Slavyan olkeleri tarixi. 1917-2015. pdf



Yüklə 1,22 Mb.
səhifə6/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   2   3   4   5   6   7   8   9   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Kornilov qiyamı. İyul nümayişindən sonra hökumət gözlənilən üsyanın qarşısını almaq üçün qüvvələrini səfərbərliyə almağa başladı. İnqilaba qarşı özünün barışmaz mövqeyi ilə məşhur olan general L.G.Kornilov iyulun 16-da A.A.Brusilovun yerinə Ali Baş komandan tə- yin edildi. L.Kornilov orduda mitinqlərin qadağan edilməsi haqqında əmr verdi. Cəbhədə hərbi-səhra məhkəmələri fəaliyyət göstərməyə başladı. Lavr Kornilov arxada da ölüm cəzası
qoyulmasını tələb edirdi.
6ksinqilabçı qüvvələr hərbi diktatura qurulmasını hazırlayırdı. Qəsdə kadetlər partiyası başçılıq edirdi. Qoşunları Petroqrad üzərinə yürüşə hazırlayan Ali Baş komandan L. Kor- nilovun qərargahı qəsdin mərkəzi idi. 1917-ci il avqustun 12-də Kerenski Moskvada Dövlət müşavirəsi çağırdı ki, bu da əksinqilabçı qüvvələrinə əsaslı baxış idi. 6ksinqilabın başçıları belə güman edirdilər ki, həmin müşavirədə hərbi diktatura elan ediləcəkdir.
Müşavirəni A.Kerenski açdı. O, hökumətə qarşı müqavimət göstərənlərin bütün cəhd- lərini boğacağı ilə hədələdi. Sonra L.Kornilov çıxış edərək ölkədə hərbi diktatura qurulması, nəinki cəbhədə, arxada da ölüm cəzası tətbiq edilməsi, dəmir yollarında, fabrik və zavodlarda hərbi qaydaların qoyulması haqqında öz proqramı ilə müşavirə iştirakçılarını tanış etdi.
Sonra Bakı müsəlman təşkilatları, Şimali Qafqaz dağlıları, Dağıstan, Türküstan, Krım, Qırğız və Başqırd sovetləri adından 6.Topçubaşov, «Daşnakstyun» və Erməni Xalq partiyası adından Nazaryants, menşeviklər adından İ.G.Sereteli və N.S.Çxeidze çıxış edərək Müvəqqəti hökumətlə həmrəy olduqlarını bildirdilər. Müşavirədə ABŞ prezidenti V.Vilsonun təbrik teleqramı oxundu. ABŞ daxili və xarici düşmənlərə qarşı mübarizədə Müvəqqəti hökumətə maddi və mənəvi yardım vəd edirdi.
Müşavirənin açılışı günü Moskvada etiraz tətili təşkil olundu ki, burada da 400 min fəhlə iştirak edirdi. Dövlət Müşavirəsi açıq əksinqilabi diktatura elan etməyə cürət etmədi. Moskvada və bütün ölkədə şərait bunun üçün əlverişli deyildi. L.Kornilov əksinqilabi çevriliş hazırlanmasını davam etdirmək üçün qərargaha qayıtdı. Kornilov çalışırdı ki, ölkədə hakimiy- yəti təkbaşına ələ alsın, ona görə də Kerenskini hakimiyyətdən uzaqlaşdırmaq lazım idi. Avqustun 25-də Kornilov M.V.Rodzyanko, V.N.Lvov və başqa şəxsləri Ali Baş komandanlıq qərargahına dəvət etdi. Orada gələcək hökumətin yeni tərkibi müzakirə edildi. Səhəri gün L.Kornilov Kerenskiyə ultimatum verərək təcili olaraq istefa verməsini, bütün hərbi və mülki hakimiyyətin ona verilməsini tələb etdi.
Bu əslində Kerenski hökumətinə qarşı qəsd idi. İş açıq qiyam şəkli aldığı zaman Keren- ski qorxurdu ki, xalq kütlələri kornilovçuluğa qarşı çıxmaqla, Müvəqqəti hökuməti də süpü- rüb atarlar. Kerenski Kornilovun Ali Baş komandan vəzifəsindən götürülməsi haqqında əmr verdi. Kornilov əmrə tabe olmadı və 1917-ci il avqustun 25-də general A.İ.Krımovun koman- danlığı altında üçüncü süvari korpusu və başqa qoşun hissələrini Petroqrad üzərinə yeritdi. A.F.Kerenski kömək üçün Sovetlərin yaratdığı «Xalq əksinqilabla mübarizə Komitəsi»nə mü- raciət etdi. Komitə təcili olaraq Kornilovun dəf edilməsi üçün fəaliyyətə keçdi. İlk növbədə fəhlə, əsgər və matroslar Petroqradın müdafiəsinə səfərbər edildi. 6hali yekdilliklə Petroqra- dın müdafiəsinə qalxdı. Üç gün ərzində Qızıl qvardiya dəstələrinə 25 min fəhlə yazıldı. Pet- roqrad qarnizonu və Baltik donanması matroslarının ümumi sayı 60 min nəfər döyüşçüdən ibarət idi. Qırmızı qvardiyaçılar, zavod komitələri, rayon sovetləri, hərbi hissələrin əsgər komitələri müdafiənin önündə gedirdilər. Dəmiryolçular Kornilovun qoşunları ilə dolu yük qatarların bağlı yollarla keçirirdilər, yolları sökür, dəmir yol körpülərini dağıdır, paravozları xarab edirdilər. Narva, Yamburq, Luqa, Qatçina stansiyalarında əsgərlərlə dolu 45 eşelon sax- lanılmışdır.
Rabitə işçiləri xətləri sıradan çıxarmışdılar. Yüzlərlə təşviqatçı Kornilov qoşunları içə- risində iş apararaq əsgərlərə qiyamın məqsədini izah edirdilər. 6sgərlər və kazaklar fəhlələrin tərəfinə keçməyə başladılar. General A.Krımov onun həbs olunmasını tələb edən əsgərlərdən yaxasını qurtarıb, Petroqrada qaçmağa məcbur oldu. Kornilovun fitnəsinin baş tutmadığını yəqin edən general Krımov özünü güllələdi.«Rusiyanın xilaskarı» Kornilov isə sentyabrın 1- də həbs edildi. Hərbi diktatura yaratmaq cəhdi uğursuzluğa düçar oldu. Aleksandr Kerenski Ali Baş komandan oldu.
Avqustun 26-dan 31-dək davam edən kornilovçuluğun bir güllə atılmadan belə ləğv edilməsindən sonra avqustun 31-də Petroqrad fəhlə və əsgər deputatları Soveti səs çoxluğu ilə bolşeviklərin tərəfinə keçdi. Belə ki, avqustun 31-də Petroqrad soveti «Hakimiyyət haqqında» bolşevik qətnaməsi qəbul edərək Sovetə tabe olan burjuaziyanın təmsil olunmadığı hökumət təşkil etməyi irəli sürdü. Pertoqrad sovetinin menşevik-eserlerin çoxluq təşkil etdiyi İcraiyyə
Komitəsi məsələyə münasibət bildirməsini müzakirəyə çıxardı və deputatların çox hissəsi on- ların əleyhinə səs verdi. Bunun ardınaca İcraiyyə Komitəsinə təkrar seçkilər keçirildi və bol- şevik deputatlar ilk dəfə olaraq sayca üstünlük qazandılar. Bu proses sovetlərin bolşevikləş- məsi adını aldı. Tezliklə bu hərəkat paytaxtdan Moskva, Kiyev, Saratova yayıldı. Artıq sent- yabr ayında 50-dən çox sovet hakimiyyətin onlara verilməsi haqqında qətnamə qəbul etmiş- dir.
Arxa cəbhənin əsgərləri də bolşeviklərin şüarını qəbul etdilər, çünki onlar başa düşürdü- lər ki, «sülh siyasəti» onları cəbhəyə göndərməkdən xilas edə bilər. Hücum əməliyyatının və Kornilov qiyamının uğursuzluğu döyüşən ordunun bolşevikləşməsini sürətləndirdi. Sovetlərin bolşevikləşməsi nəticəsində 3-5 iyul hadisələrindən sonra aradan götürülmüş «Bütün hakimiyyət Sovetlərə!» şüarı yenidən irəli sürüldü. Bu şüar indi Müvəqqəti hökumətə qarşı silahlı üsyana çağırış şüarı demək idi. Kornilov qiyamının ləğv edilməsi ölkədə siyasi şəraiti və qüvvələr münasibətini əsaslı surətdə dəyişdi. Sağ qüvvələr məğlub oldu. A.F.Kerenski və kadetlərin nüfuzu sarsıldı. Bolşeviklərin nüfuzu gücləndi, sayları isə sürətlə artaraq 350 min nəfərə çatdı. Bunu dərk edən hökumət bolşevik partiyasının bir sıra rəhbərin, o cümlədən Lev Trotski və Lev Kamenevi həbsdən azad etdi.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin