TarġXĠ III-XIII əsrin I rübü


§ 2. YAZI. MƏKTƏB. ƏDƏBĠYYAT



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   8   9   10   11   12   13   14   15   ...   45
§ 2. YAZI. MƏKTƏB. ƏDƏBĠYYAT 

 

a)  Al bani ya  -  Tarixi  taley in  xüsusi  hökmülə  A lbaniyanın  yerli  mənĢəli 

yazılı  abidələri  dövrümü zə  qədim  erməni  dilində  gəlib  çatmıĢdır.  Lakin  XIII 

əsrədək alban ədəbiyyatı, Ģübhəsiz, alban dilində yazılmıĢdır.  

Xristianlıq  qəbul  edilənə  və  Albaniyada  dövlət  dininə  çevrilənədək 

albanların  öz  yazısı  olmuĢ,  bütün  ölkə  üçün  tayfalararası  ünsiyyət  vasitəsi  kimi 

alban dili geniĢ intiĢar tapmıĢdı. Alban dilində yerli yazı və ədəbiyyatın  yaranması 

ermənilərdə  və  gürcülərdə  olduğu  kimi,  ölkənin  xristianlaĢ ması  ilə  bağlı  idi.  Dini 

ədəbiyyatın  albancaya  ilk  tərcü mələri  siryani  dilindən  olmuĢdur.  Moisey 

Kalan katlının  verdiy i  məlu matlar  Albaniyanın  qədim  Suriyanın  vilayətləri  və 

Fələstinlə köhnə əlaqələrinin o lduğunu göstərir.  

Albanların öz doğ ma dillərində yazı və ədəbiyyatın olması obyektiv tarixi 

zərurətdən irəli gəlirdi. Sosial-iqtisadi və siyasi Ģərait A lbaniyanın öz ədəbiyyatının 

yaranması üçün zəmin hazırlamıĢdı.  V əsrin baĢlanğıcında arami qrafikası əsasında 

alban  yazısı  -əlifbası  təkmilləĢdirildi.  Antik  müəlliflərə  görə,  albanlar  hələ  e.ə.  I 

əsrdə öz yazılarından istifadə edirdilər.  V yüzilin əvvəllərində təkmilləĢdirilmiĢ 52 


100 

 

fonemli  a lban  əlifbası  fıĢıltılı  və  boğaz  səsləri  ilə  zəngin  idi.  V  əsr  erməni 



müəlliflərin in özlərinin etiraf etdiyi kimi, alban dili ermənilər üçün "yad" dil id i.  

Məhz  bu  dövrdə  alban  hökmdarı  Asuagenin,  alban  patriarxı  Ġyeremin in 

yardımı  ilə  "Tövrat"  və  "Ġncil"in,  "Liturgiya"  (xristianların  əsas  ibadət  ayini)  və 

baĢqa  dini  kitabların  tərcüməsi  üzrə  uğurlu  iĢlər  görüldü.  Müəllim  kimi 

hazırlaĢdırılmıĢ  bir  ço x  gənc  ölkənin  mü xtəlif  vilayətlərinə  yollandı.  A lbaniyanın 

ayrı-ayrı  vilayətlərindən  olan,  dövlət  ərzaq  payı  ilə  təmin  edilmiĢ  uĢaqlar  dəstə-

dəstə  məktəblərə  göndərild ilər.  Tərcü mə  dini  ədəbiyyatı  ilə  yanaĢı,  yerli  orijinal 

agioqrafik  (alban  müqəddəslərin in  həyatı)  və  dünyəvi  ədəbiyyat  da  yaranırdı. 

Albanlar ö z yazılarından beynəlxalq yazıĢ malarda da istifadə ed irdilər. 

V-VII  əsrlər  a lban  yazısının  çiçə klən mə  dövrü  hesab  olunur.  Məhz  bu 

dövrdə,  A.Q.ġanidzenin  sözləri  ilə  desək,  "albanlar  Qafqazın  siyasi  və  mədəni 

həyatının bütün sahələrində gürcülər və ermən ilərlə eyni dərəcədə bərabər fəallıqla 

iĢtirak edird ilər". 

Erkən alban ədəbiyyatı əlveriĢli tarixi-mədəni Ģəraitdə təĢəkkül tapdı. Bu - 

müstəqil Alban dövlətinin  mövcud olduğu, alban arĢakilərin in və onları əvəz edə n 

böyük  alban  hökmdarları  -  Mih ranilərin  hakimiyyətdə  olduqları,  müstəqil  alban 

kilsəsinin fəaliyyət dövrü idi. 

Ədəbiyyatın  inkiĢafı  nəticəsində  maraq  dairəsi  geniĢlənmiĢ,  bu  isə  öz 

əksini  mü xtəlif  janrlarda  tapmıĢdı:  agioqrafik  əsərlər,  tarixi  xronikalar,  hüquqi 

sənədlər  -  kilsə  qanunları  və  dünyəvi  qanunlar  yaranmağa  baĢladı.  V-VI  əsrlərdə 

siyasi səbəblər üzündən ədəbiyyatda ellinpərəst istiqamət nəzə rə çarpdı.  

Dövrün  alban  ədəbi  ənənələrinə  bizə  yetiĢmiĢ  aĢağıdakı  tarixi  narrativ 

mənbələr  aiddir:  Moisey  Kalankatlının  "Alban  tarixi",  VII  əsr  Ģairi  Davdəkin 

elegiyası,  alban  hüquqi  mənbələri  olan  kilsə  qanunları  (V  əsr  Aquen  məclisin in 

qanunu və Simeonun qanunu adı ilə tanın mıĢ 705-ci il Partav məc lisin in qanunu). 

Moisey Kalankatlının  I-X əsrlər Albaniyası və albanların , eləcə də baĢqa 

xalq ların tarixinə həsr etdiyi əsərinin əhəmiyyəti olduqca b öyükdür. "Alban tarixi" 

Azərbaycanın  ictimai-iqtisadi,  siyasi,  ideoloji  və  mədəni  tarixin i,  eləcə  də  tarixi 

coğrafiyasını və etnogenezini və s. öyrən mək baxımından hədsiz maraq doğurur. 

Moisey  Kalankatlı  qüdrətli  alban  hökmdarı  CavanĢirin  müasiri  idi;  məhz 

bu  dövr  Albaniyanın  siyasi  və  mədəni  d irçəliĢi  dövrü  sayılırdı.  Hərbi  istedadı, 

müdrik  və  çevik  siyasəti  ilə  Albaniyanı  öz  əzəli  hüdudlarında  -  cənubda  Araz 

çayından, Ģimalda Dərbəndədək olan ərazidə birləĢdirən və bərpa edən, müstəqil daxili 

və  xarici  siyasət  yeridən,  alban  kilsəsinin  müstəqilliyini  qoruyub  saxlayan  CavanĢir, 

Ģübhəsiz,  xüsusi  yazılı  abidədə  öz  dövrünün  inikasını  görmək  arzusu  ilə  Moisey 

Kalankatlıya  "Alban  tarixi"  kitabını  sifariĢ  verir.  Həmin  kitabın  meydana  gəlmə 

səbəblərindən biri də budur. 

Üç  tərəfdən  olan  siyasi  təzyiq  Ģəraitində  dövlətin  müstəqilliyini  saxlamaq, 

özünün  mədəni-ideoloji  bən zərsizliy ini  qoru maq  naminə  alban  xalqını  mübarizəyə 

səfərbər  etmək  məqsədilə  dövrün  Ģanlı  səhifələri  ilə  yanaĢı,  Bibliya  dövründən  "bu 



101 

 

günədək"  (yəni  VIII əsrədək) baĢ verən hadisələri iĢıqlandıran bir əsərin olması  vacib 



idi. 

Beləliklə,  "Alban  tarixi"  müəllifinin  məqsədi  Alban  məmləkətinin,  onun 

xalqının,  ərazisinin, siyasi  və  mənəvi həyatının yaranma  və  inkiĢaf tarixini  əks  etmək, 

onun ArĢakilər  və  Mihranilər sülalələrinə  mənsub hökmdarlarının,  xüsusilə  CavanĢirin 

dövrünü təsvir etmək, hakimiyyətin arasıkəsilmədən irsən keçdiyini göstərmək, apostol 

patriarxlığı ilə baĢlamıĢ avtokefal (müstəqil) alban kilsəsinin yaran ma tarixin i izləmək 

olmuĢdur. 

Beləliklə,  bu  abidə Albaniyanın  müstəqil  dövlətçiliyini  və  müstəqil  kilsəsini 

mədh etmiĢdir. 

"Alban  tarixi"  üzərində  sonradan  aparılmıĢ  redaktə  izlərinə  baxmayaraq, 

abidənin  ifadə  tərzi,  haqqında  danıĢılan  məlu matların  nisbi tamlığı,  müəllifin  maraq 

dairəsinin geniĢliyi, ölkənin daxili və xarici həyatında baĢ verən hadisələrin dəqiq tarixini 

müəyyənləĢdirməyə  imkan  verən  xronoloji  sistemin  iĢlənib  hazırlanması,  dövr  üçün 

demək olar, xarakter olan tarixi duyumun olması, müəllifin hadisələri Ģərhində müəyyən 

obyektivliyin  mövcudluğu  belə  bir  fikir  yaradır  ki,  o  dövrdə  Albaniyada  müəyyən 

ənənələr və tarixi Ģərh etmə təcrübəsi olmuĢdur. 

Əsər  strukturuna  görə  üç  hissədən  ibarətdir:  Birinci  hissə  Bibliya  tarixi  ilə 

baĢlayır.  Mənbədəki  məlumata görə,  mənĢəcə  Yafəs soyundan olan  albanlar bu soyun 



Getarilər  nəslinə  mənsubdular.  Ermənilər  isə  baĢqa  bir  nəsildən  -  Foqarmadan 

(Toqarmadan) törəmələrdir. 

Qaynaqda albanların adı yazısı olan 15  xalqın sırasında çəkilir.  Ölkənin tarixi 

coğrafiyası  -  coğrafi  təsvir,  təbii  sərvətlərin  xarakterizə  edilməsi,  ölkə  hüdudlarının 

dəqiq göstərilməsi ilə təqdim edilmiĢdir. IV fəsildən Albaniyanın real tarixinin Ģərhinə 

baĢlanır.  Yerli  hakim  olan  Aran  ölkənin  ilk  hökmdarı  adlandırılır,  ondan  sonra  söhbət 

ArĢakilər  sülaləsindən  olan  alban  hökmdarları  haqqında  gedir.  Birinci  kitabda 

xristianlığın yayılma  tarixi  görkəmli  yer  tutur;  V  əsr  Aquen  məclisinin  kilsə  qanunları 

haqqında  məlumat  verilir.  Birinci  kitab  hunların  ölkəyə  hücumunun təsviri  ilə  baĢa 

çatır. 


Ġkinci  kitab  552-ci  ildən  baĢlayır  və  711-ci  il  hadisələri  ilə  tamamlanır. 

Burada  Ġran-Bizans,  Ġran-Ərəb  müharibələri  təsvir  edilir, alban hökmdarı CavanĢirin 

bu  müharibələrdə  iĢtirakı  qələmə  alınır.  Mihranilərin  tarixi,  xüsusilə  CavanĢirin  və 

Varaz  Tiridatın  hakimiyyəti  əks  etdirilir,  alban  katolikosu  Vironun  fəaliyyəti  gös-

tərilir. 

Üçüncü  kitab  ərəblərin  tarix  səhnəsinə  çıxmaları,  onların  698-ci  ildən  877-ci 

ilə  qədər  Albaniya,  Ermənistan  və  Ġberiyaya  hücumlarına  həsr  olunub.  Daxildə  baĢ 

verən  hadisələrdən  Varaz  Tiridatın  hakimiyyətinin  son  illəri,  hunlarla  qarĢılıqlı 

münasibətlər, alban katolikosu Nerses Bakurun fəaliyyəti əks olunub. Kitab X əsr hadi-

sələri, alban hökmdarları və katolikoslarının siyahısı ilə baĢa çatır. 

Moisey  Kalankatlının  öz  əsərini  alban  dilində  yazdığını  inkar  edən  erməni 

alimləri etirazlarını əslində yalnız bir dəlillə gös tərməyə çalıĢırlar: o da həmin əsərdə 



102 

 

VII əsrdə yazılan və dövrümüzə "Alban tarixi" vasitəsilə qədim erməni dilində çatan 



Ģair  Davdəkin  yazdığı  böyük  alban  hökmdarı  CavanĢirin  ölümünə  elegiyadır.  ġair 

Davdək  özündən sonra,  erməni  alimlərinin  dili  ilə  desək,  "qanı  qanından  olmayan 

alban hökmdarının" Ģərəfinə "akroĢlir üslubunda" yazılan ağıdan baĢqa heç bir əsər 

qoymamıĢdır.  Tədqiqatlar  nəticəsində  aydınlaĢdırılıb  ki,  mətnin  alban  redaktəsində 

olan  əlyazmalarında həmin  elegiya erməni  əlifbasının  ilk  19  hərfinə  uyğun,  hər  biri 

dörd  sətirlik  19  bənddən  ibarətdir.  Mətnin  erməni  redaktələrində  olan  baĢqa 

əlyazmalarında  isə  bəndlərin  sayı  erməni  əlifbasındakı  bütün  hərflərlə  uyğunlaĢ -

dırılaraq  36-ya  çatdırılır.  Əgər  1-19-cu  bəndlərdə  Ģerin  ahəngində,  ölçüsündə  bir 

tarazlıq və səlislik  müĢahidə edilirsə, 19-cu hərfdən sonra həm Ģerin ölçüsündə, həm 

də formasında birinci hissədən fərqli cəhətlər yaranır (dörd sətirlik bəndlər iki və ya 

üç  sətirlik  bəndlərlə  əvəz  edilir).  Sözsüz  ki,  burada  sünilik,  zorluq  hiss  olunur. 

Məlu mdur ki, belə Ģeirlərdə heç də həmiĢə əlifbanın bütün hərfləri əhatə edilmir. 

Davdək  də  öz  Ģerində  52  hərflik  alban  əlifbasının  yalnız  19  hərfini  əhatə  edə 

bilərd i. 

Erməni dilinə tərcümə prosesində alban əlifbası tərcü mə edilən dilin, yəni 

erməni  dilinin  əlifbası  ilə  əvəz  edilmiĢ,  eləcə  də  Ģairlik  məharəti  nü mayiĢ 

etdirilmiĢdir.  Onu  da  qeyd  edək  ki,  Davdəkin  CavanĢirin  ölü münə  həsr  etdiyi 

mərsiyənin  Azərbaycan  variantı  bu  gün  də  yaslarda  oxunur.  M əzmununa,  ifadə 

tərzinə  görə  Davdəkin  elegiyası  Ermən istandan  Alban iyaya  gəlmiĢ  yadelli  Ģair 

tərəfindən  sifariĢlə  yazıla  b ilməzdi.  Elegiya  -  çarəsizlik,  öz  yaxının ı  itirən  Ģairin 

dərin kədəri, bütün doğma alban ölkəsin in nisgili idi: 

 

"Ey ilahi kəlamları xəlq eləyən ulu Tanrı, 

 Özün nəğmə - ağı söylə, yad et bizim hökmdarı.  

Elə nəğmə - ağı qoş ki, bu əvəzsiz itki üçün 

 Gözümüzdən gecə-gündüz axsın odlu göz yaşları". 

 

ġair  bir  neçə  dəfə  CavanĢir  Ģəxsiyyətinin  böyüklüyünü  ("Onun  Ģöhrəti 



bütün  torpaqlara  yayılmıĢ,  adı  dünyanın  hər  tərəfinə  çatmıĢdı")  qeyd  edir,  bu 

itkinin ö z ölkəsi - Albaniya üçün əhəmiyyətini o xucularına da çatdırmağa çalıĢır. 

Alban  epiqrafikasın ın  öyrənilməsi  səviyyəsi  alban  qayaüstü  yazıların ın 

həddən  artıq  azlığı  ilə  əlaqədar  olaraq  ibtida i  mərhələdədir.  Bu  vaxtadək  həmin 

yazıların  o xun ması  və  açılmasına  açar  ola  b iləcək  bir  neçə  sətirdən  ibarət  böyük 

yazılı  abidə  və  ya  ikidilli  yazı  aĢkarlan mayıb.  Bunlardan  baĢqa,  alban 

epiqrafikasının  öyrən ilməsi  canlı  Qafqa z  d illərin in,  baĢlıca  o laraq  ud in,  eləcə   də 

qədim gürcü, orta fars və b. dilləri bilməyi də tələb edir.  

1948-c i  ildə M ingəçevirdə aĢkar olun muĢ alban yazıla rı bu gün də maraq 

doğurur və öz əhəmiyyətini saxlamaqdadır.

1

 

 



1

  Bu  yazılarda  bəzisinin  türk  (K.Əliyev)  və  ləzgi  (Y.Yarəliyev)  dillərində 

oxunması cəhdləri olmuĢdur - red. 


103 

 

Bu  yazılı  lövhə  V-VII  əsrlərin  Sudağılan  adlanan  Ģəhərgahdakı  məbədin 



otaqlarından  birində  aĢkar  olunub.  Lövhədə  hündürlüyü  5-5,5  sm  olan  56  hərf 

vardır.  Bu, ən uzun və rabitəli yazılardan biridir, o, kapitelin karn izi üzrə uzanaraq, 

onu dörd tərəfdən  əhatə  edir.  Mingəçevirdə  aĢkar  edilmiĢ  alban  yazılı  kitabəsi  21 

iĢarədən  ibarətdir,  4  sətirlidir.  Üzərində  alban  yazısı  olan  dördkünclü  Ģamdan  da 

tapılmıĢdır. 

Alban  yazılarına  aidiyyəti  Ģübhə  doğurmayan  Mingəçevir  kitabələrindən 

baĢqa,  alban  yazılarına  aidiyyəti  çətinliklə  güman  ed ilən  b ir  sıra  kitabələr  də 

mövcuddur:  1.  Köhnə  Gəncənin  xarabalıqlarında tapılmıĢ, üç sətirlik qabarıq yazı 

həkk  edilmiĢ  iki  gil  qab  parçası;  2.  Dağıstanın  Qunib  rayonunun  Oroda  kəndində 

aĢkar  edilmiĢ  yazılı  daĢ;  3.  Dərbənd  qalasının Ģimal  xarici  divarı  üzərindo  on  beĢ 

hərfdən ibarət olan yazı; 4. Dərbənddən cənubda, Kürtənçay yaxınlığındakı meĢədə 

üç  qəbiristanlıqda  aĢkar  edilmiĢ  ermən i  yazıları  arasında  erməni  qrafikasın ın  

yardımı ilə o xun mayan yazılar. 

b)  Adur badaqan  -  Cənubi  Azərbaycanın  ərazisində  indiyədək  tapılmıĢ 

yazılı abidələr MiĢkinĢəhr və Təxti-Süley manda aĢkar edilmiĢ orta fars yazıları  ilə 

məhdudlaĢır.  Bu,  bütün  imperiyada  olduğu  kimi,  Azərbaycan  ərazisində  də  orta 

fars dilinin  ka rgüzarlıq dili kimi qəbııl ed ild iyini göstərir.  

Orta  fars  (pəhləvi)  yazısı  arami  qrafikasının  mü xtəlif  növlərindən  birinə 

əsaslanır.  Əlifba  22  iĢarədən  ibarətdir.  Əcnəbi  yazının  Ġran  dillərinə  tətbiqi  bəzi 

hərf  və  hərf  birləĢ mələrində  (liqarura larda)  ço xmənalılıq  doğururdu.  Yazı  sağdan 

sola  yazılırd ı.  Pəhləv i  yazısında  tarixi  orfoqrafiya  qəbul  edilmiĢdi.  Yazın ın  əsas 

xüsusiyyətlərindən  biri  ideoqramların  -  Ģərti  iĢarələrin  ço xluğu  idi.  Arami 

ideoqramları  o xu   zamanı  mexan iki  o laraq  Ġran  ekv ivalentləri  ilə  əvəz  o lunur,  bu 

ideoqramlara  Ġran  Ģəkilçiləri  əlavə  edilird i.  Belə liklə,  ideoqram  vahid  iĢarə  kimi 

qəbul  edilirdi.  Lakin  belə  ideoqrafik  yazılıĢ  məcburi  deyildi.  Sö zləri  fonetik 

baxımdan da təsvir etmək olardı. 

Ola bilsin ki, o uzaq illərdə Azərbaycanda iĢlədilən dillər də bugünkü çox 

qədim  dil  və  dialektlər  (Mid iya  dilin in  xələfləri  o lan  hərzani,  kərinqani  dilləri, 

Ramand  dialektləri,  dağlıq   Taliqan  və  Rudbar  bölgələrinin   Ģivələri  və  s.)  kimi 

yazısız id ilər.  Yazı, dil və ədəbiyyat o vaxt intiĢar tapır ki, biliklərin nəsildən-nəslə 

ötürülmə ənənəsi olsun. Biliklərin ötürülməsi üçün əsas mənbə isə məktəbdir. Orta 

fars  mənbələri  frahangestan  adlanan  məktəblərin  ço xsaylılığ ını  təsdiq  edir. 

"Kavadın  oğlu  Xosrov  və  cavan"  əsərində  (VI  əsr)  adlı-sanlı  ailə lərdən  olan 

cavanların  bu  məktəblərdə  necə  oxu masından  ətraflı  danıĢılır.  Məlu m  olu r  ki,  ilk 

növbədən onlara "Avesta"nın əsas hissələri olan YəĢtlər, Qatalar, Yəsna,  Videvdat və 

eləcə də "Avesta"nın orta  fars tərcümələri  və onun Ģərhləri  -  Zənd öyrədilirdi.  Tədris 

fənləri sırasına bədii ədəbiyyat, tarix, bəlağət və astronomiya daxil idi.  Hər bir gənc at 

sürmək, ox atmaq və nizə tullamaq məharətinə malik olmalı idi. Tədris kursuna Ģahmat, 

dama,  top  (müasir  polosayağı)  oyunlarının  öyrədilməsi  də  daxil  idi.  Bədii  sənətin 

öyrədilməsinə,  mahnı  oxumaq  və  musiqi  alətlərində  (simli  kifara  və  sitrada)  çalmaq 



104 

 

bacarığına da  az  əhəmiyyət  verilmirdi.  Beləliklə,  frahangestanda təhsilini  baĢa  vuran 



cavan dünyəvi və hərbi həyata hazır olurdu.  

Kahinlik  məktəbi  herbedestan  termini  ilə  ifadə  olunurdu.  Bu  məktəblərdə 

kahinlər  (herbedlər)  xaviĢt  termini  ilə  ifadə  olunan  Ģagirdlərə  dərs  deyirdilər.  Bu 

Ģagirdlər öz təhsil haqlarını özləri ödəyirdilər. Tədris prosesində Avesta və Zənd mətnləri 

əzbər öyrədilir, Qataların dürüst yadda saxlanmasına xüsusi fikir verilirdi. 

Kahinlik  məktəblərindəki  Ģifahi  təhsil  prosesi  haqqında  ətraflı  məlumat 

"Avesta"nın itmiĢ fəsillərindən biri olan "Herbedistan"da verilmiĢdir. 

Sasani dövlətində yaĢayan xristian əhalinin də öz məktəbləri var idi. Tarixən 

məlumdur  ki,  I  ġapur və  onun  ilkin  davamçılarının  iĢğalçılıq  müharibələri  nəticəsində 

Suriya, Kilikiya, Kappadokiya və xristian əhalili baĢqa ölkələrin ərazisi ələ keç irildi, 

onların  əhalisi  zor  gücünə  Ġran  Ģəhərlərinə  köçürüldü,  bu  -  Sasani  dövlətində 

xristianların sayını, onların dövlət həyatında rolunu artırdı. 

Ġbtidai  təhsil  verən  və  əsas  etibarilə  d ini  xarakter  daĢıyan  xristian 

məktəblərində  Ģagirdlərə  müqəddəs  kitablar  -  "Tövrat"  və  ―Ġncil"  və  onların  Ģərhi 

öyrədilirdi. 

Cənubi Azərbaycan ərazisində indiyədək aĢkar edilən epiqrafik abidələr sayca 

çox  cüzidir.  Səlmas Ģəhərindən  30  km Ģərqdə yerləĢən  Xani-Taxta  kəndində sonralar 

səyyah  və  tədqiqatçıların  dəfələrlə  haqqında  məlumat  verdikləri  qayaüstü  relyef  var. 

Zamanın təsirilə artıq korlanmaqda olan bu təsvirin sol tərəfində at üstündə ĢahənĢah, 

onun  yanında  iki  piyada  fiquru,  daha  sonra  isə  bir  atlı  nəqĢ  edilmiĢdir. 

Tədqiqatçılardan  F.Zarreyə  görə, həmin  qayaüstü  relyefdə  I  ƏrdəĢir  və  onun  oğlu  I 

ġapur  təsvir  edilmiĢdir.  Tədqiqatçılardan  R.Ker-Porter  və  K.Leman-Hauptın  da 

vaxtilə  görüb  təsdiq  etdikləri  kimi,  relyefdə  indi  tamamilə  məhv  olub  getmiĢ  orta 

fars yazısı olmuĢdur. 

1966-cı  ilin yayında  Tehran arxeoloji  muzeyinin  əməkdaĢı  Qəmbə xĢ Fərd Xiav 

çayı hövzəsini (Muğanın mərkəzi hissəsi) tədqiq edərkən, MiĢkinĢəhrdən cənubda, orta 

əsr coğrafiyaĢünaslarının Varavi Ģəhərinə uyğun gələn yaĢayıĢ yerində daĢ üzərində orta 

fars  kitabəsi  aĢkar  etmiĢdir.  Bu  kitabə  çiy  kərpicdən  tikilmiĢ  orta  əsr  qalasının 

yaxınlığındakı Baği Novruz dərəsində idi. Kitabədə göstərilən tarix -  II ġapurun 27-ci 

ili,  mehr (yəni mart) ayı 335-336-cı ilə uyğun gəlir. Yazının məzmunundan görünür ki, 

Nərse-Hörmüz  adlı  birisi  bu  qalanı  yeddi  ilə  tikmiĢdir.  Kitabə  vasitəsilə  qalanın 

yanından keçənlərə müraciət edən Nərse-Hörmüz, onlardan qala ürəklərincə olsa, onu 

xoĢ sözlə yad etmələrini  xahiĢ edir; qalanı bəyənməyənlərə isə bundan daha yaxĢısını 

tikməyi tövsiyə edir. Cənubi Azərbaycan ərazisində bu günədək aĢkar edilmiĢ ən qədim 

Sasani  epiqrafik  abidəsi  olan  MiĢkinĢəhr  kitabəsi  tarixi  keçmiĢimizi  öyrənmək 

baxımından  qiymətli  olduğu  kimi,  qala  tikintisi  haqqında  məlu mat  verən  hələ   ki, 

yeganə yazıdır. 

Sasanilərin  hakimiyyəti  altında  birləĢ miĢ  mü xtəlif  xalqların,  o  cümlədən 

azərbaycanlıların  elmi  fəaliyyətlərini  müxtəlif  xarakterli  elmi  iĢlərin  hələ  Sasani 

dövründən  yunancadan  pəhləviyə,  sonradan  isə  ərəb  dilinə  tərcümələri  təsdiq  edir. 



105 

 

Əlbəttə, ümumsasani dövrü mədəniyyəti və elminin nümunələri olan və orta fars dilində 



yazılan  bu  əsərlərdən  məhz  hansının  imperiyanın  Adurbadaqan  -Azərbaycan 

vilayətindən  çıxan  alimlər  tərəfindən  yazıldığını  aĢkar  etmək,  bəlkə  də,  qeyri-

mü mkündür.  Bununla  belə,  Sasani  dövləti  mədəniyyətinin  inkiĢafında  öncül 

yerlərdən birini tutan suriyalılarla yanaĢı, bu dövlətin ən böyük dastkertlərindən birinin 

sakinləri  olan  azərbaycanlıla rın  da  bu  mədəniyyətin  tərəqqisində  mühüm  mövqe 

tutduqları Ģübhəsizdir. 

Sasani ZərdüĢt kilsəsi imperiyanın müxtəlif dinli və dilli əhalisi arasında gedən 

mədəni  mübadilənin  qarĢısını  ala  bilmədi,  hətta  dövlətin  ərazisində  yerləĢən 

xristianların  tədris  etdiyi  və  Aristotel  irsinin  öyrənildiyi  fəlsəfi  məktəblərin 

mövcudluğuna  da  göz  yummalı  oldu.  ZərdüĢt  ruhaniləri  Hindistan  mədəniyyəti  və 

dininin göstərdiyi  təsirlə  də  hesablaĢ malı  idilər.  Belə  ki,  "Avesta"nın orta  fars  dilinə 

tərcüməsinə qədim hind fəlsəfə və tibbinin əsasları, Aristotelin varlıq kateqoriyası da 

daxil edildi. 

Elm və ədəbiyyata Hindistanla yanaĢı, Yunanıstan və Babilis tanın da yüksək 

təsiri  vardı.  Orta  fars  dilli  əsərlərdə,  yaxud  onların  ərəbcə  olan  tərcümələrində  bu 

alimlərin əsərləri haqqında məlu mat verilmiĢdi. 

Orta fars dilinə edilmiĢ tərcümələr arasında Aristotel, Ptolemey, Hippokrat və 

b.-nın  riyaziyyata,  təbabətə,  astronomiyaya  və  s.  aid  əsərləri  ilə  yanaĢı,  hind 

alimlərin in  məntiq  və  bəlağətə,  astronomiya  və  ulduzların  cədvəlinə  həsr  etdikləri 

əsərlər də vardır. 

Sasani  dövlətinin  hər  yerində  olduğu  kimi,  Azərbaycanda  da  bu  dövrdə  il 

hesabı  günəĢ  ilinə  əsaslanan  "zərdüĢti"  (və  ya  Kiçik  Avesta) təqvimi üzrə aparılırdı. 

Bu təqvim hər biri 30 gündən ibarət olan 12 aydan və əlavə 5 gündən təĢkil olunmuĢdu. 

Ayların  adları "Avesta"dakı  allahlar panteonundan götürülmüĢdü:  birinci  fərvərdin  ayı 

21  martdan  20  aprelədək  davam  edir,  bundan  sonra  ordveheĢt,  xordad,  tir,  amordad, 

Ģəhrivər, mehr, aban, adur, dey, vehmen, spandərməd və frəvərdigan gəlirdi. 365 gündən 

ibarət  olan  zərdüĢti təqvim  ili  astronomik  günəĢ  ilindən  6  saat qısadır,  ona görə hər 

dörd  ildən bir  təqvim  ilinin baĢlanğıcı  bir gün  irəli  çəkilirdi.  120  ildə  bu  fərq  30  günə 

bərabər olurdu.  Təqvim  ilini  günəĢ  ilinə uyğunlaĢ dırmaq  məqsədilə  III  Yəzdigərd in 

632-c i  il  iyunun  16-dan  hakimiyyət baĢına gəlməsilə  qəbul  edilən təqvimin  120-ci 

ilinə 13-cü ay əlavə edilmiĢdi. 

Sasanilər dövründə təqvim, 365 günlük "yerini dəyiĢən" günəĢ  ili ilə yanaĢı, 

366 günlük "uzun" illə də hesablanırdı. Belə uzun il Yulian və Qriqorian təqvimlərində 

olduğu  kimi,  4  ildən  bir  təkrar  olunurdu.  Lakin  "uzun"  ilin  mütəmadi  istifadə 

olunmaması mövsümi bayramlar, eləcə də "Avesta‖nın müəyyən etdiyi dini bayram və 

mərasimlərlə təqvim arasında uyğunsuzluğun yaranmasına  səbəb olurdu. Bu, özünü 

yazın  gəlməsini  xəbər  verən  Novruz  bayramının  keçirilməsində  daha  çox  göstərirdi. 

Qədim  iranlıların  astronomik  təsəvvürünə  görə  yeni  il  "GünəĢin  Qoç  bürcünə  daxil 

olması",  yəni  yaz  gecə-gündüz  bərabərliyi  gününə  təsadüf  etməli  idi.  Ġran  alimi 

S.Tağızadənin  tədqiqatına  görə,  zərdüĢti  təqvimindən e.ə.  441-ci  ildən  bəri  istifadə 



106 

 

olunmağa baĢlanmıĢdır. 



Ġlk  Sasanilər  dövründə  baĢlanğıcı  208-ci  ildən  götürülən  vahid  Sasani  erası 

haqqında  təsəvvür  mövcud  idi.  Ġran  və  Hindistan  zərdüĢtiləri  indiyə  kimi  tarixin 

hesabını sonuncu Sasani Ģahı III Yəzdigərdin erası ilə aparırlar. 

Elmin  coĢqun  inkiĢafı  I  Xosrov  ƏnuĢirəvanın  Ģahlığı  dövrü  ilə  bağlıdır. 

Aqafinin  məlumatına  görə,  539-cu  ildə  Afina  akademiyası  bağlandıqdan  sonra  yunan 

filosofları  I  Xosrovun sarayına  gəlmiĢ  və  ĢahənĢah tərəfindən  hörmətlə  qarĢılanmıĢlar. 

Yeni  Ģəhərlərin  tikintisi,  saray və  məbədlərin  ucaldılması,  suvarma  sisteminin  qurul-

ması, körpü və bəndlərin tikilməsi hərtərəfli bilik tələb edirdi. Əyiricilik və toxuculuq 

iĢləri  üçün  dəzgahlar,  boyalar  lazım  idi.  III-VII  əsrlərdə  kamil  səviyyəyə  çatmıĢ 

sənətkarlıq,  təcrübə  ilə  yanaĢı,  texniki  biliklərə  yiyələnməyi  də  tələb  edirdi.  Bu 

biliklərin  açarları  isə  müxtəlif  minerallar,  filiz,  qiymətli  daĢlar,  rənglərin hazırlanması 

və  s.  haqqında  məlumat  verən  kitablarda  və  baĢqa  texniki  vəsaitlərdə  mövcud  idi. 

Mənbələrin yazdığına  görə, Azərbaycanda çıxarılan  civə  və  neft  elə o  zamandan bəri 

yaxĢı məlum idi və geniĢ istifadə olunurdu. Ərəb müəlliflərinin məlumatına görə  ġizin 

civəsi, qızılı və s. yüksək keyfiyyəti ilə fərqlənirdi. 

Cənubi Azərbaycanın da daxil olduğu böyük Sasani dövlətinin  müxtəlif həyat 

sahələrini  xarakterizə  edən  və  bu  dövlətin  xalqları  üçün  ümumi  olan  ədəbi  əsərlər 

dövrümüzədək  yalnız  Sasanilərin  dövlət  dili  olan  orta  fars  dilində  gəlib  çatmıĢdır. 

Bunların içərisində dini abidələr üstünlük təĢkil edir. Bu dini əsərlərin əhəmiyyəti yalnız 

zərdüĢtilərin Avestanın mətnlərinin tərcümələrini və onlara yazılmıĢ Ģərhləri qoruyub 

saxlamaları  ilə  deyil,  eyni  zamanda  tarixə,  coğrafiyaya,  hüquqa,  mənəvi  və  maddi 

mədəniyyətə dair məlu matları ilə müəyyən olunur. 

Dini  ədəbiyyatın  orta  fars dilində  yazılmıĢ  abidələri  içərisində  ən  mühümü 

"BundahiĢn"  (hərfən:  "Əsas  əsər")  və ya baĢqa  adla  "Zənd  aqahih"  ("Zəndin  biliyi") 

əsəridir. Bu əsər dövrümüzədək iki variantda - "Böyük (və ya Ġran) BundahiĢni" və 

qısaldılmıĢ  "Hind  BundahiĢn"i  gəlib  çıxmıĢdır.  Əsərin  son  redaktəsi  IX  əsrə  aiddir. 

Burada üç əsas mövzu əks olunmuĢdur: dünyanın yaranması, yerdə olan varlıqların növləri 

(bitkilər, heyvanlar,  insan),  Kəyanilər sülaləsindən  olan  əfsanəvi  (və  ya  yarıəfsanəvi) 

Ģahların  tarixi,  onların  Ģəcərəsi  və  o  dövrdə  Ġranda  baĢ  verən  hadisələr.  "Bunda-

hiĢn"in  yazılmasında  istifadə  edilən  mənbələr  göstərilməsə  də,  müəllif  (və  ya 

müəlliflər) özünün "Avesta"nı və xüsusilə ona yazılan Ģərhləri, eləcə də qədim Ġran 

əfsanə və dastanların ı dərindən bilməsin i nü mayiĢ etdirir. 

Orta fars dilində yazılmıĢ və dövrümüzədək yetiĢmiĢ ən böyük əsər ilk  iki 

cild i  bizə  gəlib  çatmayan  9  kitabdan  ibarət  "Denkərd"  ("Dinin  əməli")  əsə ridir. 

"BundahiĢn"  kimi  bu  da  daha  erkən  əsərlərin  kompilyasiyasıdır.  Burada 

zərdüĢtiliyin  tarixi,  onun  adət,  ehkam  və  mərasimləri  haqqında  geniĢ  məlu mat 

toplanmıĢdır.  Bununla  yanaĢı,  "Denkərd"də  Sasani  dövlətində  hüquq   normaları, 

həmçinin  sənətkarlıq,  əhalinin  məĢğuliyyəti,  təbabət  haqqında  da  mühüm 

materiallar vard ır. 

Didaktik  ədəbiyyatın  çoxsaylı  abidələri  içərisində  "Dadestani  Menoq-i 



107 

 

Xrad"  ("Müdriklik  ruhunun  mühakiməsi")  əsərinin  adın ı  çəkmək  olar.  Abidənin 



yaranması  I  Xosrovun  Ģahlığı  dövrünə,  VI  əsrə  aid  edilir.  Əsərin  əsas  hissəsi 

suallardan  və  onlara  dini  öyüd  formasında  verilən  cavablardan  ibarətdir.  Burada 

əhalinin zü mrə bölgüsü haqqında məlu mat da vardır. 

"Arda  Viraz  namaq"  ("Mömün  Virazın  kitabı")  əsərində  zərdüĢt  dininin 

bərqərar  olması  və  kah inlərin  nüfuzunun  möhkəmləndirilməsi  məqsədilə 

qəhrəmanın o dünyaya səyahəti təsvir olunur. Dantenin "Ġlahi ko mediya"sının sələfi 

olan  bu  əsər,  çox  güman,  VI  əsrdə,  məzdəkilərin  darmadağın  edilməsindən  sonra 

qələmə alın mıĢdır. 

Dünyəvi  ədəbiyyat  nümunələri  içərisində  "Karnamaq-i  ƏrdəĢir-i 

Papaqan"  ("Papaq  oğlu  ƏrdəĢirin  əməlləri  kitabı")  qeyd  olunmalıdır.  Bu  əsər  janr 

etibarilə tarixi ro mana yaxın laĢır. Burada erkən feodal Sasani cəmiyyəti institutları, 

həmçinin zü mrə bölgüsü haqqında məlu matlar var.  

"Tansarın  məktubu" əsəri hələ  VIII əsrdə ərəb Ģ air-alimi  Ġbn əl-Muqaffaa  

tərəfindən ərəb dilinə tərcümə edilmiĢ, lakin nə bu tərcümə, nə də əsərin orta  fars 

dilində  olan  orijinalı  dövrü mü zə  gəlib  çatmamıĢdır.  XVII  əsrdə  təbəristanlı  Ġbn 

Ġsfəndiyar  Xarəzmdə  bir  kitabsatanın  dükanında  əsərin  ərəb  dilinə  tərcüməsini 

aĢkar  etmiĢ,  onu  fars  dilinə  çevirmiĢ,  özünün  Təbəristan  tarixinə  daxil  etmiĢdir. 

"Tansarın  məktubu"nda  Sasani  dövlətinin  tarixi  və  daxili  quruluĢuna,  ĢahənĢahın 

əyanlar və kahin lərlə münasibətinə dair bir ço x məlu mat vardır. 

Orta  fars  ədəbiyyatı  nümunələrindən  "ġəhristaniha-i  Eran"  ("Ġran 

Ģəhərləri")  əsəri  tarixi  coğrafiyanın  və  Ģəhərsalma  tarixin in  öyrənilməsi 

baxımından  xüsusi  maraq  doğurur.  VI  əsrdə  I  Xosrov  ƏnuĢirəvanın  hakimiyyəti 

dövrünə  aid  olan  bu  əsər  dövrümüzə  VIII  əsrin  redaktəsində  çatmıĢdır.  Burada 

yerin  cəhətlərinə  uyğun  qruplaĢdırılmıĢ  110  Ģəhərin  adı  çəkilir.  ġimal  Ģəhərləri 

"Adurbadaqan (Azərbaycan) tərəfi" adı ilə birləĢdirilir. 

Sasani  qanunnamələrindən  yalnız  "Mədəyən-i  hezar  dadestan"  ("Min 

məh kəmə  qərarı  kitabı")  əsəri  dövrümüzə  gəlib  çatmıĢdır.  Bu  əsər  qanun  və 

məh kəmənin  mü xtəlif  sahələrinə  aid  dolaĢıq  hüquqi  iĢlərin  toplusudur.  Hakimlər 

üçün  əyani  vəsait  kimi  bu  toplu  təqribən  620-ci  ildə  Pars  sakin i  Bəhrəm  oğlu 

Fərraxmərt  tərəfindən  tərtib  edilmiĢdir.  O  vaxta  qədər  isə  əvvəllər  müəyyən  edil-

miĢ  qanunlar  ço x  vaxt  həyata  keçirilə  b ilmirdi,  belə  ki,  əvvəlki  qanu nnamələrdə 

əks  edilmiĢ  və  III-VII  əsrlər  üçün  artıq  köhnəlmiĢ  hüquq  normaları  cəmiyyətin 

inkiĢaf  səviyyəsinə  uyğun  gəlmird i.  Ona  görə  Sasani  qanunnaməsində  rəsmi 

qərarlarla  qəbul  edilmiĢ  hüquq  norma  və  qanunları  ilə  yan aĢı,  uzun  illərin 

məh kəmə  təcrübəsindən  yaranmıĢ  ənənələrdən  də  istifadə  olunurdu.  Qanunnamə 

maddələrin in  mövzusu  çox  geniĢ  olub,  əmlak  münasibətləri,  qanun  pozuntu ları, 

məh kəmə  prosesi  və  eləcə  də  mühakimə  üsullarının  qaydasına  və  hüquqi 

sənədlərin tərtibatına dair hər Ģeyi əhatə edirdi.  

 

 


108 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin