Şöbə: Humanitar ixtisaslar İxtisas: Kitabxana işi Qrup: 022a kurs: II



Yüklə 106,32 Kb.
səhifə4/11
tarix22.12.2023
ölçüsü106,32 Kb.
#190607
1   2   3   4   5   6   7   8   9   10   11
Günel Məmmədova Azərbaycan dili

1. Monoloji nitq
2. Dialoji nitq.
3. Poliloq
İnsanlar ünsiyyət prosesində heç də həmişə verbal kommunikasiya vasitələrindən istifadə etməklə kifayətlənmirlər. Çox vaxt onlar verbal yolla çatdırdıqları məlumatları gücləndirmək və ya öz hisslərini, fikir və arzularını, əhval-ruhiyyələrini bildirmək üçün verbal (sözlü) nitqlə yanaşı, qeyri-verbal vasitələrdən də istifadə edirlər. Qeyri–verbal kommunikasiya vasitələrinə mimikanı, müxtəlif jestləri, hərəkətləri, səsin tembrini, intonasiyanı, gülüşü və s. aid etmək olar. Qeyri-verbal vasitələrə paralinqvistik vasitələr də deyilir.
Tədqiqatlar göstərmişdir ki, verbal yolla, yəni sözlər vasitəsilə məlumatın ancaq 10%-i, qeyri-verbal yolla, yəni səs (səs tonu, tembri və intonasiya vasitəsilə) və mimika və jestlər (bədən dili) vasitəsilə məlumatın 90 %-i çatdırılır. Deməli, danışarkən istifadə etdiyimiz səs tonumuz, üzümüzün müxtəlif ifadələri, bədən hərəkətlərimiz dinləyicilərimizə bəzən dediyimiz sözlərdən daha çox məlumat verir.

  1. Azərbaycan dilinin rəsmi işgüzar üslubunun xüsusiyyətləri

Azərbaycan ədəbi dilinin funksional üslublarına aşağıdakı üslublar daxildir; bədii üslub, publisistik üslub, məişət üslubu, rəsmi — işgüzar üslub. Bu üslubların hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Tarixi inkişaf prosesində müəyyənləşmiş həmin xüsusiyyətlər bir üslubu başqa üslubdan fərqləndirir. Məsələn, bədii üslub obrazlılığı, bədii ifadə vasitələrinin bolluğu ilə seçildiyi kimi, elmi üslubun da əsas səciyyəvi xüsusiyyəti terminlərdən istifadəyə üstünlük verilməsidir. Bu üslublar bir — birindən nə qədər fərqlənsə də, onların hamısı ədəbi dilin üslublarıdır. Buna görə də bu üslubların hər biri ədəbi dilimizin fonetik, leksik və qrammatik nornıalarına tabe olur.
Rəsmi-işgüzar üslub rəsmi işgüzar sənədlərin dilidir. Üslubda fikir müəyyən qəlibə düşmüş (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi – işgüzar üslub hamı üçün eynidir, yəni standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli rəsmi-işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşmışdır. Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi-işgüzar üslubda bir sıra arxaik sözlər və köhnəlmiş sintaktik qəliblər uzun müddət qorunub saxlanılır. Rəsmi-işgüzar üslub 2 yerə ayrılır:
a) rəsmi sənədlərin dili,
b) işgüzar sənədlərin dili.
Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada təsdiq olunan sənədlər (məsələn, Prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, Konstitusiya və s.) rəsmi sənədlər sayılır. Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:
- dilin maksimum mükəmməlliyi; - fikrin tam aydınlığı; - fikrin (sözlərin) birmənalılığı; - fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması) - dil yığcamlığı Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir.
İşgüzar üslub başqa üslublardan birinci növbədə leksik xüsusiyyətləri ilə fərqlənir. Burada konkret sahələrə aid sözlər, terminlər işlədilir. İşgüzar üslubun leksik xüsusiyyətlərindən danışarkən onu da qeyd etməliyik ki, bütövlükdə bu üslubda, eləcə də onun yarımüslublarında – sahələrində dilimizdə mövcud olan bəzi standartlar, ştamp şəkli almış ifadə və formalar tez-tez işlədilir. Məsələn, qərar vermək, təqdim etmək, tələb etmək, imza etmək, təmin etmək, qəbul etmək, məruzə etmək, lehinə (əleyhinə) səs vermək, tədbir görmək, müzakirə etmək, irəli sürmək, həyata keçirmək, yerinə yetirmək, cəlb etmək, istifadə etmək, təltif etmək,təsis etmək,nəzərdə tutmaq, məsuliyyət daşımaq, qüvvəyə minmək, qüvvədən düşmək, qadağan etmək, nəzərinə çatdırmaq, xəbərdarlıq etmək və s.
İşgüzar üslubun qrammatik xüsusiyyətləri. İşgüzar üsluba aid mövcud yazılarda indiyə qədər, adətən, onun leksik və sintaktik xüsusiyyətlərindən bəhs olunmuşdur. Müşahidələr göstərir ki, ədəbi dilin başqa üslubları kimi, işgüzar üslubda da bəzi morfoloji xüsusiyyətlər bu üslubun
səciyyələnməsində və formalaşmasında az əhəmiyyət kəsb etmir.
Morfoloji xüsusiyyətlər. İşgüzar üslubda isimlərin və fellərin işlənilməsinin bəzi cəhətləri diqqəti cəlb edir. İdarə adları bildirən sadə və mürəkkəb isimlər, vəzifə adları bildirən ümumi isimlər, bu vəzifə (direktor, müəllim, rektor, hakim, professor, nazir, müşavir) və şəxs adlarının, soyadların tez-tez
işlənilməsinin vacibliyi işgüzar üslubun morfoloji əlamətlərindən biridir. İşgüzar üslubda şəxs adlarını göstərmək üçün mötərizələrdən istifadə olunur.
Doğrudur, üslubi məqsəd və əlavə
izahlar üçün başqa üslublarda da mötərizə işlədilir. Lakin burada başqa üslublardan fərqli olaraq, konkret şəkildə məsul şəxslərin adı, soyadı, idarə və təşkilat adları göstərilir. İşgüzar üslubun qanunvericilik yarımüslubunda konkret isimlərin (əsasən cəm halında) işlənilməsi xüsusi məqsəd daşıyır.


  1. Yüklə 106,32 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin