Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri



Yüklə 191,07 Kb.
səhifə14/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   10   11   12   13   14   15   16   17   ...   71
musiqi1 kopyası kopyası

Emosional dəyərləndirmə məzmun xətti musiqi əsərlərinin mahiyyətcə qavranılması, şagirdlərin mənəvi aləminin zənginləşdirilməsi, onlarda incə hiss və duyğuların yaradılması, hisslərin biruzə verilməsi ilə musiqi əsərlərinə öz münasibətlərini bildirmək bacarığını nəzərdə tutur.
Musiqi fəaliyyəti məzmun xətti tədris prosesində mənimsənilmiş biliklərin tətbiqi vasitəsilə mahnı oxuma, musiqi dinləmə. musiqili-ritmik hərəkət, sadə musiqi alətlərində ifa etmək , improvizə etmək, musiqi əsərlərinin məzmununu səhnələşdirmək və s. sahələrdə olan bacarıqları formalaşdıraraq inkişafını, şagirdlərin qabiliyyətlərinin üzə çıxarılmasını təmin edir.
2. Hazırki musiqi təliminin məzmunu, onu təşkil edən standartlar elə qurulmuşdur ki, bunların reallaşdırılması yeni formalar tətbiq edilmədən mümkün ola bilməz. Ona görə də hər bir standarta fərdi yanaşmaqla müxtəlif dərs formalarından istifadə olunması məqsədəuyğundur.
Konfrans dərs forması - Bu dərs forması musiqi ilə əlaqədar hər hansı bir böyük mövzunu mənimsədikdən sonra ( sinifdə və ya zalda təşkil olunmuş) aparmaq olar. Sinif 2 yerə (qrupa)bölünür. Hər qrupa 20 dəqiqə vaxt ayrılır. 5 dəqiqə isə dərsin yekunlaşdırılmasına sərf olunur.
Seminar dərs forması - Bu dərs formasından musiqiyə dair müəyyən bölmə materialları mənimsədildikdən sonra istifadə etmək olar. Hər tədris vahidinin sonunda ( ildə 4 dəfə) keçilmiş materiala yekun vuraraq seminar dərs formsını ( şifahi , ya da yazılı) keçirmək olar. Sinif kiçik qruplara bölünür. Müəllim tərəfindən verilən suallar, tapşırıqlar, testlər cavablandırılır. Dərsin sonunda 5 dəqiqə yekun qiymətləndirilməyə sərf olunur.



  1. Məktəb mahnılarının tədrisi, I-IV sinifdə mahnı öyrədilməsi metodikası

Məlumdur ki, metodika pedaqogikanın bir sahəsidir. Burada təlim-tərbiyə prosesi didaktik prinsiplərə əsaslanır və müxtəlif üsul və vasitələrin köməyi ilə məqsədyönlü qurulur. Həmçinin, bu prosesə daxil olan ümumi və xüsusi məsələlərin necə həll etmək yollarını müəyyənləşdirir. Məsələn: musiqinin tərbiyəedici təsirinə nail olmaq, şagirdlərdə ona qarşı maraq yaratmaq, kiçikyaşlı məktəblilərin diqqətini musiqinin qavranılmasına yönəltmək,onların fəalliğını artırmaq, yüksək, bədii əsərlərə meyl göstərmək və s. Eyni zamanda metodika aşağıdakı xüsusi məsələləri də açıqlayır: mahnı öyrədilməsi üsullarını, aydın artikulyasiya elementlərini və sait, samit səslərin tələffüzü üzərində iş və s. 


Musiqi vasitəsilə həyata keçirilən tərbiyəxüsusi əhəmiyyət kəsb edir. Müəllimin bütün fəaliyyətinin nəticəsi onun faktiki olaraq musiqi sənətinin mahiyyətini, onun xüsusiyyətlərini, məzmununu, ideoloji funksiyalarını, öyrədici və tərbiyəvi imkanlarını, musiqinin kiçikyaşlı şagirdlərin hiss və fikirlərinə təsirinin xarakterini necə başa düşməsindən asılıdır. Müəllim musiqi estetikası sahəsində olan əsas tendensiyalardan xəbərdar olmalıdır və musiqi tərbiyəsi işini “tərbiyəedici təlim ” prinsipi əsasnda qurmalıdır. 

Yüklə 191,07 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin