Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Səs düzümü, Əsas pillələrin adları. Oktava



Yüklə 191,07 Kb.
səhifə6/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   2   3   4   5   6   7   8   9   ...   71
musiqi1 kopyası kopyası

Səs düzümü, Əsas pillələrin adları. Oktava

Musiqidə işlənən məlum müxtəlif yüksəkli səslərin qarşılıqlı əlaqəsi musiqi quruluşunu əmələ gətirir. Burada musiqili səslər özləri müəyyən yüksəkliyə görə ardıcıl növbə ilə düzülür. Musiqi sisteminin səsləri yüksəkliklərə görə aşağı və yuxarı istiqamətdə qurulursa, buna səs düzümü deyilir. Musiqi quruluşunu təşkil edən səs düzümünün yeddi əsas səsi pianonun ağ pillələridir. Həmin pillələr fərdi ada malikdir. Onların hecavi və hərfi adları belədir:


Do;​Re;​Mi;​Fa;​Sol;​Lya;​Si
C,c;​ D,d;​ E,e;​ F,f;​ G,g;​ A,a;​ H,h
İki eyni adlı səsin arasında yeləşən səs düzümünə Oktava deyilir. Fortepiano klaviaturasında səs düzümünün ən aşağı oktavasından başlayaraq yuxarı istiqamətində yerləşən oktavaların adı belədir:
1. Subkontr oktava 2. Kontr oktava 3. Böyük oktava 4. Kiçik oktava 5. I oktava 6. II oktava 7. III oktava 8.. IV oktava 9. V oktava
Birinci və sonuncu oktavalarda bütün səslər (yəni 7 əsas səsin) olmadığı üçün natamam, qalanları isə tam oktavadır.



  1. Forma, klassik musiqinin formaları

Forma latın sözü olub “zahiri görünüş”deməkdir. Bütün incəsənət əsərləri müəyyən formaya məxsusdur, lakin onların qanunları müxtəlifdir. Musiqi formaları müxtəlifdir.


Musiqi əsərinin quruluşuna musiqi forması deyilir. Hər bir əsərin məzmununa müvafiq onun forması müəyyənləşdirilir. Musiqi forması məzmunla vəhdət təşkil edərək, eyni vaxtda ayrı-ayrı səs elementlərinin qarşılıqlı təsiri ilə, bir-birinə məhz ona aid, fərdi və təkrar olunmazdır.
Period. Hər bir musiqi əsərinin yaranmasında mövzu əsas rol oynayır. İnkişafın əsasını təşkil edən mövzu intonasion cəhətcə yığcam, forma etibarı ilə tam quruluşa malik olmalıdır. Hamafon-harmonik quruluşlu (yəni təksəsli və çoxsəsli) musiqi əsərində mövzu ifadəsinin səciyyəvi formasını period təşkil edir. Period tematik cəhətcə bir-birinə oxşar 2 melodik quruluşdan – cümlədən yaranaraq bitmiş bir fikri ifadə edir. I cümlə başlanğıc – sual cümləsi, II isə cavab cümləsi adlanır. Period forması kvadrat olaraq 2, yaxud 4 xanəlik cümlələrdən yaranır. 8 xanə = 4 xanə + 4 xanə (16=8+8)

Yüklə 191,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin