TarġXĠ III-XIII əsrin I rübü


§ 3. ƏRƏBLƏRĠN  AZƏRBAYCANA YÜRÜġLƏRĠ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   12   13   14   15   16   17   18   19   ...   45
§ 3. ƏRƏBLƏRĠN  AZƏRBAYCANA YÜRÜġLƏRĠ 

 

Mənbələrdəki ziddiyyətli faktlara baxmayaraq, ərəblərin Sasani  imperiyasının 



Xəzərsahili vilayətlərinə, o cümlədən Azərbaycana real hücumu, yalnız 642-ci ildə baĢ 

verən  Nihavəndin  və  Həmədanın  fəthindən  sonra  mümkün  oldu.  Tədqiqatçıların 

fikrincə  (A.Ġ.Kolesnikov),  əhəmiyyətinə  və ciddi  nəticələrinə  görə  ərəblər  üçün  çox 

qələbələrdən  üstün  olan  Nihavəndin  süqutu  iranlıların  milli  Ģüurlarına  ağır  zərbə 

endirdi.  Tarixçi  ət-Təbərin in  dili  ilə  desək,  o  gündən  iranlıların  birliyi  pozuldu. 

Bundan belə hər vilayətin əhalisi düĢmənlə yalnız öz vilayəti hüdudlarında döyüĢürdü. 

Əl-Bəlazurinin verdiyi məlumata görə, Nihavənd döyüĢündən bilavasitə sonra ərəblər 

Həmədan-Rey  yolu  üstündə  yerləĢən,  alimlərin  fikrincə,  o  dövrdə  hələ  Ģəhər 

səviyyəsinə  yüksəlməyən  və  adi  qalalardan  olan  Qum  və  KaĢanı  tutdular.  Bu 

qələbələrdən  sonra  qədim  Midiya  ərazisində  möhkəmlənən  ərəblər  Ģimala  doğru 

istiqamət götürdülər. 

Ərəblərin  A zərbaycana  tərəf  yollarının  üstündəki  ilk  vilayət  Rey  idi.  Bu 

Ģəhəri  tutmaq  üçün  ərəblər  Həmədan-Rey  vilayətləri  ayrıcındakı  Dəstəbə  sərhəd 

nahiyəsini iĢğal etdilər, onun qalalarında isə hərbi qarnizonlar yerləĢdirdilər. Məhz bu 

qarnizonlardakı ərəb əsgərləri Azərbaycana və Ġranın Xəzəryanı vilayətlərinə ediləcək 

yürüĢlərə hazırlıq görürdülər. 

Ərəb  iĢğalının  müsibətli  nəticələrini  yaxĢı  dərk  edən  Azərbaycandan, 

Deyləmdən  və  Reydən  olan  qeyri-nizami  qoĢunlar  Dəstəbə  yaxınlığındakı  Vacrud 

adlı yerdə toplaĢdılar. Burada baĢ verən qanlı döyüĢü ət-Təbəri hər iki tərəf üçün ağır 

itkilərinə  görə  Nihavənd  və  baĢqa  böyük  vuruĢmalarla  müqayisə  edir:  "Nihavənd 

vuruĢmasına bərabər, ondan geri qalmayan böyük bir döyüĢ oldu, bu böyük vuruĢmada 

saysız-hesabsız adam qırıldı". 

Ərəblərin qalib gəldiyi bu ağır vuruĢmada azərbaycanlı döyüĢçülərin baĢında 


134 

 

Azərbaycan mərzbanı Ġsfəndiyar ibn Fərruxzad dururdu. Reydən yarımçıq qayıtdıqdan 



sonra  o,  seyrəlmiĢ  qoĢununu  Azərbaycanın  Bacarvan,  Miməz,  Bəzz,  Sərab,  ġiz, 

Məyanic (Miyanə) və b. Ģəhərlərindən topladığı əsgərlərin hesabına artırdı. 

Nihavənd döyüĢündən düz bir il sonra, yəni 643-cü ildə, Reyin iĢğalı hələ tam 

baĢa  çatmamıĢ,  xəlifə  Ömərin  (634-644)  əmri  ilə  Bukayr  ibn Abdullah  və  Utba  ibn 

Farkadın  baĢçılıq  etdikləri  qoĢun  dəstələri  Azərbaycan  sərhədlərini  keçdilər. 

Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yanında Ġsfəndiyarın hələ yaxĢı möhkəmlənə 

bilməmiĢ  dəstələri  onları  qarĢıladı.  Mənbələrin  məlumatına  görə,  bu,  Bukayrın 

Azərbaycan  ərazisində  azərbaycanlılarla  ilk  toqquĢması  idi.  Bir  neçə  gün davam  edən 

qanlı döyüĢ ərəblərin qələbəsilə baĢa çatır. Qırılan qırılır, qaçan qaçır, Ġsfəndiyar özü isə 

əsir düĢür. 

Rey  yanındakı  döyüĢlərin  ərəblər  üçün  müvəffəqiyyətlə  baĢa  çatdırılması, 

xəlifənin  Bukayra  kömək  göndərmək  haqqında  əvvəlki  əmrinin  yerinə  yetirilməsinə 

imkan yaradır. Sərkərdə Simak köməyə göndərilir. Çox keçmədən Ġsfəndiyarın qardaĢı 

Bəhramın  baĢçılığı  altında  təĢkil  olunmuĢ  yeni  qoĢun  Utba  ibn  Farkadın  dəs təsinə 

hücum edir. Ərəblər bu dəfə də qələbə qazanırlar. Bəhram zorla qaçıb canını qurtarır. 

Hələ  də  Bukayrın  yanında  əsirlikdə  qalan  Azərbaycan  mərzbanı  Ġsfəndiyar  isə  bu 

hadisədən  sonra  ərəblərlə  sülh  müqaviləsi  imzalamalı  olur.  Bu  müqaviləyə  görə 

Azərbaycan əhalisi "imkanları  daxilində" can vergisi  - cizyə  ödəməli idi; "qadınlar və 

uĢaqlar, həmçinin yaĢamaq üçün vəsaiti olmayan xroniki  xəstələr, dünya malından heç 

nəyi olmayan zahidlər" bu vergidən azad olunurdular. 

Yeni  hakimiyyət  Azərbaycanın  bütün  əhalisinə,  "onun  düzlərində, 

dağlarında, ucqar və sərhəd yerlərində yaĢayanlarına, onların əmlakına, dini icmalarına, 

qanunlarına, qaydalarına aman" verməyi öz üzərinə götürürdü. 

Cərmidan yanındakı döyüĢ bu vaxtadək bir çox döyüĢləri zəfərlə  baĢa çatdıran 

ərəblərin  Ģimala  -  Albaniyaya,  Qafqaza  olan  yolunu  açdı.  Xəlifə  Ömərin  əmri  ilə 

Bukayr,  sərkərdə  Utba  ibn  Farkadı  xəlifənin  Azərbaycandakı  amili  vəzifəsinə  təyin 

edib, özü isə ilk növbədə,  ərəblərin  Bab əi-Əbvab  ("Qapılar  qapısı")  adlandırdıqları 

Dərbəndin fəthinə hazırlıq görməyə baĢladı; çünki ərəblər  yaxĢı baĢa düĢürdülər ki, 

Ģimal  sərhədlərini  möhkəmləndirmədən,  Qafqaz  keçidlərini,  o cümlədən  Dərbəndi  öz 

nəzarətləri altına almadan Azərbaycanı, eləcə də Cənubi Qafqazın baĢqa vilayətlərini 

tabe etmək  mümkün olmayacaq. Buna görə də xəlifənin əmri  ilə  Bukayr elə həmin  il 

Dərbənd üzərinə hücuma keçdi. 

ġimal  yürüĢünün  çətinliklərini  əvvəlcədən  görən  xəlifə  Ömər 

sərkərdələrindən  Suraka  ibn  Əmri,  Huzayfa  ibn  Asid  əl-Qaffarini,  Həbib  ibn 

Məsləməni,  habelə  Əbd  ər-Rəh man  və  Salman  ibn  Rəbiə  əl-Bəhili  qardaĢlarını 

qoĢunları  ilə  birgə  Bukayrın  köməyinə  göndərdi.  Dəstələr  Dərbənd  divarı  yanında 

Bukayra çatdılar. Xəlifənin əmrilə birləĢmiĢ qoĢunların komandanı təyin edilən Suraka, 

Əbd  ər-Rəhman  ibn  Rəbiə  əl-Bəhilinin  dəstəsini  əsas qüvvənin qabağında,  Huzayfa 

və  Bukayrın  qoĢunlarını  sağ və sol  cinahlarda  yerləĢdirdi; son  zərbəni  isə  Salmanın 

dəstəsi endirməli idi. 



135 

 

Bu  zaman  Dərbəndin  hakimi  və  Sasanilərin  Ģimal  sərhədlərinin  mərzbanı 



məĢhur  və  qədim  nəslə  mənsub  olan  ġəhriyar  (və  ya  ġəhribərəz)  idi.  Azərbaycanın 

cənub  torpaqlarının  fəthi  xəbəri,  Ģübhəsiz,  ona  da  çatmıĢdı.  Ərəblərin  ön  dəstəsinin 

hücumu baĢlanan kimi,  mənasız qırğının qarĢısını almağa çalıĢan ġəhriyar bu dəstənin 

baĢçısı  Əbd  ər-Rəhmanla  danıĢıqlar  aparmaq  üçün  icazə  istədi;  sərkərdə  Suraka  ilə 

görüĢdən sonra  isə  özünün ərəblərə  tabe  olduğunu bildirdi, amma "quduz düĢmənə və 

əsli olmayan qaba xalqlara qarĢı" durmuĢ dərbəndlilərin can vergisindən azad olunmasını 

xahiĢ  etdi.  Nəhayət,  tərəflər,  xəlifənin  də  təsdiq  etdiyi  bu  imtiyazın  dərbəndlilərə 

verilməsinə razılaĢdılar: əli silah tutub, keçidin müdafiəsində duran və öz əvvəlki dini 

etiqadlarını  saxlayan  yerlilər  ərəb  əsgəri  xid mətində  olduqları  ilin  cizyəsindən  azad 

edilirdilər. 

Dərbəndin alınması ilə Ģimal tərəfdən təhlükəsizliyi  müvəqqəti də olsa təmin 

etmiĢ  Suraka  ibn  Əmr  yeni torpaqlar  ələ  keçirmək  məqsədilə  xəlifə  ilə  razılaĢmadan, 

Bukayrı  Muğan,  Həbib  ibn  Məsləməni  Tiflis,  Huzayfanı  Alan  ölkəsi,  Salman  ibn 

Rəbiəni  isə  ərəblərin  Arran  adlandırdıqları  Albaniya  üzərinə  göndərir.  Surakanın  bu 

özbaĢına hərəkəti  xəlifə  Öməri  narazı  salır.  Çünki, onun  fikrincə,  Suraka  iĢğal  etmək 

istədiyi yerlərin nə geniĢ ərazisini, nə də saysız qoĢununu nəzərə almamıĢdı. Doğrudan 

da, göndərilən sərkərdələrdən yalnız Bukayr tapĢırığı yerinə yetirir. Muğan fəth olunur. 

Qalan  yerlərdə  isə  güclü  müqavimətlə  rastlaĢan  ərəblər  yalnız  əldə  edə  bildikləri 

qənimətlə  kifayətlənməli  olurlar.  Muğan  əhalisi  ilə,  görünür,  artıq  644-cü  ildə 

bağlanılmıĢ müqavilənin Ģərtlərinə görə "gərək hər həddi-büluğa çatan bir dinar və ya 

onun dəyərində cizyə ödəsin,  müsəlmana qarĢı sə mimi olsun, ona  [azanda] yolunu 

göstərsin,  bir  gün-bir  gecə  [evində]  saxlasın...  Ancaq  əgər  onlar  üz  döndərib  əhdi 

pozsalar, axırıncı fitnəkaradək hamını təslim etməsələr, onlara aman olmayacaq". 

Bu  yürüĢ  zamanı  ərəblər  xəlifə  Ömərin  əmrilə  Dərbənddən  Ģimalda  olan 

Xəzər  torpaqlarını da tutmağa cəhd göstərdilər.  Növbəti  hücuma,  həmin  il  vəfat etmiĢ 

Surakanı Dərbənd sərhəd xəttinin rəisi vəzifəsində əvəz edən Əbd ər-Rəhman əl-Bəhili 

baĢçılıq  edirdi.  Ərəb  atlılarının  ilk  hücumu  uğurlu  oldu:  xəzərlərin  əl-Beyda Ģəhəri 

tutuldu.  O  dövrün  tarixçilərinin  fikrincə  bu  qələbədə  ərəblərin  qeyri-adiliyi,  hətta 

ölməzliyi haqqında xəzərlər arasında yayılmıĢ əfsanənin də rolu az deyildi. Lakin çox 

keçmədən  bu  əfsanə alt-üst oldu. Xəlifə Osmanın hakimiyyətinin (644-656)  ilk  ilində 

də  xəzərlərə  qarĢı  basqınları  davam  etdirən  ərəblər  növbəti  hücumlardan  birində 

darmadağın  edildilər.  Əbd  ər-Rəhman  özü  öldürüldü,  qoĢun  geri  çəkildi.  Ərəblərin 

Azərbaycana birinci yürüĢü baĢa çatdı. 

Beləliklə,  643-644-cü  illərdə,  xəlifə  Ömərin  dövründə,  ərəblər  tarixi 

Azərbaycan  ərazisinin  yalnız  cənub  və  Dərbəndədək  Xəzər  sahili  torpaqlarını  tuta 

bildilər.  Lakin  bu  iĢğalın özülü hələ  möhkəm  deyildi.  Hətta  644-645-ci  illərdə,  xəlifə 

Ömərin  ölümündən  sonra  mərkəzdə  baĢ  verən  siyasi  sabitsizlikdən  istifadə  edən 

azərbaycanlılar  üsyan  edərək,  ərəblərin  onlarla  bağladıqları  müqavilələrin  Ģərtlərini 

yerinə  yetirməkdən  imtina  etdilər.  Xilafətin  yeni  baĢçısı  Osmanın  Azərbaycana 

göndərdiyi sərkərdə əl-Valid ibn Ukbanın rəhbərlik etdiyi ordunun hücumu ilə ərəblərin 



136 

 

Azərbaycana yeni  -ikinci  yürüĢü  baĢlandı.  Bu  yürüĢdə  birinci  yürüĢ  zamanı  ad  çıxarmıĢ 



Salman ibn Rəbiə və Abdallah ibn ġubeyl kimi sərkərdələr iĢtirak edirdilər. 

Abdallahın  baĢçılıq  etdiyi  dörd  minlik  qoĢun  Muğan,  Bədr  və  Taylasana 

(TalıĢana) soxularaq  bu  Xəzəryanı  torpaqları  yenidən  iĢğal  etdi,  qənimət  və  əsirlərlə 

əl-Validin  qərargahına  qayıtdı.  Azərbaycan  (cənub  hissəsi)  yenidən  iĢğal,  köhnə 

müqavilə  isə  bərpa  edildi.  Müqavilənin  Ģərtlərinə  görə,  azərbaycanlılar  təzminatla 

yanaĢı 800 min dirhəm verməyə boyun oldular. 

Bu yürüĢ zamanı əl-Validin on iki  minlik ön dəstəsinə baĢçılıq edən  Salman 

ibn  Rəbiənin  əsgərləri  ətraf  əhalini  qorxutmaq  məqsədilə  Albaniya  ərazisinə  hücum 

edərək, oranı  talayıb çapdılar  və  zəngin  qənimət  və  əsirlərlə  əl-Validin  qərargahına 

qayıtdılar.  Gevondun  məlumatına görə,  xəlifə  orduları  "Midiya  (Cənubi Azərbaycan) 

kəndlərini  və  Naxçıvan  obalarını  xaraba  qoydular.  KiĢilərin  çoxunu  öldürdülər, 

qalanlarını isə qadın və uĢaqlarla birlikdə əsir götürdülər və Culfa keçidindən Arazın o 

tayına  apardılar".  Yaln ız  bundan  sonra  vəzifəsini  b itmiĢ  hesab  edən  əl-Valid 

Xilafətin  nümayəndəsi  əl-ƏĢas  ibn  Qeysi  Azərbaycan  hakimi  təyin  edərək  paytaxta 

(Mədinəyə) qayıdır. 

Elə  həmin  il  xəlifə  Os man  iki  Qafqaz  yürüĢünün  iĢtirakçısı,  özünü  mahir 

sərkərdə  kimi  tanıtdırmıĢ  Salmanı  bu  zaman  Kiçik  Asiya  ərazisində  bizanslılarla 

vuruĢan  Həbib  ibn  Məsləmənin  köməyinə  göndərdi.  Birgə  qüvvələrlə  onlar 

bizanslıların  hücumunu  dəf  edərək,  Qaliqala  və  b.  Ģəhərləri  ələ  keçirdilər.  Ərəb 

tarixçilərinin (ət-Təbəri, əl-Bəlazuri, əl-Yəqubi, əl-Kufi)  məlu matına görə bu yürüĢ 

zamanı Həbib ermənilərin yaĢadıqları ərazidən  keçərək, Gürcüstan torpaqlarına daxil 

olur və Tiflisi iĢğal edir. Beləliklə, bu dövrdən, yəni 644-cü ildən, Tiflis öz civarları 

ilə birlikdə Xilafətin Arran vilayəti tərkibinə daxil olur və müsəlmanların uzun müddətli 

tabeliyinə keçir. 

Hələ  Gürcüstan  hüdudlarına  yetiĢməmiĢ,  Salman  ibn  Rəbiənin  altı  minlik 

dəstəsi  Albaniyanın  Sünik  (Sisəcan,  Sisəkan)  vilayəti  ərazisində  Həbibdən  ayrılır. 

Azərbaycanın Ģimal hissəsinin tam iĢğalını baĢa çatdırmaq cəhdilə edilən yürüĢ baĢlanır. 

O dövrün tarixçisi yazırdı: "Salman ibn Rəbiə onun əsgərlərinə düĢmənçilik göstərənləri 

məhv edir, rastına çıxan Ģəhər və qalaları tuturdu. Sonra o, düĢməni (burada ərəblərin 

düĢməni - yerli əhali idi. - N. V.) qıra-qıra Arran ölkəsindəki Beyləqan Ģəhərinə yetiĢdi". 

Beyləqan  cizyə  ödənilməsi,  əhalinin  "həyatı  və  əmlakının",  habelə  "Ģəhər  divar-

larının"  saxlanılması  Ģərtləri  ilə  Salmana  döyüĢsüz  təslim  oldu.  Sonra  ərəb  qoĢunu 

Bərdəyə  doğru  istiqamət  götürdü,  lakin  mənbələrin  məlumatına  görə  bərdəlilər, 

beyləqanlılardan  fərqli  olaraq,  Ģəhər  qapılarını  ərəblərin  üzlərinə  bağladılar.  Salman 

Ģəhərin bir neçə fərsəxliyində axan Tərtər çayının sahilində düĢərgə salıb, müqavimət 

göstərən  bərdəliləri  zəiflətmək  məqsədilə  "Ģəhər  ətrafında  biçini  artıq  baĢa  çatdırmıĢ 

kəndlərə  qarətçi  yürüĢlər  təĢkil  edir".  Müqavimətin  faydasız  olduğunu  baĢa  düĢən 

bərdəlilər də ərəblərlə sülh müqaviləsi bağlamalı olurlar. Mənbədə deyilir: "[Bərdəlilər] 

Ģəhər darvazasını [Salmanın] üzünə açırlar; o, Ģəhərə daxil o lub, bir qədər orada qalır". 

Ço x  keçmədən,  Bərdəni  tərk  edən  ərəb  süvari  dəstəsi  Albaniyanın  Arsax,  Uti, 



137 

 

Sakasena və b. vilayət və əyalətlərini tutmaqla Kürün sağ sahili torpaqların ın iĢğalını 



baĢa  çatdırır.  Qədim  Ģəhər  olan  ġəmkiri  ələ  keçirdikdən  sonra  Kürün  sol  sahilinə 

adlayan  ərəblər,  oradakı  Ģəhər  və  kəndləri  də  tutur,  Qəbələnin,  ġəkinin,  Hayzanın, 

ġirvanın,  ġabranın,  Məsqətin,  Lakzın,  Filanın,  Təbərsəranın,  yenidən  əl-Babın 

(Dərbənd) və b. yerlərin hakimləri ilə müqavilə bağlayırlar. 

Bağlanılan  sülhə  baxmayaraq,  ərəblər  getdikdən  az  sonra  Ģirvanlılar  və 

dərbəndlilər,  görünür  öz  qoĢunu  ilə  Dərbəndə  gəlmiĢ  xəzər  xaqanının  təhriki  ilə 

Xilafətlə  bağladıqları  müqavilələrin  Ģərtlərini yerinə  yetirməkdən boyun  qaçırırlar.  32 

(652-653)-ci ildə Salman ibn Rəbiə dörd minlik qoĢunu ilə yenidən Dərbəndə daxil olur 

və bu zaman artıq Ģəhəri tərk etmiĢ Xəzər ordusunun izi ilə  onların Bələncər Ģəhərinə 

doğru  irəliləyir.  BaĢ  vermiĢ  qanlı  döyüĢ lərdə  müsəlmanlar  basılır,  Salman  özü  isə 

öldürülür. Beləliklə, Azərbaycanın çox hissəsi yenidən ərəblərin itaətindən çıxır.  

Salmanın  ölümündən  iki  il  sonra  xəlifə  Osman  öz  sərkərdəsi  Həbib  ibn 

Məsləməni yeni qüvvələrlə Qafqaza göndərir. Bu dəfə Sirac Tayrda (ġirakda) düĢərgə 

salmıĢ Həbib ərəblərin birinci və ikinci yürüĢləri zamanı Qafqazda iĢğal etdikləri bütün 

yerlərin  hakimlərinə  və  camaatına  qasidlə  xəbər  göndərib,  onlardan  itaət  tələb  edir.  Az 

sonra  xəlifə  Osman  Həbibi  geri  çağıraraq,  Huzayfa  ibn  əl-Yəməni  Xilafətin  Qafqaz 

vilayətlərinin hakimi təyin edir. ĠĢğal olunmuĢ Ģimal torpaqlarını daha yaxĢı idarə etmək 

üçün  yeni  hakim  caniĢinliyin  iqamətgahını  640-cı  ildən  (Ermənistanın  fəthindən  bəri) 

yerləĢdiyi  Dəbildən  (Dvindən)  Bərdəyə  köçürür.  Lakin  Huzayfanın  özü  Mədinədə 

qalırdı,  Bərdəyə  isə  "əmisinin  nəslindən  olan  bir  adamı"  -  Su lat  ibn  Zafiri 

göndərmiĢdi. "Bütöv bir il orada hökmranlıq edən" Sulat, nəhayət, yerli əhalini özünə 

tabe edə bilir. 

Beləliklə, on ildən artıq müqavimətdən sonra Azərbaycanın Ģimal hissəsi də 

Ərəb  xilafətindən  asılı  vəziyyətə düĢdü.  Bu,  təkcə  ərəb qaynaqlarının  deyil,  həm  də 

yerli  müəlliflərin  (Gevondun,  Sebeosun  və  b.)  məlumatları  ilə  təsdiq  olunur.  Xilafət 

üçün  qarıĢıq  olan  684-685-ci  illərin  hadisələrindən  xəbər  verən  Gevond  yazırdı: 

"Ermənilər,  gürcülər  və  albanlar  otuzillik  itaətdən  sonra  [ərəblərə]  vergi  verməyi 

dayandırdılar".  Lakin, bu çox çəkmədi. Xilafət və Bizansın yeni hökmdarları  xəlifə 

Əbd  əl-Məlik  (685-705)  və  imperator  II  Yustinian  (685-711)  arasında  bağlanan 

saziĢdən sonra  Arran-Albaniya,  Moisey  Kalankatlının  sözlərilə  desək,  "üç  xa lqa  -

xəzərlərə,  taciklərə  (yəni,  ərəb lərə  -  N.V.)  və  yunanlara  (yəni,  Bizansa  -  N.V.) 

vergi ödəməyə" məcbur oldu. 

Ərəblər  bütün  Azərbaycanı,  habelə  bir  sıra  digər  Qafqaz  ölkələrin i  tabe 

etdikdən  sonra  ilk  illər  mü mkün  qədər  çox  vergi  alın ması  ilə  kifayətlənir,  bu 

ölkələrin  daxili  həyatına  çox  da  qarıĢ mırd ılar.  Xilafətin  hegemonluğunu  qəbul 

etmiĢ, lakin daxili  müstəqilliyin i saxlaya bilmiĢ bəzi yerli hakimlər, o cümlədən də 

CavanĢir,  bu  vəziyyətdən  istifadə  edərək,  ərəb  əsarətindən  xilas  olmağa  cəhd 

göstərirdilər. 

Hələ  Xilafətin  ilk  hücumlarından  sonra  yaranmıĢ  vəziyyətin  ağırlığ ını 

dərk  edən  alban  iĢ xanı  Varaz  Qriqor  ərəb lərlə  danıĢığa  girməyi  qət  etmiĢ  və 



138 

 

Moisey  Kalankatlının  yazd ığına  görə  "könüllü  surətdə  düĢmənə  tabe  olmuĢdu". 



Lakin əyilməz  CavanĢir, onun təhriki  ilə  Bizansın süzerenliyini  (himayəsini) qəbul 

edib,  imperator  II  Kons tant  tərəfindən  Ermən istan  batriki  və  sparapeti  kimi 

tanınmıĢ  sərkərdə  Teodoros  RĢtuni  ilə  müqavilə  bağlay ır.  CavanĢir  imperatordan 

"uzaq  xalq ı  (yəni  albanları)  yeni  təbəəliyə  qəbul  etməy i"  xah iĢ  edir.  Beləliklə, 

Albaniyanın  ilk  hökmdarlarına  məxsus  olan  bütün  vilayət  və  kəndlər  "nəsildən-

nəslə" imperator tərəfindən "proton - batrik" kimi tanın mıĢ CavanĢirə verilir. 

La kin  a z  sonra,  654-cü  ildə,  Teodoros  RĢtuni  Bizansla  əlaqələri  kəsərək, 

Sebeosun  məlu matına  görə,  təkcə  Ermənistanın  deyil,  " Qafqaz  dağları  və  Çola 

qapısınadək  Ġberiyanın,  Albaniyanın  və  Sünikin  ü zərində"  onun  hakimiyyətini 

tanımıĢ  xəlifə  ilə  saziĢ  bağlayır.  Bu  hadisədən  sonra  Cənubi  Qafqaz  v ilayətləri 

hakimlərinin  Teodoros  RĢtuni  ilə  ittifaq ının  möhkəmlən məsinə  mane  olmaq 

məqsədilə  Bizans imperatoru öz ordusunu bu ölkələrə göndərir. Moisey Kalankatlı 

Midiya  ərazisindəki  Kunqr  kəndində  (Cənubi  Azərbaycanın  Kinkivar  kəndi)  II 

Konstantla  CavanĢirin  görüĢü  haqqında  məlu mat  verir.  Ġmperatorun  hökmü  ilə  bu 

görüĢdə CavanĢirə padĢahlıq  xələti və "əbədi hökmdarın  xaçın ın bir h issəsi"  bəxĢ  

edildi.    "Alban    tarixi"nə  görə    Bizansın    CavanĢirə  göstərdiyi bu etimad onu gözü 

götürməyən erməni nahararlarının həsədinə səbəb oldu. CavanĢir isə imperatorun bəxĢiĢi 

olan  "Ġsayi  Məsihin  hər  Ģeyə  qalib  gələn  xaçı"  üçün  Girdiman  qalasında  gözəl  bir 

məbəd ucaldılması əmrin i verdi. 

Ərəb  qoĢunlarını  yenidən  Bələncər  yaxınlığında  darmadağın  etmiĢ  xəzərlər 

662-ci  ildə  Albaniyaya  soxuldular,  lakin  CavanĢirin  Kür  çayını  keçmiĢ  ordusu  ilə 

rastlaĢdılar  və  ciddi  məğlubiyyətə uğradılar.  Dövrün qaynağında  CavanĢirin  xəzərlərin 

baĢçısına  xitabən  dediyi  bu  sözlər  qalmıĢdır:  "Get,  Çoqanın  (yəni  Dərbəndin) 

qapısından gir və bir daha buralara qayıtma!"  

Lakin  iki  ildən  sonra  yenidən  albanların  torpaqlarına hücum  edən  xə zərlər 

gəlib Araz sahillərinə çıxd ılar, ço xlu mal-qara, habelə xeyli yerli sakini əsir apardılar. 

CavanĢir vassallığı qəbul etmək Ģərti ilə xəzərlərlə sülh bağlamağa məcbur oldu. SaziĢ 

CavanĢirin xəzər xaqanının qızına evlənməsi ilə möhkəmləndirildi. 

661-ci  ildə  sonuncu  "raĢidi"  xəlifə  Əli  ibn  Əbu  Talibin  (656-661) 

öldürülməsindən  sonra  Xilafətdə  baĢ  verən  siyasi  çevriliĢ  -  Əməvilər  sülaləsinin 

hakimiyyət  baĢına  gəlməsi  CavanĢiri  öz  siyasi  xəttini  dəyiĢməyə  vadar  edir. 

Ərəblərdən  özünü  zorla  qoruyan  Bizansdan  əli  üzüldüyü  üçün  o,  Azərbaycana  ola 

biləcək yeni ərəb yürüĢlərinin qarĢısını almaq məqsədilə ilk Əməvi xəlifəsi Müaviyə  ilə 

danıĢığa  girir.  CavanĢir  bunun  üçün  iki  dəfə  -  667  və  670-ci  illərdə  Xilafətin 

Əməvilər  dövrü  paytaxtı  DəməĢqə  gedir.  Nəticədə  Albaniya  rəsmi  olaraq  Xilafətə 

tabe dövlət elan edilir. Lakin yürütdüyü çevik siyasəti ilə Mihranilərin daxili müstəqil-

liyini qoruya bilən CavanĢir Albaniyadan Xilafət xəzinəsinə axan vergilərin miqdarının 

əvvəlkinin üçdə birinədək azaldılmasına nail olur. 

Beləliklə,  ilk  ərəb  iĢğallarından  sonra  Azərbaycanın  cənub  hissəsi  - 

Adurbadaqan  müstəqilliyini  tamamilə  itirərək  bilavasitə  xəlifə  caniĢinlərinin 



139 

 

hakimiyyətinə tabe olmuĢ, Ģimal hissəsi -Albaniya isə siyasi müstəqilliyini saxlamağa 



cəhd  göstərsə  də  Xilafətin  vassalı  kimi  vergi  ödəmək  Ģərtilə  ondan  asılı  vəziyyətə 

düĢmüĢdü. 

 

 

 



 

 

 

§ 4. I VARAZ TĠRĠDATIN HAKĠMĠYYƏTĠ VƏ 

AZƏRBAYCANIN QƏTĠ OLARAQ XĠLAFƏTĠN TƏRKĠBĠNƏ 

QATILMASI 

 

Moisey  Kalankatlının  sözləri  ilə  desək,  "dörd  xalqın  padĢahlıq  edən 



hökmdarların ın  hörmət  və  izzətin i  qazan mıĢ"  CavanĢirin  hakimiyyəti  dövründə 

Azərbaycanın Ģimal hissəsi - Albaniya (Arran) hələ bir  müddət özünün nisbi siyasi 

müstəqilliy ini  qoruyub  saxlaya  bildi.  Buna,  CavanĢirin  Ģəxsi  nüfuzu  və 

Albaniyanın  tutduğu  mühüm  strateji  mövqe  ilə  yanaĢı,  bu  zaman  Xilafətin  daxi-

lində  və  xaricində  baĢ  verən  hadisələr  -  Əli  ilə  ġam  hakimi  Müaviyə  arasında 

səltənət  uğrunda  gedən  mübarizə,  hakimiyyətə  gəlmiĢ  Müaviyənin  Bizansla 

apardığı müharibələr də Ģərait yarat mıĢdı. 

Lakin  CavanĢirin  siyasi  müstəqillik  naminə  ərəblərə  güzəĢt  siyasəti  bəzi 

bizanspərəst yerli hakimlərin narazılığ ına səbəb oldu. 680-ci  ilin sonlarında (və ya 

681-c i  ilin  əvvəllə rində)  CavanĢir  həmin  hakimlərin  təĢkil  etdiklər i  qəsd 

nəticəsində xaincəsinə öldürüldü. Onun qardaĢı  Varaz Pero zun oğlu  Varaz Tiridat 

alban  taxtında  əmisin i  əvəz  etdi.  Elə  bu  zaman  xəlifə  olmuĢ  I  Yəzid  (680 -683) 

Varaz  Tiridatı  "ġərq  vilayətlərinin  caniĢini,  Alban  padĢahlığının  və  Uti  əyalətin in 

hakimi" təsdiq etdi. 

CavanĢirin  qətli  onun  qayınatası,  Xəzər  xaqanı  Alp  Ġlitvərə  qisas  almaq 

bəhanəsi ilə A lbaniyaya qoĢun çəkmək imkan ı verdi. Tezliklə onun baĢçılıq etdiyi 

Xəzər  ordusu  Albaniya  hüdudlarına  so xulub,  yol  boyu  rastına  çıxan  kənd  və 

Ģəhərləri  talan  edə-edə  Uti  əyalətinə  yetiĢdi.  Xəzərlər  burada  çoxlu  əsir  tutaraq, 

üstəlik,  xey li  qənimət  ələ  keçirtdilər.  Sonra  isə  Lpin k  vilayətinə  qayıdaraq,  orada 

düĢərgə saldılar. 

681-c i  ildə  I  Vara z  Tiridat  alban  katolikos u  Yelia zarı  Xə zə r  xaqanın ın 

yanına  danıĢıqlara  göndərdi.  Katolikos,  CavanĢirin  qətlində  albanların  əli 

olmadığına  xaqanı  inandırmalı idi.  Verilən tapĢırığı  müvəffəq iyyətlə yerinə yetirən 

katolikos, hətta xəzərlərlə "sülh və qırılmaz dostluq" münasibətlərin in bərpas ına da 

nail  o ldu.  Lakin  Yeliazarın  bu  uğurlu  elçiliy i  alban-xəzər  münasibətlərin in 

yaxĢılaĢdırılması  istiqamətində  atılmıĢ  yalnız  ilk  addım  idi.  Ġkinci  addım 

Metskoqman  yepiskopu  Ġsrailin  baĢçılıq  etdiyi  nümayəndə  heyətinin  Alp  Ġlitvərin 


140 

 

Varaçanda  yerləĢən  qərargahına  göndərilməsi  oldu.  Hörmətlə  qarĢılanmıĢ  yepiskop 



Ġsrail  xəzərlərlə  sülh  bağlaya  bildi.  Moisey  Kalankatlının  Ģəhadətinə  görə,  Ġsrailin 

təbliğatından sonra, xaqan baĢda olmaqla, xəzərlərin bir hissəsi  xristianlığı qəbul etdi. I 

Varaz  Tiridata  göndərdiyi  məktubunda  xəzər  xaqanı  Ġsrailin  onun ölkəsində  yepiskop 

kimi qalmasını xahiĢ etdi. O, I  Varaz Tiridatı əmin edirdi ki, yalnız din birliyi "bizim 

barbar xalqların Albaniyaya basqınlarının qarĢısını ala bilər". Eyni xahiĢlə Xəzər xaqanı 

albanlarla  həmdin  olan  erməni  knyazı  Qriqori  Mamikonyana  və  erməni  katolikosu 

Səhəkə  də  müraciət  etdi.  Xəzərlərə  göndərdiyi  cavab  məktubunda  katolikos  Səhək 

yazırdı: "Biz  onun  (Ġsrailin )  həmiĢə  sizinlə  olmasına  razılıq  vermək  istərdik. Lakin 

bu  məsələnin həll olunmasında  müstəsna hüquq Albaniya patriarxı katolikos Yeliazara 

məxsusdur. Bu, onun iĢidir". 

Beləliklə, I Varaz Tiridat Ġsrailin Xəzər xaqanlığı ilə Albaniya  arasında yalnız 

vasitəçi rolunu oynamasına razılıq vermiĢdi. 

Lakin  Ġsrailin  xəzərlərlə  sülh  münasibətləri  yaratmaq  naminə  göstərdiyi 

fəaliyyəti  onların  Cənubi  Qafqaz  ərazisinə  yeni  basqınlarının  qarĢısını  ala  bilmədi. 

Çətinliklə əldə edilmiĢ sülh pozuldu: mərkəzdəki qeyri-sabitlik nəticəsində ucqar Ģimal 

vilayətləri  üzərində ərəb  nəzarətinin  zəifləməsindən  istifadə  edən  xəzərlər,  685-ci  ildə 

yenidən  Albaniya,  Ermənistan  və  Ġberiya  (Kartli)  torpaqlarına  daxil  oldular,  bir  çox 

vilayətləri  tutub  böyük qənimət  və  xeyli  əsir  əldə etdilər.  Yerli  qaynağın  məlumatına 

görə, "döyüĢ  zamanı  onlar  knyaz  Qriqori Mamikonyanı,  xeyli gürcü və alban  əyan  və 

knyazlarını qətlə  yetirdilər". 

Bu  mürəkkəb  dövrdə  Xilafətdəki  hakimiyyət  Əməvilər  sülaləsinin 

Mərvanilər qolunun banisi, cəmi bir il  xəlifəlik edə bilən  I Mərvanın (684-685) əlinə 

keçdi.  Məhz  bu  zaman  Xilafət  mərkəzində yaranmıĢ  müvəqqəti  qarıĢıqlıqdan  istifadə 

edən  albanlar  qonĢuluqda  yaĢayan  xalqlar  kimi  əsasən  vergi  verməklə  ifadə  olunan 

"otuzillik itaətdən sonra", "ərəblərə vergi ödəməkdən imtina etdilər". Lakin bu vəziyyət 

çox  çəkmədi.  VII  əsrin  80-ci  illərinin  ortalarından  baĢlayaraq  Cənubi  Qafqaz 

xəzərlərin,  ərəblərin,  bizanslıların at oynatdıqları iri döyüĢ meydanına çevrildi. Onlar 

əhalini amansızcasına qarət edir, əsir aparır,  maddi dəyərləri  məhv edirdilər.    Yalnız  

80-ci    illərin    sonlarına  yaxın    ərəb    xə lifəsi  Əbdülməlik  ibn  Mərvanla  Bizans 

imperatoru  II  Yustinian  arasında  barıĢıq  əldə  edildi.  ġərtə  görə,  Qa fqaz 

ölkələrindən  gələn  bütün  vergilər  iki  imperiya  arasında  bərabər  bölün məyə 

baĢlanıldı.  Lakin bu barıĢıq da uzun çəkmədi.  692-ci  ildə ərəblərlə bağlan mıĢ sülh 

müqaviləsini pozaraq, ġam ü zərinə hücum edən II  Yustinian  məğlubiyyətə uğradı. 

Əldə  ed ilmiĢ  qələbə  ərəb lərin  Qafqazdakı  mövqelərini  möh kəmləndird i.  693-cü 

ildə  xəlifə  ö z  qardaĢı  Məhəmməd  ibn  Mərvanı  əl-Cəzirə,  Azərbaycan  və 

Ərmin iyənin (Albaniya - Arran və Gü rcüstanın bir hissəsi ilə birlikdə) hakimi təyin 

edir. 

Lakin  Xilafətin  bölgədəki  hakimiyyəti  hələ  də  kifayət  qədər  möhkəm 



deyildi;  Albaniya  -  Arran  isə  ərəblə rdən  baĢqa bizanslılara  və  xə zərlərə  də  vergi 

ödəmək məcburiyyətində id i. 



141 

 

Bu  dözülməz  vəziyyət  xəzərlərlə  münasibətləri  qaydaya  sala  bilmiĢ  I 



Varaz Tiridatı imperatorla danıĢıq aparmaq üçün oğlanları Qaq ik və  Vardanla 699-

cu  ildə  Konstantinopola  getməyə  vadar  edir.  Lakin  arzu  edilən  müsbət  nəticə 

əvəzinə,  Xilafətlə əlaqədə günahlandırılan alban hökmdarı  zindana atılara q,  705-ci 

ilədək Bizans paytaxtında saxlanılır. 

Məhz  bu  zaman  Albaniyanın  özündə  elə  hadisələr  baĢ verir  ki,  onlar  bu 

vaxtadək  yaln ız  vergi  almaqla  kifayətlənən  Xilafət  üsuli-idarəsinin  ölkənin  daxili 

iĢlərinə  daha  fəal  müdaxilə  etməsinə  səbəb  olur.  Belə  ki,  katolikos  Yeliazar 

öləndən bəri (688-ci  ildən) onun yerini tutmuĢ keçmiĢ  Girdiman yepiskopu Nerses 

Baku r  hələ  də  Konstantinopolda  saxlanılan  Varaz  Tiridatın  arvadı  Sparaman ın 

təĢviqi  ilə  Bizans kilsəsinin etiqad etdiyi  xalkidon təlimini A lbaniyada da yaymaq 

və  bu  addımla  albanların  Xilafətə  deyil,  Bizansa  daha  çox  meyl  göstərdiklərini 

əyan  etmək  istəyir.  Xalkidonluğun  Albaniyadakı  əleyhdarları,  baĢda  alban  knyazı 

ġeroy  olmaq la  Qəbələ,  A maras  və  HoĢ  yepiskopları,  eləcə  də  ölkənin  nüfuzlu 

feodalları  erməni  katolikosu  Ġliaya  (Eliaya)  mü raciət  etdilər,  onun  Partava 

(Bərdəyə) gəlməsin i, "yaraların ı sağaltmasını" xah iĢ etdilər. 

Erməni 


kilsəsinin 

Albaniyadakı 

mənafeyin in 

gerçəkləĢdirilməsi 

məqamının  yetiĢdiyini  anlayan  katolikos  Ġlia  xəlifə  Əbdülməlikə  göndərdiyi 

məktubunda  bildirirdi:  "Partav  taxtında  oturan  indiki  alban  katolikosu  Rum 

imperatoru ilə saziĢə girib, öz ibadətlərində onun adını çəkir və ölkəni  məcbur edir 

ki, hamı din i etiqadda ona qoĢulsun, onun himayəsini qəbul etsin". Məktubun sonunda 

"Allaha  qarĢı  günah  iĢlətmiĢ"  alban  katolikosunun  və  "onunla  həmfikir  olan  kübar 

qadının" cəzalandırılması xahiĢ edilirdi. 

Təbiidir  ki,  Bizansın  Qafqazdakı  mənafeyinə  zərbə  endirə  biləcək  hər  bir 

əməl Xilafət üçün sərfəli id i. Alban kilsəsinin Bizansın yardımına arxalanması heç də 

ərəblərin  ürəyincə  deyildi.  Buna  görə  də,  erməni  katolikosunun  xahiĢlərini  həvəslə 

yerinə yetirən xəlifə bu addımı ilə həm Bizansın Cənubi Qafqazdakı mənafelərinə zərbə 

endirir,  həm  də  özlərinin  Albaniyadakı  maraqlarını  güdən  qriqorian  ruhanilərinin 

simasında  müttəfiq  tapırdı.  Məhz  bu  siyasəti  güdərək,  "öz  sadiq  nökərini  çoxsaylı 

qoĢunun baĢında" Albaniyaya göndərən xəlifə erməni katolikosuna cavab  məktubunda 

qəbul  etdiyi  qərar  haqqında  belə  yazırdı:  " Biz  əmr  etdik  ki,  bizim  ağalığımıza  qarĢı 

çıxmıĢ  albanların  [etiqadında] sizin dinə uyğun düzəliĢlər  edilsin". Məktubun sonunda 

xəlifə Ġliaya Bərdədə kilsə məclisi çağırmaq, dəmir qandallarla buxovlanmıĢ Nerses və 

Sparamanı  oraya  gətirmək  əmrini  verir.  Xilafət  nümayəndələrinin də  iĢtirak  etdiyi  bu 

kilsə məclisində Nerses lənətlənir. Yerli  müəllifin yazdığına görə, bundan sonra aclıq 

elan  edən  Nerses,  ġeroyu  lənətləyərək  8  gündən sonra  ölür.  I  Varaz  Tiridatın  arvadı 

Sparama  isə qaladakı  həbsxanaya salınır.  Xəlifənin  əmri  ilə  baxıĢlarına  görə  etibarsız 

sayılan  və  xüsusi  siyahıya  daxil  edilən  baĢqa  alban  knyazları  da  cəzaya  məruz 

qalırlar. 

Erməni  katolikosunun  baĢçılıq  etdiyi  kilsə  məclisi  Dvin  taxtının  keçmiĢ 

arxidyakonu  Simeonu  Albaniyanın  katolikosu  seçir.  Simeon  "Nersesin  bidət  dolu 



142 

 

kitablarını sandıqlara doldurub, Trtu (Tərtər) çayına" ataraq ölkədəki hərc-mərcliyə son 



qoydu. Alban kilsəsi erməni kilsəsinə tabe edildi. 

Elə  bu  zaman  beĢillik  Bizans  əsirliyindən  çətinliklə  azad  ola  bilən  I  Varaz 

Tiridat Albaniyaya  qayıdır.  Onun  vətənə  qayıtması  ərəb-Bizans  döyüĢlərinin yenidən 

baĢlanması,  ərəblərin  Qafqazda  zor siyasəti  yürüdən  Mərvan  ibn  Məhəmmədi  böyük 

qoĢunla  Ermənistana  və  Albaniyaya  göndərməsi  ilə  bir  vaxta  düĢür.  I  Varaz  Tiridat 

"yalnız  taciklərə"  (ərəblərə)  vergi  ödəyərək,  Xilafətin  süzerenliyini  qəbul  etsə  də, 

ölkənin  iflasının  qarĢısını ala bilmir.  Albaniyaya  gələn  Mərvan  xəlifə  Əbdülməlikin 

xüsusi  siyahısına  düĢmüĢ  ġeroyu  və  baĢqa  alban  knyazlarını  tutaraq,  onları 

Xilafətin mərkəzinə - ġama göndərir. 

Bundan  sonra  xəlifə  caniĢinləri  ölkəni  Ģəriksiz  idarə  etməyə  baĢladılar. 

CaniĢinin  yanında  bir  növ  məĢvərətçiyə  çevrilən  alban  knyazı  və  katolikosu 

müstəqil  qərar  qəbul  etmə k  imkan larından  məhru m  oldula r.  Bu  za mandan,  yəni 

705-c i  ildən  etibarən  Albaniya  hətta  vassallıq  mövqeyini  də  əldən  verir,  Ģimallı-

cənublu bütün Azərbaycan qəti Ģəkildə ərəblərin  tabeliy inə keçir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


143 

 

VII FƏSĠL 



 

AZƏRBAYCAN ƏRƏB XĠLAFƏTĠ TƏRKĠBĠNDƏ 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin