Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Sovet dövlat aparatının yaradılması



Yüklə 1,22 Mb.
səhifə9/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   5   6   7   8   9   10   11   12   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Sovet dövlat aparatının yaradılması. Bolşeviklər hakimiyyətə gəldikdən sonra yeni siyasi sistem yaratdılar. Onlar köhnə Dövlət şurasını, nazirlikləri, yerli özünüidarə orqanları olan şəhər dumalarını və zemstvoları ləğv etdilər. Məhkəmə və ordunun köhnə formalaşma və mövcud olma şərtləri ləğv olundu. Bolşeviklərin elan etdiyi fəhlə sinfinin siyasi hakimiyyəti- nə əsaslanan proletar diktaturasının bərqərar edilməsi üçün yeni dövlət maşınının yaradılması tələb olunurdu.
Siyasi hakimiyyət real olaraq Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyə- tinə, icraedici, həm də qanunverici hakimiyyəti öz əlində cəmləşdirən Xalq Komissarlar So- vetinə məxsus idi. Yerli idarələr isə quberniya və vilayət sovetlərindən ibarət idi. Onların fəaliyyətinə nəzarət etmək məqsədilə bolşeviklərin tərəfdarlarından ibarət olan inqilabi komitələr yaradılmışdır. Bolşeviklərin hakimiyyətini müdafiə edən yeni aparatın formalaşdırılmasına xüsusi diqqət yetirilirdi. Oktyabr ayının axırlarında (yeni stillə – noyabrın 11-i) ictimai asayişi qorumaq üçün fəhlə-kəndli milisi təşkil edilməyə başlandı. Noyabrın 22- də isə XKS-nin dekreti ilə yeni məhkəmə idarələri sistemi təsis edilmişdi. Siyasi işlərə Xalq 6dliyyə Komissarlığına tabe olan inqilabi tribunalda baxılırdı.
Bolşevik hakimiyyəti özlərinin siyasi rəqiblərinə qarşı xəbərdarlıq repressiyaları tətbiq etməyə başladılar. Xalq Komissarları Sovetinin 1917-ci il noyabr ayının 28-də qəbul etdiyi
«İnqilaba qarşı vətəndaş müharibəsi başçılarının həbs edilməsi haqqında» dekreti ilə kadetlər partiyası qanundankənar elan olundu. Sovet hakimiyyətinə qarşı mübarizəyə səsləyən qəzetlər qadağan olunur, bolşeviklərin əleyhinə olan nümayiş və mitinqlər dağıdılırdı.
Məmurların böyük əksəriyyəti yeni hakimiyyətlə əməkdaşlıq etməkdən, onun göstəriş- lərini yerinə yetirmiəkdən, işə çıxmaqdan imtina edirdilər. Təkcə Petroqradda 50 min nəfərə yaxın dövlət və kommersiya qulluqçusu işdən imtina etmişdir. Hərbi-inqilab komitəsi sabotaj- çıları xalq düşməni elan etdi və 1917-ci il dekabrın 7-də əksinqilabçı və təxribatçılarla mübarizə aparmaq məqsədilə Xalq Komissarları Soveti nəzdində Ümumrusiya Fövqəladə Komissiyası (ÜRFK) yaradıldı. F.E.Dzerjinski onun sədri təyin edildi. Komissiya həbs, cəza
və onun yerinə yetirilməsinə kimi qeyri-məhdud hakimiyyətə sahib olan bir orqan oldu. 1917- ci ilin noyabr-dekabrında XKS ordunun rəhbərliyini özünə tabe edərək Sovet hakimiyətini qəbul etməyən mindən çox general və zabiti ordu sıralarından azad etdi. Köhnə ordu tərxis edildi. 1918-ci il yanvar ayının 15-də fəhlə-kəndli Qızıl Ordusunun, yanvarın 29-da sovet Qızıl Donanmasının yaradılması haqqında dekretlər qəbul olundu.
XKS-nin 1918-ci il 20 yanvar tarixli «Vicdan azadlığı, kilsə və dini cəmiyyətlər haqqında» dekreti ilə kilsə dövlətdən, məktəb kilsədən ayrıldı. Kilsənin bütün imtiyazları ləğv olunur, sərvəti xalq mülkiyyətinə verilirdi. Din sovet vətəndaşlarının şəxsi işi elan edildi. Dekretdən irəli gələn vəzifələrin həyata keçirilməsi dövlətlə 1917-ci ilin noyabrından patriarx Tixonun başçılıq etdiyi pravoslav kilsəni qarşı-qarşıya gətirdi. 1917-ci ilin dekabr ayının 21- də Sovet Rusiyasında yeni yazı qaydaları, 1918-ci il fevral ayının 1-dən (yeni stillə 14-dən) Ümumavropa təqvimi tətbiq edilməyə başlandı.
Demokratik meyilli ictimai təşkilatlar bolşeviklərin hakimiyyəti zəbt etməsinə qarşı çıxırdılar. Kerenski-Krasnov qoşunlarının Petroqrad üzərinə hücumu zamanı eser və menşe- viklərin üstünlük təşkil etdiyi dəmiryolçuların Ümumrusiya İcraiyyə Komitəsi (VİKJEL) sosialist təmayüllü bütün partiyaların nümayəndələrindən ibarət yekcins sosialist hökuməti yaradılmasını tələb etdilər. Danışıqlarda 700 min nəfəri təmsil edən «Vikjel»in nümayəndələri, bolşeviklər, menşeviklər, sol və sağ eserlər, başqa ictimai təşkilatlar iştirak edirdilər. Danışıqlar vaxtı menşevik və sağ eserlər «Oktyabr çevrilişinin şəxsi günahkarı» hesab etikləri V.İ.Lenini hökumətdən kənar etmək tələbini irəli sürdülər. Lakin qoşunların paytaxt üzərinə antibolşevik hücumu boşa çıxdıqdan sonra Leninin təkidi ilə danışıqlar kəsildi. Xarakterik haldır ki, hətta görkəmli bolşevik nümayəndələri L.B.Kamenev, Q.Y.Zi- novyev, A.İ.Rıkov, V.P.Milyutin, A.P.Nogin yekcins sosialist hökumətin yaradılmasını təkid edərək MK-nın tərkibindən və xalq komissarları vəzifələrindən istefa etdilər. Leninin tövsiyəsi ilə Y.M.Sverdlov L.B.Kamenevin əvəzinə ÜRMİK-nin sədri seçildi. Q.İ.Petrovski Xalq Daxili İşlər komissarı, A.Q.Şlixter Xalq Torpaq komissarı, P.İ.Stuçka Xalq 6dliyyə komissarı təyin edildilər. Noyabr ayının ortalarında sol eserlərlə razılıq əldə olundu, dekabrda isə onların nümayəndələri İ.Z.Şteynberq, P.P.Proşyan, A.L.Koleqayev, V.A.Karelin Xalq Komissarları Soveti tərkibinə daxil edildilər
Hakimiyyəti ələ alan bolşeviklər dərhal Oktyabrdan sonra seçkilər keçirilən Müəssislər məclisinin açılmasını təxirə salmağa çalışdılar. Onların ehtiyat etdiyi təsdiq edildi. Müəssislər Məclisi «eser üzlü» oldu. 715 nəfər deputatın yarıdan çoxu eserlər idi, dörddə bir hissəsi bolşeviklərdən ibarət idi. Müəssislər Məclisinin 1918-ci il yanvarın 5-də Tavriya sarayında açılan yeganə iclasına cəmi 410 deputat gəlmişdi. Eserlər səslərin 40 faizinə, bolşeviklər isə cəmi 22,5 faizinə sahib idilər. Müəssislər məclisinin sədri vəzifəsinə sağ eser V.M.Çernov seçildi.
Viktor Mixayloviç Çernov (1873-1952) sosialist-inqilabçılar partiyasının liderlərindən biri olub. O, belə hesab edirdi ki, partiya sosialist dəyişikliklərini həyata keçirmək üçün yalnız kənddə deyil, şəhərdə də mübarizə aparmalıdır ki, kəndliləri kapitalizmdən qoruya bilsin. 1917-ci ildəki bolşevik inqilabını kəskin tənqid etmişdir.
Məclis bolşeviklərin təklif etdiyi «Zəhmətkeş və istismar olunan xalqın hüquq Bəyan- naməsi»ni təsdiq etməkdən imtina etdi. Bu əslində əməkçi xalqı təmsil edən sovet-bolşevik hakimiyyətinin proletariat diktaturası formasında bərqərar olunmasının tanınmaması demək idi. Odur ki, bunun ardınca bolşevik deputatlar iclas zalını tərk etdilər və yanvarın 6-dan 7-nə keçən gecə ÜRMİK-nin qərarı ilə Müəssislər Məclisi buraxıldı. Müəssislər Məclisini müdafiə etmək məqsədilə təşkil edilən nümayiş bölşeviklər tərəfindən gülləbaran edildi. 1918-ci il yanvar ayının 10-da III Ümumrusiya Sovetlər qurultayı açıldı. Tezliklə kəndli deputatları ilə birləşən sovetlər qurultayı «Zəhmətkeş və istismar olunan xalqın hüquq Bəyannaməsi»ni təsdiq etdi və Rusiya Sovet Sosialist respublikasının adı dəyişdirilərək Rusiya Sovet Federativ Sosialist Respublikası oldu.
1918-ci il iyulun 10-da V Sovetlər qurultayı RSFSR-in birinci Konstitusiyasını qəbul etdi. Bu sənədin əsasını «Zəhmətkeş və istismar olunan xalqın hüquq Bəyannaməsi» təşkil
edirdi. Keçmiş istismarçı siniflərin nümayəndələri, din xadimləri, zabitlər, polis xəfiyyələri seçki hüququndan məhrum edilirdi. Fəhlə sinfi nümayəndəsinin 1 səsi kəndlinin 5 səsinə bə- rabər tutulurdu. Seçkilər ümumi, birbaşa, gizli və bərabər deyildi. Konstitusiya siyasi azad- lıqlar söz, mətbuat, yığıncaq, nümayiş, yürüş azadlığı elan edirdi. Lakin real həyatda bu öz təsdiqini tapmırdı. Bundan başqa, 1918-ci il Konstitusiyasına görə əmlak sahibi olan siniflər və onların partiyaları siyasi həyatda iştirak etmək imkanından məhrum idi.
Siyasi mövqeyinə uyğun olaraq bolşevik rəhbərliyi xüsusi mülkiyyətin tamamilə ləğv edilməsinə səy göstərirdi. 1917-ci il noyabrın 14-də bütün xüsusi sənaye müəssisələri üzə- rində fabrik-zavod komitələri vasitəsilə fəhlə nəzarəti qoyuldu ki, bu da sənayenin milliləş- dirilməsinin mühüm şərti oldu. Dekabrın 14-də bütün xüsusi banklar milliləşdirildi. Bunun ardınca dəmir yol nəqliyyatı, rabitə vasitələri milliləşdirilərək dövlətin nəzarəti altına alındı.
1917-ci ilin sonu – 1918-ci ilin əvvəllərində bir sıra iri sənaye müəssisələri milliləş- dirildi və beləliklə iqtisadiyyatda dövlət bölməsi yarandı. Bu bölməyə isə 1917-ci il dekabrın 2-də yaradılmış Ali Xalq Təsərrüfatı Şurası rəhbərlik edirdi. Müəssisələrin dövlət nəzarətinə keçməsi «dövlət sosializminin» əsasını qoyur və «fabrik-fəhlələrə» şüarının sosial demoqogi- yadan başqa bir şey olmadığını göstərdi. 1917-ci il oktyabrın 29-da XKS 8 saatlıq iş günü, 18 yaşına çatmamış şəxslər üçün altı saatlıq iş günü müəyyən edən dekret qəbul etdi. N.A.Se- maşkonun rəhbərliyi ilə 1918-ci ilin iyulunda Xalq Səhiyyə Komissarlığı yaradıldı. 1918-ci il yanvar ayının 21-də Sovet dövləti Çar hökuməti və Müvəqqəti hökumətin 50 milyard manat məbləğində olan dövlət borclarını ləğv etdi ki, bunun da 16 milyard manatı xarici borclar idi.
1917-ci il noyabrın 2-də XKS «Rusiya xalqlarının hüquq Bəyannaməsi»ni elan etdi ki, burada da Rusiya xalqlarının bərabərliyi və suverenliyi, onların öz müqəddaratını təyin etmək və müstəqil dövlətlərini yaratmaq hüququ təsbit olundu. 1917-ci ilin dekabrında Sovet hökuməti Ukrayna və Finlandiyanın, 1918-ci ilin avqustunda Polşanın, dekabrda Latviya, Litva və Estoniyanın, 1919-cu ilin fevralında isə Belarusiyanın müstəqilliyini tanıdı. Lakin işdə bolşevik rəhbərliyi Rusiyanın parçalanmasının qarşısını almağa çalışırdı. Yerli partiya orqanlarından istifadə edərək sovet hakimiyyətinin milli rayonlarda bərqərar olmasını təmin etmək məqsədilə Sovet dövləti onlara hərtərəfli maliyyə, maddi və hərbi kömək göstərirdi.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin