TarġXĠ III-XIII əsrin I rübü


§ 4. ABBASĠLƏRƏ QARġI DĠNĠ-SĠYASĠ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   18   19   20   21   22   23   24   25   ...   45
§ 4. ABBASĠLƏRƏ QARġI DĠNĠ-SĠYASĠ 

HƏRƏKATIN GENĠġLƏNMƏSĠ. XÜRRƏMĠLƏR VƏ 

XÜRRƏMDĠNĠLƏR

 

 



Xəlifə  əl-Mehdinin  dövründən  baĢlayaraq,  Əli  tərəfdarları  ilə  Abbasilər 

arasında  qəti  hədd  qoyuldu,  rəsmi  ideologiya  olan  sünniliyə  qarĢı  mübarizədə  ona 

mü xalif olan Ģiə hərəkatı daha da fəallaĢdı, bu hərəkatın zəminində bir çox təriqətlər 

(həsənilər, zeydilər, cəfərilər, ismaililər, ifratçılar və b.) meydana gəldi, Ģiə dini-siyasi 

ehkamlar  sistemi  formalaĢdı.  Ġlk  vaxtlar  xəlifənin  "kafir,  zındıq"  siyahısına  düĢmüĢ 

Əbu Müslim  Xorasani  tərəfdarları  bu  mübarizədə daha  fəal  iĢtirak  edirdilər.  Orta  əsr 

müsəlman  ilahiyyatçılarının "ifratçı"  ("ğali", cəmdə "ğulat") Ģiələrdən

1

 hesab etdikləri 



"əbumüslimiyyə"  təriqətinin  ardıcılları  əvvəllər  "ravəndilər"  adlandırılan  Ģiə 

Abbasilərə mənsub olsalar da, Əbu Müslim öldürüldükdən sonra (təqribən 760-cı ildə)  

 

1

 M üsəlman ilahiyyatçılarının fikrincə, Əli və onun nəslini ilahiləĢdirənlər " ifrat" 



Ģiə təriqətlərinə mənsub idilər; onların təbliğ etdikləri ideyaların araĢdırılması  göstərir  ki, bu 

ideyalar  haqq  dini  ilə  bir  araya  sığmır  və  buna  görə  də  Allahın  birliyini,  M əhəmmədin 

peyğəmbərliyini tanımağı əsas Ģüar edən islamı əslində inkar etmiĢ olur.  


198 

 

onlardan ayrılaraq müstəqil təriqət təĢkil etmiĢdilər. 



Ortaçağ  ərəb  alimlərinin  (ən-Naubaxti,  əl-Bağdadi,  əĢ-ġəhrəstani  və  b.) 

məlu matına  görə, bu təriqətin  ardıcılları  Əbu  Müslimin  ölümünü  inkar edir, onu diri 

sayır, haramı halal bilir, bütün dini borclardan imtina edir, imanı yalnız imamı (yəni Əbu 

Müslimi) tanımaqda görürdülər. Maraqlı burasıdır ki, bəzi müsəlman ilahiyyatçıları (ən-

Naubaxti)  ifratçı  Ģiə  təriqətlərini,  o  cümlədən  "əbu-müslimiyə"  ardıcılların  ümumi 

"xürrəmdini"  adı  altında  birləĢdirirdilər.  Ən-Naubaxti  hətta  Azərbaycan 

üsyançılarının baĢçısı Babəki və onun xürrəmi silahdaĢlarını da ifratçı Ģiə birliyi kimi 

təqdim etdiy i xü rrəmd inilərə aid ed irdi. 

Qeyd etməliyik ki, Abbasilərin qələbəsinə gətirib çıxaran 747-750-ci illər Əbu 

Müslim üsyanı müxtəlif dinlərə etiqad edən, lakin eyni məqsədə - Əməvi üsul-idarəsini 

devirməyə  xidmət  edənləri  birləĢdirmiĢdi;  üsyançılar  arasında  mü xtəlif  Ģiə  və  sünni 

təriqətlərinə  mənsub  müsəlmanlar,  eləcə  də  atəĢpərəstlik  ideyalarını  təbliğ  edən 

xürrəmilər,  məzdəkilər  və  baĢqaları  da  vardı.  Bütün  bu  qüvvələrdən  istifadə  edən 

Abbasilər  hakimiyyətə  gəldikdən  sonra  öz  əvvəlki  havadarlarından  yaxa  qurtarmağa 

çalıĢdılar. Yeni sülalə ilə əvvəlkində ciddi bir fərq görməyən, eləcə də heç bir imtiyaz 

qazanmayan sıravi  üsyançıların səbir  kasası  Əbu  Müslimin  qətli  ilə  son həddini  aĢdı. 

Əməvilərə qarĢı siyrilmiĢ qılıncın ağzı Abbasilərə tərəf çevrildi. Beləliklə, hakim sülalə 

ilə mübarizə səhnəsinə etiqadları ayrı da olsa, məqsədləri yaxın olan təriqətlər atıldılar. 

Elə  buna görə də  müsəlman  müəllifləri  ideya  baxımından yaxınlaĢmıĢ  bu  təriqətləri 

sadəcə olaraq bir-birinə qarıĢdırır, onları gah  xürrəmi, gah  məzdəki adlandırır, bəzi 

hallarda ifrat Ģiə təriqətlərinə aid edirdilər. Mənbələr Abbasilərin dövründə Ġran və b. 

yerlərdə mü xtəlif atəĢpərəst -  məzdəki təriqətlərinin  fəaliyyət göstərdiklərini təsdiq 

edir.  Ġbn  ən-Nədim  (X  əsr)  xürrəmiləri  atəĢpərəst  müxəmmirilərə

1

  -məzdəkilərə  və 



babəkilərə  ayırır.  Əl-Bağdadi  də  islamaqədərki  xürrəmiləri  məzdəkilər,  islam  dövrü 

xürrəmilərini  isə  xürrəmdinilər  adlandıraraq, sonuncuların ümumi  adları  mü xəmmirə 

olan babəkilərə və məzyərilərə ayrıldıqlarını bildirir.  

ƏĢ-ġəhrəstani ifrat Ģiəçi kimi  xarakterizə etdiyi, eyni ehkamlara  riayət edən 

bu  təriqətçilərin  Ġsfahanda  xürrəmilər  və  kuzilər,  Reydə  məzdəkilər  və  sunbadilər, 

Azərbaycanda  bir  yerdə  dakulilər,  baĢqa  yerdə  mü xəmmirilər,  Mavarannəhrdə 

mübayyidilər  kimi tanındıqlarını bildirir. Ġslam dövrü məzdəkilərinin tarixi ilə  xüsusi 

məĢğul olmuĢ Ġ.P.PetruĢevskinin fikrincə, burada söhbət yaxın ideologiyası və sosial 

proqramı olan qohum təriqətlər qrupundan gedir; buna görə də eyni təriqətlərin bəzən 

xürrəmi,  bəzən  məzdəki  hesab  edilməsi  heç  də  təəccüb  doğurmur.  Onun  rəyinə 

görə,  burada  erkən  məzdəkilik  inamları  ilə  "ifrat"  Ģiə  ideyalarının  birləĢməsindən 

yaranmıĢ ümu mi məzdəki-xü rrəmi tipli təriqətlərdən danıĢmaq olar. 

Qeyd edilməlid ir  ki,  xü rrəmiləri və  xürrəmd iniləri  ifrat Ģiə təriqətləri kimi 

qiymətləndirən müsəlman filosofları içərisində bu təriqətlərin ard ıcıllarını " ifrat"

 

 

1



 Əli ibn əl-Məhəmməd ibn əl-Fəxrinin  izahına görə miixəınmir ləqəbinin iki açımı 

var:  1)  qırmızı  rəngli  paltar  geyindikləri,  2)  öz  müxaliflərini  uzunqulaq  (xəmir) 

adlandırdıqları üçün. 


199 

 

Ģiə baxıĢlarına ço x yaxın olan  "batinilər" - is maililər təriqətinə aid edənlər də vardı. 



XI  əsrdə  yaĢamıĢ  məĢhur  filosof  imam  Əbu  Hamid  əl-Ğəzalı  batin ilərin  səkkiz 

ləqəbləri  sırasında  is maililər  və  qarmatla rla  yanaĢı,  xürrəmiləri,  babəkiləri, 

mü xəmmiriləri  də  sadalayır.  Elə  oradaca  batiniliy in  mənası  da  açılır:  Quranda  və 

hədislərdə  bütün  aĢkar  görünənlərin  gizli  (batini)  mənası  var;  zahirdə  olan  yalnız 

simvoldur,  gizlində  qalan  isə həqiqətə  iĢarədir;  gizlini  dərk  edənin  üzərindən  dini 

borclar  götürülür.  Xürrəmilərin  və  ya  xu rrəmd inilərin  təlimindən  bəhs  edən  əl-

Ğəzali  bu  etiqadda  olanların  da  öz  üzərlərindən  dini  qayda-qanunları,  borcları 

götürmək  cəhdində  olduqların ı,  Ģəhvət  və  ləzzətə  qapıldıq larını,  haram-halal 

bilməd iklərin i göstərir. Onun fikrincə belələrinin məqsədi dini qayda-qanunu məhv 

etmək, d inin adın ı batırmaq, din in əsaslarından uzaqlaĢ maqdır.

 

Babək  hərəkatın ın  müasiri,  ərəb  alimi  Əbu  Hənifə  əd-Dinəvəri  (895-ci 



ildə  vəfat  edib)  hələ  o  zaman lar  Babəkin  əsli  və  təlimi  haqqında  mü xtəlif  rəylər 

olduğunu göstərirdi. 

Həmin  rəylərin  müqayisəsi  belə  bir  qənaətə  gətirir  ki,  Babəkin  baĢçılıq  

etdiyi  xü rrəmilər-babəkilər  öz  ideya  və  əməlləri  ilə  ifrat  Ģiəçilərə  və  batinilərə 

yaxınlaĢan  xürrəmdin ilərdən fərq li olaraq əsası  məzdəkiliklə bağlı yeni d ini görüĢ 

yaratmıĢ, yalnız ərəblərin hakimiyyətlərinə qarĢı deyil, onların təbliğ etdikləri və o 

dövrdə  Azərbaycanda  hələ  tam  mənimsənilməyən  ideologiyalarına  qarĢı  da 

çıxmıĢdılar. 

Dövrün qaynaqlarından gətirilən aĢağıdakı faktlar " irançılığın" dirçəlməyə 

baĢladığı  bu  dövrdə  öz  müsəlman  Həsən  adını  bəlkə  də  ilk  Sasani  hökmdarı 

ƏrdəĢirin  atası  mobed  Papakın  ad ı  ilə  əvəz  etmiĢ  Babəkin  baĢçılıq  etdiyi 

xü rrəmilər  hərəkatının  ideolo ji  baxımdan  dövrün  bütün  Ģiəçilik  hərəkatlarından 

fərqləndiy ini  göstərir:  1.  MəĢhur  ərəb  alimi  Ġbn  ən-Nədim  (X  əsr)  yazırd ı  ki, 

xü rrəmilər  mənĢələrinə  görə  məcusdurlar  (yəni  atəĢpərəstdirlər);  onun  dediyinə 

görə, Babək iddia edirdi ki, o, Allahdır. Yenə də onun yazdığına görə, ruhunun Babəkin 

bədəninə  keçəcəyini vəsiyyət edən  Cavidan öz  ardıcıllarına belə  deyirdi: "Babək  sizin 

üçün  elə  iĢlər  görəcək  ki,  ondan  əvvəl  heç  kəs  onu  görməyib  və  ondan  sonra  da 

görməyəcək.  O,  torpaqlar  ələ  keçirəcək,  zalımları  məhv  edəcək,  məzdəkiliyi 

dirçəldəcəkdir".  2.  Orta  əsr  ərəb  alimi  Əbu  Mənsur  əl-Bağdadinin  yazdığına  görə, 

"babəkilər  öz  dinlərinin  meydana  gəlməsini  ġirvin  adlı  əmirə  isnad  verirlər  ki,  o  da 

islamdan  əvvəl  olmuĢdur...  Onlar  iddia  edirlər  ki,  Məhəmməd  və  digər 

peyğəmbərlərə  n isbətən  ġirvin  daha  ləyaqətli  idi.  Onlar  dağda  müsəlmanlar  üçün 

məscid tikmiĢlər, öz uĢaqlarına Quranı öyrədir, lakin gizlicə namaz qılmır,  oruc tutmur, 

kafirlərə  qarĢı  cihadı  məcburi  bilmirlər....  Məzyərin  ardıcılları  ...  zahirdə  islama 

pərəstiĢ edir, batində isə onu istəmədiklərini gizləyirlər". Batinilərin dini təbliğinin ilk 

dəfə  xəlifə  əl-Məmunun  dövründə  meydana  çıxdığını  göstərən  bu  tarixçi  də 

"məzdəkilərin dini təlimini qəbul etmiĢ xürrəmilərin... batinilərlə  əlbir olduğunu" qeyd 

edir.  3.  Xürrəmdinilərlə  batinilərin  əlaqəsindən  bəhs  edən  Nizamülmülk  yazırdı: 

"Xürrəmdinilər və batinilər bir-birlərinə yaxındırlar, nə yolla olursa - olsun, islamı yox 


200 

 

etmək istəyirlər. Bu azmıĢlar adamları tora salmaq məqsədilə zahirən peyğəmbər ə. s. 



nəslinə  sevgilərini  göstərirlər,  güc  toplayıb  adamları  ələ  aldıqdan  sonra  isə  Ģəriəti 

məhv  etməyə  çalıĢırlar.  Onlar  peyğəmbər  nəslinin  düĢmənləridir,  heç  kəsə  ürəkləri 

yanmır, kafirlər arasında onlar qədər zalımı yoxdur. Bir-birlərinə isə əl tuturlar". 4. Öz 

əsərində  Babəkin  Bizans  imperatoru  Feofilə  olan  məktubunun  surətini  verən  ərəb 

tarixçisi  ət-Təbəri  yazırdı:  "Mən  (yəni  Babək  -  N. V.)  həqiqətdə  xristian oğluyam  və 

gizlicə  xristianlığa  sitayiĢ  edirəm.  Mən  bütün  tərəfdarlarımı  məcbur  edəcəyəm  ki, 

xristianlığı  qəbul  etsinlər.  Lakin  onlara  demək  olmaz  ki,  bu  saat bu  dini  qəbul  edin, 

çünki mən bilirəm, onlar rədd edərlər. Mənim indiki dinim onların xoĢuna gəlir, çünki 

bu  din  onları  islam  dinindən  ayırır.  Mən  ərəblərə  qələbə  çalandan  sonra  onların 

hamısı, hətta xəlifə də mənim dinimi qəbul edəcək və göstərəcəyim yol ilə gedəcəklər. 

Məhz  o  zaman  onları  xristianlığa dəvət edəcəyik, onlar  da  xristian  olacaqlar".  5.  Əbu 

Tahir əl-Məqdisi "Babək üzərində qələbəni ən böyük bir qələbə" hesab edir, "onun əsir 

alındığı  günü  müsəlmanların  bayram  günü" sayır  və  beləliklə  də  "kafir"  Babəki  və 

xü rrəmiləri  müsəlman lardan  ayırır.  6.  Eyni  fikir  Nizamü lmülkdə  də  öz  əksini 

tapmıĢdır: "Əl-Mütəsimin üç qələbəsi oldu; hər üçü islamı Ģöhrətləndirird i: b irinci 

qələbə  -  Rum  üzərində,  ikinci  qələbə  -  Babək  üzərində,  üçüncü  qələbə 

Təbəristandan olan Məzyər Gavur üzərində oldu. Bu qələbələrdən biri belə baĢ tut -

masaydı, islam - məhv olardı". 

Orta  əsr  müəllifləri  " xürrəm"  terminin in  mənĢəyini  izah  etməyə  cəhd 

göstərmiĢlər.  Hələ  əl-Məsudi,  Yaqut  və  b.  bu  adı  Ərdəbil  yaxın lığ ında  yerləĢən 

Xürrəm  kəndi  ilə  əlaqələndirird ilər.  Digər  müəlliflər  (  məsələn,  əs -Səmani)  belə 

hesab  edirdilər  ki,  xü rrəm  ad ı  həmin  adamlara  halal-haram  bilməd ikləri,  Ģərab 

içməyi,  qadınlarla  əylənməy i  xoĢladıqları,  ümu miyyətlə  fayda  və  ləzzət  verən  hər 

Ģeyi xey irxah əməl hesab etdikləri üçün verilib. "Xür-rəm"in ərəb sözü olmadığ ını 

qeyd edən Əbu-1-Fərəc  Ġbn əl-Cavzi, onun insanın zövqünü oxĢayan xoĢagələn və 

maraqlı  Ģeyləri  ifadə  etmək  üçün  iĢlədildiyin i  bildirir.  Onun  açımına  görə  bu  söz 

insanın  hər  hansı  bir  ləzzətə,  ehtirasa  meyilli  o lduğunu,  cəmiyyətdəki  əxlaq 

norma larına biganəliyin i, d ini qanunları ta ma milə  pozduğunu göstərir. Ġbn ə l-Əsir 

isə  xürrəmi adının onlara "anaları, bacıları və q ızları ilə arvadları  kimi yaĢadıqları 

üçün" verild iyini iddia edir. 

Onu  da  qeyd  edək  ki,  bu  cür  haqsız  baxıĢlar  xürrəmiləri  baĢdan-baĢa 

günah iĢlətməkdə və əxlaqsızlıqda ittiham edən bəzi  müasir tədqiqatçılar (G.Vayl, 

Y.Manandyan, 

G.Flügel, 

V.Myur,  Ġ.Velhauzen  və  b.)  tərəfindən  də 

dəstəklən miĢdir.  "Xürrəm"  sözünün  heç  bir  əsas  olmadan  yalnız  zahiri  mənasına 

görə  (farsca  "Ģad,  xürrəm" )  yozan  araĢdırıcılar  həmin  sözün  tarixi  və  etimo lo ji 

köklərinə  varmamıĢlar.  Bir  sıra  tədqiqatçılar  isə  (məsələn,  Həsən  Ġbrahim  Həsən) 

xəlifə  və  onun  ətrafının  mənəvi  saflığın ı  və  qüsursuzluğunu  nümayiĢ  etdirmək, 

tarix  qarĢısında  onlara  bəraət  qazandırmaq  üçün  Xilafət in  bütün  əleyhdarlarına,  o 

cümlədən Babəkə və  xü rrəmilərə qara yaxır, belələrini po zğunlu qda və əyyaĢlıqda 

ittiha m edirdilər. Azə rbaycanda Xürrə milə r hərəkat ının son araĢdırıcılarından olan 



201 

 

Ziya  Bünyadov bu sözü qədim  fars dilindəki " xu r,  xvar"  - "od, günəĢ" anlayıĢı ilə 



əlaqələndirir.  Onu  da  deməliyik  ki,  Sasani  Ģahların ın  qızıl,  gü müĢ  və  b.  qiymətli 

metal  və  daĢlarla  bəzən miĢ  taxt-taclarından  "yayılan"  "mistik,  anlaĢılmaz  qüvvə" 

də  "xvarna"  (ərəb  dilində  müqabili  "bərəkə"dir)  adlanırd ı.  Qəd im  hind-iranlıların 

tapındıqları,  əvvəllər  müahidə, sonralar  isə  haqqın  tərəfində döyüĢən  müharibə allahı 

Mitranın  ətrafında  qruplaĢan  "mücərrəd"  allahlardan  biri  sayılan  Xvarna  (Xvarena) 

"hökmdarlara,  qəhrəmanlara,  peyğəmbərlərə  xas  olan,  haqq  danılanda  əldən  çıxan 

keyfiyyəti  -  ilahi  neməti  və  Ģöhrəti  təcəssüm  edirdi".  "Avesta"dakı  məlu mata  görə, 

ZərdüĢt özündən sonra mömin bir Ģəxsin ("SaoĢyant‖ - hərfən "xeyir, yaxĢılıq gətirəcək 

adam")  gələcəyini,  onun  insanları  Ģər  qüvvələrə  qarĢı  son  döyüĢə  aparacağını  təlim 

edirdi.  Həmin  Ģəxsi  ilahi  nemət  -xvarena  müĢayiət  edəcəkdi.  Sasanilərin  dövründə 

"Ġranın  dövlət  Ģöhrəti,  hökmdar  Ģöhrəti  və  qüdrəti"  mənasını  alan  "xvarena"  Ġran 

xalqları  üçün  rəmzə,  özünəməxsus  əlamətə  çevrilmiĢ,  "ĢahənĢah  hakimiyyətinin 

sabitliyinin simvolu" olmuĢdu. Maraqlıdır ki, bu termin " xürrə" Ģəklində sonrakı fəlsəfi 

ədəbiyyatda  "Avesta"dan  götürülmüĢ  "mənəvi  iĢıq"  mənasında  baĢa  düĢülmüĢdür. 

ĠĢraqilik  fəlsəfəsi  nümayəndələrindən  biri  yazır:  "ZərdüĢtün  dediyi  kimi,  xürrə 

Allahtaalanın mahiyyətindən çıxmıĢ iĢıqdır". 

Xürrəmiliyin ümu mi məzmununa və "Avesta"dakı xihrə (xüaranah) termininə 

istinadən  demək  olar  ki,  Babək  hərəkatının  ideologiyası  ilə  "xünə" anlayıĢı  arasında 

bir  bağlılıq  vardır:  xürrəyə-kölgə  (qaranlıq)  ilə  müĢayiət  olunan  ilk  mücərrəd  iĢığa 

tapınma  dualist  dünya  görüĢündən  irəli  gəlir.  Sonralar  meydana  çıxmıĢ  iĢraqilik 

fəlsəfəsindən  fərqli  olaraq  xürrəmilikdə  iĢıqla  qaranlıq  arasında  mövcud  ziddiyyət 

xeyirlə  Ģərin  mübarizəsində özünü  göstərir.  Onların  sosial  təlimi  iĢığın  qüdrəti  ilə 

yerdə ədalətli cəmiyyət yaratmağın mümkünlüyünə əsaslanırdı. 

Həm  məzdəki,  həm  də  xürrəmi  hərəkatları  hakim  siniflərin  və  Xilafətin 

əleyhinə  yönəldilmiĢdi.  Xürrəmilərin  icması,  görünür,  daxildəki  qayda-qanun 

məsələlərini  həll  edən  imamlar,  eləcə  də  icmadan  icmaya  gedərək  təbliğat  aparan, 

icma üzvlərinə təlimin baĢlıca  müddəaların ı öyrədən təbliğatçı -  mələklər tərəfindən 

idarə olunurdu.  Xürrəmilər  hülul  (Tanrının  insanda  həll  olması,  təcəssüm  etməsi)  və 



tənasüx  (ruhun  ölməyib  bir  bədəndən  baĢqasına  keçməsi)  təlimlərindən  çıxıĢ 

edirdilər. 

Xürrəmilərin  sosial  bərabərlik  ideyasını  irəli  sürmələri,  torpaq  və  əmlak 

üzərində  xüsusi  mülkiyyəti  qeyd  etmələri  orta  əsrlər  mühitində  mühüm  ictimai 

hadisə idi. 

 

 



 

 

 



 

 


202 

 

§ 5. XÜRRƏMĠLƏRĠN ĠLK ÇIXIġLARl 

 

755-c i  ildə  baĢ  verən  və  sözsüz  ki,  xürrə mdin ilərin  də  iĢtira k  etdikləri 



Sunbad  üsyanı  nəzərə  alın mazsa,  mənbələrdə  "əl-mü xəmmirə"  -  "qırmızı 

geyinmiĢlər"  adı  ilə  məĢhur  olan  xürrəmilərin  ilk  məlu m  çıxıĢ ı  162/778 -ci  ilə  aid 

edilir. 

Üsyanın  baĢında "Əbd  əl-Qəhhar  adlı  birisinin"  durduğu haqqında  xəbər 

verən  ət-Təbəridən  fərqli  olaraq  Nizamü lmülk  üsyan  baĢçısının  Əbu  M üslimin 

oğlu  Əbu  əl-Qərra  olduğunu,  üsyançıların  "[Ə]Bu  Müslim  sağdır.  Məmləkəti 

tutaq!" Ģüarı ilə çıxıĢ etdiklərin i dəqiqləĢ dirir. Onu da qeyd edək ki, Nizamü lmü lk 

üsyançıları  "qırmızı  geyin miĢlər"  əvəzinə,  " xürrəmd inilərlə  b irləĢmiĢ"  "qırmızı 

bayraq (sorxələm) batinilər" adlandırır. Müvəffəqiyyətsizliyə uğrayan bu üsyandan 

keçən  az  qala  iy irmi  illik  nisbi  sükutdan  sonra  mənbələr  "qırmızı  geyin miĢlər" in 

180/796-797-ci  ildə  baĢ verən  yeni  çıxıĢı  haqqında  xəbər  verir.  Ət-Təbəriyə  görə, 

həmin  il  Curcanda  "zındıq"  Əmr  ibn  Məhəmməd  əl-Əmrakinin  baĢçılığ ı  ilə  baĢ 

vermiĢ üsyan da müvəffəqiyyətsizliklə nəticələn miĢ,  xəlifə  Harun ər -RəĢid in əmri 

ilə  üsyan  baĢçısı  öldürülmüĢdü.  181/797-798-ci  il  hadisələrindən  bəhs  edən  ət-

Təbəri həmin il "qırmızı geyin miĢlər"in Curcanı tutmaları haqqında məlu mat verir.  

Xürrəmilərin  yeni  çıxıĢın ı  ət-Təbəri  192/808-809-cu  ilə  aid  edir. 

Nizamü lmü lk üsyanın "Harun ər-RəĢidin Xorasanda olduğu vaxta" təsadüf etdiyini 

qeyd  edir.  Bu  dəfə  Ġsfahan,  Rey,  Həmədan  və  b.  yerləri  əhatə  edən  üsyan,  ət -

Təbərinin  məlu matına  görə,  Azərbaycanda  baĢlanmıĢ,  hər  yerdən  gələn  yüz 

mindən  artıq  adam  üsyana  qoĢulmuĢdu.  Lakin  Abbasi  üsuli-idarəsinə  qarĢı 

yönəldilmiĢ  bu  çıxıĢ  da  uğursuzluqla  nəticələn miĢ,  "saysız  adam  öldürülmüĢ", 

çoxlu  əsir  tutularaq,  Harunun  Karmisindəki  qərargahına  gətirilmiĢ,  onların  bir 

hissəsi məhv edilmiĢ, qalanları isə Bağdad bazarında satılmıĢdılar.  

Bu  hadisədən  sonra  xürrəmilərin  Xilafətə  qarĢı  çıxıĢları  ara  verd i. 

Mənbələrdən məlu m o lur ki, xü rrəmilərin rəhbərləri o lan Cav idan və Əbu Ġmran bu 

zaman  ədavətə  baĢlamıĢ,  aralarındakı  münasibətləri  aydınlaĢdırmaq la  məĢğul 

olmuĢdular. BaĢçılar arasında günü-gündən artan bu çəkiĢmə onları, habelə onların 

ardıcıllarını  Xilafətə  qarĢı  mübarizədən  yayındırırdı.  816-cı  ilə  qədər  xürrəmilər 

mərkəzi  hakimiyyəti  yalnız  adda-budda  çıxıĢlarla  narahat  edirdilər.  816-cı  ildə 

Cavidan  və  Əbu  Ġmran  açıq  döyüĢdə  bir-birin i  ö ldürdülər:  Əbu  Ġmran  döyüĢ 

meydanında,  Cav idan  isə  aldığı  ağır  yaradan  üç  gün sonra  həlak  oldu.  Cav idanın 

ölümündən  sonra  xürrəmilərə  rəhbərlik  etməyə  baĢlayan  Babək  hərəkatın 

məcrasını tamamilə Xilafətə qarĢı yönəltdi. Cavidanın, Miməz rustaqının Bilalabad 

kəndindən  gətirdiyi  Babək,  sağlığında  onun  ən  yaxın  silahdaĢı  idi.  Mənbələrdən 

aydın  olur  ki,  Babəkin  xürrəmilərin  baĢçısına  çevrilməsində  Cavidanın  həyat 

yoldaĢı  az  rol  oynamamıĢdı.  Ərinin  ölü mündən  sonra  o,  Cavidanın  bütün 

tərəfdarlarına  bildirmiĢdi  ki,  xü rrəmilərə  rəhbərliyi  Cavidan  özü  Babəkə  vəsiyyət 

edərək demiĢdi: "Mən bu gecə öləcəyəm. Mənim ruhum bədənimdən ayrılıb Babə-



203 

 

kin  bədəninə  keçəcək  və  onun  ruhu  ilə  birləĢəcək.  Onu  öz  yerimə,  mən im 



ardıcıllarımın rəhbəri təyin edirəm". 

Bu hadisədən sonra Ərdəbildən Ģimal-qərbdə, dağlıq  Qaradağ vilayətində 

yerləĢən  və  xürrəmi-cavidanilərin  mərkəzi  olan  Bəzz  Ģəhər-qalası  babəkilərin 

istinadgahına çevrildi. 

Dövrün  bütün  çıxıĢları  kimi,  d ini  zəmində  təĢəkkül  tapan  bu  mübarizə 

siyasi  mahiyyət  kəsb  edərək,  tədricən  ərəb  əsarətinə,  feodal  istismarına,  eləcə  də 

islamın  əsaslarına  qarĢı  yönəldilmiĢ  ümu mxalq  hərəkatına,  sözün  əsil  mənasında 

müharibəyə  çevrild i.  Onun  əsas  hərəkətverici  qüvvəsi  əldə  etdikləri  məhsulların 

təqribən  yarısını  vergi  Ģəklində  ərəblərə  verən  kəndlilə rdən  ibarət  olsa  da,  Ģəhər 

yoxsulları,  sənətkarlar,  habelə  Xilafətdən  narazı  olan  bəzi  yerli  feodallar  da  bu 

mübarizəyə qoĢuldular. 

Xilafət  mərkəzində hakimiyyət uğrunda əl-Əmin  və əl-Məmun qardaĢları 

arasında  gedən  mübarizədən  yaranmıĢ  mürəkkəb  Ģərait  Bab əkə  vəziyyətdən 

istifadə  etməyə,  Abbasilərdən  narazı  əhalini  ərəb  üsuli-idarəsinə  qarĢı  qaldırmağa 

kö mək etdi. 

 

 



 

 

 



 

 

 

 

§ 6. BABƏKĠN BAġÇILIĞI ALTINDA XALQ AZADLIQ 

MÜHARĠBƏSĠ 

 

 Xürrə milə r  ic masına  rəhbərliy i  qəbul  etmiĢ  Babək  Cavidanın  vəsiyyəti 



adlandırdığı  müqəddəs  vəzifəni  elan  etdi:  xürrəmilər  Babəkin  rəhbərliy i  altında 

"torpağa sahib olmalı, zalımları məhv etməli və məzdəkiliyi dirçəltməli" idilər.   

Təyin  edilmiĢ  vaxtda  çıxıĢ  iĢarəsi  alan  xürrəmilər  Bəzz  qalasına  yaxın  

olan  kəndlərdə  ərəblərə  və  onların  tərəfdarlarına  hücum  ed ib,  hamısın ı  qırd ılar. 

Tədricən  üsyan  Bəzzin  hüdudlarını  aĢaraq,  ətraf  nahiyə  və  kəndlərə  keçdi. 

Üsyançılar oralarda o lan ərəbləri də məhv etdilər.  

Beləliklə  məzdəkiliy in  zəmin ində  təĢəkkül  tap mıĢ  xürrəmi  ideologiyası 

Babəkin  baĢçılığ ı  ilə  yeni  siyasi  rəng  alır.  X  yüzilin  ərəb  tarixçisi  Ġbn  ən-Nədim 

yazırdı  ki,  Babəkə  qədər  xürrə milə rin əq idəsində qətlə, əzaba və  müharibə lərə yer 

yox id i. Babək üsyanın baĢına keçdikdən sonra, xürrəmi icmasında qarĢıya qoyulan 

məqsədə uyğun olaraq dəyiĢikliklər baĢ verdi. 

Azərbaycanın  və  Arranın  bütün  guĢələrindən  ərəblərdən  narazı  kəndlilər 



204 

 

Babəkin  yanına  axıĢ mağa  baĢladılar.  Qaynağın  məlu matına  görə,  "Babəkin 



qoĢunlarının  sayı  o dərəcədə  artdı  ki,  piyadalar  istisna  olunmaqla  yalnız  süvarilər 

20 min nəfərə çatdı". 

 Ço x  keç mədən  Azərbaycanın  cənub  torpaqların ın  ço xunu  ərəblərdən 

təmizləyən üsyan dalğası qonĢu vilayətlərə də yayılaraq,  azadlıq müharibəsi Ģəklini 

aldı.  Ġlk  növbədə  Beyləqan  əhalisi  üsyançılara  qoĢuldu.  Bu  yerlərə  Babəkin 

adamları  göndərildi.  Azad lıq  müharibəsinin  alovları  Cibələ,  Xorasana,  ġimal 

caniĢinliy inin  digər  vilayətlərinə  yayıld ı.  Daha  sonra  üsyan  "mü xəmmirə  din inə 

etiqad  edən"  Məzyərin  ardıcılların ın  fəaliyyət  göstərdikləri  Curcan  və  Təbəristanı 

da  əhatə  etdi.  Deyləm  vilayəti  əhalisinin  əksəriyyəti  və  "dağlıq  yerlərdə  yaĢayan 

kürdlər"  də  babəkilərə  qoĢuldular.  Ərəb  tarixçisi  Əbu  Mənsur  əl-Bağdadinin 

məlu matına  görə,  yaln ız  Azərbaycanda  və  Deyləmdə  Babək  tərəfdarlarının  sayı 

300 min nəfər idi. 

Ərəblərə  qarĢı  mübarizədə  məzlu m  kəndlilər,  eləcə  də  bir  sıra 

mü lkədarlarla  yanaĢı,  Xilafətin  bəzi  tanın mıĢ  xad imləri  və  əmirləri  də  Babəkə 

müttəfiqlik  edirdilər.  Bun lardan  Babəklə  məktublaĢan  Təbəristan  hakimi  Məzyər, 

xü rrəmilərin yardımından istifadə edən əmir M inkicəvr əl-Fərqani, Mərənd hakimi 

Ġsma  əl-Kürd i  və  baĢqa  kürd  əmirləri  siyasi  məqsədlər  naminə  hərəkata 

qoĢulmuĢdular.  Bu  məqsədlə  Babəkə  müraciət  edənlər  arasında  ərəblərin  Cənubi 

Qafqazdakı hakimi, Xilafətdən ayrılmağa cəhd edən Xatim  ibn Hərsəmə (815 -818) 

də  vardı.  Dövrün  tarixçisi  əl-Yəqubinin  yazd ığına  görə,  o,  Babək  və  xü rrəmilərə 

məktub  yollayıb,  onları  inandırmağa  çalıĢdı  ki,  burada  (yəni  Arranda) 

"müsəlmanların  öhdəsindən  asanlıqla  gəlmək  olar.  Bu,  Babək  və  xürrəmilərin 

hərəkətinə,  Babəkin Azərbaycan vilayətində qələbəsinə səbəb oldu". Sonralar ərəb 

sərkərdəsi əl-A fĢin də Babəklə əlbirlikdə ittiham edilird i. 

Hadisələrin bu gediĢi  xəlifə əl-Məmunu 819-cu ildə  Yəhya  ibn Müəz  ibn 

Müslim  baĢda  olmaq la,  Xilafətin  ilk  nizami  o rdusunu  Babəkə  qarĢı  göndərməyə 

məcbur etdi. Ərəblərlə  xü rrəmilər arasındakı döyüĢlər gah bu, gah da digər tərəfin 

üstünlüyü ilə baĢa çatırdı. 

820-c i  ildə  xəlifə,  Ġsa  ibn  Məhəmməd  ibn  Əbu  Xalidi  A zərbaycanın  və 

Ərmin iyənin  hakimi,  habelə  Qafqazdakı  ərəb  qoĢunların ın  sərkərdəsi  təyin  etdi. 

La kin 821-c i ildə baĢ vermiĢ e lə ilk döyüĢdə o, basılaraq qaç mağa məcbur oldu.  

Elə  həmin  il  Arran ın  ərəb  üsuli-idarəsi  tərəfindən  sıxıĢdırılan  yerli 

hakimləri  Babəkdən  yardım  istədilər.  Xürrəmilərin  böyük  uğurları  bu  hakimlərin 

separatizmin i  gücləndirmiĢdi.  Babəkə  qarĢı  mübarizədə  Xilafətin  uğursuzluğu 

Arran  və  Ermən istanda  yurd  salmıĢ  "mütəğəllib"  adlandırılan  ərəblərin  ("qalib 

gəlmiĢ"  mənasını  daĢıyan  ərəb  sözüdür)  mərkəzi  hakimiyyətə  qarĢı  çıxıĢlarına 

səbəb  oldu.  Xürrəmilərin  ələ  keçird iyi  geniĢ  torpaqlarla  Xilafət  ərazisindən  u zaq 

düĢmüĢ  mütəğəlliblər  də  separatçılıq   nümay iĢ  etdirməyə  baĢ ladılar.  Onların 

arasında  görünür,  ərəb  mənĢəli  Cəhhafilər  nəslindən  olan,  yerli  qaynaqlarda 

avaranşan  ("quldur")  ləqəbilə  qeyd  edilən  Savada  ibn  Əbdülhəmid   əl -Cəhhaf 


205 

 

xüsusilə  fərqlənirdi.  821-ci  ildə  o,  qarıĢıq lıqdan  istifadə  edərək  vilayətin  yerli 



hakimlərinə  qarĢı  çıxıĢ  etdi;  sonra  isə,  Moisey  Ka lankat lın ın  mə lu matına  görə, 

"bütün ölkəni qarət edərək, Sünikə qayıtdı və Toquk vilayətinin ġalatu kəndindəki 

qalada  möhkəmləndi".  Sünik  hakimi  Vasaq  kö mək  üçün  Babəkə  müraciət  etdi,  o 

da  Savadanı  Sünikdən  qovdu.  Həmin  il  Vasaq  vəfat  etdi,  Babək  isə  onun  qızı  ilə 

evləndi.  Bu  zamandan  etibarən  Sünik,  Beyləqan,  Arsax  və  Uti  əraziləri  xürrə -

milərə tabe oldular. 

824-cü  ildə  Əh məd  ibn  Cüneyd  əl-Əskafinin  baĢçılıq  etdiyi  hərbi  dəstə 

ərəblərin  yeni  təyin  o lunmuĢ  sərkərdəsi  Zureyq  ibn  Əli  ibn  Sadağa  əl-Əzdin in 

kö məyinə  göndərildi.  Lakin  Babək  Əh məd  əl-Əskafini  əsir  aldı,  Zureyqin  ordusu 

isə  xürrəmilərə  müqavimət  göstərə  bilmədi.  Onda  xəlifə,  Zureyqin  yerinə 

Məhəmməd  ibn  Humayd  ət-Tusini  təyin  etdi.  Bu  qərarla  razılaĢmayan  Zureyq  yeni 

hakimə  qarĢı  çıxd ı.  Buna  görə  də  Məhəmməd  ət-Tusi  əvvəl  Zureyqi  və  onun 

tərəfdarlarını  ram  etməli  və  yalnız  bundan  sonra  Babəkə  qarĢı  müharibəyə  hazırlıq 

görməli oldu. Ət-Tusinin qoĢunları iki il  xürrəmilərə qarĢı müvəffəqiyyətlə döyüĢdülər. 

Bu uğura Arranda baĢ verən hadisələr də Ģərait yaratdı. 

Onu  da  qeyd  etməliyik  ki,  hələ  821-ci  ildə  Arsaxdakı  monastırların  birində 

Mihranilər  sülaləsinin  son  nümayəndəsi  III  Varaz  Tiridat  və  onun  azyaĢlı  oğlu 

Stepannos yerli qaynağın sünikli Nerseh adlandırdığı knyaz tərəfindən qətlə yetirildilər. 

Varazın  qohumlarından  olan  Beyləqan  hakimi  Stepannos  Ablasad  kömək  üçün  Babəkə 

müraciət  etdi.  826-cı  ildə  onun  çağırıĢı  ilə  Bey ləqan  vilayətində  baĢ  verən  qiyamı 

yatıran  Babək,  sonrakı  il  Qərbi  Sünikdəki  Gekarkuni  vilayətini  ələ  keçirərkən 

qiyamçılara qarĢı amansızlıq nümayiĢ etdirdi. 



 829-cu  il  iyunun  3-də  HəĢtadsər dağı  yaxınlığında  xürrəmilərin  Bə zz  qalası 

uğrunda  ərəblərlə  babəkilər  arasında  həlledici  döyüĢ  baĢ  verdi.  Qanlı  vuruĢma 

xürrəmilərin  qələbəsi  ilə  baĢa  çatdı.  Xürrəmilər  30  minədək  ərəb  döyüĢçüsünü,  o 

cümlədən Məhəmməd ət-Tusini məhv etdilər. 

Elə həmin il ərəb qoĢunlarının yeni komandanı təyin olunmuĢ  Ġbrahim ibn əl-

Lays ibn əl-Fədl də Babək tərəfindən məğlub edildi. Xəlifə, bu dəfə Abdullah ibn Tahiri 

baĢ komandan təyin etdi. Lakin o, bu vəzifəni icra edə bilməd i; vəfat etmiĢ qardaĢını 

ona irsən çatmıĢ Xorasan vilayətinin hakimi vəzifəsində əvəz etməli oldu. 

Yenə  həmin  il  xəlifə  əl-Məmun  öz  sərkərdəsi  Əli  ibn  HiĢamı  Azərbaycan, 

Cibəl  və  Ġsfahanın  hakimi  təyin  etdi.  Lakin  yeni  hakim  xürrəmilərə  qarĢı  mübarizə 

aparmaq əvəzinə vilayətdə özbaĢınalıqlar etməyə, əhalini sıxıĢdırmağa baĢladı. Xəlifə 

Yəmən  hakimi  Ucayf  ibn  Ənbəsəni  ona  qarĢı  göndərməli  oldu.  Babəkin  yanına 

qaçmağa  cəhd göstərən  Əli  ələ  keçirilib,  Bağdada  göndərildi  və  830-cu  ildə  orada 

edam ed ild i. 

IX  əsrin  20-ci  illərinin  sonlarına  yaxın  üsyan  etmiĢ  beyləqanlılar  Arsaxın 

bir  sıra  kəndlərinə  hücum  etdilər,  lakin  Stepannos  Ablasadın  dəvətilə  yenidən 

Albaniyaya  gələn  Babək  tərəfindən  məğlub  olundular  (mütəxəssislər  -  Ziya 

Bünyadov və b., haqlı o laraq, beyləqanlıların bu çıxıĢlarını hələ VII əsrdə meydana 



206 

 

çıxmıĢ  bidətçi  xristian  "pavlikianlar"  hərəkatının



1

  hələ  də  davam  etməkdə  o lan 

təzahürü hesab edirlər). 

830/31-c i ildə beyləqanlıların rəhbərləri  Davon və ġapuh "dostluq və sülh" 

Ģərtlərini  pozaraq  Babəki  Arrana  dəvət  etdikləri  üçün  Stepannos  Ablasadı  qətlə 

yetirdilər.  Bundan sonra artıq üçüncü dəfə ayağa qalxmıĢ  beyləqanlılar  Qoroz  (müasir 

Gorus  olduğu  ehtimal  edilir)  qalasında  möhkəmlənərək,  bir  neçə  il  Babəkin  hərbi 

qüvvələrinə,  eləcə  də  Ablasadın  bacısı  oğlu  -  Beyləqanın  yeni  hakimi  Yesai  Əbu 

Musanın (ərəb mənbələrində "Ġsa ibn uxt Ġstifanus", yəni Ġstifanusun - Stepannosun 

bacısı  oğlu  Ġsa)  qoĢununa  müqavimət  göstərdilər.  Moisey  Kalankatlının  məluma-

tından  aydın  olur  ki,  beyləqanlılar  Ablasadın  qohumları  tərəfindən  öldürülmüĢ 

rəhbərlərini -  Davonu və ġapuhu itirmələrinə baxmayaraq, bir il Arsax və Utinin bəzi 

vilayətlərini  öz  nəzarətləri  altında  saxlaya  bilmiĢdilər.  Ço x  keçmədən,  Babəkin 

köməkliyindən istifadə edən Yesai Əbu Musa Arranın həmin vilayətlərini geri  qaytarır. 

Babək  isə  üsyançıların  əllərində  qalmıĢ  Qoroz  qalasını  tutmaq  məqsədilə  Arazı 

adlayaraq,  Amaras  vilayətində  qərarlaĢdı.  Qalanın  alınmaz  olduğunu  görən  Babək 

üsyançılarla sülhə gəlməyə  çalıĢdı,  lakin  buna  nail  olmadıqda,  sərkərdələrindən  biri 

olan  Rüstəmə  mühasirəyə  alın mıĢ  qalanın  yanında  qalmaq  ə mrin i  verərək,  Bəzz 

qalasına qayıtdı. Babəkin qalaya hücum etməmək, üsyançıları  xoĢluqla yola gətirmək 

tapĢırığ ına  əməl  etməyən  Rüstəm qalanı ələ keçirməyə cəhd etdi, lakin məğlubiyyətə 

uğradı.  Tədqiqatçıların    fikrincə,    bu    hadisə,    eləcə    də    Babəkin  b idətçi 

beyləqanlılarla barıĢıq cəhdləri alban knyazları Səhl ibn Sumbat və  Yesai Əbu Musanın 

ondan  uzaqlaĢmasında  mühüm  rol  oynadı.  Təbiidir  ki,  xü rrəmilər  hərəkatı  alban 

hakimlərinin də sinfi  mənafeləri üçün ictimai təhlükə təĢkil edirdi. Onlar bu hərəkata, 

əlbəttə, siyasi hakimiyyətlərinin  mühafizəsi naminə qoĢulmuĢ dular. ĠĢin gediĢatı isə 

sübut  edirdi  ki,  Bizansadək  geniĢ  ərazini  əhatə  etmiĢ  xürrəmilər  hərəkatı  hakim 

dairələrə bir elə xeyir verməyəcək. 

833-cü  ildə  xəlifə  əl-Mə munun ölümündən sonra xürrə milər hərə katı yeni 

qüvvə  ilə  alovlandı.  Nizamülmü lkün  məlu matına  görə, üsyan Ġsfahan, Fars və bütün 

Kuhistanı  bürüdü.  Ġyirmi  illik  hakimiyyəti  ərzində  xürrəmilərə  qarĢı  daim  mübarizə 

aparan xəlifə əl-Məmun taxt-tacın varisi, qardaĢı əl-Mütəsimə qoyub getdiyi vəsiyyə-

 

 



 

1

 VII yüzildən Kiçik Asiyanın bir çox ölkələrində (Albaniya, Ermənistan, Suriya,  Bizans və 



b.) yayılmıĢ pavlikianlar hərəkatı artıq IX yüzildə feodallara qarĢı çevrilmiĢ  ideologiya oldu. 

Onların ilkin təlimində  xeyir dünyası ilə Ģər dünyası arasında mübarizə təsəvvürü əsas yer 

tuturdu. Allahı onlar yalnız mənəvi dünyanın - xeyir dünyasının yaradıcısı hesab edir, bütün 

maddi aləmi Ģeytan əməli - Ģər dünyası adlandırırdılar. Dövlətin dayağı olan kilsəni də onlar 

Ģeytan  yuvası  hesab  edirdilər  (Albaniyada  ilk  pavlikian  çıxıĢları  haqqında  bax  səh.  59). 

M ütəxəssislərin  bilavasitə  Beyləqanla  əlaqələndirdikləri  bu  təriqət  haqqında  ərəb 

mənbələrində  maraqlı məlumat vardır. Həmin mənbələrdə "naylaqani, nayqalani" (Qudama 

ibn Cəfər), "əlbəyaliqa" (əl-M əsudi) adlandırılan bu təriqət haqqında əl-M əsudi yazırdı: "Bu 

təriqət xristianlıq və atəĢpərəstlik arasında orta mövqe tutur. Hazırda onlar köçüb yunanlar 

(rumlar) arasında yaĢayırlar". 



207 

 

tində  xürrəmilərdən  ehtiyat  etməyi  tövsiyə  edirdi:  "Xürrəmilərə  gəldikdə  isə,  onlara 



qarĢı müharibəyə qətiyyətli və amansız adam göndər, ona pulla, silahla, atlı və piyada 

qoĢunlarla  səbrlə  yardım  et.  Müharibə  uzanarsa,  tərəfdarların  və  yaxınlarınla  özün 

onlara  qarĢı  get".  Beləliklə,  Xilafət  taxtına  çıxmıĢ  yeni  xəlifə  mərhum  qardaĢının 

vəsiyyətinə  əməl  edərək,  xürrəmilərlə  müharibəyə  ciddi  hazırlaĢmağa  baĢladı.  Əl-

Mütəsim  anlayırdı  ki,  Azərbaycanı  və  digər  vilayətləri  bürümüĢ  bu  hərəkata  qarĢı 

mübarizənin boĢ buraxılması Xilafətin öz varlığı üçün təhlükə törədə bilər. 

Elə həmin il  Cibəl vilayətindən gələrək Həmədan bölgəsində düĢərgə salmıĢ 

yeni  silahlı  qüvvələr  xürrəmilərə  qoĢuldular.  Xəlifə  əl-Mütəsim  Cibələ  hakim  təyin 

olunmuĢ Ġshaq ibn Ġbrahim ibn Musabın baĢçılıq etdiyi ordunu onlara qarĢı göndərdi. 

Həmədan  yaxınlığında  döyüĢdə  ərəblər  60  min  üsyançını  həlak  etdilər.  Əzil miĢ 

xü rrəmilərin  14  min  nəfərdən  ibarət  olan  qalıqları  sərkərdə  Nəsr  baĢda  olmaqla 

Bizansa  qaçdılar.  Mənbələrin  məlumatından  görünür  ki,  onlar  Bizansda  xristianlığı 

qəbul  edərək,  ərəblərə  qarĢı  aparılan  hərbi  əməliyyatlarda  fəal  iĢtirak  etməyə 

baĢladılar.  Həmədan  yaxınlığ ında  əldə  edilən uğurdan sonra  xəlifə  əl-Mütəsim  baĢa 

düĢdü ki, xürrəmilər kimi təhlükəli rəqib üzərində qələbə qazanmaq üçün Bizansa qarĢı 

aparılan  fasiləsiz  müharibəni  dayandırmaq  lazımdır.  Bizans-ərəb  sərhədində  əldə 

edilmiĢ  dörd  illik  (833-837-ci  illər)  sakitlik  Babəkə  qarĢı  bütün  Xilafət  qüvvələrini 

səfərbər etmək imkan ı verdi. Əl-Mütəsim həmçin in baĢa düĢürdü ki, sürətli qələbəyə 

ümid  bəsləmək  əbəsdir,  bütün  ehtiyatları  səfərbər  etmək,  uzunmüddətli  müharibəyə 

hazırlaĢmaq lazımdır. 

Xəlifə ilk növbədə Babəkin Zəncanla xəlifə ordusunun qərargahı olan Ərdəbil 

arasında  dağıtdığı bütün qalaları yenidən bərpa  etmək  tapĢırığı  almıĢ  əmiri  Əbu  Səid 

Məhəmmədi  gələcək  döyüĢ  bölgələrinə  göndərdi.  Əl-Mütəsim  Zəncan  -  Ərdəbil  yolu 

boyunca  hərbi  hissələrin  yerləĢdirilməsini  də  əmr  etmiĢdi.  Ərdəbil  və  Sa mirə  

Ģəhərləri  arasındakı  rabitə  sistemi  yenidən  bərpa  olundu.  Bu  yolun  hər  fərsəxində 

istənilən  məlu matı  lazımi  ünvana  çatdırmağa  hazır  olan  atlı  qasidlər  yerləĢdirildi. 

Yüksəkliklərdə qarovul postları quruldu. Bu yerlərdə duran gözətçilər bir-birlərini görə 

və atlı qasidlərin hərəkəti haqqındakı xəbəri bir-birlərini səsləməklə çatdıra bilirdilər. 

Bu  yolla  göndərilən  xəbər  çox  tez  -  cəmi  dörd  günə  baĢ  komandanın  qərargahından 

xəlifə sarayına çatdırılırdı. Xilafət tarixində ilk dəfə olaraq məhz bu müharibə zamanı 

rabitə  vasitəsi  kimi  poçt  göyərçinlərindən  istifadə  edilmiĢdir.  Yalnız  bu  hazırlıq 

tədbirlərindən sonra,  835-ci  ildə,  xəlifə  bizanslılara  qarĢı  Misirdə aparılan  vuruĢlarda 

özünü  mahir  döyüĢçü,  istedadlı  sərkərdə  kimi  göstərmiĢ  usruĢanalı  AfĢin  Heydər  ibn 

Kavusu  xürrəmilərlə  döyüĢəcək  bütün  xəlifə  qoĢunlarının  baĢ  komandanı  təyin  etdi. 

Mənbələrdən  görünür  ki,  təkcə  837-ci  ildə  Babəklə  müharibəyə  bir  milyon  dirhəm 

xərcləmiĢ  xəlifə  əl-Mütəsim,  hərbi  əməliyyatlar  olmayan  günlərdə  AfĢinin  özünə 

xəzinədən  hər gün  5 min dirhəm, "ata oturduğu", yəni döyüĢ günlərində 10  min dir-

həm ödənilməsini təmin etmiĢdi. A fĢinin ordusu ardı-arası  kəsilmədən silah, ərzaq 

və baĢqa sursatla təchiz edilirdi. 

Ərdəbilə  gələn  AfĢin  xürrəmilərin  dağıtdığı  s trateji  əhəmiyyətli  qalaların 



208 

 

bərpasının sürətləndirməsini,  öz  qərargahının  isə  Bəzzə  daha  yaxın  yerə  -  Bərzəndə 



köçürülməsini  əmr  etdi.  Yeni  qərargahla  Ərdəbil  arasındakı  qalalar  da 

möhkəmləndirildi.  Bütün  bu  vaxt  ərzində  xürrəmi  dəstələri  tez-tez  ərəb  hərbi 

hissələrinə hücumlar edirdilər. Müaviyənin baĢçılıq etdiyi bu dəstələrdən biri Əbu Səid 

Məhəmmədin  dəstəsinin  yerləĢdiyi  qalaya  hücum  edərək,  xeyli  ərəb  əsgərini  əsir 

aldı, sonra isə Bəzz qalasına doğru yönəldi. Öz qoĢunlarını yenidən toplayan Əbu Səid , 

Sindəbəyə  adlanan yerdə  Müaviyənin  dəstəsini  haqladı  və  xürrəmilər  ilk  dəfə  olaraq 

Xilafətin  nizami  qoĢunları  tərəfindən  məğlub  edildilər.  Ələ  keçmiĢ  xürrəmilər  edam 

edildilər,  baĢları  isə  Samirəyə  göndərildi.  Bu  hadisə  öz  mülkləri  üçün  ehtiyat  edən, 

eləcə  də  xürrəmilərin  tezliklə  darmadağın olunacağını hiss edən bir  çox  müttəfiqləri 

Babəkdən  uzaqlaĢdırdı.  Onlardan  biri  -  Təbrizin  və  ġahi  qalasının  (Urmiya  gölündəki 

adada) hakimi Məhəmməd ibn əl-Bəis, hətta öz qayınatası, Babəkin sərkərdəsi Ġsma ibn 

əl-Kürdinin dəstəsini darmadağın etdi, Ġsmanın özünü isə xəlifənin hüzuruna göndərdi. 

Verilən  iĢgəncələrin  təsiri  altında  Ġsma  ibn  əl-Kürdi  Babəklə  müharibədə  ərəblərə 

kömək  edəcək  qiymətli  məlu matlar  verdi.  Ət-Təbərinin  fikrincə,  bu,  Babəkə 

endirilmiĢ ikinci məğlubiyyət zərbəsi idi. 

Bütün  835-ci  il  boyu  AfĢin  Bəzz  qalası  ətrafındakı  məntəqələrin 

möhkəmləndirilməsi  iĢini  davam  etdirdi.  O,  vaxtaĢırı  xürrəmilərə  qarĢı  həmlələr  edir, 

döyüĢlər gah ərəblərin, gah da üsyançıların qələbəsilə baĢa çatırdı. Doğma yerlərə yaxĢı 

bələd olan xürrəmilər ərəb  qoĢunlarını sursatla  təchiz  edən yollarda  maneələr  yaradır, 

cənubdan gələn  karvanları  ələ  keçirirdilər.  AfĢinin  Bərzənddə  möhkəmlənmiĢ,  lakin 

aclıq  və susuzluqdan əziyyət  çəkən adamları,  mənbənin  məlu matına  görə "cismən  və 

mənən  zəifləmiĢdilər".  Yalnız  ġarvan  (Siravan,  Cənubi  Azərbaycanda)  hakiminin 

göndərdiyi ərzaq karvanı AfĢinin qoĢunlarını aclıqdan xilas etdi. 

836-cı  ildə  HəĢtadsər  dağı  yaxınlığında  babəkilərlə  ərəblər  arasında  yeni 

döyüĢ baĢ verdi. Ərəb ordusuna özündən xeyli razı sərkərdələrdən biri - Buğa əl-Kəbir 

(böyük) baĢçılıq edirdi. O, AfĢinin əmrini gözləmədən xürrəmiləri məğlub etməyi qərara 

almıĢdı. Lakin döyüĢ ərəblərin uğursuzluğu ilə baĢa çatmıĢ, Buğa özü canını  zorla  xilas 

edə bilmiĢdi. 

836-cı  ilin  qıĢında  Babək  ən  yaxĢı  sərkərdəsini,  öz  malikanəsində 

xəyanətkarcasına öldürülmüĢ Tarxanı itirdi. Onun ölümü xürrəmilərin fəaliyyətini  xey li 

mürəkkəbləĢdirdi,  bundan  sonra  hərəkat  iĢtirakçıları  bircə  dəfə  də  qələbə  qazana 

bilmədilər. 

837-c i  ildə  xəlifə özünün türk sərkərdələrindən Cəfə r ibn  Dinar əl-Xəyyatı 

və Ġtahı AfĢinin köməyinə göndərdi. Vəziyyətlə tanıĢ olan sərkərdələr AfĢinin Babəkə 

qarĢı  mübarizə  üsullarını  kəskin  tənqid  etdilər.  Onu  ləng  hərəkət  etməkdə 

təqsirləndirdilər;  belə  ki,  ərəb  ordusunu  Bəzz  qalasından  ayıran  son  dörd  fərsəx 

məsafə (təqribən 25 km) yalnız bir ilə qət edilmiĢdi. 

Mənbələrdə  məlumat  verilir  ki,  xürrəmilərlə  müharibənin  son  ilində  AfĢin 

Babəklə  və  Təbəristan  hakimi  Məzyərlə  danıĢıqlara  girməyə  cəhdlər  göstərdi.  Bu, 

sonralar,  Məzyərin  və  AfĢinin  məhkəmə  proseslərində  aĢkara  çıxdı.  Lakin  separatçı 



209 

 

məqsədlərə xid mət edən bu danıĢıqlar və yazıĢmalar uğursuzluqla nəticələndi.  Yalnız 



bundan sonra AfĢin Bəzz qalasına qəti hücum haqqında əmr verdi. Xürrəmilərin qalasının 

mühasirəsi xeyli uzandı. Babəkin dəstələri  qaladan  çıxaraq  həmlələr  edir  və  ərəblərə 

gözlənilməz zərbələr endirirdilər. Lakin qüvvələr bərabər deyildi. Qala qapıları yanında 

yerləĢdirilmiĢ  mancanaqlar  qalaya  daĢ  yağdırır,  ərəblərin  iĢçi  dəstələri  qala 

divarlarından  daĢları  çıxararaq,  onları  dağıdırdı.  Lakin  xürrəmilərin  cəsurluğu  Bəzz 

qalasını  mühasirədən qurtara bilmədi.  Məğlubiyyətin  labüd olduğunu  anlayan  Babək 

AfĢinlə  Ģəxsi  danıĢıqlara  girdi.  AfĢin  Babəkə  aman  vəd  etdi.  Babək  daha  bir  gün 

gözləməyi  xahiĢ  etdi;  görünür,  o,  hələ  də  qalanı  möhkəmləndirmək  və  ərəblərə 

müqavimət göstərmək ümidini itirməmiĢdi. Elə ona görə də Babək AfĢinin ikinci aman 

təklifini də rədd etdi. 

Bir neçə gün sonra Cəfər əl-Xəyyatın türk qvardiyası Bəzz qalasına soxuldu. 

Öncə aman təklifini rədd edən Babək bu dəfə AfĢinə müraciət edərək, ona və ailəsinə 

aman  verilməsini  xah iĢ  etdi.  AfĢin  razılaĢdı,  qabaqcadan  qərarlaĢdırıldığı  kimi, 

girovların  göndərilməsi  Ģərtini  irəli  sürdü.  Lakin  Babək  həmin  məqamda  döyüĢ 

meydanında olan və AfĢinin girov kimi tələb etdiyi Ģəxsləri təslim etmək  iqtidarında 

deyildi. 

Ərəblərin  qalaya  yaxınlaĢmıĢ  neftatanlar  dəstəsi  Bəzzi  artıq  nəhəng  məĢələ 

çevirmiĢdi. Ət-Təbərinin məlumatına görə, 837-ci il avqustun 26-da (dövrün məĢhur Ģairi 

Əbu Təmmama görə avqustun 31-də) xürrəmilərin istinadgahı ələ keçirildi. AfĢin Bəzz 

qalasının  yerlə  yeksan  olunması  haqqında  sərəncam  verdi.  Nizamülmü lk  Bəzz 

alınarkən 80 mindən artıq xürrəminin öldürüldüyünü xəbər  verir. Salamat qalmıĢ əhali 

əsir alınır. Babəkin oğulları və onların ailə üzvləri də əsir alınanlar arasında idilər. Əl-

Yəqubinin məlumatına əsasən Bəzzdə 7600 əsir ələ keçirilmiĢdi. Babəkin özü isə tacir 

paltarı geyərək, HəĢtadsər dağının yanındakı sıx ağaclar və kollarla örtülmüĢ bataqlıq 

dərəyə endi və burada gizləndi. AfĢin bütün yolları  nəzarət  altına  aldı,  Azərbaycan, 

Arran və Ermənistanın bütün qala və Ģəhərlərinin sahiblərinə xəbər göndərib, Babəki və 

onun  adamlarını  tutub  verənə  böyük  mükafat  vəd  etdi.  Elə  bu  vaxt  Babəkə  aman 

verilməsi  haqqında  xəlifə  əl-Mütəsimin  məktubu  gəlib  çıxd ı.  AfĢinin  düĢərgəsində 

əsir saxlan ılan  Babəkin böyük oğlu atasına məktub yazaraq aman üçün gəlməsini xahiĢ 

etdi. Bu təklifi rədd edən Babək oğluna aĢağıdakı cavab məktubunu göndərir: "Əgər sən 

mənim  davamçım  olsaydın,  öz  sülalənin  varisi  olardın,  çünki  varislik  irsən  sənə 

keçərdi. Bir neçə gün əvvəl sən doğrudan da mənim oğlum sayılırdın. Lakin indi sənin 

yava ananın əxlaqsızlığı  mənim üçün aydın oldu, ey fahiĢə oğlu! Ola bilər ki,  mən bu 

gündən sonra çox  yaĢamayım.  Lakin  mən  "məlik"  adını  daĢıyıram,  harada oluramsa-

olsun, məndən harada danıĢırlarsa danıĢsınlar, mən məlik olaraq qalacağam. Sən isə elə 

bir  cinsdənsən  ki,  ondan  bir  nəfər  də  abırlısı  çıxmayıb.  [Hamıya]  elan  edirəm:  sən 

mənim  oğlum  deyilsən.  Çünki  bircə  gün  baĢçı  kimi  yaĢamaq  qırx  il  aciz  qul 

olmaqdan yaxĢıdır". 

Babək  ərzağı  qurtaranadək  bu  dərədə  qaldı.  Anası,  qardaĢları  Müaviyə  və 

Abdullah,  axırıncı  arvadı,  Sünik  hakimi  Vasaqın  qızı  Ġbnət  əl-Kələndəniyə,  bir  neçə 



210 

 

xid mətçisi  də  onunla  idi.  Babək  buradan  imperatoru  ilə  əlaqə  saxladığı  Bizansa 



keçmək  istəyirdi.  Hələ  Bəzz  qalasının  mühasirəsi  ərəfəsində  o,  imperator  Feofilə 

məktub  yazmıĢ,  xəlifə  qoĢunlarını  zəiflətmək  məqsədilə  Bizansın  Xilafətə qarĢı  çıxıĢ 

etməsini  israrla  xahiĢ  etmiĢ,  gələcəkdə  bütün  tərəfdarlarını  xristianlığa döndərəcəyini 

vəd etmiĢdi. Lakin güman etmək olar ki, bizanslılar ərəblərə hücum vaxtlarını qəsdən 

uzatmıĢ, yalnız Babək eda m edildikdən sonra Xilafətə qarĢı növbəti çıxıĢ et miĢdilər. 

Təqib  olunduğunu  bilməyən  Babək,  nəhayət,  bataqlığı  tərk  edərək,  bir 

bulağın  yanında  qərar  tutdu.  KəĢfiyyatçıları  tərəfindən  xəbərdar  edilən  AfĢin,  o 

zamanlar  xəlifənin  ən  yaxĢı  sərkərdələrindən  olan  Əbu-s-Sacı  Babəkin  ardınca 

göndərdi. Əbu-s-Sacın dəstəsi Babəki  məh z burada haqladı.  Babək və onun qardaĢı 

Abdullah  xidmətçilərdən  biri  ilə  aradan  çıxa  bildilər.  Qalanları  isə  ələ  keçirilərək 

AfĢinin düĢərgəsinə gətirildilər. 

Babək və Abdullah bir müddət gizli yollarla Səhl ibn Sumbatın  torpaqlarına 

yetiĢirlər.  Nəhayət,  aclıq  onları  dağlardan  enməyə,  xid mətçini  ərzaq  dalınca 

göndərməyə vadar edir. Onları görmüĢ adamlar Səhl  ibn Su mbata dağlarda naməlu m 

Ģəxslərə  rast  gəldikləri  barədə  məlumat verirlər.  Vaxtilə  Babəklə  müttəfiq olmuĢ  Səhl 

onu öz qalasına dəvət edir, yazda Bizansa yola salacağını vəd verir. Yorğun və ac Babək 

Səhlə  inanaraq  razılaĢır,  lakin  qardaĢı  Abdullahı  bir  vaxt  kömək  göstərdiyi,  keçmiĢ 

müttəfiqi,  Beyləqan  hakimi  Yesai  Əbu  Musanın  yanına  göndərir.  Səhl,  Babəkin  və 

qardaĢının yerini AfĢinə bildirir, lakin Babəkin qorxusundan ərəblər gələnədək ona qarĢı 

heç bir tədbir görmür. Mənbələrdə Babəkin ələ keçirilməsi hadisəsi mü xtəlif Ģəkildə 

təsvir olunur; ət-Təbəriyə görə, Babək Səhlin təĢkil etdiyi ov zamanı ələ keçirilmiĢdi. 

Əl-Məsudi  yazır  ki,  Babək  nahar  zamanı  Səhlin  onunla  bir  süfrə  arxasında 

əyləĢməsindən  qəzəblənmiĢ,  Səhl  isə  buna  görə  onun  zəncirlənməsi  haqqında 

sərəncam  vermiĢdi.  Bəzi  ərəb  və  erməni  tarixçiləri  (əd-Dinəvəri,  əl-Yəqubi, 

M.Dasxurantsi və b.) Səhlin Babəki əsir tutması haqqında məlu mat verirlər.  

Alban  knyazı  Səhlin  xəyanətini  Xilafət  yüksək  qiymətləndirdi:  böyük  pul 

mükafatı  ilə  təltif  edilən  Səhl,  Moisey  Kalankatlının  məlumatına  görə  "Ermənistan, 

Ġberiya  və Albaniya  üzərində  ali  hakimiyyəti  aldı".  Lakin  Tovma  Artsrurinin  qeydinə 

görə, ona tapĢırılan böyük səlahiyyətlərə baxmayaraq, Səhl iĢdə yalnız "ġəki  hakimi" 

olaraq qalmıĢdı. 

Ərəb  mənbələri  222-ci  il  Ģəvval  ayının  10-da  (15.9.837)  Babəkin  Bərzənd 

Ģəhərinə  gətirilməsi  haqqında  məlumat  verirlər.  Babəkin  və  onun  qardaĢının  ələ 

keçirilməsi barədə əl-Mütəsimə xəbər göndərən AfĢin, çox keçmədən əsirlərin Samirə 

Ģəhərinə  aparılması  haqqında  əmr  alır.  Lakin  Ġraqa  yola  düĢməzdən  əvvəl  AfĢin 

Babəkin son xahiĢini yerinə yetirir: dağıdılmıĢ və yandırılmıĢ Bəzz qalasını ona göstərir. 

Mənbələrin  əksəriyyəti  Babəkin  223-cü  il  səfər  ayının  3-də  (4.1.838)  Samirəyə 

gətirildiyi, elə həmiri gün də edam edildiyi haqqında məlumat versələr də, bəzi orta çağ 

müəllifləri bu hadisənin bir qədər fərqli tarixini (29.1; 14. III. və s.) də qeyd edirlər. 

Edam  yerinə  fil  üstündə,  Ģahlara  layiq  paltarda  gətirilən  Babək  qısa  sorğu-

sualdan sonra ağır əzablarla edam edilir. Əvvəl əl-ayaqları, sonra baĢı kəsilir. Mənbələrin 



211 

 

yazdığına  görə,  xalqı  qorxutmaq  üçün,  edam  olun muĢ  Babəkin  baĢı  Xo rasana 



gondərilir, bədəni isə Xilafət paytaxtında çarmıxa çəkilir.  

Hətta  təəssübkeĢ  ərəb  müəllifləri  də  edam  zaman ı  Babəkin  nü mayiĢ 

etdirdiyi  mərd lik  və  mətanətə  heyran  olduqlarını  gizlədə  bilməmiĢlər.  Sağ  əli 

kəsild ikdən  sonra  Babək  həmin  əli  ilə  sifətini  baĢdan-baĢa  qana  boyamıĢdı.  Nə 

üçün belə etdiyini soruĢduqda, o, belə cavab vermiĢdi: "Sən (yəni xəlifə) əmr etdin 

ki,  məni ça rmıxa çə ksinlər,  mənim eda mın ı sənin boynundadır.  Lakin baĢım bədə-

nimdən  ayrılanadək  məndən  axacaq  qanın  kəsilməyəcəyinə  Ģübhə  yoxdur. 

Qorxu ram ki, bütün qanım axıb  gedər, sifətim solar, adamlar elə əvvəldən ölü mdən 

qorxduğu mu zənn edərlər. Qanım axd ığına görə deyil, bax elə buna görə mən belə 

etdim, sifətimi qana boyadım ki, rəngimin qaçdığı görsənməsin!"  

Orta  əsr  ərəb  müəlliflərindən  əl-Məqdisinin  yazdığ ına  görə,  "Babək 

üzərində  qazanılan  qələbə  Ġslamın  ən  böyük  qələbəsi,  onun  əsir  alındığ ı  gün  

müsəlman ların bayram günü olmuĢdur" 

Doğrudan da, Azərbaycan xürrəmiləri üzərindəki qələbə Xilafətə ço x baha 

baĢa gəldi. 20 ildən artıq müddət ərzində babəkilər  Xilafətin 225  min döyüĢçüsünü 

və  xeyli  sərkərdəsini  məhv  etmiĢdilər.  Xilafət  tarixində  baĢ  verən  dini-siyasi 

çıxıĢlardan  ən  əzəmətlisi  olan,  ərəb  üsul-idarəsinə  qarĢı  xalq  azadlıq  müharibəsi 

səviyyəsində  ucalan  bu  hərəkat  əl-Məsudinin  dili  ilə  desək  "az  qala  Abbasilər 

dövlətini məhv edəcəkdi". 

 

 



 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin