Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə4/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   2   3   4   5   6   7   8   9   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Müvaqqati hökumatin daxili va xarici siyasati. Müvəqqəti hökumət ayrı-ayrı adamların təsadüfi yığıncağı deyildir. Bunlar Rusiyada siyasi hakimiyyəti ələ almaq üçün ayağa qalxan yeni sinfin, kapitalistlər, mülkədarlar və ölkəni iqtisadi cəhətdən idarə edən burjuaziya sinfinin nümayəndələri idi.
Yeni burjua Müvəqqəti hökuməti monorxiyanı xilas etmək uğrunda göstərdiyi nəticəsiz cəhdlərdən sonra II Nikolayın qardaşı Mixail Romanov da martın 3-də taxtdan əl çəkdiyini imzaladı. Romanovların 300 illik hakimiyyəti sona çatdı.Rusiyada mütləqiyyət quruluşu dev- rildi ki, bu da inqilabın əsas yekunu idi. Müvəqqəti hökumət bir müddət çar II Nikolayı həbsə almadı O, martın 9-da ev dustağı edildi. II Nikolayın əvvəlcə Petropavlovsk qalasında saxla- nılması qərara alınmışdı. Lakin o, əvvəlcə Tsarskoe Seloda saxlanıldı və avqustda Tobolska göndərildi. Hökumətin razılığı və Ural vilayət sovetinin qərarı ilə II Nikolay ailəsi ilə birlikdə 1918-ci il iyulun 17-də Yekaterinburqda İnatevlərin evində güllələndi. Çar, arvadı, beş uşağı
və yaxınları daxil olmaqla 11 nəfər güllələnmişdir.
Nikolay II (Nikolay Aleksandroviç Romanov) (1868-1918) imperiyanın idarə edilməsi və mütləqiyyətin saxlanılmasını özünün müqəddəs ailə və şəxsi borcu hesab edirdi. O, imperator səlahiyyətlərini qısqanclıqla qoruyaraq öz yanında güclü şəxsiyyətlərə dözmürdü. Onun varisi olan oğlu Aleksey ağır qan xəstəliyi hesab edilən hemofiliyadan əziyyət çəkdiyi üçün imperator dövlət işlərindən daha çox ailə problemlərinin həll edilməsinə vaxt sərf edirdi. Bu azmış kimi çar qətiyyəti ilə seçilmirdi və tez-tez başqalarının təsir dairəsinə düşürdü. Çar ailəsinin nüfuzdan düşməsi və ölkənin inqilabi inkişaf yoluna qədəm qoymasının məsuliy- yətinin bir hissəsi onun üzərinə düşürdü. Eyni zamanda inqilabi mətbuatın və sovet tarix- çilərinin də II Nikolayı qanlı bir despot kimi təsvir etmələri həqiqətə uyğun deyildir.
Müvəqqəti hökumət daxili siyasətdə aşağıdakı tədbirləri həyata keçirdi: Qubernatorlar vəzifələrindən uzaqlaşdırıldı və həmin vəzifələri zemstvo və şəhər idarələrinin rəislərindən seçilən komissarlar icra etməyə başladılar; Dinlər sahəsində olan məhdudiyyətləri ləğv etdi; Taxıl satışını öz inhisarı altına aldı; Tədris müəssisələrinə daxil olarkən millətlər üçün faiz normasını ləğv etdi; Müvəqqəti hökumət əslində bütün köhnə dövlət aparatını toxunulmaz saxladı; Müvəqqəti hökumət 8 saatlıq iş günü haqqında fəhlələrin tələbini yerinə yetirmədi; Finlandiya, Ukrayna və digər milli vilayətlərə dövlət müstəqilliyi hüququ verilməsinin qəti surətdə əleyhinə çıxdı; Müvəqqəti hökumət elan etdi ki, öz müttəfiqləri ilə birlikdə müha- ribəni qələbəyədək davam etdirəcəkdir.
Müvəqqəti hökumətin yeritdiyi daxili və xarici siyasət Antanta ölkələri və ABŞ tərəfin- dən bəyənilirdi və nəticədə iri dövlətlərdən martın 9-da ABŞ, martın 11-də İngiltərə, Fransa və İtaliya Müvəqqəti hökuməti rəsmən tanıdılar.
İnqilab nəticəsində hakimiyyət başına gəlmiş Müvəqqəti hökumətdən kütlələr mühari- bənin dayandırılmasını, aclıq və dağıntı ilə mübarizə aparmasını, 8 saatlıq iş günü qoyul- masını gözləyirdilər. Fabrik və zavodlar milliləşdirilməli, torpaqlar kəndlilərə verilməli, köh- nə idarə aparatı ləğv edilməli, Rusiya müharibədən çıxmalı idi. Bütün bu tədbirləri, təbiidir ki, Müvəqqəti hökumət qısa bir müddətdə həll etməyə qadir deyildi. Bütün bu sosial-siyasi və iqtisadi problemlərə əlavə olunmuş hakimiyyət və dövlət quruluşu məsələləri ölkənin böhran vəziyyətini daha da dərinləşdirdi. Ölkədə xarici dövlətlərin qəbul etdiyi, daxildə isə möhkəm dayağı olmayan Müvəqqəti hökumət, kütlələrin müdafiə etdiyi formal olaraq hakimiyyəti olmayan Petroqrad Soveti mövcud idi ki, bu da sovet tarix ədəbiyyatında ikihakimiyyətlilik kimi xarakterizə edilmişdir.Lakin müasir tarix ədəbiyyatında bu dövr tədricən hakimiy- yətsizlik və ya çoxhakimiyyətlilik dövrü kimi xarakterizə olunur.
Doğrudan da 1917-ci ilin yazında ölkədə vəziyyət gündən-günə pisləşirdi. Kəndlilər ha- kimiyyətin qərarını gözləmədən mülkədar torpaqlarını tutur və əkirdilər. Hər yerdə nə istəsən etmək olar ab-havası hökm sürürdü. Kütlə polis sahələrini dağıdaraq siyasi məhkumlarla bərabər cinayətkarları da həsbxanalardan açıb buraxırdılar.
Müvəqqəti hökumətdən müstəqillik və muxtariyyət tələb edən Rusiyanın milli ucqarla- rında vəziyyət gərgin olaraq qalırdı. 1917-ci ilin yazında ölkə ərazisində 150-dən çox özü- özünü elan edən hökumətlər meydana gəlmişdir. Finlandiya və Ukrayna öz muxtariyyətini elan etmişdir.
İnqilabın qarşıya qoyduğu bütün məsələləri Müəssislər Məclisi həll etməliydi. Lakin ölkəni bürüyən qarışıqlıq və sol partiyaların qələbəsindən ehtiyat edən Müvəqqəti hökumət onun çağırılmasını ləngidirdi. Nəticədə hökumət və onu müdafiə edən eser-menşeviklər ölkədə dərinləşən ziddiyyətlərin səbəbkarı kimi kütlələrin gözündə günahkara çevrildilər. Yaranmış çox mürəkkəb bir şəraitdən bolşeviklər partiyası məharətlə istifadə etməyə başladı. Məhz 1917-ci il aprel ayının əvvəli gələcək Oktyabr silahlı üsyanının başlanğıcı oldu. Rəhbərləri müharicət və ya sürgündə olan azsaylı bolşeviklər partiyası 1917-ci il Fevral inqilabında əhəmiyyətli rol oynaya bilmədilər. Fevral inqilabının qələbəsi sürgündə və mühacirətdə olan inqilabçıların Petroqrada qayıtmasına şərait yaratdı. V.İ.Lenin, Q.Y.Zinovyev, N.İ.Buxarin, o cümlədən L.D.Trotskinin Petroqrada qayıtması ilə bolşeviklər partiyasının rolu və sayı kəskin artmağa başladı.
Vladimir İliç Lenin (Ulyanov) (1870-1924) bolşeviklər partiyasının yaradıcısı, lideri və nəzəriyyəçisi idi. 1903-cü ildən RSDFP-də bolşeviklərin sol radikal fraksiyasına rəhbərlik et- mişdir ki, bunun da əsasında sonradan RSDF (b)P meydana gələrək 1918-ci ildən Rusiya Kommunist (bolşeviklər) partiyasına (RK(b)P) çevrilmişdir. İstedadlı publisist olan bolşe- viklərin rəhbəri öz əsərlərində inqilabi hərəkatın nəzəri və təcrübi məsələlərinə geniş yer ayır- mışdır. O, belə hesab edirdi ki, inqilabi mübarizənin siyasi avanqardı, rəhbəri və təşkilatçısı olan marksist partiyasız mütləqiyyətlə, kapitalizmlə uğurla mübarizə aparıb onlara qalib gəlmək mümkün deyildir. Bu qələbəni partiya, “kütlələrin kortəbii dağıdıcı qüvvəsini inqi- labçıların şüurlu dağıdıcı qüvvəsi ilə birləşdirmək işi ilə təmin edə bilər”.
Rusiyada kapitalizmin inkişafını nəzərə almaqla marksizm nəzəriyyəsinin tətbiq olun- ması, yeni tipli partiya haqqında nəzəriyyə, Rusiyada burjua-demokratik inqilabının inkişaf edərək sosialist inqilabına keçməsinin mümkünlüyünə inam Leninin nəzəri baxışlar sis- teminin əsas hissələrini təşkil edir. Tarixi şəraitə uyğun olaraq öz görüşlərini inkişaf etdirərək dəyişən Lenin heç vaxt inqilab haqqında olan əsas əqidəsini şübhə altına almayaraq düzəlişə məruz qoymamışdır. Müzakirələrdə Leninin xarakterik xüsusiyyəti ondan ibarət idi ki, o, hətta kobud hücumlardan belə istifadə edərək özünün siyasi opponetlərini gözdən salmağa çalışırdı, çünki onların simasında inqilab işinə, marksizm nəzəriyyəsinə və şəxsən onun özünə düşmən görürdü. Parlaq siyasi hissetmə qabiliyyəti olan V.İ.Lenin əlverişli vəziyyəti dərk etmək, partiya ehtiyatlarından maksimum istifadə etmək, kütlələri səfərbər edən şüarlar irəli sürmək, həlledici zərbəni vurmaq üçün qüvvələri qiymətləndirmək bacarığına malik idi.
1917-ci il aprelin 3-də Lenin sərhədi keçərək Petroqrada gəldi. «İnqilabçı demokratlar» adından onları Finlandiya vağzalında qarşılamaq üçün başda Çxeidze olmaqla nümayəndə heyəti də gəlmişdi.V.İ.Lenin avtomobil üzərinə qalxaraq təbrik nitqi söylədi və çıxışını
«Yaşasın sosialist inqilabı!» şüarı ilə qurtardı. Aprelin 4-də bolşeviklərin yığıncağında Lenin özünün «Hazırkı inqilabda proletariatın vəzifələri haqqında» tezislərini izah etdi. Bolşeviklərin hakimiyyəti ələ keçirmək uğrunda mübarizəsinin ilk addımı atılmış oldu.
«Aprel tezisləri» 11 maddədən, siyasi, iqtisadi və təşkilati məsələləri əhatə edən 3 hissədən ibarət idi. Tezislərdə deyilirdi: «Rusiyada hazırkı dövrün xüsusiyyəti, inqilabın proletariat lazımi qədər şüurlu və mütəşəkkil olmadığından hakimiyyəti burjuaziyaya vermiş olan birinci mərhələsindən onun ikinci mərhələsinə, hakimiyyəti proletariata və kəndlilərin ən yoxsul təbəqələrinə verməli olan mərhələsinə keçməkdən ibarətdir».
Aprel tezislərində aşağıdakı vəzifələr irəli sürülürdü: Proletariat diktaturasının Rusiya üçün ən yaxşı dövlət forması sovetlər respublikasıdır; Müvəqqəti hökumətə heç bir yardım göstərilməməlidir; «Bütün hakimiyyət sovetlərə»; «İnqilabi müdafiəçilik» taktikasına qarşı mübarizə aparmalı; Mülkədar torpaqlarının müsadirə edilməsi və milliləşdirilməsi, milli bank yaradılması və onun üzərinə proletariat tərəfindən nəzarət qoyulması, istehsal və məhsulların bölgüsü üzərində fəhlə nəzarəti qoyulması; III İnternasionalın yaradılması.
İlk zamanlar Leninin tərəfdarları azlıq təşkil edirdi. Ona görə də bolşeviklər həmin gün- lərdə çox qətiyyətlə çıxış edirdilər. Menşeviklərin və bolşeviklərin birgə yığıncağında Leninin nitqi əks-səda doğurdu. 1917-ci ilin yazında Rusiyanın 64 quberniya şəhərinin 54-də bolşe- viklər və menşeviklər vahid təşkilatda birləşirdilər. Müzakirələrdə menşevik liderlərdən İ.G.Sereteli, N.S.Çxeidze, F.İ.Dan və başqaları Leninin tezislərinin əleyhinə kəskin çıxış etdilər. Bu tezislər indiyə kimi Petroqradda səslənən şüar və nitqlərdən o dərcədə fərqlənirdi ki, hətta V.İ.Leninlə, demək olar ki, eyni zamanda Rusiyaya qayıtmış G.V.Plexanova Leninin tezislərini «ağılsız və Rus torpağına son dərəcə zərərli qarışıqlıq toxumu əkmək cəhdi kimi» qiymətləndirməyə əsas vermişdir. Bu sənəd bolşevik liderləri L.Kamenev, M.Kalinin, S.Baq- datev və b. tərəfindən narazılıqla qarşılandı. L.B.Kamenev və A.İ. Rıkov sosialist inqilabı xətti əleyhinə çıxdılar. Onlar düzgün olaraq bildirdilər ki, Rusiya sosialist inqilabına hazır deyildir. Martın ortalarınadək Stalin də onlara tərəfdar idi. Kamenev qrupu VII Aprel Ümumrusiya konfransında azlıqda qaldı, yəni məğlub oldu.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin