TarġXĠ III-XIII əsrin I rübü


§ 5. AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   29   30   31   32   33   34   35   36   ...   45
§ 5. AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN 

MÖHKƏMLƏNMƏSĠ 

 

Böyük  atabəy  ġəmsəddin  Eldənizin  Ölü m  xəbəri  o  zaman  Həmədanda 



olan  Cahan  Pəhləvana  yetiĢəndə  o,  dərhal  Naxçıvana  gəldi,  dövlət  xəzinəsini  və 

taxt-tac ın ə mlakını, e ləcə də bütün qoĢunları ö z nə zarət i alt ına ald ı. 

Eldənizin  siyasətindən  narazı  olan  Ġraq  əmirləri  Cahan  Pəhləvanın 

Həmədanı  tərk  etməsindən  istifadə  edərək,  soltan  ArslanĢahı  böyük  ordu  ilə 

Azərbaycana  hücum  etməyə  təhrik  edirlər.  Lakin  Zəncanda  xəstələnərək,  yenidən 

Həmədana qayıdan soltan, Cahan Pəhləvanı da paytaxta dəvət edir, onunla barıĢır, 

dövlətin  idarəsini  ona  tapĢırdıqdan  az  sonra  vəfat  edir.  Mənbələrin  məlu matı 

ArslanĢahın  Cahan  Pəhləvanın  sərəncamı  ilə  zəhərlən məsi  fa ktın ı  təsdiq  edir.  Bu 

yolla rəq ibini aradan götürən atabəy, ArslanĢahın 7 yaĢlı oğlu III Toğrulu soltanlıq 

taxtmda əyləĢdirir, özü də onun atabəyi olur. 

Bundan  az  sonra  Cahan  Pəhləvan  onun  tabeliyindən  çıxmıĢ  vassalı, 

Xuzistan  hakimi  Aydoğdu  ġimlənin  çıxıĢın ı  yatırma lı  oldu.  Atabəy  Eldəniz  öz 

sağlığında  xəlifənin  həmlələrinin  qarĢısını  almağa  qadir  qüvvəyə  malik  olan  bu 

vassalına  həmiĢə  qoĢunla  yardım  etmiĢdi.  Bu  dəfə  ġimlə,  çoxdan  gözü  tutduğu 

Nihavəndə hiylə yolu ilə daxil olaraq, Ģəhəri talan edir, Ģəhər qazısını və rəisini isə edam 

etdirir.  Bundan  sonra  o,  Azərbaycan  atabəylərinin  vassalları  olan  türkman-əfĢarların 

məskənlərinə  hücum  edir.  Cahan  Pəhləvanın  göndərdiyi  qoĢun  ġimlənin  ordusunu 

darmadağın edir, ağır yaralanmıĢ ġimlə isə əsir alınır. Ġki gün sonra ġimlə ölür; onun 

Xuzistanın  yeni  hakimi  təyin  edilmiĢ  oğlu  ġərəfəddin  Əmiran,  ürəyindəki  ədavətə 

baxmayaraq, Azərbaycan atabəyinə tabe olmaq məcburiyyətində qalır. 

Soltan  III  Toğrulun  o  zaman  Xuzistanda  yaĢayan  əmisi  Ģahzadə  Məhəmməd 

soltanlığın  taxt-tacına  yeganə  ciddi  iddiaçı  idi.  Lakin  onun  hakimiyyəti  ələ  keçirmək 

üçün göstərdiyi bütün silahlı cəhdlər uğursuzluqla nəticələnir. Cahan Pəhləvandan asılı 

olan  əmirlərdən  heç  biri,  o  cümlədən  təqib  olunan  Məhəmmədin  sığınacaq  istədiyi 

Xuzistan,  Vasit,  Fars hakimləri  Ģahzadəyə  yiyə  durmur  və  nəhayət  onu  Azərbaycan 

atabəyinə təslim edirlər. 

Son  rəqibini  də  aradan  götürən  Cahan  Pəhləvan  bundan  belə  Ġraq  Səlcuq 

sülaləsinin son nümayəndəsi olan azyaĢlı soltan III Toğrul ibn ArslanĢahın adından inamla 

fəaliyyət göstərə bilərdi. 

1177-ci  ilin iyulunda soltanlığın tabeliyində və vassal asılılığında olan bütün 

torpaqlarında 7 yaĢlı III Toğrulun adına xütbə oxundu. Dövlət hakimiyyəti əməli olaraq 

soltanlığın  bütün  iĢlərini  idarə  edən  Cahan  Pəhləvanın  əlinə  keçdi.  Tabe  olan 

hakimlərdən və vassallardan heç biri buna etiraz etmədi, çünki o dövr müəlliflərinin dili 

ilə  desək, "bütün  hakimlər  Pəhləvandan qorxurdular".  Soltanın adına pul  kəsildi, onun 

sərəncamları dərhal yerinə yetirilird i. 

Cahan  Pəhləvanın  özü  qardaĢı  Qızıl  Arslanı  Azərbaycan və  Arranda caniĢin 

vəzifəsinə  təyin  edərək,  Həmədana  gedir,  mərkəzi  hakimiyyətin  möhkəmləndirilməsi 


314 

 

üçün  mühüm  tədbirlər görməyə baĢlayır.  O,  itaətsizlik  göstərən əmirləri,  xüsusilə  Ġran 



(əcəm)  Ġraqı  əmirlərini  ram  edir,  fərsiz  qoĢun  baĢçılarını  və  məmurları  vəzifəsindən 

uzaqlaĢdırır,  onları  özünə sadiq Ģəxslərlə  əvəz  edirdi.  Ən  mühüm  dövlət  vəzifələrinə 

yetmiĢə  yaxın  Ģəxsi  məmlükünü  təyin  edən  atabəy  onların  hər  birinə  iqta  payı  kimi 

müəyyən vilayəti və ya Ģəhəri vermiĢdi. Öz  məmlüklərinin kö məyilə dövlət idarəçili-

yinin  özünəməxsus  sistemini  meydana  çıxartmıĢ  Cahan  Pəhləvan  məmlük  elitasını 

yaratdı; bu elita atabəyin ölümündən 30 il sonra da ictimai-siyasi hadisələrdə aparıcı rol 

oynayırdı. 

Atabəyin  inzibatçılıq  qabiliyyəti  və  amansız  tələbkarlığı  dövlət  idarəçilik 

sisteminin  hər  bir  sahəsində  möhkəm  qayda-qanunun  yaranmasına  səbəb  oldu. 

Hakimiyyətdə olduğu 10 il müddətində dövlət heç bir xarici müdaxiləyə məruz qalmadı. 

Əl-Hüseyni  yazır  ki,  məhz  Cahan  Pəhləvanın  hakimiyyəti  illərində  "gürcülər  onun 

tələblərini qəbul  edərək, sülh bağladılar".  Təhlükəli Ģərq qonĢusu  -xarəzmĢah  TəkiĢlə 

(1172-1200) də dostluq münasibətləri yaranmıĢdı. 

Cahan Pəhləvan istər xəlifə əl-Müstədi, istərsə də abbasi xəlifələri arasında ən 

qüdrətli hökmdarlardan biri olan ən-Nasirlə (1180-1225) elə münasibətlər saxlayırdı ki, 

bu münasibətlər ona müsəlmanların ruhani baĢçısına hörmət pərdəsi altında Bağdaddan 

asılı  olmayan siyasət  yeritmək  imkanı  verir,  xəlifənin  onun  dövlətinin  daxili  iĢlərinə 

qarıĢmasın ın qarĢısını alırdı. 

Atabəy  Cahan  Pəhləvanın  ən  böyük  uğurlarından  biri  Ağsunqur  əl-

Əhmədilinin  varislərinin  əlində  olan  Təbrizin  Eldənizlər  dövlətinin  ərazisinə 

birləĢdirilməsi  idi.  Belə  ki,  1175-ci  ilin  yayında  Təbriz  və  onun  ətrafındakı  yerlərin 

hakimi Arslan Aba ibn Ağsunqur vəfat etdikdə, Cahan Pəhləvan Ruindej qalasını, daha 

sonra  isə  Marağanı,  atabəyin  qardaĢı  Qızıl  Arslan  isə  Təbrizi  mühasirə  etmiĢdi.  Əldə 

edilmiĢ saziĢ nəticəsində Cahan Pəhləvan Təbrizi alıb, iqta  payı kimi qardaĢına verdi. 

Marağa isə, razılığa görə əvvəlki sahiblərinin - Ağsunqurilərin ixtiyarında qald ı. 

Misirin  və  Suriyanın  məĢhur  hökmdarı,  Əyyubilər  sülaləsinin  banisi 

Səlahəddin  Yusifin  (1169-1193)  böyük  fəallıq  göstərdiyi  qərb sərhədlərində  asayiĢi 

təmin etmək atabəy Cahan Pəhləvanın xarici siyasətində ən çətin problemlərdən biri idi. 

Səlahəddinin  Ġraq  Səlcuqilərinin  hakimiyyəti  altında  olan  vilayətlərə  hücumları  nəti-

cəsində  meydana  çıxan  mübahisəli  məsələlərdə  Cahan  Pəhləvan  dəfələrlə  barıĢdırıcı 

və vasitəçi olmuĢ, himayəsi altında olanlara hərbi kö mək göstərmiĢdi. 

Atabəyin müasiri tarixçi Ġbn əl-Əsir onu "xoĢ xasiyyətli, ədalətli, müdrik və 

səbirli hakim" kimi qiymətləndirsə də, baĢqa mənbələr (Sibt ibn əl-Cavzi və b.) onun 

amansızlığından da yazırlar. Cahan Pəhləvanın digər müasiri Ravəndi atabəyin ailəyə 

bağlılığını  xüsusi qeyd etmiĢdir. Atabəyin dörd oğlu və bir neçə qızı vardı. O, qızlarını 

qonĢu hakimlərə və əmirlərə ərə vermiĢdi. Bütün oğullarını hakim görmək istəyən Cahan 

Pəhləvan hələ öz sağlığında türk qızı Qüteybə xatundan doğulmuĢ oğlu Əbubəkri Azər-

baycan  və  Arran  hakimi  təyin  etmiĢ,  onun  tərbiyəsini  isə  əmisi  Qızıl  Arslana 

tapĢırmıĢdı. Rey, Ġsfahan vilayətlərini və Ġraqın qalan hissəsini Rey hakiminin qızı Ġnanc 

xatundan doğulmuĢ oğlanları  Ġnanc  Mahmud və  Əmir  Əmiran  Ömər  üçün,  Həmədan 



315 

 

vilayətini isə kənizi Zahidə xatundan doğulmuĢ oğlu Özbəy üçün nəzərdə tutmuĢdu. 



Ölümqabağı, 1186-cı ilin əvvəlində, Cahan Pəhləvan uĢaqlarına əmiləri  Qızıl 

Arslana  tabe  olmağı,  soltan  Toğrula  xidmət  etməyi  vəsiyyət  etdi.  Lakin  atabəyin  qəfil 

ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız soltan III Toğrulun 

deyil,  eləcə  də  qardaĢının  dul  arvadı  Ġnanc  Xatunun  və  onun  Ġraq  əmirləri  arasındakı 

tərəfdarlarının müqavimətləri ilə üzləĢməli oldu. 

 

 

 

 

 

 

§ 6. AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN 

TARĠXĠNDƏ "MƏMLÜK"  DÖVRÜNÜN  

BAġLANMASI 

 

Böyük bir dövlətin idarəsini təkbaĢına nəzarəti altında saxlayan  atabəy  Cahan 



Pəhləvanm  ölümü soltanlığın hakim  dairələrində  çaĢqınlıq və narahatlığa səbəb oldıı. 

Dövlət  əyanları  və atabəyin  yaxın  adamları  (Ġnanc  xatun və  onun tərəfdarları)  Cahan 

Pəhləvanın ölümünü bir neçə ay gizlədərək, bu müddətdə varis məsələsini həll etməyə 

çalıĢırdılar. Nəhayət, onlar soltan III Toğrulun yanına gedib, Qızıl Arslanın iqta mülkü 

olan  Azərbaycan  və  Arranı  onun  ixtiyarına  verməyə  və  qoĢunların  baĢ  komandanı 

vəzifəsini də ona tapĢırmağa razı salmaq qərarına gəlirlər.  

Ġnanc  xatunun  inadına  baxmayaraq,  əmirlərin  əksəriyyəti  belə  bir  nəticəyə 

gəlirlər  ki,  Cahan  Pəhləvanın  varisi  məhz  Qızıl  Arslan  olmalıdır.  Onlar  sədaqətlərini 

Qızıl  Arslana  bildirərək,  ondan  Həmədana  gəlməyi  və  dövlətin  idarəsini  öhdəsinə 

götürməyi xahiĢ edirlər. 

Vəziyyəti  xeyli  səbatsız  olan  soltan  III  Toğrul  da  Qızıl  Arslanı  özünün 

atabəyi təyin etməyə məcbur olu r. 

Cahan  Pəhləvanın,  demək  olar,  bütün  sabiq  məmlükləri  Qızıl  Arslanın 

tərəfində  idilər.  Hələ  Cahan  Pəhləvanın  sağlığında  özlərini  müstəqil  aparan  bu 

məmlüklər  yüksək  mövqe  tuta  bilmiĢdilər;  onlar  öz  iqta  paylarını  istədikləri  tərzdə 

idarə  edir,  tabeliklərində  olan  vilayətdə  adlarına  pul  kəsdirir,  xütbə  oxutdururdular. 

Tarixçi Ravəndinin məlumatına görə,  məmlüklər dövlət reyestrlərini (siyahılarını) və 

sərəncamlarını saxtalaĢdıraraq, öz adlarını, ləqəblərini,  uydurduqları  nəsil Ģəcərələrini 

vəqflərdən oğurladıqları kitablara əlavə etdirir, vəqf qeydlərini saxtalaĢdırırdılar. 

Qızıl  Arslana olan bu  münasibət,  mövqeyinin  möhkəmlənməsi  Ġnanc  xatunu 

heç də qane etmirdi. O, mərhum ərinin sabiq məmlükləri Əmir Camal əd-Din  Ay Aba 

və  Seyfəddin  Rusla  gizli  danıĢığa  girərək,  onların  soltan  III  Toğrulun  tərəfinə 

keçmələrinə nail olur. Zəncan, Əbhər və Marağa hakimləri də onlara qoĢulurlar. Onların 


316 

 

birləĢmiĢ  qüvvələri  1187-ci  ildə  Həmədan  yaxınlığ ında  Qızıl  Arslanın  ordusu  ilə 



üzləĢir;  bir  neçə  gün  davam  edən  döyüĢlərdən  sonra  Qızıl  Arslanın  ordusu  geri 

çəkilir. 

Elə bu zaman rəqib cəbhəsində ziddiyyətlər baĢ qaldırır: əvvəlcə Əmir Rus, 

onun  ardınca  Qızıl  Arslana  qarĢı  çıxıĢdan  imtina  etmiĢ  Ay  Aba  öldürülürlər.  Bu 

hadisələrdən sonra, soltanın  əmri  ilə  onun tərəfdarları  Qızıl  Arslanla əlaqədar olanlara 

divan  tutmağa  baĢladılar.  Bu,  yerli  hakimlərin  soltanla  olan  əlaqələrinin  kəsilməsinə 

gətirib çıxartdı. 

Hadisələrdən  xəbər  tutan  Qızıl  Arslan  qisas  məqsədi  ilə  soltanın  bütün 

tərəfdarlarını  həbs etmək  əmrini  verir  və  kömək  üçün  xəlifə  ən-Nasirə  müraciət  edir. 

Bu  müraciətdə  Ġraq  soltanlığını  birdəfəlik  zəiflətmək,  öz  hakimiyyət  və  nüfuzunu 

gücləndirmək  imkanını  görən  xəlifə,  1188-ci  ilin  mart  ayının  əvvəlində  vəzirin 

baĢçılığı ilə təchiz olunmuĢ böyük ordunu III Toğrula qarĢı çıxıĢ  edən Qızıl Arslan ın 

kö məyinə  göndərir.  Soltan  qoĢunlarının  gücünü lazımınca qiymətləndirməyən vəzir, 

yolda  yubanmıĢ  Qızıl  Arslanı  gözləmədən,  onsuz  Həmədanı  ələ  keçirmək  qərarına 

gəlir. Lakin müvəffəq iyyət qazana bilmir. 

Xəlifən in  həmin  ilin  sonunda  təchiz  etdiyi  ikinci  ordu  III Toğrulun qoyub 

getdiyi  Həmədan  Ģəhərini  ələ  keçirir.  Həmədana  gəlmiĢ  Qızıl  Arslan  təntənə  ilə 

qarĢılanır, ona xəlifənin caniĢini təyin olunması haqqında  xəlifə  fərmanı  -  mənĢur təqdim 

edilir.  Bu. Qızıl Arslanın soltan vassalı deyil, müstəqil hökmdar olduğunun  etiraf edilməsi 

idi.  Bağdadda  onun  adına  "hökmdar,  möminlər  ənıirinin  kö məkçisi"  {əl-məlik  ən-nasir 



əmirəl-möminin)  xitabı  ilə  xütbə  oxunur.  Xəlifə  qoĢunları  Qızıl  Arslanın  tabeçiliyinə 

keçirilir, o, özü isə Həmədanda soltan taxtına əyləĢdirilir. 

Qızıl  Arslanın  Azərbaycanda  olmamasından  istifadə  edən  soltan  III  Toğrul  öz 

qoĢunu ilə UĢnu, Xoy, Urmiya və Səlmas Ģəhərlərinə soxulub, hər yeri talan edir. Sonra o, 

Səlahəddin  Əyyubiyə  müraciət  edərək,  yardım  göstərməsini  xahiĢ  edir.  Səlahəddin, 

Qızıl  Arslanı  onun  anabir  qardaĢının  oğlu  III  Toğrulla  barıĢdırmağa  cəhd  gostərir.  Lakin 

əvvəl barıĢığa razı olan III Toğrul, yenidən əmisinə qarĢı müharibə etmək qərarına gələrək, 

1190-cı  ilin oktyabrında  Qızıl Arslana hücum edir. Toğrulun  inadına yaxĢı bələd olan  Qızıl 

Arslan özünü, digər rəqibi - Ġnanc xatun və onun tərəfdarları tərəfdən təhlükəsizləĢdirən 

bir  sıra  tədbirlər  görür:  Ġnanc  xatunun  oğulları  ilə  barıĢıq  imzalayır,  onları  öz  yanında 

xidmətə götürür və nəhayət

 

mərhum qardaĢının dul qalmıĢ arvadı Ġnanc xatunla evlənir. Yalnız 

bu tədbirlərdən  sonra  soltana  qarĢı  çıxıĢ  edən  Qızıl  Arslan,  türkman  dəstələrinin  yardımına 

baxmayaraq, III Toğrulu məğlubiyyətə uğradır. 

Rəqiblərin  son  toqquĢması  Həmədan  yaxınlığında  baĢ  verir.  Hücuma  keçən 

soltan  qoĢunları  yenidən  məğlub  edilir,  soltan  özü  isə  əli  qandallı  Azərbaycan 

qalalarının birinə salınır. 

Atabəy  Qızıl  Arslanla  soltan  III  Toğrul  arasındakı  mübarizənin  qızğın  çağında 

Ġsfahan,  Rey  və  baĢqa  Ģəhərlərdə  atabəyin  tərəfdarları  ilə  əleyhdarları  arasında  qanlı 

toqquĢmalar  gedirdi.  Atabəylərin  əleyhdarlarına,  hələ  Cahan  Pəhləvanın  sağlığında 

Azərbaycan  atabəylərinə  qarĢı  çıxmıĢ  Ġsfahan  Ģəfiilərinin  rəisi  baĢçılıq  edirdi.  Cahan 


317 

 

Pəhləvanın  ölümündən  sonra  III  Toğrulun  tərəfinə  keçmiĢ  bu  rəis  Qızıl  Arslanın 



Ġsfahandakı  bütün  tərəfdarlarını  qılıncdan  keçirmək  əmrini  vermiĢdi.  Rəisin  bu  əmrinə 

etiraz əlaməti olaraq, atabəyin tərəfdarları Ġsfahanda iki-üç il ərzində bir neçə min Ģəfiini 

qətlə yetirirlər. 

Bütün bu hadisələrdən sonra Qızıl Arslan Həmədana qayıdır. Burada xəlifənin 

adından  onun  ünvanına  xütbə  oxunur.  Beləliklə.  Ġraq  soltanlığının  mütləq  hakiminə 

çevrilən  Qızıl  Arslan  Azərbaycan,  Arran,  Həmədan,  Rey  vilayətlərinə,  həmin 

vilayətlərə  bitiĢik  olan  ərazilərə  sahib  olur.  Fars  və  Xu zistan  hakimləri  isə  bir 

vassal kimi ona tabe edilir. 

Lakin  hakimiyyət  zirvəsinə  yetiĢən  Qızıl  Arslan  gerçək  hakimiyyətin in 

möhkəmləndirilməsi  üçün  mövcud olan  bütün  imkan lardan  istifadə  etmədi.  Onun 

sarayında  özbaĢınalıq  hökm  sürür,  fitnə-fəsad  baĢ  alıb  gedirdi.  Nəhayət,  Qızıl 

Arslana qarĢı qəsd təĢkil o lundu; ərinə etibar etməyən Ġnanc Xatun bu qəsddə fəal 

rol oynayırdı. 1191-c i ilin sentyabr ayında Q

IZIL  


Arslan öldürüldü. 

 

 



 

 

§ 7. SON ELDƏNĠZLƏR 

 

Qızıl  Arslan  öldürüldükdən  sonra  Cahan  Pəhləvanın  Qüteybə  xatundan 



olan  oğlu  Əbubəkr  Azərbaycana  yola  düĢür  və  çox  keçmədən  Naxçıvana,  Əlincə 

qalasına  gəlir.  Cahan  Pəhləvanın  o  biri  dul  arvadı  Zahidə  xatunun  sərəncamında 

olan  dövlət  xəzinəsi  bu  qalada  yerləĢirdi.  Əbubəkr  qalanı  və  xəzinəni  ələ  keçirir. 

Bütün yerli hakimlər onun ali hakimiyyətini tanıy ırlar. Əl-Hüseyninin  məlu matına 

görə,  Əbubəkr  bir  Ģəhərdən  digərinə  gedir,  hamı  ona  təslim  olurdu;  beləliklə,  o, 

bütün  Azərbaycana və  Arrana sahib olur.  QoĢunlar  onun  ətrafında  cəmləĢir  və  o, 

atasının və babasının yerində bərqərar o lur.  

Ġnanc  Xatunun oğulları  -  Qutluq  Ġnanc  və  Əmir  Əmiran  isə  Həmədan  və 

ona qonĢu vilayətlərdə hakimiyyəti ələ  keçirirlər. Ġnanc  Xatunun özü Reydə qalır. 

Beləliklə, dövlət Cahan Pəh ləvanın oğulları arasında bölünür. 

1192-c i ildə Cahan Pəh ləvanın sabiq silahdaĢı və mə mlükü Mah mud Anas 

oğlu, soltan III Toğru lun saxlanıldığı qalanın valisi ilə d ilb ir olub, onu azad etdirir. 

Azadlığa  çıxmıĢ  III  Toğrul  ço x  keçmədən  kiçik  b ir  dəstə  ilə  Təbrizə 

müvəffəqiyyətsiz hücum edir.  1192-ci ilin iyulunda Qəzvin yaxın lığında III Toğrul 

və  Qutluq  Ġnancın  qoĢunları  arasında  döyüĢ  baĢ  verir.  Qalib  gəlmiĢ  III  Toğrul 

təntənə  ilə  Həmədana  daxil  olaraq,  yenidən  soltan  taxtına  əyləĢir.  Məğlubiyyətə 

uğrayaraq,  Reydə  anasının  yanında  gizlən miĢ  Qutluq  Ġnanc  isə  yardım  xah iĢi  ilə 

xarəzmĢah TəkiĢə müraciət ed ir. 

Ġraqdakı  vəziyyətin  qeyri-müəyyənliy indən  istifadə  edən  xarəzmĢah TəkiĢ 

1193-cü  ilin  yanvarında  öz  qoĢunlarını  ora  göndərir.  XarəzmĢahın  ordusu  Reyi  və 



318 

 

Təbarək  qalasını  tutaraq,  ölkədə  özbaĢınalıq  və  azğınlığa  baĢlayır.  Vəziyyəti 



sabitləĢdirmək  məqsədi  ilə  III  Toğrul  öz  qızını  TəkiĢin  qardaĢı  Yunis  Xocaya  ərə 

verməli  olur.  Lakin  iĢ  elə  gətirir  ki,  məhz  bu  vaxt  Xərəzmdə  TəkiĢə  qarĢı  qardaĢı 

SoltanĢah üsyan  edir;  TəkiĢ  Reydə  və  Təbarək  qalasında  hərbi  hissələr yerləĢdirərək, 

vətənə yollanır. Hadisələrin bu dönümü soltanı xarəzmĢahın vassalı edə biləcək vəziyyəti 

düzəldir. 

XarəzmĢah  TəkiĢin  getməsindən  sonra  III  Toğrul  Reyə  və  Təbarək  qalasına 

hücum  edərək,  xarəzmlilərin  qoĢun  hissələrini  darmadağın  edir.  Hadisələrin  belə  Ģəkil 

alması Ġnanc Xatunu III Toğrula münasibətdə siyasəti dəyiĢməyə vadar edir: o, III Toğrula 

müraciət edərək,  dostluq  münasibətləri və  özünün sərvətləri  müqabilində  onunla  kəbin 

kəsdirmək  təklifıni  qəbul  etməyi  xahiĢ  edir.  Lakin  soltan  Toğrulun  razılıq  verdiyi  bu 

izdivac uzun sürmədi; Ġnanc Xatunun onu zəhərləmək  məqsədində olduğundan xəbər 

tutan  soltan  onun  üçün  hazırlanmıĢ  zəhərli  badəni  qadının  özünə  içirdir.  Atabəylər 

dövlətinin  bu dövr siyasi  həyatında baĢ verən çoxsaylı  qəsd  və  fəsadlarda  məĢum  rol 

oynamıĢ Ġnanc Xatunun ömrü belə sona yetir. 

Ġnanc  Xatunun ölümündən sonra onun  oğlanları  qoĢun toplayaraq, Təbrizi  ələ 

keçirir  və  Azərbaycanla  Arranın  hakimi  Əbubəkrə  qarĢı  hərbi  yürüĢə  hazırlaĢmağa 

baĢlayırlar.  Onların arasında  baĢ verən döyüĢdə  Əbubəkr qələbə qazanır.  Əmir  Əmiran 

ġirvana,  Qutluq  Ġnanc  isə  Zəncana  qaçırlar.  Qutluq  Ġnanc  xarəzmĢah  TəkiĢə  müraciət 

edərək, soltan  III  Toğrula qarĢı  mübarizədə  yardımçı  olmasını  xahiĢ  edir.  III  Toğrulun 

hakimiyyəti altında olan bütün torpaqların xarəzmĢaha iqta kimi bağıĢlanması haqqında 

fərmanı  ona  göndərən  xəlifə  ən-Nasir  də  TəkiĢə  eyni  xahiĢlə  müraciət  edir.  Bu 

mübarizədə  iĢtirakından  qazana  biləcəyi  xeyri  əldən  vermək  istəməyən  XarəzmĢah 

qoĢununu hərəkətə gətirdi.  Qutluq  Ġnanc  öz tərəfdarları  ilə  ona  qoĢuldu.  XarəzmĢahın 

çıxıĢından xəbər tutan III Toğrul rəqiblərinə qarĢı mübarizəyə giriĢ məyi qərara aldı. 

O, xeyirxahlarının və müĢavirlərinin ağıllı məsləhətlərinə qulaq  asmayıb, əsas qüvvələrin 

yaxınlaĢmasını  gözləmədən,  1194-cü  ilin  martında  az  qüvvə  ilə  xarəzmlilərin  Rey 

yaxınlığındakı  ön  dəstəsinə  hücum  etdi.  Bu  dəstəyə  Qutluq  Ġnanc  baĢçılıq  edirdi. 

DöyüĢ  zamanı  yaralanan  soltan,  Qutluq  Ġnancın  əli  ilə  öldürülür,  onun  kəsilmiĢ 

baĢı isə TəkiĢin hü zuruna gətirilir. 

Tarixçi Sədrəddin əl-Hüseyni yazır: "Sonuncu Səlcuq hökmdarı soltan III 

Toğrul öldürüləndə, Səlcuq nəslinin kö zərmiĢ kö mürlərindən yalnız  kül qald ı, onu 

da külə k sovurub apardı". 

III  Toğrulun  ölü mündən  sonra,  1194-cü  ilin  iyulunda,  xarəzmĢah  TəkiĢ 

Həmədanı,  Fars  Ġraqın ın  əksər  Ģəhərlərini  ələ  keçirərək,  tutulmuĢ  torpaqları  öz 

əmirləri  arasında  bölüĢdürdü.  O,  Ġsfahanı  Qutluq  Ġnanca  verərək,  onu  Ġraqın  baĢ 

əmiri təyin etdi. Həmədan  -əmir  Qaragö z əl-Atabəyiyə,  Rey - TəkiĢin oğlu  Yunis 

xana verildi; əmir Mayaçuq Yunis xanın atabəyi təyin o lundu. 

Soltana qarĢı aparılan hərbi əməliyyatlarda vəzir Ġbn əl-Qəssabın baĢçılığı 

altında  xəlifə  qoĢunları  da  iĢtirak  edirdilər.  Lakin  III  Toğrulun  torpaqları  TəkiĢin 

əmirləri  arasında  bölüĢdürülərkən,  xəlifə  "unuduldu".  Bu  isə  son  nəticə  ola raq 



319 

 

xəlifə ilə xarəzmĢahın münasibətlərini po zdu. 



1195-c i ilin əvvəlindən  xəlifən in vəziri Ġbn əl-Qəssab Xuzistan hakimin in 

ölümündən  sonra  onun  varisləri  arasında  baĢlanan  ara  çəkiĢmələrindən  istifadə 

edərək,  Xuzistanın  Ģəhərlərini  ələ  keçirdi,  hakimin  bütün  oğlanlarını  əsir  tut ub, 

Bağdada  göndərdi.  Bu  hadisədən  sonra  xəlifə  ö z  vəzirinə  Fars  Ġraq ı  torpaqlarını 

zəbt etmək əmrini verdi. 

Məhz  bu  dövrdə  Zəncan  yaxın lığındakı  döyüĢdə  məğlubiyy ətə  uğramıĢ 

Qutluq  Ġnanc  müttəfiqi  xarəzmĢahla  münasibətləri  po zaraq,  Ġbn  əl-Qəssabın 

tərəfinə  keçir.  On ların  birləĢ miĢ  qüvvələri  tezliklə  bütün  Həmədan  vilayətini 

tutaraq,  Rey  yaxın lığ ında  xarəzmliləri  məğ lubiyyətə  uğradır,  bütün  Fars  Ġraqını 

xarəzmlilərdən təmizləyirlər. 

Bir  neçə  ay  sonra  xarəzmĢah  TəkiĢ  xəlifə  qoĢunlarının  Fars  Ġraqından 

çıxarılmasın ı  tələb   edir.  1196-cı  ilin   iyulunda,  vəzirin   ölü mündən  sonra,  xəlifə 

qoĢunları  içərisində  baĢlanan  ixtilafdan  istifadə  edən  xarəzmĢah  Həmədanı  ələ 

keçirir,  bir  qədər  sonra  isə  barıĢığa  razı  o lan  Qutluq  Ġnancı  tora  salaraq,  onu  da 

aradan götürür. 

Beləliklə,  Əbubəkrin  hakimiyyət  iddiasında  olan  rəqiblərindən  biri  -  öz 

qardaĢı  Qutluq  Ġnanc  siyasi  meydandan  çıxarılır.  Cahan  Pəhləvanın  o  biri  oğlu, 

ĢirvanĢah birinci A xsitanın sarayına sığınmıĢ  Əmir Əmiran Ömər ĢirvanĢahın qızı ilə 

evlənir. Çox keçmədən qoĢun toplayaraq, öz qardaĢı atabəy Əbubəkrə qarĢı birgə çıxıĢ 

etmək üçün gürcü ordusu ilə birləĢ mək qərarına gəlir.  

Əmir  Əmiranın  simasında  Əbubəkrə  qarĢı  mübarizədə  müttəfiq  tapan  gürcü 

hökmdarı  Tamar  Arrana  və  Azərbaycana  hərbi  yürüĢ  üçün  qoĢun  toplanması  haqqında 

sərəncam  verdi.  Əbubəkrdən  narazı  olan  bəzi  Arran  əmirləri  və  türkman  dəstələri  də 

birləĢmiĢ gürcü-ġirvan qoĢununa qoĢuldular. 

1194-cü ilin iyununda ġəmkir yaxınlığında baĢ verən döyüĢdə atabəy Əbubəkr 

məğlubiyyətə  uğradıldı.  ġəmkir,  ətraf  Ģəhər  və  qalalar  Əmir  Əmiranın  ixtiyarına 

verildi.  Tezliklə  Əbubəkrin geri  çəkilərək  qərarlaĢdığı  Beyləqan  yaxınlığında  atabəy 

qoĢunları ikinci məğlubiyyətə uğradılır. Əbubəkrin özü canını zorla qurtarıb, Naxçıvana 

qaçır. 

Beyləqan  yaxınlığındakı  döyüĢdən  sonra,  gürcü-ġirvan  qoĢunları  Gəncəyə 



yaxın laĢıb,  Ģəhər  əhalisindən təslim  olmağı  tələb  edirlər.  Lakin  Əmir  Əmiranla yanaĢı 

onların  üzərinə  dəfələrlə  hücum  etmiĢ  düĢmənlərini görən  gəncəlilər  ilk  əvvəl bu tələbi 

yerinə  yetirmirlər.  Sonra  isə  Əmir  Əmiranla  birlikdə  onun  müĢaviri  sifəti  ilə  Ģəhərə 

yalnız  bir  neçə  gürcü  qoĢun  baĢçısının  daxil  olacağı  Ģərti  ilə  irəli  sürülmüĢ  tələblərə 

müsbət cavab verirlər. Əmir Əmiran öz qoĢunu, üç gürcü hərbiçisi və yaxın adamları ilə 

Ģəhərə daxil  olaraq,  onların  köməyi  ilə  vaxtilə soltan  Məhəmməd  Təpərin  qurdurduğu 

taxt-taca sahib olur. 

ġirvanĢah I Axsitan kimi gürcü hökmdarından vassal asılılığını qəbul edən Əmir 

Əmiran,  gürcü  qoĢunları  Gəncəni  tərk  etdikdən  sonra  Ģəhərin  müsəlman  əhalisini 

sıxıĢdırmağa,  Gəncəli  Kirakosun dediyi  kimi,  xaçpərəstlərə  iltifat  göstərməyə  baĢladı. 



320 

 

Elə  buna  görə  də  22  gündən  sonra  Ģəhər  əyanları  Əmir  Əmiranı  öldürərək,  təcili 



Gəncəyə  gəlmək  xah iĢilə  Əbubəkrə  müraciət  göndərirlər.   Əl-Hüseyninin 

məlu matına  görə  "Əbubəkr  Ģəhərdəki  iĢləri  qaydaya  salaraq,  Gəncəni  öz  oğlunun 

ixtiyanna verir... və Naxçıvana qayıdır". 

Bu  elə  bir  dövr  idi  ki,  Qutluq  Ġnanc  artıq  öldürülmüĢ,  xarəzmĢah  TəkiĢin 

qoĢunları  isə  Həmədanı  ələ  keçirmiĢdilər.  TəkiĢ  Cahan  Pəhləvanın  Fars  Ġraqında 

özbaĢınalıq  edən,  heç  bir  hökmdarın  ali  hakimiyyətini  tanımaq  istəməyən 

məmlü klərinə  qarĢı  Əbubəkri  göndərmək  istəyirdi.  Buna  görə  də  o,  soltanlığın 

idarəsini  Əbubəkrə  həvalə  etmək  qərarına  gəlir.  Lakin  Əbubəkr  gürcülər  tərəfdən 

təhlükə  gözlənildiyinə  isnad  edərək,  onun  yanına  qardaĢı  Özbəyi  göndərir.  Beləliklə, 

bütün ölkənin idarə iĢi Özbəyə tapĢırılır. 

XarəzmĢah  TəkiĢin  öz  vətəninə  gediĢindən  sonra  Cahan  Pəhləvanın 

məmlükləri  onunla  mübarizəyə  baĢlamaq  haqqında  bəzi  Ġraq  əmirləri  ilə  razılığa 

gəlirlər. Bu ittifaqın baĢında məmlük əmir Ġzzəddin Əbülmüzəffər Gökçə ibn Abdallah 

ət-Türki durur. Onun tərəfdarları Reyi və onun nahiyələrini ələ keçirərək,  xarəzmliləri 

qovmaq  məqsədi  ilə  Ġsfahana  doğru  hərəkət  edir,  lakin  Ġsfahanın  məmlük  Seyfəddin 

Toğrul  baĢda  olmaqla  xəlifə  qoĢunları  tərəfindən ələ  keçirildiyindən  xəbər  tuturlar. 

Ço x keçmədən bu birləĢmiĢ qoĢunlar bütün Fars Ġraqını iĢğal edirlər. Rey öz nahiyəsi ilə 

birgə, Savə, Qum və KaĢan Gökçənin, Ġsfahan, Həmədan, Zəncan və Qəzvin isə xəlifə 

ən-Nasirin  tabeliyinə  keçir.  Gökçənin  ələ  keçirdiyi  Ģəhər  və  vilayətlərin  onun 

hakimiyyəti altında qalmasını öz fərmanı ilə təsdiq edən xəlifə həmin yerlərdən alınan 

vergilərin xəlifə xəzinəsinə göndərilməsi haqqında əmr verir. Bununla yanaĢı, xəlifə 

Özbəklə  Gö kçə  arasındakı  gərgin  münasibətlərdən  öz  xeyri  üçün  istifadə  etmək 

fikrinə düĢür. Hakimiyyət və imtiyazlarını saxla maq üçün o, XII əsrin son iki onilinin 

ardı-arası  kəsilməyən  çəkiĢmələrindən  bacarıqla  istifadə  edərək,  hakimiyyət  iddiasında 

olan  Ģəxsləri  məharətlə  bir-birinə  qarĢı  qaldırırdı.  O,  ö zbəyi  güzəĢtlər  hesabına  öz 

tərəfinə  çəkməyə  çalıĢır.  Bu  məqsədlə  xəlifə  öz  sərkərdəsi  Əbülheyca  tərəfindən 

aralarında  baĢ vermiĢ  hərc-mərclik  üstə  əsir alınmıĢ  Özbəyin təcili  buraxılmasını  əmr 

edir, ona fəxri xələt və q ızıl q ılınc göndərir.  

Tezliklə  Özbəyin Həmədandakı mövqeyi sarsılır. O,  xəlifə  qoĢunlarına etibar 

etməyərək, yardım  üçün qardaĢı  Əbubəkrin yanına -  Azərbaycana yollanır.  1197-ci  ilin 

ortalarında  Özbək  yenidən  Həmədana qayıdır.  Həmədan  vilayətinin  idarəsi  Gökçəyə 

həvalə  edilir.  Lakin  o  da  Ģəhər  əhalisinə  olmazın  zülm  verir.  Bu  xəbər  Əbubəkrə 

çatanda o,  etibar  etdiyi Ģəxslərdən birini  -  qazı  Ġbn  Zeynəddini  Özbəyin  caniĢini  və 

vəziri  səlahiyyətləri  ilə  Həmədana  göndərir.  Lakin  həmin  Ģəxs  də  özünü  fərasətsiz 

hakim kimi nümayiĢ etdirir, gününü ziyafətlərdə və təntənəli qəbullarda keçirir.  

1200-cü  ildə  vəfat  etmiĢ  xarəzmĢah  TəkiĢin  yerini  soltan  Əlaəddin  Məhəmməd 

(1200-1220) tutur.  Yeni  xarəzmĢahın  ölkənin daxili  iĢləri  ilə  məĢğul olmasından istifadə 

edən  Ġraq  əmirləri  bir  sıra  Xarəzm  hərbi  hissələrinə hücum  etdilər  və onları  ölkədən 

qovdular.  Özbək,  Gökçə  və  Azərbaycandan  gəlmiĢ  Əbubəkr  bu  iĢlərdə  xüsusi  fəallıq 

göstərdilər.  Əbubəkr  Həmədanı  Özbəyə  tapĢırır,  Reyi  nahiyələri  ilə  birgə  Gökçənin 



321 

 

ixtiyarına verir, Ġsfahanı isə öz mülklərinə qatır. Beləliklə. Fars Ġraqının torpaqları rəsmi 



surətdə  bölüĢdürülür.  Lakin  günlərini  eyĢ -iĢrətdə  və  keyf  məclislərində  keçirib 

zəifləyən,  Gökçənin  günü-gündən  artan  qüdrəti  qarĢısında  acizlik  göstərən  Əbubəkr 

Həmədandan  Ġsfahana  köçür,  ordusunun böyük hissəsi  isə təntənəli surətdə  Həmədana 

daxil olan Gökçənin tərəfinə keçir. Çox keçmədən Əbubəkrin tərəfində olan Ġraq əmir-

lərinin  qalan  hissəsi  də  xəyanət  edərək,  öz  qoĢunlarını  Gökçənin  ixtiyarına  verirlər. 

Əbubəkr  Azərbaycana  qayıdır.  Təsvir  olunan  hadisələrin  Ģahidi  olan  tarixçi  Ravəndi 

Əbubəkrin Azərbaycana köçməsini səhv addım kimi qiymətləndirərək təəssüflə yazırdı: "O, 

ağzınadək  sərvətlə  dolu,  əmin-amanlığın  bərqərar  olduğu  ölkəni  ən  alçaq  adamların 

ixtiyarına verdi. Mən bu adamların cinayətlərini necə təsvir edim? Vəzirin yerini, əmirin 

vəzifəsini elələri tutmuĢlar ki, adam hətta onların adlarını çəkməyə belə utanır". 

Azərbaycana  qayıtması  da  günlərini  eyĢ-iĢrətlə  keçirən,  öz  dövlətinin 

təhlükəsizliyinə az fikir verən atabəy Əbubəkrin həyat tərzin i dəyiĢ mədi. 

Bu  zaman  gürcü  qoĢunları  Ġvane  Mxarqrdzelin in  baĢçılığı  altında  Gəncəni 

mühasirəyə alırlar.  Gürcü hökmdarı  Tamara və  ġirvanĢah I Axsitan da buraya gəlirlər. 25 

günlük  mühasirədən  sonra  Gəncə  Ģəhərini  tuta  bilməyən  gürcülər  mühasirədən  əl 

çəkərək Naxçıvana doğru hərəkət edirlər. 

1202-1203-cü  illərdə  gürcü  qoĢunları  Azərbaycan  atabəylərinin  tabeliyində  olan 

Dvin  Ģəhərinə  hücum  edib,  uzun  sürməyən  mühasirədən  sonra  onu  ələ  keçirirlər. 

Salnamələrdən  məlum  olur  ki,  Dvini  qarət  edən  gürcülər Ģəhərdə  elə dəhĢətli  qırğın 

törədirlər ki, "bundan insanın bədənindəki tüklər ürpəĢirdi". 

Gürcülərin  Dvin Ģəhərini  ələ  keçirməsindən  xəbər  tutan  Əbubəkr,  onların  ölkənin 

içərilərinə  soxulacağından  ehtiyat  edərək,  Naxçıvandan  Təbrizə  yollanır.  Yaran mıĢ 

çətin vəziyyətə baxmayaraq, o, dövlət iĢləri ilə məĢğul olmağ ı, demək o lar bir tərəfə 

qoyur, qoĢunların qayğısına qalmır, sərxoĢluqdan baĢı ayılmayan əyyaĢ a çevrilir. 

1204-1205-c i  illə rdə gürcülər A zərbaycanın  içərilə rinə so xu lurlar. Ġbn ə l-

Əsirin  yazd ığına  görə,  onlar  Azərbaycanda  "xeyli  zorakılıq,  dağıntı  törətdilər, 

qarətçilik  etdilər,  bir  ço xların ı  əsir  tutub  apardılar".  Sonra  gürcülər  Xilat  və 

Malazg irtə  yürüĢ  edib,  çox  keç mədən  yenidən  həmin  yerlə rə,  o  cü mlədən  Ərc iĢə 

soxulurlar.  Burada,  gürcülərlə  yerli  hakimlərin  qoĢunları  arasında  baĢ  verən 

döyüĢdə gürcü ordusu məğlubiyyətə uğradılır.  

Sonrakı  il  gürcü  qoĢunları  yenidən  Azərbaycanın  qərb  vilayətlərinə 

hücum edib, bir ço x  məskənləri  xarabazara çevird ilər; bir daha Xilatı tutmağa cəhd 

göstərsələr  də,  yenidən  darmadağın  edildilər.  Əl-Hüseyni  və  Ġbn  əl-Əsirin 

məlu matına  görə,  öz  hacib  və  əmirlərinə  gürcülərin  hərəkətləri  haqqında  ona heç 

bir  məlu mat  verməməyi  tapĢırmıĢ  Əbubəkr  gürcü  hücumunun  qarĢısını  almaq 

məqsədi  ilə,  nəhayət,  gürcü  hökmdarının  qızı  ilə  evlənir.  Mənbələrdən  aydın olur 

ki,  bu  izdivacdan  sonra  "gürcülər  ölkəni  qarətdən,  yürüĢlərdən  və  adamları 

qırmaqdan əl çəkdilər". 

Gü rcülərin  tez-tez  A zərbaycana  hücum  etməsindən  və  Əbubəkrin 

zəifliy indən  istifadə  edən  Marağa  hakimi  Əlaəddin  Kö rpə  Arslan  və  Ġrbil  hakimi 



322 

 

Müzəffərəddin  Göybari  Azərbaycan  atabəylərinin  tabeliyində  olan  əraziyə 



soxuldular  və  Əbubəkrin  o lduğu  Təbrizə  doğru  hərəkət  etdilər.  Əbub əkrin  xahiĢi 

ilə  Cahan  Pəhləvanın  məmlükü  ġəmsəddin  AydoğmıĢ  onun  köməyinə  gəldi.  Hələ 

1204-cü  ildə,  o,  Gö kçənin  hakimiyyətinə  qarĢı  çıxaraq,  a rala rında  baĢ  vermiĢ 

döyüĢdə onu öldürmüĢ, Rey, Həmədan və əl-Cibəli ələ keçirmiĢdi. O zaman onunla 

birlikdə  çıxıĢ  etmiĢ  Ģahzadə  Özbək  qardaĢı  Əbubəkr  tərəfindən  ələ  keçirilmiĢ 

ərazilərin  hakimi  elan  olun muĢdu;  bununla  belə  dövlətdəki  bütün  iĢlərin 

sərəncamçısı (müdəbbiri) məmlük AydoğmıĢ olmuĢdu. 

Təbrizə çatan AydoğmıĢ Ġrb il hakiminə  xəbərdarlıq  məktubu göndərərək, 

onu  hədələyir.  AydoğmıĢ  ilə  ü zləĢməkdən  çəkinən  Ġrbil  hakimi  müttəfiq i  Marağa 

hakiminin onu dilə tutmasına baxmayaraq, vətəninə qayıdır. 

AydoğmıĢ  və  Əbubəkrin  qoĢunları  Marağanı  mühasirəyə  alırlar;  qısa 

müddətli  mühasirədən  sonra barıĢıq  imzalan ır.  BarıĢığa  əsasən  Marağa  hakimin in 

qalalarından biri Əbubəkrə, Əbubəkrin nəzarətində olan UĢnu və Urmiya Ģəhərləri 

isə Körpə Arslana verilir. 

Bundan sonra AydoğmıĢın Ġraq ərazisindəki hakimiyyəti  möhkəmlənir. O, 

xəlifədən təmtəraqlı "ulu xaqan, ən böyük padĢah, dövlətin və dinin günəĢi, islamın 

və  müsəlmanların  dayağı,  ġərqin  və  Qərbin  hökmdarlar  hökmdarı  AydoğmıĢ" 

ləqəbini alır. 

1208-c i  ilin  ortalarında  Ağsunqur  əl-Əhməd ilin in  nəslindən olan  Marağa 

hakimi Körpə Arslan vəfat ed ir. Bir qədər sonra onun azyaĢlı oğlunu n ölümü ilə əl-

Əh mədili nəsli sona çatır. 

Bundan  istifadə  edən  atabəy  Əbubəkr  Marağanı  və  əl-Əh mədili  nəslin in 

Ruindej qalasından baĢqa bütün torpaqlarını tutur. Ruindej qalasını Körpə Arslanın 

bütün  sərvətlərini  mənimsəmiĢ  xacəsi  ələ  keçirmiĢdi.  Elə  bu  vaxt  xarəzmĢah 

TəkiĢin  oğlu  Tacəddin  ƏliĢah  Əbubəkrin  torpaqlarına  hücum  edir,  lakin  Əbubəkr 

bu hücumu dəf edə bilir. 

1210-cu  ildə  atabəy  Əbubəkr  vəfat  edir.  Dövrün  müsəlman  tarixçilərin in 

(Ġbn əl-Əsir, əl-Hüseyni) ona qarĢı aĢkar qərəzçilik münasibətlərinə baxmayaraq, o, 

hər  halda  Azərbaycanda,  xüsusilə  Marağanı  tutduqdan  sonra,  ö z  mövqelərini 

möhkəmləndirə bilmiĢdi.  Əbubəkrin gürcü hökmdarı  ilə qohumlaĢ ması barədə Ġbn 

əl-Əsirin  açıq  kinayəsinə  baxmayaraq,  məhz  bu  izdivac  müvəqqəti  də  olsa, 

atabəyin  hakimiyyəti  altında  olan  torpaqlara  gürcü  yürüĢlərinin  qarĢısını  almağa 

kö mək etmiĢdi. 

Əbubəkrin  ölü mündən  sonra  onun  tabeliyində  olan  mülkləri  qardaĢı 

Müzəffərəddin Özbək idarə etməyə baĢlayır. Onun hakimiyyətinin ilk ilində (1210-

1211)  gürcü  qoĢunları  yenidən  Azərbaycana  hücum  edirlər.  Bu,  gürcülə rin 

Azərbaycana  təĢkil  etdikləri  ən  böyük  hərbi  yürüĢlərdən  id i.  Əvvəlcə  Naxçıvana 

hücum  edən  gürcülər,  Ģəhəri  ələ  keçirə  bilməyərək,  Culfaya  doğru  yönəlirlər  və 

Dərədüz  dərəsini  keçib,  Mərəndə  yaxın laĢırlar.  Əhali  Ģəhəri  tərk  edir.  Mərəndə 

girən  gürcülər  orada  talanlar  törədir,  sonra  isə  Təbrizi  mühasirəyə  alırlar.  ġəhərin 



323 

 

hakimi  atabəy  Cahan  Pəhləvanın  arvadı  Zahidə  xatun  Ģəhər  rəisləri  ilə 



məsləhətləĢərək,  gürcülərə  çoxlu  pul,  qiy mətli  daĢ -qaĢ  və  mal  verməklə  Ģəhəri  və 

Ģəhərliləri xilas edir. ÇağdaĢ müəllifin sözlərinə görə, "bac elə yüksək məb ləğdə idi 

ki, böyüklü-kiçikli bütün gürcülər varlandılar". 

Təbrizin  ətrafını  qarət  edən  gürcülər  Miyanəyə  doğru  yollandılar.  ġəhər 

hakimi təbrizlilər  kimi hərəkət edərək, gürcülərə "qızıl, gümüĢ və qiymətli daĢ-qaĢ" 

verməklə,  miyanəlilərin  canlarını  qurtara  bildi.  Gürcülər  M iyanədə  hərbi  hissə 

yerləĢdirib,  Ģəhəri  tərk  edirlər.  Onlar  gedən  kimi  Ģəhər  əhalisi  həmin  hərbi  hissəyə 

hücum  edib,  bütün  gürcü  əsgərlərini  qətlə  yetirir.  Bunun  əvəzi  olaraq,  gürcülərin 

Miyanəyə  göndərdiyi  cəza  dəstəsi  məliki  və  onun  ailə  üzvlərini  öldürmüĢ,  Ģəhəri 

qarət edib, sonra isə yandırmıĢdı. 

Gü rcü  qoĢunlarının  bir  hissəsi  Miyanədən  Zəncan  tərəfə  üz  tutur.  ġəhər 

sakinləri  palçıqdan  düzəlmiĢ  qala  divarlarını  möhkəmləndirərək,  düĢmənlə  döyüĢə 

giriĢirlər.  Lakin b ir neçə gündən sonra gürcü qoĢunları divarın altından lağım ataraq, 

Ģəhərə soxulurlar; əhali əsir edilir, xeyli qənimət ələ keçirilir. Sonra gürcülər Qəzvin və 

Əbhəri də mühasirəyə alır, ələ keçirir və talayıb çapırlar. 

Gürcü qoĢunlarının digər hissəsi Təbrizdən Ərdəbilə doğru yürüyür. Yol üstü 

gürcülər  Uçanı  mühasirəyə  alırlar.  ġəhər  əhalisi  qiymətli  hədiyyələrlə  talan  və 

qarətlərdən  xilas  ola  bilir.  Sonra  Ərdəbil  mühasirə  edilir.  Gürcü  mənbəyindən 

("Tacidarların  tarixi  və  mədhi")  aydın olur  ki,  gürcü  süvariləri  sübh  tezdən "Ģəhərə 

soxularaq, onu döyüĢsüz ələ keçirir", Ģəhər hakimi və onun ailəsi  əsir alınır; "Ģəhərin 

saysız-hesabsız  sərvətlərini"  ələ  keçirən gürcülər onun xilas olmağa can atan 12  min 

sakinini qılıncdan keçirir. 

Gürcü  tarixçisi  daha sonra qeyd  edir  ki,  Zaxare  M xarqrdzelininin  baĢçılığı 

altında  olan  qoĢunlar  Xəzər  dənizinin  Ģərq  sahillərinə,  o  cümlədən  Gürganadək 

irəliləyərək, həmin əraziləri talayıb çapırlar. Geri qayıdarkən gürcülər "bir çox qalaları 

ələ  keçirir,  Naxçıvan  və  Beyləqan  Ģəhərləri  üzərinə  xərac  qoyurlar.  Dvini  və  onun 

qalalarını  ələ  keçirən  gürcülər  yenidən  Mərəndə  hücum  edib,  zor  gücünə  onu  tutur, 

kiĢilərini qırıb, qadınlarını əsir aparırlar". 

Bu  zaman  Fars  Ġraqında  vəziyyət  dəyiĢməyə  baĢlayır.  Atabəy  Cahan 

Pəhləvanın sabiq məmlükü Nəsirəddin Menqli böyük qoĢun toplayaraq, AydoğmıĢa qarĢı 

çıxıĢ edir. 1212-ci ilin noyabrında baĢ verən döyüĢdə AydoğmıĢ məğlubiyyətə uğrayaraq, 

Bağdada qaçır. Həmədan, Rey, Ġsfahan və baĢqa vilayətləri ələ keçirən Menqli isə öz 

adına xütbə oxutduraraq, pul kəsdirməyə baĢlayır. 

1212-ci  ilin  axırına  yaxın  xəlifə  ən-Nasir  Menqliyə  qarĢı  böyük  ordu 

hazırlayır.  Lakin  Menqli  yaranmıĢ  Ģəraitdən  istifadə  edərək,  AydoğmıĢı  sıradan 

götürür,  sonra  isə  xəlifəyə  kəskin  məktub  yazaraq,  onun  Fars  Ġraqındakı  iĢlərə 

qarıĢmağa haqqı o lmadığ ını b ild irir. 

Xəlifə  ən-Nasir  yenə  də  adəti üzrə  yaranmıĢ  vəziyyətdən  istifadə  etməyə 

çalıĢır;  Özbəklə  özünü  müstəqil  hökmdar  kimi  aparan  Menqli  arasındakı 

düĢmənçilik  münasibətlərin i  q ızıĢdıraraq,  Özbəyi  atasının  məmlü künə  qarĢı 



324 

 

müharibəyə təhrik edir. 



1215-c i ilin sentyabrında xəlifən in, e ləcə də Ġrbil, ġəhrə zurvə digər vilayət 

hakimlərinin  b irləĢmiĢ  qoĢunları  Həmədana  doğru  hərəkət  edirlər.  Həmədan 

yaxınlığında  baĢ  verən  döyüĢdə  məğlubiyyətə  uğrayan  Menqli,  öncə  Kərəc 

yaxınlığındakı dağlarda gizlənir, sonra isə Savəyə yollanır və orada öldürü lür.  

Menqlinin  öldürülməsindən  və  Ġraqda  olan  qoĢunların ın  darmadağın 

edilməsindən  sonra  onun  tabeliyində  olan  torpaqlar  xəlifə,  is maililər  və  Özbək 

arasında  bölüĢdürülür.  Özbək  ö z  caniĢini  vəzifəsinə  əvvəllər  xarəzmĢah  Əlaəddin 

Məhəmmədin  xid mətində  olmuĢ  OğlımıĢı  təyin  edir.  OğlımıĢ  dərhal  xarəzmĢahın 

adına  xütbə  o xutdurmağa  baĢlayır.  Atabəy  və  xəlifə  xütbəyə  etiraz  etməsələr  də 

xəlifə  ən-Nasir  bunu  hər  halda  xəlifə  hüquqların ın  pozulması  kimi  qiy mətləndirir 

və 1217-1218-ci  ildə is maililərin kö məyi ilə artıq "qorxulu" adam saydığı OğlımıĢı 

qətlə  yetirtdirir.  Ġraqda  xarəzmĢahın  adına  xütbə  oxun masın a  son  qoyulur.  Bu 

hadisə  xarəzmĢahın  kəskin   narazılığına  səbəb  olur.  O,  yü z  minlik  ordu  ilə  Ġraqa 

doğru  irəliləyir.  Bu  zaman  OğlımıĢın  ölü mündən  istifadə  edən  Özbək  və  onun 

vassalı  fars  hakimi  Səd  ibn  Zəngi  eyni  bir  vaxtda  Fars  Ġraqının  ərazisinə  hücum 

edirlər.  Özbək  Ġsfahanı,  Səd  ibn  Zəngi  isə  Rey,  Qəzvin,  Xuvar  və  Simnan ı  ələ 

keçirirlər.  Bundan  xəbər  tutan  xarəzmĢah  qoĢun  göndərib,  əvvəl  Sədi,  sonra  isə 

Özbəyin  baĢqa  bir  vassalı  olan,  onun  əmri  ilə  atabəyin  qoĢunu  və  varidatı  ilə 

birlikdə Təbrizə doğru geri çəkilmək istəyən Əhər hakimi Nüsrətəddin  Məhəmməd 

ibn  PiĢtegini  əsir  ala  bilir.  Özbək  ö zü  iki  yüz  qulamı  ilə  Azərbaycan  dağlarında 

gizlənir. 

XarəzmĢah,  Özbəyin  yanına  elçi  göndərib,  atabəyin  hakimiyyəti  altında 

olan  bütün  vilayətlərdə  öz  adına  xütbə  oxutdurulmasını  və  pul  kəsilməsini  tələb 

edir.  Ən-Nəsəvinin  məlu mat ına  görə,  "ġirvan  Dərbəndinədək  Arranın  və 

Azərbaycanın  minbərlərindən  soltanın  Ģərəfinə  xütbələr  o xunur".  Özbək 

xarəzmĢahın vassalı hesab olunmağa baĢlayır.  

Gürcülərin  atabəy  mülklərinə  yeni  müdaxiləsi  Özbəyi  xarəzmĢaha 

Ģikayətlənmək  məcburiyyətində  qoyur,  XarəzmĢah  gürcü  hökmdarına  xəbərdarlıq 

məktubu göndərməklə yanaĢı, Gürcüstan yürüĢü üçün 50 min süvari ayırır. 

Gürcü  hücumlarının  arasının  kəsilməsindən  istifadə  edən  Özbək  öz 

mülklərində  iĢləri  qaydaya  salmaq  qərarına  gəlir.  Bu  məqsədlə  o,  1214/15-ci  ildə 

atabəy  xəzinəsinə  vergiləri  ödəməkdən  imtina  etmiĢ  yerli  hakimləri  cəzalandırmaq 

üçün  Qarabağa  (Xaçına)  yürüĢ  edir.  XIII  əsrin  anonim  müəllifinin  məlu matına  görə, 

atabəyin  "qoĢunları  qələbə  çalaraq,  hamını  qılıncdan  keçirtdilər.  Onlar  xeyli  pul  və 

zəngin hərbi qənimət gətirdilər. Həmin çoxallahlıların bütün  evlərini  və  məskənlərini 

yandırdılar". 

Gürcü  hökmdarı  IV  Georgi  LaĢa  xarəzmĢahın  Gürcüstana  hərbi  yürüĢünün 

qarĢısını almaq məqsədi ilə onun sarayına qiymətli  hədiyyələrlə elçilər göndərir. Lakin 

bu yürüĢ onsuz da baĢ tutmur. Öz dövlətini oğulları arasında bölüĢdürmüĢ xarəzmĢah 

çox keçmədən Fars Ġraqını da oğlu Rüknəddin Qursancdıya verir. Özü isə  Bağdadı ələ 



325 

 

keçirmək, bu Ģəhəri səlcuqlar dövründə olduğu kimi öz dövlətinin paytaxtına çevirmək 



məqsədilə  Ərəb  Ġraqına  yürüĢ  edir.  1217-ci  ilin  payızında  baĢlanmıĢ  bu  yürüĢ 

xarəzmĢah Məhəmməd üçün uğursuzluqla nəticələnir; Xulvan yaxınlığındakı Əsədabad 

aĢırımında Xarəzm qoĢunu qarlar altında qalır. Xeyli döyüĢçü və bütün mal-qara məhv 

olur, geri çəkilənlərin çoxunu köçərilər qətlə yetirirlər. 

Çoxminlik Xarəzm ordusunun Xulvan yaxınlığındakı dəhĢətli  uğursuzluğu o 

dövrün  islam  dünyasında  Abbasilər  sülaləsinə  zərər  yetirməyə  cəhd  göstərənlərin 

Allahın  cəzasına  məruz  qalması  faktı  kimi  qiymətləndirildi.  Cuveyni  yazırdı  ki, 

"Abbasilər əleyhinə təĢkil olunmuĢ bu yürüĢ soltana qarĢı çevrildi". Bəzi orta çağ müəl-

lifləri (Ġbn əl-Əsir, əl-Məqrizi,  Əbülfida, Mirxond və b.) xəlifə ən-Nasirin xarəzmĢaha 

qarĢı  monqollardan  istifadə  etməsinə  açıq-aĢkar  iĢarə  vururdular.  Ġbn  Vasilin  baĢqa 

mənbələrdəki  məlumatla  təsdiq  olunan  sözlərinə  görə,  "xarəzmĢah  Bağdada  doğru 

hərəkət  edərkən,  xəlifə  tatarların  hökmdarı  Çingiz  xana  məktub  göndərib,  onu 

xarəzmĢahın ölkəsinə hücum etməyə təhrik edir". 

Hadisənin beləliyindən asılı olmayaraq, monqollar doğrudan da 1219-cu   ilin 

yayının  sonunda XarəzmĢahlar dövlətinə  hücum etdilər.  Yerli əhaliyə böyük bəla 

gətirən  bu  hücumun  nəticəsində  biri  digərinin  ard ınca  Otrar,  Bu xara,  Səmərqənd, 

NiĢapur,  Urgənc  kimi  iri  Ģəhərlər  süqut  etdi.  Monqolların  əlindən  canını  götürüb, 

bir  Ģəhərdən  o  birinə  qaçan  xarəzmĢah  Məhəmməd  ömrünü  Xəzər  dənizin in 

adalarından birində, Ģərəfsiz baĢa çatdırdı. 

Xarəzm  dövlətinin  əsas  torpaqlarının  monqollar  tərəfindən  ələ 

keçirilməsindən sonra  xarəzmĢahın varisləri olan oğlan ları, eləcə də bu dövrdə ad 

çıxarmıĢ  feodallar,  bir-birilə  amansız  ara  müharibələri  aparan  mü xtəlif  qrupların 

baĢında  durdular.  Bu  ara  müharibələri  monqollara  qarĢı  mübarizə  üçün  hətta 

müvəqqəti birləĢ məyi də imkansız etdi. Feodal dəstələri monqol talanından salamat 

çıxmıĢ  əhalini  qarət  etməyə  baĢladılar,  ən-Nəsəvinin  dili  ilə  desək,  "onlar  Ġraqda 

tatarlardan  sonra  salamat  qalmıĢ  mal-qaran ı  qırdılar,  ölkəni  v iran  qoydular... 

Kəndlilər  isə  kö mək  üçün  dad  etdilər,  ancaq  hay  verən  olmadı".  Orta  Asiyanın 

monqol  qoĢunları  o lmayan  yerlə rində,  eləcə  də  ġimali  Ġran  və  Azərbaycanda  da 

vəziyyət belə idi. 

 

 



 

 

 



 

 

 



 

 

 



326 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin