyə  məruz  qalmıĢ,  oturaq  həyat 

tərzinə keçmiĢdi. 

 

 



 

337 

 

§ 2. TORPAQ MÜNASĠBƏTLƏRĠ 

 

XI-XII  əsrlərdə  ġərq in  ən  inkiĢaf  et miĢ  əkinç ilik  ölkələ rindən  biri  olan 



Azərbaycanda  mövcud  torpaq  mülkiyyəti  formaları  -divani  (soltan, dövlət), tac və 

ya xass, iqta, vəqf, mülk, camaat (icma) əvvəlkindən çox  fərq lənmirdi.  Səlcuqların 

tabeliyində olan baĢqa yerlərdə olduğu kimi, Azərbaycanda da bu dövrdə iqta mül-

kiyyəti forması üstünlük təĢkil edirdi. Lakin ərəb iĢğalından sonrakı dövrdə iqta hər 

hansı  ərazin in  idarə  altına  verilməsin i  bildirirdisə,  sonralar  feodal  mü lkiyyət 

formalarının  inkiĢafı  ilə  əlaqədar  onun  məzmunu  dəyiĢir.  Səlcuq  hakimiyyəti 

illərində  iqtanın  xüsusilə  qoĢun  baĢçılarına  xid mət  haqqı  kimi  paylan ması  geniĢ 

vüsət  alır.  Bu  zaman  ondan  gələn  gəlir  pula  çevrilərək  hesablanır,  iqta  sahibinin 

(iqtadarın) dəstəsində olan döyüĢçülərin sayı müəyyənləĢdirilirdi.  

Vəzir  Nizamü lmü lkün  vaxtında  iqtadar  onun  iqtasında  olan  vilayətdə 

dövlətin  nümayəndəsi  hesab  edilirdi.  Mərkəzi  hakimiyyətin  zəifləməsilə  iqtadarın 

nıüstəqilliy i artırd ı. 

MəlikĢah  dövründə  iqtanın  xid mət  haqqı  kimi  paylan masına  bariz  misal 

tarixçi  Ravəndinin verdiyi  məlu matdır. Həmin  məlu mata görə Azərbaycan, Ġraq və 

baĢqa  ölkələrdə  səlcuqların  iĢğal  etdikləri  torpaqlar  MəlikĢahın  46  min  

döyüĢçüsünə paylanmıĢdı. 

Sədrəddin  əl-Hüseyninin  məlu matına  görə,  atabəy  ġəmsəddin  Eldəniz 

Rey və onun ətrafını tutandan sonra həmin yerləri oğlu Cahan Pəhləvana iqta kimi 

vermiĢdi.  Ravəndinin yazdığına görə, atabəy Cahan Pəhləvan ölümündən az əvvəl, 

demək olar, bütün dövlət torpaqlarını özünün yetmiĢə yaxın  məmlükü arasında iqta 

pay  torpağı  kimi  bölüĢdürmüĢdü.  Mənbələrin  təsdiq  etdiyinə  görə,  iqta  kimi 

verilmiĢ  bu  yerlərdəki  27  Ģəhər  Azərbaycan  ərazisində  yerləĢirdi.  Atabəy  Qızıl 

Arslan  iqta  mülklərinin  xid mət  haqqı  kimi  əmirlərə  verilməsi  haqqında  bir  sıra 

fərmanlar vermiĢdi. Bu siyasət sonrakı dövrlərdə də davam etdirilirdi.  

Dövlət  (divani)  torpaq  sahələrinin  baĢqa  torpaq  mülkiyyəti  növləri,  ilk 

növbədə Ģərtli torpaq payları (iqta) hesabına X yüzildən  baĢlanan azalma  meyli XI-

XII əsrlərdə  xey li güclənir. Bununla yanaĢı iqtanın  irsi  torpaq  mülkünə  çevrilməsi 

mey li  də  artırdı.  Məsələn,  Əhər  məlikləri  nəsli  Cənubi  A zərbaycandakı  Əhər  və 

Varavi nahiyələ rin i Alp Arslan dövründən (1063-1072) 1225-c i ilədək  iqta kimi öz 

əllərində  saxlamıĢ,  bu  sülalədən  olan  son  iki  hakim  hətta  öz  adlarına  pul  da 

kəsdirmiĢdi.  Lakin  dövlət torpaqlarının  iqta  kimi  paylanması  feodal  pərakəndəliyi 

üçün ictimai-iqtisadi zəmin yarad ır, mərkəzi hakimiyyətin zəifləməsinə səbəb olur. 

Tac  və  ya  xass  torpaqları  səlcuq  soltanları  və  A zərbaycan  atabəylərin in 

ixtiyarında  idi.  Bu  torpaqlardan  ancaq  hakim  sülalənin  nümayəndələrinə  iqta  payı 

verilirdi.  Mənbələrin  (Sədrəddin  əl-Hüseyni,  ən-Nəsəvi)  verdiy i  mə lu mata  görə, 

Azərbaycan Atabəyləri dövlətində Naxçıvan vilayəti,  Gəncə və "ona birləĢdirilmiĢ 

Beyləqan,  ġəmkir  və  ġutur",  habelə  Ərdəbil,  Səlmas,  Urmiya,  Xoy  və  b. 

ġəmsəddin Eldənizin xass torpaqları idi. 



338 

 

Xass  torpaqlarını  yerli  hakim  süla lələ rin  qadın  və  qızla rı  ilə  kəsilən 

nikahlar  nəticəsində  də  əldə  etmək  olurdu.  Son  Atabəylər  dövrünə  dair  tarixi 

məlu matlarda daha tez-tez təsadüf edilən belə nikahlar ( məsələn, soltan Cəlaləddin 

Manqburnunun  Özbəyin  arvadı  Məley kə  xatunla,  Özbəyin  oğlu  XamuĢun  arvadı 

Sülafə  xatunla nikahları və s.)  mü lk sahibləri olan bu qadınların təĢəbbüsü nət icə-

sində baĢ verir, soltanla kəbin onların mü lklərinin to xunulmazlığ ını təmin edirdi. 

Din i  müəssisələrin  xeyrinə  verilən  ianələr  vəqf  adlan ırdı.  Vəqfləri 

ianəçilərin təyin etdikləri  mütəvəllilər  - hamilər  idarə edirdilər. Nəzir və qurbanlıq 

əmlakları  da  vəqf  adlanırdı.  Gəlirləri  məscid,  məqbərə,  mədrəsə,  zaviyə,  xanəgah 

və  digər  ictimai  tikintilərin  və  onlarla  əlaqəsi  olan  adamların  saxlan ılmasına  sərf 

edilən  mü lklər  də  dini  ianələr  idi.  Adı  dövrümüzədək  gəlib  çatmıĢ  mə Ģhur 

ianəçilərdən  biri  Naxçıvanın  Ģihnəsi  Seyf  əd-Din  Aybəy  olmuĢdur.  O,  Məkkə 

ziyarətindən  sonra  öz  vəsaiti  hesabına  Ģəhərdə  məscid  və  zaviyə  tikd irmiĢ,  bütün 

var-yoxunu ianə vermiĢdi. 

Bəzi hallarda öz əmlakların ı gözlən ilməz vəziyyətlərdən  mühafizə etməyə 

çalıĢan  sahibkarlar  gəlirin  müəyyən  hissəsinin  irsən onlara  çatacağını  qabaqcadan 

ĢərtləĢərək, həmin əmlakı vəqf  müəssisələrinin  ixtiyarına verirdilər.  Belə  ki, siyasi 

Ģəraitin tez-tez dəyiĢdiyi bu dövrdə dünyəvi qanunvericilikdənsə Ģəriət qanunlarına 

daha çox etibar edilirdi. 

Xüsusi  torpaq  mülkiyyəti  (mülk) onun sahibinin  Ģərtsiz  mülkü  idi.  O,  bu 

torpağı sata, irsən ötürə, bağıĢlaya və ianə verə bilərdi. Bundan baĢqa  su kanalları, 

kəhrizlər və s. də onun əlində idi. Mülkə sahib olmaq heç bir  xid məti borcla bağlı 

deyildi. Müsəlman ın daĢınmaz əmlakı, o cü mlədən  mülkü ancaq o halda müsadirə 

edilə  b ilərdi  ki,  mülkün  sahibi  dönük  çıxıb,  kafirlərin  yanına  qaçsın.  Mü lk 

torpaqları  ü zərinə  uĢr  (onda  bir)  ad lanan  kiçik  vergi  qoyulurdu.  Lakin  mü lklərin 

bəziləri  verg ilərdən  azad  olunurdu.  SatıĢ  zaman ı  belə  mü lklər  daha  baha 

qiymətləndirilirdi. 

Səlcuqların  siyasi  hakimiyyətə  gəlməsilə  təkcə  dövlət  torpaqların ın 

paylanmasında deyil,  mü lk torpaqlarının dina mikasında da yeni vəziyyət meydana 

çıxd ı.  MəlikĢahın  hakimiyyəti  zaman ı  mü lk  torpaq  münasibətləri  xüsu silə  kəskin 

Ģəkil  aldı.  Bir  ço x  adamın  əlində  külli  miqdarda  qəbalə  və Ģəksiz  sahibliyə  (sərix 

əl-mü lk)  görə  təkrar  fərmanlar  o ldu.  ġəriət  hakimləri  (qazılar)  tərəfindən  təsdiq 

edilmələrinə baxmayaraq, ciddi yo xlamalar zamanı onların ço xunun yalan, fırıldaq, 

rüĢvət,  oğurluq  və  baĢqa  qeyri-qanuni  yollarla  əldə  edildiy i  aĢkar  o ldu.  Qanun 

pozuntularının qarĢısını almaq üçün MəlikĢah və onun vəziri  Nizamü lmü lk yeni b ir 

fərman  verdilər;  bu  fərmana  görə,  gərək  bütün  soltanlıqda  "köhnə  qəbalələr 

əsasında otuz il iddia  irəli sürülməsin və belə iddialara baxılmasın". Fərman bütün 

XI-XII və hətta XIII əsrlər boyu qüvvədə qalmıĢdı.  

Beləliklə,  Səlcuqilər  zamanı  və  onlardan  sonra  mülk  torpaqlarının  alq ı-

satqısı  xey li  geniĢ  miqyas  aldı.  Müəyyən  dövrlərdə  isə  mülk  torpaqlarının  dövlət, 

vəqf  və  icma  torpaqları  hesabına  geniĢ lənməsi  mey li  güclənirdi.  Feodal 



339 

 

parçalan masına  gətirib  çıxaran  bu  mey l  bəzi  hallarda,  XI  əsrin  sonu  XII  əsrin 



əvvəllərində olduğu kimi,  mərkəzi siyasi hakimiyyəti  xey li  zəiflətsə də, ġərq siyasi 

hakimiyyətinin  baĢlıca  iqtisadi  bazası  -  bütün  feodal  iyerarxiyasının  əsaslandığı 

torpaq üzərində dövlət mülkiyyəti, demək olar ki, sarsılmaz qalırdı. 

 

 



 

§ 3. SƏNƏTKARLIQ 

 

XI-XII  əsrlərdə  Azə rbaycan  Ģəhərlərinin  in kiĢafı  Ģəhərətrafı  ticarət-



sənətkarlıq  yerləri  olan  rabadların  geniĢlən məsi  ilə  müĢayiət  edilirdi.  Gəncə, 

Təbriz,  Beyləqan, Naxçıvan, ġamaxı, Marağa, Ərdəbil və digər iri Ģəhərlərin geniĢ 

rabadları  vardı.  Belə  iri  və  eləcə  də  orta  Ģəhərlərdə  sənətkarlığ ın,  demək  olar  ki, 

bütün sahələri  yayılmıĢdı.  ġirvan  və  Arran  feodal  inzibati  dairələrində  məmurluq 

edən Məsud ibn Namdarın  məlu matına görə, təkcə Bey ləqanda otuzdan artıq sənət 

növü vardı. Onların əsl sayı isə, görünür, daha ço x idi. Bütövlükdə isə in kiĢaf etmiĢ 

feodalizm  dövründə  Azərbaycanda  bir  neçə  yüz  sənət  və  peĢə  sahəsi  olmuĢdur. 

Sənət  sahələrinin  rəngarəngliy i  ilk  növbədə  Ģəhərlərdə  və  onların  ətraflarında 

əmtəə  -  pul  münasibətlərinin  kifayət  qədər  yüksək  inkiĢaf  səviyyəsi  ilə  bağlı  idi. 

Bununla yanaĢı, Ģəhər sənətkarlığı təkcə daxili deyil, həm də  xarici bazarla da sıx 

əlaqədardı.  

 

 



 

 

 



 

 

 



Bu  dövrün  əksər  iri,  o rta  və  kiçik  Ģəhərlərinin  sənətkarlıq  istehsalında 

toxuculuq  müəyyənedici əhəmiyyət daĢıyırdı.  Bunun üçün əsas xammal  xam  ipək, 

yun və bu dövrdə təkcə Azərbaycanda deyil, qonĢu ölkələrdə də kətan və çətənəni 

xeyli  dərəcədə  sıxıĢdırmıĢ  pambıq  id i.  Kətançılıq  və  kətantoxu ma  ancaq 

Dərbənddə  bitiĢik  rayonlarda  qalmıĢdı.  Bu  dövrün  qaynaqlarında  Beyləqan,  Xoy 

və  Gəncənin  pambıq  parçaları  ilə  yanaĢı,  Kağazkunan  Ģəhəri  ətrafında  pambıq 

becərilməsi haqqında da məlu mat verilir.   

 

 



 

 

XI  –  XII  əsrlərdə  Bərdə  vilayəti  bütün  Ya xın  və  Orta  ġərqda  to xuculuq 



üçün baĢlıca xammal  mənbələrindən biri olan  xam  ipək  istehsalı üzrə  mühüm baza 

olmuĢdu.  Ġranın  və  ona  qonĢu  ölkələrin  öz  xammalı  olmayan  bir  ço x  vilayətləri  

Bərdə  xam ipəyindən istifadə edirdilər.  Bərdə ilə yanaĢı, Beyləqan, Təbriz,  Gəncə, 

ġabran və bir ço x digər A zərbaycan vilayət və bölgələrində də  xam  ipək  istehsalı 

geniĢ  yayılmıĢdı.  Zəkəriyyə  əl  –  Qəzvini  Gəncədə  görünür  ki,  monqol 

basqınınadək  xam  ipək e malının təsvirin i belə verir: ―ġəhərin ö zündə arx var, ona 

iki  yolla  düĢürlər:  bunlardan  biri  Bab  əl  –  Məqbərə  (Qəbiristan  darvazası),  digəri 

isə Bab əl –  Bərdə (Bərdə darvazası) yanındadır. Adamlar Bab əl-Məqbərə yanında 

su götürərək, ipəyi bunda emal ed irlər, bundan sonra onun qiyməti  Bab əl  – Bərdə 

yanındakı  suda  yuyulmuĢ  ipəyin  qiy mətinə  nisbətən  baha  olur.  Suyu  Bab  əl- 

Məqbərədən  götürüb,  Bab  əl-  Bərdəyə  aparanda,  bundan  bir  Ģey  çıxmır,  əksinə 

edəndə, çox gözəl alınır‖.   

 

 

 



 

 


340 

 

 



Bu  dövrdə  Azərbaycanda  yun  toxu ma  və  xalçaçılıq  da  kifayət  qədər 

möhkəm  xammal  bazasına  malik  idi.  Xammalın  bolluğu  və  ucuzluğu  Ģəhərlərdə 

ipək, pamb ıq və yun toxuculuğu, habelə digər sənətkarlıq sahələrin in inkiĢafı üçün 

əlveriĢli  Ģərait  yaratmıĢdı.  Təbriz,  Gəncə,  Naxçıvan,  Marağa,  Xoy,  Beyləqan, 

Ərdəbil  və  ġamaxı  kimi  mühü m  Ģəhərlər  yalnız  A zərbaycan  miqyasında  deyil,  

bütün  Yaxın  ġərq  miqyasında  əhəmiyyətli  toxuculuq  mərkəzləri  idi.  Orta  əsr 

sənətkarlığının bütün sahələrinin mövcud olduğu Təbrizdə atlas, zərxara, kiĢi paltarı üçün 

yüksək  keyfiyyətli  parça,  qızılı  və  gümüĢü  iĢləməli,  üstündə  zoomorfik  və  nəbati 

ornamentləri olan rəngbərəng ağır ipək parçalar və bez, eləcə də iplik və ipək  saplar, 

zər parçalar üçün zər baftalar istehsalı xüsusi əhəmiyyət kəsb etmiĢdi. 

Gəncədə  pambıq  parçalarla  yanaĢı,  atlas,  zərxara  kimi  bahalı  ipək  parçalar 

istehsalı inkiĢaf etmiĢdi. Bu Ģəhərdə hazırlanan xəz əmmamələrə, keçəyə, "əl-Gənci" və 

"əl-kutni"  (pambıq)  adlanan  paltarlara  ölkədə  və  onun  hüdudlarından  kənarda  geniĢ 

tələbat vardı. 

Azərbaycanın  iri  iqtisadi  mərkəzi  olan  Naxçıvan  Atabəylərin  hakimiyyəti 

dövründə  inkiĢaf  etmiĢ  sənətkarlıq  istehsalına  malik  idi.  ġəhərdə  mü xtəlif  sənət 

sahələrini  təmsil  edən  çoxlu  mah ir  ustalar  -  toxucular,  bənnalar,  çini  qab  və  ağac 

emaletmə  ustaları,  zərgərlər  və  b.  çalıĢırdılar.  ġəhərin  sənətkarlıq  istehsalında  toxu-

culuq və onunla bağlı olan sahələr - Çin parçası (xətai), zərif örtük, xalça, keçə, çuxalıq 

yun  parça,  hamam  fitələri  üçün  nazik  Ģal  və  pamb ıq  parça  istehsalı  mühü m  rol 

oynayırdı. 

Müxtəlif  cür  ipək  parça  istehsalının  inkiĢaf  etdiyi  ġamaxı,  zərxarası,  zərif 

parçadan tikilmiĢ  hazır  paltarı  (kərbai), yüksək  keyfiyyətli fitəsi ilə məĢhur olan Xoy, 

cəme  adlı  zərif  qara  xara  parçası  ilə  Ģöhrət  tapmıĢ  Ərdəbil  və  b.  mühüm  to xuculuq 

mərkəzləri  idi.  Bu  parçaların  istehsalı həm  də bazar əmtəə  xarakteri  daĢıyır, daxili  və 

xarici  ticarətin  tələbatı  ilə  sıx  bağlı  idi.  ġəhərlərdə  istehsal  olunan  və yalnız  daxili 

bazar üçün nəzərdə tutulan parçaların növləri daha zəngin idi. 

Azərbaycanın  Ģəhər  və  kəndlərində  xalçaçılıq  geniĢ  yayılmıĢdı.  Bu  dövrün 

tarixi  və  bədii  əsərlərində tez-tez  rast gəlinən  zilu,  qali,  kilim,  məfrəĢ  və  b. bu  kimi 

xalça və xalça məmulatlarının adları həmin məmulatların yerli əhalinin məiĢət həyatına 

qəti  daxil  olduğunu  sübut  edir.  Təbriz,  Naxçıvan,  Xoy,  Mərənd  dövrün  məĢhur 

xalçaçılıq mərkəzləri idi; kilim istehsalı Kür-Araz hövzəsinin Ģərqində yerləĢən Ģəhər 

və yaĢayıĢ məntəqələrində inkiĢaf etmiĢdi. 

Böyük  tələbata  görə,  Azərbaycanda  XI-XII  əsrlərdə  mü xtəlif  növ  dəri  və 

dəri  məmulatlarının  istehsalı  ilə  bağlı  olan  sənətkarlıq  geniĢ  yayılmıĢdı;  bunların 

içərisində tumacdan və yumĢaq dəridən mü xtəlif forma və fasonlu ayaqqabılar, yəhər 

və yüyənlər, dəri ayaqaltılar, kəmərlər, xəzlər vard ı.  

Dabbağlıq  sənəti  Cənubi  A zərbaycanın  Ənar  və  Əhər  kimi  Ģəhərlərində 

xüsusilə  geniĢ  inkiĢaf  etmiĢdi.  Bu  Ģəhərlərdə  hazırlanan  çullar  yerli  ixracatın  əsas 

məhsulu id i. Surmaridə istehsal olunan əla yəhərlər xarici bazarlara çıxarılırd ı. ġəki 

vilayəti də dən istehsalının məĢhur mərkəzlərindən idi.  


341 

 

MetaliĢləmə  sənəti,  xüsusən  də  onun  baĢlıca  sahəsi  olan  dəmir  emalı 



əvvəlki  dövrlə  müqayisədə daha  yüksək  səviyyəyə  qalxmıĢdı.  Bu  sahənin  inkiĢafı 

hər Ģeydən əvvəl mü xtəlif kənd təsərrüfatı və sənətkarlıq alətlərinə, eləcə də soyuq 

silahlara olan böyük tələbatla bağlı idi.  Beyləqan, ġamaxı,  Qəbələ, ġabran və digər 

Ģəhərlərdə  aparılan  arxeo loji  qazıntılar  zamanı  bu  dövrə  aid  mədəni  təbəqələrdə 

dəmir  kotan  gavahınları,  oraq lar,  bellər,  kətmənlər,  miĢarlar,  adi  çəkməçi  və  ov 

bıçaqları, cəftələr, pərçimlər, həncəmələr, halqalar, qıfıllar, açarlar,  mü xtəlif ölçü lü 

tikinti  mismarları,  mü xtəlif  təyinatlı  nallar,  ro mbvari  o x  ucluqları,  qəmələr, 

xəncərlər, döyüĢ bıçaqları və yabalar, qılınclar, zirehlər, dəbilqələr, nizə ucluqları və 

s. aĢkara çıxarılmıĢdır. 

Usta dəmirçilər bu sənətin ən bəsit və qədim üsulu olan soyuqdöymədən 

və  tədricən  baĢlıca  texnoloji  üsula  çevrilən  istidöymədən  istifadə  edir,  əritmə  və 

qaynaq əməliyyatların ı ö zlərinə məxsus mü xtəlif qaydalarda aparırdılar.  

XI-XII  əsrlə rdə  Gəncə,  Təbriz  və  Ərdəbil  meta liĢlə mə  sənətinin,  o 

cümlədən  də  dəmirçiliy in  iri  mərkəzləri  idi.  Ġndiyədək  Gürcüstanın  Gelati 

monastırında bir tayı qalan XII əsrə  məxsus  Gəncə dəmir darvazası yerli ustaların 

yüksək  sənətkarlığ ına  dəlalət  edir.  Mü xtəlif  silahla ra  tələbat,  eləcə  də  Gəncə 

həndəvərlərində dəmir və  mis filizi yataqlarının  olması silah  istehsalının buradakı 

inkiĢafına Ģərait yarat mıĢdı. Özünün "yaxĢı bıçaqla rı"  ilə  ad çıxa rmıĢ ġə mkirdə də 

sənətkarlığın bu sahəsinin inkiĢafı bununla izah olun malıdır. 

Bu dövrdə iri tunc qazanlar  istehsalı da geniĢ yayılmıĢdı. ġinan zonasının 

Ģimal  Ģərqində,  Altıağac  kəndi  yaxınlığında,  habelə  Çu xuryurd  kəndi  ərazisində 

belə  qazanlar  tapılmıĢdır.  Örənqala  Ģəhərgahında  aĢkar  edilən  tunc  qazan  qulpu, 

eləcə  də  qulp  üçün  qəlib  Beyləqanda  da  belə  qazanlar  istehsalının   mövcud 

olduğuna dəlalət edir. 

Tunctökmə  ustaları  və  misgərlərin  hazırladıqları  məiĢət  əĢy aları  daha 

rəngarəng  idi;  qazanlarla  yanaĢı,  onlar  tərəzi  gözləri  və  daĢları,  mü xtəlif  formalı 

piyalə  və  qablar,  taqqülbablar,  zəncirlər,  aftafalar,  çıraqlar  və s.  düzəldirdilər.  Lakin 

misgərlik daha geniĢ yayılmıĢ, təkcə iri və orta Ģəhərləri deyil, bir çox xırda Ģəhərləri də 

əhatə  etmiĢdi.  Arxeoloji  materiallar  Beyləqan  və  ġamaxıda  tunc və  mis  məmu latlar 

istehsalının  yüksək  inkiĢafına  dəlalət  edir.  Məsələn,  Örənqala  tapıntıları  içərisində 

ərgin  misi  götürmək  üçün parçlar  aĢkara  çıxarılmıĢdır.  Xoy  Ģəhəri  də  iri  mis  emalı 

mərkəzi  idi.  Anonim  "Əcaib  əd-dünya"  coğrafi  əsərində  bu  Ģəhərin  ən  yaxĢı  sənət 

nümunələri içərisində mis məmulatların da adları çəkilir.  

Arxeoloji  və  yazılı  materiallar  XI-XII  əsrlərdə  Azərbaycanda  nəcib 

metallardan  (qızıl,  gümüĢ  və  s.),  tunc,  mis,  qiymətli  və  əlvan  daĢlardan  düzəldilmiĢ 

bəzək  Ģeylərinin,  yəni  qızıliĢləmə,  zərgərlik  və  cilalama  iĢinin,  demək  olar  ki,  bütün 

sahələrinin geniĢ yayıldığını göstərir. Burada cütqabağı, sırğa, üzük, toqqa, tana, boyun-

bağı, zəncir, qolbaq, bilərzik, sancaq, düymə və s. bu kimi Ģeylər istehsal olunurdu. 

Ərəb  caniĢinliyi  dövrünün  məĢhur  sənətkarlıq  mərkəzi  olan  ġiz  bu  dövrdə 

tənəzzülə  uğrasa  da,  burada  hələ  də  qızıl  və  qurğuĢun  çıxarılıb  emal  olunurdu. 



342 

 

QızıliĢləmə  və  zərgərlik  məmulatları  istehsalının ən mühüm mərkəzi Təbriz idi.  Lakin 



arxeoloji və yazılı qaynaqlar ġamaxı, Naxçıvan, Beyləqan, Bakı və b. yerlərdə də müxtəlif 

bəzək Ģeylərinin düzəldildiyini təsdiq edirlər. 

Bəzi Ģəhərlərdə, eləcə də Təbrizdə, cəvahirsazlığın  - cilalama  iĢinin inkiĢaf 

etdiyi  məlu mdur.  ġəhər  bazarında qiymətli  daĢ cilalayıcılarının  xüsusi  cərgələri  var 

idi.  Bu,  feodal  əyanlarının  qiymətli  daĢlardan  düzəldilmiĢ  məmulatlara  olan 

tələbatlarının artması ilə  bağlı  idi.  XII  əsrin  müəllifi  XubeyĢ  Tiflisinin  məlumatından 

görünür  ki,  feodalizmin  çiçəkləndiyi  dövrdə  ġərqdə,  o  cümlədən  də Azərbaycanda 

qiymətli  daĢ-qaĢ  və  büllurun  cilalanması,  minaya  tutulması  və  rənglənməsi  kifayət 

qədər yüksək inkiĢaf səviyyəsinə çatmıĢdı. 

XI-XII  əsrlər  dulusçuluq  sənətinin  çiçəklənməsi  dövrü  idi.  Bu  təkcə 

istehsalat  həcminin  artması  və  inkiĢaf  dairəsinin  geniĢlənməsində  deyil,  məhsulların 

keyfiyyətində  də  müĢahidə  olunur.  Azərbaycanın  Gəncə,  Beyləqan,  Naxçıvan,  Bakı, 

Ərdəbil, Marağa, Təbriz, ġamaxı, ġabran və b. Ģəhərlərində dulusçuluq sənəti geniĢ 

yayılmıĢdı.  Ölkəmizin  ərazisində  (Beyləqan,  Gəncə,  ġamaxı  və  b.)  aparılan 

arxeolo ji  qazıntılar  kü lli  miqdarda  Ģirsiz  və  Ģirli  saxsı  materiallar  aĢkara 

çıxarmıĢdır.  Ġstehsalına  məh z  orta  əsrlərdə  baĢlanılan  Ģirli  qablar  mü xtəlif  rəngli 

rəsmlərlə  -  insan,  nəbati  və  heyvan  rəsmləri  ilə  bəzədilir,  bəzilərinin  ü zərinə 

ustanın adı, Ģeir parçaları, hikmətli kəlamlar və s. həkk edilirdi.  

Yazılı  qaynaqlarda  da  dulusçuluq  sənətinin  bu  dövrdə  geniĢ  inkiĢafı  ilə 

əlaqədar  xeyli  material vard ır. "Əcaib əd-dünya" coğ-rafi əsəri  Gəncə yaxın lığında 

"yaxĢı  saxsı  ku zələri  ilə  məĢhur  olan  iki  Ģəhər  -  ġəmkir  və  ġutur"  haqqında 

məlu mat  verir.  Du lusçuluq sənətinin  inkiĢafı  təkcə  Ģəhərlərdə  deyil,  kəndlərdə  də 

müĢahidə  olunurdu;  Təbriz  yaxınlığ ındakı  bir  kənd  bu  sənət  növünün  aparıcı 

roluna  görə  hətta  kuzəkunan  (yəni  ku zə  dü zəldənlər)  ad lanırd ı.  Əhalin in  ev 

məiĢətində  saxsı  məmulatına  zəruri  tələbat  zəngin  gil  yataqlarına  və  ucuz  odun 

ehtiyatına  ma lik  olan  Azə rbaycan  ərazisində  bu  dövrdə  dulus  emalat xanaların ın 

sayının  artmasına  səbəb  oldu.  Beyləqan,  ġabran  və  Qəbələ  Ģəhərlərində  aparılan 

arxeolo ji  qazıntılar  zamanı  aĢkar  edilən  mü xtəlif  növ  dulus  kürələri  onların 

tədricən  təkmilləĢdirildiyin i  gös tərir.  Tikilmə  formasına  görə  b ir-b irindən  fərq li 

olan  bu  kürələr  (dairəvi  və  düzbucaqlı)  onlarda  biĢiriləcək  gil  məmulatına  (tikinti 

materialları, Ģirsiz və Ģirli qablar, eləcə də kürəv i-konusvari saxsı  məmu lat) uyğun 

formaya salın ırdı. 

Bu  dövrdə  ĢüĢə  istehsalında  da  mühüm  irəliləyiĢ  baĢ  vermiĢdi.  ġüĢə 

məmu latları  həm  forma,  həm  də  tərtibat  baxımından  daha  mükəmməlləĢ miĢdilər. 

Gəncə, Bey ləqan, Qəbələ, ġamaxı Ģəhərləri ərazisində aparılan arxeo loji qazıntılar 

yerli  istehsal  nümunəsi  olan  mü xtəlif  təyinatlı  və  formalı  ĢüĢə  məmulatları  -  zərif 

ĢüĢəli dərman və ətir qabları, ku zə formalı ĢüĢə qablar, vazalar, piyalələr,  qədəhlər, 

mü xtəlif  bəzək  əĢyaları  (muncuqlar,  ü züklər,  möhürlər,  qolbaqlar  və  s.)  aĢkara 

çıxarmıĢdır. 

Formaların  zərifliy i,  ĢüĢə  kütləsinin  təmizliyi  və  Ģəffaflığ ı,  məmu latın 



343 

 

səthinə  vurulan  naxıĢlar  Azərbaycan  sənətkarlarının   yüksək  ustalığını  nü mayiĢ 



etdirir.  Üfürmə  üsulu  təkmilləĢmiĢ,  rəngli  ĢüĢə  daha  geniĢ  tətbiq  olunmağa 

baĢlamıĢdı.  XubeyĢ Tiflisinin XI-XII əsrlərdə ĢüĢənin mü xtəlif rənglərə boyanması 

və cilalan ması  sahəsində  ġərqdə  böyük   müvəffəqiyyətlər qazanılması haqqında 

məlumatı    Azərbaycan    ərazisində    aparılan    arxeolo ji  qazıntıların  nəticələri  ilə 

tamamilə təsdiq olunur. 

ġəhərlərdə  və  bir  çox  kəndlərdə  çoxlu  ağaciĢləmə  ustaları  -  dülgərlər  və 

xarratlar  çalıĢırdılar.  Xaqaninin  Ģeirlərinin  birindən  görünür  ki,  XII  əsrdə  ġamaxıda 

dülgərlik  və  xarratlıq  xüsusi  sahə  təĢkil  edirdi.  AğaciĢləmə  ustalarının  özlərinin  peĢə 

sənətkarlığı birlikləri vardı. XII əsrin birinci yarısında bu birliyin baĢında Xaqaninin "ġeyxe 

mühəndis"  adlandırdığı  Nəccar  (dülgər)  ləqəbli  atası  Əli  dururdu.  ġair  dülgərlərin  əsas 

alətlərini  də  sadalayır:  tiĢə,  rəndə,  hərrə,  kəmanə  (burğu,  neĢtər),  suhan  (suvand)  və  s. 

Azərbaycanda  ağaciĢləmə sənətinin  baĢlıca  mərkəzləri  Lənkəran,  ġamaxı,  ġəki,  Quba, 

Naxç ıvan və b. idi. XIII əsrin əvvəllərində Ərdəbildə olan Yaqut əl-Həməvi bu Ģəhərdə 

istehsal edilən taxta {xələnc) kasa və tabaqlar haqqında məlumat verir, burada bu və digər 

məiĢət əĢyalarını təmir edən çoxlu emalatxanalar olduğunu bildirir. Ərdəbilin ağac ustaları 

daraqlar (şanə), zərif sazlar, sandıqlar, arabalar və baĢqa Ģeylər də hazırlayırd ılar.  

Mənbələrdən görünür  ki,  Naxçıvanın  ağac ustaları əsasən naxıĢlı təknə və tabaq 

düzəltmək üzrə ixtisaslaĢmıĢdılar. Bu məmulatın bir qismi yerli tələbatı ödəyir, qalanı isə 

satıĢ məqsədilə xarici ölkə lərə göndərilirdi. 

AğaciĢləmə  sənətinin  bir  çox  sahələrinin  inkiĢafı  xeyli  dərəcədə Ģəhərlərdə 

tikinti iĢlərinin yüksəliĢi ilə bağlı idi. ġəhər həyatının çiçəklənməsi çoxlu mülki, müdafiə 

və mədəni xarakterli tikililərin ucald ılması  ilə  müĢayiət olunurdu. ġəhərlərdə böyük 

miqdarda  ixtisaslı  inĢaat ustalarının  - bənna, daĢyonan,  memar,  həkkak,  nəqqaĢ və b. 

olması da bununla bağlı idi. 

ġəhərlərdə  və  Ģəhərətrafı  rayonlarda  əhalin in  təsərrüfat  həyatında  mühüm 

yer  tutan  onlarca  baĢqa  sənət  və  peĢə  növləri  də  mövcud  idi.  Bakıda  neft  və  duz 

çıxarılması,  Naxçıvanda  duz  hasilatı,  Kağazkunanda  kağız  istehsalı,  Təbrizdə  yüksək 

səviyyəli cildləmə iĢi və s. belə peĢələrdən idi. Yemək  məhsulları hazırlayan ustalar - 

qənnadlar,  aĢpazlar,  çörəkçilər  və  b.  Ģəhər  sənətkarlarının  mühüm  dəstəsini  təĢkil 

edirdilər.  Onların  bir  çox  məmulatları  ölkənin  hüdudlarından  çox-çox  uzaqlarda  da 

böyük Ģöhrətə malik idi. 

Monqollaraqədərki  Azərbaycan  Ģəhərlərində  peĢə  sənətkarlığı  birliklərinin 

olması haqqında qaynaqlarda birbaĢa material olmasa da,  xeyli  dolayı  məlu mat  belə 

birləĢmələrin o dövrdə də mövcudluğu barədə Ģübhəsiz nəticə çıxarmağa imkan verir. 

Sonrakı  dövrlərin  qaynaqlarında  bu  təĢkilatlar  "əsnaf‖  və  ya  "hərfat"  adlandırılır. 

Beyləqan  və  ġabranda  dulusçular  və  çörəkbiĢirənlər  məhəllələrini  aĢkara  çıxarmıĢ 

arxeoloji qazıntılar da öyrənilən dövrdə peĢə sənətkarlığı birliklərinin olmasına dəlalət 

edir.  ġəhərlərin  ticarətçi-sənətkar  əhalisi  irsi  yolla  seçilən  rəislərin  baĢçılıq  etdikləri 

sosial-peĢə dərəcələrinə bölünürdü. Qaynaqların pərakəndə məlumatlarından görünür ki, 

sənətkarlıq birliklərinin rəisi institutu bütün əsas sahələri əhatə edirdi: X əsrdə Gəncədə 



344 

 

ipək alverçilərinin rəisi (qəzzas) vəzifəsi mövcud idi; XI əsrdə ġirvanĢahla müxalifətdə 



olan rəislər sırasında Dərbəndin sərrac və dabbağlarının rəisi əl-Heysəm ibn Maymun 

əl-Bəinin (1075-ci ildə vəfat edib) adı çəkilir. Bakıda inĢaatçı-sənətkarların rəisinin olması 

ĠçəriĢəhərdəki Sınıqqala məscidinin divarındakı kitabə ilə sübut edilir; kitabədə "əl-ustaz 

ər-rəis"  titullu  Məhəmməd  ibn  Əbubəkrin  adı  qeyd  olunmuĢdur.  Sənətkarlıq 

birliklərinin baĢçıları haqqında Xaqanidə də  məlumat vardır; onun yazdığından aydın olur 

ki,  əvvəllər  feodal  iyerarxiyası strukturunda  daha  ləyaqətli  yer  tutan  ustabaĢılar  Ģairin 

dövründə özlərin in  ictimai-siyasi  mövqelərini  itirmiĢdilər: "...bu gün [onları] xəzçi və 

bez alverçisi ilə (xəzzaz və bəzzaz) eyni tuturlar". Belə vəziyyət "əxi" peĢə sənətkarlığı 

ittifaqlarının  meydana  çıxması,  eləcə  də  bu  dövrdə  Azərbaycan  Ģəhərlərində  Ģəhər 

özünüidarə elementlərinin yaranması ilə əlaqədar idi. 

Qabaqlar qüdrətli hakimlərə  və Ģahlara  (o  cümlədən ĢirvanĢahlara) qarĢı  açıq 

siyasi  mübarizə  aparan Ģəhər  rəisləri  və peĢə sənətkarlığı birliklərinin  baĢçıları  əvvəlki 

geniĢ antifeodal sosial zəmini əldən vermiĢdilər. Əsas kütləsi sənətkarlar və Ģəhər yox-

sullarından ibarət olan "əxi"lər (yəni qardaĢlıq ittifaqları) bu dövrdə  daha  fəal  antifeodal 

siyasi  qüvvəyə  çevrildilər.  Artıq  XI  əsrdə  Ön  ġərqin  bir  çox  ölkələrinə  yayılmıĢ  bu 

ittifaqların, mənbələrdən əldə edilən məlumatlara görə, Bakı, ġamaxı, Beyləqan, Gəncə 

və digər Azərbaycan Ģəhərlərində öz təĢkilatları vardı. 

Azərbaycanın  bir sıra Ģəhərlərində Ģəhər  özünüidarə elementlərinin  meydana 

çıxması  və  Ģəhərlərin  müstəqilliyi  və  muxtariyyəti  uğrunda  aparılan  mübarizə  orta  əsr 

Ģəhərinin  sənətkarlıq  və  ticarət  mərkəzi  kimi  inkiĢafı  ilə,  Ģəhərlilərin  yerli  feodal 

boyunduruğu  və  Səlcuq  istilasına qarĢı  mübarizəsi  ilə bağlı  idi.  ġəhər özünüidarəsinin 

sonrakı inkiĢafını monqolların hücumları dayandırdı. 

 

 

 



 

 

 




Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin