Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Azərbaycanda Musiqi təliminin tarixindən



Yüklə 191,07 Kb.
səhifə3/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   2   3   4   5   6   7   8   9   ...   71
musiqi1 kopyası kopyası

Azərbaycanda Musiqi təliminin tarixindən

Azərbaycan xalqının mədəniyyət və incəsənət çoxəsrlik tarixə malikdir. Qədim dövr əcdadlarımızın mədəniyyəti sinkretik xarakter daşıyır (qarışıq). Azərbaycan musiqi mədəniyyətinin ən qədim nümunələri e.ə.V-III minilliklərə aiddir. Qobustan qayaları üzərindəki rəsmlər musiqi, təsviri incəsənət və xoreoqrafiyanın insanın ictimai həyatı və məişətində olan əhəmiyyətini əks etdirir. 


E.ə.IX əsrdə Azərbaycanın cənubunda Manna dövləti yarandı. Sinifli cəmiyyətin musiqi mədəniyyəti 2 istiqamətdə inkişaf etməyə başlayır. Saray musiqi və dini ayinlər. Sarayda çalınan alət indiki ud alətini xatırladırdı. Dini ibadətlər zamanı isə kahinlər tərəfindən ifa olunan mahnılar səslənirdi. Mağ kahinlərinin dini kitabı “Avesta” idi. Burada Zərdüşt dininə cəlb edir. Dini ayinlər xüsusi oxumalarla müşayiət olunurdu. Bunlar bir-birindən ifa tərzinə görə fərqlənirdilər. Herodot və Strabona görə mağ kahinləri həmin mahnıları xəstəlikləri müalicə edərkən, dərdlərə əlac zamanı ifa edirdilər. 
“Avestda” dörd oxuma tərzi təsvir edilmişdir: “qatlar”, “yaştlar”, “müyaşilər”, “qaxlar”.
Qatlar – moizə xarakterli oxumalar idi. Qurban mərasimində oxunan qısa dua sözləri idi.
Yaştlar – müqəddəs ruhlara həsr edilmiş himnlər idi.
Müyaşilər – yalvarmalar idi. Bunlar günəşə, aya, oda müraciətdə oxunurdu. 
Qaxlar - müqəddəs ruhlara müraciət idi. 
E.ə.IV və II əsrlərdə Azərbaycanın şimalında Alban dövləti yarandı. Bu dövrdə Albaniyada yeni oxuma üsulu mövcud idi. “Falset” ikili kişi səsidir. Bu cür ifa tərzi hal-hazırda Azərbaycan muğamlarının ifası zamanı istifadə olunur. Eramızın III – VI əsrlərində Albaniyanın sosial-iqtisadi və mədəni həyatında dəyişikliklər baş verdi. Azərbaycan Sasanilərin tərkibində yüksək mədəniyyətə malik dövlət kimi tanınırdı. Musiqi sənəti II Xosrov Pərvizin saray həyatında əks olunurdu. II Xosrovun sarayında yaşayan məşhur müğənni və bəstəkar Barbəd İranda indi də istifadə edilən “Xosrovani” sistemini yaratmışdır. Bu sistem həftənin 7 gününə, ayın 30 gününə və ilin 360 gününə uyğun mahnılar silsiləsindən ibarət idi. (7 lad, 30 tipik melodiya – müxtəlif formalarda 360 dəfə birləşib nəticədə 360 mahnı yaradılır ki, hərəsi 1 gün ifa olunurdu). Bu dövrdə aşağıdakı musiqi alətləri var idi: barbut, rübat, cəng, tənbur, ney, mar, düm – bələk və s. Eramızın III-IV əsrlərində Azərbaycanda baş verən müharibələr hərbi ənənələrin yaranmasına səbəb oldu. Hərbi atribut şeypur və təbil idi. Yürüs zamanı şeypur və təbil çalanlar sərkərdənin yanında gəlməli idi. III Yezdəgirdi Alban sərkərdəsi Cavanşirə qazandığı qələbələrə görə mükafat olaraq qızıl kəmər, bazubənd və tacla bərabər 2 qızıl şeypur da bağışlamışdır. 
Müsəlman intibah dövründə musiqi mədəniyyəti
VII əsrdə müsəlman intibah dövrü islam mədəniyyəti yarandı. Islamda musiqi çalmaq və oxumaq rəsmən qadağan edilmişdir. Lakin buna baxmayaraq dindarların bütün mərasimləri musiqi sədası ilə keçirdi. Dindarları duaya çağıran azan vokal – deklomasiyalı improzivələrdən ibarət idi. İslamın ilk azançısı məşhur şair və musiqiçi Həsən bəy Tabit olmuşdur. Quranın oxunuşu qafiyəli nəsr nümunəsində yazılmış dua mətnləri əsasında tərtib edilmişdir və bu hal mənfi qarşılansa da Quran melodik oxunurdu. İslam peşəkar saray musiqisinin inkişafını mənfi qarşılasa da saray xəlifələrinin məclislərində, idman və şer yarışlarında, hərbi yürüşlər və məhrəm söhbətlər diplomatik söhbətlərdən sonra verilən ziyafət) zamanı musiqi səslənirdi. Xilafət hakimiyyətinin çiçəklənməsi dövründə saray musiqiçiləri peşəkar incəsənəti inkişaf etdirirdilər. Onlar qul hüququnda olsalar da çox böyük qiymətə alınıb-satılırdılar. Zaman keçdikcə saray musiqiçiləri peşəkar incəsənəti inkişaf etdirirdilər. Onlar qul hüququnda olsalar da çox böyük qiymətə alınıb-satılırdılar. Zaman keçdikcə saray musiqiçiləri sənət məktəblərində birləşib, sənətlərini cilalayıb nəsildən-nəsilə ötürürdülər. Sasani padşahlarının saray musiqiçiləri həm ifaçı, həm bəstəkar kimi şifahi yolla inkişaf edən musiqi sənətinin yaradıcıları, eyni zamanda yayıcıları idilər. Uzun illər mmusiqini yazıda təsvir etmək cəhdləri boşa çıxmışdı. XIII əsrdə ud üzərində, onun pərdələrinə uyğun hərf-rəqəmlə not yazısı sistemini (Əbcəd əlifbası) azərbaycanlı alim Səfiəddin Ürməvi yazmışdır.




  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin