Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə7/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   2   3   4   5   6   7   8   9   10   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Oktyabr silahlı üsyanı




Oktyabr arafasinda ölkanin daxili vaziyyati. Ölkədə inqilabi böhran getdikcə dərinləşirdi. İmperialist müharibəsi və iqtisadi dağıntı şəraitində 1917-ci ilin payızında ümummilli böhranın yetişməsi sürətləndi. Ölkəyə amansız təsərrüfat fəlakəti və aclıq yaxınlaşırdı. Sənayenin ümumi məhsulunun həcmi 1917-ci ildə 1916-cı ilə nisbətən 36,5 faiz azalmışdı. 1917-ci ilin Fevral inqilabından sonra 800-dən çox müəssisə bağlanmış, 170 min fəhlə işdən çıxarılmışdı. Yanacaq və metal hasilatı kəskin azalmışdı. Dəmir yolları ilə yük daşınması 1916-cı ilə nisbətən 34 faiz aşağı düşmüşdü.
Ölkə ağır maliyyə böhranı keçirirdi. Hərbi xərclər son dərəcə artmışdı. 6gər 1917-ci ilin birinci yarısı müharibənin hər günü Rusiyaya 58 milyon manata başa gəlirdisə, 1917-ci ilin ikinci yarısında isə müharibənin hər günü Rusiyaya 82,3 milyon manata başa gəlirdi. Martın 1-dən oktyabrın 25-dək birbaşa dövlət borcları sürətlə artaraq 49 milyard manata, o cümlədən xarici borclar 11,2 milyard manata çatmışdı. 1917-ci ilin dövlət büdcəsindən kəsir 82 faizə bərabər idi. Bu kəsiri ödəmək üçün təkcə 1917-ci ilin son səkkiz ayında 9,5 milyard manat
«kerenki» (Kerenskinin hakimiyyəti dövründə buraxılan kağız pullara xalq arasında belə deyilirdi) buraxılmışdı. Petroqrad, Moskva və başqa şəhərlərin çörəklə və ərzaqla təchiz edilməsi gündən-günə azalırdı. Avqust ayında isə gündəlik çörək norması 200 qrama düşmüşdü.
Ümummilli böhranın dərinləşməsi ölkədə sinfi ziddiyyətlərin son dərəcə kəskinləş- məsinə səbəb oldu. Ölkədə artmaqda olan inqilabi hərəkatın önündə fəhlə sinfi gedirdi. Av- qust ayında Moskvada 100 min fəhlə, sentyabrda Uralda 110 min metallurq və şaxtaçı siyasi tətil etmişdi. Onlar Ümumrusiya Sovetlər qurultayının çağırılmasını tələb edirdilər. Kütləvi tətillərdə 2,4 milyon nəfərdən çox fəhlə iştirak etmişdir. Sentyabrda ölkənin əsasən bütün də- mir yollarında tətil başlandı. Müvəqqəti hökumət bəzi güzəştlərə getməyə məcbur oldu, belə ki, dəmiryolçuların əmək haqqı az olsa da artırıldı. Sentyabrın 27-də neftçilərin ümumi təti- lində 30 min nəfər iştirak edirdi. Bakı fəhlələrinin ümumi tətili uğurla keçdi, onlar sahibkar- ları kollektiv müqavilə bağlamağa məcbur etdilər. Oktyabr ayında İvanovo-Voznesenskidə, Şuya, Kovrov və mərkəzi sənaye rayonunun digər şəhərlərində 300 min toxucu tətil etdi. Həmin ayda Donbas, Krivoy-Roq, Xarkov, Kiyev fəhlələrinin tətili başlandı. Kəndli hərəkatı yeni, daha yüksək mərhələyə daxil oldu. 1917-ci ilin payızında kəndli hərəkatı Rusiyanın Avropa hissəsinin onda doqquz hissəsini bürümüşdü. 6gər mayda mülkədar malikanələri 152 dəfə dağıdılmış və yandırılmışdırsa, sentyabrda belə malikanələrin sayı 958-ə çatmışdı.
Rusiyanın azlıqda qalan xalqlarının da milli-azadlıq və hüquq bərabərliyi uğrunda Müvəqqəti hökumətə qarşı mübarizəsi artmışdı. Bu hərəkat Minsk və Kiyev quberniyalarında
xüsusilə güclü idi. Bir çox milli ucqarlarda sinfi toqquşmalar böyüyərək silahlı mübarizəyə çevrildi. Ukrayna, Belarusiya, Pribaltika, Orta Asiya, Cənubi Qafqaz buna misal ola bilər. Ordu və donanmada bolşevik təşkilatlarının şəbəkəsi gündən-günə möhkəmlənirdi. Fəhlələrlə hərbi hissələr arasında sıx əlaqə yaranmışdı, bu isə əsgərlərin inqilabiləşməsində əsas rol oynayırdı. Petroqrad və Moskvaya yaxın olan Şimal, Qərb cəbhələrində, eləcə də Baltik donanmasında bolşeviklərin nüfuzu güclü idi.
İyulun 24-də yaradılmış ikinci koalision hökumət avqustun 27-də dağıldı, bununla da uzun sürən hökumət böhranı başlandı. Kerenski kadetlərlə koalisiyanı bərpa etməyə çalışırdı, çünki avqustun 25-də Kornilov Ali Baş komandan vəzifəsindən uzaqlaşdırılarkən kadetlər hökumətin tərkibindən çıxmışdılar.
Siyasi mövqeyini möhkəmlətmək məqsədilə A.F.Kerenski 1917-ci ilin sentyabrın 1-də 5 nəfərdən ibarət Direktoriya (beşlik) təşkil etdi. A.F.Kerenskinin «cib» hökuməti adlandı- rılan Direktoriyanın üzərinə «kabinet təşkil olunanadək dövlətin işlərini idarə etmək» vəzifəsi qoyulmuşdu. Direktoruyanın tərkibi A.F.Kerenski, A.M.Nikitin, M.İ.Tereşşenko, admiral D.N.Verderovski və general A.İ.Verxovskidən ibarət idi.
Direktoriya yarandığı ilk gündən inqilabi qüvvələrə qarşı cəza tədbirləri yoluna qədəm qoydu. Lakin yaranmış şəraitdə təkcə cəza tədbirləri ilə hərəkət etmək mümkün deyildi. De- mokratik ictimaiyyəti sakitləşdirmək və vəziyyətdən çıxmaq məqsədilə Direktoriya Rusiyanı sentyabrın 1-də respublika elan etdi. Kütlələrin inqilabi mübarizəsini zəiflətmək üçün De- mokratik müşavirə çağırılması qərara alındı. ÜRMİK-in eser-menşevik liderlərini, həmkarlar ittifaqlarını, fabrik-zavod komitələrini, ordunu, ruhaniləri, zemstvoları təmsil edən nümayən- dələr müşavirədə iştirak edirdi. Sentyabrın 14-22-si arasında keçirilən Demokratik müşa- virədə Sovetlərin menşevik-eser liderləri burjua partiyaları ilə koalisiya yaratmaq məqsədilə Demokratik müşavirənin razılığını almaq istəyirdilər. Onların irəli sürdüyü qətnamə əleyhinə 75, lehinə isə 65 nümayəndə səs verdi. Demokratik müşavirənin mövqeyi əksinqilabçı li- derləri qane etmədi və onlar Demokratik müşavirənin tərkibindən daimi nümayəndəlik – eser N.D.Avksentyev sədr olmaqla Rusiya respublika Şurası və ya Parlamentqabağı seçdilər. Bu Şuranın heç bir səlahiyyəti yox idi, belə ki, hətta onun tərkibi Müvəqqəti hökumət tərəfindən təsdiq edilməli idi. Kamenev və onun tərəfdarları bolşeviklərin Parlamentqabağında iştirakını zəruri hesab edir, Lenin isə onun baykot edilməsini təkid edirdi.
Demokratik müşavirənin kadetlərlə koalisiya əleyhinə çıxmasına baxmayaraq, Kerenski kadetlərin iştirakı ilə sentyabrın 25-də üçüncü və sonuncu Müvəqqəti burjua koalision höku- məti yaratdı. Hökumətin tərkibinə kadetlərdən Kişkin, Kortaşev, Konovalov, Tretyakov, Smirnov və başqaları daxil edildi. Hökumətin 17 üzvündən 11-i burjuaziyanın nümayəndələri idi. Müvəqqəti hökumət ölkədəki çıxışların qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirməyə hazırlaşırdı. İlk növbədə bütün əksinqilabi qüvvələr səfərbər edilərək hökumətin sərəncamına verildi. İnqilabi əhval-ruhiyyəli əksər birliklər cəbhəyə göndərildi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin