TarġXĠ III-XIII əsrin I rübü


§ 1. XĠLAFƏTDƏ ƏMƏVĠLƏRƏ QARġI DĠNĠ-SĠYASĠ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   17   18   19   20   21   22   23   24   ...   45
§ 1. XĠLAFƏTDƏ ƏMƏVĠLƏRƏ QARġI DĠNĠ-SĠYASĠ 

HƏRƏKATIN GÜCLƏNMƏSĠ 

 

632-ci ildə gələcək varisləri haqqında heç bir vəsiyyət qoymayan Məhəmməd 



peyğəmbər vəfat etdi. Bu qəfil hadisə müsəlman icmasının dini və dünyəvi rəhbərliyinə 

kimin  haqqı  çatması  sualı  ətrafında  qızğın  mübahisələrin  yaranmasına  səbəb  oldu. 

Hakimiyyət  uğrunda  gedən  açıq  mübarizə  mü xtəlif  dini-siyasi  görüĢlərin 

formalaĢmasına gətirib çıxartdı. VII əsrin ikinci yarısında Əli tərəfdarları siyasi qrupu - 

"Ģiə"nin  təĢəkkül  tapması,  sonralar  islamda  xüsusi  dini-siyasi  hərəkatın  -  Ģiəliyin 

yaranması  üçün  təkan  oldu.  Xəlifə  Os manın  dövründə  ilk  müsəlmanların  köhnə 

düĢmənləri  olan  Məkkə  əyanlarına  Məhəmmədin  tərəfdarlarına  (ənsarlara)  nisbətən 

geniĢ  imkanlar  açılması  ələvilərin  nüfuzunu  daha  da  artırdı.  Əvvəlki  imtiyazlarından 

məhrum olmuĢ ənsarlarla yanaĢı, ictimai vəziyyətləri ağırlaĢmıĢ iranlı məvalilər, habelə 

Osmanın  mənsub  olduğu  Əməvilər  nəsli  ilə  köhnə  ədavətləri  olan  ərəb  tayfaları  da 

ələvilərə  qoĢuldular.  Lakin  müsəlman  icmasının  heç  də  bütün  üzvləri  Əlinin 

hakimiyyəti,  eləcə  də  onun  daxili  siyasəti  ilə  razılaĢmırdılar.  Bu  müqavimət  Osman 

öldürüldükdən sonra xəlifə seçilmiĢ Əlinin hakimiyyətinə qarĢı silahlı mübarizə Ģəklini 

aldı.  Hərəkatın  baĢında  Məhəmməd  peyğəmbərin  arvadı  AiĢənin  də  qoĢulduğu 

varlanmıĢ  ənsarlardan  Talha  və  əz-Zubayrın  dəstəsi  dururdu.  656-cı  ildə  Bəsrə 

yaxınlığında baĢ verən, tarixə "dəvə" vuruĢması adı ilə (bu ad vuruĢmada iĢtirak edən 

AiĢənin dəvə üzərində qoyulmuĢ kəcavədə oturması ilə əlaqədar verilmiĢdir) daxil olan 

qanlı döyüĢdə bu dəstə darmadağın edildi, baĢçılar (AiĢədən baĢqa) öldürüldülər. 

Əliyə qarĢı mübarizə aparan ikinci cəbhə - Əməvilərdən olan Suriya hakimi 

Əbu Sufyan oğlu Müaviyənin tərəfdarları daha  böyük fəallıq göstərirdilər. Mübarizə 

edən tərəflər  arasında  657-ci  ildə  Siffin  yanında baĢ  verən qanlı  döyüĢün  nəticəsi  Əli 

tərəfdarları  arasında  təfriqənin,  müsəlman  dünyasında  bir  qədər  sonra  baĢ  verəcək 

taleyüklü hadisələrin  baĢlanğıcı  oldu.  Əli  tərəfdarlarının nisbi  üstünlüyü  ilə  keçən  bu 

vuruĢmada  qədim  ərəb  adəti  üzrə  "kimin  haqq,  kimin  nahaq"  olmasını 

müəyyənləĢdirəcək  münsiflər  məhkəməsinin  olmasına  razılıq  verən  Əlinin  hərəkətinə 

qarĢı  onun  12 nıin döyüĢçüsü hərbi  düĢərgəni  tərk  edib getmiĢ  və  beləliklə,  " xarici-

lər" (" xaric" - çıxıb gedən) hərəkatının əsası qoyulmuĢdu. 

Əli  öldürüldükdən  (661)  sonra  Əməvilərin  hakimiyyət  baĢına  gəlməsi  əsas 

dini-siyasi Ģüarı  -  hakimiyyətin peyğəmbər  xanədanına  (peyğəmbərin qızı  Fatimənin 

və  Əlinin  övladlarına)  qaytarılmasmı  daha  kəskin  Ģəkildə  qoydu.  Ta  qədimdən 



191 

 

hakimiyyətin  nəsildən-nəslə,  irsən  ötürülməsi  prinsipinin  həyata  keçirildiyi  keç miĢ 



Ġran  və  Mesopotamiya  dövlətləri  əhalisi,  o  cümlədən  azərbaycanlılar  da  əvvəllər 

Əməvilərə, sonralar isə Abbasilərə qarĢı yönəldilən bu Ģüara əlbəttə, öz mənafelərini 

də  (yəni,  yerlərdəki  hakimiyyəti  ələ  keçirməyi)  unutmadan haqq  qazandırdılar.  Heç 

Ģübhəsiz, burada ayrı-ayrı yerlərdə ortaya çıxan lokal xarakterli problemləri də nəzərə 

almamaq  olmazdı.  Yeni  ictimai-siyasi  qurumun - Xilafətin yaranması ilə bağlı labüd 

çətinliklərin  meydana  çıxması,  qurtarmaq  bilməyən  tayfa  davaları,  vergi  zülmündən 

xilas  olmağa  çalıĢan,  lakin  Əməv ilərin  gəliĢindən  də  yüngüllük  hasil  etməyən 

zəhmətkeĢ  kütlələrin,  eləcə  də  ərəblərəqədərki  hakimiyyətləri  əllərindən  çıxmıĢ  yerli 

feodalların  mövcud  vəziyyətləri  -  bütün  bunlar,  VIII  əsrin  əvvəllərindən  baĢlayaraq 

iğtiĢaĢ  və  çaxnaĢmaların  sayını  artırdı.  Bu  iĢdə  Əməvilərə  qarĢı  mübarizədə  əsas  rol 

oynayan  Əli  soyu  tərəfdarlarının  və  ilk  vaxtlar  onların  ideyaları  ilə  çıxıĢ  edən  və 

peyğəmbərin  əmisi  Abbasın  nəslindən  olan  Abbasilərin  Xilafətin  hər  tərəfinə,  o 

cümlədən  Qafqaza  göndərdikləri  təbliğatçıların  fəaliyyətləri  xüsusi  əhəmiyyət 

daĢıyırdı. Əməvilərə qarĢı aparılan mübarizə prosesində özünü daha fəal və uzaqgörən 

siyasətçi kimi nümayiĢ etdirən Abbas nəs li tədricən bütün təbliğatı əlində cəmləĢdirdi, 

təbliğatın  mərkəzini  isə  Əməvilərin  sarayından  və  qoĢunundan  uzaqda  yerləĢən, 

siyasi  gücünü  hələ  də  əldən  verməyən  qüdrətli  yerli  feodal  zü mrəsinin  o lduğu 

Xorasana  keçirtdi.  Beləliklə,  VIII  əsrin  ortalarında  Abbasilər  hakimiyyəti  ələ 

keçirə biləcək yeganə real qüvvəyə çevrildilər.  

 

 



 

 

 



 

 

§ 2. AZƏRBAYCANDA ƏMƏVĠLƏRƏ QARġI ÇIXIġLAR 

 

734-741-c i  illə rdə  Qafqaz  cəbhəsində  xəzə rlə rə  qarĢı  döyüĢ lərdə 



müvəffəqiyyət  qazana  bilmiĢ  ərəblər,  Xilafətin  baĢqa  bölgələrində,  xüsusilə  Orta 

Asiya  və  ġimali  Afrikada  mərkəzi  hakimiyyət  əleyhinə  yönəlmiĢ  çıxıĢların 

qarĢısını  almaqda  çətin lik  çəkirdilər.  Hicri  tarixlə  126  (743  -  744-cı  ildə),  xəlifə 

HiĢamdan  sonrakı  bir  il  ərzində,  Əbdülməlikin  üç  nəvəsi  (II  Vəlid,  III  Yəzid  və 

Ġbrahim)  xəlifə  taxtında  biri  digərin i  əvəz  etdi.  HiĢamın  Qafqazda  caniĢin  olan 

qardaĢı Mərvan, məhz bu dövrdə Asim ibn Abdullah ibn Yəzid əl-Hilalini  Bərdədə 

öz  yerində  qoyub  ġama  gedir  və  fəal  surətdə  hakimiyyət  uğrunda  mübarizəyə 

qoĢulur.  744-cü  ildə  o,  Əməv ilər  sülaləsinin  son  xəlifəsi  II  Mərvan  adı  ilə 

fəaliyyətə  baĢlayır.  Lakin  Xilafəti  bürü müĢ  dini-siyasi  hərəkatın  qarĢısını  almaq 

artıq  mü mkün  deyildi.  Ġqtisadi  vəziyyətin  ağırlaĢması  da  mövcud  Ģəraiti  həddən 

artıq gərgin ləĢdirmiĢdi. 


192 

 

O  dövr  ictimai-siyasi  tariximizin  ən  ətraflı  Ģərhçilərindən  biri  olan  IX 



yüzilin ərəb tarixçisi əl-Kufinin dili ilə desək, "Mərvan ibn Məhəmməd  xəlifə olan 

kimi Azərbaycan və Ərminiyədə iğtiĢaĢlar baĢlandı". 

Ərəb  üsuli-idarəsinə  qarĢı  Azərbaycanda  artan  hərəkatın  baĢında  əl-

Kufin in "beyləqanlı" kimi təqdim etdiyi "əl-Qəssab" (qəssab, ətçi) ləqəbli Müsafir 

ibn  Kəsir  (Küseyr)  dururdu.  O,  hələ  Mərvanın  öz  can iĢinliyi  dövründə  Dərbəndə 

hakim  təyin  etdiyi  Ġshaq  ibn  Müslim  əl-Uqaylin in  kö məkçisi  id i.  Xilafət 

mərkəzində hakimiyyət uğrunda gedən dini-siyasi çəkiĢ mədən öz  mənafeləri üçün 

istifadə  edən  baĢqa  yerli  feodallar  kimi,  Müsafir  də  vergi  zülmündən,  aramsız 

müharibələrdən  zara  gəlmiĢ  xalqın  kö məy i  ilə  hakimiyyəti  ələ  keçirmək,  ərəb 

ağalığından qurtarmaq istəyirdi. 

Yu xarıda  qeyd  edildiyi  kimi,  məhz,  bu  qarıĢıq  dövrdə,  Abbasi  emissarları  - 

dailəri (dava-  "dəvət" sözündəndir),  yerlərdə  mərkəzi  hakimiyyətə qarĢı geniĢ təbliğat 

aparırdılar.  Əməvilərə  qarĢı  yalnız  peyğəmbər  nəslinə  mənsub  olan  Abbasilər  və 

Ələvilər deyil, eyni zamanda bütün müxalif qüvvələr, o cümlədən "xaricilər" təriqətinə 

mənsub  Ģəxslər  də  çıxıĢ  edirdilər.  Əl-Kufinin  yazdığına  görə,  Müsafiri  və  onun 

tərəfdarlarını  Xilafətə  qarĢı  qaldıran  da  Ġraqda  Əməvilərin  əleyhinə  çıxmıĢ,  xaricilər 

təriqətinə  mənsub  əd-Dəhhak  ibn  Qeys  əĢ-ġeybani  (128/745-746-cı  ildə  öldürülüb) 

olmuĢdu. Özlərini islamın "saflığı" uğrunda mübarizlər kimi qələmə verən, dinin vacib 

göstəriĢlərinin  ciddi  icrası  ilə  fərqlənən  "xaricilər"  ali  hakimiyyət  məsələsində  həm 

xəlifənin  yalnız  qüreyĢilərdən  seçilməsi  Ģüarı  ilə  çıxıĢ  edən  sünnilərə,  həm  də 

hakimiyyətin Məhəmməd peyğəmbərin nəslinə irsən keçməsi və imamlığın (Xilafətin) 

dini  mahiyyət daĢıması nəzəriyyəsini  müdafiə  edən Ģiələrə  qarĢı  çıxırdılar. "Xaricilər" 

dini  icmanın-dövlətin  baĢçısının  qeyd-Ģərtsiz  seçki  yolu  ilə  seçilməsini  qəbul  edir, 

baĢçılığa namizədin  mənĢəyinə heç  bir  əhəmiyyət vermirdilər.  Görünür, "xaricilər"in 

məhz belə təlimləri yerlərdə hakimiyyət uğrunda mübarizə aparanları özünə daha  çox 

cəlb  edirdi.  Onların  təbliğatı  ilə  Azərbaycanda  mərkəzi  hakimiyyətə  qarĢı  ayağa 

qalxmıĢ beyləqanlı Müsafirin baĢçılığı ilə cərəyan edən hadisələri tarixçi əl-Kufi belə 

təsvir edir: "...həmin Müsafir ibn Kəsir onu dəstəkləyən adamların baĢında çox  keç-

mədən Ərdəbilə çatır. Bu zaman burada da xəlifənin hakimiyyətindən cana doymuĢlar 

vardı.  Onların sayı getdikcə  çoxalırdı.  Hə min  vaxt  Beyləqanda  olan  [vali]  Asim  ibn 

Yəzid  əl-Hilali  bu  iĢdən  xəbər tutur,  qiyamçıların  Beyləqan  əhalisindən olan  iki  baĢ -

çısını  yanına  çağırtdırır.  Onlardan  birinin  adı  Aban  ibn  May mun,  o  birininki  isə 

Qüteybə ibn Sadaka idi. Vali onların ikisini də tutub, Beyləqan zindanına saldırır. Xəbər 

qiyamçıların  baĢçısı,  bu  zaman  Varsanda  olan  Müsafir  ibn  Kəsir  əl-Qəssaba  yetiĢir. 

Gecədən xeyli keçmiĢ o, bir dəstə tərəfdarı ilə Varsandan çıxıb Beyləqana gəlir. Onlar 

nərdivan qoyub, Ģəhər  divarlarına  çıxırlar.  Ġsmət  ibn  Müslim  Beyləqana birinci  daxil 

olur.  O,  qarovul  dəstəsinin  rəisini  tutub,  elə  divarın  üstündəcə  baĢını  kəsir.  On lar 

Beyləqana  girirlər.  Əmir  Asim  ibn  Yəzid  əl-Hilali  Bərdə  Ģəhərinə  çəkilir... 

Qiyamçılar  Qüteybə  ibn  Sadaka  və  Aban  ibn  Maymunu  zindandan  azad  edirlər... 

Beyləqana  hər  yerdən  çoxlu  adam  axıĢır,  tezliklə  böyük  bir  ordu  yığılır.  Müsafirin 


193 

 

baĢçılıq etdiyi bu ordu Bərdəni tutmaq məqsədi ilə Beyləqandan çıxıb, ço x keçmədən 



Yunana  yetiĢir.  Əmir  Asim  ibn  Yəzid  əl-Hilali  bundan  xəbər  tutub,  öz  adamlarını 

toplayır və qoĢununu Bərdə qapıları yanında, Tərtər çayı boyunca yerləĢdirir. Müsafir, 

Asim  ibn  Yəzidin  düĢərgəsinə  yetiĢir.  Qiyamçılar  "Allahu  əkbər"  deyərək,  Asimin 

ordusuna hücum çəkir və onu darmadağın edirlər. Bərdə əmiri Asim ibn Yəzidin özü 

və bir çox əsgərləri öldürülür. Asimin oğlu Zəfər qoĢunun qalıqları ilə çox pis halda 

özlərin i Bərdəyə çatdırırlar..."  

Asim öldürüldükdən sonra xəlifə Mərvan Dərbənd hakimi Ġshaq ibn Müslim əl-

Uqaylini  bütün  Ərminiyəyə  vali  təyin  edir.  Əl-Kufinin  məlumatına  görə,  o,  Ġshaqın 

qardaĢı  sərkərdə  Əbdül  Məlik  ibn  Müslim  əl-Uqaylini  isə  Müsafirin  baĢçılıq  etdiyi 

hərəkatı  yatırmaq  və  xəzinəyə  çatası  xəracı  toplamaq  məqsədilə  Bərdəyə  göndərir. 

Növbəti  döyüĢ  Bərdə  ilə  Yunan  arasında  baĢ  verir.  Əbdül  Məlik  özü  öldürülür. 

QardaĢının  yerini  tutan  Ġshaqla  üsyançılar  arasında  qanlı  döyüĢlər  isə,  qaynağın 

yazdığına görə, "Əbu Müslimin baĢ çılığı ilə Xorasanda qara bayraqlılar zühur edənədək 

davam etdi". 

Doğrudan  da  Əməvilərə  qarĢı  mübarizə  dalğası  artıq  bütün  vilayətləri 

bürümüĢdü.  Bu  çıxıĢların  ən  qüdrətlisi  747-ci  ildə  Mərv  vadisində  Əbu  Müslim 

Xorasaninin  baĢçılığı  ilə  oldu.  Üsyan  tezliklə  Qərbi  Ġrandan  Ġraq  ərazisinə  yayıldı. 

Dəclə çayının sağ qolu Böyük Zab çayı üzərində üsyançıların ordusu ilə II Mərvanın 

qoĢunu  arasında  baĢ  verən  döyüĢ  xəlifə  əsgərlərinin  məğlubiyyəti  ilə  nəticələndi.  II 

Mərvan bir dəstə yaxın adamları ilə ġama, sonra Fələstinə,  oradan  da  Misirə  qaçdı. 

Yen i ordu toplamaq cəhdləri boĢa çıxan Mərvan Məğribə keçmək istərkən öldürüldü. 

Beləliklə,  Əməvilər  sülaləsinin  90  illik  ö mrü  baĢa  çatdı.  Xilafətdə  hakimiyyət 

Məhəmməd  peyğəmbərin  əmisi  Abbasın  nəslinin  əlinə  keçdi.  Ədəbiyyatda 

paytaxtının  adı  ilə  Bağdad  Xilafəti  də  adlandırılan  Abbasilər  sülaləsinin  (750-1258) 

hakimiyyət dövrü baĢlandı. 

 

 



 

 

§ 3. AZƏRBAYCANDA ABBASĠLƏRƏ QARġI ĠLK 



ÇIXIġLAR 

 

Cənubi Qafqazın, o cü mlədən Azərbaycanın strateji və siyasi əhəmiyyətini 



yaxĢı  dərk  edən  ilk  Abbasi  xəlifəsi  Əbu-l-Abbas  (750-754)  hakimiyyəti  ələ  a lan 

kimi  qardaĢı,  gələcək  xəlifə  Əbu  Cəfəri  Azərbaycan,  Ərmin iyə  və  əl-Cəzirən in 

valisi  təyin  etdi.  Yeni  vali  bütün  Cənubi  Qafqazı  bürü müĢ  çıxıĢların  qarĢısını 

almaq,  xüsusilə bu  za man Azə rbaycanın  xeyli hissəsini öz hakimiyyətinə tabe edə 

bilmiĢ  Müsafir  ibn  Kəsirin  üsyanını  yatırtmaq  üçün  buraya  hakim  təyin  etdiyi 

Məhəmməd  ibn  Sulu  qiyamçıların  üzərinə  göndərdi.  IX  yüzil  ərəb  tarixçilərin in 

yazdıqlarına  görə,  "Müsafirin  və  onun  tərəfdarların ın  müqavimətinə  baxmayaraq, 


194 

 

yüzmin lik  Xilafət  qoĢununun  baĢında  duran  Məhəmməd  ibn  Sul,  nəhayət,  üsyanı 



yatıra  bilir.  Müsafir  öldürülür,  üsyançıların  son  sığınacağı  olan  Sisyan dakı  Kilab 

qalası  alınır.  Müsafirin  və  onun  silahdaĢlarının  kəsilmiĢ  baĢları  xəlifə  sarayına 

göndərilir". 

Lakin üsyanın yatırılması mövcud ağır vəziyyəti dü zəldə bilməd i. 

Yaln ız  milliyyətcə ərəb olan lara,  xüsusilə Ģimal ərəb tayfalarına üstünlük 

verən  və  onlara  arxalanan  Əməv ilərdən  fərqli  olaraq  hakimiyyətə  bilavasitə 

iranlıların  kö məyi  ilə  gələn  və  əsas  etibar  ilə  cənub  ərəb  tayfalarına  dayaqlanan  

Abbasilərin  Xila fət  ta xtına  çıxma ları  yerlərdəki  iğtiĢaĢı  daha  da  artırdı.  Ayrı-ay rı 

vilayətlərdə,  o  cü mlədən  Azərbaycanda  yerli  feodalların  separatçılıq  cəhdləri 

Əməvilərin  dayağı  olan  Ģimal  ərəb  tayfaları  ilə  Abbasilərin  arxası  və  təmsilçisi 

olan  cənub  ərəb  tayfaları  arasındakı  hərc -mərcliyə  qarıĢdı.  Bu  mübarizə  Ģimal 

ərəblərinin ço x olduğu Arranda özünü xüsusi büruzə verird i.  

Müsafirin  baĢçılığı  ilə,  ərəb  müəlliflərinin  həqarətlə  "suluk"  (səalik) 

"qaçaq-quldur,  səfil"  adlandırdıq ları  qiyamçıların  çıxıĢı  yatırıldıqdan  sonra  yeni 

ərəb  üsuli-idarəsi  keçmiĢ  sülalənin  təəssübkeĢlərin i  -  A zərbaycan  ərazisində 

məskunlaĢdıqları  uzun  illər  ərzində  az  qala  yerliləĢ miĢ  Ģimal  ərəb  tayfalarını 

sıxıĢdırmağa  baĢladılar.  Dövrün  mənbələri  illər  boyu  davam  edən  bu  mübarizə 

haqqında  yazırdı:  "[Abbasilər  hakimiyyət  baĢına  gəldikdən  sonra]  Varsan  

Əməvilərdən  alındı,  [Abbasi  xəlifəsi]  əl-Mənsurun  [754-775]  qızı  Ummu  Cəfər 

Zübeydəyə verildi. Marağanın əhalisi Mərvana sığınmalı oldu. Sonra Əməvilərin baĢqa 

mülkləri  ilə  birlikdə  [Abbasi  xəlifəsi]  Harun  ər-RəĢidin  qızlarından  birinə  verildi... 

Mərəndi...  əvvəlcə  Əbu-1-Bəis,  sonra  əl-Bəis,  ondan  sonra  isə  oğlu  Məhəmməd 

möhkəmləndirmiĢdi...  Urmiyanı...  əl-əzd  qəbiləsin in  məv lası  Sadaqa  ibn  Əli 

tutmuĢdu...  Təbrizdə  əvvəl  ər-Rəvvad  əl-Əzdi,  ondan  sonra  Vacnau  ibn  ər-Rəvvad 

məskən  salmıĢ,  buranı  abadlaĢdırmıĢ,  qala  divarları  ilə  möhkəmləndirmiĢ, 

həmqəbilələrin i burada yerləĢdirmiĢdi. Əl-Məyanic və Cilbaya həmdanilərin məskən 

saldıqları yerdi.  Bərzə nahiyəsini  əl-avdilər tutmuĢdu... Nerizdə... Murr ibn Əmr ət-

Tainin  uĢaqları  məskən  salmıĢ,  yaĢamıĢ  və  buranı  abad  etdirmiĢdi...  Səratda  kində 

qəbiləsindən olanlar məskən saldılar...". ÇağdaĢlarının məlumatını yekunlaĢdıran tarixçi 

əl-Yəqubi yazırdı:  "Yəməndən  olan  [cənub] qəbilələri  [Ģimallı]  nizarilətin  yerlərini 

tutdular". 

Lakin Azərbaycanın Ģimal hissəsində olan Bərdə, Qəbələ, Dərbənd və bir çox 

digər yerlərdə yeni sülalənin nümayəndələri düĢ mən kimi qarĢılandılar. Bu müqavimət 

vaxtilə Dərbənd və onun ətraflarında məskunlaĢmıĢ ġamdan, Mosuldan və b. yerlərdən 

gəlmiĢ Ģimal ərəb tayfaları tərəfindən xüsusilə güclü idi, Arranda uzun müddət davam 

edən bu üzücü müqavimət Abbasiləri həmin bölgədə apardıqları yerlibazlıq siyasətini 

dəyiĢdirməyə, bəzi yerlərdə Ģimal ərəb tayfalarının üstünlüyünə dözməyə məcbur etdi. 

Hətta Harun ər-RəĢidin (786-809) hakimiyyətə gəldiyi dövrdən baĢ layaraq bu və ya 

digər  ərəb  tayfasının  aid  olduğu  qrup  məsələsinə  (Ģimal  və  ya  cənub  qrupuna  aid 

olmasına)  artıq  əhəmiyyət  verilmədi.  Əl-Yəqubinin  məlu matına  görə  "[Harun]  ər-



195 

 

RəĢid...  Yusif  ibn  RəĢid  əs-Suləmini  [Arran  hakimi]  təyin  etdi,  o  isə  ölkəyə  niza-



rilərdən  (yəni Ģima llılardan  -  N.V.)  köçürtdü; buna  görə onun  hakimliyi  dövründə 

[Ģimal  ərəblərinin]  sayı  xey li  artdı.  Ondan  sonra  ər-RəĢid,  Yəzid  ibn  Məzyəd  əĢ-

ġeybanini  [hakim]  təyin  etdi.  O da  hər  yerdən bura  rəbiiləri  köçürtdü, odur  ki,  indi 

onlar  Arranda  olan  ərəblərin  əksəriyyətini  təĢkil  edirlər.  Ondan  (Yəzid dən)  sonra 

Zeyd ibn Xəttab əl-Ədəvinin nəslindən olan Əbu əl-Kəbir ibn Əbd əl-Həmid hakim 

təyin olundu, o da diyar mudar əhlindən bir dəstə ilə oraya yollandı". 

Beləliklə,  ço x  keçmədən  Azərbaycanda  Ərəbistan  yarımadasının  hər 

yerindən mü xtəlif tayfa və qəbilələrdən olan ərəblər  məskunlaĢdı. Öz vətənlərində 

bir-b irlərinə  qarĢı  çox  da  mehriban  olmayan  bu  tayfalar  köhnə   ədavətlərini  özlə ri 

ilə  yeni  məskənləri  Azərbaycana  da  gətirdilər,  burada  da,  indi?  özgə  torpağı 

üstündə  hərc-mərcliklərin i  davam  etdirdilər.  Mənbələrin  məlu matına  görə,  bu 

qarĢıdurmaya  yalnız  Yəzid  ibn  Məzyəd  əĢ -ġeybaninin  hakimliyi  dövründə  son 

qoyuldu.  Onun gördüyü tədbirlər  nəticəsində "əhali  sakitləĢdi,  qanun -qayda bərpa 

edildi, niza rilər yə mənilərlə bərabərləĢdirild i". 

Abbasilərin  Xilafət  taxtına  sahib  olması  islam  dünyasında  böyük 

dəyiĢikliklərə səbəb oldu. Peyğəmbər nəslin in bu budağının qələbəsi həmin nəslin 

hakimiyyət  uğrunda  mübarizə  aparan  digər  budağını  -  Əli  tərəfdarlarını  onlardan 

tamamilə  ayırdı.  Bu  zamandan  etibarən,  soy  kökləri  ilə  peyğəmbər  xanədanına 

bağlı  olan  Abbas  və  Əli  oğulları  biri  digərlərinə  düĢmən  kəsildilər.  Artıq  ikinci 

Abbasi  xə lifəsi  ə l-Mənsurun  dövründə  Əli  və  Fatimə  nəslinin,  xüsusilə  xəlifə liyə 

namizədliyi irəli sürülmüĢ Həsən tərəfdən olan nümayəndələrin i açıq surətdə təqib, 

hətta  edam  etməyə  baĢladılar.  Öz  hakimiyyətinin  qanuniliy ini  əsaslandırmağa 

çalıĢan  yeni  sülalə  ilə  hakimiyyət  iddiasında  olan  müxalif  qüvvələr,  xüsusilə 

Ələv ilər  arasında  ideoloji  mübarizə  fəallaĢdı.  755-ci  ildə  Abbasilər  sülaləsini 

hakimiyyətə  gətirmiĢ  Əbu  Müslim  Xorasaninin  xəlifə  əl-Mənsurun  əmri  ilə  qətlə 

yetirilməsi hakim süla lə  ilə   mü xa lif qüvvələr arasında yaran mıĢ uçuru mu daha da 

dərinləĢdirdi.  Əbu Müslimi yalnız dövlət hakimiyyəti nümayəndəsi deyil, eləcə də 

özlərin in  müəllimi hesab edən mü xtəlif  məzhəb baĢçıları Abbasilərə qarĢı çıxd ılar. 

Maraqlıd ır  ki,  bu  çıxıĢ larda  Xilafətin  Ģərq  vilayətlərin in  müsəlman-Ģiə  əhalisi  ilə 

yanaĢı  atəĢpərəst  iranlı  və  azərbaycanlılar  da  iĢtirak  edird ilər.  755-ci  ildə  NiĢapur 

Ģəhərinin  rəisi,  müsəlman  mənbələrinin  gavur  (kafir)  adlandırdıqları  atəĢ pərəst 

Sumbatın  (Sunbadın)  baĢçılığı  ilə  Xorasandan  tutmuĢ  Azərbaycanadək  geniĢ  bir 

ərazidə yayılan üsyanın baĢlanması  məhz Əbu Müslimin edamı ilə  bağlı o ldu. Ət-

Təbərinin  məlu matına  görə,  tez  bir  zamanda  NiĢapuru,  Ku misi  və  Reyi  ələ 

keçirmiĢ, "Firu z  isbahbed" adını qəbul etmiĢ, Ġbn əl-Əsirin qeydinə əsasən "xarici" 

təriqətlərinə  mənsub  olmuĢ  bu  atəĢpərəst,  Nizamülmülkün  verdiyi  xəbərə  görə, 

bilavasitə  xürrəmdinilərlə  bağlı  idi.  Onun  yazdığına  görə,  hələ  Məzdəkin  arvadı 

Xürrəmənin  vasitəsilə  məzdəkiliyi  qəbul  etmiĢ  və  adamların  xürrəmdinilər  adlandırdığı 

"gavurlar"  o  za mandan  bəri  öz  dinlərini  açıq  nümayiĢ  etdirmək  üçün  münasib  vaxt 

gözləyirdilər. Əbu Müslimin  Bağdadda öldürülməsi həmin  vaxtın yetiĢdiyini göstərdi. 



196 

 

Müəllif, Sunbadın baĢçılıq etdiyi üsyançılar arasında Ġmam Hüseynin nəvəsi Zeyd ibn 



Əlinin  baĢçılıq  etdiyi  rafidilərin,  digər  Ģiə  təriqətlərindən  müĢəbbihilərin,  eləcə  də 

məzdəkilərin olduğunu qeyd edir. Əbu Müslimi allahın elçisi  adlandıran Sunbad onun 

yenidən  Məzdəklə  birlikdə  qayıdacağını  elan  edir,  Abbasiləri  məhv  etmək  məqsədilə 

yığıĢmıĢ  bu  müxtəlif  etiqadlı  adamların  qəlbinə  yol  tapmağa  çalıĢır,  xürrəmdinilərə 

"Məzdək Ģiə olub, ona görə Ģiələrlə əlbir olun, Əbu Müslimin qanını  alın",  -  deyir.  On 

minlik  xəlifə  qoĢunu  özəyi  xürrəmd inilərdən  olan və  cəmi  70  gün davam  edən bu 

üsyanı  amansızlıqla  yatırdı,  üsyançıların  çoxunu,  o  cümlədən  Sunbadın özünü  məhv 

etdi. 


Vergi yükünün ağırlığı,  xəzərlərin 763-cü ildə yenidən baĢlanan hücumları 

əhalinin güzəranını daha da pisləĢdirmiĢ, üsyan və çıxıĢların sayını artırmıĢdı. Xəlifə əl-

Mənsurun  oğlu  əl-Mehdi  dövründə  (775  -  785)  siyasi  vəziyyət  xeyli  gərginləĢdi. 

Vəziyyətin bu həddə yetiĢməsində xəlifənin din sahəsində irəli sürdüyü yeni görüĢ və 

təlimatların rolu da az olmadı. Hakimiyyətin Əli övladlarına (o cümlədən, Əlinin oğlu 

Məhəmməd  əl-Hənəfi  və  nəvəsi  Əbu  HaĢimə)  deyil,  peyğəmbərin  əmisi  əl-Abbasın 

nəslinə keçməsinin qanuniliyini irəli sürən əl-Mehdi, bu addımı  ilə Abbasilərin hərbi-

siyasi  qələbəsini  ideoloji  baxımdan  möhkəmləndirməyə  çalıĢır,  bu  sülalənin 

ələvilərə qarĢı yönəldilmiĢ siyasətini davam etdirirdi. ġiə qaynaqları əl-Mehdinin "əl-

Abbas [Məhəmmədin] əmisi, onun varisi və ən yaxın qohumu olub, Əbu Bəkr, Ömər, 

Osman,  Əli  və  sonrakı  xəlifələr  iĢğalçı  qəsbkarlardır..."  sözlərini  xüsusi  qeyd  edir. 

Bununla  əl-Mehdi  peyğəmbərdən sonra  Abbas nəslinin birbaĢa qanuni varis olduğunu 

sübut  etməyə  çalıĢırdı.  Onun  tələbi  ilə  mövcud  "kafir"  (zındıq)  təriqətlərin  siyahısı 

tutuldu, onlara qarĢı "ciddi tədbirlər görüldü", kafirlərin təqibi üçün "sahib əz-zənadiq" 

və  ya  "arif  əz-zənadiq"  adlı  yeni  rəsmi  vəzifə  təsis   edildi.  Bütün  bu  tədbirlərdə 

daha  çox  siyasi  məqsədlər  güdən  xəlifə  əl-Mehdi  tərtib  edilən  "kafir"  siyahılarına 

onun  hakimiyyəti  üçün  təhlükə  ola  b iləcək  siyasi  əleyhdarların ın  və  onların 

mənsub olduqları d ini təriqətlərin ad larını daxil etmiĢdi.  

Xəlifən in  bu  qərarı  ideoloji  mübarizənin  fəallaĢmasına,  hakimiyyət 

uğrunda  mübarizənin  yeni  yolların ın  aranmasına  gətirib  çıxartdı.  Bunlardan  ən 

mühü mü  794-cü  ildə  Beyləqanda  baĢ verdi.  Üsyanın  baĢında  Abbasi  xəlifələri  əl-

Hadinin və Harun ər-RəĢidin dövründə dəfələrlə üsyan etmiĢ,  xaricilər təriqətindən 

olan,  əl-Kufin in  "əĢ-Ģəri"  -  Ģər  (ĢərəĢur  adam)  adlandırd ığı  məĢhur  qiyamçı  Əbu 

Müslim dururdu. 

Beyləqan  üsyanının  baĢlanması  üçün  əsas  bəhanə  vergi  zü lmündən  cana 

doymuĢ  qonĢu bərdəlilərin  ərəb  amili  (verg i  rəisi)  Əbussabbahı  öldürmələri  o ldu. 

Xəlifə  üsyançılara  qarĢı  Ġshaq  ibn  Müslim  əl-Uqaylinin  baĢçılığı  ilə  beĢ  min lik 

iraqlı  süvari  yolladı.  Varsan  yanın da  baĢ  verən  qanlı  döyüĢdə  Xilafət  ordusu 

darmadağın  edildi.  Bundan  sonra  xəlifə  Harun  ər -RəĢid in  biri  digərinin  ard ınca 

göndərdiyi  daha  iki  qoĢun  məğlubiyyətə  uğrayır.  Ġlkin  uğurlara  baxmayaraq  Əbu 

Müslim  sonrakı  əməliyyatlarda  müvəffəqiyyət  qazana  bilmir  -  Naxçıvanı  ələ 

keçirsə  də  Dəbilin  dördaylıq  mühasirəsi  baĢ  tutmur.  Sisəcanı  (Sisyanı)  keçərək, 



197 

 

Beyləqana  qayıdıb,  bu  Ģəhərdə  möhkəmlənən  Əbu  Müslimə  qarĢı  otuz  min lik 



əsgəri  olan  üç  ordu  göndərilir.  Yəhya  əl-HəraĢi  və  Yəzid  ibn  Məzyəd  əĢ-

ġeybaninin baĢçılıq etdikləri bu ordular hər tərəfdən Əbu Müslimə hücu m edirlər. 

Lakin  qaynaqdakı  məlu mata  görə,  hücum  ərəfəsində  Əbu  Müslim  ölür.  Onun 

yerini  tutmuĢ  beyləqanlı  əs-Səkin  ibn  Musa  ibn  Hayyan  döyüĢdə  məğlub  edilir, 

onun  oğlu  Xəlil  əsir  düĢür.  Ço x  keçmədən  Yəzid  ibn  Məzyədin  baĢçılıq  etdiyi 

qoĢun üsyançıların son hücumunu da dəf edir.  

VIII yüzilin son illərində Harun ər-RəĢid Azərbaycan və Ərminiyəyə Səid  

ibn Səlm ibn Quteybə əl-Bəhilin i vali təyin edir. Səidin ilk tədbirlərindən biri cizyə 

verməkdən  imtina  edərək,  vergi  məmurlarının  b ir  h issəsini  qıran,  qalanını  isə 

Ģəhərdən  qovlayan  dərbəndlilərin  q iyamına  cavab  olaraq,  Dərbənd  ha kimi  Nəcm 

ibn  HaĢimi  zindana  saldırmaq,  sonra  isə  boynunu  vurdurmaq  oldu.  Nəcmin  oğlu, 

dərbəndlilərə  qah mar  çıxan  Həyyun  bu  tədbirlərin  müqabilində  Səid in 

Dərbənddəki  məmuruna  qarĢı  eyni  cəzanı  tətbiq  edir.  Səid  qoĢununu üsyan  etmiĢ 

Dərbəndə  yönəldir.  Dərbənd  hakiminin  oğlu  isə  Xəzər  xaqanını  köməyə  çağırır. 

Mənbələrin təsdiq etdiyinə görə, bu münasibətlə Arrana hücum etmiĢ  xəzərlər, burada 

qaldıqları 70 gün ərzində ölkəni dağıdaraq, yüz  min əsirlə geri dönürlər. 

 

 

 



 

 

 




Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin