Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Səsin əsas ölçüləri. Vəzn artıran əlavə işarələr



Yüklə 191,07 Kb.
səhifə16/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   12   13   14   15   16   17   18   19   ...   71
musiqi1 kopyası kopyası

Səsin əsas ölçüləri. Vəzn artıran əlavə işarələr

Musiqidə səslərin səslənmə müddəti müxtəlif olduğundan onlar yazıda müxtəlif şəkildə not işarələri ilə göstərilir. Həmin notlar aşağıdakı qaydada bərabər ölçülərə bölünür:


- Bütöv not. Bütöv notun səslənmə müddəti 1-və, 2-və, 3-və, 4-və-yə kimidir. Ən uzun notdur. Bu not 2 yerə ayrılır.
- Yarım not. Səslənmə müddəti 1-və, 2-və-yə kimidir. Yarım not 2 yerə ayrılır.
- Çərək not. Çərək notun səslənmə müddəti 1-və-yə kimidir. Bu not özü də 2 yerə ayrılır.
- Səkkizlik not. Səkkizlik not 1-ə sayılır. (onun 2-si 1-və yə sayılır). Bu not da 2 yerə ayrılır.
- Onaltılıq not. (4-ü 1-və-yə sayılır). Bu not da 2 yerə ayrılır.
- Otuz ikilik not. Və s. 
Səsin əsas ölçülərinin sxemləri
Musiqi əsərində bəzi səslər arası və bir çox başqa hallarda müəyyən ölçülü fasilənin olması mütləqdir. Musiqidə işlənən fasiləyə pauza deyilir (və ya musiqi əsərinin ifası zamanı işlənən fasiləyə pauza deyilir). Pauzalar not sistemində xüsusi işarələrlə göstəriləcək əsas not ölçülərinə bərabərdir və heç vaxt liqalanmır.
Vəzn artıran əlavə işarələr
Nöqtə • not işarəsinin sağ tərəfində yazılaraq vəzni əsas səs ölçüsünün yarısına qədər uzadır
Liqa. Bu işarə 2 eyni yüksəklikdə olan səsin vəznini uzadır. 2-ci not ifa olunmur, lakin ölçüsünə görə uzadılır.
Fermata. Notun üzərində və ya altında yazılaraq səsi qeyri-müəyyən vaxtadək uzadır. Əsasən musiqi əsərinin sonunda istifadə olunur.

  1. Qərbi Avropa klassik musiqisi, V.A Motsart haqqında haqqında

Volfqanq Amadey Motsart o dövrlər Müqəddəs Roma imperiyasının tərkib hissəsi olan Avstriyanın Salzburq arxiyepiskopluğunun eyni adlı şəhərində Leopold və Anna Mariya PertlMotsartların ailəsində 1756—cı ildə dünyaya göz açmışdır. Motsartın atası Leopold MotsartSalzburq arxiyepiskop sarayının kapelmeyster müavini və bəstəkar idi. O musiqinin bir çox janrlarında simfoniya, sonata, simli kvartet, serenada və ara-sıra opera əsərləri yazır. Bu ilkin dövrdə yaratdığı əsərləri indi də ifa olunmaqdadır. 


Bununla belə, Mosart tədricən Salzburqu tərk edib başqa yerdə iş axtarmaq qərarına gəlir. Buna səbəb kimi qazandığı 150 florinlik az məvacibi görünür. Bundan əlavə, Mosart operalar yazmağı çox sevir və Salzburq buna ən yaxşı halda nadir imkanlar yaradırdı. O 1770-1773-cü illər ata və oğul İtalyanın bir çox şəhərlərində böyük konsertlər verir. Milan opera teatrı üçün “Mitrid Qara dəniz şahıdır” operasını yazır. 1781ci ilinyanvarında Motsartın Idomeneo operasıMünhendə böyük uğurla səhnəyə qoyulur. Motsartın Vyanaya gəlişi çox uğurlu alınır. Onu “XVIII əsrin möcüzəsi” adlandırırdılar. Motsartbəstəkar kimi də böyük nailiyyətlərə imza atır. 1781-1782-ci illər arasında Die Entgührung ausdem Serail operasını yazır. Bu əsər 16 iyul 1782-ci il tarixində səhnəyə qoyulur və müəllifə böyük uğur gətirir. Əsər tezliklə Avropanın alman dilli bölgələrində də nümayiş etdirilir və Motsartınbəstəkarlıq şöhrətini daha da artırır. 1782-1785-ci illər ərzində Motsart piano üçün konsertlər seriyası yazır və bu konsertlərdə özü solo ifaçı kimi çıxış edir. 
1788-ci ildə üç simfoniya (onlardan biri “Yupiter” dir) bəstələyir.
Vyanaya qayıdışdan bir müddət sonra MotsartHaydnla tanış olur və iki böyük bəstəkar tezliklə dostlaşırlar. Haydn Vyanaya gələndə Motsartlagörüşər və onlar birlikdə kvartetdə ifa edərdilər. 
1782-1785-ci illər ərzində Motsart piano üçün konsertlər seriyası yazır. 1786-ci ildə "Fiqaronuntoyu" operası Vyanada uğurla səhnəyə qoyulur. Əsər Praqada da böyük uğur qazanır. Əsərin Praqa uğuru "Da Ponte" operasının sifarişi ilə nəticələnir və nəticədə "Don Ciovanni" operası yaranır. G minorda 25 saylı simfoniyası (K. 183) bu üslubda yazılmış ən gözəl əsərlərindən biridir. O 23 musiqili dramatik əsər, oratoriyalar, kantatalar, rekveyem, 40 mahnı, 49 simfoniya, fpilə orketstr üçün 27 konsert, skripka üçün 6 konsert, fp üçün 19 sonataların müəllifidir.
Motsartın 1791-ci ildə yazdığı sonuncu əsəri rekviyemdir. Rekviyemin yalnız 2/3 hissəsinin Motsarta aid olmasına baxmayaraq, o, Motsartınən yaxşı əsəri kimi qəbul olunur. Motsart əsəri tamamlamamış dünyasını dəyişib. O artıq yataq şəraitində keçmək məcburiyyəti qarşısında qalır, köpmə, ağrılar və intensiv qusmadan əziyyət çəkir. 
O 1791-ci il dekabrın 5-də vəfat edir. ​




  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin