TarġXĠ III-XIII əsrin I rübü



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   26   27   28   29   30   31   32   33   ...   45
§ 7. RƏVVADĠLƏR DÖVLƏTĠ 

 

Azərbaycanın  siyasi  tarixində  Rəvvadilər  dövləti  X  yüzilin  sonundan 



baĢlayaraq təqribən bir əsr ərzində olduqca mühüm rol oynamıĢdır. 

Rəvvadilərin  əcdadları  Azərbaycana  ilk  dəfə  VIII  əsrin  sonunda  gəlmiĢdilər. 

Məhz o zaman Azərbaycan, Arran və Ərminiyənin caniĢini  Yəzid ibn Xatim əl-Mühəlləbi 

(785-786)  xə lifənin  sərəncamı  ilə  əzd  qəbiləsindən  olan  yəmənli  Rəvvad  ibn  əl-

Müsənnanı  həmqəbilələri  ilə  birlikdə  o  vaxt  "kiçik  kənd  olan"   Təbrizdə  yerləĢ-

dirmiĢdi.  Mənbələrdə  onun  oğulları  əl-Vəcnə,  Məhəmməd  və  Yəhya  haqqında  da 

məlu mat var. Əl-Yəqubinin verdiyi xəbərə görə, Təbrizdən Bəzzədək bütün torpaqlar 

Rəvvada verilmiĢdi.  Ondan  sonra  həmin  torpaqları  oğlu  əl-Vəcnə  idarə  edirdi.  O, 

Təbrizin abadlaĢdırılması ilə məĢğul olmuĢ, orada qala tikdirmiĢ, onu divarlarla əhatə 

etdirmiĢdi. 

Xəlifə  Harun  ər-RəĢidin  hakimiyyəti  dövründə  əl-Vəcnə  ibn  ər-Rəvvad  və 

onun qulamı Sadaka ibn Əli Marağam da Rəvvadilərin  mülklərinə  qatmaq, sonra  isə 

Xilafətdən tamamilə ayrılmaq cəhdi etdilər. Lakin  xəlifənin Azərbaycandakı caniĢini 


283 

 

Huzəyma ibn Xazim ət-Təmimi (786-787) onların bu çıxıĢının qarĢısını ala bildi. 



Əl-Vəcnə  ibn  ər-Rəvvaddan  sonra  qardaĢı  Məhəmməd  Təbrizin  hakimi 

olmuĢ, VIII əsrin sonu-IX əsrin əvvəllərində bu Ģəhəri idarə etmiĢdir. 

Əl-Yəqubi "813-cü il hadisələri" ilə əlaqədar verdiyi məlumatında xürrəmilər 

hərəkatının təsiri ilə Xilafətdən təcrid olaraq, nisbi müstəqillik əldə edə bilmiĢ hakimlər 

sırasında Məhəmməd ibn ər-Rəvvadın da adını çəkmiĢdir. Hərəkatın getdikcə daha da 

geniĢlənməsi feodal sülalələrinin, o cümlədən Rəvvadilərin daha da güclənməsi üçün 

Ģərait yaratdı. Lakin xürrəmilərin güclənməsi və son nəticədə qələbə əldə edə bilməsi 

müstəqilliyə  can  atsalar  da, öz  hamilərini  Xilafətin simasında görən yerli  feodalların 

mənafeyinə uyğun deyildi. Elə ona görə də, xəlifənin caniĢini Ġsa ibn  Məhəmməd 820-

ci  ildə  Azərbaycana  göndərildikdə,  bütün  sərkərdələr  və  yerli  hakimlər,  o  cümlədən 

Məhəmməd ibn Rəvvad onun iqamətgahına gəlmiĢdilər. 

Məhəmməddən  sonra  qardaĢı  Yəhya  Təbrizin  hakimi  oldu.  Mənbələrdən 

göründüyü kimi, 850/51-ci  ildə yerli hakimlərin separatçılıq meyli ilə əlaqədar Cənubi 

Qafqazda  baĢ  verən  məlum  hadisələr  zamanı  mərkəzə  tabe  olmaq  istəməyənlər 

sırasında Yəhya da Bağdada aparılmıĢ, ancaq xəlifə tərəfindən əfv edilərək, hörmətlə 

qarĢılanmıĢ,  mülkləri özündə saxlanılmıĢdı.  Lakin elə o vaxtdan bəri  Rəvvadilər təqribən 

yüz  il  bölgənin  fəal  siyasi  həyatından  kənar  edildilər.  Onlar  bir  sıra  mülklərini  əldə 

saxlayaraq,  baĢqa  yerli  hakimlər  kimi  əvvəllər  Sacilərə,  sonra  isə  Salarilərə  vergilər 

ödəyirdilər.  Ġbn  Havqəlin  məlumatına  görə,  hətta  X  yüzilin  50-ci  illərinin  sonlarına 

yaxın Əhər və Varzaqan vilayətlərinin sahibi olan Əbülheycə  ibn  ər-Rəvvad  Salarilərə 

50  min  dinar  məbləğində vergi ödəyirdi.  Mənbələrin yazdığına görə, elə  bu vaxtlar, 

yəni Mərzbanın tutulması ilə əlaqədar Salarilərin hakimiyyətinin zəiflədiyi dövrdə, Rəv-

vadilər  sülaləsinin  digər  nümayəndəsi  Məhəmməd  ibn  Hüseyn  Azərbaycanın  bəzi 

torpaqlarını  ələ  keçirdi.  956/57-ci  ildə  Hüseyn  ibn  Məhəmməd  ər-Rəvvad  yenidən 

Təbriz və onun civarlarını geri qaytara bildi. Həmin əsrin 70-ci illərinin sonuna yaxın 

güclənən  ara  müharibələri  Hüseynin  oğlu  Əbülheycənin  Salari  hökmdarı  Ġbrahim 

üzərində qələbəsi ilə nəticələndi. Ġbrahimi zindana saldıran Əbulheycə, Arazdan cənubda 

olan Salari torpaqlarının bir hissəsini də ələ keçirib, öz mülklərinə qata bildi. Bu vaxtdan 

Rəvvadilər dövləti yüksəliĢ və ərazilərini geniĢləndirmə dövrünə qədəm qoyur. 

988-ci  ildə  Vaspurakan  yürüĢü  zamanı  Əbülheycə  ibn  ər-Rəvvad  vəfat  edir. 

Xarici siyasi fəaliyyətini müvəffəqiyyətlə davam etdirən oğlu Məmlan onu əvəz edir. O, 

30  ilə  yaxın  dövləti  idarə  edir.  Məmlandan sonra  hakimiyyət oğlu  Vəhsudanın  əlinə 

keçir. Bu rəvvadi hökmdarı haqqında yalnız tarixi  mənbələrdə deyil, Qətran Təbrizinin 

ona  həsr  etdiyi  qəsidələrdə  də  geniĢ  məlumat  verilmiĢdir.  Məhz  Vəhsudanın 

hakimiyyəti dövründə oğuzların Azərbaycana hücumları baĢlayır. 

XI əsrin 20-ci illərində Azərbaycanın cənub vilayətlərinə, oradan isə Arrana 

dəfələrlə basqınlar törədən oğuzların bu yerlərə yürüĢləri yalnız cənubdan, Ġran tərəfdən 

deyil,  tarixçi  RəĢidəddinin  yazdığı  "Oğuznamə"  əsərində  göstərildiyi  kimi,  Ģimaldan  - 

Dərbənd  keçidi vasitəsilə də baĢ verirdi. Oğuzların 1021-ci  ildə baĢ vermiĢ ilk  məlum 

yürüĢü haqqında  erməni tarixçisi  Vardan,  1029-cu  ildə  Marağa  və  Urmiyaya hücumu 



284 

 

barədə Ġbn əl-Əsir məlumat vermiĢlər. 



Tarixən  məlu mdur  ki,  1028-ci  ildə  soltan  Mahmud  Qəznəviyə  (998-1030) 

qarĢı  qaldırılmıĢ  uğursuz  qiyamdan  sonra  təqribən  iki  min  oğuz  çadırı  (ailəsi)  qərbə 

qaçmıĢdı.  Hökmdar  Vəhsudan  oğuzların  Rəvvadilər  dövlətində  sığınacaq  tapmıĢ 

hissəsini dostcasına qarĢılamıĢ,  onlara  torpaq  payı vermiĢdi.  Qaçqınları öz  təbəəliyinə 

qəbul  edən  Vəhsudan onlardan  Bizans  imperiyasına,  eləcə də digər  iri  feodallara qarĢı 

mübarizədə  istifadə etmək  niyyətindəydi.  Rəvvadi hökmdarları Azərbaycanda  ilk  dəfə 

XI əsrin 30-cu illərində görünən səlcuqlardan da bu məqsədlə istifadə etdilər. 

Azərbaycanın  o  zamankı  xarici  siyasi  vəziyyəti  bizanslıların,  oğuzların  və 

baĢqalarının  yürüĢləri  nəticəsində  mürəkkəbləĢmiĢdi.  Feodal  dağınıqlığı,  ara 

müharibələri, yerli əhalinin baĢ alıb gedən zülmə qarĢı çıxıĢları nəinki Rəvvadilərin, eyni 

zamanda ġəddadilərin, ġirvanĢahların və digər hakim sülalələrin zəifləməsinə gətirib 

çıxarmıĢdı.  Məhz  buna  görə  də  onlar  Qəznəvi  soltanı  üzərində  zəfər  çalmıĢ 

Səlcuqilərin  40-cı  illərin  əvvəllərindən  baĢlanmıĢ yürüĢlərinə qarĢı dura  bilmədilər. 

Xorasana sahib  olan və bir  az  sonra qərbə  doğru yürüĢlər  etməyə  baĢlayan  Səlcuqilər 

Qafqazda da möhkə mləndilər. 

Bu dövrdə Rəvvadilər dövlətinin ərazisi təqribən bütün Cənubi  Azərbaycanı 

əhatə edirdi.  Bir  neçə dəfə onlar  Bizans  müdaxilələri  nəticəsində  talan olmuĢ erməni 

torpaqlarına  sahib  olmaq  istədilər.  Lakin  xarici  siyasi  vəziyyətin  gərginləĢməsi 

Vəhsudanı  qonĢu  dövlətlərlə  dostluq  münasibətləri  yaratmağa  sövq  edirdi.  Vəhsu-

danın XI əsrin 30-cu illərinin sonlarında Gəncəyə səfəri də bu niyyətlə bağlı idi. Hər 

iki dövlətin hökmdarını mədh edən Qətran Təbrizinin qəsidələrində bu səfər öz əksini 

tapmıĢdır. YaranmıĢ ittifaqın nəticəsində Gəncə ġəddadi dövləti tərəfdən gözlənilən 

xarici təhlükə aradan qaldırılmıĢdı. 

Lakin  Rəvvadilər  yaln ız  güclü  dövlətlərə  münasibətlərində  belə  addımlar 

atırdılar. Təsadüfi deyildir ki, elə bu zaman Vəhsudan öz oğlu Məmlanı Rəvvadilərin 

ali hakimiyyətini tanımaqdan boyun qaçıran Muğan əmirinin üzərinə göndərdi. DöyüĢ 

Məmlan  ordusunun  böyük  qələbəsi  ilə  baĢa  çatdı,  Muğan  əmiri  Rəvvadilərin  ali 

hakimiyyətini  tanımalı  oldu.  DöyüĢdə  iĢtirak  etmiĢ  Qətran  Təbrizi  həmin  hadisəyə 

xüsusi qəsidə həsr etdi. 

XI  əsrin  40-cı  illərində  pərakəndə  və  zəif  müqavimətlə  qarĢılaĢan 

Səlcuqilər  Azərbaycanın  cənub  hissəsində  möhkəmləndilər.  Nə  1059-cu  ilədək 

hakimiyyətdə olmuĢ Vəhsudan, nə də onun oğlu Məmlan onlara qarĢı lazımi səviyyədə 

çıxa bilmədilər. 

1054/ 55-ci  ildə  soltan  Toğrul  bəyin  baĢçılığ ı  altında  Azərbaycana  yürüĢ 

edən  səlcuq  qoĢunları  Təbriz  Ģəhərinə  yaxınlaĢdılar.  Rəqibin  qüdrəti  qarĢısında 

acizliyini  dərk  edən  Vəhsudan,  Toğrul  bəyin  hakimiyyətini  tanıyır,  adına  xütbə 

oxunmasını əmr edir, soltana qiymətli hədiyyələr verir. 

Beləliklə, A zərbaycanın digər  feodal dövlətlərin in baĢçıları  kimi Rəvvadi 

hökmdarları  da  hakimiyyət  kürsülərini  saxlamaq  xatirinə  Səlcuqi  təbəəliyin i  qəbul 

etdilər. 



285 

 

1058/59-cu  ildə  Vəhsudanın  ölümündən  sonra  Toğrul  bəy  onun  oğlu  II 



Məmlanı  Azərbaycan  hakimi  təyin  edir.  Lakin  mənbələrdə  1060-cı  ildə  Toğrul bəyin 

Təbrizi yenidən mühasirəyə alması haqqında məlumat vardır. Görünür, atasından sonra 

hakimiyyətə sahib olmuĢ Məmlan  müstəqilliyi saxlamaq qərarına gəlmiĢ, buna görə 

də Səlcuqilər Təbrizi mühasirə etmiĢdilər. Dörd ay davam edən bu mühasirə Səlcuqilər 

üçün uğursuzluqla nəticələnsə də, Toğrul bəy müəyyən olunmuĢ verginin bir hissəsini 

ala bilir, II Məmlan yenidən soltanın təbəəsi olduğunu elan edir. 

1063-cü ilin yayında Toğrul bəyin qoĢunu Xoy Ģəhərinə yaxınlaĢaraq, on min 

dinar məbləğində pulun ödənilməsini tələb edir. ġəhərin rəisi Ģeyx  Yusif yalnız 4 min 

dinar verməyə razı olur. Səlcuqilər Ģəhəri mühasirəyə alsalar da, əvvəlcə heç bir nəticə 

əldə  edə  bilmirlər.  Onda  Toğrul  bəy  hücumçu  dəstələrini  gücləndirir.  Qırx  günlük 

mühasirədən  sonra Ģəhər sakinləri  aman  diləyirlər.  Bu  dəfə  Səlcuqilər  artıq  otuz  min 

dinar tələb edirlər. Üç gündən sonra Xoy Ģəhərinə daxil olan Səlcuqilər  inadkar Ģəhər 

əhalisinə qarĢı cəza tədbirləri görürlər. ġəhər rəisi Yusif və onun qardaĢı Musa zindana 

salınırlar. Toğrul bəyin əmri ilə azadlığa buraxılan Musa sonralar Xoyda yerləĢdirilmiĢ 

səlcuq hərbi hissəsini qovaraq, Ģəhərin rəisi o la bilmiĢdi. 

Həmin  il  Toğrul  bəy  Reydə  vəfat  edir.  Hakimiyyət  onun  qardaĢı  oğlu  Alp 

Arslanın  əlinə  keçir.  Sələfinin  siyasətini  davam  etdirən  Alp  Arslan  özünün 

Azərbaycandakı  vassallarına,  o  cümlədən  Rəvvadilərə  təsirini  möhkəmləndirməyə 

çalıĢır. Elə o zaman Xoy və Səlmas Ģəhərinin sakinləri yenidən itaətsizlik göstərirlər. 

Səlcuqilər  yalnız  zor  gücünə  vergilərin  ödənilməsinə  və  onların  hakimiyyətlərin in 

tanınmasına nail o la bilirlər. 

1066-cı  ildə Azərbaycana  Səlcuq  yürüĢləri hələ də davam  edirdi.  Yeni Ģəhər və 

vilayətləri  fəth  edən  Alp  Arslan,  Xoy  kimi  basılmaz  Ģəhərləri  daimi  nəzarət  altında 

saxlamağa çalıĢırdı. 

Beləliklə,  Rəvvadi  hakimləri  rəsmi  olaraq  Səlcuqilərin  ali  hakimiyyətini 

tanısalar da,  imkan düĢən  kimi  bu  asılılıqdan azad  olmağa  cəhd  göstərirdilər.  1065-ci 

ildə,  görünür,  Səlcuqilərə  qarĢı  belə  hərəkətlərinə  görə  əmir  Məmlan  Alp  Arslan 

tərəfindən  hakimiyyətdən  kənar  edilir.  Səlcuq  əmirlərindən  biri  Təbriz  hakimi  təyin 

edilir. Bizans qoĢunları üzərində 1071-ci ildə qazanılan çox mühüm qələbədən sonra isə 

Alp Arslan Məmlanın uĢaqlarını da zindana saldırır. 

Beləliklə,  təqribən  bir  əsr  hakimiyyətdə  qalmıĢ  Rəvvadilər  sülaləsi 

Səlcuqilərin  əli  ilə  siyasi  fəaliyyətlərinə  uzun  müddət  ara  verirlər.    Bütün  Cənubi  

Qafqaz  bölgəsi    Orta  Asiyadan Aralıq  dənizinə, Qafqazdan Ġran körfəzinədək geniĢ 

ərazini tutan qüdrətli Səlcuq dövlətinin tərkibinə daxil o lur. 

Siyasi  hakimiyyətlərini  əldən  vermiĢ  Rəvvadilər  uzun  illər  öz  əski 

əzəmətlərini  qaytara  bilmədilər.  Yalnız  1107/08-ci  il  hadisələri  ilə  əlaqədar 

mənbələrdə Azərbaycanın cənub-qərb torpaqlarına sahib olan Marağa hakimi Əhmədili 

ibn  Ġbrahim  ibn  Vəhsudan  ər-Rəvvadinin  adı  çəkilir.  Onun  hakimiyyət  dövrü  tarixə 

Əhmədililər  sülaləsinin  hakimiyyəti  dövrü  kimi  daxil  olmuĢdur.  1111/12-ci  ildə 

Əhmədili  Mosul,  Diyarbəkr,  Xilat  və  baĢqa  yerlərin  hakimləri  ilə  birlikdə  Suriya 



286 

 

ərazisində  xaçpərəstlərə  qarĢı  aparılan  döyüĢdə  iĢtirak  etmiĢdir.  1116/17-ci  ildə 



Əhmədili  Bağdadda  xəlifə  sarayında  batinilərdən biri  tərəfindən  öldürülür.  Beləliklə, 

Rəvvadilər sülaləsi siyasi tarix səhnəsindən çıxır. 

Yalnız  Marağada  Əhmədilinin  qulamı  Ağsunqur  hakimiyyəti  əlində saxlaya 

bilir.  Rəvvadilərin  davamı  olan  Ağsunquri  hakimləri  atabəy  titulunu  daĢımıĢ,  öz 

mülklərini monqol iĢğalınadək əllərində saxlaya bilmiĢlə r. 

  

 



 

 

 



§ 8. ġƏDDADĠLƏR DÖVLƏTĠ 

 

Azərbaycanın  və  bir  sıra  qonĢu  ölkələrin  hərbi-siyasi  tarixində  fəal  rol 



oynamıĢ ġəddadilər sülaləsi X əsrin ortalarından XII əsrin sonunadək  Cənubi  Qafqazın 

Gəncə,  Naxçıvan,  Dvin  və  Ani  əmirliklərində  hakimiyyət  baĢında  olmuĢlar.  Sülalənin 

banisi Məhəmməd ibn ġəddad ibn Qurtaq, salari hökmdarı Mərzban ibn Məhəmmədin 

həbs  olunmasından  sonra  yaranmıĢ  vəziyyətdən  istifadə  edərək  951-ci  ildə, 

Mərzbanın tabeçiliyində olan  Dvin  (Dəbil) Ģəhərini  ələ  keçirir.  Bu  zaman  Azərbaycanı 

idarə  edən  Ġbrahim  Salari  atasının  vassalı  Vayzur  (Vayotsdzor)  hakiminin  qoĢununu 

Məhəmməd  ibn  ġəddada  qarĢı  göndərir.  Lakin  Məhəmməd  Ģəhər  əhalisinin  köməyilə 

salari qoĢunlarını darmadağın edə bilir.  Çox  keçmədən,  Ġbrahimin  ö zünün  baĢçılıq  etdiyi 

qoĢun Dvini ələ keçirə bilir. Məhəmməd Vaspurakana doğru geri çəkilir, yalnız ara bir 

qədər sakitləĢəndən sonra dvinlilərin xahiĢilə yenidən geri qayıdaraq, Ģəhərdə hakimiy-

yətini bərpa edir. 

Lakin dinclik uzun sürmür, Ermənistan və Gürcüstanın bir çox vilayətlərini bu 

dövrdə  öz  hakimiyyəti  altında birləĢdirmiĢ,  Dvini,  Süniki  və  baĢqa  yerləri  də  həmin 

əraziyə  qatmağa  çalıĢan  erməni  hökmdarı  AĢot  ibn  Abbas  (III  AĢot,  953-977)  Dvinə 

hücum  edir.  Lakin  erməni  qoĢunlarının  məğlubiyyəti  ilə  baĢa  çatan  bu  hücum 

uğursuzluqla nəticələnir. 

III  AĢot  üzərində  qazanılan  qələbə  Məhəmmədin  vəziyyətini  xeyli 

yaxĢılaĢdırır,  mövqeyini  möhkəmləndirir.  Lakin  954/55-ci  ildə  həbsxanadan  qaçan 

Mərzban  deyləmli  süvariləri  Dvin  üzərinə  yollayır.  Məhəmmədin  qoĢununda  xidmət 

edən  deyləmli  əsgərlər  xəyanət  yolunu  tutaraq  Mərzbanın  tərəfinə  keçirlər.  Dvin 

yenidən  Salarilərin  əlinə  keçir.  Məhəmməd  öz  adamları  ilə  birgə  Vaspurakana  qaçır; 

kömək  üçün  hətta  Bizans  imperatoruna  da  ağız  açan  və  əli  hər  yerdən  üzülən 

Məhəmməd, nəhayət, 955/56-cı ildə Vaspurakanda vəfat edir. 

Dvin  əldən  çıxdıqdan  sonra  Məhəmmədin  Vayzur  hakiminin  himayəsinə 

sığınan  iki  oğlundan  böyüyü  -  Əbülhəsən  Əli  LəĢkəri  965-ci  ilədək  Vayzurda  qalır. 

Kiçik oğlu Fəzl isə, nəhayət, Salarilərə xid mət etməyə baĢlayır və salari hakimi Əli ət-

Tazi tərəfindən idarə olunan Gəncəyə gəlir. Bu zaman Gəncə tez-tez müxtəlif tayfa və 


287 

 

xalqların  basqınlarına  məruz  qalırdı.  Əli  ət-Tazinin  xahiĢilə  Fəzl  dəstəsilə  basqınçıları 



Gəncədən qovub çıxara bilir.  Bu hadisədən sonra Ģəhər əhalisinin Fəzlə olan inamı artır 

və o, 969/70-ci ilədək burada yaĢayır.  Gəncədə olarkən Fəzl Ģəhər rəisinin məs ləhəti 

ilə böyük qardaĢı LəĢkəriyə xəbər göndərərək, onu Gəncəyə dəvət edir. Lakin  LəĢkəri 

qardaĢının təklifindən boyun qaçırır. Nəhayət, Fəzl qardaĢının Ģəhərə gəlməsinə və Gəncə 

hakimi olmağa razılıq  verməsinə nail  ola  bilir.  Fəzllə  razılığa  gəlmiĢ  Gəncə Ģəhərinin 

rəisi  Yusif  əl-Quzzaz,  Ģəhərin  salari  hakimini  həbs  etdirərək,  Ģəhər  qapılarını 

LəĢkərinin ü zünə açdırır. 

Beləliklə, LəĢkəri ibn Məhəmməd 971 -ci  ildə  Gəncənin idarəsini ələ alaraq, 

sülaləsinin hakimiyyətinin əsasını qoyur. Nəslin  böyüyü kimi o,  Gəncənin ilk ġəddadi 

hakimi  olsa  da,  baĢ  vermiĢ  hadisələrdə  həlledici  rolu  Fəzl  oynamıĢ,  hakimiyyətin 

ġəddadi sülaləsinin əlinə keçməsi üçün zəmini məhz o hazırlamıĢdı. 

ġəddadilərin  mərkəzi  hakimiyyətdən  ayrılaraq,  müstəqilləĢməsi  haqqında 

xəbər salari hakimi Ġbrahimə çatdıqda o, təcili surətdə Gəncəyə gəlib Ģəhəri mühasirəyə 

ahr,  lakin  qələbə  qazana  bilməyən  Ġbrahim,  LəĢkəri  ilə  müqavilə  bağlamalı  olur. 

Bundan  sonra  Arranın  Bərdə,  ġəmkir,  Na xçıvan  və  baĢqa  Ģəhərləri,  bəzi  erməni 

torpaqları,  o  cümlədən  Dvin  və  onun  civarları  bir-birinin  ardınca  ələ  keçirildi  və 

ġəddadilərin  hakimiyyəti  altına  keçdi.  ġəddadilər  sülaləsinin  banisinin  yaratdığı  və 

həmin sülalənin nümayəndələri tərəfindən idarə edilən Dvin Ģəhəri və onun civarlarında 

Dvin ġəddadi əmirliy i təĢkil o lundu. 

978/79-cu  ildə  LəĢkəri  vəfat  edir.  Özündən  sonra  Gəncə  taxtında  kiçik 

qardaĢı  Fəzli  görmək  istəyən  LəĢkərinin  istəyinə  rəğmən hakimiyyət  Məhəmməd  ibn 

ġəddadın ortancıl oğlu Mərzbanın əlinə keçdi. 

Onun  bacarıqsız  siyasəti  əvvəllər  ġəddadilərin  itaətində  olan  bir  çox 

vilayətlərin  itirilməsinə səbəb oldu.  982/83-cü  ildə  ġirvanĢah Məhəmməd  ibn  Əhməd 

Bərdəni  ələ  keçirərək,  Musa  ibn  Əlini  Ģəhər  hakimi  təyin  edir.  Elə  həmin  dövrdə 

Naxçıvan əmiri Əbu Düləf də Naxçıvan Dvində hakimiyyətini möhkəmlədə bilmiĢdi. 

985/86-cı  ildə  Fəzl  ov  zamanı  fürsətdən  istifadə  edərək  qardaĢı  Mərzbanı 

öldürür,  Mərzbanın  oğlu  ġirvini  isə  həbs  etdirərək  hakimiyyəti  ələ  keçirir.  Böyük 

qardaĢı  LəĢkərinin  müstəqil  siyasətini  davam  etdirən  Fəzl  ġirvana,  Gürcüstana  və 

Ermənistana dəfələrlə uğurlu yürüĢlər edir, Arranda müstəqil hakimlik etməyə çalıĢan 

feodal  mülkləri,  o  cümlədən  Bərdəni,  Beyləqanı,  Xaçını,  Süniki,  Gorosu,  Naxçıvanı, 

Dvini  və b. yerləri  yenidən  öz  mülklərinə  birləĢdirir,  Ermənistanın bir neçə vilayətini 

tabe edərək, ildə 3 min dinar məb ləğində vergi təyin ed ir. 

Gü rcü və ərəb mənbələrində Fəzllə ab xaz-gürcü hökmdarı III Baqrat, sonra 

isə  IV  Baqrat arasındakı  müharibələr haqqında  ziddiyyətli və qərəzli  məlumatlar  vardır. 

Bunlardan  1026/27-ci  ildə  baĢ vermiĢ  ġəmkir  döyüĢü haqqında  verilən  xəbər  xüsusilə 

ziddiyyətlidir.  Əgər  qərəzli  gürcü  mənbəyi  ġəmkirin  mühasirəsinin  sülhlə  baĢa 

çatdığını  bildirirsə,  obyektiv  məlumatı  ilə  seçilən  MünəccimbaĢı  bu  döyüĢün  Fəzlin 

parlaq  qələbəsi  ilə  baĢa  çatdığını,  10  min  nəfərdən  artıq  gürcü  döyüĢçüsünün  qılıncdan 

keçirildiyini xəbər verir. 



288 

 

Ġbn  əl-Əsir  1030-cu  ildə  Fəzlin  xəzərlərə  qarĢı  uğurlu  yürüĢü haqqında  da 



məlumat vermiĢdir. Mənbəyə görə, Fəzlin qoĢunları Gəncəyə qayıdarkən yolda xəzərlər 

tərəfindən  haqlanmıĢ,  bu  qəfil  zərbə  Fəzlin  çoxlu  döyüĢçü  itirməsinə,  qazanılan 

qənimətin yenidən əldən çıxmasına səbəb olmuĢdu. 

Elə həmin ildə Fəzlin oğlu Əskuyə atasına qarĢı üsyan edərək, Beyləqanın 

müstəqil  hakiminə  çevrilir.  O,  qoĢun  toplayaraq  atasının  və  taxtın  varisi  elan 

edilmiĢ  qardaĢı  Musanın  əleyhinə  çıxıĢ  edir;  Məsud  ibn  Namdarın  məlu matına 

görə,  Beyləqan  bir  müddət  nə  Gəncədən,  nə  də  ġirvandan  asılı  olmayan  Ģəhərə 

çevrilir. 

Fəzl  Musanın  baĢçılığı  ilə  üsyan  etmiĢ  Beyləqana  hərbi  dəstə  göndərir. 

Musa  qardaĢına  qarĢı  bu  zaman  ġirvanda  olan  ruslarla  birləĢir  və  onların  kö məyi 

ilə  qələbə  qazanır.  Əskuyə  edam  olunur.  Beyləqan  isə  yenidən  ġəddadilərin 

hakimiyyəti altına keçir. 

Fəzlin  uzunmüddətli  hökmranlığı  dövründə  (985-1031)  həyata  keçirdiyi 

daxili  və  ərazilərin  geniĢləndirilməsinə  və  Qafqazda  sülalənin  mövqelərin in 

möhkəmləndirilməsinə  yönəldilmiĢ  xarici  siyasəti  ġəddadilər  dövlətinin 

müstəqilliy inin,  onun  güc və  qüdrətinin  göstəricisi  idi.  Demək  olar  ki,  apardıqları 

bütün döyüĢlərdə qələbə ġəddadilərin tərəfində olmuĢdu. 

Rəvvadilərlə  münasibətlərində  nəzərə  çarpan  gərginliyə  baxmayaraq, 

ġirvanĢahlarla  dostluq  əlaqələrini  inkiĢaf  etdirməyə  çalıĢan  Fəzl,  hətta  qızı  Sitti 

ġirvan hökmdarlarından Mənuçehrə (1027-1034) ərə vermiĢdi. 

Fəzldən sonra hakimiyyətə gəlmiĢ Əbülfəth Musa ibn Fəzlin qısamüddətli 

(1031-1034)  dövrü  haqqında  mənbələr  ço x  az  məlu mat  verir.  MünəccimbaĢının 

yazdığına görə, yeni ġəddadi hökmdarı elə ta xta çıxdığ ı birinci  ildə Ba kıya hücum 

edən ruslara qarĢı çıxıĢ etmiĢ və onlar üzərində qələbə qazan mıĢdı.  

1033/34-cü  ildə  Əbülfəth  Musanın  oğlu  Əbülhəsən  Əli  LəĢkəri  atasının 

əleyhinə qəsd təĢkil edərək onu öldürmüĢ və hakimiyyəti ələ  keçirmiĢdi.  Onun 15 

illik  hakimiyyəti  səlcuqlara ,  oğuzlara,  ermən ilə rə,  gürcü lərə  qarĢı  döyüĢlərdə 

keçmiĢdi. II  LəĢkərin in hərbi-siyasi fəaliyyəti yalnız tarixi  mənbələrdə deyil,  onun 

saray Ģairi Qətran Təbrizinin qəsidələrində də öz əksini tapmıĢdır.  

ġirvanĢahlarla qohum olan II  LəĢkəri  (tədqiqatçılar hesab edirlər ki, onun 

anası ĢirvanĢahlardan birinin qızı olmuĢdur)  1040-cı  ildə  Gəncədə olmuĢ  Rəvvadi 

hökmdarı  Vəhsudanla  və  Tiflis  ənıiri  Əbülfəzl  Cəfər  ibn  Əli  ilə  dostluq  etmiĢdi. 

Tiflis əmiri öldükdən bir qədər sonra II LəĢkəri onun qızı ilə evlən miĢdi. 

Qətran  Təbrizinin  qəsidələrində  II  LəĢkərinin  gürcülərə  və  ermənilərə 

qarĢı  erməni  və  gürcü  mənbələrində  öz  əksin i  tapmayan  döyüĢləri  haqqında 

məlu matlar  vardır.  Qətran  "ArranĢah"  adlandırdığı  II  LəĢkərinin  qələbəsi  ilə  baĢ a 

çatan  bu  döyüĢləri  bədii  boyalarla  təsvir  etmiĢ,  ləzg ilərin  və  Ģirvanlıların  da  bu 

vuruĢmalarda ġəddadilərlə əks cəbhədə çıxıĢ etdiyini göstərmiĢdir.  

1046/47-c i ildə Azərbaycanın və Ermənistanın bir ço x dağlıq yerlə rin i ələ  

keçirmiĢ Səlcuq əmiri  QutulmuĢ ibn Ġsrail soltan Toğrul bəyin əmrilə ġəddadilərin 



289 

 

paytaxtı  Gəncəni  mühasirəyə alır. Mənbə  xəbər verir  ki,  mühasirə  il yarım davam 



edir.  Səlcuqi  o rdusunun  hücumundan  uğurla  dəf  olunan  II  LəĢkəri  Ģəhəri  qoruya 

bilmək  üçün  müdafiə  istehkamlarının  möhkəmləndirilməsi  haq qında  sərəncam 

verir. 

II  LəĢkərinin dörd oğlu vardı: Mənuçehr, ƏnuĢirəvan, Qudərz və ƏrdəĢir. 



Onlardan  yalnız  azyaĢlı  ƏnuĢirəvan  atasının  ölümündən  sonra  cəmi  iki  ay 

hakimiyyət baĢında olur.  Bu iki ay ərzində dövləti hacib Əbu Mənsur idarə edirdi. 

Sərhəd  bölgələrindəki  bir  sıra  istehkamları  ləğv  etmək  qərarına  gələn  hacib  bəzi 

qalaları  Ģəkililərə,  bəzilərin i  isə  gürcülərə,  bizanslılara  və  s. təhvil  verir.  Onun  bu 

qərarına  etiraz  edən  qala  rəisləri  ġə mkir  yaxınlığındakı  hərb i  düĢərgədə 

müĢavirəyə  toplaĢırlar.  Hücumdan  narahat  olan  Əb u  Mənsur  Gəncə  Ģəhərin in 

qapılarını bağlamaq əmrini verir.  Onun tərəfdarları ö z adamları  ilə Ģəhərdə qalmıĢ 

Heysəm  adlı  bir  rəisin  dəstəsini  mühasirəyə  alırlar.  Elə  bu  zaman  ƏnuĢirəvanın 

əmisi,  I  Fəzlin  oğlu  olan  Əbuləsvar  ġavur  Ģəhər  qapılarına  yaxınlaĢır.  Heysəmin 

dəstəsi  ġavuru  Ģəhərə  buraxır.  Beləliklə,  1049-cü  ildə,  görünür,  əvvəlcədən 

hazırlan mıĢ dövlət çevriliĢi baĢ verir. ÇevriliĢ nəticəsində hakimiyyət hələ atasının 

dövründə  (1022-ci  ildən)  Dvin i  müstəqil  idarə  edən  I  ġavurun  əlinə  keçir.  Onun 

hakimiyyətə gəliĢi ilə hər iki ġəddadi əmirliyi sülalənin bir nü mayəndəsi tərəfindən 

idarə edilməyə baĢlayır. 

Hələ  Dvində olarkən fəal  xarici siyasət yürüdən ġavur xarici siyasi  xəttini 

bir qədər də gücləndirir. Erməni  müəllifi Aristakes Lastivertsinin məlu matına görə, 

Bizans imperatoru IX Konstantin Monoma x (1042-1055) ġavura Ermənistana qarĢı 

birgə  yürüĢ  baĢlamağı  təklif  edir;  yürüĢ  nəticəsində Ani  padĢahlığının  bir  hissəsi 

ġavurun əlinə  keçir.  Bu ərazin i  müttəfiqinin əlindən almağa cəhd göstərən Bizans 

imperatoru  IX  Konstantinin  göndərdiyi  qoĢun  isə  1045-ci  ildə  Dv in  yaxın lığında 

məğ lubiyyətə uğradılır. 

Aristakes  Lastivertsinin  baĢqa  bir  məlu mat ına  görə,  ġavur  erməni 

hökmdarı  AĢot  Baqratuninin  qızı  ilə  evlən miĢ,  ondan  AĢot  və  Fəzl  adlı  iki  oğlu 

olmuĢdur.  Bu  izdivac,  sözsüz,  ġəddadi-Baqrati  əlaqələrinin  inkiĢafına  müəyyən 

müsbət təsir göstərmiĢdi. 

Lakin  ġəddadilərin  ġirvan  və  gürcü  hökmdarları  ilə  münasibətlərini 

səmimi  adlandırmaq  olmazdı.  1051-ci  ildə  Səlcuqilərin  Gürcüstana  hücumundan 

istifadə edən ġavur Cəfərilərin Tiflisədək Kür çay ı boyunca yerləĢən qalaların ı ələ 

keçirməyə cəhd göstərir. 

1053/54-cü  ildə  ġavur  öz  oğlu  Əbunəs r  Ġsgəndəri  Dvin  ha kimi  təyin 

edərək Ģəhərin təhlükəsizliy ini təmin etməyi ona tapĢırır.  

ġəddadi  hökmdarları  arasında  bəlkə  də  ən  görkəmli,  ağıllı  və  incə  siyasi 

xadim  kimi  təqdim  ed ilən  ġavur  haqqında  onun  Gəncədəki  sarayında  bir  neçə  il 

yaĢamıĢ  "Qabusnamə"nin  müəllifi  əmir  Keykavus  Ziyarinin  qeydlərində  də 

maraqlı məlu mat vardır. 

ġavurun  hakimiyyət  illəri  Cənubi  Qafqazın  Səlcuq  soltanları  tərəfindən 



290 

 

iĢğalı  zaman ına  təsadüf  edir.  Buradakı  siyasi  parçalan madan,  feodal  ara 



müharibələrindən və s. istifadə edən Səlcuqilər bir ço x vilayətləri özlərindən vassal 

asılılıqda  olan  mü lklərə  çevirmiĢdilər.  ġəddadilərin  itaət  altına  düĢməsinə 

Səlcuqilərin  güc  və  qüdrətindən  çox  ġavurun  bizanslılarla  arasıkəsilməz 

mübarizəsi  səbəb  olmuĢdu.  Ġbn  əl-Əsirin  yazdığ ına  görə,  1054/55-ci  ildə  Rəvvadi 

hökmdarı Vəhsudanı tabe edən Səlcuq soltanı Toğrul bəy ġavurun yanına gəldikdə, 

ġəddadi  hökmdarı  da  soltanın  hakimiyyətin i  qəbul  edib,  onun  adını  xütbələrdə 

çəkməyə  baĢlayır.  Səlcuqilərin  itaətinə  keçən  ġəddadilər  bizanslılara  qarĢı 

döyüĢlərdə  iĢtirak  etmək  üçün  soltanın  ixtiyarına  böyük  qoĢun  verirlər.  Bundan 

sonra  ġəddadilər  Səlcuq  soltanlarının  müttəfiqinə,  onların  bölgədə  yürütdükləri 

siyasətin aparıcılarına çevrild ilər. 

1063-cü  ildə  ikinci  Sə lcuq  soltanı  Alp  Arslan  (1063-1072)  hakimiyyətə 

gəldikdən dərhal sonra ondan vassal asılılıqda olan hökmdarlar ü zərindəki təsirini 

möhkəmləndirmək  üçün  Cənubi  Qafqaza  hərb i  yürüĢ  etdi.  Səlcuqilər  bu  bölgədə 

olan  müsəlman  ġirvanĢahların,  ġəddadilərin  və  Cəfərilərin  möhkəmlən məsinə 

xüsusi diqqət yetirirdilər. 

Bu  yürüĢ  zamanı  əmir  Savtəkinin  baĢçılıq  etdiyi  hərbi  hissə  Xəzərsahili 

boyunca  Dərbəndə  doğru  irəliləyərək,  yolüstü  ġirvan  vilayəti  olan  Məsqəti  qarət 

etdi.  Yaran mıĢ  vəziyyətdən  istifadə  edən  əmir  ġavur  ĢirvanĢahlarla  köhnə 

qohumluq  əlaqələrinə  baxmayaraq  (II  LəĢkərin in  anası  ġirvanĢahın  qızı  idi,  onun 

bacısı  əvvəl  Mənuçehrə,  sonra  isə  Əbu  Mənsura  ərə  getmiĢdi,  ġavurun  qızı  isə 

ġirvanĢah  Salar  ibn  Yəzid in  o  zaman  artıq  dul  qalmıĢ  arvadı  idi),  1063 -1064-cü 

illərdə,  görünür,  kürəkənin in  ölməsi  ilə  qohumluğun  da  pozulduğunu  göstərərək, 

üç dəfə ĢirvanĢahların  mü lklərinə hücumlar etmiĢdi.  Birinci dəfə o,  ġirvanĢahların 

qalalarından  birini  ələ  keçirərək,  orada  öz  adamlarını  yerləĢdirmiĢ,  xeyli  Ģirvanlı 

döyüĢçünü  öldürərək,  zəngin  qənimət  əldə  etmiĢ di.  Sonra  ġavur  Yəzidiyyəyə 

(ġamaxıya)  hücum  edərək,  dul  qalmıĢ  qızın ı,  onun bütün  əmlakını,  mal -qaranı  və 

xəzinəni  götürüb  Gəncəyə  qayıtmıĢdı.  Ġki  il  sonra  o,  yenidən  ġirvan  hüdudlarına 

soxularaq, daha iki qalanı ələ keçirmiĢdi. Nəhayət, bu dəfə ġəddadilərlə ġirvan ara-

sında sülh bağlanmıĢ, hələ 1063-cü  ildə ələ  keçirilmiĢ qala ġirvanĢaha qaytarılmıĢ, 

əvəzində Ģirvanlılar  40  min d inar  məb ləğində təzminat ödəməli olmuĢdular.  1064-

cü  ildə  Dərbənddən  qayıdan  əmir  Savtəkin  Naxçıvandan  keçərək  Ermənistana, 

oradan  isə  Gürcüstana  gedir.  Hə min  ərazilərdəki  yerli  hakimlə r  özlərinin  vassal 

asılılıqlarını  təsdiq  edirlər.  ġavur  səlcuqilərin  bölgədəki  atabəyi-caniĢini  elan 

olunur.  MünəccimbaĢıya  görə,  soltan  Alp Arslan  Arranla  həmsərhəd  olan  bir  sıra 

qalaları  ələ  keçirərək,  onları  ġəddadi  hökmdarı  ġavurun  ixtiyarına  vermiĢdi. 

Bölgədəki lider  mövqeyini  möhkəmlətməyə çalıĢan ġavur 1065-ci  ildə ermən ilərin 

və bizanslıların torpaqlarına soxu laraq, Ani Ģəhərinə yetiĢ miĢ, ö z vergi y ığanlarını 

orada  qoymuĢ,  onları  hər  cür  sursatla  təmin  etmiĢdi.  Sonra  o,  Ani  yaxınlığ ındakı 

bir sıra  möhkəmləndirilmiĢ qalaları ələ  keçirmiĢ, hər birinə öz adamlarını rəis təyin 

etmiĢ, ermən ilərin sığındığı  Vicni qalasını qəti hücu mla almıĢ, buraya da  ġəddadi 



291 

 

hakimi  təyin  etmiĢdi.  Bu  hadisədən  az  sonra  gürcülərin  və  alanların  müttəfiq 



qoĢunları Arrana soxu ldular. ġəhərləri və kəndləri qarət edən, əhalini qətlə yetirən 

basqınçılar  Gəncəyə  yaxınlaĢdılar,  lakin  Ģəhərə  soxula  bilməd ilər.  Artıq  qocalmıĢ 

və görünür, xəstə olan ġavur düĢmənlə qarĢılaĢmaqdan çəkindi, Ģəhər divarlarından 

kənara çıxmadı.  BirləĢ miĢ gürcü-alan qoĢunları  Bərdəyə doğru hərəkət edərək, bu 

Ģəhəri  də  üç  gün  mühasirədə  saxladılar,  lakin  onu  da  ələ  keçirə  bilməd ikdə, 

qarĢılarına  çıxan  kəndləri  qarət  edib  yandıra-yandıra  Araz  sahillərinə  yetiĢdilər. 

Yaln ız  bundan sonra  Arrandan  xey li  əsir  və  zəngin qənimət  aparan  düĢmənlər geri 

qayıtdılar.  Qəfil  həmləli  yürüĢlər  edən  gürcülərin  Gəncə  və  Bərdəni  uzunmüddətli 

mühasirədə  saxlaya  bilməməsi,  onların  ġəddadilərə  hamilik  edən  səlcuqilərlə 

qarĢılaĢmaqdan çəkinməsindən irəli gəlirdi. Doğrudan da,  çox keçməmiĢ, 1067-ci ildə, 

məhz gürcü hücumu ilə əlaqədar ġavurun müttəfiqi olan soltan Alp Arslan il ərzində iki 

dəfə Qafqaz bölgəsinə hücum etmiĢdi. 

Elə  həmin  ildə  46  il  (28  il  Dvində,  18  il  isə  Gəncədə) hakimiyyətdə  olmuĢ 

Gəncə əmiri ġavur vəfat etdi. 

1068-ci ilin əvvəlində Gürcüstana yürüĢ edən soltan Alp Arslan gürcü hökmdarı 

IV Baqratın və Cəfərilər sülaləsindən olan Tiflis əmirinin soltana itaət andını qəbul edir. 

Alp Arslan müttəfiqi olan ġavurun varisi, hakimiyyətə 1067-ci ildə, atasının ölümündən 

sonra gəlmiĢ II Fəzli özünün Tiflis və Rustavidəki atabəyi təyin edir. 

1068-ci  ildə  II  Fəzl  Gürcüstana hücum  edərək, bir  çox  yaĢayıĢ yerlərini  talan 

edir.  Msxeti  yaxınlığında  baĢ  vermiĢ  döyüĢdə  II  Fəzlin  qoĢunları  darmadağın  edilir. 

ġəddadi  hökmdarı  böyük  dəstə  ilə  Kaxetiyaya  qaçır.  Lakin əvvəlcə  II  Fəzlə sığınacaq 

vermiĢ Kaxetiya hökmdarı Bacarma və Ucarma qalaları müqabilində onu gürcü hökmdarına 

təslim edir. IV Baqrat öz qoĢunları ilə Arrana gəlmiĢ Savtəkinin tələbi  ilə  II  Fəzli azad 

edir. 


II  Fəzlin  əsirliyi  müddətində dövləti səkkiz  ay  idarə  edən  ġavurun digər  oğlu 

AĢot qardaĢı qayıdan  kimi  taxt-tacı  yenidən  ona qaytarır.  Fəal  xarici  siyasətini  davam 

etdirən  II  Fəzl  çox  keçmədən  barıĢıq  Ģərtlərini  pozaraq,  səlcuq  soltanının  köməyilə 

gürcülərə məxsus Kavazi qalasını ələ keçirir. Gürcü mənbəyinə görə, buna cavab olaraq, 

IV Baqratın qoĢunu Gəncəyə hücum edib xeyli əsir və zəngin qənimət aparır. 

1070/71-ci  ildə,  II  Fəzl  hələ  gürcü  əsirliyində  olarkən,  aralarındakı  barıĢığı 

pozaraq Arran ərazisinə hücum etmiĢ ġirvanĢah Fəribürzə cavab olaraq ġirvana hücum 

edib  onu  tutur.  Nəticədə  Dərbənddə  oxunan  xütbələrdə  ġirvanĢahın  deyil,  ġəddadi 

əmirinin adı çəkilməyə baĢlanır. Yalnız bir neçə döyüĢdən sonra aradakı düĢ mənçilik 

barıĢıq yolu ilə həll edilir. 

1072-ci  ildə  II  Fə zl  xaric i  siyasət sahəsində yeni  bir  addım  ataraq,  Səlcuq 

hökmdarına  hədiyyə  Ģəklində  təqdim  etdiyi  zər  naxıĢlı  parçaların  müqabilində 

onlardan ġəddadi əmirliyinin daha bir mərkəzinə çevrilən Ani Ģəhərini ald ı

1



 

1

  Vardanın  əsərində  bu  hadisənin  Alp  Arslan  ilə  "Pazlun"-Fəzlin  oğlu  Fəzlunun 



arasında baĢ verdiyi göstərilir. Lakin 1073-cü ildə Fəzlun hakimiyyətə gəldikdə, Alp  Arslan 

artıq bir il idi ki, vəfat etmiĢdi. 



292 

 

ġavurun kiçik oğlu,  II  Fəzlin qardaĢı Mənuçehr Aniyə göndərildi. Aninin yenidən 



ġəddadilərin  tabeliy inə  keçməsi  vahid  sülalənin  nü mayəndələri  tərəfindən  idarə 

olunan ġəddadilər dövlətinin sərhədlərini bir qədər də geniĢləndirdi.  

Bütün  XI  yüzil  boyu  Cənubi  Qafqazın  tarixində  fəal  ro l  oyna mıĢ  bu 

dövlət Bizans imperiyası, Rəvvadilər və ġirvanĢahlar dövlətləri, gürcü hökmdarları 

ilə  qarĢı-qarĢıya  durur,  Səlcuq  soltanlarının  bölgədə  yeganə  müttəfiqləri  kimi 

onların  Cənubi  Qafqaz  torpaqlarını  iĢğal  etməsi  üçün Ģərait  yaradırdı.  Məhz  buna 

görə  ġəddadilərə  xüsusi  rəğbət  bəsləyən  Səlcuqilər  bu  sülalənin  qonĢu  torpaq lar 

hesabına öz sərhədlərini geniĢləndirməsinə mane olmu rdular.  

1073-1074-cü  illərdə  II  Fə zlin  oğlu  Fəzlun  atasına  qarĢı  çıxaraq,  onu 

hakimiyyətdən  uzaqlaĢdırdı  və  ölkənin  idarəsin i  əlinə  ald ı.  Lakin  Fəzlunun 

hakimiyyəti  uzun  sürmədi.  1075-ci  ildə  öz  təbəələri  sırasında  güclü,  qüdrətli 

dövlətin  olmasını  istəməyən  Səlcuqilər  ġəddadilər  dövlətinə  son  qoymaq  qərarına 

gəlirlər.  Bu  məqsədlə soltan Məlik Ģahın əmiri  Savtəkin böyük bir qoĢunla Arrana 

göndərilir.  Göstərilən  müqavimətə ba xmayaraq,  Fəzlun, nəhayət, Arranın idarəsini 

Savtəkinə  təhvil  verməli  olur.  Əmirliyin  ərazisi  atabəyliyə  çevrilir.  MəlikĢahın 

oğlu,  Səlcuq  məliki  Məhəmməd  atabəyliyin  ilk  baĢçısı  təyin  edilir.  O,  Gəncədə 

qərarlaĢaraq  yerli  əmirlərlə  sıx  əlaqələr  yaradır,  əhali  arasında  məĢhurlaĢır. 

Azərbaycanın  tarixində  nəzərə  çarpacaq  ro l  oynamıĢ  Məhəmməd  sonralar  böyük 

soltan  taxtına  çıxmıĢ  (1105-1118),  Ġraq  soltanlığının  (1118-1194)  əsasını 

qoymuĢdu. 

Hakimiyyətdən kənar olun muĢ Fəzlun, az sonra isə atası II Fəzl Səlcuqilər 

tərəfindən  əsir  alınırlar.  Mənbələrdə  Fəzlunun  hakimiyyətinin  son  illəri  haqqın da 

çox  ziddiyyətli  və  adda-budda  məlu mat  vardır.  XI  yü zilin  anonim  gürcü 

mənbəyinə  görə,  Fəzlun  1088-ci  ilədək  Səlcuqilər  əleyhinə  mübarizə  etmiĢ, 

nəhayət  həbs  olunaraq  Bağdada  aparılmıĢ  və  1091-ci  ildə  orada  ölmüĢdür. 

Fəzlunun Bağdadda əsirlikdə öldüyünü Ġbn əl-Əsir də təsdiq edir. 

Beləliklə,  ġəddadilər dövlətinin ən mühü m əmirliy i olan Arran -Naxçıvan-

Gəncə əmirliy i süqut edir. 

Yaln ız  Ani  və  Dvində  ġəddadilər  sülaləsinə  mənsub  əmirlər  Səlcuqilərin 

vassalı kimi hələ də fəaliyyət göstərirdilər. Mənuçehrdən sonra onun nəsli təqribən 

hələ  130  il  Anidə  hakimiyyətdə  qalmıĢ  və  nəhayət,  bu  Ģəhər  gürcülərin  əlinə 

keçmiĢdi.  Dv in  ġəddadiləri  isə  1130-cu  ildə  Səlcuqilərin  zərbələri  nəticəsində 

süqut etmiĢdilər. 

 

 



 

 

 



 

 


293 

 

 



XII FƏSĠL 

 

AZƏRBAYCAN ĠNKĠġAF ETMĠġ FEODALĠZM 

DÖVRÜNDƏ (XI-XII ƏSRLƏR) 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin