Şöbə: Humanitar ixtisaslar İxtisas: Kitabxana işi Qrup: 022a kurs: II



Yüklə 106,32 Kb.
səhifə10/11
tarix22.12.2023
ölçüsü106,32 Kb.
#190607
1   2   3   4   5   6   7   8   9   10   11
Günel Məmmədova Azərbaycan dili

Yazı və onun növləri haqqında

Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bu günkü formaya gəlib çatmışdır. Yazının necə yarandığını tapmaq üçün əvvəlcə biz düşünməliyik ki, Yazı niyə yarandı? Axı şifahi şəkildə ünsiyyət mövcud idi. Bunu tapmaq üçün biz tarix elminə müraciət edirik. Lap qədimdən insanlar ayrı-ayrı qruplar şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular. Buna görə də ikinci köməkçi ünsiyyət vasitəsi olaraq yazı yaranmağa başladı. Onun başlanğıc yolu heç bir xüsusi plan üzrə deyil, tədricən yaranmışdır. Demək: Yazı insanların dillə, şifahi ünsiyyət saxlamaları mümkün olmadığı şəraitdə, ünsiyyətə olan tələbatdan yaranmışdır. Dilin əmələ gəlməsində olduğu kimi yazının yaranmasında da kollektivin əməyi var. Yəni yazı ayrı-ayrı şəxslər tərəfindən deyil, ümumi kollektiv tərəfindən yaradılmışdır,lakin Yazının yaranmasında bütün tayfa və xalqların iştirak etdiyini düşünmək də doğru olmaz. Müasir dövrdəki yazısı olmayan xalqlar buna aydın sübutdur. XIX əsrin axırlarına kimi Mərkəzi Afrikanın və Şimali Amerikanın bəzi xalqları hələdə yazı ilə tanış deyildilər. Qədim dövrlərdə də yazı bütün dünyada eyni dərəcə inkişaf etməmişdir. Çünki qədimdə yazı yazmaq üçün vasitələr də indikindən fərqli olmuşdur. Yuxarıda da qeyd etdiyim kimi yazı birdən-birə meydana çıxmamışdır. Yazının əmələ gəlməsində fikrin müxtəlif vasitələrlə əks olunmasının xüsusi təsiri olmuşdur. Yazı əvvəl fikir və ya əşya vasitəsilə, ya da xətlər vasitəsilə əks olunurdu.Bəzi xalqlar diri heyvan yollamaqla fikirlərini bildirməyə çalışırdı.
Yazının tipləri barədə müxtəlif fikirlər var, lakin son tədqiqatlara görə müəyyən edilmişdir ki, yazının 4 əsas tipi var.Bu yazılar hər biri xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.
Şəkli yazı- məlumatların şəkillər vasitəsilə ifadə edildiyi yazıya şəkli yazı deyilir.
Piktoqrafik yazı da adlanır. Piktoqrafiya 2 sözdən ibarətdir. Birinci piktus latın sözü "şəkli çəkilmiş", ikincisi grapho yunan sözü "yazıram" deməkdir. Piktoqrafik yazıdakı hər bir ünsür piktoqram adlanır. Bu yazıda hər şəkil bir və ya bir neçə cümləni əks etdirir. Yəni belə yazıda nitq sözlərə bölünmür, bütöv cümlələrlə ifadə olunur. Yazının bu ilk tipi çox qədim tarixə malikdir. Keçmişdə insanlar müəyyən məqsədlərlə bağlı yüzlərlə şəkillər çəkmişlər, lakin bu şəkillərin heç də hamısını yazı hesab etmək olmaz.Deməli, insanların çəkdiyi ibtidai şəkillər bu və ya digər məlumatı əks etdirdikdə şəkli yazı yaranmağa başlayıb.
Fikri yazı- Nitqdəki sözlərin şəkillər vasitəsi ilə deyil, ideoqramlarla əks olunmasına ideoqrafik və ya fikir yazı deyilir. İdeoqrafiya 2 yunan sözündən ibarətdir. Birinci ideya "anlayış", ikinci isə grapho "yazıram" mənasını bildirir. Heroqlif və digər işarələr də ideoqrafik yazı sisteminə daxildir.
İdeoqrafik yazı elə yazı sistemidir ki, burada hər işarə bütöv sözü, yaxud sözün mənalı hissəsini bildirir. Bu səbəbdən bu yazı sistemi eyni zamanda söz yazısı da adlanır.



Yüklə 106,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin