Şöbə: Humanitar ixtisaslar İxtisas: Kitabxana işi Qrup: 022a kurs: II



Yüklə 106,32 Kb.
səhifə7/11
tarix22.12.2023
ölçüsü106,32 Kb.
#190607
1   2   3   4   5   6   7   8   9   10   11
Günel Məmmədova Azərbaycan dili

Mühazirə. Mühazirə ən çox ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan, geniş nəzəri mühakimə və ümumiləşdirmələrdən ibarət şərhidir: Nitqin bu formasından digər elmi idarələrdə, kütləvi tədbirlərdə və s. yerlərdə də istifadə olunur. Məruzə. Bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə deyilir. Çıxış. Rəsmi və ictimai tədbirlərdə (iclaslarda, yığıncaqlarda, müşavirələrdə, nümayişlərdə, konfranslarda və s. yerlərdə) edilən məruzə ətrafında dinləyicilərin öz fikrini, münasibətini bildirməsidir.
Söhbətdə bir neçə adamın iştirak etməsinə isə poliloq deyilir. Poly loqos yunanca (poly — çox, loqos -nitq) çoxlu adamın iştirak etdiyi nitq deməkdir. Belə nitq özünü daha çox dram əsərlərində göstərir.

  1. Rəsmi sənədlər: əmr, sərəncam, fərman, nota

Rəsmi və işgüzar sənədlərin dil təzahürünə rəsmi – işgüzar üslub deyilir. Bu üslubun əsas göstəricisi fikrin standart formalarla, yığcam verilməsidir. Bu üslub bir qədər quru görünür. Bu üslubda artıq sözlər, obrazlı ifadələr işlədilmir, fərdi nitq ünsürlərindən qaçılır. Rəsmi – işgüzar üslubun lüğət tərkibi yığcam , sintaksisi məhdud olsa da, normalılığı möhkəmdir.Bu üslub tarixi təkamül prosesində formalaşmış standarty formalardan kənara çıxmır. Buna görə də bu üslubda arxaik leksika, əski sintaktik konstruksiyalar uzun zaman mehafizə oluna bilir. Rəsmi – işgüzar üslub dövlətçilik, müstəqillik ənənələri ilə bağlıdır. Müstəqillikdsən əvvəl ərəb, fars sonra rus dilinin təsiri bu üslubun tam fəaliyyətinə imkan verməmiş, milliliyinə xələl gətirmişdir. Indi Azərbaycan dövlətinin müstəqilliyi, ana dilinin həqiqi mənada dövlət dilinə çevrilməsi rəsmi – işgüzar üslubun funksional imkanlarını genişləndiri. Rəsmi – işgüzar üslub a) rəsmi və b) işgüzar sənədlərin dilini əhatə edir.
Rəsmi sənədlər: konstitusiya, qanun, qərar, kodeks, sərəncam, fərman, əmr və s.
Əmr, bir qayda olaraq, şərh və sərəncam hissələrindən ibarət olur. Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır. Əmrin sərəncam hissəsi mətn qaydalarından «əmr edirəm» sözləri ilə başlanır. Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir. Hər bənd struktur bölməsinin konkret icrasının və ya vəzifəli şəxsin adının və soyadının göstərilməsi ilə başlanır. Əmrin mətni əlaqədar struktur bölmələri lazımi hallarda isə tabelikdə olan əlaqədar təşkilatlarla razılaşdırılır. Əmrin layihəsinin son variantına ancaq əmri imzalayan və tarix qoyan təşkilat rəhbəri düzəlişlər edə bilər. Əmri hazırlayarkən icraçı onun struktur bölmələrə və tabelikdə olan təşkilatlara göndərilmək zərurətini və əmrin tirajını müəyyən edir. Ünvan sahiblərinin siyahısı həmin əmrin son vərəqinin əks tərəfində çap olunur və ya müstəqil sənəd kimi əlavə edilir (tiraj böyük olduqda). Əmrlər təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır.
Əmr Nümunə:
BAKI MAŞINQAYIRMA ZAVODU ÜZRƏ 63 SAYLI ƏMR
Bakı şəhəri «02» fevral 2015-ci il Zavodda dəftərxana işinin daha səmərəli təşkili və sənədləşmənin düzgün aparılması məqsədi ilə ƏMR EDİRƏM:
1. Zavod üzrə bütün əmrlər lazımi nüsxələrdə və əmrdə göstərilən əsaslarla birlikdə ümumi şöbəyə təqdim edilsin.
2. Təqdimatlar və ərizələr ümumi şöbədə qeydiyyatdan keçirilsin və mənim dərkənarımdan sonra yenidən ümumi şöbəyə təqdim edilsin.
3. Zavoddan gedən bütün məktublar və cavab məktubları 3 nüsxədə, zavoda daxil olan məktub əsasla birlikdə ümumi şöbəyə təqdim edilsin.
4. Sənədləşmənin düzgün aparılıb-aparılmaması barədə ümumi şöbənin müdiri mənə xəbər versin. Əmr bütün struktur bölmələrə göndərilsin. Əsas: Ümumi şöbə müdirinin təqdimatı. BAŞ DİRЕКTОR: Z.N.ƏHMƏDOV
Yazılı sənəd kimi, əsasən, hökumət orqanlarının, idarə, müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı hesab edilir. Hərbi Komissarlığın əmri, universitet rektorunun əmri, işə qəbuletmə, işdən azadetmə, müəyyən işi tapşırma, komissiya yaratma, tədbir keçirmə, kitabça nəşrini təsdiqetmə və s.


  1. Yüklə 106,32 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin