Slavyan olkeleri tarixi. 1917-2015. pdf


Sovet dövləti 20-ci illərin birinci yarısında



Yüklə 1,22 Mb.
səhifə14/146
tarix29.07.2023
ölçüsü1,22 Mb.
#137878
1   ...   10   11   12   13   14   15   16   17   ...   146
Slavyan olkeleri tarixi.661 (1)

Sovet dövləti 20-ci illərin birinci yarısında




1920-ci illarin avvallarinda daxili vaziyyat. Kronúdat qiyamı. 20-ci illərin birinci ya- rısında daxili siyasət sahəsində qarşıda duran əsas vəzifə bolşeviklərin xalqa vəd etdiyi so- sializm qurmaq üçün onun maddi-texniki və sosial-mədəni bazasını yaratmaq, dağılmış ölkə təsərrüfatını bərpa etmək idi. Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə ölkəyə böyük ziyan vurmuşdur. Sənaye məhsulu istehsalının səviyyəsi müharibədən əvvəlkinə nisbətən 14 faizə düşmüş, kənd təsərrüfatı demək olar ki, iki dəfə azalmışdır. Hərbi döyüşlərin gedişində, xüsusilə Donbas, Bakının neft rayonları, Ural, Sibirin hövzə və mədənləri daha çox dağıntıya məruz qalmışdır. Yanacaq və xammal olmadığına görə zavodlar işləmirdi. Fəhlələr şəhəri tərk edib kəndə getməyə məcbur oldular. Putilov, Obuxov və başqa müəssisələr dayandığına görə Petroqrad fəhlələrin 60 faizini, Moskva isə 50 faizini itirmişdir. 1921-ci ilin fevralında Pet- roqradın 64 iri müəssisəsi dayanmışdır. 1921-ci ildə Rusiyada sənaye proletariatının sayı cəmi bir milyon nəfər təşkil edirdi.
1921-ci ildə məhsulsuzluq üzündən şəhər və kəndi aclıq bürüdü. Təkcə Orta Volqaboyu rayonlarında aclıqdan ölənlərin sayı 5 milyon nəfər idi. Ölkədə yatalaq, taun, səpmə və s. yoluxucu xəstəliklər tüğyan edirdi. Yatalaqdan ölənlərin sayı 2 milyona çatırdı.
Rusiyanın əhalisi Birinci Dünya müharibəsi və Vətəndaş müharibəsi nəticəsində 10,9 milyon nəfər azalaraq 1921-ci ildə 134,3 mln nəfər olmuşdur. 1913-cü ildə əhalinin 18 faizini təşkil edən şəhər əhalisinin sayı kəskin surətdə aşağı düşmüşdü. Ölkəni tərk edən 2 milyon mühacirlərin böyük əksəriyyəti şəhərlərdə yaşayanlar idi. Şəhərlərdə ərzaq, yanacaq çatışmırdı, kanalizasiya, su, istilik, işıq sistemi işləmir, tramvaylar hərəkət etmirdi. Qışda adamlar əldəqayırma «burjuyka» adlanan və mebel parçaları ilə qalanan peçlərlə qızınırdılar. Cinayətkarlıq geniş miqyas alaraq güngən-günə artırdı. Ölkədə 7 milyona yaxın sahibsiz uşaq dolaşır və çoxlu evsiz-eşiksiz adam var idi ki, bunlar da xüsusilə şəhərlərdə cinayətkarlığın və oğurluğun əsas mənbəyini təşkil edirdilər. Aclıq, epidemiya, kommunal təsərrüfatın dağılması Moskvada şəhər əhalisinin 40 faizinin, Petroqradda 50 faizinin azalmasına səbəb oldu.
6halinin çalışan hissəsinin sayının aşağı düşməsi sovet hakimiyyətini məcbur etdi ki, vətəndaşlar üçün icbari əmək mükəlləfiyyəti tətbiq etsin. Beləliklə, milliləşdirilmiş əmək sayəsində əmək orduları yaranırdı. Fəhlələr zavodlara təhkim edilərək repressiyaya məruz qalmaq qorxusu altında nəzərdə tutulan planı yerinə yetirməyə borclu idi. Hər bir işçi məcburi surətdə hakimiyyətin lazım bildiyi yerə göndərilə bilərdi.
«Hərbi kommunizm» siyasətinin sərt və ağır nəticələri və onlara qarşı kəndlilərin müqa- vimətinin gündən-günə artması bir çox uzaqgörən bolşevik rəhbərlərin dövlətin iqtisadi siya- sətinin dəyişilməsinin zəruriliyini dərk etməsinə gətirib çıxardı. Artıq 1920-ci ilin yazında RK(b) P-nin bəzi rəhbərləri, o cümlədən, AXTŞ-sı sədrinin müavini Y.Larin, M.İ.Kalinin və L.D.Trotski ərzaq sapalağının ərzaq vergisi ilə əvəz edilməsini təklif edirdilər ki, buna görə də kəndlilərdən məhsulun bir hissəsi məcburi surətdə alınırdı, yerdə qalan hissəni isə kəndli bazarda ərzaq şəklində sata bilərdi. Lakin bu təkliflər bazarı canlandırdıqları, kommunist bölgüsü prinsipini pozduğu üçün qəbul edilmədi.
1920-ci ildə XKS bazarsız kommunist bölgü prinsiplərinə dayanan tədbirləri daha da ge- nişləndirdi. Kiçik sənaye müəssisələri də milliləşdirilməyə başlandı. 1920-ci ilin dekabrında VIII Ümumrusiya Sovetlər qurultayı xalq təsərrüfatını bərpa etmək və onu elektrikləşdirmək planını qəbul etdi (QOELRO planı). Görkəmli alim Q.M.Krijijanovskinin rəhbərlik etdiyi bu plana görə ölkənin energetika sistemi daha geniş miqyas alaraq, yeni elektrik stansiyaları, iri sənaye müəssisələri tikilməsi hesabına sənayeləşdirmə həyata keçirilməli idi. V.İ.Lenin bu planı «partiyanın ikinci proqramı» adlandırmışdır. 1921-ci ilin fevralında Xalq Komissarları Soveti bu planı həyata keçirmək və ölkənin xalq təsərrüfatının cari və perspektiv inkişaf planını işləyib hazırlamaq üçün QOELRO-nun Dövlət Ümumplan Komissiyasına (Qosplan) çevrilməsini təsdiq etdi. 6rzaq sapalağına tabe tutulan kənd təsərrüfatı məhsullarının çeşidləri artırıldı. Pul tədavülünün ləğvi haqqında dekret hazırlandı. Lakin bu tədbirlər fəhlə və kəndlilərin maraqlarına cavab vermirdi. Odur ki, iqtisadiyyatla bərabər sosial böhran da
yetişməkdə idi.
6rzaq qıtlığı və işsizlik fəhlələri qıcıqlandırırdı. İcbari əməyin tətbiqi və əmək haqqının bərabərlik prinsipi əsasında ödənməsi, həmkarlar ittifaqının hüquqlarının məhdudlaşdırılması onların narazılığını gündən-günə artırırdı. Odur ki, 1920-ci ilin sonu, 1921-ci ilin əvvəllərində fəhlələr şəhərlərdə ölkənin siyasi sisteminin demokratikləşdirilməsi, Müəssislər Məclisinin çağırılması, xüsusi bölgü və payların ləğv edilməsi uğrunda tətilə başladılar.
6rzaq dəstələrinin özbaşınalığından qəzəblənən kəndlilər nəinki ərzaq sapalağın ödə- məkdən imtina etdilər, hətta sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxdılar. Tambov, Ukrayna, Don, Kuban, Orta Volqa və Sibiri kəndli hərəkatı bürüdü. Yalnız Qərbi Sibirdə üsyançı kəndlilərin sayı 200 min nəfərdən çox idi. Kəndlilər ərzaq siyasətinin dəyişdirilməsini, RK(b)P-nın diktəsinin ləğv edilməsini, ümumi bərabər seçki əsasında Müəssislər Məclisinin çağırılmasını tələb edirdilər. Bu çıxışların yatırılmasına Qızıl Ordu və Ümumrusiya Fövqəladə Komissiyasının dəstələri göndərildi.
Ölkəni bürüyən hərəkat tezliklə Kronşdata çatdı. 1921-ci il fevralın 28-də «Petropav- lovsk» hərbi gəmisinin şəxsi heyəti sonradan üsyanın xartiyasına çevrilən qətnamə də qəbul etdilər. Azad seçki yolu ilə gizli səsvermə nəticəsində sovetlərin yenidən seçilməsi, fəhlə, kəndli, o cümlədən anarxist və sol eserlər üçün söz, mətbuat azadlığı, bütün siyasi məhbus- ların azad edilməsi, muzdlu əməkdən istifadə etməyən sənətkarların əmlakının müsadirə edil- məsinə son qoyulması, muzdlu əməyin tətbiqindən başqa kəndliyə öz torpağında istədiyi kimi hərəkət etməsinə icazə verilməsi və başqa tələblər irəli sürüldü. «Petropavlovsk» dənizçilə- rinin qəbul etdiyi qətnamədən xəbər tutan ÜRMİK-nin sədri M.İ.Kalinin onların görüşünə gəldi. Onu gəmidən 2 min kommunistin ən azı yarısının qoşulduğu 12 min dənizçinin fit səs- ləri ilə yola saldılar. Bolşeviklər partiyasının MK-sı üsyanı çar generallarının rəhbərlik etdiyi kadet, menşevik və eserlərin müdafiə etdiyi Qərbdəki ağqvardiyaçıların qızışdırdığı əksinqi- labi qiyam kimi damğaladı. Martın 2-də qiyamçılar mənşəcə fəhlə və kəndlilərdən ibarət olan Müvəqqəti inqilabi komitə təşkil etdilər. Komitəyə «Petropavlovsk» gəmisinin mirzəsi Pet- riçenko başçılıq edirdi. Komitə öz işlərinin haqq işi olduğuna sadəlövhcəsinə inandıqlarına görə silah tətbiq etməklə hücuma keçməkdən imtina etdilər, yalnız müdafiə olunacaqlarını bildirdilər. L.D.Trotski Polşa müharibəsinin qəhrəmanı general M.N.Tuxaçevskiyə tapşırdı ki, üsyanı yatırsın. O, üsyançıları gülləbaran etmək məqsədilə hərbi məktəblərin «inqilabi təc- rübəsi» olmayan gənc kursantların və ÜFK-nin xüsusi dəstələrindəki əsgərləri martın 7-də Kronşdat üzərinə hücuma apardı. 10 gün ərzində Kronşdat təslim oldu. Hərbi dəniz bazası tutulduqdan sonra minlərlə adam cəzaya, o cümlədən güllələnməyə məruz qaldı. Belə ki, 2,5 min dənizçi həbs edildi, 6-8 min dənizçi isə Finlandiyaya mühacirətə getdi. «Kommunistlərsiz sovetlərə» şüarı səsləndirən Kronşdat matroslarının üsyanı göstərdi ki, bolşevik hakimiyyəti
əsasən kəndlilərdən ibarət olan ordu içərisində öz dayaqlarını itirir.
Aclıq və dağıntı, fəhlə tətilləri, kəndli və matrosların üsyanları göstərdi ki, ölkədə dərin iqtisadi və sosial böhran yetişməkdədir. Bundan başqa 1921-ci ilin yazına doğru dünya in- qilabına və Avropa proletariatının maddi-texniki köməyinə olan ümidlər puça çıxdı. Odur ki, V.İ.Lenin daxili siyasi kursa yenidən baxaraq etiraf etdi ki, yalnız kəndlilərin tələblərini yerinə yetirməklə bolşeviklərin hakimiyyətini xilas etmək olar.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin