Mövzu: 15. Sinifdənxaric tərbiyə və tədbirlər Plan: Sinifdənxaric tərbiyə və tədbirlərin aparılması metodikası Disput və onun təşkili formaları



Yüklə 26,63 Kb.
səhifə6/6
tarix12.10.2023
ölçüsü26,63 Kb.
#154848
1   2   3   4   5   6
15. Sinifdənxaric tərbiyə və tədbirlər

nəticələri çıxarmaq olar:

  • Disputun mövzusunun müzakirəsi şagirdlərdən sərbəst düşüncə, dolğun məlumat tələb edir;

  • Disputun səmərəsi onun təşkilindən, aparılması və tekunlaşdırılmasından çox asılıdır;

  • Disputda şagirdlərin fəal iştirakı onlarda nitq mədəniyyətinin inkişafına səbəb olur, şagird fikrini söyləməyə çalışır;

  • Disputun mövzusunun əvvəlcədən elan olunması və onlara çoxlu sayda ədəbiyyatların tapşırılması şagirdlərin mütaliəyə həvəsini artırır. Disput şagirdlərin bədii ədəbiyyata mənəvi ehtiyaclarını stimullaşdıran vacib vasitələrdəndir.

Beləliklə, disputlar gənclərin dünyagörüşünün formalaşmasına kömək etməklə yanaşı, həm də onlarda prinsiallıq tərbiyə edir, sərbəst mühakimə yürütmək qabiliyyətini, problemə müdaxilə edərək mübahisə etmək və öz baxışlarını müdafiə etmək mədəniyyətini formalaşdırır. Disputda iştirak edən şagirddən başqasını dinləmək bacarığı, başqasının fikrinə hörmət və etik davranış normalarına riayət etmə qabiliyyətləri tələb edir ki, bu özü də onların mənəvi keyfiyyətlərinin formalaşması və inkişaf deməkdir. Disput sinifdənxaric işin lazımlə və maraqlı forması, mədəni-kütləvi işin mürəkkəb növlərindən biridir. O böyük səciyyə daşıyır, şagirdlərin elmi biliklərini inkişaf etdirir, mədəni səviyyəsini yüksəldir, ideya-siyasi tərbiyəsinə müsbət təsir göstərir.
Yüklə 26,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin