Mövzu: 15. Sinifdənxaric tərbiyə və tədbirlər Plan: Sinifdənxaric tərbiyə və tədbirlərin aparılması metodikası Disput və onun təşkili formaları



Yüklə 26,63 Kb.
səhifə1/6
tarix12.10.2023
ölçüsü26,63 Kb.
#154848
  1   2   3   4   5   6
15. Sinifdənxaric tərbiyə və tədbirlər


Mövzu: 15. Sinifdənxaric tərbiyə və tədbirlər
Plan:
1. Sinifdənxaric tərbiyə və tədbirlərin aparılması metodikası
2. Disput və onun təşkili formaları

Məktəb müəllimi sinifdənxaric işləri canlandırmalı, onu yeni tələblər səviyyəsində qurmalıdır. Sinifdənxarici tədbirlər şagirdlərin ideya-mənəvi tərbiyəsində mühüm rol oynayır, biliyini dərinləşdirir, dünyagörüşünü genişləndirir. Hazırda bütün bu istiqamətlərdə sinifdənxaric tədbirlər vasitəsilə böyüyən nəslin intellektual-mənəvi tərbiyə probleminə çox diqqət verilir.


Sinifdənxaric iş prosesi şagirdlərin tədris materialları üzərində və onlar müəyyən fakt və hadisələri öyrədərkən əldə etdikləri bilik, bacarıq və vərdiş səylərini möhkəmlətməkdə böyük rol oynayır. Beləki, məktəbdə təşkil olunan müəyyən xarakterik iş priyomlarının, tərbiyələndirici tədbirlərin müstəqil təşkilinə xidmətedən qabaqcıl üsul və tərzlərin tətbiqi sinifdənxaric iş prosesində daha geniş təzahür imkanlarını tapır.
Bu yönümdə tərbiyələndirici sinifdənxaric tədbirlərin yanaşma aşağıdakıistiqamətlərlə həyata keçirilməlidir:

  • Sinifdənxarici tərbiyəvi tədbirlər üzərində üzərində iş apararkən bu prosesdə müəllimin iştirakı bilavasitə təmin olunmalıdır;

  • Sinifdənxaric tədbirlərin gedişi, bir qayda olaraq, şagirdlərin fakt və hadisələri mütəqil fəaliyyət süzgəcindən keçirib, məlum v əməchulları təhlil etməsi, nəticələri özlərinin ümumiləşdirməsi, tərbiyənin mənbələri üzərində müstəqil və fərdi qaydada iş aparılması zəminində qurulmalıdır;

  • Sinifdənxaric iş üzərində işləməyin yəqinliyini uşaqların özü müəyyənləşdirməli, bu zaman onların mühakimə və fakir ümumiləşdirmələrinin məntiqi ardıcıllığı və sistemliliyi təhlil olunmalıdır.

Bütün bu proseslərdə şagird daxili əks-əlaqə imkanlarına yiyələnir, kütləvi-mədəni tədbirlərin ayrı-ayrı ünsürlərindən istifadə metodikasının elmi-idraki, intellektual-mənəvi meyarlar əsasında qurulmasına özünü səfərbər etməklə, müasir şəraitdə tərbiyəvi tədbirlər üzərində işləməyin tətbiqi haqqında metodik-nəzəri göstərişlərə əməl edir.

Yüklə 26,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin