Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri



Yüklə 191,07 Kb.
səhifə5/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   2   3   4   5   6   7   8   9   ...   71
musiqi1 kopyası kopyası

Musiqi dinlənilməsi aşağıdakı mərhələlər üzrə aparılır:
1. Giriş söhbət. Giriş söhbət şagirdlərin diqqətini təşkil etmək üçün keçirilir. Bu zaman bəstəkar, əsərin yaranması, ya da bəstəkar haqqında maaraqlıfaklar söhbət aparılır. 
2. Əsərin dinlənilməsi. Dinləmə zamanı ən mühüm şərt - əsərin əvvəldən sonadək dinlənilməsivə izahıdır. İfa zamanı sinifdə sakitliyi təmin etmək lazımdır. Bunun üçün dinlənilən əsərin müəyyən cəhətlərinə (musiqinin ifadə vasıtələrinə: xarakter, temp, dinamika, melodiyanın hərəkəti və bu isə müəllimin köməkçi suallarının sayəsində mümkündür
3. Dinlənilən əsər haqqında söhbət, yəni təhlil. Əsərin ilk səsləndirilməsindən sonra müəllim dinlənilən musiqi haqqında uşaqların fikrini öyrənir, əsər haqqında qısa təhlil aparır. Musiqinin məzmunu, janrı, xarakteri, forması və s.müəyyənləşdirilir və şagirdlərin bilik səviyyəsinə uyğun təhlil aparılır.
4. Əsərin təkrar dinlənilməsi. Qısa söhbət - təhlildən sonra təkrar dinləmədə bilik və təəssüratlar möhkəmləndirilir. Bu is müəllimin köməkçi suallarının sayəsində mümkündür. 
Dinləmə prosesində şagirdlər xalq və proessionalmusiqi ilə tanış olurlar. Qeyd etmək lazımdır ki, müxtəlif xarakter və məzmunlu Azərmaycan xalq və bəstəkar musiqisi Azərbaycan muğam ladlarına əsaslanır. Avropa musiqisi isə major və minor ladlarında yazılır. Lakin Azərbaycan musiqisi Avropa ladlarında yazılmaqla Azərbaycan ladlarına əsaslanır. Şagirdlərə bu məlumatları mənimsətmə üçün həmin ladlar haqqında qısa məlumat verməklə (muğam ladlarının adlarını söyləməklə, hansı major və ya minor ladında yazılıb, quruşu, neçə diyezli və bemollu olması və s.) bu ladlarla yazılmış bir-neçə nümunələr göstərməklə kifayətlənmək olar. 
Dinlənilən əsərin müəlifləri haqqında məlumat çox geniş və yorucu olmamalıdır. Məlumat şagirdləri yaddaşında qalası üçün konkret, qısa,vəmaraqlı olmalıdır. Əsərin təkrar dinlənilmələrindəmüəllimin əsər, ya da müəlliflər haqqında maraqlı və kiçik hekayələri həmin əsərin maraqla dinlənilməsinə səbəb ola bilər və əsər asanlıqla qavranıla bilər. 
Dərsin dinləmə mərhələsi üçün proqrama Azərbaycan, rus, Avropa və dünya bəstəkarlarının müxtəlif formalı və janrları, tanınmış əsərləri daxil edilmişdir. Bununla yanaşı Azərbaycan xalq mahnı və rəqsləri, muğamları və aşıq musiqisi də repertuara salınmışdır.
Beləliklə, musiqi əsərinin qavranılması və ondan həzz alınması üçün şagirdlərin müəyyən musiqi hazırlığı olmalıdır. Bu cür hazırlıq isə musiqini dinləmə vərdişləri üzərində qurulur.
Musiqi dərslərində şagirdlər musiqi savadı üzrə biliklərə yiyələnirlər. Musiqi savadının verilməsindəməqsəd öyrənilən və dinlənilən musiqi əsərini şagirdlərə şüurlu surətdə mənimsətməkdir. Yəni məktəblilər musiqi əsərləinin məzmun və xarakterini araşdıra bilməli, musiqi incəsənəti, onun ifadə vasitələri haqqında anlayışa malik olmaqla not yazısına yiyələnməli, notla oxu vərdişlərinə malik olmalıdırlar.




  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin