Şöbə: Humanitar ixtisaslar İxtisas: Kitabxana işi Qrup: 022a kurs: II



Yüklə 106,32 Kb.
səhifə2/11
tarix22.12.2023
ölçüsü106,32 Kb.
#190607
1   2   3   4   5   6   7   8   9   10   11
Günel Məmmədova Azərbaycan dili

Fonetik normalar. Ədəbi dilin səs sistemi də normalar əsasında tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsiyyətdə məqbul sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son hecasının ahənginə uyğun olaraq onlara qoşulur. Əgər binalar, anam, almaq, gəlmək kimi sözlərdə şəkilçilər bunalər, anəm, almək, gəlmax şəklində işlədilirsə, bu, fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi tərkibində e, o, ö saitləri işlənmir. Yerli dialektdə sözlər aton, nənön, gəler, alacek kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. Azərbaycan dilinə məxsus sözlərdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Bəzilərinin danışığında sözlər o`xu, da`ha, ba`şla, a`rzu, i`sim, si`fət kimi tələffüz olunursa, yaxud mənəvi, mavi, vadar (etmək) kimi sözlərin birinci hecasındakı qısa tələffüz olunursa bu da fonetik normadan uzaqlaşmadır.

  1. Azərbaycan ədəbi dilinin təşəkkülü

Azərbaycan ədəbi dilinin işlənildiyi areal öz miqyası ilə fərqlənir. Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün ön Asiyada ədəbi dil rolunu oynamışdır. Həmin dövrün ədəbi dili yeni dövr Azərbaycan dilindən dilxarici və dildaxili xüsusiyyətləri ilə seçilir.
Qrammatika sahəsində oxşar vəziyyət özünü göstərir. İsmin birinci dövrə məxsus təsirlik hal şəkilçilərinin –yi, - yı, - yu, - yü// - ni, - nı, - nu, -nü müvaziliyi ikinci dövrdə aradan çıxmışdır. Felin -isər qəti gələcək zaman şəkilçisi öz vəzifəsini tamamilə -acaq//- əcək, III şəxs –dürür şəkilçisi isə -dür (hökmdürür-hökmdür) şəkilçisinə vermişdir və s.
Əski dövrdə əsasən iki üslub özünü göstərirdi: klassik-kitab və danışıq-folklor üslubu. Üslubların formalaşması və inkişafı baxımından bu dövrü iki yarımmərhələyə bölmək olar: 1) ən qədim dövrlərdən XII əsrin sonlarına qədər. Bu, Azərbaycan ədəbi dilinin formalaşmasının başlanğıcıdır. Şifahi dil abidəsi mövcuddur. Yazılı ədəbi nümunələr dolayı faktlarla təsdiq olunur. 2) XIII əsrdən XVII əsrin əvvəllərinə qədərki mərhələ. Bu mərhələdə kitab üslubu formalaşır. Onun dili əcnəbi dil ünsürlərinin çoxluğu ilə səciyyələnir. Azərbaycanda dövlət dili kimi ərəb və fars dilləri işləndiyindən bu üslub sürətlə inkişaf edir və aparıcı mövqeyə çıxır.
Azərbaycan ədəbi dilinin yeni dövrü üç mərhələni əhatə edir: 1) ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr); 2) milli dilin yaranması və və inkişafı mərhələsi (XIX əsr və XX əsrin birinci rübü); 3) müasir mərhələ (XX əsrin birinci rübündən sonra).
Bu dövrdə Azərbaycan dili böyük inkişaf mərhələsinə (milli ədəbi dilin təşəkkülü və inkiafı mərhələsi) çatmışdır. Bu dildə seirlə yanaşı, nəsr və dram əsərləri yazılmağa, qəzet və jurnallar nəşr olunmağa başlamış, bəzi rəsmi sənədlər tərtib edilmiş, elmi araşdırmalar aparılmışdır.
XX əsrdə Azərbaycan ədəbi dilinin inkişafında üç əsas meyl özünü göstərir: 1) Ədəbi dili xalq dili ilə eyniləşdirmək meyli. Bu, özünün bariz şəklini “Molla Nəsrəddin” jurnalının yazılarında, C.Məmmədquluzadə, Ə.Haqverdiyev kimi yazıçıların əsərlərində tapmışdır; 2) Daha çox Osmanlı (türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu, “Füyuzat” və “Həyat” kimi bir çox jurnal və qəzetlərin, Ə. Hüseynzadə kimi maarifpərvər yazıçıların dilində özünü göstərir. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi; 3) Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Heç bir dialekt təsirini qəbul etməyən bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 30-cu illərədək davam etdi.
Yeni dövr Azərbaycan ədəbi dilinin müasir mərhələsində mühüm hadisələrdən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu alması oldu.
Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin diqqət mərkəzində olmuşdur. 1918-ci il 27 iyun tarixli qərarı ilə Cümhuriyyət hökuməti o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etmişdir.
Azərbaycan ədəbi dili xalq danışıq dilinin cilalanmış, ciddi fonetik, leksik, qrammatik və üslubi normalarla cəmyyətə yüksək səviyyədə xidmət göstərən formasıdır.
Ədəbi dilin yazılı və şifahi formaları vardır. Şifahi ədəbi dil (səsli dil) çox qədimdir, o, yazılı ədəbi dil hələ mövcud olmadığı uzun dövr ərzində xalq yaradıcılığının ifadə vasitəsi kimi işlənmişdir.


  1. Yüklə 106,32 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin