Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri


İbtidai siniflərdə şagirdlərin fəaliyyətinin psixoloji xususiyyətləri



Yüklə 191,07 Kb.
səhifə17/71
tarix11.06.2023
ölçüsü191,07 Kb.
#128329
1   ...   13   14   15   16   17   18   19   20   ...   71
musiqi1 kopyası kopyası

İbtidai siniflərdə şagirdlərin fəaliyyətinin psixoloji xususiyyətləri

Təlim-tərbiyə prosesinin səmərəliliyi üçün məktəblilərin yaş xüsusiyyətlərini və inkişafını nəzərə almaq lazımdır. Klassik pedaqogikanın nümayəndələri (Kamenskya, Uşinski, Pestalotsi)tərəfindən uşaqların psixologiyası öyrənilmiş və hər yaşın spesifik xüsusiyyətlərimüəyyənləşdirilmişdir. Uşaqların fiziki vəpsixoloji inkişafına diqqət yetirərkən onların böyüdüyü və tərbiyə aldıqları mühiti də nəzərə almaq lazımdır. Məktəbdə təlimin ardıcıl və sistematik həyata keçirilməsi uşaqların psixi və əqli inkişafını sürətləndirir. 6 - 11 yaşlı uşaqlarda bütün düyğu orqanları kifayət qədər inkişaf etmişdir. Lakin qavrama qabiliyyəti lazımi qədər deyil. Kiçikyaşlı məktəblilərdə qeyri-ixtiyarı diqqət və istək daha qüvvətli və qabarıqdır.Lakin bir çox hallarda onlar ev tapşırıqlarını yerinə yetirməyə özlərini məcbur edə bilmirlər.Bu halda müəllim uşaqların diqqətini toplamaq üçün dərsdə onlara ardıcıl tələbkarlıq göstərməli, nizam-intizam qaydalarına riayət etmələriini tələb etməli, eləcə də uşaqları maraqlamdıracaq təlim üsullarından istofadə etməlidir. Bu mənada müəllim öyrədiləcək materialı qısa müddət ərzində həyatdan faktlar gətirməklə, misallar çəkməklə. əyani vasitələrlə şagirdlərə çatdıra bilər.


I sinif şagirdlərinin xüsusiyyətləri:
1. Formalaşma mərhələsində olduğu üçün tez yorulur;
2. Yaddaş və diqqəti sabit deyil;
3. Məqsədli və ardıcıl düşünmə vərdişləri yüksək yoxdur;
4. Obrazlı təxəyyülə malikdir


II sinif şagirdlərinin xüsusiyyətləri :
1. Daha sabit diqqətə malikdir;
2. Məqsədli yaddaşı var;
3. Analiz etmək qabiliyyəti, abstrakt təfəkkürü daha da inkişaf etmişdir;
4. Düzgün təlim yaradıcı bacarıqların inkişafı üçün əlverişli şərait yaradır


III – IV sinif şagirdlərinin xüsusiyyətləri:
1. Fiziki cəhətdən daha qüvvətlidir;
2. Abstrakt təfəkkür və ifadəlilik daha yaxşı inkişaf edib;
3. Diqqətləri nisbətən sabitdir;
4. Musiqiyə şüurlu maraq yaranır.


  1. Yüklə 191,07 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin