TarġXĠ III-XIII əsrin I rübü


§ 2. XĠLAFƏTĠN AZƏRBAYCANDA ĠNZĠBATĠ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   14   15   16   17   18   19   20   21   ...   45
§ 2. XĠLAFƏTĠN AZƏRBAYCANDA ĠNZĠBATĠ 

SĠYASƏTĠ, ĠDARƏETMƏ SĠSTEMĠ 

VƏ KÖÇÜRMƏ SĠYASƏTĠ 

 

Ġspaniyadan  Hindistanadək  bir  ço x  ölkə  və  xalqları  tabe  etmiĢ  ərəblər, 



iĢğal  etdikləri  yerlərdə  yeni  tipli  idarə  sistemi  qura  bilmədiklərindən,  bu  yerlərin 

əvvəlki  idarə  sistemlərini  saxlamalı  oldular.  Mü xtəlif  xalq lardan  alınan  və  idarə 

iĢini  yüngülləĢdirmək  məqsədilə  çox  vaxt  köhnə  coğrafi  və  ya  inzibati  adını 

saxlayan  bu  ərazilər  müstəqil  və  ya  asılı  ölkədən  Xilafətin  ço xsaylı  vilayətlərinə 

çevrild ilər.  Bu  vilayətlər,  adətən  həmin  yerləri  fəth  etmiĢ  sərkərdənin  və  ya 

yürüĢün  bilavasitə  iĢtirakçısının  idarəsi  altında  ərazicə  yaxın  torpaqları  özlərində 

birləĢdirirdi. 

Ərəblərin  iĢğalı  ərəfəsində  tarixi  A zərbaycan  torpaqları  ilə  yanaĢı,  ġərqi 

Gü rcüstanı və ġərqi  Ermən istanı, Ġranın bir sıra vilayət və Ģəhərlərin i  (Təbəristan, 

Gilan,  Dih istan, Rey və b.) də özündə birləĢdirən Sasanilərin Ģimal  kustakı (kustu) 

-  əyaləti  olan  Adurbadaqan  (Azərbaycan)  bir  inzibati  vahid  kimi  cənubda 

Həmədan,  Əbhar  və  Zəncandan  Ģimalda  Dərbəndədək  uzanı rdı;  tədqiqatçıların 

(Y.Pa xo mov,  K.Trever,  V.Henninq  və  b.)  ə ksəriyyətinin  567/ 568-c i  ilə  a id 

etdikləri  Dərbənd  divarlarındakı  pəhləvi  yazısı  imperiyanın  Ģimal  sərhədinin 

Dərbənddən keçdiyini b ir daha təsdiq edir. 

Ərəblərin  Qafqaza hücu mları  zamanı Süniklə  b irlikdə Albaniya, eləcə də 

Gü rcüstanın  bir  hissəsi  xəzərlərin  əlində  idi.  BaĢ  vermiĢ  ərəb  iĢ ğalı  bu  ölkələrin 

tarixi-coğrafi  əra zi  bütövlüyünü  saxlasa  da  onların  in zibati  adını  dəyiĢdirdi.  Ġlk 

çağlar Azərbaycanın cənub hissəsi olan Adurbadaqan Albaniya, Ermənistan, ġərqi 

Gü rcüstan  və  əl-Cəzirə  vilayəti  ilə  birlikdə  yeni  yaranmıĢ  gənc ərəb dövlətinin beĢ 

vilayətindən  birini  təĢkil  edirdi.  VIII  əsrin  baĢlanğıcında  Qafqazın  iĢğal  olunmuĢ 

torpaqlarında ərəblərin tam hakimiyyətinin bərqərar olması ilə vassallığını da itirən və bir 

dövlət  kimi  ləğv  edilən  Albaniya  ərəb  vilayəti  Arrana  (ar-Ran,  Aran)  çevrildikdə, 

"Ərminiyə" adlı yeni ərəb inzibati adı yarandı. Bu adı daĢıyan ərəb vilayəti öz tərkibində 

təkcə  Cənubi  Qafqazın  qalan  hissəsinin  fəthindən  bir  neçə  il  əvvəl  iĢğal  olunmuĢ 

bilavasitə  Ermənistanı  deyil,  eləcə  də  keçmiĢ  Albaniya  və  Ġberiya  ərazilərini  də 

birləĢdirirdi.  Yeni  ərəb  inzibati  termininin yuxarıda adı çəkilən ölkələrə də Ģamil edilməsi 

Bizans  imperatoru  I  Yustinianın  (527-565)  islahatları  nəticəsində  VI  əsrin ortalarında 

yaranmıĢ Bizans Ermənistanı inzibati vahidinin adı ilə bağlı idi. Ərəblərəqədərki inzibati 

quruluĢdan miras qalmıĢ "Ərəb Ərminiyəsi" inzibati adının yaranmasına baĢqa obyektiv 

səbəblər də təsir edib: əvvəla, ərəblər hələ Azərbaycan torpaqlarına qədəm basmamıĢ, 

artıq  639-640-cı  illərdə,  Mesopotamiya  yürüĢü  zamanı  Bizansın  tabeliyində  olan 

erməni torpaqlarını ələ  keçinniĢ, ikincisi isə ərəb iĢğal zonasını  idarə edən caniĢinin 

qərargahını  ermənilərin  baĢ  Ģəhəri  Dəbildə  -Dvində  yerləĢdirmiĢdilər.  Təbii  ki, 

özlərindən  əvvəlki  Bizans  inzibati-idarə sisteminə varis çıxmıĢ  ərəblər, baĢqa yerlərdə 

olduğu kimi, burada da  köhnə dövrə aid "Ərminiyə" adını saxlamıĢdılar.  O da təbiidir  ki, 



151 

 

iĢğal prosesində əllərinə keçən yeni həmhüdud yerləri də onlar artıq tabeliklərində olan 



zonaya  qatmıĢ,  bir  bölgədə  yerləĢən  bu  torpaqları  birlikdə  "Ərminiyə"  adlandırmıĢ , 

bütün  Cənubi  Qafqazdakı  iĢğal  zonasının  idarəsini  Dəbildə  oturan  ərəb  caniĢininə  - 



amilinə həvalə etmiĢdilər. Bu obyektiv səbəblərlə yanaĢı, qədim kitablardan faydalanan 

erkən  ərəb  müəlliflərinin  (Ġbn  Xordadbeh,  Ġbn  əl-Fəqih  və  b.)  islamaqədərki  siryani 

xristian  ədəbiyyatından  (məsələn,  VI  yüzildə  yaĢamıĢ  Mitilen  Zaxarinin  əsərindən) 

istifadə  etmələri  də  mümkündür;  bu  ədəbiyyatdan  olan  məlu mata  görə  Qurzan 

(Gürcüstan) və Aran (Albaniya) hələ ərəblərəqədərki dövrdə "Ermənistanda olan torpaqlar" 

adlanırdı  (bu dövrün  ən  yaxĢı  tədqiqatçılarından  azərbaycanlı  alim  Z.M.Bünyadov  və 

erməni alimi A.N.Ter-Gevondyan bunu haqlı olaraq kilsə birliyi kimi qəbul edirlər). 

VII  əsrin  a xırlarında  ərəblərlə  əks  cəbhədə  olan  Bizansa  qarĢı  ideoloji 

mübarizə  aparan  erməni  din  xadimlərinə  etdikləri  xid mət  müqabilində  xəlifənin 

göstərdiyi  iltifat  və  yürütdüyü  qərəzli  siyasət  bu  inzibati  adın  bir  qədər  də 

möhkəmlən məsinə səbəb oldu. 

Beləliklə,  Sasanilər  dövründə  Xəzəryanı  Ġran  vilayətləri  ilə  yanaĢı,  bütün 

Cənubi Qafqaz vilayətlərini özündə birləĢdirən inzibati Adurbadaqan - Azərbaycan adı 

ərəb hakimiyyətinin ilk dövründə Xilafətin yalnız Cənubi Qafqazda iĢğal etdiyi yerlərə 

verilən  inzibati  Ərminiyə  adı  ilə  əvəz  olundu.  Alban  kilsəsinin  erməni  kilsəsinə  tabe 

edilməsi və bununla əlaqədar bütün Arran və Ermənistan xristianlarına real rəhbərliyin, 

müvəqqəti də olsa, erməni katolikosunun əlində cəmlənməsi, VIII yüzilin baĢlanğıcında 

Albaniyanın  özünün də bir  dövlət  kimi  süqutu  xəlifə  Əbdülməlik  ibn  Mərvanın  (685-

705) baĢladığı yeni inzibati islahatın nəticəsi olan bu inzibati bölgü sistemin in həyata 

keçirilməsinə Ģərait yaratdı. Onu da qeyd etməliyik ki, VI əsrdə imperator I Yustinianın 

Qərbi  Ermənistanda,  yəni  coğrafi  baxımdan  ərəb  Ərminiyəsindən  fərqlənən  yerdə 

həyata keçirdiyi bu inzibati bölgü (o cümlədən bu bölgünün daha kiçik vahidləri olan I-

IV Bizans Ermənistanı adları) yalnız bilavasitə ermənilərin yaĢadıqları əraziyə aid idisə, 

"Ərəb Ərminiyəsi" vilayətləri indiki kimi azərbaycanlıların, gürcülərin, ləzgilərin və b.-

nın  yaĢadıqları  və ermənilərə  dəxli  olmayan  Cənubi  Qafqaz  torpaqlarını  əhatə  edirdi. 

Vaxtilə  Bizansın tabeliyində olan erməni torpaqları kimi, ənənəvi olaraq onlar da I-IV 

Ərminiyə adı ilə dörd hissəyə bölünürdü. 

Xilafət qoĢunlarının ələ keçirdikləri və müəyyən inzibati bölgü daxilində öz 

köhnə  adlarını  saxlayan  bu qondarma  ərazilər  haqqında yalnız  erkən  ərəb  mənbələri 

məlumat  verir.  Maraqlı burasıdır  ki,  ərəblərəqədərki  Bizans  inzibati  bölgüsü  haqqında 

ətraflı məlumat verən sinxron erməni mənbələri ərəblərin bu inzibati bölgüsü haqqında 

heç  bir  xəbər  vermir.  Ço x  güman,  bu  "məlumatsızlıq"  bütün  bölgə  ərazisinin  süni 

Ģəkildə  Ərminiyə  adı  ilə  birləĢdirilməsindən,  bu  birləĢmənin  isə  dövrün  real  tarixi 

coğrafiyasını  əks  etdirməməsindən  irəli  gəlirdi.  Məhz  buna  görə  bu  dövr  haqqında 

məlumat  verən  ərəb  mənbələri  erməni  torpaqları  ilə  birlikdə  ermənilərə  aid  olmayan 

qonĢu  torpaqları  da  əhatə  edən  yeni  "Ərminiyə"  inzibati  vahidi  ilə  yanaĢı, 

ərəblərəqədərki  Sasani  inzibati  vahidi  "Azərbaycanın"  (Adurbadaqanın)  da  adını 

çəkirlər.  Son  Sasanilər  dövründə  Albaniya  və  Atropatena  ilə  birlikdə  imperiyanın 



152 

 

bütün  ġimal  kustunu  əhatə  edən  bu  ad,  ərəb  hakimiyyəti  dövründə,  Ģimalda 



Dərbənddən cənubda Zəncana qədər olan bilavasitə tarixi Azərbaycan ərazisinə aid 

edilird i.  Bu  yerlərdə  olmuĢ  X  əsr  müəllifi  Ġbn  Havqəl  özünün  tərtib  etdiyi  Xəzər 

dənizinin  xəritəsində həmin dövrün tarixi coğrafiyasını əks etdirən məh z bu təsviri 

vermiĢ,  Dərbənddən  Gilanadək  ərazini  Azərbaycan  adlandırmıĢdı

1

.  Onun  Cənubi 



Qafqaz bölgəsini təsvir edən digər  xəritəsində bölgə vilayətlərin in dəqiq hüdudları 

göstərilir.  Cənubi  A zərbaycan  -  Adurbadaqan  Arran  -  Albaniyadan  Araz  çayı  ilə 

ayrılır,  bilavasitə  Ermən istan  isə  Xilat  (Van)  gölü  ilə  Araz  çayının  yu xarı  axarı 

arasında yerləĢdirilir. 

Orta  əsr  ərəb  müəlliflərinin  (Ġbn  Xordadbeh,  əl-Bəlazu ri,  əl-Yəqubi,  Ġbn 

əl-Fəq ih  və  b.)  ərəb  inzibati-ərazi  bölgüsü  barədə  təqdim  etdikləri  material  b ir 

qədər  qarıĢıq  olsa  da,  biri  digərini  ta ma mlayan  bu  mə lu matla ra  görə,  I  Ərmin iyə 

adlanan  ərazi  ö z  tərkib ində  ərəblərin  Arran  adlandırdıq ları  qədim  Albaniya  tor-

paqlarını  (Sünik  -  Sisəcan  -  Sisakan  ilə  birlikdə)  birləĢdirirdi.  Ərəb  Arran 

vilayətinin  tərkibinə  Albaniyanın  bilavasitə  özündən  baĢqa  644-cü  ildən  1122-ci 

ilədək müsəlmanların tabeliy ində olan Tiflis və onun civarları da daxil idi.  

II  Ərminiyə  adlandırdıq ları  hissəyə ərəb  inzibati  hakim  dairələri  Curzanı 

(Gürcüstanın  bir  hissəsini),  Tiflis  yaxınlığında,  Kür  çayı  sahilində  yerləĢən 

Suğdəbil Ģəhərini,  Dərbəndin yaxınlığındakı  Bab  Feyruz Qubad Ģəhərini, eləcə də 

Lakz  vilayətini  daxil  edirdilər.  Yalnız  III  və  IV  Ərəb  Ərminiyəsi  ermən ilərin 

Dəbildən ġimĢatadək yaĢadıqları yerləri əhatə edird i.  

Beləliklə,  Xilafətin Cənubi Qafqazdakı I və II Ərmin iyə in zibati bölgüləri 

Ģimalda  Tiflis  və  Dərbənddən  cənubda  Araz  çayınadək,  qərbdə  Kiçik  Qafqaz 

dağlarından  Ģərqdə  Xəzər  dənizinədək  olan  sahəni  əhatə  edir  və  əsasən  ərəblərin 

Arran adlandırd ıqları qədim Albaniya torpaqlarını özündə birləĢdirird i.  

VIII  yü zilin  sonu  -  IX  yüzilin  I  yarısında  Xilafətin  daxilində  baĢ  verən 

hadisələr  ərəb  iĢğal  dairələrin in  Cənubi  Qafqaz  ərazisində  yaratdıqları  süni 

"Ərminiyə"  inzibati  birləĢ məsinin  faktiki  olaraq  ləğvinə  gətirib  çıxartdı.  Ço x 

keçmədən, bu dövrdə həm də Bizansla  müharibə aparan  Xilafətin zəifləməsi onun 

yerlərdəki  hakimiyyətini  də  nominallaĢdırd ı.  Məhz  buna  görə  formal  olaraq 

Azərbaycan,  Arran  və  Ermənistanı  birləĢdirən  vahid  Qafqaz  caniĢin liy i  -  v ilayəti 

yaradılsa da, əslində Xilafətin Qafqazdakı siyasi nüma-yəndəsinə - valiyə tabe olan 

və ona vergi verən yerli feodallar ö z mü lkləri daxilində hakimiyyət v ə imtiyazlarını 

qoruyub saxlaya b ilmiĢdilər.

 

X  əsrin  mü xtəlif  illərində  Azərbaycan  torpaqlarında  da  olmuĢ  əl-Ġstəxri, 



Ġbn Havqəl, əl-Müqəddəsi və b. artıq köhnə inzibati bölgünün adını çəkmir,  mü xtə-

 

 



1

  Bu  məlumatın  Azərbaycanın  tarixi  coğrafiyası  üçün  əhəmiyyətini  yaxĢı  dərk 

edən  qərəzli  rus  alimi  A.P.Novoseltsev  Xəzər  dövlətinə  həsr  etdiyi  kitabın  (VI.,  1990)  üz 

cildində  dərc  etdirdiyi  Ġbn  Havqəlin  xəritəsindəki  bütün  coğrafi  adların  ərəb  dilindən  rus 

dilinə tərcüməsini də vermiĢ, yalnız ərəb qrafikası  ilə qeyd edilmiĢ, Gilandan Dərbəndədək 

uzanan "Azərbaycan" sözünü açmamıĢdır.  



153 

 

lif gəlmə və yerli sülalə lərin hakimiyyətləri altında olan Cənubi Qafqaz ölkə lərini  - 



Azərbaycan, Arran və  Ermənistanı "yalnız bir  məlik - hökmdar  idarə etdiyi" üçün 

"vahid ərazidə" birləĢdirirdilər.  Əsrin 80-ci illərində Qafqazda olmuĢ əl-Müqəddəsi 

bu  yerlərin  hamısını  birlikdə  "ər-Rihab  iqlimi"  (yəni  bölgəsi)  adlandırır.  Onun 

sözlərincə, "ər-Rihab geniĢ və səfalı  iqlimd ir. Meyvə və [xüsusilə] ü zü mü boldur. 

Qiy mətlər ucuzdur...  Biz bu yerləri birləĢdirə biləcək ü mu mi ad tapa bilməd iyimiz 

üçün onu ər-Rihab adlandırdıq" (məzmununa görə bu söz "geniĢ yer" kimi açıq lana 

bilər, N. V.).

 

Yenə  onun  məlu matına  gorə,  ər-Rihab  iqliminin  üçdə  birini  təĢkil  edən 



Arran Xəzər dənizi  ilə sərhəddə axan Araz çayı arasında adaya bənzəyir, əl-Məlik 

(Kür) çayı onu ikiyə bölür.  Yeri gəlmiĢkən, onu deyək ki, Kür çayı  Arranı sağ və 

sol sahillərə böldüyü üçün Ġbn Havqəl buranı "iki Arran" adlandırırd ı.  BaĢqa ərəb 

mənbələri  də  tarixi  A lbaniya  ilə  tarixi  Adurbadaqan  arasında  ayrıcın  Araz  çayı 

boyunca keçdiyini təsdiq edirlər.  Belə ki, X əsr  müəllifi əl-Məsudiyə görə, ər-Ras 

çayı  " xürrəmi  Babəkin  Azərbaycanda  sahib  olduğu  əl-Bəzzeyn  adlı  yerlə  Arrana 

aid olan Əbu Musa (Qarabağ - N V.) dağı arasında axır". 

Ərəblərin  Arran  ərazisində  tabe  etdikləri  vilayətlər  sırasında  erkən  ərəb 

müəllifləri  (əl-Bəlazuri,  əl-Yəqubi  və  b.)  alban  vilayət  və  nahiyələri  Sakas enanın 

(ġakaĢenanın),  Kambisenanın  (Kəmb iranın),  Utinin,  Sisakan-Sünikin  (Sisəcanın), 

Xaçın ın, Mets Ġrankın (əl-Məsiranın), Mets Kuenkin (əl-M iskuanın), ġəkinin, eləcə 

də  ġirvanın,  Layzan ın,  Məsqətin,  Xursanın,  ġabranın,  Təbəsaranın,  Muğaniyənin 

və b.-nın adlarını çəkirlər. 

Ərəblərin iĢğalına qədər Cənubi Azərbaycanın paytaxtı Ərdəbil idi; ancaq ərəb-

xəzər  müharibələrinin  baĢlanması  ilə  Ərdəbil  və  onun  ətraflarının  gərgin  döyüĢ 

meydanına çevrilməsi Mərvan ibn Məhəmmədin valiliyi dövründə (732-744) paytaxtın 

yenidən  bərpa  edilmiĢ  Marağaya  köçürülməsinə səbəb oldu.  IX əsrin sonunadək,  yəni 

Yusif ibn Əbu-s-Sacın Ərdəbili paytaxt etməsinədək bu yer vilayətin baĢ Ģəhəri oldu. 

Arranın  baĢ  Ģəhəri  isə  Həbib  ibn Məsləmənin ikinci yürüĢündən sonra (654-cü ildən) 

bütün Qafqaz ərəb caniĢinliyinin yeni iqamətgahına çevrilmiĢ Bərdə idi.  

Fütuhatın  ilk  çağlarında  iĢğal  olunmuĢ  əraziyə  nəzarət  məqsədilə,  adətən 

həmin yeri fəth etmiĢ ordunun baĢçısı vali təyin edilirdi. ĠĢğalın davam etdiyi bu illərdə 

həmin baĢçılar bəzən  obyektiv səbəblər  üzündən  iĢğal etdikləri  yerin  idarəsini,  əlbəttə 

xəlifənin  razılığı  ilə,  silahdaĢlarından  birinə  həvalə  edir,  özləri  isə  mərkəzin  iĢğal 

siyasətini davam  etdirirdilər.  Məsələn, Azərbaycana  yürüĢün  ilk  iĢtirakçılarından  olan 

sərkərdə Bukayr, yuxarıda gördüyümüz kimi, Ģimala hərəkət əmri aldığından öz yerinə 

Utba ibn Farkadı təyin edir. Həmin dövrdə amil titulu daĢıyan Utba ibn Farkad Xilafətin 

Azərbaycandakı nümayəndəsi kimi Azərbaycan mərzbanı ilə  müqavilə  bağlayır.  Amil 

titulunu əsasən vergiyə nəzarət edən xəzinə qulluqçuları daĢıyırdılar. Lakin Xilafətin 

siyasi tabeliyini qəbul etmiĢ iĢğal zonalarında baĢlıca məqsədin vergi yığmaq olduğu bu 

ilk dövrdə həm mülki, həm hərbi hakimiyyət çox vaxt eyni  adama - o yerləri fəth etmiĢ 

hərbi baĢçıya həvalə edildiyi üçün amil - "vergiyə nəzarət edən" və əmir - "hərbi baĢçı" 



154 

 

titulları  vali  -"caniĢin"  titulunu  əvəz  edirdi  (məsələn,  Azərbaycanla  bağlanılan 



müqavilədə Utba ibn Farkad amil adlanırdı). ĠĢğalın geniĢ Ģəkil aldığı sonrakı illərdə 

artıq  əmir,  amil  və  eləcə  də  qazı  (hakim)  vəzifələri  ayrı-ayrı  Ģəxslər  arasında 

bölüĢdürüldü.  Vilayətin  idarəsi  əmir  və  ya  valinin  baĢçılıq  etdiyi  və  vilayətin  baĢ 

Ģəhərində  yerləĢən  divan[xana]  vasitəsilə  həyata  keçirilməyə  baĢladı:  amil  -vergi 

iĢlərini idarə edən mülki hakim, qazı isə məhkəmə iĢlərinə baxan d ini hakim idi. 

ĠĢğal gedə-gedə  təyin olunan  ilk  caniĢinlər  əvvəlki  yerli hakimlərlə  müqavilə 

bağlayır, onlardan siyasi asılılıq və cizyə tələb edir, əvəzində isə keçmiĢ imtiyazlarını 

saxlamağa  boyun  olur  və  hətta  bəzən  müqavimətsiz  tabe  olmuĢları  öz  köhnə 

yerlərində  saxlayırdılar.  ĠĢğal  olun muĢ  Azərbaycanda  da  vəziyyət  belə  idi:  əl-

Bəlazurin in  məlu matına  görə,  Ərdəbildə  iqamətgahı  olan  keçmiĢ  Sasani  mərzbanı 

ərəb  üsul-idarəsinə  tabe  olduqdan sonra  öz  əvvəlki  iqa mətgahını  və  imtiyazlarını 

saxlay ır,  əhalidən  yığdığı  vergiləri  isə  artıq  Xilafət  xəzinəsinə  göndərirdi. 

Ərəblərin  siyasi  hakimiyyətini  qəbul  edən  və  vergi  ödəməyi  öhdəsinə  götürən 

Albaniya  iĢxanı  CavanĢir  də  yalnız  bu  yolla  öz  əvvəlki  imtiyazların ı  qoruya 

bilmiĢdi.  Pu l  və  natura  ilə  toplanmıĢ  vergi  xəlifə  xəzinəsi  agenti  vasitəsilə  ərəb 

caniĢininə çatdırılırd ı. Məh z bu dövrdə iĢğal zonalarının idarəsində yerli hakimlərlə 

yanaĢı,  yüksək  rütbəli  ruhanilər  -  Adurbadaqanda  -  mobed,  Albaniyada  isə 

katolikos  iĢtirak  edird ilər.  Yerli  üsuli-idarəyə  verilən  bu  sərbəstlik  mərkəzi 

hakimiyyətin  zə iflədiy i  dövrlərdə  ə rəblərlə  bağlanılan  müqavilə lərin  pozulmasına 

və  vergilərdən  imtina  edilməsinə  səbəb olurdu.  Belə  b ir  hadisə  Azərbaycanda  da 

baĢ verdi: fütuhatdan düz bir il sonra, Azərbaycanda baĢ verən çıxıĢlar müqavilən in 

pozulmasına, bu isə torpaqlarımızın yeni iĢğalına gətirib çıxartd ı.  Elə o vaxt Həb ib 

ibn Məsləmənin və Salman  ibn Rəbiənin baĢçılıq etdiyi ərəb qoĢunları bütün tarixi 

Azərbaycan  ərazisini,  eləcə  də,  Cənubi  Qafqazın  qalan  vilayətlərini  tuta 

bilmiĢdilər.  Adətən,  yeni  müqavilənin  Ģərtləri  daha  ağır  olurdu,  ancaq 

azərbaycanlılar  köhnə  müqavilənin  təsdiqinə  müvəffəq  oldular  və  onun Ģərtlərinə 

əməl edəcəklərini bildirdilər. ĠĢğal etdikləri ərazidə əsasən iri Ģəhərləri və  mühüm 

qovĢaqları  tutan  ərəblər  bu  yerlərdə  rabitəçi  dəstələri  yerləĢdirir,  qalanları  isə 

yürüĢü  davam  etdirird ilər.  Ərəblərin  fəal  hərbi  ekspansiya  apardığı  ilkin  çağlarda 

daha  çox  fəaliyyət  göstərən  belə  qarnizonlarda  (rabatlarda)  əsgərlər  dördillik 

icbari  xid mət  keç mə li  id ilə r.  Fütuhat  tam  baĢa  çatdıqdan,  Azərbaycanın  həm 

cənub, həm  Ģimal  hissələri  bütövlükdə  ərəb  iĢğalı  dairəsinə  daxil  olduqdan sonra, 

belə  əsgəri  hissələr  iri  Ģəhərlərlə  yanaĢı,  həmçin in  sərhəd  zonalarında,  xüsusilə 

Xilafətin təhlükəli Ģimal hüdudlarında yerləĢdirild i.  Belə  ki, Dərbəndi tutan ərəblər 

ilk  növbədə  onun  mühüm  strateji  mövqeyinə  diqqət  yetirdilə r  və  burada 

xəzərlərdən  qorunmaq  üçün  güclü  qarnizon  yerləĢdirdilər.  Elə  bu  dövrdə  Kasak 

(Qazax)  kimi sonralar  möh kəmləndirilmiĢ Ģəhərlərə çevrilən hərbi düĢərgələr, dağ 

keçid lərində  isə  "bab"  (qapı,  darvaza)  ad lanan  xüsusi  məntəqələr  yaradıldı. 

Ərəblərin  möhkəmləndird iyi  və  hərbi  hissələr  yerləĢdirdiyi  bu  düĢərgə  və 

məntəqələrin əksəriyyəti hələ Sasanilər dövründən qalma id i. 



155 

 

Qarnizonda yerləĢən dəstələr nəinki  hərbi  xidmət  göstərir,  eləcə  də  təsərrüfat 



iĢlərinə  baxır,  tabeliklərində  olan  ərazilərə  nəzarət  edir,  müqavilədə nəzərdə tutulan 

vergilərin  toplanmasına,  mükəlləfiyyətlərin  yerinə  yetirilməsinə  göz  olurdular. 

Qarnizonların saxlanılması  onsuz  da  Xilafətin ağır  vergi boyunduruğuna düĢmüĢ yerli 

əhalinin üstündə idi. 

Xilafətin  Ģimal  hüdudlarının  möhkəmləndirilməsi  xəlifələr  tərəfindən  həyata 

keçirilən  köçürmə  siyasəti  ilə  müĢayiət  edildi:  özlərindən  əvvəlki  iĢğalçıların 

(iranlıların  və  b.)  yolu  ilə  gedən  ərəblər  böyük  miqdarda  ərəb  əhalisini  həmin 

vilayətlərdə məskunlaĢdırdılar. 

Azərbaycanın münbit torpaqları, gözəl təbiəti çox yerdə sərt  iqlim Ģəraitində 

yaĢayan ərəbləri cəlb edir, öz yerlilərinin burada  xəlifə qulluğunda olmasından istifadə 

edənlər axıĢıb Azərbaycana gəlirdilər.  Mənbələrin  (əl-Bəlazuri,  Ġbn  əl-Fəq ih  və  b.) 

məlu matına görə  hələ "Əli  ibn  Əbu  Talib  (656-661)  əl-ƏĢas  ibn  Qeysi Azərbaycana 

hakim  təyin  etdikdə...  o,  Ərdəbildə  əta  və  divan  siyahısına  salınmıĢ  ərəblərdən 

yerləĢdirdi...  Ərəblər  Azərbaycanda  məskən saldıqda,  onların  Kufədən,  Bəsrədən və 

ġamdan olan qohumları da buraya axıĢdılar. Hər biri bacardığı qədər torpaq zəbt etdi, bir 

hissəsi  isə əcəmlərin  torpağını satın  aldı.  Kəndlər  həmin  ərəblərin himayəsinə  keçdi, 

belə  ki,  ərəblər  onları  müdafiə  etməli  id ilər,  kəndlilər  isə  ərəblərin  yardarına 

çevrildilər". 

VIII yüzilin 30-cu illərinin baĢlanğıcında Azərbaycan və Ərminiyəyə  yenidən 

hakim təyin edilmiĢ Məsləmə ibn Əbdülməlik  Dərbənd sərhəd vilayətində ərəblərin 

mövqeyini daha da möhkəmləndirmək məqsədilə, artıq qeyd etdiyimiz kimi, Dərbəndi 

dörd  zonaya  bölüb,  burada  Fələstin,  ġam  və  əl-Cəzirəhin  bir  çox  yerlərindən  olan 

iyirmi  dörd  min  ərəb döyüĢçüsünü yerləĢdirdi.  Bundan  bir neçə  il sonra,  736-cı  ildə, 

xəlifə  HiĢam  dövründə  Dərbəndin  hakimi  təyin  edilmiĢ  Əsəd  ibn  Zafir  əs-Suləmi, 

"Dərbəndnamə"nin  məlumatına  görə,  xəlifənin  ona  qoĢduğu  dörd  yüz  silahdaĢı  və 

mü xtəlif ərəb qəbilələrindən olan adamlarla birlikdə Ģəhərə göndərildi. 

Əsasən  Ģimal  ərəb  tayfalarına  iltifat  göstərən  Əməvi  xəlifələri  ilk  ərəb 

kolonistlərinə Azərbaycanda torpaq ayırarkən, onları oturaq həyata keçirərkən iki məqsəd 

güdürdülər: əvvəla xəzinəni təqaüd xərcindən  xilas edir, ikincisi, iĢğal olunmuĢ ərazilərdə 

ərəblərin hakimiyyətini möhkəmləndirirdilər. Əməvilər sülaləsinin süqutundan (750) az 

sonra sonuncu Əməvi xəlifələrinin arxalandıqları Ģimal ərəb tayfaları öz imtiyazlarından 

məhrum oldular. Cənub ərəb tayfalarına arxalanan Abbasilər Ģimal tayfalarını tədricən 

Azərbaycan  və  Arrandakı  məskənlərindən  sıxıĢdırmağa  baĢladılar.  A zərbaycanın 

cənubunda - Təbrizdə rəvvadilər, anic və Cilbayədə  həmdanilər,  Bərzədə avdilər, 

Nerizdə  tailər,Səratda kindilər  və s.  məskunlaĢdılar.  Beləliklə,  əl-Yəqubinin  sözləri 

ilə  desək,  " Yəməndən  olan  [cənub]  qəbilələri  [Ģimallı]  nizarilərin  yerlərini 

tutdular". 

Ancaq  Ģimalda,  Arranda  yeni  sülalənin  nümayəndələri  orada  məskunlaĢmıĢ 

Ģimal  tayfaları  tərəfindən  düĢmənçiliklə  qarĢılandılar.  Beyləqanda,  eləcə  də  Bərdə, 

Qəbələ, Dərbənd və bir çox baĢqa yerlərdə Abbasilərə güclü müqavimət göstərildi. Bu 



156 

 

müqavimətə yalnız  Yəzid  ibn  Məzyəd  əĢ -ġeybaninin Azərbaycan  və  Arranda  hakimliyi 



dövründə qəti olaraq son qoyuldu.  Orta çağ  müəllifinin  sözlərinə görə, o, "ölkədə  qayda 

yaratdı və nizariləri (yəni Ģimal tayfalarını - N. V.) yəmənlilərlə (yəni cənub tayfaları ilə - N. 

V.) bərabərləĢdird i". 

Ərəblərin  Azərbaycana  köçürmə  siyasəti  IX  yüzilin  birinci  rübünə  qədər 

davam  etdi.  Ancaq  Harun  ər-RəĢidin  dövründə  baĢ  qaldıran və əl-Məmun  dövründə  ən 

yüksək zirvəsinə çatan xürrəmilər hərəkatı, eləcə də bir çox ərazilərin Xilafət tərkibindən 

çıxması  ərəb  tayfalarının  Qafqaza  mühacirətinə  təsir  etdi  və  nəhayət,  onu  tamamilə 

dayandırdı.  Bu  tayfalar  haqqında  indi  yalnız  müasir  Azərbaycanın  bəzi  yaĢayıĢ 

məntəqələrinin həmin tayfalar üçün ümumi olan "ərəb" sözünün qaldığı adları  xəbər 

verir  məsələn, Ərəbkeymuraz, Ərəbhacı, Ərəblər, ƏrəbuĢağı, ƏrəbĢahverdi, Ərəbbəsrə, 

Ərəbocaq və b.). 

 

 



 

 

 



 

§ 3. AZƏRBAYCANDA DĠNĠ PROSESLƏR VƏ ONLARIN 

YERLĠ ƏHALĠ ÜÇÜN NƏTĠCƏLƏRĠ 

 

Ərəb  iĢğalın ın  ilk  dövründə  yerli  əhali  ilə  ərəb lər  arasındakı  münasibət 



çox  mü rəkkəb  idi  və  əsasən  iĢğal  prosesində  bağlanılmıĢ  müqavilələrlə 

tənzimlənirdi.  Bu  müqavilələrin  məzmunundan görünür ki,  Ərəb istanın özündə v ə 

baĢqa fəth edilən yerlərdə olduğu kimi, A zərbaycanda da yalnız bütpərəstlər zorla, 

lazım  gəlsə  qılınc  gücünə  müsəlmanlaĢdırılırd ılar,  yerdə  qalan  əhaliyə  isə  əvvəlki 

etiqad  və  adətlərə  əməl  etmək  icazəsi  verilird i.  "Əhli  Kitab"  xalq lar  (yəni, 

müqəddəs  dini  kitabları  o lan  yəhudilər  və  xristianlar),  o  cü mlədən  ilk  çağlar 

atəĢpərəst  olan  azərbaycanlılar  da  əvvəlki  etiqadlarında  qalır,  əvəzində  isə  can 

vergisi  -  cizyə  verirdilər.  Müsəlman  ic mas ının  qəbul  etdiyi  qaydaya  görə,  cizyəni 

yalnız sağlam  kiĢilər ödəyir, "uĢaqlar, qadınlar,  xroniki  xəstələr", eləcə də "heç bir 

vəsaiti olmayan, adamsız və heç bir gəliri olmayan zahidlər" verginin bu növündən 

azad olunurdular. 

Ərəblər  hələ  Məhəmməd  dövründən  etibarən  "əhli  Kitab"  adlandırdıqları 

baĢqa  dinə  etiqad  edənləri,  ü mu miyyətlə,  dinsiz  hesab  etdikləri  bütpərəstlərdən 

fərqləndirir, sonuncuları  zorla da o lsa dini baxımdan da  ram etməyə çalıĢır, vahid 

Allaha  inam  gətirib,  ona  öz  qaydalarına  əsasən  etiqad  edən  xristian  və  yəhudilərə 

qarĢı iltifatlarını əsirgəmirdilər. 

Yeni  dini  nəyin  bahasına  olursa-olsun  dinsizlər  arasında  yaymağı 

qarĢısına  məqsəd  qoymuĢ  Məhəmməd  peyğəmbər  və  onun  ardıcılları  islamı  silah 

gücünə qəbul etmiĢ bəzi adamlara,  xüsusilə bədəvilərə inan mır, yeni din i etiqadın 


157 

 

ürəklərdə hələ tam  möhkəmlən mədiy i bu dövrdə həmin adamlarla ehtiyatlı o lmağı 



tövsiyə  edirdilər.  Quranda  "Əl-hücurat"  ("Hücrələr")  surəsinin  aĢağıdakı  ayəsi 

buna sübutdur: "Bədəvi ərəb lər dedilər:  Biz  iman gətirdik.  [On lara] de: -  Siz iman 

gətirmədiniz,  ancaq  [belə]  deyin:  biz  təslim  olduq,  belə  ki,  iman  hələ  sizin 

ürəklərin izə  daxil  olmayıb  və  əgər  Allaha  və  onun  rəsuluna  itaət  etsəniz,  o,  sizin 

iĢlərinizdən heç bir Ģey əskiltməz. [Çünki] Allah bağıĢlayan və rəhm edəndir" (4 9, 

14). 


Məhz  buna  görə  iman  gətirənləri  "mu minuna",  yəni  "mö minlər",  Allaha 

inamla  yeni  din i  qəbul  edənləri  -  təslim  olan ları  ("əsləmə")  isə  "muslimuna"  - 

müsəlman lar, yəni "təslim o lmuĢlar, tabe olmuĢlar" adlandırd ılar.  

Ġlk  müqavilələrin  Ģərtlərinə  görə,  atəĢpərəstlərə  verilən  güzəĢt  və  amana 

baxmayaraq,  islamın  verdiyi  maddi  və  mənəvi  üstünlüklər,  o  cümlədən 

müsəlman lardan can vergisi - cizyənin alın maması,  müsəlman icmasının atəĢpərəst 

Sasani  cəmiyyətində  olduğu  kimi  zü mrələrə  bölün məməs i  və  s.  ZərdüĢtün 

azərbaycanlı ard ıcıllarını da yeni dini qəbul etməyə sövq etdi. Bu iĢdə, çox güman, 

islamı hələ peyğəmbər dövründə qəbul etmiĢ, əvvəllər atəĢpərəst olmuĢ iranlıların 

çağırıĢları  da  az  rol  oynamad ı.  Ət-Təbərin in  məlu matına  görə,  hələ  xəlifə  I  Ömər 

(634-644)  dövründə  iĢğal  edilmiĢ  Sasani  vilayətlərinin  dehqanları  könüllü  surətdə 

isla mı  qəbul  etmiĢdilə r.  Müəllifin  fikrincə,  ərəb  hərbi  sərkərdəsi  müsəlman  Zuhra 

ilə  Ġran  sərkərdəsi  atəĢpərəst  Rüstəm  arasında  aparılan  danıĢıqlarda  Zuhranın 

mənəvi üstünlük qazanması bir ço xlarının islamı qəbul etməsinə səbəb olmuĢdu. 

Bütpərəstlərə  qarĢı  (o  cü mlədən  xristianlığ ı  qəbul  etməmiĢ  bütpərəst 

albanlara  və  Azərbaycanın  bütpərəst  türk  əhalisinə)  zor  iĢlədən  ərəblərin  "əhli 

Kitab"ı  xristian və yəhudilərlə yanaĢı, "əhli Kitab" hesab etmədikləri atəĢpərəstlərə 

də  iĢğalın  ilk  dövründə  iltifat  göstərmələri  daha  ço x  siyasi  baxımdan,  yəni 

Qafqazın  Bizansa  qarĢı  mübarizədə  mühüm  strateji  əhəmiyyəti  ilə  də  izah  oluna 

bilər.  Lakin  ço x  keçmədən  islam  bütpərəstliklə  yanaĢı,  atəĢpərəstliyi  də  aradan 

götürdü.  Tədqiqatçıların  fikrincə,  Allah  qarĢısında  bütün  müsəlmanların 

bərabərliyini  elan  edən  yeni  ideologiya  Sasani  imperiyasının  qeyri-iranlı  əhalisi,  o 

cümlədən  azərbaycanlılar  arasında  daha  tez  yayıldı.  Tarixçi  əl-Bəlazurin in 

məlu matın ı  ĢiĢird ilmiĢ  fakt  kimi  qəbul  etməsək,  Cənubi  Azərbaycan  əhalisi  artıq 

xəlifə Əlinin dövründə (656-661) islamı qəbul etmiĢ, Quran o xuyurdu. 

Lakin  köhnə  dindən  dönmə  və  yeni  dinə  gəlmə  p rosesi  sürətli  olmamıĢ, 

azərbaycanlıların  atəĢpərəst,  bütpərəst  və  ya  xristian  ulu  babaları  ərəblərin  ço x 

yerdə zor gücünə qazandıqları siyasi üstünlüyə baxmayaraq, əvvəlki etiqadlarından 

xoĢluqla, birdəfəlik üz döndərməmiĢdilər. ġimali və Cənubi A zərbaycanın  xristian 

əhalisi  ilə yanaĢı, ölkənin aran və dağ yerlərinin atəĢpərəs t və bütpərəst əhalisi də 

islamaqədərki  etiqadlarında  qalmıĢdılar.  Əl-Ġstəxrinin  məlu matına  görə,  onun  bu 

yerlərdə  olduğu  vaxt,  yəni  təqribən  X  əsrin  20-30-cu  illərində  də  Qabh  (Qafqaz) 

dağında  bir  ço x  mü xtəlif  dilli  "kafirlər"  yaĢayırdılar.  XII  əsrin  30-40-cı  illərində 

Azərbaycanın  bir  sıra  Ģəhər  və  kəndlərini  gəzmiĢ  əndəluslu  Əbu  Həmid  əl-Qərnati 



158 

 

Dərbənd  yaxınlığındakı  dağ  kəndlərində  "islamı  qəbul  etməmiĢ,  hətta  cizyə  də 



verməyən",  dəfn  mərasimlərinə  görə  atəĢpərəst  olduqları  görünən  adamlara  rast 

gəlmiĢdi.  Ġslamı  qəbul  etmiĢ  xalqlar,  o  cümlədən  azərbaycanlılar  arasında  bəzi  dağ 

kəndləri  sakinlərinin  nəinki  öz  etiqadlarını,  hətta  dillərini  də  qoruyub  saxlaya  bilmə 

səbəbini XIV əsrin ikinci yarısı, XV əsrin əvvəlində yaĢayan ərəb tarixçi-filosofu Ġbn 

Xəldunun  fikri  ilə  izah  etmək  olar.  Onun  rəyincə,  "ərəblər  dağlıq  yerlərə  deyil,  düzən 

yerlərə  hücum  etməyə  meyillidirlər.  Çünki  dağlıq yerlərdə öz  məqsədlərinə  nail  olmaq 

onlar üçün asan olmur". 

Tədqiqatçıların  fikrincə,  islamın  erkən  çağında  onu  ilk  növbədə  ərəblərin 

simasında  özlərinə  arxa  tapmaq  istəyən  yerli  əyanlar  qəbul  edirdilər.  Ġslamı  qəbul 

etməklə  onlar  öz  mülklərini  və  torpaqlarını  da  qorumuĢ  olurdular.  Mənbələrin  və 

arxeoloji  materialların  öyrənilməsi  sübut  edir  ki,  islam  Azərbaycanın  Ģimalında, 

cənubunda olduğundan daha gec mənimsənilmiĢdi. ġəhərlilər islamı  kəndlilərə n isbətən 

daha  həvəslə  qəbul  edirdilər.  Akademik  Z.Bünyadovun yazdığına  görə,  ərəb  iĢğalı 

dövründə kəndlilərə nisbətən daha ağır cizyə ilə yüklənmiĢ Ģəhərlilərin,  xüsusilə tacir 

və sənətkarların  islamı  ilk  növbədə qəbul  etmələri  onların  öz  varidatlarını  qorumaq 

cəhdindən,  ərəb  üsul-idarəsinin  isə  tacir  və  sənətkarlara  daha  böyük  güzəĢtlər 

verməsindən irəli gəlir.  X əsr mənbələri (əl-Məsudi)  müsəlman Ģəhərlilər və  xristian 

kəndlilər  haqqında məlumat verirlər. Görünür, buna görə də xəlifə I Ömərin fərmanına 

görə, islamı qəbul etmiĢ kəndli, hətta xəzinədən mükafat da alırdı. Bundan baĢqa, islamı 

qəbul  etmək  həmin  adamları  nəzəri olaraq  müsəlman  ərəblərlə bərabərləĢdirirdi.  Yeni 

dinə  keçənlərin  böyük  bir  hissəsi  müsəlman  ordusuna  yazılır,  bununla  da  ərəblərlə 

bağlanılmıĢ müqavilələrin Ģərtinə görə cizyədən azad edilir, müharibə qənimətlərindən 

ərəblərlə  bərabər  istifadə  edirdi.  Ġslamı  qəbul  etmiĢ  qeyri-ərəblər  yerli  əhalinin 

"məvla" (cəmdə - "məvali") adlandırılan qrupunu təĢkil edirdilər. Hələ  islamaqədərki 

Ərəbistanda geniĢ yayılmıĢ bu istilah əslində "kimdənsə asılı" mənasında iĢlədilirdi, özü 

də yalnız qan qohumluğu ilə bağlı olanlar deyil, baĢqa qəbilədən hamiliyə götürülənlər 

də nəzərdə tutulurdu. Ərəb iĢğalı dövründə isə bu termin yalnız "kiminsə qeyri-ərəb 

adamı"  mənasını  verir,  həmin  adam  ya  müəyyən  bir  Ģəxsin  (mütləq  ərəbin)  və  ya 

qəbilənin (mütləq ərəb qəbiləsinin) adamı -  məvlası olurdu. Məvalilər onlara hamilik 

edən adamın və ya qəbilənin yanına köçür, hərbi yürüĢlərdə onları müĢayiət edirdilər. 

Azərbaycan  iĢğal  edildikdən  sonra  Arran  əhalisinin  bir  hissəsi,  Cənubi 

Azərbaycan  əhalisinin  böyük  hissəsi  islamı  qəbul  etməyə  baĢladı.  Məvalilərin  sayı 

gündən-günə artırdı. Lakin islamın Azərbaycanın xüsusilə Ģimal hissəsində sidq-ürəklə 

mənimsənilməsi və baĢdan-baĢa qərarlaĢması uzun çəkən bir proses oldu. Bu prosesin 

birinci  mərhələsində  islamı  yayan  əsas  qüvvə  baĢlıca  olaraq  ərəb lərin  özləri  idisə, 

islamın  mədəni  gücünün  artdığı  IX  əsrin  sonu  -X  əsrin  əvvəllərində  bu  iĢi  islamı 

qəbul  etmiĢ  yerli  əhali  özü  görürdü.  Yu xarıda  gördüyümüz  kimi,  iĢğal  prosesində 

bağlanılmıĢ  müqavilələrə görə,  ərəblərin siyasi  hakimiyyətini qəbul  etmiĢ "əhli  Kitab" 

yerli əhali könüllü olaraq istədiyi dini seçə bilərdi; lakin ilk ərəb təcavüzündən bir neçə il 

keçmiĢ, xəlifə Əlinin dövründə Azərbaycanın iĢğal edilmiĢ torpaqlarında yerləĢdirilmiĢ 



159 

 

ərəblər yerli əhalini islama dəvət etmək tapĢırığını aldılar. Məhz həmin dövrdə Cənubi 



Azərbaycanın baĢ Ģəhəri elan edilmiĢ Ərdəbildə o zaman Azərbaycanın  hakimi  təyin 

edilmiĢ  əl-ƏĢas  ibn  Qeys  məscid  tikdirdi.  Ġlk  vaxtlar  belə  məscidlər  ancaq  ərəb 

qəbilələrinin  yerləĢdirild ikləri  Ģəhərlərdə  fəaliyyət  göstərirdisə,  sonralar  Azərbay -

canın  hər  bir  yaĢayıĢ  məntəqəsində  kiçik  və  böyük  məscidlər  tikildi. Artıq X əsrdə 

Azərbaycanın demək olar, bütün Ģəhərlərində came (ellik) məscidləri vardı. Hətta X əsrin 

məĢhur  coğrafiyaĢünas-səyyahı  əl-Müqəddəsi  Ģəhəri  kənddən  fərqləndirən  əsas 

cəhəti  məhz  hər  hansı  yaĢayıĢ  yerində  came  məscidin  olmasında  görürdü. 

"Dərbəndnamə"nin məlumatına görə, 733/734-cü ildə əməvi sərkərdəsi Məsləmə ibn 

Əbdülməlik  Dərbənddə  olan  came  məscidindən  baĢqa  daha  yeddi  məhəllə  məscidi 

(Xəzər, Fələstin, DəməĢq, Qeysəri, əl-Cəzirə və Mosul) tikdirməyi əmr etdi. Ayrı-ayrı 

millətlərin,  daha  doğrusu,  tayfaların  yaĢadığı  məhəllələrdə  tikilən  bu  məscidlərə 

ərəblərlə  yanaĢı,  islamı  qəbul  etmiĢ  qeyri-ərəblər  -məvalilər  də  gəlird ilər. 

Mənbələrin  məlu matına  görə,  məh z  Dərbənd  islamı  "kafirlərin"  yaĢadıqları  ətraf 

dağlıq  ölkələrə  yayırdı.  869-cu  ildə  Dərbənddə  məskunlaĢmıĢ  ərəb  nəslindən  olan 

HaĢim əs-Su ləmi bu Ģəhər-dövləti  müstəqil elan ed ib,  Dərbənd əmirliy inin əsasını 

qoyduqdan sonra vaxtaĢırı qonĢu qeyri-müsəlman dağlılar üzərinə dini bayraq altında 

iĢğalçılıq yürüĢləri təĢkil edirdi. Dağ yerlərində islamlaĢma uzun proses Ģəklini alsa da, bu 

yürüĢlər  bəzi  dağlıların  zorla,  bəzilərinin  isə  könüllülük  prinsipi  əsasında  gec-tez 

müsəlmanlaĢmasına gətirib çıxartdı. 

Öz əvvəlki dini etiqadını saxlayan "zimmi" adlandırılan yerli əhali "dövlətlinin 

dövlətinə görə, varlının varına görə, kasıbın kasıblığına görə" can vergisi verirdi. Lakin 

artıq  Əməvilər  Xilafəti  dövründə  çox  vaxt  öz  Ģəxsi  mənfəətlərini  güdən  xəlifə 

caniĢinləri Quranın (9, 29) cizyənin yalnız zimmilərdən tutulması haqqında buyuruğunu 

pozaraq, yeni müsəlmanlardan - məvalilərdən də vergi almağa baĢladılar. Beləliklə, baĢqa 

dinə mənsub olanlardan tutulan can vergisi-cizyə həm  müsəlmanlardan, həm də qeyri-

müsəlmanlardan alınan adi vergiyə çevrildi. Belə siyasət xalq kütlələrinin narazılığına və 

bunun  nəticəsi  olaraq  xəlifə  II  Ömərin  (717-720)  caniĢinlərə  yeni  müsəlmanlardan 

cizyə  toplanmasını dayandırmaları göstəriĢini verməsinə səbəb oldu. Ancaq II Ömərin 

ölümündən  sonra  can  vergisinin  alınması  yenidən  bərpa  edildi,  onu  ödəməyənlərə 

qarĢı mü xtəlif cəza tədbirləri görüldü. 

Ġslam  bütpərəstliyin və çoxallahlılığın  bütün  formalarına qarĢı  müharibə  elan 

etdi, səcdə məqsədilə canlı varlığın Ģəklini çəkməyi yasaq etdi. Məhz bu addım islamın 

yayılması ilə Azərbaycanda təsviri incəsənətin tətbiq dairəsinin məhdudlaĢmasına gətirib 

çıxartdı. 

Beləliklə,  ilk  ərəb  iĢğalından  keçən  təqribən  üç  əsr  ərzində  bütün 

Azərbaycan  əhalisinin  əksəriyyəti  islamlaĢdı,  azərbaycanlılarla  yanaĢı,  ərəb  iĢğal 

dairəsinə düĢmüĢ qonĢu xristian xalqları isə öz əvvəlki dinlərini saxladılar; bunun əsas 

səbəbi  Azərbaycan  ərazisində  - həm  Ģimalda  və həm  də  cənubda,  dini  etiqadca büt-

pərəst və atəĢpərəst olan qeyri-xristian albanların, türkdilli və irandilli tayfa və xalqların 

üstünlük  təĢkil  etməsi  idi.  Məhz  onlar,  öz  xoĢları  ilə  islamı  qəbul  etmiĢ  dönmə 



160 

 

xristianlarla  birlikdə  Qafqazın  ilk  müsəlmanları  oldular.  ĠslamlaĢdırmanın  ilk 



mərhələsində xoĢ-güc qəbul edilmiĢ din yalnız müəyyən vaxt keçdikdən sonra, xüsusilə 

islamın  mədəni  gücünün  təsirilə  sidq-ürəklə  qavranılmıĢ  və  mənimsənilmiĢ  inama 

çevrild i. 

Albaniya  əhalisinin  xey li  hissəsi  hakim  sülalənin  nü mayəndələri 

Mihranilərlə  birlikdə  dövlət  dini  elan  edilmiĢ  xristianlığa  etiqad  edirdilər.  QonĢu 

xristian  ölkələrində  olduğu  kimi,  burada  da yunan  diofizi  dini  etiqadından  kənara 

çıxan  mü xtəlif  bidətçi  cərəyanlar  fəaliyyət  göstərirdi;  bu  cərəyanların  qriqorian 

təriqətinə  düĢmən  olan  üzvləri  bu  dövrdə  amansızlıqla  təqib  olunurdular.  Alban 

kilsəsinin  təqib  olun masında,  onun  sərbəstlik  və  müstəqillik  hüququnun 

pozulmasında  ermən i  qriqorian  kilsəsi  xüsusi  rol  oynayırdı.  Alban  kilsəsini  öz 

nüfuzuna  tabe  etmək  istəyən  erməni  katolikosları  məqsədlərinə  çatmaq  üçün, 

Sasanilər  dövründə  olduğu  kimi,  ərəb  hökmranlığı  dövründə  d ə  Xilafətin  hərbi 

qüvvələrinin  kö məyinə  əl  atırdılar.  Cənubi  Qafqazda  özlərinə  arxa  axta ran 

Əməvilər ermənilər və albanlar arasındakı təfriqəçilikdən bacarıqla istifadə edərək, 

alban kilsəsinin ermən i kilsəsinə tabe olunması üçün Ģərait yaratdılar.  

Sonralar  diofiziliyə  qarĢı  hər  yerdə  mübarizə  aparan  erməni  kilsəs i  alban 

ruhanilərini ö z  mövqelərindən sıxıĢdırıb çıxartdı və ö lkən in ərəblər üçün əlçatmaz 

dağ  yerlərində  yaĢayan  alban  əhalisini  qriqorianlaĢdırmağa  baĢladı.  Bu  proses 

nəticəsində,  ərəb  müəlliflərinə  görə,  hələ  X  əsrdə  də  Bərdə  və  onun  ətraflarında 

iĢlədilən alban-arrani d ili, eləcə də alban ədəbiyyatı abidələri tədricən yo xa çıxd ı.  

Ancaq  qriqorianlaĢdırma  prosesi  və  bunun  nəticəsi  olan  erməniləĢdirmə 

albanların  kəskin  müqaviməti  ilə  üzləĢdi.  XIII  əsrdə  Gəncədə  yaĢamıĢ,  mənĢəcə 

alban  olan  tarixçi  Kirakos  yazırd ı  ki,  yalnız  alban  "rəislərinin",  yəni  zadəganların 

çoxu  erməni  dilini  bilir  və  bu  dildə  danıĢırdılar.  Deməli,  hətta  XIII  əsrdə  belə, 

Albaniya əhalisinin hamısı erməni dilini b ilmir və ö z ana dilində danıĢırdı.  

Ġ.P.PetruĢevskinin  haqlı  qeydinə  görə,  erməni  kilsəsi  Albaniyada  "ölkəni 

erməniləĢdirmək  aləti  olmuĢdu.  Onun  bu  rolu  VIII  əsrin  baĢlanğıcın dan  etibarən, 

yəni  ermən i  monofizi  [kilsəsinin]  katolikosu  Yeqiya  (Ġliya)  xəlifənin  kö məyi  ilə 

xalkidonçuluq (diofizilik)  mövqeyində duran alban katolikosu Nersesi devirdikdən 

və  ermən ipərəstlər  -  monofizilər  tərəfindən  Albaniyada  xalkidonçuluq  (pravoslav 

yunanpərəst  və  gürcüpərəst)  hərəkatı  yatırıld ıqdan  sonra  xüsusüə nəzərə  çarpırdı, 

bu  hərəkat  ruhanilər  və  knyazların  bir  hissəsi  tərəfindən  alban  kilsəsinin  erməni 

kilsəsindən müstəqilliyini qoru maq cəhdini əks etdirirdi". 

Bu  vaxtdan  etibarən,  xristian  qaydası  ilə  ruhanilərin  baĢına  əl  qoyub, 

onları  keĢiĢliyə  keçirmək  hüququ  alban  katolikoslarından  erməni  katoli koslarına 

keçir;  Moisey  Kalankatlının  yazdığ ına  görə,  Albaniyada  bundan  sonra 

xalkidonçuluğa  rəğbət bəsləyən  hər  kəs  "qılıncla  və  əsarətdə  məhv  edilməli"  idi. 

Bəzi  tədqiqatlarda  iĢlədilən  "erməni  A lbaniyası",  "erməni  albanları"  ifadələri  elə 

buradan törənmiĢdir. 

Beləliklə,  keçmiĢ  alban  vilayətləri,  o  cümlədən  Arsax  (indiki  Qarabağın 



161 

 

dağlıq  hissəsi)  Ġ.P.PetruĢevskinin  gəldiyi  nəticəyə  görə,  "heç  bir  zaman  erməni 



mədəniyyəti  mərkəzlərinə  mənsub  olmamıĢdır".  MəĢhur  ermən i  tədqiqatçısı 

N.Adontsun fikrincə. "Arsax hə miĢə erməni nüfu z dairəsindən kənarda olmuĢd ur". 

Ġ.P.PetruĢevskinin  yazdığına  görə,  "erməni  kilsəsi  Arran  xalqların ın  erməniləĢmiĢ 

nəsilləri  arasında  heç  olmazsa  Sünikdə  Orbelyanların  nahararlığ ı  dövründə  və 

sonralar göstərdiyi mədəni təsiri göstərə bilmədi".  

Beləliklə,  ermən i  kilsəsi,  ərəb  iĢğalçıların ın  kö məy ilə,  VIII  əsrin  

baĢlanğıcından  etibarən  ərəb vilayəti  Arrana  çevrilən  keçmiĢ  Albaniyanın  xristian 

əhalisini  qriqorianlaĢdırmağa  baĢladı.  Ço x  uzun  sürən  bu  proses  Eçmiadzin in 

dəfələrlə  müraciətindən  sonra  alban  katolikosluğunun  çar  Rusiyası  tərəfindən 

1836-c ı  ildə  ləğv  edilməsi  ilə  baĢa  çatdı.  Bu  gün  tarixi  Azərbaycan  ərazisin in 

(tarixi  Sünik, Arsax, Xaçın, eləcə də müasir Sisyan, Basarkeçər və s. yerlərin) bəzi 

kəndlərinin  köklü  (sonradan  köçüb  gəlmə  yo x)  erməni  əhalisi  "ermən i  kilsəsinin 

etiqadına 

qoĢulmuĢ  və  ermən ilərə  qarıĢ mıĢ"  (A.Ġoannesyan)  albanların 

nəsillərindəndir.  Bu  yaxın laradək  onların  qonĢuluğunda  yaĢayan,  indi  isə  erməni 

təcavüzü  nəticəsində  qaçqına  çevrilən  azərbaycanlıların  bir  qis mi  isə  mü xtəlif 

səbəblərdən  islamı  qəbul  etmiĢ,  hə min  ermən ilərdən  yalnız  d illəri  ilə  fərqlənən 

qədim alban soylarındandır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


162 

 

VIII FƏSĠL 



 

VII-X ƏSRLƏRDƏ AZƏRBAYCANDA SOSĠAL-

ĠQTĠSADĠ MÜNASĠBƏTLƏR 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin