TarġXĠ III-XIII əsrin I rübü



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

 

 

 

AZƏRBAYCAN XALQININ VƏ AZƏRBAYCAN 

DĠLĠNĠN FORMALAġMASININ BAġA ÇATMASI 

  

Tarixi-arxeoloji  araĢdırma lar  Ģimalda  Dərbənddən  cənubda  Zəncanadək, 



qərbdə  Kiçik  Qafqaz  dağları,  Urmiya  gölü  ətraflarından  Ģərqdə  Xəzər  dənizinədək 

geniĢ  bir  ərazin i  əhatə  edən  tarixi  Azərbaycan  torpaqlarının  ən  qədim  insan 

məskənlərindən olduğunu təsdiq edir. Əsrlər ötmüĢ, bu ərazidə e.ə. III—II minilliklərdə 

yaĢamıĢ  kuti,  lullubu  (lullubi),  hürri  və  b.  tayfaların  yaratdıqları  qəbilə  ittifaqları, 

qurumlar  e.ə.  I  minilliyin  əvvəllərində  mannalıların  güclənməsi  ilə  əlaqədar  təĢəkkül 

tapmıĢ vahid dövlət qurumu ilə əvəz olunmuĢdur. Həmin dövrü bu və ya digər müna-

sibətlə  araĢdıran  müxtəlif  tədqiqatçılar  öyrənilən  ərazi  əhalisinin  etnik 

mənsubiyyətinin  müəyyənləĢdirilməsi  üçün yazılı,  arxeoloji  və  etnoqrafik  materialın 

bütün  mümkün  növlərindən  istifadə  edərək,  son  nəticə  olaraq  biri  digərinə  zidd 

fikirlər  söyləsələr  də,  xalqımızın  etnik tarixinin  öyrənilməsi  problemini  aĢkar etməyə 

çalıĢmıĢlar. Azərbaycan xalqının tarixində özünün taleyüklülüyü ilə seçilən bu problemin 

həllində  tələsik  söylənilən  fikir  və  mülahizələrin  böyük  mənəvi  zərərini,  fikir 

sahiblərinin  ayrı-ayrılıqda  hər  birinin  elmdə  tutduğu  sanballı  mövqeyini,  eləcə  də 

yüksək  elmi-nəzəri  bilik,  dərin  tədqiqat  bacarığı  və  professionalizm  tələb  edən  bu 

problemin  həllində  dünya  tarixĢünaslığında  qəbul  və  təqdir  ediləcək  son  sözün  hələ 

mütləq  deyiləcəyini  nəzərə  alaraq,  alimlərimizin  öyrənilən  sahədə  bu  gün  əldə 

etdikləri əsas nəticələri təqdim edirik. 

Azərbaycan ərazisində təĢəkkül tapmıĢ ilk tayfa ittifaqları, eləcə  də bilavasitə 

Manna  və  Midiya  tarixi  ilə  məĢğul  olan  tədqiqatçılar  (Ġ.Əliyev,  Q.MelikiĢvili, 

Ġ.Dyakonov,  S.QaĢqay  və  b.)  Azərbaycan  xalqının  ulu  əcdadları  olan  kutilərin  dilini 

Qafqaz-hürri  və  ya  ZaqroĢ-Ela m  dilləri  qrupuna  aid  edirlər.  Lullubu  dilinin  lüğət 

tərkibindən  dövrümüzə  gəlib  çıxan  və  "ki-u-ru-u m"  kimi  səslənən  ("Allah" 

deməkdir)  yeganə  sözlə  yanaĢı  aĢĢur  mənbələrində  olan  onomastik  materiala  əsasən 

alimlər bu dili də ZaqroĢ-Elam dilləri qrupuna aid edirlər. Urmiyayanı hövzə əhalisinin 

etnik  cəhətdən  formalaĢmasında  e.ə.  III  minilliyin  sonlarından  mühüm  rol  oynayan 

hürrilərin  dili  isə  yenə  həmin  tədqiqatçıların  son  araĢdırmalarına  görə  ġimali  Qafqaz 

dillərinin Ģərq qoluna aid edilir və "çox güman ki, kuti tayfalarının da mənsub olduqları 

Nax-Dağıstan  dilləri  qrupu  ilə  bir  sıra  oxĢar  struktur  cizgilərinə  malikdir"  (S.QaĢqay, 

Ġ.Dyakonov).  Ümumi  tarixĢünaslıqda  qəbul  edilmiĢ  bu  mülahizəyə  qarĢı  Azərbaycan 

alimlərindən  bir  neçəsi  özlərinin  irəli  sürdükləri  yeni  mülahizə  ilə  çıxıĢ  etmiĢlər. 

Q.Qeybullayev "kutilərin və lullubilərin mənĢəyi"ni "qaranlıq" görsə də, baĢlıca olaraq 

etnonim,  o monim  və  toponimlərə  əsasən, eləcə də qonĢuluqda yaĢayan  ġumer,  Elam, 



356 

 

Urartu  sakinlərinin  kitabələrində  (urartulular  hürrilərlə  birlikdə  Qafqaz  mənĢəli  xalq 



sayılır) üzə çıxarılan və bəzi alimlər tərəfindən türk mənĢəli sayılan sözlərə görə kutiləri, 

lullubuları və  kasları  (kaĢĢu,  kassi)  altay-türk  mənĢəli hesab etmiĢdir.  Y.Yusifovun  fik-

rincə,  Cənubi  Azərbaycan  ərazisində  e.ə.  IV  minilliy in  sonu.  III  minilliyin 

əvvəllərində  yaĢayan  kuti,  lullubi  (lullubu), su, turukki  və  b.  tayfalar  prototürk  olmuĢ, 

qonĢu Ģumerlərlə yaxın ünsiyyətə girmiĢ və Ģumer d ilinə təsir göstərmiĢlər. 

Azərbaycan  xalqının  etnogenezi  ilə  məĢğul  olan  alimlərdən  S.Əliyarovun 

fikrincə,  türklərin  Azərbaycan  ərazisində  olması  haqqında  "ən  qədim  dəlillər"  e.ə.  I 

minilliyin  mixi  yazılarında  olan  turukki  və  turuxi  etnik  adları  ilə  təsdiq  edilir. 

Tədqiqatçı, ədəbiyyatda irəli sürülmüĢ bir fikri qeyd etməklə, görünür, ona Ģərik çıxır: 

bu, kenger və ya kener adının (bu adı ġumer tədqiqatçıları belə verir: Ki-Ninder və ya 

Ki-Endi) əslində sumer (ġumer) adını bildirməsi, sonuncu terminin isə həmin adın təhrif 

edilmiĢ akkad ifadəsi olması haqqında mülahizədir. 

Azərbaycanlıların  etnik  baĢlanğıcında  türklərin  iĢtirakını  tarixi-müqayisəli 

dilçilik vasitəsilə təsdiq etməyə çalıĢan dilçi-alim A.Məmmədov "türk dilləri ilə qədim 

Ön  Asiyanın yazılı  mənbələri, o  cümlədən  ġumer  dili  arasında  mövcud olan  çoxsaylı 

müĢtərəklikləri" nəzərə alaraq belə bir fikir irəli sürmüĢdür ki, "türktipli dil sistemi və onu 

Zaqafqaziya  ərazisində  təcəssüm  etdirən  Azərbaycan  dilinin  qədim  layları  mövcud 

baxıĢların qəbul etdiyi kimi eramızın ilk əsrlərinə deyil, daha qabaqlara - ən aĢağısı 3-4 

min  il  bundan  əvvəllərə  aiddir".  Dilçi  T.Hacıyevin  daha  qəti  söylədiyi  fikrinə  görə, 

"dil sistemlərinin uyğunluğu ən azı onu təsdiq edir ki,  6 min il əvvəl türk dilli etnoslar 

ġumerlə  (ən  çox  da  Midiya  səmtindən)  yaxın  mədəni,  siyasi,  iqtisadi  əlaqədə  idi". 

Sözsüz  ki,  bu və  ya  baĢqa  tədqiqatçılar  onların  mülahizələrini  təsdiq  edən,  bəzi  hal-

larda  çox  da  Ģübhə  doğurmayan  (xüsusilə  ġumer-türk  leksik  paralellərində),  bəzi 

hallarda  istər-istəməz  suallara  səbəb  olan,  bəzən  isə  yalnız  güman  kimi  qəbul  edilə 

bilən dəlil və sübutlar da irəli sürmüĢ,  lakin bu  mülahizələri dünya  tarixĢünaslıq elmində 

qərarlaĢdıra  bilməmiĢlər.  Buna  səbəb  olan  obyektiv  və  subyektiv  amillər  içərisində 

mənbələrin azlığı və bəlkə də yaxĢı öyrənilməməsi ilə yanaĢı, irəli  sürülən, bəzən hətta 

maraq  doğuran  bir sıra  mülahizələrin  prinsipial  elmi-nəzəri  baxımdan  özünə  qəti  yer 

tuta  biləcək  səviyyədə  inandırıcı  olmamasıdır.  Onu  da  qeyd  etməliyik  ki,  yazılı 

məlumatın  çox  cüzi,  bəzi  hallarda  isə  heç  olmaması  bu  tədqiqatçıların  baĢlıca  olaraq 

onomastik materiala  müraciət etməsinə, ayrı-ayrı qədim  xüsusi ad və sözlərin müasir 

dilimizdəki uyğun variantlarını aramasına səbəb olmuĢ, bu isə opponentlər, tədqiqatçılar 

arasında inamsızlıq yaratmıĢdır;  belə  ki,  dilin  dinamik  olduğunu,  onun  leksik  və səs 

tərkibində zaman keçdikcə yaranan mütləq dəyiĢikliyi, həmin alimlərin  istinad etdikləri 

6000  il  əvvəlki  (və  ya  bir  qədər sonrakı)  "prototürk" və  ya  ilkin  (erkən) türk  dilinin 

(belə  bir  dilin  mövcudluğu  da  elmi  baxımdan  sübut  edilməmiĢdir)  müasir  elm  üçün 

qaranlıq  olan vəziyyəti,  həmin  dilin  zaman-zaman,  özü  də sözsüz,  köklü  dəyiĢikliyə 

uğradığını nəzərə alaraq qədim dillərlə müasir Azərbaycan türk dilinin müqayisəsindən 

doğan  fikirləri  son  elmi  nəticə  kimi  qəbul  etmək  olmur.  Görünür,  meydana  çıxan 

sualları aradan götürmək üçün Azərbaycanda türk etnosunun çox qədimliyini və bəlkə də 



357 

 

avtoxtonluğunu sübut  etməyə  çalıĢan tədqiqatçılar  daha  inandırıcı  və sanballı  dəlillər 



gətirməli,  öz  mülahizələrinin doğruluğunu dünya  tarixĢünaslığında  təsdiq  etmək  üçün 

yalnız  sanballı  elmi  isbatlara  və  prinsiplərə  əsaslanmalıdırlar.  Eyni  sözləri 

Azərbaycana türk etnosunun gəliĢini e. I minilliyinə aid edənlərə də Ģamil etmək olar. 

Alimlərin  apardığı  araĢdırmalar  e.ə.  I  minilliyin  əvvəllərində  Urmiyayanı  hövzədə 

dövlət yaratmıĢ  azərbaycanlıların  ulu  əcdadları  mannalıların  etnik  mənsubiyyətlərini 

hələlik qəti müəyyənləĢdirmək imkanı vermir. Onomastik materiala əsaslanan bir sıra 

tədqiqatçılar  (E.  Qrantovski,  Ġ.  Əliyev,  R.  Bö mer  və  b.  )  onların,  ―dil  və  mədəni  – 

etnik cəhətdən ZaqroĢ – Elam və hürri etnosları ilə yaxınlığını əsaslandırmağa‖ cəhd 

göstərirlər.  Qədim  ġərq  dilləri  və  Qafqaz  dilləri  arasındakı  linqvistik  əlaqələr 

problemini  tədqiq  edən  Ġ.  Dyakonov  Manna  dövlətinin  Diyala  çayının  yuxarı 

axarınadək cənub əyalətlərinin əhalisini kuti – lullubu etnik qrupuna, Diyala və Kərxa 

çaylarının yuxarı axarındakı əhalini isə kassi etnik qrupuna aid edilir.   

 

 

Bilavasitə  Manna  tarixi  ilə  məĢğul  olan  S.  QaĢqay  mannalıların  etnik 



mənsubiyyətlərini  qəti  müəyyənləĢdirməsə  də  hürri  tayfalarının  Mannanın  bütün 

ərazilərində  yaĢamaması  ehtimalını  irəli  sürür;  belə  ki,  onun  tədqiqinə  əsasən, 

Mannanın, xüsusən Ģimal əyalətlərində ―etimologiyası açılmamıĢ  və hürri dili ilə izah 

edilə bilməyəcək toponimik adlar‖ qalmıĢdır.  

 

 

 



 

Tədqiqatçıların  böyük  bir  qrupu  e.ə.  VII  əsrdə  Mannanı  da  öz  tərkibində 

birləĢdirən Maday  (Midiya) dövləti  əhalisinin  irandilli  olduğunu  irəli  sürür.  Bu  fikir 

bilavasitə  bu  dövlətin tarixi  ilə  məĢğul  olan  Ġ.  Dyakonov,  Ġ.Əliyev  və  b.  tərəfindən 

xüsusi  tədqiqatlarda  araĢdırılır  və  təsdiq  edilir.  TarixĢünaslıqda  özünə  möhkəm  yer 

tutmuĢ  bu  mülahizəyə  qarĢı  son  zamanlar,  azərbaycanlıların  ulu  əcdadlarından  olan 

madayların,  eləcə  də  yuxarıda  haqqında  danıĢılan  mannalıların  türk  mənĢəli  olması 

fikri  irəli  sürülür.  Yalnız  toponim  və  antroponimlərin  təhlilinə  əsaslanan  bu 

mülahizənin müəllifləri (Q. Qeybullayev, Y.  Yusifov) öz fikirlərini təsdiq etmək üçün 

bəzən ayrı  –  ayrılıqda  maraqlı  olan paralellərə  istinad  etsələr  də,  bütövlükdə onların 

gətirdiyi  faktlar  tarixĢünaslıqda  artıq  özünə  elmi  vətəndaĢlıq  hüququ  qazanmıĢ 

konsepsiyanı  tam  inkar  etmək  üçün  əsaslı  deyil.  Buna  görə  də  ―Mannada  əhalinin 

baĢlıca  dili  ən  qədim  türk  dili  olmuĢdur‖  (Y.Yusifov)  və  ya  ―madaylar  Cənubi 

Azərbaycan  ərazisində  mannalılarla  birlikdə  eradan  əvvəlki  minilliklərdə  yaĢamıĢ 

kutilərin,  lullubilərin,  maqların  və  b.  qədim  Altay  –  türk  mənĢəli  tayfaların 

nəsilləridir‖  (Q.  Qeybullayev)  mülahizələrini  irəli  sürən  tədqiqatçılar  bu  fikirlərini 

dəstəkləyən  daka  ötkəm,  tutarlı  faktlara,  daha  əsaslı  elmi  prinsiplərə  istinad 

etməlidirlər. Əks halda, onların qəti hökm irəli sürdükləri mülahizə elmi araĢdırmalar 

zamanı meydana çıxan növbəti fərziyyə səviyyəsindən yuxarı qalxa bilməz.     

Beləliklə,  Azərbaycan  xalqının  və  Azərbaycan  dilinin  forma laĢması 

haqqında  indi  əsasən  iki  mülahizən in  olduğu  aydınlaĢır:  1)  Azərbaycan  xalqının 

etnogenezində  yerli  (Qafqaz  mənĢəli)  etnoslarla  yanaĢı  gəlmə  (türkdilli  və  irandilli) 

etnoslar da iĢtirak etmiĢ, tarixən türkdilli etnoslar böyük üstünlük təĢkil edərək e. XI-XII 

əsrlərində  türkdilli  Azərbaycan  xalqının  formalaĢmasına  gətirib  çıxarmıĢdır;  2) 



358 

 

Azərbaycan  xalqı  ta  qədimdən  bu  ərazidə  yaĢayan  yerli  türk  etnosların  və  qonĢu 



ölkələrdən  gəlib  burada  məskunlaĢmıĢ,  türk  dillərində  danıĢan

1

  digər  tayfaların 



qaynayıb-qarıĢmasından yaranmıĢ,  formalaĢma prosesində və sonrakı  dövrlərdə onun 

tərkibinə  baĢqa  dillərdə  danıĢan  ayrı-ayrı  etnoslar,  xüsusilə  farsdilli  tayfalar  daxil 

olmuĢdur;  Azərbaycan  türkləri  erkən  dövrdən  türk  (prototürk,  erkən  türk)  dilində 

danıĢmıĢ və heç bir baĢqa xalqdan dönməmiĢdir. 

Əgər  birinci  mülahizənin  tərəfdarları  türk  etnosunun  tarixi  Azərbaycan 

ərazisinə  ilkin  gəliĢini  e.  I  minilliyinin  əvvəllərinə  aid  edirlərsə,  ikinci  mü lahizən in 

tərəfdarlarından  bir  qis mi  türk  etnosunun  avtoxtonluğunu, digər bir  qismi  isə  onun 

qədimliyini,  yəni  e.ə.  VIII-VII  yüzillərdə  Cənubi  Qafqaza, o  cümlədən Azərbaycana 

axıĢan  köçəri  tayfaların  tərkibində  gəldiyini  irəli  sürür.  Bu  tədqiqatçılar  antik 

mənbələrdə  "skif',  aĢĢur  mənbələrində  isə  "aĢquzay,  iĢquzay"  adlanan bu  tayfaları 

"sak", aĢĢurların "qimirray" (antik mənbələrin "kimmer") adlandırdıqları tayfaları isə 

"kəmər"  kimi  izah  edərək,  onların  mənĢəcə  türk  olduqlarını  bildirirlər. 

Azərbaycanlıların etnik tarixində mühüm rol oynayan bu tayfaları  birinci  mülahizənin 

tərəfdarları  isə irandilli hesab edirlər. Azərbaycan  xalqın ın yaranmasına dair  xüsusi 

kitab yazmıĢ M.Ġsmayılovun fikrincə, iĢquz-sak soylarından olan sak-massagetlər "digər 

iĢquz  soylarından  fərqli"  olaraq  türk  mənĢəli  etnoslardır.  Skif,  sak  problemi  ilə 

məĢğul olan Avropa və rus tarixçilərin in böyük əksəriyyəti irandilli hesab etdikləri bu 

iki  tayfa  adını  eyniləĢdirsələr  də,  həmin  alimlər  arasında  sakları  irandilli  skiflərdən 

ayıran  və  onları  Orta  Asiyadan  gələn  türk  hesab  edənlər  də  yox  deyil.  Bu  barədə 

Azərbaycan  tarixĢünaslığında  da  xeyli  araĢdırmalar  mövcuddur, bu araĢdırmalar sakların 

baĢdan-baĢa  irandilli  olması  fikrini  müəyyən  dərəcədə sarsıtsa da, gətirilən  etnonimik 

paralellərin və onomastik faktların bəzi hallarda mübahisə doğurması yeni  əlavə dəlil və 

elmi sübutlar tələb edir. Bu sözləri avtoxton alban tayfasını türk mənĢəli hesab edənlərə 

də aid etmək olar. 

Yeni  etnik  birlik  -  Azərbaycan  xalqının  formalaĢmasında  iĢtirak  edən  etnik 

komponentlərdən biri olan avtoxton albanların bu prosesdə oynadıqları əhəmiyyətli rolu 

nəzərə alaraq, onların etnik mənsubiyyətinin tarixĢünaslıqda əksi məsələsini göstərməyə 

çalıĢaq. 

Albaniya  və  albanların  tarixi  ilə  bilavasitə  məĢğul  olan  tədqiqatçılardan 

əksəriyyəti (Q.MelikiĢvili, A.ġanid ze, K.Trever, F.Məmmədova və b.) ilk dəfə e.ə. IV 

əsrdə  baĢ  verən  hadisələrlə  əlaqədar  adları  çəkilən  albanların  ġərqi  Qafqaz  dilləri 

ailəsinin  Nax-Dağıstan  qrupundan  olduqlarını  irəli  sürürlər.  Elmdə  hakim  olan  bu  rəy 

konkret alban tayfasının və ya albanların, ya da alban tayfalarından çoxunun türk mənĢəli  

 

1



  Bəzi  tədqiqatçılar  (məs.,  T.Hacıyev  və  b.)  erkən  orta  əsrlərdə  Azərbaycana 

axıĢan tayfaların "türk dilində danıĢan tayfalar" adlandırılmasına etiraz edir, belə halda həmin 

tayfaların "bura gəlməzdən əvvəl haradasa  assimilyasiya olunduğunu" qeyd  edirlər. Sözsüz 

ki, biz, türkdilli və ya türk dilində danıĢan tayfa dedikdə, "haradasa  assimilyasiya olunmuĢ" 

və  türkləĢmiĢ  tayfaları  deyil,  mənĢəcə  türk  olan,  türk  dili  dialektlərindən  birində  danıĢan, 

özünü isə sabir, barsil, xəzər, oğuz və s. adlandıran xalqları və tay faları nəzərdə tuturuq. 



359 

 

olduqları  mülahizəsini  müdafiə  edən  Y.Yusifovun,  Q.Qeybullayevin, M.Ġsmayılovun  və 



baĢqalarının irəli sürdükləri fikirlərə ziddir.  Y.Yusifov "alban" etnoniminin "Albaniyanın 

aborigen  (yerli)  əhalisinin" danıĢdığı  türk  dilləri  əsasında  yarandığını  qeyd  edirsə  də, 

albanların  türk  mənĢəli  olduqlarını  bildirən  digər  tədqiqatçılar  (Q.Qeybullayev, 

M.Ġsmayılov və b.) onların e.ə. VII əsrdə saklarla gəldiklərini ehtimal kimi  irəli  sürür, 

öz gümanlarını aĢağıdakı faktlarla əsaslandırmağa çalıĢırlar: mənĢəyi əsasən saklarla bağlı 

Orta Asiya və Qazaxıstan xalqlarında alban adlı tayfanın olması, albanların əsasən sakların 

məskunlaĢdığı ərazilərdə yaĢadığını göstərən Alban, Alpan toponimlərinin mövcudluğu, 

Moisey  Kalankatlının  albanları  Ģimal  xalqı  kimi  qələmə  verməsi,  Dion  Kassinin 

"mənĢəyini massagetlərdən götürən albanlar" ifadəsi və s. 

Antik  Azərbaycan  tarixi  ilə  bilavasitə  məĢğul  olan  Kamal  Əliyevin  rəyinə 

görə,  "alban"  etnonimi  yerli  Qafqaz  mənĢəli  deyil,  gəlmə  türk  mənĢəlidir  (alp  - 

qəhrəman,  ər).  Onun  fikrincə,  Azərbaycanda  "türkləĢmənin  baĢlanması"  I  minilliyin 

əvvəllərində  Ģimal-Ģərqdən hərəkət  edən  nomadların  -  köçərilərin  gəliĢi  ilə  eyni  vaxta 

düĢür.  Məhz  bu  dövrdən  baĢlayaraq,  Azərbaycan  ərazisində  "öz  üzərlərində  ya 

aborigen  və  ya  əsas  etibarilə  irandilli  əhalinin  təsirini  hiss  edən  türk  dilləri 

daĢıyıcılarının yayılması qeyd olunur".  Bir  çox  tədqiqatçıların  (Y.Krupnov, A.ġanidze, 

K.Trever,  F.Məmmədova)  qarqarları  (kərkərləri)  Qafqaz  mənĢəli  hesab  etmələrinə 

baxmayaraq,  onlan  türk  etnosu  sayan  digər  alimlərin  fikrini  müdafiə  edən  K.Əliyev 

həmin  alimlərin  gətirdikləri  dəlillər  sırasına  yeni  bir  ehtimal  əlavə  edir:  e.  V-VII 

əsrlərinə  aid  edilən  və  bu  vaxtadək  elmdə  əsasən  oxunulmamıĢ  sayılan  Mingəçevir 

yazılarından birini  türk  dili  baxımından  oxuyur  və bununla  alban  tayfalarından  biri 

olan qarqarların türklüyünü sübut etməyə çalıĢır. Onu da qeyd edək ki, qarqarların türk 

mənĢəli  olması  haqqında  gətirilən  dəlillər  konkret  albanların  özlərinin  türk 

mənĢəliliyinə dair irəli sürülən dəlil və sübutlardan daha tutarlı olsalar da, elmdə hələ 

əsaslı təsdiqlənməmiĢdir. 

Azərbaycan xalqının ulu əcdadları arasında e.ə. IV yüzildə təĢəkkül tapmıĢ yeni 

dövlət qurumu olan, qaynaqların sərkərdə Atropatın adı ilə bağladığı Atropatenanın əhalisi 

xüsusi  yer  tutur.  Pəhləvi  mənbələrində  Adurbadaqan,  siryani  və  ərəb  mənbələrində 

Azərbaycan adını almıĢ bu ölkə əhalisinin etnik tərkibini araĢdıran və bilavasitə  həmin 

dövrün  tarixi  ilə  məĢğul  olan  tədqiqatçılar  (Ġ.Əliyev,  S.Qasımova,  Ġ.Dyakonov, 

E.Qrantovski və b.) e.ə. IV yüzilin sonu, III yüzildə irandilli Atropaten xalqının təĢəkkülü 

üçün zəmin yarandığını qeyd edir, antik müəlliflərə əsaslanaraq bu xalqı midiyalıların 

bir  hissəsi  adlandırırlar.  A limlərin  rəyincə,  erkən  orta  əsr  Cənubi  Azərbaycan 

əhalisinin, görünür, bir hissəsinin danıĢdığı və  ərəb qaynaqlarında "azəri"  adlanan dil 

də,  sözsüz  ki,  Ġran  dillərindəndir;  lakin  mənbələrdəki  məlumatın  təhlili  erkən  orta 

əsrlər  azəri  dilinin  fars  dilindən  baĢa düĢülməz  dərəcədə  kəskin  fərqləndiyini,  bir 

çox ləhcə və dialektlərə parçalandığını göstərir. 

Bu  məsələ  ilə  məĢğul  olan  Q.Qeybullayev  atropatenlilərin  d ilini 

iran mənĢəli  hesab  etdiyi  azəri  dilindən  fərqləndirir,  Atropaten  xalqını  "Manna  və 

Maday etnoslarının birbaĢa varisi", atropatenlilərin dilini  isə "əsrlər boyu davam etmiĢ 



360 

 

etnik  prosesin nəticəsində təĢəkkül  tapmıĢ  türkdilli  dil"  sayır.  Onun  fikrincə,  orta  əsr 



müəlliflərin in  (əl-Biruni,  Xətib  Təbrizi  və  b.)  iĢlətdikləri  ―azərilər,  azəri  dili‖ 

anlayıĢları  ilə  azərbaycanlılar  (atropatenlilər)  və  Azərbaycan  (Atropaten)  dili 

anlayıĢları  eyni  deyildir:  "Azəri  dili  Atropatenanın  irandilli  əhalisin in  dili, 

Azərbaycan dili isə burada yaĢayan və çoxluğu təĢkil edən türkmənĢəli əhalinin d ili 

idi".  Bəzi  tədqiqatçıların  (məsələn,  Y.Yusifovun)  heç  bir  elmi  dəlil  göstərmədən 

mənbələrdə "azəri" adlanan dili türktipli say masına, bu dili "Azərbaycanda qədim 

dövrlərdən  bəri"  yaĢayan  türk  etnoslarının  "birləĢ məsi  nəticəsində  yaranmıĢ 

ümu mazərbaycan  türk  dilinə  Ģamil"  etməsinə  baxmayaraq,  Q.Qeybullayev, 

görünür,  haqlı  olaraq  ondan əvvəlki  baĢqa  tədqiqatçıların  (B.M iller,  S.Qasımova) 

ardınca  o  dövrün  iran mənĢəli  "azəri  dilinin"  əsasən  Cənubi  Azərbaycan ın  Ģimal-

Ģərqində, Ərdəbil  mahalında iĢlənild iyini qeyd etmiĢdir. Dövrün tədqiqatçıları artıq 

XIV  yüzildə  yalnız  kiçik  bir  ərazidə  qalmıĢ   və  öz  yerin i  türk-Azərbaycan  dilinə 

vermiĢ  "Ərdəbil  azəricəsi"  və  ona  yaxın  d ialektlərin  Sasanilərin  hakimiyyətdə 

olduqları  və  sonrakı  yüzillərdə  "Cənubi  Azərbaycanın  görünür  bütün  Ģərq 

hissəsində"  yayıldığını  göstərmiĢlər.  Bunu  X  yüzilin  70-80-ci  illərində 

Azərbaycanda  olmuĢ  əl-Müqəddəsinin  Ərdəbilin  dağ  kəndlərində  60  dildə 

danıĢıldığı haqqındakı məlu matı da təsdiq edir.  

Eramızın III əsrindən baĢlayaraq bizə  məlu m  mənbələr türkd illi tayfaların  

Azərbaycan  ərazisinə  hücumları  haqqında  məlu mat  verir.  Bu  hücumları  həmin 

tayfaların  A zərbaycana  ilk  gəliĢi  kimi  qiynıət ləndirən  birinci  mü lahizən in 

tərəfdarlarından  (Ġ.Əliyev,  Y.Cəfərov  və  b.)  fərq li  olaraq  A zərbaycanda  türk 

etnosunun  qədimliyi  və  ya  yerliliy i  mü lahizəsinin  tərəfdarları  (Q.Qeybullayev, 

M.Ġsmay ılov və b.) bu hadisəni türkmənĢəli tayfaların Azərbaycan ərazisinə  ikinci 

gəliĢi  adlandırırlar  (b irinci  gəliĢ,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  e.ə.  VIII -VII 

əsrlərdə saklarla əlaqələndirilir). 

V  əsrin  əvvəllərində  türkdilli  tayfala rın  Cənubi  Qafqa za  a xını  güclən ir. 

Sonrakı  iki  əsrdə  baĢ verən  hadisələr,  xüsusilə  VII  yüzilin  20 -ci  illərin in  sonunda 

xəzərlərin Azərbaycanda qərarlaĢa bilməsi, Qafqazdilli və irandilli əhaliyə nisbətən 

buradakı türkd illi əhalin in xüsusi çəkisin in daha da artmasına səbəb olur.  

Beləliklə,  VII  yüzilin  ortalarına  yaxın  baĢlayan  ərəb yürüĢləri  ərəfəsində 

tarixi  Azərbaycan  ərazisində  həm  Ģimalın,  həm  də  cənubun  aran  yerlərində 

məskunlaĢ mıĢ  xəzərlər,  q ıpçaqlar,  sabirlər  və  b.  türkdilli  əhali  ilə  yanaĢı 

Albaniyanın  Qafqazdilli  xalqları,  eləcə  də  irandilli  azərilər,  tatlar,  talıĢlar,  kürd lər 

və  b.  yaĢayırdılar.  Tədqiqatçılar  (K.Əliyev)  Qafqazdilli  əhalinin  əsasən  Kürdən 

Ģimala və cənuba doğru uzanan ərazin i tutduğunu, irandilli əhalin in baĢlıca olaraq 

Azərbaycanın  Ģərqindən  AbĢeron  və  Xəzərsahili  xətt  daxil  o lmaqla 

AtropatenaqarıĢıq  Ġran  yaylasınadək  olan  ərazidə  yaĢadığını,  türkd illi  əhalin in  isə 

əvvəlcə  Kür-Araz  çayları  arasında  və  daha  cənub  vilayətlərdə  məskunlaĢdığını 

qeyd edirlər. 

V-VII  yüzillərdə  tarixi  Azərbaycan  əra zisində  baĢ  verən siya si  hadisələr 



361 

 

zəminində  əhalinin   etnik  tərkib indəki  türkdilli  elementin  daha  da  artması 



Azərbaycanın  baĢdan-baĢa  türkləĢməsi  prosesinin  "ərəblər  siyasi  səhnəyə 

çıxmazdan  çox  əvvəl,  hələ  Sasanilər  imperiyası  daxilində"  (Z.Bünyadov) 

baĢlanmasına  səbəb  olmuĢdu.  Z.M.Bünyadovun  araĢdırmalarına  görə  "ərəblərin 

Azərbaycanı istila edib burada məskən salmaları əvvəllərdə bu prosesi dayandırdı, 

Lakin  az  sonra  ərəblərlə  türklərin  assimilyasiyasının  baĢlanması  bu  prosesi 

sürətləndirdi, həm də o dərəcədə ki, cəmi yüz ildən sonra bu proses çox geniĢ vüsət 

aldı". 

Bu  dövr  Azərbaycanının  etnik  vəziyyəti  VII  yüzilə  aid  ərəb  mənbəyində 



qorunub  saxlanılmıĢ  nadir  və  qiymətli  bir  məlu matla  da  təsdiq  olunur;  rəvayətə 

görə, ilk  Əməvi  xəlifəsi I Müaviyə (661-680) qədim tarixə yaxĢı bələd olan  Abid 

ibn  ġəriyə  əl-Curhu midən  soruĢmuĢdu:  "Türklər  və  Azərbaycan  nə  deməkdir?" 

Abid cavab vermiĢdi: "Azə rbaycan qədimdən türklərin məskunlaĢdığı torpaqdır".  

Dilçi-alim  V.Aslanovun  yazdığına  görə,  "islamın  zühurundan  əvvəl 

yarandığını  güman  etdiyimiz  "Kitabi-Dədəm  Qorqud"  dastanlarının  varlığı,  ürək 

oxĢayan  və  almma  sözləri  ço x  olan  bayatı-lanmız,  laylalarımız,  mü xtəlif  mərasim 

mahnıları  bizə  haqq  verir  ki,  eramızın  I  min illiyində  Azərbaycanda  Ģifahi  ədəbi 

dilin  və  bu  dildə  zəngin  Ģifahi  ədəbiyyat  nümunələrinin  olduğu  fikrin i  bir  daha 

təsdiq edək". 

BaĢqa  bir  d ilçi-alim  Q.VoroĢilin  fikrincə,"ən  geci  VII  əsrin  sonlarında 

vahid  Azərbaycan  xalqın ın  formalaĢ ması  ilə  əlaqədar  olaraq  ümu mxalq 

Azərbaycan dili də  meydana gəlir.  Lakin bu dil əvvəlki əsrlərdə də ümu münsiyyət 

vasitəsi idi". 

"Azərbaycan  tarixi"  dərsliyindəki  xüsusi  bölmədə  Azərbaycan  xalqının  

təĢəkkülü  haqqında  mülah izəsini  irəli  sürən  Y.Yusifov   yazır:  "Ölkədə  baĢ  verən 

siyasi və dini hərc-mərclik Azərbaycan türklərinin (alban və azərbaycanlıların) türk dili 

əsasında  vahid  xalq  kimi  birləĢməsinə  Ģərait  yaratdı.  Köhnə  dinlərə  sitayiĢ  forması 

Azərbaycan xalqının ideoloji dünyagörüĢünü təĢkil etmiĢdi. Azərbaycan dili və xalqının 

təĢəkkülü  III-VII  əsrlərdə  baĢ  vermiĢ,  VII-VIII  əsrlərdə  baĢa  çatmıĢdı.  Bu  zaman 

Azərbaycanda gedən dini mübarizə artıq sona yetmiĢdi". 

Azərbaycanda  türk  etnosunun  avtoxtonluğunu  qəbul  edən  Q.Qeybullayevin 

fikrincə, "VII əsrdən sonra Azərbaycan xalqının  və  onun dilinin  formalaĢması  pros esi 

daha  da  intensivləĢərək  təqribən  X  əsr  üçün  baĢa  çatır,  bunu  artıq  Qətran  Təbrizi 

yaradıcılığında onun  (türk dilinin),  bəzi  leksik  elementlərinin əks olunması  faktı  sübut 

edir". 


VII  yüzili  "türk  etnosunun  Cənubi  Qafqaza  yayılmasının  zirvəsi"  sayan 

S.Əliyarov  türk  tayfalarının  məhz  bu  vaxt,  demək  olar, bütün Albaniya  vilayətlərində 

məskunlaĢdığını  qeyd  edərək  yazır:  "Etnogenez  prosesi  məcrasına  bütün  əsas 

komponentlərin  - dini və etnik  mənsubiyyətlərindən asılı  olmayaraq tayfa və  xalqların 

geniĢ  cəlb  edilməsini  bu  dövrün səciyyəvi  xüsusiyyəti  hesab  etmək  lazımdır".  Onun 

fikrincə, "yeni etnik  birlik  olan  Azərbaycan  xalqının  təĢəkkülünü  VII-IX  əsrlərə  a id 



362 

 

etmək olar". 



Xalqımızın təĢəkkül tarixi haqqında yazan tarixçilərdən M.Ġsmayılov da artıq 

VII  yüzildə  "Azərbaycanda  ümumxalq  danıĢıq  dilinin"  -  Azərbaycan  türk  dilinin 

formalaĢmasının baĢa çatması fikrini irəli sürür. 

K.Əliyevin tədqiqatına görə, Azərbaycan ərazisində baĢlanan türkləĢmə prosesi 

XI yüzil daxil olmaqla həmin əsrin sonunadək davam etmiĢdir. Onun fikrincə, "yalnız 

bu vaxtdan bütün Azərbaycan üçün ümu mi türk dili qərarlaĢmıĢdır". 

Azərbaycan  ərazisində  türkdilli  Azərbaycan  xalqının  formalaĢmasını  XI-XII 

yüzillərə  aid  edən  tədqiqatçılar  (Ġ.Əliyev,  Y.Cəfərov  və  b.)  bu  hadisəni  türkdilli 

tayfaların  kütləvi  yürüĢləri,  eləcə  də  ölkədə  mövcud  olan  "ərazi,  iqtisadi  və  dini 

ümumiliklə" bağlayırlar. 

Qeyd etməliyik ki, üçcildlik "Azərbaycan tarixi"nin I cildində öz əksini tapmıĢ 

təsəvvürə görə, "...XIII əsrdə türk dilində danıĢan köçəri tayfaların buraya (Azərbaycan 

ərazisinə - N. V.) gələn güclü dalğası  azəri,  aran  və  baĢqa dillərin  sıxıĢdırılması  və 

Azərbaycan dilinin tamamilə qələbə çalması üçün Ģərait yaratdı".  

TürkləĢmənin  XI-XII  əsrlərdə  baĢlandığını  qəbul  etməyin  "səhv"  fikir 

olduğunu qeyd edən akademik Z.Bünyadov yazırdı: "TürkləĢ mə prosesi yalnız türk 

aborigenlərin in  (burada  ilk  orta  əsrlərdə  Azə rbaycana  gəlmiĢ  türklə r  nəzə rdə 

tutulur,  -  N.V.),  cənubdan  gələn  oğuzlar  və  Ģimaldan  gələn  qıpçaqlarla  qarıĢması 

nəticəsində, bunların assimilyas iyasından sonra baĢlandı və getdikcə sürətlənib XI-

XII  əsrlərdə  qurtararaq,  Azərbaycan  və  Arran  əra zisində  müasir  Azərbaycan 

millətini  əmələ  gətirən  türkd illi  A zərbaycan  xalqının  təĢəkkü l  tap ması  ilə 

nəticələndi". 

Beləliklə,  demək  olar  ki,  bütün  tədqiqatçılar  A zərbaycan  xalqının  

həyatında  baĢ  verən  taleyüklü  hadisənin  -  xalq ımızın  və  dilimizin  formalaĢması 

prosesinin məhz b izim eranın I  minilliy ində getdiyini təsdiq etsələr də, bu prosesin 

baĢlanğıc və baĢa çatma vaxtlarında fikir ay rılığı vard ır. 

Yeni  etnik  birliyin  -  bugünkü  türkdilli  A zərbaycan  xalq ının  era mızın  I 

minilliyinin  məh z  hansı  yüzilində  təĢəkkül  tapdığını  dəqiqləĢdirməkdən  ötrü,  bu 

birliy in  yaranması  üçün  vacib  olan  Ģərtlərin  -  dil,  ərazi,  mədəniyyət  vahidliyinin, 

məhəlli  iqtisadi  əlaqələr  ü mu miliyin in  nə  vaxt  baĢ  verdiyini  müəyyənləĢdirmək 

lazımd ır. 

Tarixi və coğrafi qaynaqlardakı ço xsaylı faktların, eləcə də ono mastik və 

folklor  materialının  tədqiqi  sübut  edir  ki,  artıq  VII  yüzilin  sonlarında,  yəni 

ərəblərin  Azərbaycanda  hegemon  qüvvəyə  çevrilməyə  baĢladığı,  Ģimallı-cənublu 

torpaqlarımızın  Xilafət  tərkib inə  daxil  ed ild iyi  dövrdə  türkdilli,  irandilli  və 

Qafqazdilli  o lan  Azərbaycan  əhalisi  içərisində  funksional  birincilik  türk  dillərinə 

məxsus  idi.  Doğrudan  da,  Xilafətin  Ģimal  vilayətlərindən  olan  Arran  və 

Azərbaycanın  əhalisinin  etnik  tərkibi  haqqında  məlu mat  verən  ərəb  mənbələri 

burada mü xtəlif dillərdə danıĢan onlarla tayfaların yaĢadığından xəbər versələr də, 

Azərbaycanın,  yu xarıda  qeyd  etdiyimiz  kimi,  "ta  qədimdən  türklərin  ölkəsi" 



363 

 

olduğunu da bildirirlər. 



Gö rünür,  buna,  hələ  ərəb  yürüĢləri  ərəfəsində  baĢqa  türkdilli  tayfaların  

Azərbaycana  olan  axının ın  güclən məsi  ilə  yanaĢı  ərəb  mənbələrində  çox  vaxt 

"türk"  adlandırılan  xəzərlərin  burada  müəyyən  müddət  siyasi  üstünlük  əldə  edə 

bilməsi  də  təsir  göstərmiĢdi.  Türk  dilin in  Azərbaycanın  mü xtəlif  dill i  və  ləhcəli 

xalq ları arasında ünsiyyət dilinə çevrildiyi həmin dövrdə ərəb iĢğalının baĢlanması,  

ərəblərin  xəzərlərlə  bir  əsri  adlayan  arasıkəsilməz  hərbi  münaqiĢələri,  Abbasilərin 

hakimiyyətə  gəlməsilə  Azərbaycana  köçürülən  (və  ya  köçən)  ərəblərin  sayın ın 

artması  və  nəhayət,  islamlaĢ ma  və  müəyyən  yerlərdə  qriqoryanlaĢman ın  getməsi 

burada  baĢlanmıĢ  türkləĢ mə  prosesini  bir  qədər  ləngitdi.  Azərbaycanlılar  arasında 

əvvəlki  iĢğalçıların  fars  dili  ilə  yanaĢı  xüsusilə  IX  yüzildən  bəri  yeni  iĢğalçıların 

ərəb dili də ö zünə yer etməyə baĢladı. 

Özündən əvvəl yaĢamıĢ müəlliflərin  məlu matını sistemləĢdirmiĢ Yaqut əl-

Həməvi (XIII əsrin əvvəlləri) Azərbaycanda o vaxt iĢlədilən dili "əl-azriyyə (azəri, 

azərb i)"  adlandırırd ı.  Bərdə  (yəni  Arran)  nahiyələrində  iĢlədilən  Arran  dilindən, 

Qafqazda yayılmıĢ mü xtəlif yerli dillərdən söhbət açan əl-Ġstəxri (X əsrin 20-30-cu 

illəri)  A zərbaycan,  Arran  və  Ermənistanda  fars  və  ərəb  dillərinin  rəsmi  d il  kimi 

iĢləndiyini qeyd edir.  Ondan az sonra Azərbaycana səyahət edən Ġbn Havqəl Qabh 

(Qafqa z) dağlarında 360 dildə danıĢıldığ ını  xəbər verərə k yazır: "Mən bunu bir çox 

kənddə  olub,  hər  kəndin  azəri  və  fars  dillərindən  baĢqa  öz  dilin in  olduğunu 

görənədək inkar edirdim".  Gö rdüyümüz kimi, azəri dilin i fars dilindən fərqləndirən 

Ġbn  Havqəl  həmçin in  təsdiq  edir  ki,  Qafqazdakı  ərəb  iĢğal  dairəsində  yaĢayan 

xalq ların  rəsmi  ünsiyyət  dili  fars  və  ərəb  dillərid ir.  Ġbn  Havqəl  yazır:  "Lakin  ərəb 

dilində  danıĢanlar  azdır.  Farsca  danıĢanlar  isə  ərəb  dilini  baĢa  düĢmürlər.  Ərəb 

d ilin d ə  fəsih  danıĢanlar  tacir  və  mü lk  sahiblərid ir.  Ərminiyənin  ucqarla rında  və 

buna  bənzər  yerlərdə  yaĢayan tayfalar  üçün  baĢqa dillər  də  mövcuddur.  Dəbil  və 

onun nahiyələrin in əhalisi ermən i dilində, Bərdə əhalisi isə Arran dilində danıĢır". 

X əsrin 70-80-ci illərində Azərbaycanda olmuĢ əl-Müqəddəsinin məlu matına görə, 

Ərdəbilin  dağ  kəndlərində  60  d ildə  danıĢırlar.  Arranda  arran  dilində  danıĢıldığ ını 

xəbər  verən  müəllif  yerli  əhalinin  fars  dilində  xorasanlılar  kimi  danıĢdığını,  lakin 

onları an lamaq mü mkün olduğunu da qeyd edir.  

MəĢhur  ərəb  səyyah-coğrafiyaĢünası  və  tarixç isi  əl-Məsudinin  (X  əsr) 

yazdığına  görə,  Qafqazda  hər  birinin  öz  hökmdarı  və  baĢqalarının  anlamad ığı  dili 

olan 72 xalq yaĢayır. 

Ərəb  mənbələri  (əl-Bəlazuri,  Ġbn  Xordadbeh  və  b.)  iĢğal  dövründə  "ta 

qədimdən türklərin  məskun olduğu" Azərbaycan ərazisində ərəblərin fəth etdikləri 

yerlər  sırasında  Taylasanın  (TalıĢanın),  yəni  talıĢların  yaĢadığı  yerin   də  adını 

çəkirlər. 

Tarixçi ət-Təbərin in Dərbəndin alın ması ilə əlaqədar yerli dağlılar  (qabci-

qafqazlı)  və  gəlmə,  "qərib"  ermənilər  haqqında  olan  məlu matı  da  o  dövr 

Azərbaycanında  yaĢayan  xalqların  etnik  tərkibin i  müəyyənləĢdirmək  baxımından 



364 

 

maraqlıdır:  "Həmin  dağların  yamaclarında  olan  ölkədə  elə  hündür  yerlər  var  ki, 



ermənilər o yerlərdə az qalırlar, çünki onlar onun ətrafında yaĢayanlardandır, özləri 

də gəlmədirlər". 

ĠĢğal prosesində ərəblərlə azərbaycanlılar arasında bağlanılan  müqavilədə 

Balasakan  və  Savalan  kürdlərinin  adlarının  çəkilməsi  Ģimalın  və  cənubun  bu 

yerlərində o dövrdə kürd məskənlərinin o lmasından xəbər verir. 

IX-X  əsr  müə lliflə ri  (ə l-Bə la zuri,  əl-Məsudi,  əl-Ġstə xri)  hələ  iĢğal 

ərəfəsində  Gəncə  və  Tiflis  arasındakı  yerlərdə  yaĢayan,  ərəb  mənbələrində  əs -

siyavurdiya (erməni  mənbələrində sevordik) ad landırılan, "qanun-qayda bilməyən, 

qaçaq-quldurluqla  məĢğul  olan"  tayfanın  da  adını  çəkirlər.  Tədqiqatçılar 

(V.F.M inorski) onlan bizanslıların "sabarta əsfələ" (ağ sabartlar) adlandırdıq ları və 

türk hesab etdikləri macarlarla bağlayır, onların VIII əsrin  ortalarında, peçeneqlərin 

hücumundan sonra mərkəzi  indiki Tovuz o lan,  Gəncə  ilə Tiflis arasındakı ərazidə 

məskən  saldıqları,  sonralar  qriqoryanlığı  qəbul  edib  erməniləĢdiklərini  gü man 

edirlər. Mənbələrə görə,  VI əsrin ortalarında köçəri avarların təzyiq i ilə Ağstafa ilə 

ġəmkir arasında məskən salmıĢ türkdilli döyüĢkən sabir tayfaları, görünür sonradan 

xristianlığ ı  qəbul  etmiĢ,  ərəblər  burada  möhkəmləndiyi  dövrdə  isə  artıq 

erməniləĢmiĢdilər.  Elə  buna  görə  də  X  əsrdə  Azərbaycanda  olmuĢ  əl-Ġstəxri  əs-

siyavurdiya  tayfasını  erməni  cinsindən  (sınf)  olan  "pozğun  adamlar"  ki mi  təqdim 

etmiĢdi. 

Ərəb  mənbələrin in tarixi A zərbaycan əhalisin in etnik tərkib i və danıĢdığı 

dil  haqqında  bu  məlu matı,  yəni  yerli  əhalin in  azəri  və  arran  d ilindən  baĢqa, 

xüsusilə ucqar və dağ rayonlarında onlarla (həmin mənbələrdə iĢlədilən 60 -70 (72) 

və  ya  360  rəqəmləri,  sözsüz  ki,  dəqiq  olmayıb,  yaln ız  ço xluğa  iĢarədir)  dildə 

danıĢması, eləcə də fars və ya ərəb dillərin i bilməsi tədqiqatçılar arasında mü xtəlif 

rəylərə səbəb olmuĢdur. Bəzi alimlər  (məsələn, Z.Bünyadov) belə bir ehtimal irəli 

sürmüĢlər ki, "ola bilsin, Arran əhalisinin bir h issəsi (albanlar) ço x tez ərəbləĢ məyə 

məruz  qalıb  ərəblərlə  qaynayıb-qarıĢ mıĢ,  sonralar  isə  səlcuq  türkləri  gəldikdən 

sonra  ərəblərlə  birlikdə  türkləĢməyə  məruz  qalmıĢlar.  Arranın  dağ  rayonlarında 

yaĢayan  albanların  digər  bir  hissəsi  isə  erməniləĢ məyə  məruz  qalmıĢlar".  Eyni 

materialı  araĢdıran  tədqiqatçılar  (məsələn,  Y.Yusifov)  "Azərbaycanın  Dərbəndə 

kimi ərazisində nə farslaĢma, nə də ərəbləĢ mə o lmamıĢdı" nəticəsinə də gəlmiĢlər.  

Yerli  əhali  arasında  ərəb  və  fars  dillərin in  iĢlədilməsin i  islamın  burada 

yayılması  ilə  əlaqələndirən  Y.Cəfərovun  fikrincə,  IX-X  əsrlərdə  albanlar  arasında 

baĢlayan  "kütləvi  islamlaĢ ma  prosesi  nəticəsində  çox  mühüm  hadisə  baĢ  verdi: 

udindilli alban əhalisinin islamlaĢması onun ərəb və fars dillərinə keçməsinə səbəb 

oldu". Yenə onun yazdığına görə, bu, "ġimali Afrikadan Orta Asiyayadək ərəblərin 

iĢğal  etdikləri  hər  bir  ölkədə  gedən  obyektiv  və  qanunauyğun  etnosiyasi  proses" 

idi. 


Qeyd etməliyik  ki,  müsəlman  mədəniyyətinin yüksək səviyyəyə qalxdığ ı, 

tədqiqatçıların  " müsəlman  intibahı"  dövrü  adlandırdığı  X  yüzildə  isla mı  qəbul 



365 

 

etmiĢ hər bir  müsəlman, hər Ģeydən əvvəl, dini  icmanın ü zvü, ondan sonra isə bu 



və ya digər yerin sakini, hər hansı  xalqın nü mayəndəsi olsa da, çox iĢdə əsas amil 

olan dini mənsubiyyət etnik mənsubiyyətə tam üstün gələ bilmədi. Ərəb -müsəlman 

mədəniyyətinin  in kiĢafı  prosesində  iĢtirak  edən  və  islamı  qəbul  etmiĢ  mü xtəlif 

millətdən  olan  xalqlarla  ü mu mi  " müsəlman"  məfhu mu  ilə  birləĢən  Azərbayc an 

əhalisinin  müəyyən  qismi,  mənbələrin  məlu matından  göründüyü  kimi,  bütün 

Xilafət  xalq larının  ünsiyyət  vasitəsinə,  kargüzarlıq  və  elm  d ilinə  çevrilmiĢ  ərəb 

dilini  bəzi  hallarda,  hətta  mükəmməl  mənimsəsələr  də  öz  ana  dillərini  də 

yadırğamad ılar.  Xilafətin  "ərəbləĢmiĢ"  xalqlarından  (suriyalılar,  mis irlilər  və  b.) 

fərqli  olaraq  islamı  qəbul  etmiĢ  azərbaycanlılar  yalnız  müsəlmanlaĢdılar.  Hətta 

Azərbaycan ərazisində məskunlaĢmıĢ ərəb qəbilələrin in nümayəndələri də tədricən 

öz  doğma  dil  və  adətlərini  unudaraq  həmdin  və  həmməslək  olduqları  türk 

əhalisinin artıq bu dövrdə üstünlük təĢkil edən dilin i, onun həyat və məiĢət tərzini 

qəbul  etdilər.  Lakin  rəs mi  (danıĢıq  yo x)  dil  kimi  obyektiv  olaraq  Xilafətdə 

Əməvilərin hakimiyyətdə olduqları dövrdə (750-ci ilədək) Sasanilərdən qalma  fars 

və yeni siyasi qüvvənin dili o lan ərəb dili, Abbasilərin hakimiyyətinin  ilk  illərində 

ərəb dili, Ġran Ģuubiyyə hərəkatının gücləndiyi dövrdə isə bu dillə yanaĢı yenidən fars 

dili iĢlənird i. 

XI yüzilin ortalarında Səlcuq yürüĢü zamanı oğuz elinin,  XII yüzilin ilk yarısında 

isə qıpçaqların Azərbaycana axını gücləndi. Əksəriyyəti türk-oğuz dili daĢıyıcısı olan bu 

tayfalar  çox  keçmədən  Azərbaycan  ərazisində  yaĢayan  və  artıq  bir-birinə  qovuĢmuĢ 

onlarla türk tayfa və qəbilələri ilə qaynayıb qarıĢdılar. Hələ bu oğuzların gəliĢindən çox 

əvvəl  Cənubi  Qafqaz,  Mesopotamiya  və  Kiçik  Asiya  ərazisində  oğuz  dil  qrupuna 

mənsub  olan  tayfaların  (onoğuzların,  kəngərlərin  və  b.)  məskunlaĢması  səlcuq 

yürüĢündən sonra Azərbaycanın həm  Ģimal,  həm  də  cənub hissəsində oğuzdilli  türk-

lərin üstünlüyünə, tədricən məhz bu dil qrupunun qalib gəlməsinə, türkdilli Azərbaycan 

xalqının  hələ  ərəblərin  gəliĢi  ərəfəsində  baĢ layan  formalaĢma  prosesinin  tam  baĢa 

çatmasına səbəb oldu. Lakin mənĢəcə türk olan səlcuqların hökmranlığı heç də türk dilini 

Azərbaycan ədəbi dilinə çevirmədi. Fars dilinə üstünlük verən səlcuq hökmdarlarının, 

eləcə  də  Atabəylərin,  ġirvanĢahların  saraylarında  ünsiyyət  yalnız  fars  dilində  idi, 

kargüzarlıq  da  bu dildə  aparılırdı.  XII  yüzildə  belə  Xaqani,  Nizami  kimi  dahilərimiz 

məhz  buna  görə  fars dilində yazırdılar

1

.  Lakin  bu heç də  o demək  deyildi  ki,  dövrün 



Ģairləri danıĢdıqları Azərbaycan-türk dilində yazıb-yaratmamıĢlar. XI yüzilin görkəmli 

ədəbi  və  siyasi  xadimi,  uzun  müddət  ġamaxıda,  Beyləqanda  və  Gəncədə  dövlət 

iĢlərində çalıĢmıĢ Məsud ibn Namdarın ərəb (arabiyyə), fars (əcəmiyyə), türk (türkiyyə) 

və yerli  (zimmiyyə;  bəlkə  də  alban  - ?)  dillərində Ģeir  yazması haqqındakı  məlumatı 

bunu  təsdiq  edir.  Onu  da  qeyd  edək  ki,  XI-XII  yüzildə  yaĢayıb-yaradan 

sənətkarlarımız (Qətran Təbrizi, Xaqani, Nizami və b.) öz əsərlərində tez-tez türk dili 

mənasında "türki (torki)" məfhumu iĢlətmiĢ, fars dilində yazdıqları əsərlərində yeri  

 

1



Fars dilinin geniĢ yayılması səbəbləri haqqında b a x: XV fəsil, § 6, Ədəbiyyat. 

366 

 

gəldikcə onlarla türk-Azərbaycan sözlərindən istifädə etmiĢlər



1

Beləliklə,  gördüyümüz  kimi,  haqqında  bəhs  etdiyimiz  dövrdə  tarixi 



Azərbaycan ərazisində cərəyan edən dil, ərazi, mədəniyyət və iqtisadi əlaqələr vəhdəti 

zəminində yeni etnik birliyin - türkdilli A zərbaycan  xalqının  təĢəkkülü  prosesi  baĢa 

çatır.  Böyük  axınla  Azərbaycana gələn oğuz türklərinin bu prosesdə iĢtirakı isə Azər-

baycan  türklərinin  səlcuq  yürüĢlərindən  əvvəl  baĢlayan  formalaĢmasını  yalnız 

sürətləndirmiĢdi. 

Bu prosesin baĢa çatması nəticəsində təqribən bugünkü Azərbaycan dilimizdə 

danıĢan və artıq  əksəriyyəti təĢkil  edən  xalqımızın  təĢəkkülündən sonra da Azərbaycan 

ərazisində,  əvvəllər  olduğu  kimi,  qafqazdilli  və  irandilli  xalqlar  yaĢayırdılar.  Maraqlı 

burasıdır ki, Azərbaycanın etnik xəritəsi bu gün də min il əvvəlki cizgilərini  saxlamıĢdır. 

Bu gün də Azərbaycan torpağında  indi "azsaylı  xalqlar" adlandırdığımız irandilli talıĢlar, 

tatlar, kürdlər və b., qafqazdilli udinlər, ləzgilər, xınalıqlar, bııduqlar və b. yaĢayırlar. 

Tarixin gediĢatı elə gətirib ki, Sasanilərin və ərəblərin  ağalığı dövründə etnik, 

inzibati  və  coğrafi  məfhumları  özündə  birləĢdirən  "Azərbaycan"  adı  IX-X  əsrin 

əvvəllərində  Xilafətin  zəifləməsi  ilə  əlaqədar  mü xtəlif  sülalələrin  (yerli  və  gəlmə) 

baĢçılıq  etdiyi  ayrı-ayrı  feodal  dövlətlərinin  yaranması  ilə  inzibati  və  tədricən  etnik 

mənasını  itirərək,  yalnız  coğrafi  mahiyyətini  saxladı.  Tarixi  Azərbaycan  ərazisində 

yaranan dövlətlər  biri  digərini  əvəz  etdi,  bu  dövlətlərin sərhədləri  çox  vaxt  bilavasitə 

Azərbaycan  hüdudlarını aĢaraq bir  neçə  tarixi  ərazini  də  özündə  birləĢdirdi.  Beləliklə, 

sərhədlər dəyiĢdi, hökmdarlar dəyiĢdi, yalnız yerli əhali - azərbaycanlılar nə öz simalarını 

(bunu antropoloji araĢdırmalar da sübut edir), nə də öz doğma dillərini dəyiĢdi. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

1



B a x: XV fəsil,  § 6 

 

 



367 

 

 



XV FƏSĠL 

 

XI-XIII ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ AZƏRBAYCAN 

MƏDƏNĠYYƏTĠ 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin