Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


Musiqi fənni müxtəlif sahələrdən ibarətdir



Yüklə 191,07 Kb.
səhifə15/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   11   12   13   14   15   16   17   18   ...   71
musiqi1 kopyası kopyası

Musiqi fənni müxtəlif sahələrdən ibarətdir: vokal – xor təlimi, elementar musiqi nəzəriyyəsi, solfecio, musiqi ədəbiyyatı və s.
Musiqi ifaçılığı, yəni xor təlimi bu fənnin strukturunu müəyyən edən əsas prinsipdir. Xorla oxuma bir tərəfdən daha yaxşı ifaçılığa nail olmaq üçün vacib olan bilik və bacarıqları (not işarələri ilə tanışlıq, solfecio) yaradır, digər tərəfdən şagirdlərin musiqi dünyagörüşünü genişləndirir, onların ümumi musiqi inkişafını (musiqinin dinlənilməsi, musiqi savadı) formalaşdırır.
Ümumiyyətlə, uşaqların musiqi inkişafı məktəbəqədər dövrdən başlanır. Hər bir normal inkişaf etmiş uşaq musiqi qabiliyyətinin ilkinbacarıqlarına malikdir Bu qabiliyyətlər öz inkişafında bir-birilə üzvi surətdə əlaqəlidirlər və bütün uşaqlar üçün, yəni musiqi məşğələsində onların musiqi tərbiyəsi üçün vacibdir.
3. Müasir ümumtəhsil məktəblərininstrukturunda ibtidai təhsil (1- 1V siniflər) orta (V – VIII) və yuxarı (IX - XI) siniflərdən öz təşkilati xüsusiyyətlərinə görə fərqlənir, çünki, bu təhsilin başlanğıc mərhələsidir. Musiqi tərbiyəsi I sinifdə “təməl” (fundament), “başlangıc” sayılırsa, II–III siniflər “mərkəz”, “ardı” və əvvəl keçilənlərinmöhkəmləndirilməsidir. IV sinif isə ibtidai təlimin başlanğıc mərhələsinin “yekunudur”. İbtidai siniflərdə tədris olunan bütün fənlər demək olar ki, bir müəllim tərəfindən aparılır.Bu isə uşaqlarla ünsiyyət qurmaq üçün xüsusi şərait yaradır. Uşaqların musiqi tərbiyəsini həyata keçirmək üçün müəllim daima axtarışda oımalı, yəni metodlar, üsullar düşünməlidir. Mahnı oxuma, musiqi əsərlərinin dinlənilməsi, musiqi savadı, ritmik məşğələlərin keçirilməsi zamanı şagirdlərdə müəyyən vərdişlər aşılanır. Məsələn: xorla ifa zamanı mahnını bir yerdə başlayıb, bir yerdə qurtarmasına, ifa zamanı təmiz intonasiyaya, səs diapazonunun genişlənməsinə çalışan müəllim, həm də uşaqları ifa zamanı gözəl səsə, yəni ifadəli oxuya nail olmaq, bu ifanı qiymətləndirməyi öyrədir.
Mahnının məzmunlu olması estetik tərbiyənin inkişafını çoxaldır. Belə ki, ən sadə mahnı belə şagirdə estetik cəhətdən təsir etmək qabiliyyətinə malikdir. Dərsin musiqi dinləmə mərhələsindəisə istifadə olunan repertuara şagirdlərin estetik duyğu və hisslərini, qavrayışlarını, musiqi dünyagörüşünü genişləndirən və inkişaf etdirən əsərlər daxildir.
Musiqi fənninin tədrisi zamanı dərsdən əvvəl iş metodlarını düşünmək lazımdır. İş formaları şagirdləri materialın fəal qavramasına, müqayisə etməsinə, nəticə çıxarmasına yönəltməlidir. Uşaqlarda müəyyən vərdişlərin yaranması üçün musiqi savadı ilə bağlı məşğlələrin imkanları böyükdür. Ölçünün, ritmin, ladın və s. anlayışların başa düşülməsi, şüurlu tətbiqi şagirdlərin nəinki musiqi inkişafına, həm də ümumi inkişafına səbəb olur. Müəllim şgirdlərin digər fənlərin tədrisində aldıqları bilik, bacarıq və vərdişləri də nəzərə almalııdır. Çünki bu keyfiyyətlər musiqi dərslərində istifadə olunduqda musiqi dərslərinin rolu xüsusən artır.


  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin