TarġXĠ III-XIII əsrin I rübü



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə24/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   20   21   22   23   24   25   26   27   ...   45
§ 3. ƏDƏBĠYYAT 

 

Ərəb  iĢğalı  nəticəsində  Xilafət  tərkibinə  qatılmıĢ  bütün ölkələrdə  olduğu 



kimi,  VIII  yüzilin  əvvəllərindən  Azərbaycanda  da  rəsmi  dövlət  dilinin  ərəb  dili 

olması,  bu  dilin  tabe  edilmiĢ  xalq ların  ünsiyyət  vasitəsinə  çevrilməsi,  onun  çox 

keçmədən  ədəbi-elmi  yaradıcılıqda  da  hakim  dil  o lmasına  gətirib  çıxartd ı.  Lakin 

əhalisinin  ço x  böyük  faizi  türkdilli  olan  Azərbaycan  ərazisində  ictimai-siyasi  və 

əxlaq i  fikirlərlə  zəngin  folklor  da  mövcud  idi.  Məzmun  və  deyim  etibarilə 

müsəlmançılıqdan  əvvələ  aid  atalar  sözləri,  zərbi-məsəllər  və  baĢqa  ədəbi 

nümunələr sırasında el ozan ı Dədə Qorqudun dili  ilə söylənilən dastanlar daha çox 

Ģöhrət  qazanmıĢdı.  Tədqiqatçıların  "Azərbaycan  Ģifahi  və  yazılı  ədəbiyyatının 

babası" adlandırdığı bu oğuz dastanı Ģifahi Ģəkildə  VI -VIIl əsrlərdə formalaĢ mağa 

baĢlamıĢ, VII-IX əsrlərdə tam təĢəkkül tap mıĢdır. 

Maraqlı  burasıdır  ki,  tarixçi  Əbu  Bəkr  Aybək  əd-Davadari  (XIV  əsr)  öz 

xronikasında  VI  əsrdə  Sasani  hökmdarı  ƏnuĢirəvanın  vəziri  Bu zurq-Mehruya 

məxsus  türkcədən  farscaya  çevrilmiĢ,  "Oğuznamə"  kimi  tanınan  "Ulu xan  Ata 

Bitikçi  dastanı"nın  xəlifə  Harun  ər-RəĢidin  dövründə  ərəb  dilinə  tərcü mə 

edildiy ini,  ö zünün  də  bu  tərcümədən  istifadə  etdiyini  bildirmiĢdir.  "Kitabi-Dədə 


227 

 

[m]  Qorqud"un  bəzi  boylarını  (fəsillərin i)  əhatə  edən  bu  əsərin,  məlu matdan 



göründüyü  kimi,  VIII  əsrin  sonu,  IX  əsrin  əvvəllərində  ərəb  dilinə  tərcümə 

edilməsi,  artıq  həmin  dövrdə  "Oğuznamə"nin  bizə  gəlib  çatmayan  yazılı 

nüsxələrinin  o lduğunu,  yerli  Ģifahi  xalq  yaradıcılığın ın  artıq  yüksək  bədii 

mərhələyə çatdığını sübut edir. Əsrlərdən əsrlərə keçd ikcə dəyiĢikliyə uğrayan, dil 

cəhətdən  əvvəlki  "Oğuznamə"lərdən  fərqlənən  "Kitabi-Dədə  Qorqud"  "böyük  bir 

ədəbi  abidə  olmaq la  bərabər,  həm  də  mədəni  tarixi  biryadigardır".  Əsərin 

müqəddiməsində  deyilir:  "Rəsul  əleyhissəlam  zaman ına  yaxın  Bayat  boyından 

Qorqut  ata  diyərlər,  bir  ər  qopdı.  Oğu zın,  o l  kiĢi  təmam  b ilicisiydi,  nə  diyərsə, 

olurdı. Qaibdən dürlü xəbər söylərdi. Həq təala an ın könlinə ilham edərdi". 

Alimlərin  (V.V.Bartold,  A.Y.Yakubovski,  V.M.Jirmunski  və  b.)  ümumi 

rəyinə  görə  əsasən  Azərbaycan  ərazisində  baĢ verən  hadisələrin  təsvir  edildiyi  bu 

dastanlarda  oğuzların  islamiyyətə  qədərki  maddi  və  mənəvi  həyatını  əks  etdirən 

ünsürlər, adət-ənənələr, əxlaq-etika, ədəb-ərkan normaları və s. ö z əksini tap mıĢdır. 

Burada  təbiətə,  cəmiyyətə  və  ağla-zəkaya  dair  baxıĢlarda  rasional  fikirlər  irəli 

sürülür,  xeyirlə Ģərin  mübarizəsində nikb in əhval-ruhiyyəyə üstünlük verilir, iĢıq lı 

gələcəyə möhkəm inam aĢılanırd ı. 

Bütün  türk  ədəbi-bədii  fikrin in  ən  qədim  və  zəngin  qaynaqlarından  biri 

olan "Kitabi-Dədə Qorqud" tarixi mənbə kimi də dəyərə ma likdir.  

Ərəb  dilin in  həm  rəs mi,  həm  də  elmi-ədəbi  dilə  çevrilməsi  nəticəsində 

yerli  əhali  içərisindən  bu  dildə  yazan  və  ərəb  ədəbiyyatı  ənənələrini  kamilliklə 

mən imsəyən Ģair  və  yazıçılar  çıxd ılar.  Ġlk  əvvəllər  onlar  -  məvla  (cəmdə:  məvali) 

adlanan, islamı qəbul edib, hər hansı ərəb qəbiləsinin, nəslinin və ya adlı-sanlı b ir 

ərəbin  himayəsini  əldə  edən  sabiq  qullar  id i.  Sonralar  mənĢəcə  ərəb  olmayan,  hər 

hansı ərəb qəbiləsinin və ya yüksək mövqeli Ģəxsin h imayəsini qəbul etmək istəyən 

azad  adamlar  da  məvali  olurdular.  Onlardan  çoxu  VIII  əsrin  I  yarısında  Ġran 

xalq ları  arasında  meydana  çıxan  vətənpərvər  "Ģuubiyyə"  ("Ģuub"  -  "xalqlar") 

cərəyanının tərəfdarı idilər. 

Ədəbiyyatda "Ģuubilik"  -  " xalqçılıq"  meyilləri  özünü  islamaqədərki  yerli 

mədəni  ənənələri  ərəb  mədəniyyəti  dairəsinə  daxil  etmək  yolu  ilə  qoruyub 

saxlamaq  cəhdində  göstərirdi.  Bu  Ģair  və  ədiblərin  yaratdığı  ərəbdilli  ədəbiyyat, 

Ģübhəsiz,  ərəb  ədəbiyyatının  da  bir  parçasıdır.  Bunsuz  VIII  -  IX  əsrlər  ərəb 

ədəbiyyatını,  xüsusilə  onun  Abbasilərin  IX  əsrin  ilk  rübünün  sonunadək  olan 

dövrünü  əhatə  edən  və  ədəbiyyatda  "əl-hərəkət  ət-təcdidiyyə"  -" YeniləĢdirmə 

hərəkatı"  adlandırılan  dövrünü  təsəvvür  etmək  mü mkün  deyil.  Bununla  yanaĢı, 

əsasən  iranlılar  (o  cü mlədən  azərbaycanlılar)  tərəfindən  yaradılmıĢ  ərəbdilli 

"Ģuubi"  ədəbiyyatı  müəyyən  dərəcədə  islamaqədərki  yerli  bədii  ənənələri,  bu 

xalq ların  Xilafətə    qarĢı  yönəldilmiĢ    "Ģuubi"    meyillərinin    əks    etdirdiyi,  

vətənpərvərlik  ruhu  ilə  aĢılandığ ı  üçün  ona  Ġran,  eləcə  də  Azərbaycan  ədəbi 

prosesinin tərkib hissəsi kimi baxmaq olar. 

Bu cərəyan ərəblərin assimilyasiya siyasətinə, onların Xilafətdə aparıcılıq 



228 

 

iddialarına  qarĢı  tabe  xalqların  təbii  etirazından  doğdu.  "ġuubiyyə"nin  mühüm 



xüsusiyyətlərindən biri özünü hər Ģeydən əvvəl və daha çox ədəbiyy atda,  xüsusilə 

poeziyada  göstərməsidir.  Bu  cərəyanın  ard ıcılları  ədəbiyyata  yeni,  cahiliyyə 

(isla maqədərki)  dövrü  ərəb  poeziyası  üçün  xara kter  olmayan  möv zu  və  ideyalar 

gətirdilər. 

Qurandakı  " Ey  insanlar,  biz  sizdən  xalq lar  (şuub)  və  qəbilələr  (qəbail) 

yaratdıq ki, bir-b irinizi tanıyasınız, A xı sizlərdən ən ləyaqətlisi Allah qarĢısında ən 

Ģərəflisid ir"  [49,  13]  ayəsindən  mənəvi  qida  alan  "Ģuubilər"  ərəblərin  müsəlman 

dövlətində  xüsusi  mövqe  iddialarını  inkar  edird ilər.  Yerli  feod al  əyanları  ərəb 

qəbilə  aristokratiyası  ilə  bərabər  eyni  siyasi  mövqe  əldə  etməyə  çalıĢır,  onun  öz 

mədəni  üstünlüyünü  dərk  edən  daha  radikal  hissəsi  isə  ümu miyyətlə  əcnəbi 

ağalığından qurtarmağa cəhd edir, hər yolla ərəb ləĢməyə müqavimət göstərirdi. 

Xilafətin  mü xtəlif yerlərində ayrı-ayrı formalarda təzahür edən bu hərəkat 

ġərq vilayətlərində (o cümlədən Azərbaycanda), daha çox siyasi-dini Ģəkil almıĢdı. 

Məsələn,  iranlılar  daha  çox  Ģiəçiliyə,  mü xtəlif  formalı  təriqətçiliyə  və  hətta  açıq 

zındıqlığa mey il göstərirdilər. Bəzi hallarda "Ģuubiyyə" mədəniyyətin forması kimi 

doğma  dili  saxlamaq  cəhdində  təzahür  edirdi.  Tədqiqatçıların  qeydinə  görə, 

nəbatilərdə (Suriyanın arami əhalisi belə də adlandırılırd ı) Ģuubiyyə - oturaq əkinçi 

əhalisinin  köçəri  bədəvilərə  düĢmənçiliyi  Ģəklində  idi;  Əndəlusda  Ģuubilər 

bütövlükdə ərəb mədəniyyətini qəbul edib, ədəbi dili yaxĢı bilmələri ilə fəxr etsələr 

də, ərəblərin yaln ız siyasi ağalığına qarĢı çıxırdılar.  

Beləliklə,  A zərbaycan  qarıĢıq  bütün  müsəlman  dünyasında  baĢ qaldırmıĢ 

və VIII yüzilin  ikinci yarısında  xüsusilə geniĢlənmiĢ bu siyasi-dini  mübarizə ərəb-

müsəlman ədəbiyyatının yeni dövrü ilə sıx bağlı id i.  

Tədqiqatlar  nəticəsində  müəyyən  olunmuĢdur  ki,  A zərbaycanın  ən  erkən 

ərəbdilli  Ģair  və  ədiblərin in  yaradıcılığı  VII-VIII  əsrlərin  hüduduna  aiddir.  Ġki 

mədəniyyətlərin  -  öz  milli  A zərbaycan  və  ərəb  mədəniyyətinin  təmsilçisi  o lan  bu 

Ģairlərdən  Musa  ġəhəvat,  Əbu-l-Abbas  əl-Əma,  Ġsmayıl  ibn  Yasar,  eləcə  də  onun 

oğlu Ġbrahim və qardaĢı Məhəmməd haqqında IX - X əsrlərdə yaĢamıĢ və yaratmıĢ ərəb 

filo loqları  Ġbn  Quteybənin,  Əbu-l-Abbas  əl-Mübərrədin,  Məhəmməd  əl-

Mərzubaninin  və  ən  çox  Əbu-l-Fərəc  əl-Ġsfahaninin  və  baĢqalarının  əsərlərində 

məlu mat verilir. 

Müasir  tədqiqatçıların  bəzən  "iranlı"  hesab  etdikləri  bu  Ģairlərin  mənĢəcə 

Azərbaycandan olmaları etibarlı mənbə kimi qiymətləndirilən Ġbn Quteybənin məlumatı 

ilə təsdiq edilir. Musa ġəhəvata həsr etdiyi bölmədə məĢhur ərəb filoloqu yazırdı: "Onun 

əsli  Azərbaycandandır  ("va  asluhu  min  Azrabican");  Ġbn  Quteybənin  sonrakı  qeydi 

ədəbiyyat  tariximizin  aĢkarlaĢması  üçün  daha  maraqlıdır:  "Əbu-l-Yəkzan  (ərəb  Ģəcərə 

tarixçisi)  Cuveyriyyinin  sözlərini  xatırlayaraq  dedi:  Mədinədə  məvali  Ģairlərdən  eləsi 

yoxdur  ki,  onun  əsli Azərbaycandan olmasın; sonra  o,  Ġsmayıl  ibn  Yasarın,  onun  qar-

daĢının, Musa  ġəhəvatın və  Əbu-l-Abbasın  adlarını çəkdi"  ("Va  zəkərə  Əbu-l-Yəqzan 

an Cuvayriyyi kalə: leysə bi-l-Mədinə Ģair min əl-məvali illə va asluhu min Azrabican; 



229 

 

Summə addə Ġsmail ibn Yasar və əxuhu, Musa ġəhəvat və Əbu-l-Abbas"). 



Bu  Ģairlər  haqqında  Yaqutun  sonrakı  əsrlərdə  yazılmıĢ  "Mucəm  əl-üdəba" 

("Ədiblərin  əlifba  üzrə  göstəricisi"),  Əbdül  Qadir  əl-Bağdadinin "Xizanət  əl-ədəb  va 

lubb  lubab  lisanul-arab"  ("Ədəb  xəzinəsi  və ərəb  dilinin  incisi")  əsərlərində toplanılan 

məlumat  əsas  etibarilə  Əbu-l-Fərəcin  adını  çəkdiyimiz  "Kitab  əl-əğani"  ("Nəğmələr 

kitabı") əsərindən götürulmüĢdür. 

Azərbaycan mənĢəli bu ərəbdilli Ģairlərin yaradıcılığı Xilafətdə ayrı-ayrı siyasi 

və dini qüvvələrin arasında baĢ qaldıran gərgin mübarizə dövrünə təsadüf edir. Həmin 

mübarizəyə cəlb olunmuĢ Ģairlər bu və ya digər dəstənin tərəfini saxlayır, bu dəstənin 

ardıcıllarını mədh edir, onun əleyhdarlarını isə həcv atəĢinə tuturdular. 

Məhz  "Nəğmələr  kitabı"  Ģair  Musa  ġəhəvatın  azərbaycanlı  mənĢəyi,  onun 

ləqəbinin etimologiyası, Hicazdakı həyatı, Musanın tez-tez  doğma  Azərbaycana gedib, 

oradan  qənd  və  baĢqa  Ģirniyyatla  qayıtması  barədə  məlumatları  qoruyub  saxlaya 

bilmiĢdir. Bu xəbərləri araĢdıran tədqiqatçılar (M.Mahmudov, G.BaxĢəliyeva) belə bir 

nəticəyə  gəlmiĢlər  ki,  VII  əsrin  ikinci  yarısında  yaĢayan  Ģair  sonrakı  yüzilin  30-cu 

illərində  hələ  sağ  imiĢ  və  Ģeir  yazmağı  davam  etdirirmiĢ.  ġairin  Ģöhrəti  tez-tez 

qəbulunda  olub,  öz  Ģeirlərini  oxuduğu  xəlifə  Süleyman  ibn  Əbdülməlikin  (715-717) 

hakimiyyəti dövrü xüsusilə artır. Əbu-l-Fərəc əl-Ġsfəhani özünün "Nəğmələr kitabı"nda 

Musa  ġəhəvatın yaradıcılığından bir  çox  nümunələr  gətirmiĢdir.  Xəsislik və  qorxaqlığı 

tənqid edən, mərdlik və səxavəti yüksək qiymətləndirən  bu Ģeirlər  Ģairin  yüksək bədii 

ustalığına və istedadına dəlalət edir. Onun yaradıcılığında insan varlığının faniliyi barədə 

fəlsəfı  əhvali-ruhiyyə və  həyatın  ani  sevinclərindən  istifadə  etməyin vacibliyi  parlaq 

ifadə edilmiĢdir. Ərəb dilinin zənginliklərindən məharətlə istifadə edən Musa ġəhəvatın 

Ģeirlərində  ərəb  ruhu  ilə  yanaĢı,  milli  ruh  da  özünü büruzə  verir.  Bu, Ģairin  iĢlətdiyi 

aforizmlərdə,  məsəllərdə  özünü  xüsusi  nəzərə  çarpdırır.  Əməvilərin  təəssübkeĢi  olan 

Musa ġəhəvat öz poeziyası ilə onların müdafiəsində durmuĢ, onları ĢöhrətləndirmiĢdi. 

Ġsmayıl ibn Yasar haqqında Ġbn Quteybə və əl-Mərzubaninin adda-budda və çox 

qısa  məlumatları  yenə  də  Əbu-l-Fərəc  əl-Ġsfəhaninin  verdiyi  daha  ətraflı  məlumatla 

tamamlanır.  Məhz  "Nəğmələr  kitabı"nın  sayəsində  Ģairin  yaradıcılığının  ayrı-ayrı 

nümunələri  qorunub  qalmıĢ,  onun  yaĢadığı  təxmini  tarix,  "Ģuubiyyə"  tərəfdarı  olduğu 

müəyyən edilmiĢdir. Məlum olmuĢdur ki, "o, əcəmlərin  qızğın tərəfdarı olmuĢ, onlarla 

fəxr etmiĢ, buna görə də daim təqiblərə məruz qalmıĢ, döyülmüĢ və söyülmüĢdür". 

Mədinənin  yeddi  məĢhur  fəqihlərindən  biri,  Abdullah  ibn  Zubeyrin  qardaĢı 

Urvanın himayəsində yaĢayan Ġsmayıl, lazım gəldikdə, Əməviləri mədh edən Ģeirlərlə də 

çıxıĢ  edirdi.  Lakin  xəlifə  HiĢam  ibn  Əbdülməliklə  (724-743)  onun  arasında baĢ  verən 

konflikt  Ģairin  Hicaza  sürgün  edilməsi  ilə  nəticələnmiĢdi.  Ġsmayılın  Əməvilərin  son 

xəlifəsini  də  gördüyü,  lakin  Abbasilərin  hakimiyyəti  günlərinədək  yaĢaya  bilmədiyi 

haqqında məlumat verən əl-Ġsfəhani "çox sağlam və  zahirən  xoĢagəlimli olan bu ehtiyatlı, 

hazırcavab, yaxĢı Ģeirlər" yazan adamın xəlifə II Mərvanın (744-749) hakimiyyətinin son 

illərində, ixtiyar yaĢında vəfat etdiyini göstərir. 

Ġsmayıl  ibn  Yasarın  "Ģuubi"  əhvali-ruhiyyəsi  onun  yaradıcılığında  parlaq  əks 



230 

 

olunmuĢdur.  Ərəblərin  kobudluq  və  qabalığına  istehza  və  kinayə  ilə  gülən  Ģair 



əcəmlərin,  yəni  qeyri  ərəblərin  mədəniyyətini  yüksəklərə  qaldırdığı  "siyasi  poeziya" 

janrlı Ģeirlərinin birində yazırdı: 

 

Ey adamlar, bizim qarşımızda özünüzü dartmayın,  

Nahaqqı bir yana qoyub, haqqla danışın.  

Əgər biz və özünüz barədə məlumatınız yoxdursa, 

 Soruşun ki, keçmiş vaxtlarda biz necə yaşamışıq. 

 Biz öz qızlarımızı boya-başa çatdırdığımız vaxt,  

Siz düşünmədən onları torpağa basdırırdınız. 

 

Ġsmayıl  ibn  Yasarın  məhəbbət  lirikası  ö zünün  ali  hissləri  ilə  nəzəri  cəlb 



edir; yazd ığı mədhiyyə və elegiyalar isə səmimiliyi və riqqəti ilə seçilir.  

Əl-Ġsfəhani  b izə  daha  iki  ziyalımız  -  Ġs mayıl  ibn  Yasarın  qardaĢı 

Məhəmməd  və  oğlu  Ġbrahim  haqqında qiymətli  məlu mat  çatdırır.  Onun  yazdığına 

görə Məhəmməd "öz qardaĢına bərabər" səviyyəli Ģair idi. Məhəmməd ibn Yasarın 

çoxlu  Ģeir  yazd ığını,  bu  Ģeirlərin  bəzisinə  musiqi  bəstələndiyini  xəbər  verən  əl-

Ġsfəhani,  onun  böyük  qəsidəsindən  iki  beyt  nümunə  gətirməklə  yanaĢı,  Ġs mayılın 

oğlu  Ġbrahimin  də  Ģair  olduğunu  qeyd  edir,  onun  dövrünə  qarĢı  etiraz  dolu 

beytlərini  misal çəkir. Əl-Ġsfəhaninin qeydinə görə, bu böyük qəsidədə də atasının 

yolu  ilə  gedən  Ġbrahim  əcəmlərlə,  yəni  milliyyətcə  ərəb  olmayan  öz  əcdadları  ilə 

fəxr etdiyin i gizlətmir. 

VIII  yuzilin  ortalarında  yaĢayıb  yaradan  baĢqa  bir  ərəbdilli  Ģair  Əbu-l-

Abbas  əl-Əma  haqqında  mənbələrin  verdiyi  məlu mat,  onun  Abb asi  xəlifəsi  əl-

Mənsurun  (754-775)  hakimiyyəti  zamanı  hələ  sağ  olduğunu  bildirir. 

Azərbaycandan  çox  u zaqlarda,  Xilafətin   dini  mərkəzi  o lan  Məkkədə  yaĢamasına 

baxmayaraq,  ö mrünün  sonunadək  sadiq  qaldığı  Əməvilərin  Ģərəfinə  böyük 

ustalıqla  yazdığı  Ģeirlər,  bu  sülalədən  olan  xəlifələrin  ona  DəməĢqdən  hədiyyələr 

göndərməsinə  səbəb  olur.  Əməv ilərə  həsr  olunmuĢ  mədhiyyələrdə  Əbul-Abbas 

onları  səxavətli,  igid  hökmdarlar,  islamın  qeyrətli  müdafiəçiləri  kimi  təqdim  edir. 

Hətta Abbasilər sülaləsi dövründə də Ģair öz Əməv i himayədarlarını  mədh edərək, 

onların  rəq iblərini,  xüsusilə  öz  həmvətəni  Ġsmay ıl  ibn  Yasarın  ardıcılı  o lduğu 

zubeyriləri kəskin tənqid atəĢinə tutur. 

Əbu-l-Abbas əl-Əma hədis bilicisi kimi də tanın mıĢdı. 

Ərəbdilli  azərbaycanlı  Ģairlərin  yaradıcılığ ını  tədqiq  edən  alimlər 

(G.BaxĢəliyeva  və  b.)  onların  poeziyasında  ərəblərə  xas  olmayan  sırf  milli 

xüsusiyyətləri də üzə çıxarmıĢlar. AĢkar edilmiĢdir  ki, bu Ģairlərin istifadə etdikləri 

Ģeir  ölçüsü  klassik  ərəb  poeziyasında  geniĢ  iĢlənilən  ölçü lərdən  tamamilə  seçilir. 

Qədim ərəb  mədəniyyətinə  mü kəmməl sahib ola bilmiĢ bu Ģairlər əru z vəzninin  o 

zamankı  ərəb  Ģairləri  arasında  iĢlənilən  təvil,  mədid,  bəsit,  kamil  bəh rlərindən 

deyil,  az  iĢlənən  xəfif,  səri  və  b.  bəhrlərindən  istifadə  edir,  bəzən  də  klassik  ərəb 


231 

 

Ģeri  qaydalarına  zidd  olaraq  eyni  Ģerin  iki  beytinin  hərəsini  bir  ayrı  bəhrdə 



yazırdılar. 

Bütün bunlar tədqiqatçıları belə bir nəticəyə gətirmiĢdir  ki, erkən ərəbdilli 

azərbaycanlı  Ģairlər  Musa  ġəhəvat,  Ġsmayıl  ibn  Yasar,  Əbu-l-Abbas  əl-Əma 

Azərbaycanda  anadan  olmuĢ,  burada  böyümüĢ,  ilk  təhsillərin i  doğma  diy arda 

almıĢ,  öz  xalqlarının  mədəniyyətini,  o  cü mlədən  Ģifahi  xalq  ədəbiyyatının  heca 

vəznini tam mən imsəmiĢdilər. 

Onların  poeziyasından  dövrümüzə  çatan  nümunələr  sübut  edir  ki,  iki 

mədəniyyətin  sintezindən  qidalan mıĢ,  ü mu mmüsəlman  mədəniyyətinin  ilk  poetik 

səhifələrini  yaradan  bu  Ģairlər  doğma  heca  vəznin in  təsirilə  ərəb  ədəbiyyatında 

özlərinə  məxsus  yeni  cığır  açmıĢlar.  Bu  həmçin in  sübut  ed ir  ki,  Azərbaycanın  da 

bir  vilayət  kimi  da xil  olduğu  böyük  imperiyanın  -  Xilafət in  söz  ustaları  sırasında 

görkəmli  yer  tuta  bilmiĢ  azərbaycanlı  Ģairlər  vətəndən  uzaqlarda  yaĢasalar,  ərəb 

dilində  yazsalar  da,  doğma  diyara,  doğma  elə,  doğma  mədəniyyətə  bağlı  o lmuĢ, 

bunlardan bəhrələnmiĢlər. 



 

 

 

 

§ 4. MEMARLIQ VƏ ġƏHƏRSALMA 

 

Azərbaycanda  islamın  qərarlaĢ ması  memarlığın  inkiĢafın ın  yeni 



istiqamətini  müəyyən  etdi.  Lakin  köhnə  məbədlərin  yeni  dinin  ehtiyacları  üçün 

uyğunlaĢdırılması,  məscid lərin,  mədrəsələrin,  örtülü  bazarların,  karvansaraların, 

hamamların  və  baĢqa  qurğuların  tikintisi  əvvəllər  yaranmıĢ  inĢaat  ənənələri 

əsasında  aparılırdı.  Bu  dövrün  inĢaat  sənətinin  xüsusiyyəti  kərpic  hörgüsü 

texn ikasın ın  inkiĢafı  və  təkmilləĢ məsi  id i.  DaĢın  yonulması,  daĢ  divarların  hörül-

məsi və daĢdan olan tağlı konstruksiyaların qurulması  iĢi  xeyli təkmilləĢdi.  Həmin 

iĢlər  əvvəlki  yüzillərdə  Azərbaycanda  yaranaraq  təkmilləĢ miĢ  üsullar  əsasında 

inkiĢaf edirdi. Məsələn, tarixi Arran vilayətinin və Ģimal-qərb Azərbaycanının inĢaat 

sənətində  çay  daĢlarından  və  biĢmiĢ  kərpicdən  ibarət  olan  qarıĢıq  hörgü  texnikası 

hörgünün  əsas növü  kimi  qalmaqda  idi.  Lakin  sitayiĢ  təyinatlı  tikililərin  yeni  tipləri 

yaranır və bıı tiplərlə bağlı rəsmi memarlıqla əlaqədar olaraq qurğuların görkəmində və 

formalarında mühüm dəyiĢikliklər baĢ verird i. 

VIl-X əsrlər dövründən az miqdarda abidə, o cümlədən müsəlman tipli, sitayiĢ 

təyinatlı  tikililər  qalmıĢdır.  BaĢqa  ölkələrdə  olduğu  kimi  Azərbaycanda  da  ilk  vaxtlar 

zərdüĢtilərin və xristianların dini obyektlərini məscidlərə çevirir, onları islamın tələbləri 

əsasında  yenidən  qururdular.  Binaların  yenidən  qurulması  adətən  köhnə  səcdəgahın 

ləğvi və mehrabın qurulması ilə məhdudlaĢırdı. Həmin dini obyektlər öz quruluĢunun 

qalan  cəhətlərində  ilkin  görkəmini  saxlayırdılar.  Beləliklə,  Azərbaycanda  həm  daxili 



232 

 

quruluĢu,  həm  də  xarici  memarlıq  görkəmi  baxımından  yerli  xüsusiyyətlərə  malik 



məscid tipi təĢəkkül tapdı. Hazırda ġamaxıda mövcud olan Cümə məscidi, Ağsudakı və 

Sündü  kəndindəki  məscidlər  VII-X  əsrlərdə  Azərbaycanda  fəaliyyət  göstərmiĢ 

müsəlman  sitayiĢ  tikililərinin  planı  haqqında  müəyyən  təsəvvür  yaradır.  Həmin 

məscidlər  ərəb  hökmranlığı  dövründəki  planlarını  saxlamıĢ  məscidlərin  yerində 

tikilmiĢdir.  ġamaxıdakı  Cümə  məscidinin  xüsusiyyəti plan baxımından  kvadrat  formalı 

üç  zala bölünməsi,  hər  zalın ayrıca  mehraba  malik  olması  idi.  Ola bilər  ki,  məscidin  üç 

hissəli qurulması əsas, mərkəzi zalında əyanların, yan zallarında isə sadə müsəlmanların 

ibadəti  ilə bağlı olmuĢdur.  ġamaxı  məscidinin hər  bir  zalı ayrıca günbəzlə örtülmüĢdü. 

Arxeoloji  qazıntılar  nəticəsində  bu  məscidin  ərazisinə  baĢlıca  giriĢin  qalıqları  aĢkara 

çıxarılmıĢdır.  ġamaxıdakı  Cümə  məscidi  və  Ağsudakı  məscid  VIII  əsrin  tikililəridir. 

ġamaxı  məscidi  743  -cü  ildə  inĢa  edilmiĢdir.  Hər  iki  məscid  memarlıq  abidələrin in 

ġirvan qrupuna aiddir. 

Azərbaycan  memarlığında  günbəzli  tikililər  hələ  VIII  əsrə  qədərki  dövrdə 

kifayət  qədər  geniĢ  yayılmıĢdı.  Buna  görə  də  təbiidir  ki,  burada  tikilmiĢ  erkən 

məscidlərdə  günbəzli  konstruksiyalardan  istifadə  olunurdu.  Bununla  əlaqədar  olaraq 

ġamaxı  bölgəsinin  Sündü  kəndində  920-ci  ildə  tikilmiĢ  (sonralar  isə dəfələrlə yenidən 

qurulmuĢ) mərkəzi günbəzli məscid böyük maraq doğurur. Plan baxımından düzbucaqlı 

olan bu məscid günbəzlə örtülmüĢdür və dörd sütuna istinadlanır. 

Narrativ  əsərlərdə  Beyləqan,  Bərdə,  Dərbənd,  Ərdəbil,  Mərənd, Marağa, 

Urmiya,  ġirvan,  ġamaxı,  ġəmkir,  ġabran,  Gəncə,  Qəbələ,  Naxçıvan,  Təbriz 

Ģəhərlərində  VII-X  əsrlərdə  mövcud  olmuĢ  baĢqa  tikililər  haqqında  da  məlumat 

verilir. Mərənddə və Urmiyada əzəmətli saraylar ucaldılmıĢdı. 

Bərdənin,  Ərdəbilin,  Qəbələnin,  Gəncənin  və  baĢqa  Ģəhərlərin  orta  əsr 

mənbələrində  təsviri  təsdiq  edir  ki,  həmin  mərkəzlər  erkən  feodal  Ģəhərinin 

formalaĢmasının  ü mu mi  tipolo ji  prosesini  keçmiĢlər.  Meydanların  forması  və  ən 

mühüm  Ģəhər  tikililərinin  yerləĢməsi  haqqında  yazılı  mənbələrdə  təsadüf  olunan 

məlumatlar onu da təsdiq edir ki, geniĢ Ģəkil almıĢ sistemsiz tikinti iĢləri ilə yanaĢı bu 

dövrün  Azərbaycan  Ģəhərlərində  əsasən  sarayların  və  ictimai  binaların  cəmləĢdiyi 

rayonlara  da  təsadüf  edilirdi.  Əl-Müqəddəsi  Ərdəbildəki  meydanın  xaçvari  forması, 

Qəbələ  came  məscidinin  Ģəhərdəki  təpələrdən  birinin  üzərində  yerləĢməsi  haqqında 

məlu mat  verir.  Bərdəni  təsvir  edən  əl-Ġstəxri  yazır  ki,  hakimin   sarayı  came 

məscidinin  yanında,  bazarlar  isə  Ģəhər  kənarında  yerləĢirdi.  Alban  tarixçisi  Moisey 

Kalankatlı Bərdədəki xristian kilsəsi binasının yerləĢmə xüsusiyyətlərini göstərmiĢdir. 

Arxeoloji  qazıntılarla  təsdiq  edilən yazılı  mənbələr bu  zamanın  Azərbaycan 

Ģəhərlərinin  əksəriyyətində  örtülü  su  kəmərləri  və  kəhrizlərin in  saxsı  borulardan 

quraĢdırılmıĢ mükəmməl Ģəbəkəsinin fəaliyyət göstərdiyini sübut edir. Bundan baĢqa, 

ölkə  Ģəhərlərinin  çoxu  üçün  iri  və  xırda  açıq  kanallar,  arxlar  sisteminin  mövcudluğu 

səciyyəvi idi. 

Hələ  antik  müəlliflərin  əsərlərində  xatırlanan  Qəbələ  Ģəhəri  Ģərqdən 

Covurluçayla,  qərbdən  isə  Qaraçayla  əhatələnmiĢ  geniĢ  yüksəklikdə  yerləĢird i.  20 



233 

 

metrlik dərin liy i olan süni  xəndək Qəbələ Ģəhərinin ərazisin i iki hissəyə (Səlbir və 



Gavur  qalası)  ayırır.  Düzgün  olmayan  beĢbucaq  formalı  Səlbir  cənub  səmti  istisna 

olunmaqla hər tərəfdən güclü qala divarları və qüllələri ilə müdafiə olunmuĢdur. ġimal 

divarında  vaxtilə  cinahlardan  qüllələrlə  mühafizə olunmuĢ qala qapısının izləri aĢkar 

edilmiĢdir. Təxminən 400 metrlik hissəsi indiyədək qalmıĢ yol bu qapıya doğru uzan-

mıĢdı. Yol-inĢaat iĢlərinin səliqə ilə yerinə yetirilməsi diqqəti cəlb edir. Dö rd  metrlik 

eni olan yol xüsusi məqsədlə hazırlan mıĢ torpaq tökü mü üzərindədir.  

Səlbirin cənub-qərb hissəsində 14  metr ucalığ ında indiyədək qalmıĢ qüllə 

diqqəti  cəlb  edir.  Bu  qüllə  p lan  baxımından  düzbucaqlı  formaya  malikdir,  əhəng 

məh lulu ilə çaydaĢından tikilmiĢ və yonulmuĢ əhəngdaĢı ilə ü zlən miĢdir. 

Təbii  cəhətdən  Ģəhərin  nisbətən  az  mühafizə  o lunmuĢ  hissəsi  -Gavur 

qalası  daha  güclü  və  inkiĢaf  etmiĢ  istehkam  sistemi  ilə  əhatələnmiĢdir.  Qala 

divarların ın və qüllələrinin yaxĢı  mühafizə olun muĢ böyük fraq mentləri (qalıq ları) 

hərbi-inĢaat sənətinin yüksək səviyyəsini təsdiqləyir. ġəhərin  müdafiə divarların ın 

bu sahəsində plan baxımından yarımdairəvi olan qüllələrə daha ço x təsadüf edilir. 

Bu qüllələr arasındakı  məsafə bir qayda olaraq 20-25  metrdən ço x deyild ir. ġəhər 

qapısını  müdafiə  edən  qüllələr  arasındakı  məsafə  isə  20,5  metrə  bərabərdir.  Bu 

sahədə divarın qalınlığı ad i 3  metr əvəzinə  4  metrədək artırılmıĢ dır.  Əla biĢirilmiĢ 

kvadrat  kərp iclərdən  ucaldılmıĢ  divar  yaxĢ ıca  yonulmuĢ  daĢlardan   hörülmüĢ, 

kərpic  və  inĢaat  qırıntıları  ilə  möhkəmləndirilmiĢ  özüllərə  istinadlanmıĢdır. 

Qəbələnin  istehkam  qurğuları  ü mu mi  ö lçüləri  və  qüdrəti  ilə  nəhəng  Dərbənd, 

Gilgilçay  qurğularını,  erkən  orta  çağlar  Azərbaycanının  baĢqa  istehkamlarını 

xatırladır. 

ġəhər, əhalini saf bulaq suyu ilə təchiz edən, saxsı boru lardan hazırlan mıĢ, 

Ģaxələn miĢ  su  kəməri  Ģəbəkəsinə  malik  idi.  ġəhər  təpələrinin  ətəklərində  xey li 

miqdarda  kirəmitə,  əla  biĢirilmiĢ  və  mü xtəlif  ö lçülərə  malik  olan  (18x18x4,5 

santimetrdən  30x30x7  santimetrədək)  kvadrat  kərp iclərə,  üst  səthi  yüksək 

keyfiyyətli  mina  ilə  örtülmüĢ  üzlük  kə rpic lərə  təs adüf  olunur.  Tikili  qalıqların ın 

tədqiqi binaların sıx və nizamsız tikild iyini təsdiq edir.  

Erkən  orta  çağlar  Azərbaycanının  iri  Ģəhərlərindən  biri  olmuĢ  qədim 

Gəncə  Ģəhərgahı  müasir  Gəncənin  Ģimal-Ģərqindədir.  Gəncəçayın  sahillərində 

yerləĢən  Ģəhərin  sol  sahil  hissəsi  qala  divarları  və  xəndəklə  əhatələnmiĢdi.  Bu 

müdafiə  sistemi  plan  baxımından  düzgün  olmayan  formaya  malik  ço xbucaqlı  idi. 

ġəhərin  solsahil  hissəsinə  üç  böyük  çoxaĢırımlı  körpülərlə  b irləĢmiĢ  sağsahil 

hissəsində  müdafiə  divarlarının  üç  sırasının  izi  görünür.  Bunlar  Ģəhərin  ardıcıl 

surətdə inkiĢaf etdiyini  isbat edir.  Görünür, Ģəhərin daxili hissəsi içqala (istehkam) 

olmuĢdur. 

Tarixi-ədəbi təsvirlər orta çağlar Bərdəsini plan baxımından  kvadrat formalı 

iri  Ģəhər  kimi  səciyyələndirir.  ġəhərin  ətrafı  ucu-bucağı  görünməyən  bağlarla 

əhatələnmiĢdi.  Bərdədəki  tikililər  arasında  qaynar  ticarət  fəaliyyəti  ilə  fərqlənən 

çoxsaylı  örtülü  bazarlar,  karvansaralar,  hamamlar,  məscidlər,  yaĢıllığa  qərq  olmuĢ 



234 

 

bağlar arasında yerləĢən kübar evləri seçilirdi. Müasirləri örtülü bazarları və hamamları 



xüsusi  qeyd  edirlər.  Bərdə  Ģəhəri  həmin  dövrdə  məhz  bu  memarlıq  obyektləri  ilə 

məĢhurlaĢmıĢdı.  ġəhərin  içqala  hissəsində  xəzinə,  hakimin  sarayı,  came  məscidi 

yerləĢirdi. Bu tikililər, ağac və gips tətbiq olunmaqla biĢmiĢ kərpicdən inĢa  edilmiĢdi. 

Orta  əsr  müəllifləri  Bərdənin  qüdrətini  nəzərə  alaraq,  onu  "bu  diyarın  Bağdadı‖

 

adlandırırdılar. 



Bu  zamanın  tikinti  texnikasının  inkiĢaf  səviyyəsini  səciyyələndirən, 

indiyədək qalmıĢ azsaylı qurğuların arasında müasir Bərdədən bir neçə kilo metr aralıda 

- Tərtər çayının köhnə axarı üzərində salınmıĢ iri körpünün xarabalıqlarını göstərmək 

olar.  Burada  15  körpü  özülü  və  iri  çay  daĢlarından  yaradılmıĢ  güclü  sahil  əsasları 

qalmaqdadır.  Körpünün  eni  4,  ümumi  uzunluğu  isə  129  metr  idi.  Xudafərin  aĢırımı 

üzərindəki iri korpülərdən birinin tikintisi VII əsrə (635-ci  ilə)  təsadüf  etmiĢdir.  Həmin 

körpü  Bəkr  ibn  Abdullahın  layihəsi  və  rəhbərliyi  ilə  inĢa  edilmiĢdi  (Həmdallah 

Qəzvininin məlu matı). 

Azərbaycan  ərazisində  olan  çoxsaylı  karvansaralar  haqqında  da  məlumatlar 

vardır.  Həmin  karvansaraların  əksəriyyəti  möhkəmləndirilmiĢ  tikililər  idi  və 

Azərbaycandan  keçən  beynəlxalq  tranzit  ticarəti  magistralları  (ana  yolları)  üzərində 

yerləĢirdi. 

Ġndiyədək qalmıĢ qala qurğuları arasında Naxçıvandakı Əlincə qalası mühüm 

əhəmiyyət  kəsb  edir.  Həmin  qala  ətraf  məkan üzərində  hakim  olan  sərt qayalı  dağın 

zirvəsində yerləĢir. Qalanın istehkamları bir neçə sırada yerləĢmiĢ, atəĢ mövqelərinə və 

qüllələrə  malik olan divarların mürəkkəb sistemidir.  Bu divarlar iri,  yaxĢı yonulmuĢ 

daĢlardan hörülmüĢdür. YaĢayıĢ binaları və müxtəlif baĢqa tikili qalıqları tağlarla, daĢ 

üzərində oymalarla bəzədilmiĢ binaların əski əzəmətini sübut etməkdədir. Qalanın su 

təchizatı  sistemi  xüsusi  diqqət  tələb  edir:  atmosfer  yağıntılarını  rütubət  toplayan 

kanalların  ĢaxələnmiĢ  Ģəbəkəsi  vasitəsi  ilə  kölgəlikdə  yerləĢən  hovuzlarda 

cəmləĢdirirdilər.    Bu  hovuzlar  və  kanallar  qayalıqlarda  oyulmuĢdu.  Özünün 

memarlıq-bədii  xüsusiyyətlərinə  görə  Əlincə  qalası  Azərbaycanın  görkəmli  abidələri 

sırasına daxildir. 

Xristian  sitayiĢi  qurğularına  gəldikdə  isə  Ağoğlan  çayı  sahilində  tikilmiĢ 

Amaras  monastırı  diqqəti  xüsusilə  cəlb  edir.  Monas tırın  IX  əsrdən  gec  olmayaraq 

tikildiyi  müəyyən  olunmuĢdur.  Monastır  kompleksi  bazilikadan,  yeraltı  hissədən, 

yaĢayıĢ və təsərrüfat  tikililərindən  və  daĢdan tikilmiĢ  qala  divarından  ibarətdir. Plan 

baxımından məbəd düzbucaqlıdır (14x23  metr). Məbədin daxili sıra ilə iki-iki yerləĢmiĢ 

dörd naxıĢlı sütunla üç nefə ayrılmıĢdır. Məbədin daxilindəki mərkəzi nef geniĢdir, Ģərq 

tərəfdən  yarımgünbəzlə  örtü lmüĢ,  bir  qədər  qaldırılmıĢ  səcdəgah  absidası  ilə  baĢa 

çatır. Mərkəzi nef daha ucadadır, çatma tağla örtülmüĢdür. Məbədin daxilindəki iki yan 

nef ensizdir, kiçik otaqlarla baĢa çatır və silindrik tağlarla ö rtülmüĢdür. 

Məbədin  ön  hissəsi  yaxĢıca  cilalanmıĢ  daĢ  bloklarla  üzlən miĢdir.  Abidənin 

damı  qoĢaçatılıdır.  Məbədin  qərb  hissəsində  çadır  örtüklü,  altısütunlu  kiçik  zəng 

qülləciyi vardır. Qapı oyuğu qərb divarında düzəldilmiĢdir. ġimal tağı üzərində xaç həkk 


235 

 

edilmiĢdir.  Məbədin  səcdəgah  absidasının  altında  tağla  örtülmüĢ  yeraltı  "məbəd" 



binası  (2x4  metr  ölçüdə)  yerləĢir.  Yeraltı  "məbəd"ə  hər  iki  tərəfdə  yerləĢmiĢ  daĢ 

pillələrlə enirdilər. ġərq divarında qapı oyuğu vardır. Mənbələrdə qeyd edilir ki, yeraltı 

"məbəd"  V  əsrdə  tikilmiĢdir.  Monastır  plan  baxımından  düzbucaqlı  olan,  bucaqlı 

qüllələrə  malik  qala  divarı  (57x88  metr)  ilə  əhatələnmiĢdir.  Yarım-dairəvi  tağlı  qapı 

oyuğu  cənub  divarındadır.  Monastırın  həyəti  iki  qismə  ayrılmıĢdır.  Birinci  hissədə 

(13x44 metr) təsərrüfat binaları və tövlələr yerləĢir. Ġkinci həyətdə (44x55 metr) məbəd 

və  onun  ətrafında  yaĢayıĢ  tikililəri  mövcuddur.  YaĢayıĢ  və  təsərrüfat  binaları  qala 

divarına tamamilə yanaĢmıĢdır. Buna görə də həmin binaların damları cinah qüllələrinin 

yanındakı pillələr vasitəsilə divarlara və qüllələrə qalxmaq, ətrafı müĢahidə etmək, atəĢ 

mövqelərinin  yardımı  ilə  müdafiə  olunmaq  imkam  yaradırdı.  YaĢayıĢ  və  təsərrüfat 

tikililəri yaxĢı yonulmuĢ daĢlardan inĢa edilmiĢdir. 

Erkən  orta  çağlar  Azərbaycanının  ərazisində  xristian  memarlığı  abidələrinin 

planlarının  və  həcm-məkan  quruluĢlarının  səciyyələndirilməsi  üçün  məbəd 

tikililərin in  bazilikal  tipinin  tədqiqi  qiy mətli  material  verir.  Laçın  bölgəsində  - 

Ağoğlan çayının sahilində tikilmiĢ  monastır ko mp leksinin  iri ölçü lü  məbədi bu cür 

maraqlı sitayiĢ obyektlərindəndir. 

Plan  ba xımından  üç  nefli  o lan  düzbucaqlə  bazilika  kifayət  qədər  böyük 

ölçülərə  malikdir: onun uzunluğu 25, eni  isə 12,5  metrdir.  Kvadrat formalı səkkiz 

dayaq sütununun  -  pilonların  iki  sırası  binanın  daxili  məkanını  üç  hissəyə bölür. 

Ortada olan  mərkəzi, dörd  metrlik nef yanlarda yerləĢən 2  metrlik ensiz neflərdən 

iki dəfə böyükdür. Orta hissənin hündürlüyü 17, yan hissələrin hündürlüyü isə 11,5 

metrd ir.  Ġbadət zalının  bütün nefləri silindrik formalı tağlarla örtülmüĢdür.  Həmin 

tağlar  səliqə  ilə  yonulmuĢ  və  bir-b irinə  yaxĢıca  uyğunlaĢdırılmıĢ  daĢlardan 

yaradılmıĢdır.  Asanlıqla  görmək  olar  ki,  b inanın  planın ın  üçnefli  s xemi  ü mu mi 

olan  cəhətləri  ilə  əsas,  zaman  etibarilə  daha  əvvəl  tikilmiĢ  Qu m  bazilikasın ın 

mərkəzi  hissəsini  təkrar  edir.  GərilmiĢ  proporsiyalı,  böyük  yarımdairəvi  absidalı, 

səcdəgahlı, əsas nef və səcdəgah oyuğundan hər iki tərəfdəki  iki ensiz düzbucaqlı 

xid mət  binalarına  -  yan  neflərinə  malik  o lan  obyekt  də  bu  cürdür.  Absidanın 

böyük, yarımdairəv i formalı,  möh kəm oyuğu üzərində üç ensiz tağlı oyuq yerləĢir. 

Bu oyuqlar məbədin ko mpozisiya mərkəzi olduğunu nəzərə çatdırır.  

Bazilikanın  möhkəm  yerli  daĢ  olan  boz  bazaltdan  inĢa  edilmiĢ 

monu mental  binası  özünəməxsus  gözəl  dağlar  d iyarın ın  sərt  təbii  mühiti  ilə  ü zvi 

Ģəkildə  bağlıdır.  Binanın  hamar  fasad  səthləri  yu xarı  hissədə  bir-birindən  uzaq 

məsafədə  yerləĢmiĢ  ensiz  pəncərə  oyuqları  ilə  kəsilir.  Zalın  daxili  məkan ına  bu 

oyuqlardan  iĢıq  düĢür.  Fasadın  yan  tərəfində  za la  yeganə  giriĢ  oyuğu  vardır. 

Fasadın  batıq  formalı,  simmetrik  surətdə  qurulmuĢ,  müvazinətli  ko mpozisiyası 

iĢığın  düĢməsi  məqsədilə  açılmıĢ  mü xtəlif  ö lçülü  oyuqlarla  kəsilmiĢdir.  Bu  cür 

oyuqlar  mərkəzi  hissədə  qoĢa  Ģəkildədir.  Həmin  oyuqlardan  biri  (böyüyü)  zalın 

əsas  nefini,  digəri  isə  (kiçiyi,  iki  yaruslu)  yanlardakı  nefləri  iĢıqlandırmaq   üçün 

nəzərdə  tutulmuĢdur.  PiramidaĢəkilli  çadırla  örtülmüĢ,  ensiz  sütunlar  üzərindəki 



236 

 

gözəl  qamətli  rotonda  məbədin  çadırlı  damında  yerləĢmiĢdir.  Rotonda  sitayiĢ 



təyinatlı bu binanın ciddi, lakin ifadəli həcmini daha da canlandırır. Məbədin daxili 

divarları yonulmuĢ iri, qara daĢlarla ü zlən miĢdir. Həmin daĢlar hörgü yerinə geniĢ 

məh lul  tikiĢləri  ilə  hörülmüĢdür.  Bu   onunla  izah  olunur  ki,  keçmiĢdə  məbədin 

divarları  malalan mıĢ, həmin  mala ü zərində isə süjet baxımından tematik, polixro m 

(ço xrəngli)  rəsmlər  çəkilmiĢdi.  ġimal  d ivarında  indiyədək  qismən  qalmıĢ  freska 

rəsmli  malanın  fraqmentləri  bunu  təsdiqləyir.  Dayaq  sütunları  -  pilonlar  və  onların 

üzərindəki  tağların  arxivoltları  yaxĢı  yonulmuĢ  iri  daĢ  bloklarla  üzlənmiĢdir.  Zalın 

interyerinin  yuxarı  hissələrində  daĢ  üzərində  dekorativ  oyma  tətbiq  edilmiĢdir.  Bu, 

bazilikal tikilinin iĢıqlandırılma xüsusiyyətləri ilə əlaqədar olaraq onun qavranılması ilə 

ĢərtlənmiĢdir. 

Bir  daha  qeyd  olunmalıdır  ki,  monastırın  fasadları  tikintinin  mütləq 

məntiqiliyi ilə seçilir. Fasadlar bazilikal ko mpozisiyanın daxili quruluĢunu üzə çıxarır. 

Qazax  bölgəsinin  Əskipara  kəndi  yaxınlığındakı  monastır  kompleksi 

Azərbaycanın  erkən  orta  çağlar  memarlığının  maraqlı  örnəklərindən  biridir.  Bu 

monastır  meĢədə,  əlçatmaz  dağlıq  yerdə  yerləĢmiĢdir.  Kompleks  təqribən  2,5  hektar 

ərazini tutur və divarlarla əhatələnmiĢdir.  Yüksək  mövqedə yerləĢmiĢ əsas tikililər  komp-

leksin  qalan  hissəsindən  divarla  ayrılmıĢdır.  Bu,  özünəməxsus  içqala,  iqamətgahdır. 

Kompleksin divarları və qüllələri iri çay daĢlarından ucaldılmıĢdır, bəzi hissələri kifayət 

dərəcədə yaxĢı mühafizə edilmiĢdir. 

Əsas  bina  -  monastır  diqqəti  daha  çox  cəlb  edir.  Monastır  plan  baxımından 

düzbucaqlıdır.  Abidənin  mühafizə  olunmuĢ  fraqmentləri  təsdiq  edir  ki,  o  mühüm 

memarlıq əsəri idi. Bina yaxĢı biĢirilmiĢ 24x22x4 santimetr ölçülü kvadrat kərpiclərdən 

ucaldılmıĢdır.  Abidənin  memarlıq  detalları  da  qismən  kərpiclərdən  (mərkəzi  tağın 

əhatələnməsi),  karnizlər  isə  yarımnəbati  oyma  naxıĢlı  yonulmuĢ  daĢlardan 

hazırlan mıĢdır. 

Binanın  memarlıq  həllində  divarların  tağlama  ilə  iĢlənməsi  aparıcı 

əhəmiyyətə malikdir. Bu üsul baĢ fasadda alaqapıya keçir. Alaqapı daha geniĢ və daha 

uca  tağla  bəzənmiĢdir.  Gü man  etmək  olar  ki,  tağlar  yarımdairəvi  olmuĢlar.  Binanın 

daxilində yan  otağın  tağının  çatmalı  cizgiləri  aydın  surətdə  izlən məkdədir.  Gü man 

etmək  olar  ki,  içqalalı  kompleks  Alban  dövlətinin  baĢçıları  olmuĢ  böyük  Mihrani 

hökmdarlarının  iqamətgahı  idi.  Albaniya  hökmdarlarının  qıĢ  iqamətgahı  olmuĢ  Xalxal 

Ģəhərinin  məhz  bu  yerdə  lokallaĢdırılması  bunu  təsdiq  edə  bilər.  Buna  görə  də 

kompleksin hələ V əsrdə yarandığını ehtimal etmək olar. Kərpic texnikas ının xarakteri 

və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə əsas binanı XI əsrə aid etmək 

mü mkündür. 

 

 



 

 

 



237 

 

XI FƏSĠL 



 

XĠLAFƏTĠN ZƏĠFLƏMƏSĠ NƏTĠCƏSĠNDƏ 

AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ IX-X ƏSRLƏRDƏ 

TƏġƏKKÜL TAPAN FEODAL DÖVLƏT 

QURUMLARININ SĠYASĠ TARĠXĠ 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin