TarġXĠ III-XIII əsrin I rübü



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix14.01.2017
ölçüsü5,02 Mb.
#5612
1   ...   7   8   9   10   11   12   13   14   ...   45
§ 1. MADDĠ MƏDƏNĠYYƏT 

 

Azərbaycanın  ilk  orta  əsr  maddi  mədəniyyət  abidələri  antik  dövrə 



nisbətən arxeo loji cəhətdən zəif öyrənilmiĢdir. Ġlk  mənbələrdə bu dövrə aid onlarla 

Ģəhərin  adı  çəkilməsinə  baxmayaraq,  bunların  heç  birində,  hələlik  geniĢ  miqyaslı 

qazıntı  iĢi  aparılmamıĢdır.  Ġlk  orta  əsr  Ģəhərlərinin  ço xunda  həyat  sonralar  da 

davam etdiyindən bu dövrün mədəni təbəqələri böyük dağıntılara mə ruz qalmıĢdır; 

üst  təbəqələrdəki  tikintilərlə  əlaqədar  olaraq  vaxtilə  qazılmıĢ  quyular,  xəndəklər, 

çala  və  çökəkliklər,  ü mu miyyətlə  görülmüĢ  bütün torpaq  iĢləri  əvvəlki  təbəqələri 

dağıtmıĢ, əksər hallarda torpaqla birlikdə onlarda olan  materiallar da çıxarılıb atıl-

mıĢdır.  Hətta  elə  hallar  olmuĢdur  ki,  quyular  b ir -birin i  dəfələrlə  kəsmiĢ  və 

bütövlükdə  ilk  orta  əsr  təbəqəsi  məhv  edilmiĢdir.  Buna  baxmayaraq,  qazıntılar 

zaman ı  Beyləqan, Qəbələ, ġamaxı Ģəhər yerlərində ilk orta əsr təbəqələrini az-ço x 

izləmək  mü mkün  olmuĢdur.  Qəbələdə  həmin  dövr  təbəqəsi  0,5-1  m,  Beyləqanda 

isə  1-1,5  m-ə  yaxındır.  On lardakı  maddi-mədəniyyət  qalıqları  antik  dövr 

abidələrindəkinə nisbətən azdır. Tikinti qalıq ları yo x dərəcəsindədir. Əsas material 

ma l-qara və davar sümükləri və sadə Ģirsiz sa xsı mə mu latıd ır. Sa xsı qabların çeĢidi 

çox  azd ır.  Qazan,  çıraq,  səhəng,  bardaq,  kirəmit  parçaları  bu  təbəqə  üçün 

səciyyəvidir.  Beyləqanda  saxsı  qablar  içərisində  boyalı  qablara  da  təsadüf  olun-

muĢdur. ġüĢə qablar əsasən bərni formasındadır.  Təbəqə üçün səciyyəvi cəhət, bu 

dövrdə  demək  olar,  bütün  qazıntı  sahələrində  (Beyləqan,  Qəbələ,  M ingəçevir) 

dia metri  1-1,5  m-dən 2-3,5  m-dək o lan dairəvi və dib hissəsi daha geniĢ qu yuların 

varlığ ıdır.  Beyləqanda  belə  quyuların  bəzilərinin  dibi  hamar  suvanmıĢ  və  Ģirələn -

miĢdir. Mingəçevir quyularında ərzaq qalıqları da tapılmıĢdır. 

Ġlk  orta  əsr  Ģəhərlərinin  plan  quruluĢunu  öyrənmək  üçün  Muğan  düzündə, 

indiki  Biləsuvar  rayonunda  yerləĢ ən  ġəhriyar  abidələr  kompleksi  daha səciyyəvidir. 

Muğan  Govurarxı  üstündə  ilk  orta  əsrlərdə  tikilən  ġəhriyar  Ģəhəri  (tarixi  adı  məlu m 

deyil)  ərəblərin  Azərbaycana  hücumları  zamanı  dağıdılmıĢ  və  burada  sonralar  həyat 

davam  etməmiĢdir.  Buna  görə  də Ģəhərin  ilkin  quruluĢu  olduğu  kimi  qalmıĢdır.  36 

hektar ərazini əhatə edən Ģəhərin qala divarları kvadrat planda tikilmiĢ, hər divarın orta 

hissəsində darvaza olmuĢdur. Darvazalardan Ģəhərə gedən küçələr mərkəzdə, feodalın 

qəsri  yerləĢən  yerdə  görüĢür  və Ģəhəri  dörd  bərabər  hissəyə  bölürdü.  Mil  Govurarxı 

üstündə yerləĢən Beyləqan Ģəhəri də (indiki Beyləqan rayonu) eyni planda tikilmiĢdir. 

Qazıntı və kəĢfiyyat iĢlərindən aydın olmuĢdur ki, Mil və Muğan düzlərində ilk 

orta  əsrlərdə  Ģəhərlərin  qala  divarlarının  tikintisində  ən  çox  torpaqdan  köbər  (dik) 

tökmək üsulundan, çiy kərpic hörgüsü və möhrədən istifadə olunmuĢdur; biĢmiĢ kərpic 


93 

 

ilk orta əsrlərdə hələ az tətbiq olunurdu. 



Çiy  kərpic  və  möhrə  divarların  tikilməsi  adətən  qala  xəndəyinin  torpağı 

hesabına olurdu. Beləliklə də qala  xəndəyi həmiĢə qala divarını müĢayiət edirdi. Dağ 

və dağətəyi bölgələrdə isə tikinti üçün çay daĢı, sal daĢ və yaxud qarıĢıq materialdan 

istifadə olunurdu. Dərbəndin həmin dövr qala divarları sal daĢlar, Qəbələnin divarı isə 

qarıĢıq  material  ilə  tikilmiĢdir.  Qazıntılar  nəticəsində  müəyyən  olunmuĢdur  ki, 

Beyləqanın ilk orta əsr qala divarı 47-49x47 -49x14-17 sm ölçüdə və indi el arasında 

"ayıbalası"  adı  ilə  məĢhur  olan çiy  kərpiclə  hörülmüĢdür.  Kərpiclərin  arasına  palçıq 

məhlulu  qoyularaq,  hər  bir  cərgə  özündən  əvvəlki  cərgəni  bağlamaq  Ģərtilə 

hörülmüĢdür. Divarın 1 m-dək xam torpaqda bünövrəsi vardır. Bünövrənin eni 6  m-ə 

qədərdir.  Divar  içəri və bayır tərəfdən 3-7 sm-ə qədər samanlı palçıqla suvanmıĢdır. 

Divarın qala bürcləri uzunsov  yarımdairə  formasında  olmuĢdur.  Divarın hündürlüyü, 

güman ki, 8-10  m-dən alçaq olmamıĢdır. Qala  xəndəyi 1-2 dərinlikdə və 10-30 

enində qazılmıĢdır. 

Ġlk  orta  əsrlərin  maddi-mədəniyyəti  üçün  səciyyəvi  cəhətlərdən  biri  də 

həmin  dovrə  aid  müdafiə  istehkamlarına  daha  çox  təsadüf  olunmasıdır.  Xüsusilə 

Xəzər  dənizi  ilə  Böyük  Qafqaz  dağı  arasındakı  keçiddə  belə  istehkamlar  daha  çox 

qalmıĢdır.  Cənubdan  Ģimala  doğru  bir-birinin  ardınca  dağla  dəniz  arasında  uzanan 

BeĢbarmaq,  Gilgilçay,  Dərbənd  sədləri  bunlara  misal  ola  bilər.  Bunlardan  Gilg ilçay 

səddində  aparılan  qazıntılarda  müəyyən edilmiĢdir ki, sədd düzən yerlərdə 42x42x10 

sm  ölçüdə olan çiy  kərpiclə  palçıq  məhlulundan  hörülmüĢdür.  ġimal  tərəfdən  sədd 

boyu  axan  Gilgilçay  səddin  müdafiəsini  təbii  olaraq  gücləndirir.  Sədd  boyu  mövcud 

olan  bürclər  (sayı  195-ə  qədərdir)  torpaq  altında  qalsa  da  aydın  görünməkdədir. 

Qazıntılar nəticəsində səddin düzənlikdən dağa keçid yerində (Dəvəçi rayonu Yenikənd 

kəndi) hərbi  düĢərgə qalığı  aĢkar  edilmiĢdir.  10  ha  sahəni  əhatə  edən  bu  düĢərgə  üç 

tərəfdən  divar,  bir  tərəfdən  isə  çayla  əhatə  olunmuĢdur.  Süni  xəndəyi  var,  sahə  iki 

səkilidir.  Günbəz  örtüklü  yeraltı  zindanlar  aĢkarlanmıĢdır.  DüĢərgənin  V  əsrin  90-cı 

illərində salındığı müəyyən edilmiĢdir. 

Müdafiə istehkamları Sasani imperiyasının Ģimal sərhədlərini mühafizə edən 

iri  regional  və  kiçik  lokal  səciyyə daĢımaqla  iki  qrupa bölünür. Qeyd etdiyimiz uzun 

sədlərlə  yanaĢı,  Quba-Xaçmaz  bölgəsində  Sandıqtəpə  (Quba  rayonu),  ġoranpel  (Hil 

kəndi)  kimi  kiçik  lokal  səciyyəli  müdafiə  istehkamlarının  da  olduğu  müəyyən 

edilmiĢdir. 

Ġlk orta əsr Ģəhər tipli yaĢayıĢ məskənləri Ģəhərlərlə kənd yaĢayıĢ məskənləri 

arasında bir növ keçid mövqeyi tutur. Arxeoloqların aĢkar etdikləri və qismən qazıdıqları 

Təzəkənd (Beyləqan rayonu), Govurqala (Ağdam rayonu), Torpaqqala (Qax rayonu, Tovuz 

rayonu),  Mingəçevir,  Xınıslı,  QuĢçu  (ġama xı  rayonu),  Qızlartəpə,  Yusiftəpə, 

Ağaxantəpə, Mahmudtəpə, Çetkun (Qusar rayonu) belə abidələrdəndir. Bunlarda 1-3 m-

dək mədəni təbəqə qalmıĢdır. Əksəriyyətində müdafiə istehkamları, tikinti qalıq ları, 

istehsalat  ocaqları,  məiĢət  qurğuları,  qəbir  abidələri  və  nisbətən sönük  və  yeknəsəq 

olan  digər  maddi-mədəniyyət  qalıqları  (mü xtəlif  əĢyalar)  aĢkara  çıxarılmıĢdır.  Belə 


94 

 

yaĢayıĢ  məskənləri  Ģəhərlərə  nisbətən  daha  yığcam  əraziyə  malik  olmaları  ilə 



fərqlənir. 

Kənd  tipli  yaĢayıĢ  məskənləri  az-çox  Quba  -  Xaçmaz  bölgəsində  qeydə 

alınmıĢ və qismən tədqiq olunmuĢdur. Böyüktəpə,  Xucbala, Ku xuroba, Salmantəpə, 

Qursantəpə,  Cağar,  ġamiltəpə,  Enıx  bunlara  misal  ola  bilər.  Kənd  yaĢayıĢ 

məskənlərində mədəni təbəqə qalıqları seyrək səpələnmiĢ və orta hesabla 1-1,5  m-dən 

qalın  deyil.  Bəzi  abidələrdə  (Qızılgültəpə,  ġamiltəpə  -  Qusar  rayonu) süni müdafiə 

köbərlərinə də təsadüf olunmuĢdur. 

ġəhərlərdə  və  Ģəhər  tipli  yaĢayıĢ  məskənlərində  bir  neçə  vel  yaxud  qarıĢıq 

qəbirli 

qəbiristanlıqlara  təsadüf 

olunursa, 

kənd  yaĢayıĢ 

məskənlərindəki 

qəbiristanlıqlarda qəbirlər daha yeknəsəqdir. 

Albaniya  ərazisində  ilk  orta  əsrlərə  aid  xristian  məbədləri  (Qax  rayonu  Qum 

kəndi,  Qəbələ  rayonu  Böyük  Əmili  kəndi,  Mingəçevir,  Dağlıq  Qarabağda  Amaras, 

Ağdamda  Govurqala  və  s.),  istehsalat  ocaqları,  alban  və  pəhləvi  yazıları,  daĢ  bütlər, 

ĢüĢəəridən və dulus kürələri və müxtəlif tip qəbiristanlıqlar qazılıb öyrənilmiĢdir.  

Azərbaycanın Ģimal-Ģərq  ərazisində  aparılan  axtarıĢlar  nəticəsində  müəyyən 

edilmiĢdir  ki, burada  ilk orta əsrlərdə  intensiv  yaĢayıĢ olmuĢdur.  Xüsusilə  dəniz  sahili 

boyu ərazidə yaĢayıĢ məskənlərinin sayı çoxalmıĢ, onların dağətəyi və dağlıq rayonlarla 

əlaqəsi artmıĢdır.  Qusar  rayonundakı  Yusifxantəpə və  Qızlartəpə,  Quba    rayonunda 

Sandıqtəpə və  Dəvəçi  rayonunda Almastəpə dövrün ən   səciyyəvi  yaĢayıĢ  məskənləri 

hesab edilir. Abidələrin, adətən, təpə  üstündə yerləĢən əsas yaĢayıĢ məskəni və onun 

ətrafında  qrup  Ģəklində  səpələnmiĢ  məskənlərdən  ibarət  olduğu  müəyyən  edil-  

miĢdir.  Əsas  yaĢayıĢ  məskəni  daha  möhkəm  mövqedə  olmaqla,  bir    növ,  ətraf 

məskənlərin  mərkəzi  kimi  özünü  büruzə  verir.  Cənubi    Azərbaycanda  ġiz  Ģəhər  və 

məbəd  kompleksi  aĢkar  edilmiĢ,  burada  məĢhur  AdurquĢnasp    məbədinin    qalıqları  

tədqiq  olunmuĢdur, Mərkəzi günbəzli bina, kiçik günbəzli əlavə binalar, sütunlu zal, 

sütunlu həyət, eyvan və digər tikililər aĢkara çıxarılmıĢdır. 

Dövrün  əsas  qəbir  abidələrindən  sadə  torpaq  qəbirlər,  demək  olar  ki, 

Azərbaycanın  bütün  bölgələrində  yayılmıĢdır.  DaĢ  quru  qəbirlərə  dağ  rayonlarında, 

katakombalara  Mingəçevir,  Qəbələ,  Qusar,  Qax  rayonlarında,  quyu  və  küp  qəbirlərə 

ġamaxıda,  xristian  qəbirlərinə  əsasən  dağ  rayonlarında  -  Albaniyanın  cənub  və  qərb 

bölgələrində  təsadüf  olunur.  Qəbir  materialı  kimi  daĢ  və  biĢmiĢ  kərpicdən,  ağacdan, 

dövrün sonlarında isə daĢ sarkofaqlardan istifadə olunmuĢdur. Qəbirlər tikinti materialı, 

qəbir  quruluĢu və  avadanlığına görə  müxtəlif  olsalar da onlardakı  maddi-mədəniyyət 

qalıqlarında ü mu mi cəhətlər ço xdur. 

Qeyd edək ki, ilk orta əsrlərdə qəbirlərə avadanlıq qoymaq xeyli azalmıĢ və 

dövrün  sonunda,  demək  olar  ki,  aradan  çıxmıĢdır.  Buna  baxmayaraq,  qazıntılar 

nəticəsində ilk orta əsr yaĢayıĢ yerləri və qəbirlərdən müəyyən qədər əĢyavi materiallar 

əldə  edilmiĢdir.  Bunların  əksəriyyətini,  əlbəttə,  dulusçuluq  və  az-çox  ĢüĢəçilik, 

metaliĢləmə və daĢiĢləmə sənətinə aid materiallar təĢkil edir. 

Antik dövrdə olduğu kimi,  ilk orta əsrlərdə də əhalinin təsərrüfat və məiĢət 



95 

 

həyatında  aparıcı  rolu  metal  oynamıĢdır.  Azərbaycanda  ilk  orta  əsrlərdə  metal  emalı 



haqqında az da olsa yazılı mənbələr  xəbər  verir.  Bəzi  rayonlarda  metaləridən  kürələrin 

olduğunu geoloji axtarıĢlar da təsdiq etmiĢdir. Məlum olmuĢdur ki,  metalın ilkin emalı 

filiz  yataqları  yaxınlığında  və  ağac  kömürün  bol  olduğu  yerlərdə  aparılmıĢdır.  Lakin 

metalın  sonrakı  iĢlənməsi  Ģəhərlərdə də  həyata  keçirilmiĢdir.  Beyləqanda,  Qəbələdə, 

ġamaxıda  ilk  orta  əsr  təbəqələrindən  külli  miqdarda  dəmir  Ģlakları  tapılmıĢdır. 

Mingəçevirdən  dəmir  xaç  tökmək  üçün  qəlib  məlumdur.  Bunlar  həmin  Ģəhərlərdə 

dəmirçi  kürələrinin  və  metal  əĢya  istehsalının  mövcud  olduğunu  xəbər  verir.  Çox 

təəssüf  ki,  qazıntılarda  metal  əĢyaların  özləri  az  tapılır.  Bunun  bir  səbəbi  metalın 

torpaqda  pis  qalmasıdırsa,  digər  səbəbi  iĢlənmiĢ  əĢyanın  yenidən  emal  edilməsi, 

ondan təkrar istifadə olunmasıdır. Beyləqan qazıntılarının ilk orta əsr təbəqəsindən bizə 

dəhrə,  ox  ucluğu,  mismar,  Mingəçevirdən  xıĢ  gavahının hissəsi,  oraq, dəryaz,  dəmir 

toxa,  oraqvari  bıçaqlar,  qoyun  qırxmaq  üçün  qayçılar,  sayırğa,  nizə  və  ox  ucluqları 

məlumdur.  Arxeoloji  qazıntılar  zamanı  xeyli  metal  (dəmir,  tunc və gümüĢ) qab-qaçaq 

qalıqları da əldə edilmiĢdir. Bunlar boĢqab, cam, sərnic, lüləyin, vedrə, qaĢıq, qayıqvari 

qablar,  külqabı  və  s.-dən  ibarətdir.  Ən  çox  təsadüf  edilən  metal  -  bəzək  əĢyalarıdır. 

Tuncdan  düzəldilən  mü xtəlif  bilərziklər,  muncuqlar,  toqqa  baĢlıqları,  halqalar, 

sancaqlar,  qaĢlı  və  qaĢsız  üzüklər,  asmalar,  zınqırovlar,  ağac  və  qayıĢ  üçün  üzlük 

hissələri və s. belə tapıntılardandır. Bunlardan bəziləri yüksək ustalıq və bədii  zövqlə 

hazırlan mıĢdır. Bir ədəd tunc qartal fiquru orijinal forması ilə nəzəri cəlb edir. 

Qiymətli metallardan düzəldilmiĢ bəzək əĢyaları - üzük, bilərzik, sırğa, düymə 

və s. daha zərifdir və gözəlliyi ilə seçilir. Qazıntılardan tapılmıĢ zərgər əmək alətləri - 

kiçik  maĢa,  qaĢıq,  tərəzi,  məhək  daĢı  həmin  bəzəklərin    yerli    istehsalından  xəbər 

verir.Tökmə və döymə üsulu ilə hazırlanmıĢ bəzək əĢyalarında simvolik  məna daĢıyan 

iĢarələrə,  təsvirlərə  təsadüf  olunur.  Kiçik  insan  fiqurlarına  belə  rast  gəlinir. 

Mingəçevirdən bir  neçə  ədəd  ilk  orta  əsrlər üçün səciyyəvi hesab  edilən qanadlarının 

ucunda  ikipər  dairəvi  düyməsi  olan  xaçlar  tapılmıĢdır.  Tapıntılar  içərisində  gətirilmə 

metal əĢyalara da təsadüf olunur. Bunlardan ġamaxı gümüĢ camı xüsusi maraq doğurur. 

Camda dağ keçisi ovlayan atlı böyük ustalıqla və bədii zövqlə təsvir edilmiĢdir. Cam III 

əsrin sonu - IV əsrin əvvəllərinə aiddir. Mingəçevirdən, Torpaqqaladan (Qax rayonu) və 

Qubadan da nadir gümüĢ qablar əldə ed ilmiĢdir.  

Ġlk  orta əsrlərdə,  əvvəlki dövrlərdə olduğu  kimi,  arxeoloji  qazıntı  materialının 

əsas  kütləsini  saxsı  qablar  təĢkil  edir.  Bunun  səbəbi,  onların  sındıqdan  sonra  təkrar 

istehsal üçün yararsız olması və torpaqda nisbətən yaxĢı  qalması  ilə  izah  edilir.  Antik 

dövrdə  olduğu  kimi,  bu dövrdə  də hələ ayaq dulus  çarxından demək  olar  ki,  istifadə 

olunmurdu; tək-tək  hallarda,  o  da  ilk  orta  əsrlərin sonlarında,  dulus çarxından  istifadə 

olunaraq hazırlanmıĢ qablara təsadüf olunur. Belə bir çarxın nümunəsi ġamaxı rayonundan 

tapılmıĢdır. Lakin bu dövrdə gilinin və biĢirilmə keyfiyyətinin nisbətən yaxĢılaĢmasına 

baxmayaraq,  ümumiyyətlə,  dulusçuluq  sənətində  tənəzzül,  geriləmə  olduğu  nəzərə 

çarpır.  Qabların  formaları  kobudlaĢır,  çeĢidi  azalır,  naxıĢları  sadələĢir,  uzunburun, 

süzgəcli  və hündür ayaqlı  qabların  formalarında sadəliyə  doğru  dəyiĢikliklər  baĢ verir 



96 

 

(burun  və  ayaqlar  qısalır,  süzgəc  adiləĢir  və  s.).  Dövrün  əsas  qab  nümunələri  iri 



təsərrüfat küpləri, nehrə, səhəng, bardaq, küpə, qazan, tava, təknə, kasa, duzqabı, çıraq 

və  s.  Mingəçevirdə  gildən  düzəldilmiĢ  kəsmə  naxıĢlı  Ģamdanlar,  Bey ləqanda  isə 

buxurdanlar  tapılmıĢdır.  Onlar  kvadrat  və  dairəvi  formada  olub,  sadə  və  yaxud 

dördayaqlı oturacağa malikdir. 

Dulusçuluqdakı tənəzzül və geriləmə, görünür, cəmiyyətin yeni  üsuli-idarəyə 

keçməsi  prosesi  və  köçəri  tayfaların  qərbə  və  cənuba  axın ının  güclənməsi  və 

müharibələrin  artması  ilə  əlaqədar  idi.  Dövrün  saxsı  məmulatında  baĢ  verən  ən 

səciyyəvi hal konnelyur naxıĢlı qabların meydana gəlməsidir. Belə naxıĢlı qablar Azər-

baycanın Ģimal  (Quba-Xaçmaz)  bölgələri  üçün  daha səciyyəvidir.  Qırmızı  boyalı  və 

anqob örtüklü qabların istehsalı davam etdirilir. Beyləqandan tapılmıĢ bir ədəd boyalı 

səhəng yaxĢı ĢüyrələnmiĢ və ağzı zoomorf Ģəklə salın mıĢdır. 

ĠnĢaat  keramikasında da sadəliyə  doğru  dəyiĢiklik  baĢ  verir.  Antik  dövrün 

düzbucaqlı  kərpicləri  kvadrat  və  qalın  kərpiclərlə  əvəz  olunur,  kirəmitlər  xeyli  kiçik 

ölçüdə  hazırlanır.  Əsasən  Ģəhər  qazıntılarından  tapılan  iki,  kənarı  yuxarı  qatlanmıĢ 

müstəvi  formada  alt  (keramida)  və  qövs  Ģəklində  üst  (kolipter)  kirəmitlər  bunu 

deməyə əsas verir. 

Qəbələnin ilk orta əsr təbəqəsindən su kəməri üçün istifadə olunan gil borular 

tapılmıĢdır.  Uzunluğu  40,  diametri  16-10  sm  olan  belə  borular  bir-birinə  geydirilir, 

birləĢən hissələri kirəc  məhlulu ilə bərkidilirdi. Bəzən boru su xətləri biĢmiĢ kərpiclə 

hörülmüĢ  arxlarda  yerləĢdirilirdi.  Suyun  axarına  nəzarət  müəyyən  məsafələrdə 

yerləĢdirilən  iki  yandan  su  tünglərinə  bənd  edilən  xüsusi  küplər  vasitəsilə  həyata 

keçirilirdi. Belə küplərdən su xəttini Ģaxələrə ayırmaq üçün də istifadə olunurdu. 

Ġlk  orta  əsr  abidələrində  aparılan  qazıntılar  zamanı  aĢkar  olunan  maddi 

mədəniyyət qalıqlarının bir qrupunu da təndirlər təĢkil edir. Onların ölçüləri 30 sm-dən 

1,5 m-dəkdir. Ən ço x 50-80 sm dia metri olan təndirlərə təsadüf olunur. Belə təndirlərin 

dib hissəsində hava iĢləmək üçün gil boru qoyulur və yaxud deĢik düzəldilirdi. Bunlar, 

Ģübhəsiz, çörək biĢirmək üçün istifadə olunmuĢdur. Kiçik təndirlər evi qızdırmaq - kürsü 

üçün  düzəldilir,  böyük  təndirlərdən  isə  çörək  biĢirməklə  bərabər,  həm  də  meyvə 

qurutmaq  üçün  istifadə  edilirdi.  Görünür,  onlar  bəzən  qab  rolunu  da  oynamıĢdır; 

Beyləqanda aĢkar olunan bir təndirin içərisi darı ilə dolu idi. 

Gildən insan, heyvan və quĢ fiqurları hazırlanması ilk orta əsrlərdə də davam 

etdirilir.  Bunlara daha çox dağ rayonları ərazisindəki yaĢayıĢ yerlərində və qəbirlərdə 

təsadüf olunur.  Bəzən belə  fiqurlar stilizə  olunmuĢ Ģəkildə hazırlanmıĢ, yaxud onların 

elementləri  qablara  bəzək  kimi  vurulmuĢdur.  Bunlar  ölkədə  xristianlığın  qəbul 

olunmasına  baxmayaraq  bütpərəstliyin  qalıqlarının  hələ  də  güclü  olduğunu  nümayiĢ 

etdirir. Mingəçevir qazıntılarından büt Ģəklində düzəldilmiĢ  mü xtəlif uĢaq oyuncaqları 

tapılmıĢdır.  Gənc nəslin tərbiyəsində, onları soykökləri ilə bağlayan bir amil  kimi bu 

oyuncaqlar mühüm ro l oynamıĢdır. 

Ġlk  orta  əsrlərə  aid  maddi  mədəniyyət  nümunələrinin  bir  qrupunu  ĢüĢə 

məmulatı təĢkil edir. Arxeoloji materiallar sübut edir ki, artıq bu dövrdə Azərbaycanda 



97 

 

yerli  ĢüĢə  istehsalı  mövcud  olmuĢdur.  Qəbələdə,  Torpaqqalada  (Qax  rayonu), 



Amarasda ĢüĢə  istehsalı  üçün  iĢlədilən  kürə  qalıqları  və  hətta  istehsal  alətləri  aĢkar 

edilmiĢdir.  Azərbaycan  Ģəhərlərinin  ilk  orta  əsr  təbəqələrindən  tapılan  ĢüĢə  qab 

nümunələri,  əsasən,  darboğaz  qabların  qırıqlarından,  kiçik  bərnilərdən,  qənddan  və 

boĢqab  biçimli  qablardan  ibarətdir.  Rəngləri  açıq-yaĢıl,  tünd-yaĢıl  və  yaĢıl,  bəzən 

çəhrayıdır. Bərnilərin oturacağı bir qədər içəriyə batıq formadadır. Bu qabların bəziləri 

boğazsız,  bəziləri  isə  ağız  hissədə az  kənara geniĢlənən  boğaza  malikdir.  Sonuncular 

bir  növ  enliboğaz  küpələri  xatırladır.  Onlar  əsas  etibarilə  ağızdan  qabın  oturacağına 

doğru uzanan sıx  xətlərlə, bəzən qabın yanlarında üstdən aĢağıya mail qabartmalarla, ya 

da  oyma  naxıĢlarla  bəzədilmiĢdir.  Bərniyə  bənzər  qabların  oturacaqları  içəriyə  batıq 

olmaqdan baĢqa, mərkəzdən yanlara doğru günəĢ Ģüalarını xatırladan düz və qövsvari 

xətlərlə  də  naxıĢlanmıĢdır.  ġüĢə  qabların  hazırlanmasında  tökmə  və  üfürmə 

üsullarından istifadə olunmuĢdur. NaxıĢsız, saya qablar çoxluq təĢkil edir. ġüĢə bəzəklər 

əsas  etibarilə  yaĢıl  rəngli  muncuqlardan  ibarətdir; üzük,  üzük  qaĢı,  hətta bilərzik  və 

güzgü  qalıqlarına  da  təsadüf  olunur.  Mütəxəssislər  hələ  ilk  orta  əsrlərdə 

Azərbaycanda  bir  neçə  ĢüĢə  istehsalı  mərkəzləri  olduğunu  qeyd  edirlər.  Beyləqanın 

ĢüĢə  bəzəkləri  üçün  daha  xarakterik  olanı  qara  rəngli  bilərziklərdir.  Bunlar,  tapılan 

bilərziklərin  üçdə  iki  hissəs indən  çoxunu  təĢkil  edir.  Bilərziklərin  hamısı  ucları  bir-

birinə  bitiĢdirilmiĢ  çubuq  Ģəklində  olan  ĢüĢə  kütləsindən  halqa  formasında 

düzəldilmiĢdir. Əksər bilərziklərin bitiĢən yeri ilan baĢı Ģəklindədir. En kəsiyi dairəvi, 

yarımdairəvi  və  yaxud  üçbucaq  Ģəklindədir.  Tək-tək  eĢmə  bilərziklərə  də  təsadüf 

olunur. 

DaĢdan hazırlanmıĢ maddi mədəniyyət qalıqları, demək olar ki, Azərbaycanın 

qazıntı aparılmıĢ bütün abidələrinin ilk orta əsr təbəqələrindən tapılmıĢdır. DaĢ torpaqda 

yaxĢı  qaldığı  üçün  belə  tapıntılar  daha  zəngindir.  DaĢ  məmulatın  əsas  kütləsini, 

əlbəttə,  memarlıq  abidələrinin  hissələri  -  sütunaltlıqları,  kapitellər,  qapı  və  pəncərə 

baĢlıqları  və  digər  memarlıq  bəzəkləri  təĢkil  edir.  MəiĢət,  təsərrüfat və  dini ayinlərlə 

bağlı  materiallar  da  kifayət  qədər  tapılır.  Nümunə  üçün  Mingəçevirdən  tapılmıĢ, 

üzərində  alban yazısı  olan  xaçaltı  daĢı,  Bərdədən  tapılan,  künclərində qoç  baĢı  təsvir 

olunmuĢ  kapiteli,  Bərdə,  ġamaxı,  Qəbələ,  Mingəçevir,  Təzəkənd  qazıntılarından 

aĢkara çıxarılmıĢ sütunaltlıqlarını, Bərdə, Ağdam, ġamaxı rayonlarından məlum olan daĢ 

heykəlləri,  fallos  formalı  daĢları  və  digər  nadir  tapıntıları  göstərmək  olar.  Beyləqan 

qazıntılarından  kirkirə  daĢları,  duzqabı,  dabandaĢı  və  Ģamdanlar  tapılmıĢdır.  Bey -

ləqandan tapılmıĢ kirkirənin üst daĢı daha maraqlıdır.  Bu daĢın altında (dən deĢiyinin 

yanlarında) təvərə  keçirmək  üçün  14  sm  uzunluğunda  gəz  açılmıĢdır.  Məlumdur  ki, 

təvərəli dən daĢları, müasir su dəyirmanları kimi, dənin iri və yumĢaq üyüdülməsi üçün 

nizama salına bilinirdi. Hər halda, Beyləqandan ilk orta əsrlərə aid təvərə gəzi olan kirkirə 

daĢının  tapılması  Azərbaycanda  əhalinin  su  dəyirmanı  ilə  tanıĢlığını  tamamilə  sübut 

edən əsaslı dəlildir. 

DaĢ məmulatından danıĢarkən qazıntılardan tapılan ilk orta əsr möhürlərini də 

qeyd  etmək  lazımd ır.  Bunlar  mü xtəlif  qiy mətli  rəngli  daĢlardan düzəldilmiĢ,  əsasən 



98 

 

Ģar formasında olan (bir tərəfində möhürün müxtəlif süjetli əksi həkk edilmiĢdir), ortası 



deĢikli  daĢ  məmulatıdır.  Onlarda  böyük  ustalıqla  maral,  öküz,  qoyun,  keçi,  Ģir,  bəbir 

təsvirləri,  bitki  Ģəkilləri,  hətta  müxtəlif  geyimdə  insan  fiqurları həkk olunmuĢdur.  Ən 

çox  möhür  Mingəçevir  və  ġamaxı  (ġərgah)  qazıntılarından  tapılmıĢdır.  Beyləqandan 

tapılmıĢ  dağ  bülluru  və  əqiqdən  hazırlan mıĢ  möhürlər  bərk  daĢların  incəliklə 

iĢləndiyinə gözəl  misaldır.  Dağ büllurundan  olan  möhürdə  kəsmə  üsulu  ilə dizi  üstdə 

dayanmıĢ  keçi  təsvir olunmuĢdur.  Əqiqdən hazırlanmıĢ  möhürdə  isə  ayaq üstdə duran 

keçinin qabağında oxa-bənzər ağac həkk edilmiĢdir. Mingəçevir və Qəbələdən üzərində 

mü xtəlif möhürlərin əksi basılmıĢ gil bulla (sulquc) nümunələri də tapılmıĢdır. Maraqlıdır 

ki,  Azərbaycanın  özündə  daĢ  möhürlərin  çıxarları  və  yarımfabrikatlarına  da  təsadüf 

olunur, bu da onların müəyyən hissəsinin yerli istehsal olduğunu sübut edir. 

Ġlk orta əsr təbəqəsindən tapılan sümük əĢyalar və bəzək Ģeyləri  bu  dövrdə 

həmin  məmu latdan  geniĢ  istifadə  olunduğunu  nümayiĢ etdirir.  Beyləqandan sümük 

dəstək,  Mingəçevirdən  sümük  daraq,  ġərgah  və  QuĢçudan  sümükdən  bıçaq  sapları 

tapılmıĢdır.  Mingəçevirdən  tapılmıĢ  bir  sümük  təbəqənin  üzərində  atlı  təsvir 

olunmuĢdur; yəhər, atlının geyimi və silahı aydın bilinir. Bir daraq sınıq xətlər və iç-içə 

olan  dairələrlə  naxıĢlanmıĢdır.  Qazıntıların  ilk  orta  əsr  təbəqələrində  baĢ  hissəsi  əl, 

heyvan və quĢ baĢı Ģəklində düzəldilmiĢ sümük sancaqlara, düymə, iy baĢlıqları və toqqa 

bəzəklərinə də təsadüf olunur.  ġamaxı  rayonunda  Qalacıq  yaĢayıĢ  yerindən  sümükdən 

toxuculuq alətləri - kirkit və kiçik bıçaqlar tapılmıĢdır. 

Arxeoloji  qazıntılardan  ağac  məmulatı  torpaqda  pis  qaldığından  az  tapılır. 

Nisbətən yaxĢı qalanı ardıc ağacı qalıqlarıdır. Bu ağacdan Beyləqanda tikinti iĢlərində və 

xüsusilə  quyuların  ağzını  bağlamaqda geniĢ  istifadə  edilmiĢdir.  Qazıntılardan  tapılan 

metal  əmək  alətləri,  ağac  alət  və  əĢyaların  metal  hissələri  hələ  ilk  orta  əsrlərdə 

Azərbaycanda ağaciĢləmə sənətinin inkiĢaf etdiyini göstərir. Mingəçevirdə katakomba 

qəbrindən  toxucu  dəzgahının  hissələri  tapılmıĢdır.  Demək  olar,  bütün  qazıntılarda 

tikintidə  istifadə olunmuĢ  ağac  qalıqlarına  (tir,  dirək, pəncərə  çərçivəsi, Ģəbəkə  və s.) 

təsadüf  olunur.  Ço x  hallarda  çürümüĢ  vəziyyətdə  tapılan  bu  qalıqlar  tikintidə 

Azərbaycanın  zəngin  möhkəm  və  davamlı  ağac  növlərindən  (palıd,  Ģabalıd,  fıstıq, 

qarağac və s.) istifadə olunduğunu nümayiĢ etdirir.  Mingəçevir  və  ġərgahdan  ağacdan 

təsərrüfat  və  məiĢət  qabları  tapılmıĢdır.  Onların  bəziləri  zəngin  naxıĢlanmıĢdır.  Bir 

əĢyanın üzərində dairə, quĢ və maral rəsmləri verilmiĢdir. 

Azərbaycanın  ilk  orta  əsr  maddi  mədəniyyətinin bir  qrupunu  sikkə  qalıqları 

təĢkil  edir.  Bu  dövrdə  Azərbaycanda  əsasən  Sasani  sikkələri  dövriyyədə  olmuĢdur. 

Onların  qalıqlarına dəfinə Ģəklində  və tək-tək  qazıntılarda və təsadüfi tapıntılarda  rast 

gəlinmiĢdir.  Bu  cəhətdən  Qəbələ  dəfinələri  (Dəlləkotu  adlı  yerdə),  Bakı  dəfinəsi, 

Göyçay  dəfinəsi  və s.  xüsusi  qeyd  edilməlidir.  Qəbələ  dəfinəsində  Sasani  pulları  ilə 

birlikdə  daha  qədim  dövrə  aid  Parfiya  və  Roma  sikkələri  də  olmuĢdur.  Azərbaycan 

ərazisində, demək olar ki, bütün Sasani padĢahlarının pullarına təsadüf edilmiĢdir. 

Arxeoloji  qazıntıların  ilk  orta  əsr  təbəqələrində  yazılı  abidələr,  az  da  olsa, 

aĢkara  çıxarılmıĢdır.  Bunların  içərisində  Mingəçevirdən tapılmıĢ  alban  yazıları  xüsusi 



99 

 

əhəmiyyətə malikdir. Bu yazılar bir ədəd xaçaltı böyük daĢın və bir neçə gil Ģamdanların 



və qabların üzərində  qalmıĢdır.  Xaçaltı  daĢda  62  hərf,  qalan  abidələrdə  isə  140-dək 

hərf-iĢarə  olduğu  müəyyən  edilmiĢdir.  Mingəçevir  yazılarının  alban  yazısı  olduğu 

Ģübhə oyatmasa da, onların oxunuĢu hələ də baĢa çatdırılmamıĢdır. Alban yazıları  V-

VIII  əsrin  əvvəllərinə aiddir.  Ġkinci  qrup  yazılar  pəhləvi  (orta  fars) dilində  olan  yazı-

lardır.  Bu  yazılara  əsasən  pullar  üzərində  və  Dərbənd  qala  divarlarında  rast  gəlinir. 

Dərbənd  pəhləvi  yazıları  əsasında  Ģəhərin  və  qala  divarların ın  tarixinə  dair  xey li 

məlu mat  əldə  edilmiĢdir.  Cənubi  Azərbaycanda,  Muğanın  mərkəzi  h issəsində 

yerləĢən  MiĢkinĢəhr  adlı  yerdə  aparılan  qazıntılar  zamanı  pəhləv i  dilində  daĢ 

üzərində  maraqlı  bir  yazı  tapılmıĢdır.  Yazı  IV  əsrə  aiddir.  Yazıda  Nərse-Hörmü z 

adından burada qala tikild iyi göstərilir. 

Üçüncü  qrup  yazılar  isə  xristian  abidələrində  təsadüf  olunan  ermən idilli 

yazılard ır. On ların nümunələri M ingəçevirdən (VII əsr),  Govurqaladan (IX əsr) və 

digər  yerlərdən  məlu mdur.  Govurqaladan  tapılan  daĢ  sarkofaqın  qapağı  üzərində 

IX  əsrin  sonlarında  Alban  dövlətini  bərpa  etmiĢ  Həmmamın  qardaĢının  adı 

yazılmıĢdır.  Gö rünür,  hökmdar  ailəsinə  aid  qəbiristanlıq  həmin  dövrdə bu  ərazidə 

yerləĢmiĢdi. 



 

 

 

 

 

 

 


Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin