Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Ölka daxilinda vaziyyatin mürakkablaúmasi



Yüklə 1,22 Mb.
səhifə5/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   2   3   4   5   6   7   8   9   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Ölka daxilinda vaziyyatin mürakkablaúmasi. Ölkə daxilindəki mürəkkəb vəziyyətə baxmayaraq Rusiya müharibəni davam etdirirdi. Müvəqqəti hökumət müharibəni davam
etdirməklə bir sıra ərazilərin Rusiyaya birləşdirilməsinə çalışırdı. Petroqrad Soveti təşkil edilən gündən P.Milyukova təzyiq göstərirdi ki, Müvəqqəti hökumət müttəfiq dövlətlərə
«təzminatsız və ilhaqsız» sülh bağlanması ilə müraciət etsin. 1917-ci ilin martında Müvəqqəti hökumət manifest dərc etməyə məcbur oldu. Manifestdə elan edilirdi ki, Rusiya hər cür ilhaqdan imtina edir.
1917-ci il aprelin 18-də xalq birinci dəfə olaraq açıq şəkildə 1 may nümayişinə çıxdı. Həmin gün Xarici İşlər naziri P.Milyukov müttəfiqlərə nota ilə müraciət edərək Müvəqqəti hökumət adından bildirdi ki, Rusiya müharibədə iştirak edəcəkdir. Aprelin 19-da Milyukovun notası fəhlə və əsgərlərə məlum oldu. Aprelin 20-də hiddətlənmiş əsgər kütlələri əllərində
«Rədd olsun Milyukov!», «Yaşasın ilhaqsız və təzminatsız sülh!» şüarları ilə küçəyə çıxaraq Milyukovun getdiyi maşının qabağını kəsdilər. Kadetlərin lideri əsgərlərə belə cavab verdi:
«Rədd olsun Milyukov» şüarını görərkən mən Milyukova görə qorxmuram, mən Rusiyaya görə qorxuram». Özünü çox soyuqqanlı apardığını görən əsgərlər Milyukovun maşınını buraxdılar.
100 mindən çox fəhlə «Rədd olsun müharibə!», «Bütün hakimiyyət Sovetlərə!» şüarları altında nümayişə çıxdı. Petroqrad hərbi dairəsi qoşunlarının bir hissəsi baş komandanı L.Q.Kornilova tabe olmaqdan imtina edərək xalqa atəş açmadılar. Buna görə Baş komandan istefa verdi. Petroqrad Sovetinin qərarı ilə Kornilov vəzifəsindən dəyişdirilərək Cənub-qərb cəbhəsi 8-ci ordusuna komandan göndərildi.
Aprelin 21-də bir tərəfdə əllərində «Bütün hakimiyyət Sovetlərə!», «Rədd olsun müha- ribə!» şüarları tutmuş fəhlə və əsgərlər, digər tərəfdə əllərində Leninin Almaniya ərazisindən keçərək Rusiyaya gəlməsinə işarə edən «Lenini Vilhelmə qaytarın!», «Yaşasın Müvəqqəti hökumət!» şüarları tutmuş zabitlər və tələbələr arasında toqquşma baş verdi. Toqquşma nəticəsində hər iki tərəfdən ölən və yaralananlar oldu.
Milyukovun notası və baş vermiş hadisə Müvəqqəti hökumətin dərin böhran keçirdiyini nümayiş etdirdi. 6slində Aprel nümayişi Müvəqqəti hökumətin 1-ci böhranı idi. Aprel nümayişi Müvəqqəti hökumətə göstərdi ki, o, öz varlığını möhkəm və sabit hesab edə bilməz. Buna görə də burjuaziya öz hakimiyyətinin ictimai əsasını genişləndirməyi və menşeviklərin iştirakı ilə koalision hökumət yaratmağı zəruri bildi.
Xalqın nifrət etdiyi nazirlər – hərbi nazir A.Quçkov və xarici işlər naziri P.Milyukov hökumətdən istefa etdi. Aleksandr İvanoviç Quçkov (1862-1936) oktyabristlər partiyasının lideri idi. Konstitusiyalı mütləqiyyət tərəfdarı olaraq mövcud quruluşun tədricən dəyişik- liklərə məruz qalmasını müdafiə edən rus liberalizminin sağ qanadının nümayəndəsi idi.
Pavel Nikolayeviç Milyukov (1859-1943) konstitusiyalı demokratlar partiyasının lideri olaraq rus liberalizminin əsas hissəsini təmsil edirdi. O, həm də görkəmli tarixçi olaraq mü- hacirətdə yazdığı «Rus mədəniyyətinin tarixi oçerkləri», «İkinci rus inqilabının tarixi» və b.
əsərlərin müəllifi idi.
Mayın 5-də birinci koalision hökuməti təşkil olundu ki, bunun da tərkibinə on kapitalist nazirlə yanaşı menşevik və eserlərin 6 nəfər nümayəndəsi də daxil edildi. İ.Sereteli – Poçt və teleqraf naziri, V.Çernov – Torpaq naziri, N.Pereverzev – 6dliyyə naziri, A.Kerenski – Hərbi və dəniz naziri, A.Peşexonov – 6rzaq naziri, M.Skobelev – 6mək naziri təyin edildilər. Koalision hökumətin siyasəti birinci Müvəqqəti hökumətin siyasətindən heç bir şeylə fərqlənmirdi. A.Quçkovu əvəz etmiş olan hərbi nazir A.Kerenski Antantanın tələbi ilə cəb- hədə hücum hazırlığına başladı.Torpaq naziri V.Çernov mülkədar torpaqlarının kəndlilər tərəfindən zəbt edilməsinə qarşı mübarizəni şiddətləndirdi. Hökumətin fəhlə məsələsi üzrə siyasəti dəyişmədi, 8 saatlıq iş günü qanuniləşdirilmədi. 6mək haqqının artırılması haqqında fəhlələrin tələblərinə məhəl qoymadı. Hökumət istehsal və məhsul bölgüsü üzərində fəhlə nəzarətinin qoyulmasına qarşı qəti müqavimət göstərirdi. 6slində Müvəqqəti hökumət bu istiqamətdə düzgün mövqe tuturdu. Çünki bu məsələ dövlətin nəzarətində olmalı idi. Hökumət bahalığa, möhtəkirliyə qarşı isə zəif mübarizə aparırdı.
Müvəqqəti hökumət Rusiya xalqlarının azadlıq və istiqlaliyyətinə qarşı qəti çıxış edirdi. Ukraynadakı sosialist partiyaları 4 mart 1917-ci ildə Ukraynanın muxtariyyəti tələbi ilə çıxış
edən «Mərkəzi Rada» adlı yerli hakimiyyət strukturu yaratdılar. Görkəmli tarixçi, Ukrayna eserlər partiyasının nümayəndəsi olan M.S.Qruşevski «Mərkəzi Rada»nın sədri seçildi. İc- raiyyə orqanının başına sosial-demokrat Vinniçenko gətirildi. «Mərkəzi Rada» Ukraynanın muxtariyyəti ilə yanaşı, milli Ukrayna hərbi hissələrin təşkil edilməsini tələb edirdi. Ukrayna milli hərbi hisssələrinin təşkilinə Simon Petlyura başçılıq edirdi. Radanın təşkili və möh- kəmləndirilməsi məsələləri onun qəbul etdiyi Birinci Universalda əks edilmişdi. Bu sənəddə Ukraynaya Rusiyanın tərkibində siyasi muxtariyyət verilməsi, yığılan vergilərin bir hissəsinin yerli milli hakimiyyətin sərəncamında saxlanılması tələb edilirdi. Bütün bunlar Petroqradda hakimiyyəti narahat etdi. Müvəqqəti hökumətin üzvləri A.Kerenski, İ.Tereşşenko, İ.Sereteli təcili olaraq Kiyevə gəldilər. «Mərkəzi Radanın» rəhbərliyi ilə danışıqlarda onlar Radanın səlahiyyətlərini tanımağa bu şərtlə razılıq verdilər ki, onun Baş katiblik kimi fəaliyyət göstərəcəyi icraiyyə orqanı Müvəqqəti hökumətlə razılaşdırılsın. Ukrayna milli hərbi hissə- lərinin formalaşdırılması dayandırılır, muxtariyyət məsələsi isə Müəssislər Məclisinin çağırıl- masına kimi təxirə salınırdı. M.S.Qruşevski məşhur tarixçi idi və Ukraynanın ilk prezidenti seçilmişdir. Ukrayna müstəqillik qazandıqdan sonra ona Kiyevdə böyük abidə ucaldılmışdır.
Müvəqqəti hökumət Finlandiyanın muxtariyyəti əleyhinə çıxış edərək, onun 1809-cu il Konstitusiyasını bərpa etməklə kifayətləndi. Müvəqqəti hökumət iyulun 18-də fin seymini buraxdı, seymin binası rus qoşunları tərəfindən tutuldu.
1917-ci ilin iyununda belarus burjua və xırda burjua partiyaları Minskdə Belarusiya Mərkəzi Radasını təşkil etdilər. Hər yerdə olduğu kimi, Belarusiyada da burjua partiyaları in- qilabi hərəkata qarşı mübarizə aparmaq üçün hakim rus burjuaziyası ilə ittifaq bağladılar. Be- larusiya bolşevikləri Belarusiya Mərkəzi Radasına qarşı mübarizəyə qalxdılar. Belarus bol- şevikləri belarus fəhlələrini, kəndlilərini və əsgərlərini millətlərin öz müqəddaratını təyin et- məsi və torpağın kəndlilərə verilməsi şüarı altında xalqı mübarizəyə qaldırmaqla əslində Be- larusiyanın müstəqilliyinə və ölkənin kapitalist inkişaf yoluna qədəm qoymasına əngəl tö- rətdilər.
Mərkəzi Asiya, Cənubi Qafqaz və Rusiyanın başqa ucqarlarının xalqları da mili-azadlıq
əldə etmədilər. Müvəqqəti hökumətin siyasəti xalq içərisində geniş narazılığa səbəb olurdu. O zaman Rusiyanın daxilində yaranmış vəziyyəti nəzərə alsaq görərik ki, doğrudan da ölkədə hakimiyyəti ələ ala biləcək bir partiya yox idi. 1917-ci il iyunun 3-də Petroqradda keçirilən Ümumrusiya I Sovetlər qurultayında Sovetin sədri menşevik İ.G.Sereteli düzgün olaraq bil- dirmişdir ki, hazırda Rusiyada elə bir partiya yoxdur ki, hakimiyyəti bütünlüklə ələ ala bilsin.
Qurultayda iştirak edən 800 nəfər nümayəndənin yalnız 105 nəfəri (10 faizi) bolşevik idi. Buna baxmayaraq Lenin elan etdi ki, onun partiyası ölkəni idarə etmək məsuliyyətini öz üzərinə götürməyə hazırdır. Bu o demək idi ki, bolşeviklər hakimiyyətə gəlmək üçün nə Müəssisələr məclisini, nə də sovetlərdə üstünlük əldə etmək üçün vaxt qazanmağı gözləmək fikrində deyildir.
Müttəfiqlərin tələbi ilə Müvəqqəti hökumət cəbhədə hücum hazırlayırdı. Müvəqqəti hökumət başa düşürdü ki, cəbhədə hücumu davam etdirmək onu külli miqdarda borclardan xilas etmiş olar. Xarici ölkə mətbuatı, onun diplomatları Rusiyadan hücum əməliyyatı tələb edirdilər. Xarici ölkə nümayəndələri rus ordusunda hücuma keçmək təbliğatı aparırdılar.
İyunun 18-də Müvəqqəti hökumət cəbhədə hücuma başlamağı qərara aldı. Yenə həmin gün qurultayın rəhbərliyi Petroqrad fəhlə və əsgərlərinin nümayişini təyin edərək belə ümid edirdilər ki, həmin nümayiş hücum başlanması münasibətilə vətənpərvərlik nümayişinə çev- riləcəkdir. Bolşeviklər Petroqrad fəhlə və əsgərləri nümayişi «Bütün hakimiyyət sovetlərə!»,
«Çörək, sülh və azadlıq!», «Rədd olsun on kapitalist nazir!» şüarları altında keçirməyə ça- ğırdılar. 500 min fəhlə və əsgərin iştirak etdiyi 18 iyun nümayişi Müvəqqəti hökumətə eti- madsızlıq nümayişinə çevrildi. Heç bir zavoda və ya fabrikdə Müvəqqəti hökumətə etimad şüarları irəli sürülmədi. 6sgərlər vuruşmaq istəmirdilər, onlar sülh tələb edirdilər. Rus ordu- sunun 18 iyunda başlanmış hücumu boşa çıxdı. 10 gün ərzində təkcə Cənub-Qərb cəbhəsinin Qalitsiyadakı hücumunda 60 min adam həlak oldu. Cəbhədəki məğlubiyyətlə əlaqədar öl- kənin iqtisadi vəziyyəti durmadan pisləşirdi. Metal və kömür olmaması üzündən müəssisələr
dayanırdı. May-iyul aylarında 439 zavod bağlanmışdı. Amansız aclıq yaxınlaşırdı. Hökumət yaxınlaşan iqtisadi fəlakətin qarşısını almaq üçün tədbir görmürdü. Müvəqqəti hökumətin ölkəni böhrandan çıxarmaq iqtidarında olmaması nəticəsində xalq kütlələrinin narazılığı gündən-günə artırdı. Ölkədə aqrar inqilabı yüksəlməkdə idi. Kəndlilər mülkədar torpaqlarını tutur və ağa malikanələrini yandırırdılar. Fəhlə və kəndli hərəkatı müharibədən yorulmuş ordu içərisində qızğın rəğbətlə qarşılanırdı.
İyulun 3-də Petroqradda ayrı-ayrı polkların əsgərlərinin və zavod fəhlələrinin nüma- yişləri başlandı. İyulun 4-də Kronşdat silahlı matrosları onlara qoşuldu. Anarxist və bol- şeviklərin çağırışı ilə yüz minlərlə adam Petroqrad küçələrinə çıxaraq bütün hakimiyyətin sovetlərə verilməsini tələb etməyə başladılar. Paytaxtda hökumətə sadiq olan sabiq qvardiya- çılardan ibarət daxili qoşunlarla silahlı nümayişçi dəstələr arasında toqquşma baş verdi. İyu- lun 5-də hökumət qoşunlarının köməyinə cəbhədən dəstək gəldi. Paytaxtdakı qiyamçı hissələr tərksilah edildi, çıxışların rəhbərləri təqib edilməyə başlandı. Bolşevikləri və eserləri haki- miyyəti ələ keçirtmək məqsədilə çaxnaşmanın təşkilatçısı kimi günahlandıraraq təqib edil- məyə məruz qoydular. V.İ.Lenini alman cəsusu elan edərək həbs etmək üçün axtarmağa baş- ladılar. V.İ.Lenin silahdaşı Q.Y.Zinovyevlə birlikdə əvvəlcə Petroqrad ətrafında, sonra isə Finlandiyada gizlənməyə məcbur oldu. Bolşeviklərin bir çox rəhbəri, o cümlədən L.B.Ka- menev həbs edildi. Qırmızı qvardiya müvəqqəti olaraq gizli şəraitə keçdi.
3-5 iyul hadisələri ölkədə növbəti siyasi böhran idi. İyul hadisələrindən sonra ölkədə siyasi vəziyyət dəyişdi. Paytaxtda və bunun ardınca bütün ölkədə hakimiyyət bütünlüklə Mü- vəqqəti hökumətin əlinə keçdi. İkihakimiyyətliliyi Müvəqqəti hökumətin təkhakimiyyətliliyi
əvəz etdi. «Bütün hakimiyyət sovetlərə!» şüarı müvəqqəti aradan götürüldü, bolşeviklər öz taktikasını dəyişdirdilər. İndi burjuaziyanın hakimiyyətini devirmək və proletariat diktaturası qurmaq məqsədilə silahlı üsyana hazırlaşmaq başlıca xətt oldu.
İyul hadisələrindən sonra Müvəqqəti hökumət də bəzi addımlar atdı: İyulun 7-də Baş nazir Lvov istefaya getdi. İyulun 8-də Müvəqqəti hökumətin başçısı vəzifəsinə A.F.Kerenski təyin edildi. İyulun 12-də cəbhədə ölüm cəzası tətbiq edildi. İyulun 13-də yeni koalision hö- kumətin təşkili ilə əlaqədar kadetlərlə danışıqlara başlandı. Kadetlər tələb edirdi ki, Mü- vəqqəti hökumət müharibəni qələbəyədək davam etdirsin. Bu fikri eserlər, menşeviklər, xalq sosialistləri və digər partiyaların nümayəndələri də dəstəklədi. İyulun 24-də yeni hökumətin təşkili başa çatdı.
A.F.Kerenski – Baş nazir, N.V.Nekrasov – Maliyyə naziri, M.İ.Tereşşenko – Xarici iş- lər naziri, V.M.Çernov – Torpaq naziri, S.K.Prokopoviç – Ticarət və sənaye naziri, M.S.Skobelev – 6mək naziri vəzifələrini tutdular. İkinci koalision hökumətə 3 eser, 6 kadet, 1 bitərəf, 6 sosialist partiyalarının nümayəndələri daxil edildilər. Kerenski Aleksandr Fyodo- roviç (1881-1970) təhsilinə görə hüquqşünas olub, bir neçə siyasi prosesdə uğurlu çıxışı ilə şöhrət qazanmışdır. 6mək partiyasının deputatı kimi IV Dövlət Dumasına daxil olmuşdu. 1917-ci ildə A.Kerenski Petroqrad Soveti sədrinin müavini, Müvəqqəti hökumətin 6dliyyə, Hərbi və Dəniz naziri vəzifələrini tutur. 1917-ci ilin iyul-oktyabr aylarında Müvəqqəti hö- kumətin Baş Naziri, avqust ayından isə Ali Baş Komandan olmuşdur. Müstəsna natiqlik ba- carığı ilə seçilən Kerenski hakimiyyətin zirvəsini fəth etməsinə baxmayaraq ölkədə vəziyyəti normal məcraya yönəldə bilməmişdir. Bolşeviklər hakimiyyəti qəsb etdikdən sonra onlara müqavimət göstərə bilməyib, 1918-ci ildə Fransaya, sonra isə ABŞ-a mühacirətə getmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi bolşeviklər partiyası silahlı üsyana hazırlaşırdı. 1917-ci il iyulun 26-avqustun 3-də olan RSDF(b)P VI qurultayında ölkənin siyasi, iqtisadi və bey- nəlxalq vəziyyəti müzakirə olundu. «Bütün hakimiyyət sovetlərə!» şüarı müvəqqəti olaraq ortadan götürüldü. Qurultay V.İ.Leninin burjua məhkəməsinə gəlməsinin qəti əleyhinə çıxdı.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin