TarġXĠ III-XIII əsrin I rübü



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə40/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   37   38   39   40   41   42   43   44   45
§ 4. EPĠQRAFĠK ABĠDƏLƏR 

 

Azərbaycanın  memarlıq  və  baĢqa  tarixi  abidələrində,  respublika 



mu zeylərin in  ko lle ksiyalarında  ço xsaylı  ərəb  qrafikalı  ep iqrafik  yazılar  mühafizə 

olunmaqdadır.  Həmin  epiqrafik  yazılar  tədqiq  olunan  dövrün  iqtisadi  və  siyasi 

həyatının  öyrənilməsi  üçün  mühüm  mənbələrdir.  Məzmunca  mü xtəlif  o lan  inĢaat, 

sənət, xatirə səciyyəli bu epiqrafik abidələr bəzi hallarda orta əsr müəlliflərinin mə-

lu m əsərlərində əksini tap mayan tarixi hadisələrin izah ed ilməsinə imkan yaradır. 

Tarixi  dəqiq ləĢdirilmiĢ  ilkin  ərəb  qrafika lı  ya zılardan  biri  1987-c i  ilin 

baharında, ġəmkir və Xanlar bölgələrin in sərhədində yerləĢən Yenikənd su -elektrik 

stansiyasının ərazisində aparılmıĢ arxeolo ji qazıntılar  zamanı Muncuqlu təpəsində, 

daĢ  sütunun  baĢlığı  üzərində  aĢkar  edilmiĢdir.  Sadə  kufi  xətti  ilə  ərəbcə  həkk 

olunmuĢ  bu  yazı  p is  hifz  edilmiĢdir;  tərcü məsi  beləd ir:  "Hakimiyyət  Allaha 

məxsusdur.  Dörd  yüz  qırx  ikinci  ildə  əl-müdəbbir  Ġmamallah  ibn  Məhəmməd 

hazırlamıĢdır. Allahın mərhəməti onun üzərində olsun" (h. 442/1050-51). 

Kutaisi  Ģəhərində  Gelati  monastırında  saxlanılan  Gəncə  qapısının 

üzərindəki  səkkizsətirlik  ərəbdilli  kufi  yazısında  deyilir:  " BağıĢ layan,  mərhəmətli 

Allahın  adı  ilə.  Bu  qapıların  qazı  Əbülfərəc  Məhəmməd  ibn  Abdullahın  rəhbərliyi  ilə 

hazırlanmasına hökmdarımız, əzəmətli hakim əmir ġavur ibn Fəzl - Allah onun hakimiyyə-

tini uzun eləsin - əmr etmiĢdir. Ġbrahim ibn Osman dəmirçi (anqaveyh) oğlu dörd yüz əlli 

beĢinci ildə düzəltmiĢdir" (h.455/1063). 

Qabarıq  surətdə,  əhəngdaĢı  üzərində  həkk  edilmiĢ  dördsətirlik  kufi  yazısı 

Bakınm  ĠçəriĢəhər  hissəsindəki  Məhəmməd  məscidinin  Ģimal  divarında  yerləĢir: 

"BağıĢlayan,  mərhəmətli  Allahın adı  ilə.  Bu, ustad ər-rəis Məhəmməd ibn Əbu Bəkrin 

əmrilə tikilmiĢ məscidin binasıdır. Tarix: dörd yüz yetmiĢ bir" (h. 471/1078-79). Minarənin 

eyvanındakı  stalaktit  karnizin  altında  yerləĢən  lövhə  üzərində  lentĢəkilli  kufi  yazı 

Qurandan götürülmüĢ ayələrdən (XVII, 81-82) ibarətdir. 

Qafqazda aĢkar edilmiĢ kufi yazılarının qədimliyindən bəhs edən professor Əbd əl-

Həyy  Həbibi,  Məhəmməd  məscidindəki  yazının  fotoĢəklini  təqdir  etmiĢ,  həmin  yazını 



386 

 

Yaxın ġərq xəttathlığının ən yaxĢı nü munəsi kimi qiy mətləndirmiĢdir. 



Yerli ağ daĢ üzərində qabarıq surətdə həkk olunmuĢ digər dördsətirlik ərəbdilli 

kufi  kitabə  ġəmkir  qülləsinin tikilmə  tarixi  və  təyinatı  haqqında  məlumat  verir.  Qeyd 

etməliyik ki, bu yazının aĢkar edilməsi və oxunması memarlıq tarixində həmin abidənin 

tikilmə  tarixini  müəyyənləĢdirə  bilmiĢdir:  "Allahın  adı  ilə.  Müdafiə  sistemli  binalar 

silsiləsindən olan bu gözətçi qülləsini  Uca Allahın qüdrətinin yardımı, istəyi, tam himayəsi 

ilə,  mömin  ġeyx  M-n...-lu  ibn AfĢin  öz  vəsaiti  hesabına  dörd  yüz  doxsan üçüncü  ildə 

tikdirmiĢdir"(h. 493/ 1099-1100). 

XI əsrdə əhəngdaĢından hazırlanmıĢ məzarüstü abidənin bir hissəsi (0,86X0,27 



m)  1982-ci  ilin  yayında  Bakıda,  ĠçəriĢəhərdə  aparılmıĢ  arxeoloji  qazıntılar  za manı 

tapılmıĢdır.  Abidənin  iki  yuxarı  tərəfi qabarıq  kufi  kitabə  ilə  tamam  örtülmüĢdür.  Bəzi 

hərflərin sonu bir qədər yuxarı qalxaraq palmetta (xurma ağacı yarpaqlarına bənzər bəzək) 

formasında tamamlanmıĢdır. TapılmıĢ daĢ, abidənin ikinci yarısını təĢkil edir. Hələlik bu 

abidə,  formasına  görə  Bakı  qalası  ərazisində  tapılmıĢ  XI-XII  əsrlər  məzarüstü  daĢları 

içərisində yeganədir.  Bu  məzarüstü daĢ  Gürcüstan  Dövlət  Muzeyinin  Armazis xevidəki 

Msxet  filialında  saxlanan,  mərmərdən  yonulmuĢ  qəbirüstü  abidəyə  bənzəyir.  Yazıda 

deyilir: "BağıĢlayan, mərhəmətli  Allahın  adı  ilə.  Bu,  Əbu  Səd  Namdarın  məzarıdır. 

Allah onun  məzarını  müqəddəsləĢdirsin".  Yazılı  daĢ  məzarüstü abidənin bir parçasını 

təĢkil  etdiyi  üçün  Əbu  Səd  Namdarın  titulu,  ləqəbləri  və  atasının  adı  qalmamıĢdır. 

Məzarın orta əsr Bakısının mərkəzindəki fəxri dəfn yerində olması, məqbərə binasının 

zəngin  memarlıq  bəzəklərinin  qalıqları  mərhumun  XI  -  XII  əsrlərdə  ġirvanĢahlar 

dövlətində  mühüm  vəzifə  tutduğunu  təsdiqləyir.  Mən bələrdə  ġirvanda  məsul 

vəzifələrdə  olmuĢ  Namdar  nəslinin  bəzi  nümayəndələrinin  adları  çəkilir.  "Tarix  əl-

Bab"da  ġirvanĢah  Fəribürzün vaxtında  hacib vəzifəsində  olmuĢ  Namdar  ibn Müzəf-

fərin  adı  vardır.  Tarixdə  Məsud  ibn  Namdarın  Ģəxsiyyəti  Beyləqan  Ģəhərinin  məmur 

zümrəsinin nümayəndəsi, "Hekayələr, məktublar, Ģeirlər toplusu" əsərinin müəllifi kimi 

tanınmıĢdır. 

Üzərində üçsətirlik ərəbdilli kitabə olan əhəngdaĢı lövhəsi (2x0,7 m) 1954-

cü  ildə  Bakının  qala  divarındakı  yarımbürclərdən  birinin  dağılması  zamanı  aĢkar 

edilmiĢdir.  Çiçəkli  kufi  xətti  ilə  yazılmıĢ  lövhə  Azərbaycan  Milli  Tarix  Muzeyində 

saxlanmaqdadır.  Kitabəni  ilk  dəfə  etnoqraf  Ə.Ələsgərzadə  oxumuĢdur:  "ġəhər  divar-

larının  tikilməsinə  əl-məlik  əl-müəzzəm,  müdrik,  ədalətli,  qalibiyyətli,  din  uğrunda 

mübarizədə zəfər qazanan, dinin və dövlətin Ģərəfi, islamın və müsəlmanların dayağı, 

ən böyük  xaqan, əzəmətli  ĢirvanĢah  Əbü-l-Hica  Mənuçehr  b... əmr  etmiĢdir".  Burada 

yazı  natamam  qalır.  Lövhədə  Mənuçehrin  atasının  adı  üçün  yer  kifayət  etməmiĢdir. 

Yazıda  Bakıda  Ģəhər  divarlarının  ĢirvanĢah  III  Mənuçehr  tərəfindən  tikdirildiyi 

bildirilir.  III  Mənuçehrin  hakimiyyəti  514-555(1120-1160)-ci  illərə  təsadüf  edir. 

Kitabə  ġirvan dövlətinin güclənməsi ilə bağlı olaraq böyük istehkam tikintisi iĢlərinin 

aparıldığını  təsdiq  edir.  Gü man  etmək  olar  ki,  bu  divarın  tikilməsinədək,  feodal 

Ģəhərinin təĢəkkülü dövründə inĢa olunmuĢ baĢqa divarlar da varmıĢ. 

Bakı  qalasındakı  camenin  minarəsində  məscidin  köhnə  binasından  buraya 



387 

 

köçürülmüĢ yazılı lövhələr yerləĢdirilmiĢdir. Burada nadir, lapidar sənədlərin zəngin arxivi 



mühafizə  olunmuĢdur.  ƏhəngdaĢından  hazırlanmıĢ  xatirə  lövhəsinin  üzərində  həkk 

edilmiĢ dörd sətirlik, kufi  xəttilə yazılmıĢ ərəbdilli  mətn diqqəti cəlb edir: "Ən böyük 

əmir  -  isfəhsalar, baĢçı, dinin  cəsarəti... dövlətin  xoĢbəxtliyi,  islamın  müdafiəçisi    və  

qoĢunların baĢçısı  (bayrağı),  millətin iftixarı, əsilzadələrin itkisi Hüsaməddövlə vəd 

din  Əbu  Yəqub  Yusif‖.  Göründüyü  kimi,  xatirə  lövhəsi  böyük  ġirvan  sərkərdəsi 

Hüsaməddövlə  vəd  din  Əbu  Yəqub  Yusifin  ölümü  haqqında  məlumat  verir.  Yazılı 

mənbələrdə  bu Ģəxsiyyət haqqında heç bir  məlumata  təsadüf  edilməmiĢdir.  Yalnız  iki 

böyük  ġirvan Ģairinin  -Xaqaninin və  Fələki  ġirvaninin Azərbaycanda baĢ  vermiĢ hərbi 

hadisələrin təsviri ilə əlaqədar olaraq yazdıqları mədhiyyələrdə  ġirvan ordusu baĢçısının 

adı Bakı lövhəsində qeyd edilmiĢ titulları ilə  göstərilmiĢdir.  ġirvanĢah  III  Mənuçehrin 

qoĢunları əmir-isfahsalar  Hüsaməddövlə vəd  dinin baĢçılığı altında  Arran,  Bitlis və Dvin 

əmiri ġəmsəddövlə Tuğan Arslanın yardımına arxalanaraq,  530-532(1136-1137)-ci  illər 

arasında Nüsrətəddin Arslan Abanın ordusunu məğlubiyyətə uğratdılar. Arran ərazisinin 

bir hissəsini onun əlindən aldılar. 

Yusif  ibn  Küseyr  məqbərəsinin  giriĢ  qapısı  üzərində  olan  dörd  sətirlik  kufi 

kitabədə deyilir: "Bu məqbərə ər-rəis, mömin, islamın gözəlliyi, Ģeyxlərin baĢçısı Yusif 

ibn  Küseyrindir.  Tarix:  Ģəvval  ayı,  beĢ  yüz  əlli  yeddinci  il"  (1162).  Yusif  ibn  Küseyr 

məqbərəsinin  üzərindəki  yazı  dünya  mədəniyyəti  tarixinə  daxil  olmuĢ  epiqrafik  abidələr 

sırasındadır. Məqbərənin frizindəki kufi kitabədə Quran ayələri və məĢhur  memar  Əcəmi 

ibn  Əbubəkr  ən-NəĢəvinin  (Naxçıvaninin)  adı  həkk  edilmiĢdir.  Onun  yaratdığı  və  artıq 

haqqında məlumat verdiyimiz on tərəfli Möminə xatun məqbərəsinin bəzəklərində ərəb 

qrafikasının  müxtəlif  xətlərindən  də  istifadə  olunmuĢdur.  Kitabələr  türbənin  tərəfləri 

(baĢtağları)  və  giriĢ  qapılarının  haĢiyələrində,  medalyonların  sahələrində  bəzək 

elementi kimi iĢlədilmiĢdir. 

XII  əsrdən  etibarən  bir  sıra  Ya xın  ġərq  ölkələrində,  habelə  Azərbaycanda 

memarlıq  abidələrinin  bəzəklərində  rəngarəng  Ģirli  kərpiclərdən  istifadə  olunmağa 

baĢlandı.  ġirli  kərpiclərin  düzülməsiylə  tərtib  edilən  kitabələr  məqbərələrin  silindrik 

hissəsində,  günbəz  örtüklərində  istifadə  olunurdu  ki,  bu  da  abidələrin  təkrarolunmaz 

gözəlliyini təmin edirdi. Yerli xəttatlar epiqrafik motivlərin yaradılması iĢində kamilliyin 

yüksək  zirvələrinə  yetiĢmiĢdilər.  Nəbati  və  həndəsi  ünsürlərə  oxĢadılmıĢ  ərəb 

hərflərindən düzəldilən həmin motivlər kaĢılı kərpiclərlə ifa olunurdu. 

Yusif  ibn  Küseyr  məqbərəsinin  bəzəklərində  Ģirli  kərpiclərdən  istifadə 

olunmamıĢdır.  Bu  abidədə  yazılar  mü xtəlif  ölçülü  kərpiclərin  hörgüyə  düzülüĢü 

nəticəsində  əldə  edilmiĢdir.  Frizlər  və  haĢiyələrdəki  kitabələ rin  fonunda  Ģaquli 

"ləm",  "əlif‖,  "kəf‖  hərflərin in  arasındakı  sahələr  həndəsi  naxıĢlarla 

zənginləĢdirilmiĢdir.  Mü xtəlif  rəngli  Ģirli  kərp iclərdən  və  lövhələrdən  Möminə 

xatun  məqbərəsinin  bədii  tərtibatı  iĢində  is tifadə  edilmiĢdir.  OnguĢəli  məqbərənin 

bütün  tərəfləri  kufi  xətli  yazılarla  haĢiyələn miĢdir.  Kitabələrin  mətni  Quran 

ayələrid ir.  Məqbərənin  tərəflərindəki  hər  on  stalaktit  tağda  təkrar  olunan  yazıda 

deyilir:  "Hakimiyyət  vahid,  qadir  Allaha  məxsusdur".  BaĢtağın  üzərindəki  yaz ıda 



388 

 

abidənin inĢa tarixi göstərilir - 582 (1186). Burada memarın ad ı da qeyd edilmiĢdir: 



"Naxçıvanlı  memar  Əcəmi  ibn  Əbubəkrin  iĢidir".  Məqbərədən  cənubda,  hazırda 

bərpa  olunmuĢ  qədim  qoĢa  minarəli  baĢtağın  üstündəki  kitabədə  N.  Xanıkovun 

(XIX əsr)  məlu matına görə, "Müdrik hökmdar, ədalətli, böyük Atabəy Əbu Cəfər 

Məhəmməd  ibn  Atabəy  Eldəniz  -  Allah  onun  məzarın ı  müqəddəsləĢdirsin"  - söz-

ləri varmıĢ. 

Qapı yeri üzərindəki  kitabədə "...Atabəyin mülklərində süvarilərin baĢçısı 

və  vergiləri  toplayan  mütəvəlli  ə mir  Nurəddin  Naxçıvanlı  memar  Əcəmi  ibn 

Əbubəkrin iĢidir" yazılmıĢdır. 

Məqbərənin  qübbəvari  günbəzinin  daxili  səthində  dörd  dairəvi  medalyon 

vardır.  Bu  medalyonlar  günbəzin  Ģimal-Ģərq,  cənub-Ģərq  və cənub-qərb  və Ģimal-

qərb  tərəflərində  yerləĢdirilmiĢ,  sahələri  kitabə  və  naxıĢla  bəzədilmiĢdir.  Nəbati 

naxıĢlı  birinci  medalyonun  bəzəyinin  qrafik  strukturu  səkkiz  dəfə  təkrar  olunan 

"Məhəmməd"  sözlərinin  toplusundan  ibarətdir.  Ġkinci  medalyonda  "Allah, 

Məhəmməd,  Əbubəkr,  Ömər,  Os man,  Əli",  üçüncü  medalyonda  "Allah, 

Məhəmməd,  Ömər,  Əbubəkr,  Osman,  Əli,  Həsən,  Hüseyn",  dördüncüdə  "Allah, 

Məhəmməd,  Əbubəkr, Ömər, Os man,  Əli" sözləri həkk edilmiĢdir.  Medalyonların 

tərtibatı  zamanı  əldə  olun muĢ  dekorativ  effekt  d iqqəti  cəlb  edir.  Xəttat  nəbati, 

həndəsi  naxıĢlardan,  mürəkkəb  kufi  yazısından  istifadə  edərək,  bədii  ifadənin 

bənzərsiz  həllinə  nail  ola  b ilmiĢdir.  Ustanın  bu  məharəti  A zərbaycanın  baĢqa 

memarlıq  tikililərin in  və  məzarüstü  abidələrinin  bədii  tərtibatı  ilə  müqayisədə 

xüsusilə heyranedicidir. Mö minə  xatun məqbərəsində dəfn olunmuĢ Ģəxs haqqında 

məqbərənin  frizində  yerləĢdirilmiĢ  yazı  tam  halda  qalmadığ ına  görə,  Mö minə 

xatunun  atabəylərlə    qohumluq    əlaqələri  haqqındakı    tədqiqatçı  fikirləri  (Cahan 

Pəhləvanm  anası  və  yaxud  həyat  yoldaĢı  olması)  ziddiyyətlidir.  Yazının  tərcüməsi 

belədir:  "BağıĢlayan,  mərhəmətli  Allahın  adı  ilə.  Bu  məqbərənin  tikilməsinə  müdrik 

hökmdar,  ədalətli,  qalibiyyətli,  möhkəmlənmiĢ,  böyük,  islamın  və  müsəlmanların 

mühafizəçisi  ġəmsəddin  Cahan  Pəhləvan, Atabəy  əbu  Cəfər  Məhəmməd  ibn  Atabəy 

Eldəniz...  dünyanın  və  dinin  Ģöhrəti,  islamın  və  müsəlmanların  himayəçisi  Möminə 

xatunun - Uca Allah ona rəhm etsin! - naminə əmr etmiĢdir. Biz gedirik, dünya qalır. 

Biz ölərik, bu xatirə qalar. Ġlahi, bəd nəzərdən uzaq et". 

Atabəylərin 

tarixinin 

öyrənilməsində 

Gəncə 


Tarix-DiyarĢünaslıq 

Muzeyindəki  saxsı  sferokonus  üzərində  nəsx  xəttilə,  hərəkəsiz  həkk  edilmiĢ  farsdilli 

yazı mühüm əhəmiyyətə malikdir. Yazıda deyilir: "Cahan Pəhləvanın müqəddəs arzusu 

və Ģöhrəti  Qutluq  Ġnanc".  Bu  mətn yazılı  mənbələrin  (Sədrəddin əl-Hüseyni,  Ravəndi) 

Cahan  Pəhləvanın  öz  dövlətinin  Ģöhrət  və  qüdrətini  sevimli  oğullarının  yardımında 

gördüyünü bildirən məlumatlarını təsdiqləyir. 

Dəvəçi  bölgəsinin  Ügah  kəndindəki  ġeyx  Əbubəkr  məqbərəsinin  qapısı 

üzərində nəsx  xəttilə ərəbdilli ikisətirlik yazı olmuĢdur: "Bu, Ģeyxlərin  məliki, yolların 

qütbü ġeyx Əbubəkrin türbəsidir. Allah ona rəhmət etsin! Bu türbəni bilici, adil soltan 

Fərruxzad bin Axsitan [bin] Mənuçehrin zamanında beĢ yüz doxsan dördüncü ildə (1197-



389 

 

1198) Məhəmməd ibn Nəsr tikmiĢdir".  Yazıda xatırlanmıĢ ġeyx Əbubəkrin adına bizə 



məlum olan digər yazılı mənbələrdə təsadüf edilmir. ġeyx Əbubəkrin epitetləri əsasında 

belə nəticəyə gəlmək olar ki, o, tanınmıĢ Ģəxsiyyət, ġabranda fəaliyyət göstərmiĢ böyük 

alim olmuĢdur. 

ġamaxıdan  cənub-Ģərqdə,  Göylər  kəndində,  ġamaxı-Ərdəbil  ticarət-karvan 

yolunun üzərində  memarlıq  tarixinə  "Piri  Mərdəkan"  adı  ilə  daxil  olan  möhtəĢəm  bir 

abidə  mövcuddur.  Məqbərədə  qalmıĢ  iki  kitabə  abidənin  adını  və  tikilmə  tarixini 

dəqiqləĢdirir. Ġçəridə bir məzar vardır. 

Məzarüstü lövhə (0,1x0,56 m) əhəngdaĢındandır. Bu lövhə yuxarıdan çatma tağla 

tamamlanır. Lövhənin üz hissəsində hərəkəsiz ərəbdilli yazı həkk edilmiĢdir: "BağıĢlayan, 

mərhəmətli Allahın adı ilə. Bu məzar Ģeyx, imam, böyük alim,  mömin Tair Tac əl-Hüda 

Mədəkani ibn Əlinindir. Allah rəh mət etsin". DaĢ lövhənin ətraflarında "Allah" sözü 

on üç dəfə təkrar olunur. Məzarüstü yazının tarixi yoxdur. Lakin onun tarixini giriĢin sol 

tərəfində,  məqbərənin  divarına  bərkidilmiĢ  digər  ikisətirlik  ərəbdilli  kitabəyə  əsasən 

müəyyənləĢdirmək  mü mkündür.  Yazıda  deyilir:  "...Böyük  padĢah,  xaqan...  Fərruxzad 

ibn Fazil əl-Müvəhhid Mənuçehr...". Kitabədə xatırlanmıĢ ĢirhanĢahın III Mənuçehrin 

oğlu I Fərruxzad olduğu güman edilir (1203-1204-cü illərin hüdudunda vəfat etmiĢdir). 

Ġllər  keçdikcə  Ģeyxin  və  məqbərənin  adları  təhrif  olunmuĢ,  "Mədəkani"  sözü 

"Mərdəkan"  Ģəklinə  düĢmüĢdür.  Mədək  Cənubi  Azərbaycanın  Həsənabad  adlı 

yaĢayıĢ  məntəqəsindən  27  km  cənub-Ģərqdə  yerləĢən  yerin  adıdır.  "An"  və  "i" 

sonluqları alimin nəsəbini (yəni Mədək mənĢəli olduğunu) göstərir. O, ġirvanın paytaxtı 

ġamaxıya gəlmiĢ, orada fəaliyyət göstərmiĢdir.  Həmin dövrdə burada  xeyli alim  və həkim 

çalıĢırdı. Məqbərənin ətrafında ġeyx Tair ibn Məhəmməd, Tacəddin ibn Rüknəddin və 

digər alimlərin  məzarları vardır. Həmin alimlərin həyatı və fəaliyyəti ġeyx Tair Tac 

əl-Hüdanın mədəni-siyasi mərkəzinə çevrilmiĢ xanəgahı ilə bağlı olmuĢdur. 

Bakıda, Ģəhərin qədim hissəsi olan ĠçəriĢəhərdə Qız qalası  ucalır.  Qalan ın 

cənub-qərb divarında kufi  xəttilə həkk o lunmuĢ kiçik lövhə vardır. Yazının xarakteri 

onun  oxunuĢunu  çətinləĢdirir.  Kitabəni  ilk  dəfə  elmi  baxımdan  N.Xanıkov  tədqiq 

etmiĢ,  mətnin ilk sözünü "qübbə" kimi oxu muĢdur. Sonralar həmin yazını tədqiq edən 

M.Nemətova  isə  burada  "Məsud  ibn  Davudun  qülləsi"  ifadəsinin  həkk  edildiyini 

göstərmiĢdir. Paleoqrafik xüsusiyyətinə görə bu yazı XII əsrə aid olub, yalnız qalanın 

təmiri ilə bağlıd ır. Qala isə, görünür, daha erkən dövrdə tikilmiĢdir. 

Mərdəkan  qalasındakı  ikisətirlik  ərəbdilli  yazı  qabarıq surətdə,  gözəl  və  iri 

süls  xəttilə,  iki  parça  əhəngdaĢı  üzərində  həkk  olunmuĢdur  və  hazırda  bu  epiqrafik 

abidə  Sankt-Peterburqda  Dövlət  Ermitajında  saxlanmaqdadır:  "...müdrik,  islam 

hökmdarı, ĢirvanĢah Axsitan bin  Mənuçehr  üçüncü...  beĢ  yüz  səksən  üçüncü  il  hicri 

tarixində"  (1187/1188).  Bəzi  tədqiqatçılar  kitabənin  qala  ilə  əlaqəsini  qəbul 

etməyərək,  bürcün  tikintisini  XIV  əsrə  aid  edirlər.  Lakin  qalanın  və  qala 

kompleksindəki  məscidin  yanında  tapılmıĢ  digər  yazılar  da  sübut  edir  ki,  qalanın 

tikintisi XII əsrə aiddir. 

ƏhəngdaĢı üzərində iri, oyma, gözəl süls xəttilə yazılmıĢ iki sətirlik farsdilli 



390 

 

mətn  1940-cı  ildə  qalanın  ətrafında təmizlik  iĢləri  aparılarkən,  əski  darvaza  yerində 



aĢkar  edilmiĢdir.  N.Berezin,  vaxtilə bu daĢ lövhəni qala qapıları üzərində gördüyünü 

yazır.  Kitabədə  deyilir:  "Bu  manarı  əmir  Əbu  Nəsr  Ġzz  əl-Mülk  Əbu  Əli  ibn  Baqir 

ucaltmıĢdır  -  Allah  onun  qüdrətini  əbədiləĢdirsin!"  Yazıda  tarix  göstərilməmiĢdir. 

Lakin paleoqrafik xüsusiyyətləri və bədii tərtibatı onu kompleksin digər XII əsr yazıları 

ilə yaxınlaĢdırır. Kitabədə adı çəkilən, lakin digər mənbələrdə adına təsadüf olunmayan 

əmir, ġirvan ordusunun sərkərdəsi idi. 

Farsdilli yazısı olan üçüncü daĢ da diqqəti cəlb edir. Həmin kitabə "Tuba-Ģahi" 

məscidinə  giriĢin  yanında  aparılmıĢ  təmir  iĢləri  zamanı  tapılmıĢdır.  Yazı  çətinliklə 

oxunan  Ģəklə  düĢmüĢdür:  "Bu  manar  h-d-a  B-k-a...  Cav id..."  Mətndə  tarix 

göstərilməmiĢdir.  Yazı  fonundakı  quĢ,  nəbati  ünsürlər,  "kəf‖ hərfinin  yuxarı  hissəsi, 

"əlif‖in aĢağı qisminin forması, bəzi "əlif‖ və "ləm"lərin yuxarı hissəsi, hərflərin sola-

sağa  meyli  kompleksdə  olan  baĢqa  yazıların  bəzəklərini  və  yazı  üslubunu  xatırladır. 

Bütün bunlar kompleksin yerində aĢkar olunmuĢ son iki yazını XII əsrə aid etməyə əsas 

verir. 


Beləliklə,  epiqrafik  yazılar  XI-XII  əsrlərdə  Azərbaycanda  iqtisadi,  siyasi, 

mədəni yüksəliĢi sənədli Ģəkildə təsdiq edir. 

ġirvan ərazisində ĢirvanĢah III Mənuçehrin (1120-1160) və onun oğlu I Axsitanın 

(1160-1196/97)  adlarının  qeyd  edildiyi,  zəmanəmizədək  hifz  olunmuĢ  kitabələr  XII 

əsrdə ġirvan dövlətinin güclənməsi ilə əlaqədar olaraq geniĢ miqyaslı istehkam iĢlərinin 

aparıldığını  göstərir.  Bu dövrdə  ġirvanda qalalar, Ģəhərlər tikilir,  hərbi  istehkamlar  və 

ictima i-mülki binalar təmir edilirdi. 

Epiqrafik abidələr bizə ġeyx Pir Hüseyn, ġey x Tair Tac əl-Hüda Mədəkani, ġeyx 

Əbubəkr,  ġeyx  Babi  Yəqub  kimi  tanınmıĢ  alim-Ģeyxlərin  adlarını  çatdırmıĢdır.  Həmin 

alimlər iri ticarət yolları üzərində tikilmiĢ ictimai-siyasi və mədəni mərkəzlərə -  xanə-

gahlara baĢçılıq etmiĢlər. 

Kitabələrdə  digər  mənbələrdən  məlum  olmayan  xəttatların,  memarların, 

rəssamların,  daĢ  üzərində  bədii  oyma  sənətinin  görkəmli  nümayəndələrinin  (Əcəmi 

Əbubəkr  Naxçıvani,  Zeynəddin  ibn  ƏburəĢid  ġirvani,  ƏburəĢid  ibn  Zeynəddin 

ġirvani,  Əli  Məcdəddin,  Əbdülməcid  ibn  Məsud,  ġeyxzadə  Həbibullah,  ġəmsəddin 

Məhəmməd, Əh məd ibn Əyyub, Mahmud ibn Ġbrahim və bir ço x baĢqalarının) adları 

göstərilmiĢdir.  Təqdim  olunan  epiqrafik  abidələrdə  vəzifəli  Ģə xslərin,  suveren 

dövlət  baĢçıları  olmuĢ,  yüksək  titulları  və  epitetləri  ilə  tanınan  ĢirvanĢahların, 

atabəylərin adları da d iqqəti cəlb edir. 

 

 



 

 

 

 

391 

 

 



§ 5. ELM 

 

XI-XII əsrlərdə bütün müs əlman  ġərq ində olduğu kimi Azə rbaycanda da 



elm  və  ədəbiyyat  yüksək  in kiĢaf  səviyyəsinə  çatmıĢdı.  Bu  dövrdə  iri  paytaxt 

Ģəhərləri  olan  Təbrizdə,  ġamaxıda,  eləcə  də  Bakıda,  Gəncədə,  Beyləqanda, 

Naxçıvanda  ġirvanĢahların,  Eldənizlərin  və  digər  hökmdarların  saraylarında 

dövrün ən tanınmıĢ elm  xadimləri himayəçilik Ģəraitində fəaliyyət göstərmiĢ, elmin 

mü xtəlif  sahələrində  müvəffəqiyyətlər  qazan mıĢdılar.  Onu  da  qeyd  etməliyik  ki, 

elmin  hələ  də  xüsusi  sahələrə  ayrılmadığ ı  bu  dövrdə  yalnız  e lmi  biliklərin  bütün 

məcmusuna  sahib  olanlara  alim  adı  verilird i.  Y.Bertels  belə  mütərəqqi  Ģəxslər 

sırasında Nizami  Gəncəvinin adını  xüsusi çəkir. Onun yazdığ ına görə, "Nizami öz 

dövrünün  biliklərinin  bütün  məcmusuna  sahib  idi.  Fəls əfi  ədəbiyyatla,  astrono-

miya  və  astrologiya  ilə,  coğrafiya  və  kosmoqrafik  ədəbiyyatla,  müəyyən  dərəcədə 

riya ziyyat, fizika və  kimya ilə tanıĢ olmuĢdu. Onun əsərlərində ço x qiy mət li t ibbi, 

bioloji, təbii-elmi məlu matlara təsadüf olunur". 

XI-XII  əsrlərdə  Azə rbaycan  xalq ı  dünya  mədəniyyəti  xə zinəsinə  öz 

əsərləri  ilə  elmin  sonrakı  inkiĢafında  görkəmli  ro l  oynamıĢ  bir  sıra  parlaq  alim-

ədəbiyyatçı,  filosof,  hüquqĢünas,  tarixçi,  riyaziyyatçı,  astronom,  coğrafiyaçı 

vermiĢdir.  Bunla rdan,  zə manəsinin  mütərəqqi  mədəni  nailiyyətlərin i  mənimsə miĢ 

görkəmli  alim  Fəridəddin  ġirvani  30  il  astronomiya  ilə  məĢğul  olmuĢ  və  bir  neçə 

ulduz  cədvəli  tərtib  etmiĢdir.  Azərbaycanda  bu  dövrdə  astronomiyanın  inkiĢafını 

Örənqalada  aparılmıĢ  arxeoloji  qazıntılar  zamanı  aĢkar  edilmiĢ,  üzərində 

planetlərin  hərəkət  dairəsi  və  yerdəyiĢmə  yolları  cızılmıĢ  dairəv i  gil  lövhəcik  də 

təsdiq edir. 

Dövrün  mənbələri  XI-XII yü zillərdə təbabət sahəsində dərin biliyə  malik 

loğman  həkimlər  haqqında  da  məlu mat  verir.  ġamaxı  yaxınlığ ındakı  Məlhəm 

kəndində "Mədrəseyi-tibb" (Tibb mədrəsəsi) və müalicəxana açmıĢ Kafiəddin Ömər ibn 

Osman  (Xaqaninin  əmisi  olub)  mədəniyyət  tariximizə  həm  bilici  həkim,  həm  də  gör-

kəmli filosof kimi daxil olub. Ġnsanı təbiətin ali məxluqu sayan Kafiəddin idrakın və elmin 

qüdrətinə inanır, Ģagirdlərinə biliklərə yiyələnməklə yanaĢı, dərin müĢahidəçilik, təcrübəyə 

və fakta inam aĢılayırdı. 

ġirvanĢah  III  Mənuçehrin  dövründə  ġirvanda  ad  çıxarmıĢ  məĢhur  həkim 

Mahmud xocanın, Xaqanini ağır xəstəlikdən müalicə etmiĢ, "ġirvanın Ģərəfi", "həkimlərin 

Ģan-Ģöhrətlisi" RəĢidəddinin adları da əsrləri adlayaraq bu günümüzə yetiĢmiĢdir. 

Belə  həkimlərdən  biri  də,  Zəkəriyyə  əl-Qəzvininin  verdiyi  məlumata  görə, 

atabəy  Özbəyin Ģəxsi həkimi  Cəlaləddin  Təbib  olmuĢdur.  Atabəyin  bu  həkim  haqqında 

dediyi sözlər onun sənətinə verilən ən yüksək qiymət hesab edilə bilər: "Mənim həyatımı 

saxlayan  bu  adamdır.  O,  yalnız  artıq  xəstələnmiĢlərin  möcüzəli  Ģəfavericisi  deyil.  O, 

xəstəliyin gizli çağında diaqnozu müəyyənləĢdirir və hazırladığı cüzi dərmanla xəstəni tamam 

müalicə edir. Onun gəliĢi adamlara böyük xeyir verirdi, ondan sonra onun kimisi olmayıb". 


392 

 

XII  yüzildə  Təbrizin  məĢhur  həkimlərindən  olan  Mühzəbəddin  Təbrizinin "Əl-



Muxtar"  və  "Kitabi  tibb  əl-Camali"  əsərlərində  bir  çox  xəstəliklərin  müalicə  yolları 

nəzərdən keçirilir. Mahmud ibn Ġlyas isə təbabət elminə həsr etdiyi əsərində əczaçılıq və 

mü xtəlif  xəstəliklərin  müalicə  prinsipləri  haqqındakı  bütün  məlumatı  ümumiləĢdirmiĢdi. 

Kitabda adları çəkilən dərmanlar əlifbaya görə düzülmüĢdür. 

Ən görkəmli həkimlərdən biri də Mövlana Cəlaləddin ər-Ruminin yaxın dostu və 

müalicə  həkimi  Əkmələddin  Naxçıvani  olmuĢdur.  Orta  çağ  müəlliflərindən  biri  onu 

"həkimlərin  ağası,  dünya  həkimlərinin  rəisi"  və  baĢqa  təmtəraqlı  ləqəblərlə  təqdim 

etmiĢdir. Naxçıvanın tanınmıĢ təbiblərindən biri  də  Fəxrəddin  Əbu Abdullah Əh məd  ibn 

ƏrəbĢah ibn Əli ibn Cəbrayıl ən-Naxçıvani idi. 

O  dövrdə  Azərbaycanda  fəaliyyət  göstərən  əcnəbi  həkimlər  də  var  idi; 

bunlardan biri,  islamı  qəbul etmiĢ, görünür  milliyyətcə  yəhudi olan  Samuil  ibn  Yəhya 

ibn Abbas əl-Məğribi əl-Əndəlus; idi. Mənbələrin (əl-Qifti, Ġbn əl-Ġbri) məlumatına görə, 

"o,  atası  ilə  ġərqə  (Bağdada)  gələrək,  burada  müvəffəqiyyətlə  həkimlik  edirdi.  Samuil 

tibbə  aid  kitabların  müəllifidir.  Sonradan  o,  Azərbaycana  köçür  və  Pəhləvan 

xanədanına  və  onun  dövlətinin  əmirlərinə  xid mət  göstərir.  O,  Marağa  Ģəhərində 

yaĢayır,  burada  ailə  qurur  və  övlad yetiĢdirir.  O,  570  (1174)-ci  ildə  Marağada vəfat 

edir". 

Azərbaycanda  fəaliyyət  göstərən  görkəmli  həkimlərdən  biri  də  Bağdaddan 



buraya köçmüĢ, Ġbn Habal adı ilə məĢhur olan Əli ibn Əhməd Əbu-l-Hüseyn idi. Ġbn əl-

Ġbrinin  verdiyi  məlu mata  görə  o,  uzun  müddət  Azərbaycanda  həkimlik  etmiĢ,  619 

(1222)-cu ildə burada vəfat etmiĢdi. 

Nəzərdən  keçirilən  dövrdə  tarixi,  filoloji,  fəlsəfi  məzmunlu  xeyli  əsər  də 

yaradılmıĢdı.  Lakin  həmin  əsərlərin  çoxu  zəmanəmizə  çatmamıĢdır.  Hərtərəfli  bilik 

sahibi  olan  Fəxrəddin  Əbülfəzl  Ġsmayıl  ibn  əl-Musanna  ət-Təbrizinin  qələmə  aldığı 

irihəcmli  "Tarixi-A zərbaycan"  ("Azərbaycan  tarixi")  adlı  əsəri  də  dövrümüzə 

yetiĢməyən  əhəmiyyətli  əlyazmalarındandır.  Mənbələrdən  məlum  olur  ki,  alim, 

Bağdaddakı  "Nizamiyyə"  mədrəsəsində  mühazirələr  oxu muĢ,  580  (1185)-ci  ildə 

Təbrizdə  vəfat  etmiĢdir.  Onun  haqqında  bəhs  edən  Ġbn  əl-Fuvati  yazırdı:  "Mən 

Təbrizdə sözün tam  mənasında görkəmli  olan Ģəxs  barədə soruĢduqda,  mənə  Ġbn  əl-

Musannanı  niĢan  verdilər.  Mən  soruĢdum:  ikinci  belə  bir  adam  varmı?  Onlar  cavab 

verdilər: O, bircə dənədir və ikincisi yoxdur". 

Bu  dövrdə  elmin  və  mədəniyyətin  inkiĢafına  dövlət  səviyyəsində  verilən 

düzgün  istiqamət  böyük  Səlcuq dövlətinin  hər  yerində olduğu  kimi,  Azərbaycanda  da 

mədəniyyətin  inkiĢafı  üçün  əlveriĢli  Ģərait  yaratmıĢdı.  Səlcuqilərin  məĢhur  vəziri 

Nizamülmülkün bu sahədə atdığı  addımlar  xüsusilə təqdirəlayiqdir.  BaĢ verən dini  müna-

qiĢələrin,  eləcə də  Fatimilərin  yaydıqları  Ģiəlik  təsirinin  qarĢısını  almaq üçün  Səlcuq 

hökmdarlarının  savadlı  alimlərə  ehtiyacı  var  idi.  Müasir  ərəb  tədqiqatçısı  Əbul-Hadi 

Məhbubənin  yazdığına  görə,  Nizamülmülk  "öz  əleyhdarlarını  zəif  salmaq  üçün 

silahdan  əlavə, elmdən  də  istifadə  edir,  saysız-hesabsız  dini  təriqət  və  məzhəblərin 

təliminə  qarĢı sünniliyin  təlimlərini  irəli  sürərək,  onlara qarĢı  dini-ideolo ji  mübarizə 



393 

 

cəbhəsini açırdı". 



Bu  məqsədi  həyata  keçirmək  üçün  Səlcuq  hökmdarları  bir  çox  Ģəhərlərdə 

mədrəsələr  açdırmıĢ,  dövrün  məĢhur  alimlərini  bu  elm  və  bilik  ocaqlarına  cəlb 

etmiĢdilər.  Mənbələrdə Azərbaycan Ģəhərlərində də  belə  mədrəsələrin  açıldığı, bunlar 

üçün xüsusi binalar tikildiyi haqqında məlu mat vardır.  Bu mədrəsələr adətən onların  

əsasını qoyanın adını daĢıyırdılar.  1127-ci  ildə  Xoyda  Əbu-r-Ruh əl-Fərəc  ibn Abdallah 

ibn Xələf əl-Xuveyyinin tikdirdiyi mədrəsə onun adı ilə (əl-Fərəc əl-Xuveyyi mədrəsəsi) 

tanınırdı.  Tarixçi  Ġbn  əl-Fuvati  XI-XII  əsrlərdə  Marağada  açılan  üç  mədrəsənin  adını 

qeyd  edir:  "Əhmədağa"  mədrəsəsi,  "Atabəkiyyə"  mədrəsəsi  və  "əl-Qadi"  (Qazı) 

mədrəsəsi. 

1067-ci  il sentyabrın  22-dən  Bağdadda  Nizamülmülkün bilavasitə təĢəbbüsü ilə 

açılmıĢ  "Nizamiyyə"  mədrəsəsi  dövrün  ən  baĢlıca  elm  ocağı  -  "universiteti"  hesab 

edilirdi. Mədrəsənin tikintisi baĢa çatan kimi Nizamülmülk bu dövrdə artıq dərin bilikli 

mötəbər bir alim kimi tanınan azərbaycanlı Xətib Təbrizini mədrəsə kitabxanasının müdiri, 

eyni  zamanda, akademik  Ġ.Y.Kraçkovskinin təbirincə desək, onun ədəbiyyat kafedrasının 

"professorı:" təyin edir. 

Mütəxəssislərin "ġərqdə təĢkil  edilən  ilk  mükəmməl  universitetlərdən  birincisi" 

hesab etdikləri "Nizamiyyə"  mədrəsəsində dərs deyən bir çox görkəmli alimlər içərisində 

Xətib Təbrizidən baĢqa digər azərbaycanlı alimlər də vardı.  Bunlardan yuxarıda adını çəkdi-

yimiz,  bəlkə  də  ilk  "Azərbaycan  tarixi"  kitabının  müəllifi  Ġsmayıl  ibn  əl-Musanna  ət-

Təbrizini,  alim-ədib,  "Nizamiyyə"dən  baĢqa  Həmədan  və  baĢqa  Ģəhərlərdəki 

mədrəsələrdə  dərs demiĢ,  1160-cı  ildə  Mərvdə vəfat etmiĢ  gəncəli  Əbu  Hafs  Ömər  ibn 

Osman ibn ġueyb əl-Cənzini, məĢhur alim, bir çox əsərlərin müəllifi (onun "əl-Hasil" adlı 

əsərinin əlyazması indi də Paris Milli Kitabxanasında saxlanılır), 1225-ci ildə vəfat etmiĢ 

Tacəddin  Əbu-l-Fədail  Məhəmməd  ibn  əl-Hüseyn  ibn Abdallah  əl-Urməvini,  məĢhur 

Ģəriət  alimi,  sonralar  Qahirəyə  köçərək,  burada  "ən-Nasiriyyə  əs-Salihiyyə" 

mədrəsəsində də dərs demiĢ  Əmin  əd-Din  Müzəffər  ibn  Əbu  Məhəmməd  ibn  Ġsmayıl 

ibn  Əli ət-Təbrizini  (1163-1225). Bağdadda "əl-Kəmaliyyə" mədrəsəsində də dərs deyən 

Əbul-Fadl  Mahmud  ibn  Əhməd  ibn  Məhəmməd  əl-Ərdəbilini  (öl.  1228),  monqollar 

Bağdadı  iĢğal  edərkən  (1258) həlak  olmuĢ  məĢhur  alirn  Kəvaməddin  Əbu  Nəsr  Yunis  ibn 

Mənsur ibn Ġbrahim əĢ-ġirvanini və baĢqalarını göstərmək o lar. 

Özlərinin yüksək bilik və mədəniyyətlərinə görə dövrün tanınmıĢ Ģəxsiyyətləri 

sırasında  orta  çağın  müxtəlif  təzkirələrinə  və  tarixi  əsərlərinə  düĢmüĢ  bu  alimlər 

içərisində  təbrizli  alim  Əbu  Zəkəriyyə  Yəhya  ibn  Əli  (Xətib  Təbrizi)  xüsusi  yer 

tutur.  Ömrünün  sonunadək,  təxminən  40  il  elmi-pedaqoji  fəaliyyətlə  məĢğul  olan, 

ġərq  xalq larının  mədəniyyəti  tarixinə  ədəbiyyat  və  dilçiliyə  aid  onlarla  əsərin, 

gözəl Ģeirlərin müəllifi  kimi daxil olan bu görkəmli alim əldə etdiyi bütün uğurlara 

elmə  olan  son  dərəcə  böyük  həvəsi,  iradə  və  mətanəti  sayəsində  çatmıĢ dı.  XIII 

yüzilin görkəmli tədqiqatçısı  Yaqut, Xətib in bu gün də çoxlarına örnək ola biləcək 

bu xüsusiyyətini - elmə sonsuz sevgisini belə təsvir edirdi: "Nağ ıl edirlər ki, onun 

Əbu-l-Əla  əl-Məərrinin  yanına  səfər  etməsinin  səbəbi  odur  ki,  o,  Əbu  Mənsur  əl-



394 

 

Əzhəri əl-Məərrinin "Kitab əttəh-zib fi-l-lüğə" ("Dildə düzəliĢ  kitabı") ad lı əsərini 



əldə etmiĢdi. Kitabı torbaya qoyub, çiyninə ataraq Təbrizdən əl-Məərrə [Ģəhərinə] 

aparır.  Onun  min ik  tutmaq  üçün  pulu  yox  idi.  Kürəklərindən  axan  tər  kitabları 

isladır.  Bu  nüsxə  Bağdadın  kitab xanalarından  birində  mövcuddur.  Hadisədən 

xəbəri olmayanlar ona baxdıqda, suya düĢdüyünü zənn edirlər.  Halbuki bu, yalnız 

Xətibin təridir". 

Xətib  Təbrizi  ço x  zəngin  və  universal  yaradıcılıq  yolu  keçmiĢ  alim  id i. 

Onun  əsərlərində  dilçiliy in,  tarixin ,  folklorun,  etnoqrafiyanın,  məntiqin, 

ilah iyyatın,  fəlsəfənin  bir  ço x  məsələləri  nəzərdən  keçirilir.  Bir  ədəbiyyatĢünas 

kimi  o,  bədii  əsərlərin  Ģərhi  və  təhlili  prosesində  həmin  alimlərin  uğurlarından  da 

bəhrələnmiĢdir. 

Xətib  Təbrizi  fo rma  mü kəmməlliyi  və  məzmun  gözəlliyin in  vəhdəti 

ideyası  ilə  ġərq  ədəbiyyatĢünaslığında  cəsarətlə  çıxıĢ  et miĢ,  bu  məsələn in  elmi 

həllini  vermiĢdi.  Onun  fikrincə,  tənqid  məsələləri  ilə  məĢğul  olan  hər  bir  alim, 

elmin  mü xtəlif  sahələrinə  aid  biliklərə  sahib  olmalıdır;  o,  ədəbiyyatĢünaslıq 

sahəsində yüksək nəzəri hazırlığa  malik olmaq la yanaĢı dilçilik, tarix, etnoqrafiya, 

folklor,  ilahiyyat,  fəlsəfə  məsələlərindən  də  baĢ  çıxarmalıdır.  Xətib  Təbrizi  "Əbu 

Təmmamın divanına dair Ģərh" əsərinin giriĢ hissəsində belə nəticəyə gəlmiĢdir ki, 

tənqidçi öz sələ flərin in əsərlərin i diqqətlə öyrən məli, onlardan müs bət cəhətləri əxz 

etməli,  onların  səhv  və  qüsurlarını  təkrar  etməməlid ir.  Alim  ədəbi  tənqidi  yüksək 

qiymətləndirir,  onun  poeziyadan  da  çətin  iĢ  olduğunu  qeyd  edirdi.  O  yazırdı  ki, 

"Ģerləri tənqid etmək onlan yazmaqdan çətindir". Onun fikrincə, tənqidçinin baĢlıca 

vəzifəsi zahiri süjetlərə aludə olmaq deyil, Ģairin mü xtəlif mənalı ifadələr arxasında 

gizlən miĢ  ən  səmimi  düĢüncələrinin  aĢkara  çıxarılması,  daxili  məzmunun 

aydınlaĢdırılması olmalıdır.  Xətib Təbrizi, Ģeirləri Ģərh edərkən yalnız  ədəbiyyatçı  kimi 

deyil,  müdrik  mütəfəkkir  kimi də çıxıĢ edir, ədəbiyyatı xalqın ağlına və təfəkkürünə təsir 

vasitəsi kimi qiy mətləndirirdi. 

XII  yüzildə yaĢamıĢ  azərbaycanlı  alim  Əbülfəzl  HübeyĢ  ət-Tiflisi  elmi  fikrin 

inkiĢafında  mühüm  rol  oynamıĢdır.  O,  ərəb  leksikoqrafiyası  sahəsində  böyük  elmi-

tədqiqat iĢi aparmıĢdır. Alim ərəb-fars izahlı lüğətlərini tərtib etmiĢdir. 

Digər  alim  -  ġəmsəddin  Əbülabbas  Əhməd  ibn  Xəlil  əl-Xuveyyi  (1187-1240) 

Yaxın və Orta ġərq ölkələrində dilçi, ədəbiyyatçı, fəqih, filosof və təbib kimi tanınmıĢdı. O, 

öz  səyahətləri  zamanı  soltan  Ġsa  ibn  Əbu  Bəkr  ibn  Əyyubun  təklifilə  DəməĢqə dəvət 

edilmiĢ və "Adiliyyə" mədrəsəsində müəllimlik etmiĢdi. Alim "Kitab  fi-l üsul" ("Üsul 

haqqında kitab"), "Kitab fənn ən-nəhv" ("Sintaksis kitabı"), "Kitab yəĢtəmilu alə rumuz 

əl-hikmiyyə" ("Fəlsəfı rəmzləri əhatə edən kitab") adlı əsərlərin müəllifidir. 

XII  əsrin  I  yarısında  yaĢamıĢ  Yusif  ibn  Tahir  Əbu  Yəqub  əl-Xuveyyi  orta 

əsrlərin  ərəbdilli  Ģərhçilik  ədəbiyyatında  görkəmli  yer  tutur.  Onun  1146-cı  ildə  baĢa 

çatdırdığı "ġərh ət-tənvir" əsəri müəllifin yaĢayıb-yaratdığı dövrün elmi fikrinin parlaq 

nümunəsidir.  Yusif  ibn  Tahir  bu  əsərində  hər  Ģeydən  öncə  böyük  ərəb  Ģairi  və 

mütəfəkkiri  Əbu-l-Əla  əl-Məərrinin  poetik  irsinin  tədqiqatçısı  -  incə  ruhlu  ədib  kimi 



395 

 

çıxıĢ etmiĢdir. "ġərh ət-tənvir"də irəli sürülmüĢ ideyalar biliyin müxtəlif sahələrini əhatə 



edir.  Tədqiqatçının  poeziya  və  ədəbi  tənqid sahələrindəki  yaradıcı  mülahizələri  xüsusi 

əhəmiyyət  kəsb  edir.  Yusif  ibn  Tahir  təbabət, psixologiya,  astronomiya  və bir  qədər 

həndəsə ilə də məĢğul olmuĢdu. 

XII-XIII yüzillərdə keçmiĢ Alban dövlətinin iri feodal mülklərindən biri olan 

Xaçın  (Arsax)  məlikliyinin  yenidən  dirçəlməsi,  XIII  yüzilin  əvvəllərində  dövrün 

görkəmli  siyasi  və  mədəni  xadimi  Həsən  Cəlalın  hakimiyyətə  gəlməsi,  alban 

mədəniyyətinin, o cümlədən  alban  ədəbiyyatının  yeni  inkiĢaf  yoluna daxil  olmasına 

gətirib çıxartdı. Lakin əvvəlki dövrlərdən fərqli olaraq bu zaman  artıq mədəni-ideoloji 

cəhətdən erməniləĢmiĢ alban kilsə xadimləri öz  ədəbiyyatlarını  qədim  erməni  dilində 

yaratmağa baĢladılar. Məhz bu xadimlər  V-X əsrlərdə alban dilində yazılmıĢ əsərləri 

qədim  erməni  dilinə  çevirdilər.  Təsadüfi  deyil  ki,  Moisey  Kalankatlının  dövrümüzə 

qədim  erməni  dilində  çatmıĢ  "Alban  tarixi"  əsərinin  ən  erkən  əlyazması  XIII  əsrə 

aiddir.  Lakin  əhali  hələ  uzun  müddət  özünü  alban  etnosu  sayırdı,  belə  ki, 

qriqoryanlaĢdırılmıĢ olsa da alban mədəni-siyasi ənənələrini hələ də qoruyub saxlayan 

müstəqil alban kilsəsi mövcud idi. 

Alban özünüdərkinin vüsət tapdığı bu dövrdə xristian albanlar üçün  onların 

həyatlarının  bütün  tərəflərini  tənzimləyə  biləcək  hüquqi  sənədin  yaranması  zərurəti 

meydana  çıxdı.  Bu sənədin  köməy ilə onlar nəinki yad dini-siyasi təsirə, eləcə də ideya 

baxımından baĢqa xristian kilsələri  ilə birləĢməyə  müqavimət göstərə bilərdilər.  Bu 

zərurət  alban  mədəniyyətinin  görkəmli  xadimi  olan  Gəncə  sakin i  M xitar  QoĢun 

(1130-1213)  Albaniya  katolikosu  III  Stepannosun  xahiĢi  ilə  "Datasnagirk" 

("Qanunnamə)  əsərini  yazmasına  səbəb  oldu.  Müəllif  əsəri  yazarkən  ġərqi  Roma  

imperiyası  qanunlarını,  Moiseyin  qanunlarını,  eləcə də alban  kilsə  kanonlarını  mənbə 

kimi  əsas  götürmüĢdü. Azərbaycan  tədqiqatçıları  (Z.M.Bünyadov,  F.Məmmədova)  bu 

"Qanunnamə"ni  ermənilərə  aid  edən  müasir  erməni  alimlərinin  iddialarını  tutarlı 

dəlillərlə  rədd  edir,  onu  məhz  albanlar üçün qrabarda  (qədim  erməni  dilində) yazılmıĢ 

alban ədəbiyyatı abidəsi hesab edirlər.  

Gəncədən  keçərək  Xaçına  gələn  Mxitar  buradakı  Getik  monastırında 

yaĢamağa baĢlayır və monastırı dağıdan zəlzələyədək Getikdə qalır. Bundan sonra Xaçın 

knyazı  Vahtanqın və  onun  yaxın  adamlarının  köməyilə  Nor  Getik  (QoĢavəng  -  "QoĢun 

monastırı"  da  adlandırılırdı)  monastırının  və  oradakı  məktəbin  əsasını  qoyur,  buranı 

həm Albaniyanın, həm də Ermənistanın maarif ocağına çevirə bilir. QoĢavəngə yalnız 

oxu maq  üçün  deyil,  öz  biliklərini  təkmilləĢdirmək  üçün də  axıĢıb  gəlirdilər.  M xitar 

QoĢ  ömrünün  sonunadək  bu  monastırda  qalmıĢ  və  1213-cü  ildə  burada  vəfat 

etmiĢdir.  Elə  burada  da  o,  "Alban  salnaməsi",  eləcə  də  dini  mövzulu  "Qandzaklı 

(Gəncəli) Xosrovun müsibəti" əsərlərini qələmə almıĢdır.  

"Alban salnaməsi"ni yazarkən  müəllif,  Dasxuransi-Kalankatlının  yazdığı tarixi 

davam  etdirməyi,  1130-1162-ci  illərdə  -  Səlcuq  hakimiyyəti  illərində  baĢ  verən 

hadisələri iĢıqlandırmağı nəzərdə tutsa da, müəyyən səbəblər üzündən əsəri yarımçıq 

qoymalı olmuĢdu. 



396 

 

Alban ədəbiyyatının digər tanınmıĢ nümayəndəsi Gəncəli Kirakos 1201-ci 



ildə  doğulmuĢ,  1272-ci  ildə  vəfat  etmiĢdir.  Mxitar  QoĢun  yetiĢdirməsi  Vanakan ın 

Ģagirdi  olan  Kirakos  ömrünün  çox  hissəsini  QoĢavəngdə  (Nor  Getikdə)  keçirmiĢ, 

yazdığı  "Tarix"   əsəri  ilə  Cənubi  Qafqaz  xalqlarının  XIII  yüzilin  I  yarısına  aid 

tarixinə  qiy mətli  faktlar  əlavə  etmiĢdir.  66  fəsillik  bu  əsərin  22  fəsli  bilavasitə 

Ermənistana,  18  fəsli  Albaniyaya,  7  fəsli  Gü rcüstana  aid  edilmiĢ,  qalan  fəsillərdə 

isə hər üç Qafqaz xalqı üçün ü mu mi dini məsələlərə to xunulmuĢdur. 

Bütün  deyilənlər,  XI-XII  əsrlərdə  Ģimallı-cənublu  Azərbaycan  ərazisində 

elmin sürətli  inkiĢafın ı, onun  mü xtəlif sahələrinə dair onlarla əsərlərin yazıldığ ını, 

bu əsərlərin əsasən dövrün elm dili olan ərəb d ilində qələmə alındığın ı, Azərbaycan 

alimlərin in  Yaxın  və  Orta  ġərq  müsəlman  mədəniyyətinin  inkiĢafında  tutduqları 

əvəzedilməz  və  əhəmiyyətli  mövqelərin i  açıqlay ır.  Elmin,  mədəniyyətin  bu 

inkiĢafı,  sözsüz  ki,  ö lkən in  sosial-iqtisadi  vəziyyətinin  və  Ģəhər  mədəniyyətinin 

ümu mi yüksəliĢi ilə bilavasitə bağlı idi. 

 

 



 

 

 




Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin