Mövzu: 15. Sinifdənxaric tərbiyə və tədbirlər Plan: Sinifdənxaric tərbiyə və tədbirlərin aparılması metodikası Disput və onun təşkili formaları


Disputun pedaqoji təhlili aşağıdakı əsas meyarlara



Yüklə 26,63 Kb.
səhifə5/6
tarix12.10.2023
ölçüsü26,63 Kb.
#154848
1   2   3   4   5   6
15. Sinifdənxaric tərbiyə və tədbirlər

Disputun pedaqoji təhlili aşağıdakı əsas meyarlara uyğun keçirilə bilər:

  1. Tərbiyəvi məqsədin mövcudluğu;

  2. Mövzunun aktuallığın və müasirliyi;

  3. Onun ideya istiqaməti;

  4. Məzmunun elmi cəhətdən şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu;

  5. Müəllim və şagirdlərin hazırlığı, təşkilatçılıq və mütəşəkkillik.

Disputun keyfiyyətini şagirdlərin reaksiyası ilə müəyyənləşdirmək olar. Onların həyəcanlı əhval-ruhiyyələri, keçirilən tədbirə olan müsbət münasibətləri disputun müvəffəqiyyətindən; laqeydsizlikləri isə uğursuzluğundan xəbər verir. Ümumiyyətlə, disputların məzmunu və forması etibari ilə bədii şəkildə qurulur. Mübahisələrdə və çıxışlarda səlis, düşündürücü intonasiya, fikrin bu və ya digər şəkildə formula edilməsi dinləyicilərə yaxşı təsir bağışlayır və uzun müddət yaddan çıxmır.
Disputun keçirilməsi və onun nəticəsi bir çox şərtlərdən aslıdır. Bu şərtlər aşağıdakılardan ibarətdir:

  • Disputun keçirilməsi müəyyənləşdirilməsi;

  • Disputun rəhbərinin mövzuya hazırlıqlı olması;

  • Disputun nahar fasiləsi zamanı keçirilməməsi, habelə eyni zamanda onun vaxtının uzadılmaması və s.

Mənəvi keyfiyyətlərin formalaşdırılmasına yönəldilən disput mövzuları və bu mövzulara uyğun suallar:


I – “Şəxsiyyətin hərtərəfli inkişafı və tərbiyəsi” mövzusunda disputa aid suallar:

  1. Şəxsiyyət nədir?

  2. Şəxsiyyətin hərtərəfli inkişafı deyəndə nə başa düşürsünüz?

  3. Müasir dövrün ziyalıları hansı mənəvi keyfiyyətlərə malik olmalıdır?

  4. Hər bir insan kamil şəxsiyyət ola bilərmi?

  5. Hərtərəfli inkişaf etmiş şəxsiyyət olmaq üçün nə etmək lazımdır? Bunun üçün insanın həyatında özünütərbiyə nə kimi rol oynayır?



II – “Milli mənlik şüuru nədir?” mövzusunda keçirilən disputa aid suallar:

  1. Milli mənlik şüuru deyəndə nə başa düşünürsünüz?

  2. Milli mənlik şüurununun tərkib hissələri hansılardır?

  3. Müasir gənclərdə milli mənlik şüurunun formalaşmasına təsir edən amillər hansılardır?

  4. Məktəblilərdə vətənpərvərlik ruhunun aşılanması nə dərəcədədir?

  5. Milli mənliyi dərk edən millət nəyə qadirdir?

Disput keçirdikdən sonra aşağıdakı
Yüklə 26,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin