Mövzu: 15. Sinifdənxaric tərbiyə və tədbirlər Plan: Sinifdənxaric tərbiyə və tədbirlərin aparılması metodikası Disput və onun təşkili formaları


Disput və onun təşkili metodikası vəformaları.Disputlar



Yüklə 26,63 Kb.
səhifə3/6
tarix12.10.2023
ölçüsü26,63 Kb.
#154848
1   2   3   4   5   6
15. Sinifdənxaric tərbiyə və tədbirlər

2.Disput və onun təşkili metodikası vəformaları.Disputlar şagirdləri düşündürməklə, fəallaşdırmaqla bərabər, həm də onları ölkəmizin tarixi ilə tanış edir, vətən uğrunda mübarizəyə ruhlandırır, müxtəlif fakt və hadisələri təhlil etməyə, mübahisələr aparmağa sövq edir. Burada şagirdlər müxtəlif əxlaqi kateqoriyalar haqqında öz fikirlərini sərbəst deməyə çalışırlat. Disputlar yuxarı sinif şagirdlərində maraq yaradır, ətrafda baş verən hadisələrin gerçəkliyini dərk etməyə, əxlaq normalarını mənimsəməyə, mənəvi ideyalara yiyələnməyə imkan verir.
Disputun pedaqoji xüsusiyyətləri aşağıdakı sxemdə göstərilmişdir:



Disputun pedaqoji xüsusiyyətləri

Disput
hər hansı bir problemin geniş auditoriya qarşısında müzakirəsidir

Disput
sualların cavablarının düzgün həlli və həlli yollarının aydınlaşdırılmasıdır

Disput
müzakirə olunan məsələnin iştirakçılar tərəfindən mübahisə yolu ilə həllidir

Disput
sinifdənkənar aparılan əsas iş formalarından biri olub, canlı və fəal fikir formasıdır

Disput
ziddiyyətli fikirlərin toqquşmasıdır

Disput
Tərbiyə və mədəni inkişaf məsələlərinin kollektiv müzakirəsi üsuludur



Disput özünün məqsədi, məzmunu, idya istiqaməti cəhətindən təlim prosesinin davamıdır. Disputlar yanlış əxlaqi təsəvvürlərlə düzgün əxlaqi təsəvvürləri qarşılaşdırmağa və müxtəlif əxlaqi görüşlərin bir-biri ilə müqayisəsi əsasında, onların hansının olub olmadığını müəyyən etməyə imkan verir.
Disput şifahi təbliğatın asan və maraqlı formasıdır. Burada ilk addım mövzunun seçilməsidir. Disputun mövzusu bu günün tələblərinə cavab verməli, ziddiyyətli fikirlər yaradan problemi həll etməlidir. Disputun əsas məqsədi tərbiyə prosesini mənəvi keyfiyyətlərə yönəltməkdən ibarətdir.
Disput şagirdlərin doğma vətəninin tarixini, ayrı-ayrı görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənməyə, məruzələr hazırlamağa həvəsini artırır, respublikada və dünyada baş verən ictimai-siyasi hadisələrə maraqlarını gücləndirir. Şagirdlər gördükləri, müşahidə etdikləri bu və ya digər hadisələri müzakirə etməyə, onlara öz münasibətlərini bildirməyə, düzgün mühakimə yürüqtməyə can atırlar.
Onlar elm, texnika, incəsənət yenilikləri ilə tanış olur, ölkəmizdə baş verən hadisələrin mahiyyətini, məzmununu dərk edir, onlarda iqtisadi və hüquqi təfəkkür inkişaf edir, milli şüur və milli ləyaqət, milli iftixar hissi güclənir.
Məktəblərdə təşkil edilən müxtəlif məzmunlu disputlar şagirdlərin elmi dünyagörüşünün zənginləşməsinə, mənəvi keyfiyyətlərin formalaşması və təkmilləşməsinə böyük şərait yaradır.
Disputda yuxarı sinif sinifləri əxlaqi təsəvvürlər, anlayışlar, mühakimələr və əqli nəticələrlə qarşılaşır, onları öz hərəkət və davranışlarından daha çox başqasının hərəkətini, davranışını və s. münasibətləri qiymətləndirir.
Disputlarda gənclərin mənəvi tərbiyəsi geniş yer tutmalıdır. Burada başlıca vəzifə gənclərdə mənəvi əqidə formalaşdırmaqdır. Bunun üçün disputlarda həyatdan müsbət nümunələr, nəsihətlər gətirmək və yaxud onu incəsənət, əxlaq mövzusunda keçirmək vacibdir.
Disputların mütəşəkkil, sistemli, müntəzəm təşkili və keçirilməsi cansıxıcı və formalizmi aradan qaldırır. Disput şagirdlərdə doğma yurdun tarixini öyrənmək həvəsini artırır, ictimai hadisələrə marağı gücləndirir, onların əxlaqına, dünyagörüşünə, siyasi biliyinə güclü təsir göstərir. Burada şagirdlərin fərdi xüsusiyyətləri, qabiliyyət və yaradıcılıq meylləri daha da inkişaf etdirilir.
Şagirdlərdə bilik qazanmağa marağın yaradılmasında verilən ədəbiyyatların görkəmli adamlarla görüşlərin əhəmiyyəti böyükdür. Disput şagirdlərin dərsdə aldığı biliyi dərinləşdirməkdə, müstəqil işləmək vərdişi əldə etməkdə, əqli fəaliyyətin hüdudunu daha da genişləndirməkdə çox faydalıdır. Disputa cəlb edilən şagirdlərin bacarığı və qabiliyyəti, maraq və meyli ciddi surətdə nəzərə alınmalıdır.
Disput mövzusu maraqlı olduqda buraya daha çox şagird cəlb olunur. Mövzu şagirdlərin diqqətini cəlb edir, onları maraqlandırır. Şagirdlər mövzuya aid ədəbiyyatlar oxuyurlar, məruzə hazırlayırlar, müzakirəyə qoşulmaqla öz fikirlərini söyləməyə böyük həvəs göstərirlər.
Disputlar məktəbin tədris işi ilə üzvi surətdə bağlı olmalıdır. Disputu keçirməkdə məqsəd fənlərin tədrisi prosesində şagirdlərin aldıqları nəzəri və təcrübi bilikləri daha da möhkəmləndirmək və dərinləşdirməkdən, onlara nəzəri biliyi təcrübədə tətbiq etmək bacarığı aşılamaq və yüksək əxlaqi sifətlər tərbiyə etməkdən ibarətdir.

Yüklə 26,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin