TarġXĠ III-XIII əsrin I rübü


§ 3. XĠLAFƏTĠN TORPAQ VƏ VERGĠ SĠYASƏTĠ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   16   17   18   19   20   21   22   23   ...   45
§ 3. XĠLAFƏTĠN TORPAQ VƏ VERGĠ SĠYASƏTĠ 

 

Yerli  feodal  cəmiyyəti  üzərində  hakim  mövqe  tutan  Xilafət  üsuli-idarəsi 



ərəblərin  iĢğal  dairəsinə  düĢmüĢ  bütün  becərilən  torpaqları  müsəlman  icmasının 

mülkiyyəti elan etdi. Bu torpaqlar, əsasən, öz rəiyyətlərinə qarĢı  münasibətdə bütün 

hüquq və imtiyazlarını qorumuĢ əvvəlki sahiblərinin ixtiyarında saxlanılır, ərəblər isə 

bu sahibkarların  müsəlman icması  xəzinəsinə  (beytülmala) boyun olduqları vergilərlə 

kifayətlənirdilər.  Lakin  Azərbaycanda,  habelə  ərəblərə  qədər  Sasanilərə  tabe  olan 

bütün  baĢqa  ərazilərdə  əvvəllər  hökmdara,  onun  qohumlarına  və  saray  əyanlarına 

məxsus  olan  torpaqların  bir  hissəsi,  eləcə  də  döyüĢlərdə  öldürülmüĢ  və  ya  Sasani 

dövlətinin  devrilməsindən  sonra  öz  torpaqlarını  tərk  etmiĢ  knyaz  (iĢxan)  və 

dehqanların  malikanələri  iĢğaldan  sonra  sahibsiz  qalmıĢdı.  Bu  kateqoriyadan  olan 

torpaqlar  (savafi)  müsəlman  icmasının  baĢçısı  kimi  xəlifənin  ixtiyarına  keçir  və  ərəb 

istilaları  nəticəsində  artmıĢ  dövlət  fonduna  aid  edilirdi.  ĠĢğalın  ilk  illərində  vəzifəli 

Ģəxslərə,  döyüĢçülərə  və baĢqalarına  torpaq payı  bu  fonddan  verilirdi.  Əgər  "raĢidi" 

xəlifələr dövründə bu torpaq payları bilavasitə xəlifələrin özləri tərəfindən verilirdisə, 

artıq  Əməvilər  dövründə  bu  hüquq  hər  vasitə  ilə  torpaqları  yerli  sahibkarlardan 

qoparmağa  çalıĢan  caniĢinlərə  də  verilmiĢdi.  Mənbələrin  məlumatına  görə,  "ərəblər 

Azərbaycanda məskən saldıqda, onların Kufədən, Bəsrədən və ġamdan olan qohumları 

da  buraya  axıĢdılar.  Hər  biri  bacardığı  qədər  torpaq  zəbt  etdi,  bir  hissəsi  qeyri-

ərəblərdən torpaq satın aldı...". 

Beləliklə,  tabe  olunmuĢ  əhalinin  torpaqlarını  zor-xoĢ  əldə  edən  istilaçılar 

özləri torpaq sahiblərinə, kəndlilər isə bu torpaq sahələrinin icarəçilərinə çevrild ilər. 

Qaynaqlar  əvvəllər  Əməvilərin,  sonra  isə  Abbasilərin  ixtiyarında  olan 

aĢağıdakı torpaq kateqoriyaların ı müəyyənləĢdirməyə imkan verir: 

1.

 

Əməvilərdən Abbasilərə  keçmiĢ xəlifə ya soltan torpaqları -vəfat etmiĢ 



və ya vəzifəsindən çıxarılmıĢ  məmurların  mü lklərin in  müsadirə edilməsi hesabına 

və  ya satınalma  yolu  ilə  tədricən  artan  bu  torpaqlar  böyük  gəlirlər  gətirird i.  Belə 

torpaqların idarəsi üçün bir neçə divan təsis edilmiĢdi. 

2.

 

İqta (sözün ilkin  mənası - paylaĢdırma, kəsilib ayrılma, pay) torpaqları 

-  becərilən  torpaqların  əksəriyyətini  təĢkil  edən  bu  kateqoriya  torpaqlar  Abbasilər 

dövründə  daha  geniĢ  yayılmıĢdı.  Belə  torpaqlar  adamlara  onlardan  əldə  edilən 

gəlirlə b irlikdə  xid mət  müddətinə və ya ömürlük verilir, yəni torpaq iqta sahibinin 

mü lkünə çevrilirdi.  Lakin sahiblik hüququna heç də həmiĢə riayət olunmurdu; belə 

ki,  mənbələrdə  qeyd  olunduğu  kimi,  iqta  öz  sahibinin  əlindən  alına  və  yenidən 

xüsusi  divana  verilə  b ilərdi.  Ġqta  sahibləri  hərbi  mükəlləfıyyət  daĢımır,  əvəzində 

vergi ödəyirdilər.  Bununla yanaĢı, onlar öz torpaqlarında yerləĢən kanalları, yolları 

və körpüləri təmir etməli idilər. 

Sahiblik  hüququndan  asılı  olaraq  iqta  torpaqları  nəzəri  cəhətdən  iki 

kateqoriyaya bölünürdü: bağıĢlanan iqta (təmlik ) Ģəxsin tam  mü lkiyyətinə keç ir və 

irsən ötürülürdü. Bu növ iqta adətən becərilməmiĢ və ya varisi olmayan sahiblərin 



181 

 

ölümündən  sonra  baĢsız  qalmıĢ  torpaqlardan  verilirdi;  ikinci  kateqoriya  irsən 



keçməyən icarə iqtası idi. Belə torpaq payları adətən hərbiçilərə verilird i.  

ĠĢdə  isə  iqtanın  növü  onun  sahibinin  vəziyyətindən  asılı  id i  və  mü lki 

(Ģəxsi),  xüsusi  (xass),  hərbi  və  xəlifə  iqtalarına  bölünürdü,  Mülki  iqta  daha  geniĢ 

yayılmıĢdı və məmurlara tutduqları vəzifəyə görə verilird i.  Belə ki, tutduğu yüksək 

vəzifəyə görə iqta almıĢ Ģəxs vəzifədən kənar edild ikdə ona verilmiĢ torpaq payını 

da itirir, həmin torpaq payı bu adamın yerinə keçmiĢ Ģəxsə verilirdi.  

Xüsusi  iqta  xid mətlərə  görə,  Ģairlər  istisna  olmaqla  xüsusi  qabiliyyətə 

malik Ģəxslərə verilirdi. Əllərində olan mü lkün tam sahibi olan bu Ģəxslər ö z torpaq 

paylarını  irsən  ötürmək  hüququna  malik  id ilər.  Abbasilər  xilafətində  bütöv 

vilayətlərin bağıĢlandığı  müĢahidə olunurdu. Məsələn, Babək hərəkatı darmadağın 

edildikdən  sonra  ərəb  xəlifəsi  əl-Mütəsim  Azərbaycan,  Arran  və  Ermənistanı  belə 

iqta adı ilə AfĢinə bəxĢ etmiĢdi. Xəlifə əl-Mütəvəkkil 851-ci ildə Məhəmməd ibn Xalid 

ibn Məzyədə belə bir iqta ayıraraq, ətraf nahiyələri ilə birlikdə Bab əl-Əbvab (Dərbənd) 

Ģəhərini  ona  vermiĢdi.  "Xalidiyyə  adlanan  məĢhur  malikanələri  ilə  birlikdə"  Gəncə 

Ģəhəri də ona bəxĢ edilmiĢdi. 

Herik (dincə qoyulmuĢ) torpaqlar da elə bu iqta növünə daxil  idi. Sahibkar 

becərmək  üçün  onu  adətən,  kəndlilərə  icarəyə  verir,  onları  to xu m,  kənd  təsərrüfatı 

alətləri və suvarma vasitələri ilə təmin edirdi. O, özü Ģəxsən hər il xəzinəyə müəyyən 

məbləğ  pul  ödəyir,  bunun  əvəzində  isə torpağa nəzarət  etmək  və  onu  irsən  ötürmək 

hüququndan istifadə edirdi. Belə iqta sahibi digər vergilərdən azad olunurdu. 

Hərbi iqta baĢqa torpaq növləri - xass iqta, xəlifə mülkləri və xəzinə torpaqları 

hesabına  verilirdi.  QoĢuna  da  iqta  vəqf  torpaqlarından  verilirdi.  Hərbi  iqta  ömürlük 

olmur, irsən keçmirdi; o sahibinin mü lkiyyəti deyildi. 

Erkən  Abbasilər  dövründə  əslində  yenilik  olan  iqta  təsisatı  yalnız  X-XIII 

əsrlərdə inkiĢaf edərək tədricən benefisiyadan irsi lenə çevrilmiĢdi. 

3.

 



Mülk  torpaqları  -  Azərbaycanda  yerli  feodal  əyanlarının  irsi  ixtiyarında 

olan və mülk adlanan xüsusi torpaq sahələri vardı.  Bundan baĢqa, mərkəzi hökumətin 

həvəsləndirməsi  və  köməyi  ilə  "ölü"  torpaqların  dirçəldilməsi  və  bataqlıqların 

qurudulması,  həmin  torpaqların  əkilməsi  onların  sahiblərinə  tam  sahiblik  hüququ 

verirdi.  Mülk  torpaqlarının  digər  mənbəyi  dövlət  torpaqlarının  satın  alınması  idi. 

Məmurlar  və  vəsaiti  olan  digər  Ģəxslər  xəlifə  mülklərini  (dövlət  torpaqlarını)  əldə 

edərək,  onların  daimi  sahiblərinə  çevrilir  və  bu  torpaqlardan  nisbətən  sabit  gəlir 

götürürdülər.  Bu  kateqoriyadan  olan  torpaqların  sahibləri  əlavə  vergilər  verməli  və 

torpaqlarından  keçən  kanalların  bərpası  xərclərini  ödəməli  idilər.  Mülk  kateqoriyası 

Xilafətin  yarandığı  ilk  gündən  mövcud  idi.  Mülk  torpaqlarını  alıb-satmaq,  özgəyə 

bağıĢlamaq, irsən vermək olardı. Bu torpaqların sahibləri hərbi xid mətdə olmurdular. 

4.

 



Vəqf  torpaqları  -  torpaq  mülkiyyətinin  əsas  növlərindən  biridir.  Vəqf 

dedikdə,  dini  təsisatların  ixtiyarına  verilən  torpaq  mülkləri  nəzərdə  tutulurdu.  Bu 

torpaqlar  müqəddəs yerlər  (Məkkə  və  Mədinə),  qazilər  ("din  uğrunda  mübarizlər"), 

məscid  və  qalaların  tikilməsi, habelə digər  ehtiyaclar üçün  ayrılırdı.  Bu  torpaqlar sıra-



182 

 

sına  keçmiĢ sahiblərində qalmasından  və ya  baĢqa  kafirlərə  (zimmilərə)  verilməsindən 



asılı  olmayaraq  zor  gücünə  tutulmuĢ,  lakin  müsəlmanlar  arasında  bölüĢdürülmüĢ 

torpaqlar, eləcə də dinc yolla ələ keçirilmiĢ torpaqlar daxil idi. Vəqf "allahın mülkiyyəti" 

hesab  olunduğu  üçün  adamlar  onun  üzərində  heç  bir  Ģəxsi  hüquqa  malik  olmur,  bu 

mülkiyyətdən ancaq istifadə edə bilirdilər. Bir  müddət  bütün Azərbaycan da zor gücünə 

("anvatan") tutulduğu üçün vəqf torpağı sayılırdı. Müsəlmanların əlinə dinc yolla keçmiĢ 

torpaqlar da sonralar daimi vəqflə rə çevrild i.  

5.  İcma torpaqları dövlət torpaqları  kateqoriyasına daxil  idi;  kənd sakinlərinə 

məxsus  olan  bu  torpaqlar  otlaqları,  örüĢ  yerlərini.  yanacaq  toplanan  yerləri, 

qəbiristanlıqları və i. a. əhatə edirdi. 

Erkən Xilafət dövründə kəndli kütlələrinin Azərbaycanda geniĢ yayılmıĢ istismar 

formaları  içərisində  yardarlıq  icarəsi  xüsusi  yer  tuturdu.  Torpaq  sahiblərin i  sürətlə 

müflisləĢdirən  çoxsaylı  vergilər  onları  məcbur  edirdi  ki,  torpağı  xırda  hissələrə bölüb, 



müzəraat,  musakat  və  s.  adlanan  icarə  Ģərtlərilə  yardarlara  versinlər.  Torpaqlar 

həmçinin  bütöv  ərəb  qəbilələrinin  və  ya  ərəblərdən  olan  iri  torpaq  sahiblərinin  və 

dövlət  qulluqçuların ın  himayəsinə  də  verilirdi.  Torpaq  məhsulun 

1/

6



  və 

1

/



7

  hissəsinə 

müqabil  icarəyə  götürülürdü.  Torpağın  əsil  sahibləri  məhsulun  bir  hissəsini  hima-

yədarlara  verir,  əvəzində  məmurların  təzyiqindən  mühafizə  olunurdular.  Məsələn, 

Marağa  sakinləri  öz  torpaqlarını  Mərvan  ibn  Məhəmmədin  himayəsinə  vermiĢdilər. 

Azərbaycanın  bir  çox  baĢqa yerlərinin sakinləri  də  belə  etmiĢ,  öz  kəndlərini  və  əkin 

sahələrini  xoĢ-güc  buraya  köçürülmüĢ  ərəb  tayfalarının  himayəsinə  venniĢdilər.  Əl-

Bəlazurinin məlumatına görə "onların (yəni azərbaycanlıların - N. V.) kəndləri ona görə 

həmin ərəblərin himayəsinə keçirdilər ki, [ərəblər] onları müdafiə etsinlər; bu kəndlərin 

sakinləri isə ərəblərin yardarları olurdular". 

Beləliklə,  Azərbaycan  ərəblər  tərəfindən  iĢğal  edildikdən  sonra  yerli  torpaq 

sahibləri  öz  müstəqilliklərini  tamam  əldən  verərək.  ərəb  üsul-idarəsindən  asılı 

vəziyyətə  düĢdülər.  ĠĢğalçı  ərəblər  tutduqları  ölkələrin  feodal  ağaları  ilə  tez  bir 

zamanda ümumi dil tapsalar da, özlərini onlardan həmiĢə ayırırdılar. 

Əsasən  silah  gücünə  ələ  keçirilmiĢ  Ģ imallı-cənublu  Azərbaycanın  tabe 

edilmiĢ  əhalisi  ilə  qarĢılıq lı  münasibətlər  iĢğalçılarla  yerli  əhali  arasında 

bağlanılmıĢ  müqavilələrlə  tənzimlənird i.  Hər  bir  belə  müqavilə  baĢqa  Ģərtlərlə 

yanaĢı,  birdə fəlik  və  illik  verg ilə rin  ödənilməsi  təəhhüdü  haqqında  maddəni  də 

nəzərdə  tutur,  yerli  əhaliyə  məxsus  torpaqları  onun  ixtiyarında  saxlay ırd ı.  Zimmi, 

yəni  baĢqa dinə  mənsub yerli  adam  statusunu  qazanmıĢ  bu  sahibkarlar  müsəlman 

icmasının h imayəsində qalır, torpaq vergisi  - xəracla yanaĢı, qeyri-müsəlmanların 

verdiyi can vergisi - cizyəni də ödəyirdilər. 

Torpaq  vergisini  müəyyənləĢdirərkən  ərəblər  bu  və  ya  digər  ərazin in  zor 

və  ya  xoĢluqla  alın masını  nəzərə  alır,  buna  müvafiq  olaraq  tutduqları  bütün 

torpaqları  dörd  kateqoriyaya  bölürdülər:  1)  müsəlmanların  özlərin in  diriltdiklə ri 

torpaqlar,  2)  mü lklərin i  saxla maq  naminə  isla mı  qəbul  etmiĢ  sahibkarla rın 

torpaqları,  3)  silah  gücü  ilə  ka firlə rdən  zorla  alın mıĢ  torpaqlar;  bu  torpaqlar 


183 

 

qənimət  kimi  onları  tutanlar  arasında  bölünməli  idi,  4)  haqqında  müqavilə 



bağlanılan torpaqlar; belə torpaqlar  iki növ olurdu: a) sahibləri tərk etdikləri üçün 

müsəlman ların  döyüĢsüz  sahib  olduqları  torpaqlar,  b)  ö z  yerlərində  qalmıĢ  və 

torpaq  vergisi  ödəmək  Ģərti  ilə  torpaqların ın  əllərində  saxlanılması  barədə 

müsəlman larla müqavilə bağlamıĢ sahibkarların torpaqları. 

Arran və Azərbaycanın baĢqa dinə mənsub əhalisi  - zimmilər  xəzinəyə iki 

cür  vergi  -  cizyə  və  xərac  ödəyirdilər;  müsəlman  qanunvericiliy inə-Ģəriətə  görə 

cizyə  hər  il  ancaq  kiĢilərdən,  özü  də  onların  sənət və  ya  ticarətdən əldə  etdikləri 

qazancdan  asılı  ola raq  alın ırd ı;  varlıla r  48,  ortabablar  24  v ə  "öz  əllərin in  zəh məti 

ilə  məĢğul  olan  yoxsullar"  12  dirhəm  ödəyird ilər.  Əgər  can  vergisi  -  cizyə  ancaq 

qeyri-müsəlmanla rdan almırd ısa, torpaq vergisi  -  xərac hə m  müsəlmanla rdan, həm 

də  baĢqa  dinlərə  etiqad  edənlərdən  alınırd ı,  ancaq  qeyri-müsəlman lar  bu  vergini 

ikiqat həcmdə ödəyirdilər. Müsəlmanlardan isə sırf islam təəssübkeĢlərinə aid olan 



onda bir - uşr vergisi alınırdı. 

ĠĢğalın  ilkin  mərhələsində,  yəni  xəlifə  Ömər  ibn  əl-Xəttabın  dövründə, 

Azərbaycan  əhalisindən  alınan  torpaq vergisinin  -  xəracın  məbləği  hələ  Sasanilər 

tərəfindən  müəyyənləĢdirilmiĢ  qədərdən  yüksək  deyildi;  ət-Təbərin in  yazdığ ına 

görə,  "onlardan  Xosrov  xəracı  alın ırdı".  Can  verg isinin  -  cizyənin  məb ləği  isə, 

Utba  ibn  Farkadın  Azərbaycan  əhalisi    ilə  bağladığı  birinci  müqavilənin   Ģərtlərinə 

görə, yerli  əhalinin təminatından asılı  olmalı  idi  ("onlar  cizyəni  imkan ları  daxilində 

ödəyəcəklər"), "qadınlar və uĢaqlar,həmçinin yaĢamaq üçün vəsaiti olmayan xroniki 

xəstələr,  dünya  malından  heç  nəyi  olmayan  zahid lər"  cizyədən  azad  ed ilird ilər. 

La kin  a rtıq  Muğanın  istilası  za man ı  ərəblə r  "hər  həddi-büluğa  çatan"  üçün  can 

vergisinin  qədərini  "bir  dinar  və  ya  onun dəyərində"  təyin  edirlər.  Az sonra  Həbib 

ibn  Məsləmənin  Tiflis sakinləri  ilə  bağladığı  müqaviləyə görə cizyənin  məbləği, "hər 

həyətdən  bir  dinar"  təsdiq  edildi.  Anili  Samuilin  məlumatına  görə,  Əməvilər  hər 

həyətdən dörd dirhəm [pul], üç modi

1

 xəlbirlənmiĢ buğda, atlı üçün  bir  torba,  tükdən 



[hörülmüĢ] ip və bir cüt əlcək" alırd ılar. Beləliklə, erkən dövrlərdə əhalidən yığılan 

bacın natural hissəsinun pul hissəsindən üç dəfədən artıq çox idi (o dövrdə bir dinar 

təxminən 15 dirhəmə bərabər idi).  

Lakin  müqavilələrdə  əhalinin  könüllü  surətdə  müsəlman  qoĢunlarına  daxil 

olan qisminin müvəqqəti olaraq cizyə ödəməkdən azad edilməsi kimi müstəsna hallar 

da nəzərdə tutulurdu. 643-cü ildə Azərbaycan əhalisi ilə bağlanılmıĢ müqavilədə də 

belə  bir  maddə  var  idi:  "Onlardan  kimsə  hər  hansı  il  [müsəlman  qoĢununa]  əsgəri 

xid mətə  qəbul  edilsə,  ilin  cizyəsi  onun  boynundan  götürülür".  Köçəri  tayfaların 

basqınları  təhlükəsi  altında  olan  Dərbənd sərhəd  vilayətinin  sakinlərinə  də  belə  bir 

imtiyaz  verilmiĢdi.  Belə  ki,  sərhəddə    xid mət    edib,    müsəlman ları    qoruyan 

dərbəndlilərin bununla öz vergi mükəlləfiyyətlərinin əvəzini çıxdıqları hesab olunurdu. 

 

1



  Erkən  Xilafət  dövründə  iĢlədilən  çəki  vahidi  muddun  (modinin)  qəbul  edilmiĢ  

ölçüsü 812,5 qram idi. 

 


184 

 

Ət-Təbərinin  məlu matına  görə,  müsəlman  qoĢunu  Sasanilərin  Ģimal  sərhədlərin in 



mərzbanı  ġəhribərəz  (ġəhriyar)  tərəfindən  idarə  olunan  Bab  əl-Əbvab  -  Dərbənd 

hüdudlarına  daxil  olduqda,  mərzban  ərəb  sərkərdəsi  Əbd  ər-Rəh man  əl-Bəh ilin in 

hüzuruna  gəlmiĢ,  ondan  aman  istəmiĢ,  cizyədən  azad  etməyi  xahiĢ   etmiĢdi:  "Mən 

quduz  düĢmənə  və  əsli  olmayan  qaba  xalqlara  qarĢı  durmuĢam.  Qoy  bizim  sizə 

verəcəyimiz  cizyə  -  köməyimiz  və sizin  buyuruğunuza  əməl  etməyimiz  olsun.  Bizi 

cizyə  ilə  alçaltmayın,  əks  təqdirdə  onunla  öz  düĢmənimiz  qarĢısında  bizi 

zəiflədərsiniz".  Bu  məsələ  barədə  xəlifə  Ömər  ibn  əl-Xəttabdan  alınmıĢ  razılıqdan 

sonra  ərəblərlə  ġəhribərəz  arasında  bağlanılmıĢ  müqavilənin  mətninə  belə  bir 

maddə əlavə edilir: "Ərminiyənin və əl-Əbvabın həm yerli, həm qərib

1

 sakinləri, e ləcə 



də  o  həndəvərlərdə  [yaĢayan]  və  onlarla  birlikdə  [sülh  müqaviləsinə]  qoĢulanlar 

yürüĢə  getməli  və  qoĢun  baĢçısının  mühüm  hesab  etdiyi  hər  adi  və  qeyri-adi  əmri 

yerinə  yetirməlid irlər.  Özü  də  cizyə  ancaq  səfərbərlik  olanda  və  ancaq  çağırıĢa 

qoĢulanların  üzərindən götürülür;  çünki  xalq  qoĢununda  [xidmət]  onların  cizyələrinin 

əvəzidir. Bu [çağırıĢdan] azad olub [evdə] qalanların üzərinə isə Azərbaycan əhalisinin 

cizyə sarıdan boynuna düĢən öhdəliklər  - [müsəlman azanda] yolun göstərilməsi və 

bir gün bir gecə saxlanılması qoyulur". 

Arran və Azərbaycanın xristian etiqadlı ruhaniləri də o dövrdə belə imtiyaza 

malik idilər. Belə ki, ərəb inzibati orqanları əhalini itaətdə saxlamaq üçün məhz onların 

köməyindən istifadə etmək istəyirdi. 

Vergilərin yığılması ilə adətən vergi məmurlarının  xüsusi olaraq bu vəzifəyə 

təyin  edilmiĢ  müfəttiĢi  məĢğul  olurdu,  lakin  Xilafətin  ucqarlarında,  o  cümlədən 

Azərbaycanda da vergi məmurunun iĢini caniĢinin özü yerinə yetirirdi. Məhz buna görə 

ilk caniĢinlər amil adlanırdı (sonralar amil termini ilə ancaq maliyyə agenti vəzifəsinin 

daĢıyıcıları ifadə edilirdi). Müqavilə  ilə nəzərdə tutulan vergi yığıldıqdan sonra yerli 

hakimiyyət  nümayəndələri  tərəfindən  Azərbaycanın  ərəb  caniĢininə,  onun  vasitəsilə 

Ġraq və ġam xəzinələrinə çatdırılırd ı. 

VII  yüzilin  90-cı  illərinin  əvvəllərində  dövlətin  vergi  aparatını  qaydaya 

salmaq  istəyən  xəlifə  Əbd  əl-Məlik  (685-705)  vergilərin  alınması  qaydalarında 

islahatlar edir. Tell Mahrlı Dionisiyin yazdığına görə, "1003 (691-92)-cü ildə Əbd əl-

Məlik  [vergilərin  alınmasında] dəyiĢiklik  etdi.  O,  bir sıra sərəncamlar  verərək, hər bir 

kəsə  əmr  etdi  ki,  adının,  ata-babasına  məxsus  təsərrüfatın,  üzümlüklərin,  zeytun 

ağaclarının, əmlakının, uĢaqlarının və sahib olduğu hər Ģeyin siyahıya düĢməsi üçün öz 

doğma  ölkəsinə,  doğulduğu  kəndə  qayıtsın.  Can  vergisinin  və  xristianların  baĢlarına 

gətirilən bütün pisliklərin özülü onda qoyuldu. O vaxtadək hökmdarlar vergini adamlara 

görə deyil, torpağa görə alırdılar.  Bu, ərəblərin həyata keçirdikləri ilk siyahıyaalma 

idi". 

 

1



 Ət-Təbərinin məlumatından aydın olur ki, mətndə "qərib" ("gəlmə") adı ilə Dərbənd 

ətrafında  ticarətlə  məĢğul  olan  ermənilər  nəzərdə  tutulurdu:  "Həmin  dağların yamaclarında 

olan ölkədə elə hündür yerlər var ki, ermənilər o yerlərdə qalırlar,  çünki  onlar onun  ətrafında 

yaĢayanlardır, özləri də gəlmədilər". 



185 

 

BağlanmıĢ  müqavilələrə  görə,  xristian  əhalisindən  vergi  heç  bir  təzyiqə  yol 



verilmədən alınmalı idi. Lakin iĢdə əhalidən vergi yığılması zamanı hədsiz özbaĢınalıqlar 

olurdu.  Can  vergisi  -  cizyənin  müsəlmanlardan  yox,  ancaq  zimmilərdən  alınması 

haqqında Quran göstəriĢi (9, 29) bir ço x yerlərdə əməli olaraq tətbiq edilmədi. Nəticədə 

bütün Xilafətdə ərəb hakimiyyət orqanlarının vergi zülmünə qarĢı narazılıq artdı. Belə 

vəziyyət  xəlifə  II  Öməri  (717-720)  yeni  müsəlmanlardan,  yəni  məvalilərdən  can 

vergisi  almağı  qadağan etməyə vadar etdi; etiraf olundu ki, islamı qəbul etmək yeni 

(neo)  müsəlmanın  "canını  və  pulunu  xilas  edir".  Torpaq  vergisi-xərac  isə  əvvəllər 

olduğu  kimi,  dinindən  asılı  olmayaraq bütün torpaq sahiblərindən yığılırd ı.  Lakin  II 

Ömərin siyasəti özünə nüfuzlu tərəfdarlar və ardıcıllar tapmadı. Onun xələfi II  Yəzidin 

zamanında (720-724) Cənubi Qafqazın xristian əhalisinə qarĢı böyük amansızlıq göstərildi; 

yerli qaynaqların yazdığına görə, II Yəzid bütün ikona və xaçları məhv etmək, Xilafət 

ərazisindəki bütün donuzları q ırmaq əmrini vermiĢdi. 

Xəlifə  II  Ömərin  yürütdüyü bütün  müsəlmanların  bərabərliyi siyasətinə  qarĢı 

daha  qətiyyətlə  çıxıĢ  edən  xəlifə  HiĢamın  (724-743)  dövründə  dövlət  vergi  aparatı 

təbəələrdən  xəlifə  xəzinəsini  dolduran  pul  vəsaitini  amansızcasına  qoparırdı;  yerli 

tarixçi  Gevondun  sözlərinə  görə,  "o,  (yəni  xəlifə  HiĢam  -  N.V.)  Ömərin  səxavətini 

pislədi və  onu öz sələflərinin topladığı sərvətləri  qanunsuz olaraq  xərcləyib dağıtmaqda 

günahlandırdı".  Ona görə də,  xəlifə HiĢam dövründə, ərəblərin Azərbaycan və Arrandakı 

vergi siyasəti köklü dəyiĢikliyə məruz qaldı; buradakı Əməvi hakimləri cizyəni xəzinəyə 

böyük gəlir gətirən vergilərdən biri kimi fərqləndirməyə baĢladılar. 

725-726-cı ildə xəlifə HiĢamın sərəncamına görə, Azərbaycanda əhali, torpaq, 

mal-qara və hər cür baĢqa əmlakın yeni siyahıyaalınması keçirildi.  Bu məqsədlə o, öz 

sərkərdəsi Haris ibn Əmri Arrana göndərdi. Moisey Kalankatlının məlumatına görə, ağır 

vergi qoyulmasına səbəb olan bu yeni siyahıyaalma  "adamları,  ma l-qaranı və bütün 

ölkəni  elə  köləlik  boyunduruğuna  saldı  ki,  sonrakı  ildə  A rranda  dəhĢətli  aclıq 

baĢladı". 

Bu siyahıyaalmadan sonra tətbiq edilən yeni vergi sistemi vergi  verən əhali ilə 

yanaĢı, rahiblərdən də vergi alınmasını nəzərdə tuturdu. Əhalinin üzərinə sənətkarlığa, 

kəbinə görə yeni əlavə vergilər qoyuldu. Ölkən in cənubunda xəlifə  II Ömər  zamanı 

ləğv  edilmiĢ  əvvəlki  Sasani  vergiləri,  "Novruz  və  Mihrican hədiyyələri" bərpa edildi, 

Belə vergi sistemi təkcə yoxsulları deyil, hətta bir çox əyan və varlıları da səfalətə düçar 

etdi. Bu barədə Gevond aĢkar yazırdı: "O, elə çox fəlakətlərə səbəb oldu ki, hamı ağır 

zülmdən inləyirdi, [lakin bu] dözülməz fəlakətlərdən yaxa qurtarmağa heç bir  imkan 

yox idi". 

Təbii  ki,  bu  çətinliklər  ilk  növbədə  təkcə  ərəblərə  deyil,  ö z  sahibləri  olan 

yerli  feodallara  da  vergi  ödəyən  zimmilərə  zərbə  vurdu.  Lakin  vergi  verənlərdən  alınan 

böyük  məbləğlər  xəlifə  xəzinəsinə  bütövlükdə  gedib  çatmırdı,  çünki  əyalət  əmirləri  və 

məmurları  onlara  tapĢırılan  əyaləti  özlərinin  Ģəxsi  varlanma  mənbəyi  hesab  edirdilər. 

Xəlifələr bu özbaĢınalıqların qarĢısını almağa çalıĢır və ara-sıra məmurlara qarĢı xeyli 

sərt tədbirlər həyata keçirirdilər. Ġlk  Əməvi  xəlifəsi I Müaviyənin dövründə (661-680) 



186 

 

yaradılmıĢ  xüsusi nəzarət orqanı (dər  əl-istixrac) əyalət  məmurları  arasında baĢ  verən 



rüĢvətxorluq  hallarını  aĢkara  çıxarmalı  idi.  Lakin  bu  tədbir  çox  da  kö mək  etmirdi. 

Vergi  məmurlarının  özbaĢınalıqlarının  qarĢısını  almaq  üçün  ərəblərin  yerinə  bu 

vəzifələrə  maliyyə iĢlərini yaxĢı bilən yerli feodalları təyin etməyə baĢladılar. Lakin bu 

tədbir də elə bir nəticə vermədi, belə ki, əksəriyyəti islamı yalnız zahirən qəbul etmiĢ 

yeni  məmurlar  çox  keçmədən  öz  imtiyazlarını  qoruyub  saxlamaq  xatirinə  can-baĢla 

qulluq  eləməyə  baĢladıqları  ərəblərdən  də  pis  oldular;  onlarla  birlikdə  özlərin in 

köhnə təbəələri o lan əkinçiləri ikiqat istismar a ltına saldılar. 

Əməvilər  dövründə  Xilafətin  Ģimal  hüdudlarında  istilaçı  yürüĢlər  hələ  də 

davam etdirilirdi.  Hər hansı bir vilayəti tutan ərəblər  bütün vilayət üzərinə ancaq bac 

qoymaqla  kifayətlənirdilər.  Xəlifə  HiĢamın  dövründə  Arran  hakimi  Mərvan  ibn 

Məhəmməd  Dərbənddən  Ģimalda  yerləĢən  Sərir  vilayətini  ələ  keçirdi.  Bağlanılan 

müqaviləyə görə, Sərir hökmdarı  xəlifəyə "hər il 1500 oğlan  və 500 qız verməyə, əl-

Babın  (Dərbəndin)  taxıl  anbarına  100  min  mudd  buğda  gətirməyə"  boyun  oldu. 

Tumanın  (Sərirdə nahiyə) sakinləri  "hər  il  150  qız  və  50  oğlan verib,  anbara  20  min 

mudd buğda" gətirməyə,  Zirihgəranın  (müasir  Köbəçi)  hakimi  "hər  il  50  oğlan verib, 

anbara  10  min  mudd  buğda  gətirməyə"  boyun  oldular;  Sindanın  (ġəndanın)  hökmdarı 

"sonralar belə öhdəlikdən azad olmaq Ģərtilə birdəfəlik 100 oğlan və qız verməyə və əl-

Babın  anbarına  ildə  5000  mudd taxıl  gətirməyə",  Lakzın hökmdarı  isə "taxıl  anbarına 

ildə 20 min mudd" taxıl verməyə boyun olmuĢdu və s. 

Əməvilərin  hakimiyyətinin  sonuna  yaxın  Xilafətin  vilayətlərində,  xüsusən 

Azərbaycan və Arranda elə bir vəziyyət yaranmıĢdı ki, hər bir hakim mərkəzi hakimiyyət 

qarĢısında, demək olar ki, heç bir hesabat vermədən öz vilayətində istədiyi kimi ağalıq 

edir,  əhalini  talayıb  çapırdı.  Vergi  zülmünün ağırlığına dözməyən əhali  kütləvi surətdə 

kəndləri  tərk  edir, suluklar  adlandırılan  torpaqsız  kəndlilərə  çevrilirdi.  Bu  kəndlilər 

atılmıĢ  kəndli  torpaqlarını  tədricən  öz  əllərində  cəmləĢdirən  iri  torpaq  sahiblərinin 

yanına muzdurluğa gedirdilər. Azərbaycanda feodalizmin daha da geniĢlənməsinə səbəb 

olan  bu  proses  Əməvilərin buradakı  mövqeyinin  zəifləməsinə  gətirib  çıxartdı,  çünki 

mütəğəllib  adlanan  iri  feodallar  və  torpaq  sahibləri  daha  mərkəzi  hakimiyyət 

nümayəndələri  ilə  hesablaĢmır  və  artıq  ilk  Abbasilər  dövründə  Xilafətin  silahlı 

qüvvələri tərəfindən dərhal qarĢısı alınan separatizm nümayiĢ etdirməyə baĢlayırdılar. 

VIII əsrin ortalarında hakimiyyətə gəlmiĢ Abbasilər Azərbaycan və Arranın 

vergi  verən  əhalisinin  vəziyyətini  heç  də  yaxĢılaĢdırmadılar.  Moisey  Kalankatlının 

sözlərilə  desək,  "Abbasilərin  hakimiyyətə  gəliĢi  ana  yurdumuz  Albaniya  üçün  böyük 

fəlakət  idi,  çünki  taciklər  (yəni  ərəblər  -  N.  V.)  öz  iyrənc  qarətçilikləri  ilə  alban 

iĢxanlarından  paytaxtımız  Bərdəni  aldılar  və  öz  səltənətlərinin  köhnə  paytaxtı 

DəməĢqdə  olduğu  kimi  indi  də  Alban  torpağında  -Bərdədə  iqamətgah  qurdular  ki, 

torpağın bol nemətlərini sovursunlar". 

Əgər  Əməvilər  dövründə  natura  ilə  ödənc vergilərin  mühüm  hissəsini  təĢkil 

edirdisə, Abbasilər dövründə vergilərin ancaq bir  hissəsi natura ilə ödənildi. Özü də bu 

natura içərisində zinət Ģeyləri və ərəblərdə az tapılan mallar üstünlük təĢkil edird i.  Bu 


187 

 

sistem  ikinci Abbasi  xəlifəsi əl-Mənsurun dövründə (754-775)  xüsusən geniĢ tətbiq 



edilməyə baĢlamıĢdı. Onun dövründə misahə adlanan xərac əkilib-əkilməməsindən asılı 

olmayaraq  torpaq  sahəsinə  görə  pulla,  yəni  hələ  Ömər  ibn  əl-Xəttabın  qoyduğu 

qaydalar  üzrə  alınırdı.  Bu  vergi  sistemi,  əl-Mənsurun  dövründə,  kəndli  kütlələrinin 

mütəĢəkkil  qarəti  Ģəklini  aldı.  Gevondun  məlumatına  görə,  əl-Mənsur  "zorakılıq  və 

sıxıĢdırmaqla hamını əldən salmıĢ, hətta ölülərdən də vergi tələb etməklə əhalini dilənçi 

kökünə  çatdırmıĢdı.  O,  ölkə  əhalisini  incidərək,  elə  dəhĢətli  vergilər  tələb  edirdi  ki, 

adambaĢına xeyli... gümüĢ düĢürdü... ĠĢxan nəslindən olanlar əjdahanın (yəni, xəlifənin  

N. V.) ağzını yummaq üçün istər-istəməz bə xĢiĢ olaraq ona at və qatırlar, əla paltarlar, 

qızıl və gümüĢ gətirirdilər". 

Əl-Mənsurun  varisi  xəlifə  əl-Mehdinin  dövründə  (775-785)  vergi  verən 

zümrənin  vəziyyəti  bir qədər yüngülləĢdi.  Onun sərəncamına görə  xərac  alma  sistemi 

dəyiĢildi.  Misahə  xəracı  -  torpağın  sahəsinə  görə  alınan  vergi  əvəzinə  müqasəmə 

xəracı  -  məhsula  görə alınan  vergi qoyuldu;  özü  də suvarılan torpaqlardan  məhsulun 

yarısı,  dəliyə  və  kirbə  ilə  suvarılan  torpaqlardan,  məhsulun 

1/

3

-i,  duləblə



1

 

suvarılan 



torpaqlardan,  məhsulun 

1/

4



-i  alınırdı.  Lakin  əl-Mehdinin  dövründə  meyvə  ağaclarına, 

zeytun və üzüm bağlarına xərac qoyuldu. Bu ağır vergi idi və əl-CəhĢiyərinin sözlərinə 

görə, "təbəələrin əzablarını artırmıĢdı". 

Belə  vəziyyət  əhalinin  kəskin  narazılığına  səbəb  oldu  və tezliklə  Xilafətin 

Qafqaz bölgəsi ancaq xəlifə Harun ər-RəĢidin dövründə  (786-809) yatırılması  mümkün 

olan  üsyanlara  büründü.  788-ci  ildə  o,  Yəzid  ibn  Məzyədi  bu  ölkələrin  hakimi 

vəzifəsindən  uzaqlaĢdırdı  və  əsrin sonunda  -  Yəzid  ibn  Məzyədi  bu vəzifəyə  yenidən 

təyin edənədək burada on beĢdən çox hakim dəyiĢdi. 

VIII əsrin sonuna yaxın Xilafətdə Avropa ölkələrindəki benefisiya sistemini 

xatırladan  müqatiə  (iltizam)  sisteminin  geniĢlənməsi  kəndlilərin  vəziyyətini  daha  da 

ağırlaĢdırdı. Əsasən, dövlət xəzinəsinin boĢalması üzündən tətbiq edilən bu sistemə görə, 

ayrı-ayrı nahiyə və vilayətlərin vergiləri iltizama verilirdi; bu zaman iltizam  məb ləğini 

öz  üzərinə  götürmüĢ  Ģəxs,  əvəzində  həmin  yerlərin  vergilərini  yığ ırdı.  Yü ksək 

vəzifəli  Ģəxslər,  o  "cümlədən  də  ayrı-ayrı  vilayətlərin  caniĢinləri  iltizama 

götürülmüĢ  yerlərin  həm  də  maliyyə  baĢçısına  çevrilən  müqatiəçi-iltizamçılar  ola 

bilərdilər.  Xəlifə  əl-Müqtədirin  dövründə  (909-932)  onun  vəziri  Ġbn  əl-Furat 

Azərbaycan  və  Ərminiyənin  caniĢini  təyin  edilmiĢ  Yusif  ibn  Əbu-s-Sacla  bu 

vilayətlərin  120  min  dinara  Sacilərə  iltizama  verilməsi  haqqında  müqavilə  bağlamıĢdı. 

Yusif hər il bu məbləği xəlifə xəzinəsinə keçirməli idi. 

Hakimiyyət orqanları  iltizamçıların hərəkətlərinə nəzarət  etməli və onların 

öhdələrinə götürdükləri  xərcləri  çəkmələrinə  göz  qoymalı  idilər.  Çünki  qaydaya görə, 

onlar iltizama götürdükləri yerdə əkin-biçinin qayğısına qalmalı, arxların, körpülərin və s. 

sazlığına fikir verməli, e ləcə də ictimai asayiĢə göz qoymalı  idilər.  Lakin  müqatiəçilər 

əllərində olan hakimiyyətdən sui-istifadə edir. vergi verən əhalini əməlli-baĢlı soyub 

 

 

1



 Dəliyə və duləb - suvarma çarxı növləri; kirbə (düz girab) - su tuluğu.  

188 

 

talayırdılar.  Onların  hərəkətləri  o  qədər  ölçüyə  sığmaz  idi  ki,  o  dövrün  məĢhur 



qanunĢünası Əbu Yusif xəlifə Harun ər-RəĢidə onun dövründə xüsusilə geniĢ yayılmıĢ 

iltizam  sistemindən  ümumiyyətlə  imtina  etməyi  məsləhət  görmüĢdü.  Onun  fikrincə, 

"iltizam  məbləğindən xeyli artıq yığmağa can atan iltizamçı buna ancaq öz təbəələri ilə 

rəhmsiz rəftar etmək, onları ağır bədən cəzalarına məruz qoymaq, qızmar günəĢ altında 

saxlamaq, boyunlarından daĢ asmaq, onlara əzab, iĢgəncə vermək yolu ilə nail ola bilər...". 

Xəlifə  Harunun  hakimiyyət  dövni  üçün  səciyyəvi  olan  bu  amansızlıq,  təbii  ki,  xalq 

kütlələrinin narazılığında və özünün parlaq ifadəsini tezliklə bütün Azərbaycanı bürümüĢ 

xürrəmilər  hərəkatında  tapan  Xilafət  əleyhinə  üsyanlara  gətirib  çıxardı.  Moisey 

Kalankatlının  sözlərinə  görə,  "o,  bizim  ölkəmizi  çox  sıxıĢdırdı".  Onun  dövründə 

Azərbaycan və Arran sakinlərindən yığılan vergilər  çox  böyük  hədlərə çatdı.  Harunun 

qardaĢı,  Xilafətin  Ģimal  vilayətlərinin  caniĢini  Übeydallah  ibn  Mehdi  (788-791)  tərəfindən 

Arran və  Ərminiyənin hakimi vəzifəsinə təyin edilmiĢ Süleyman (788-790), "adamların 

üzərinə  elə  dözülməz  vergi  yükü  qoydu  ki,  əhali  özünün  axırıncı  var-yoxunu  verdikdən 

sonra da onun zülmündən yaxa qurtara bilmədi". 

Beləliklə,  göründüyü  kimi,  Xilafət  güclü  xərac  sistemi  üzərində  dayanırdı; 

Xilafətin mülkiyyəti sayılan bütün torpaqlar xərac torpaqları  idi; bu torpaqlar  Bağdaddakı 

mərkəzi  xərac  divanında,  eləcə  də  vilayət divanlarında qeydə alınır, onların gəliri  xəlifə 

xəzinəsinə - beytülmala axırd ı. 

Torpaq  vergisi  -  xəracdan  və  can  vergisi  cizyədən  əlavə  aĢağıdakı  vergilər 

alınırdı:  xüms  -  mülkiyyətdən  və  əmlakdan  alınan,  gəlirin 

1/

5

-nə  bərabər  olan  vergi; 



zəkat - yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutulan vergi; zəkat əl-fitr - 

orucluğun baĢa  çatması  münasibəti  ilə  verilən pay  -  fitrə;  sədəqə  - yoxsullara verilən 

ianə; uşr - məhsulun 

1/

10



-nə bərabər vergi. 

Cizyə  vergisi  qeyri-müsəlmanlardan,  zəkat  ancaq  müsəlmanlardan,  qalan 

vergi  növləri  isə  müxtəlif  miqdarlarda  həm  müsəlmanlardan,  həm  də  özgə  dinlərə 

etiqad edənlərdən alınırdı. 

Xüms - pul və ya natura Ģəklində dinc yolla ələ keçirilmiĢ əmlakdan, əmək 

haqqından,  mədən və  dəfinələrdən,  kafir  və  ya  zimminin  müsəlmandan  satın  aldığı 

torpaqdan,  əsirlər  də  daxil  olmaqla  hərbi  qənimətlərdən  alınırdı.  Dəyəri  ailənin  illik 

xərcindən  artıq  olan  əmlak  satın  alındıqda  və  ya  mü xtəlif  peĢə  sahiblərinin  (tacir, 

sənətkar və s.) gəlirləri illik məxaricdən çox olanda xüms ödənilməli id i. 

Zəkat - ildə bir dəfə alınırdı; bu vergi dənli bitkilər (düyü və lobyadan baĢqa), 

giləmeyvələr,  daĢ-qaĢ  və  ev  heyvanları  üzərinə  qoyulurdu.  Buğda  və  arpadan  zəkat 

məhsul yetiĢəndən sonra alınır, üzüm üçün isə qora dövründə müəyyənləĢdirilirdi. 



Zəkat  əl-fitr  ildə  bir  dəfə,  orucluq  ayının  baĢa  çatması  münasibətilə  varlı 

müsəlman  ailəsinin  yetkinlik  yaĢına  çatmıĢ  hər  bir  üzvünə  görə  ödənilirdi.  Fitrə 

məhsul  və  ya  pulla  ödənilə  bilərdi.  Onun qədəri  3 kq buğdaya,  arpaya və  ya  çəltiyə, 

xurmaya, kiĢmiĢə, qarğıdalıya və baĢqa məhsullara bərabər idi. 

UĢr  -  hər  il  əkinçilik,  heyvandarlıq,  balıqçılıq  məhsullarından  satıĢ  üçün 

nəzərdə  tutulan  və qiyməti  200  dirhəmdən  artıq  olan baĢqa  məhsullardan  natura  ilə 



189 

 

alınan onda bir vergisi idi. 



ġirvanda (Bakıda) bunlardan baĢqa neft və duz  mənbələri  üzərinə də vergi 

qoyulmuĢdu.  Əl-Bəlazurinin  məlumatına  görə,  hələ  xəlifə  əl-Mənsurun  dövründə 

Azərbaycan hakimi  Yəzid  ibn  Üseyd öz  adamlarını  ġirvanda neft və  duz  çıxaranların 

yanına göndərmiĢ və onlardan vergi aldırmıĢdı; vergilərin sonrakı yığımını isə o,  xüsusi 

adamlara tapĢırmıĢdı. 

Ərəb mənbələri Azərbaycan, Arran və Xilafətin digər vilayətlərindən yığılan 

vergilərin məbləği haqqında yalnız IX əsrdən baĢlayaraq  mülahizə  yürütməyə  imkan 

verir.  Belə  ki, Xilafətin paytaxtında müxtəlif illərdə baĢ vermiĢ yanğınlar zamanı hər bir 

vilayət  üzrə  xəzinəyə  daxil  olan  gəlirlərin  hesabatları  yazılmıĢ  sənədlər  də  məhv 

olmuĢdu.  Qudamanın  məlumatına  görə  hicri  204  (819-820)-cü  il  " xəlifə  divanlarında 

hesabatların mövcud olduğu ilk il idi". 

Ġbn  Xəldunun  elmdə  məlu m  olan  və  əl-CəhĢiyərinin  təqdim  etdiyi siyahıya 

əsaslanan  vergi  siyahısına  görə,  IX  əsrin  əvvəllərində  Azərbaycan  (Cənubi)  vilayəti 

xəzinəyə  4  mln  dirhəm  verirdi;  o  dövrdə  Xilafətin  bütün  Qafqaz  torpaqlarını,  o 

cümlədən də  keçmiĢ Albaniyanı - Arranı özündə birləĢdirən ərəb Ərminiyə vilayəti isə 

vergini  təkcə pulla deyil,  həm  də natura  ilə  ödəyirdi:  on üç  min  dirhəm,  iyirmi  ədəd 

xalça  (məhfurə),  beĢ  yüz  səksən  ratl  parça  (rakm),  on  min  ratl  duzlanmıĢ  Ģahmahı 

balığı, on min ratl tirrix balığı, iki yüz qatır və otuz Ģahin quĢu. 

IX əsrin 20-ci illərində xə zinəyə daxil olan vergilər haqqında məlumat verən 

Qudamanın göstəricilərinə görə, Azərbaycanın xəracı ildə 4,5 mln dirhəmə, Ərminiyəninki 

isə 4 mln dirhəmə bərabər idi. 

Bu  göstərici  əl-Yəqubinin  aĢağıdakı  məlu matı  ilə  də  təsdiq  olunur: 

Azərbaycanın xəracı 4 mln dirhəmdir; bu rəqəm "bir il çox, o biri il isə az olur". 

Lakin  sonrakı  xəlifə  əl-Mütəsimin  hakimiyyəti  dövründə  (833-842) 

Azərbaycandan  alınan  xərac  Ġbn  Xordadbehin  məlumatına  görə,  iki  dəfə  azalmıĢ  və 

cəmi 2 mln dirhəm olmuĢdur; Ərminiyənin xəracı isə əvvəlki səviyyədə (4 mln dirhəm) 

qalmıĢdır. ġübhəsiz, ərəb Ərminiyə vilayətinin tərkibinə daxil olan Arranın payı da 2 

mln dirhəmdən çox olmamıĢdır. Xəracın məbləğinin belə azalması ilk növbədə Xilafətdəki 

üsyanlar və bəzi vilayətlərin ondan ayrılması ilə, eləcə də hakimlərin separatizm meylinin 

güclənməsi ilə izah olunur. 

Sonralar bu məbləğ bölgədəki vəziyyətdən asılı olaraq gah azalaraq, 908-909-

cu ildəki kimi  ildə 120  min dinara (yəni 1 mln 800  min dirhəmə), gah da artaraq 916-

917-ci ildəki kimi 220 min dinara (yəni 3 mln 300 min dirhə mə) bərabər olmuĢdu. 

Artıq IX əsrin sonu - X əsrin əvvəllərində Azərbaycan vilayətlərindən gələn 

vergilər  ö lkənin  hakimləri  olan  Sacilərin,  sonralar  isə  Salarilərin  və  baĢqalarının 

xəzinələrinə gedirdi. 

 

 

 



 

190 

 

IX FƏSĠL 



 

XĠLAFƏTDƏ ƏMƏVĠLƏRƏ VƏ ABBASĠLƏRƏ 

QARġI DĠNĠ-SĠYASĠ HƏRƏKAT. AZƏRBAYCANDA 

XÜRRƏMĠLƏR - BABƏKĠLƏR HƏRƏKATI 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin